Məhkəmə qərarları › İş №1(074)-106/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-106/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-106/2022 06.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisləri-X14 və X12, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 08 may 1959-cu il tarixdə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında” Əsasnaməsinin 1.7, 2.2, 2.6, 2.6.1, 2.6.3, 2.6.4, 2.6.5, 2.6.10, 2.6.11, 2.6.12 və 2.6.14-cü bəndlərinə əsasən müvafiq icazələr alınmadan göldə ümumi istirahət üçün çimərlik yaratmamalı, çimərlikdə istifadə qaydalarını əks etdirən məlumat lövhələri asılmalı, xilasedicilər üçün müşahidə qülləsinin quraşdırılmalı, xüsusi təyinatlı vasitələri (hava ilə doldurulmuş jilet və döşəklər, xilas dairələri və s.) ilə təmin etməli, çimmə və istirahət zonaları yaradılmalı, həmin zonaları işarələndirən üzgəc və yaxud stasionar nişanlar qoyulmalı, gölün dərinliyinin 1.75 m-dən artıq olmamalı tələblərinə riayət etməli olduğu halda, bunları etməyərək işinə vicdansız və laqeyd münasibət göstərməklə, qeyd olunan Əsasnamə ilə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək, Şamaxı rayonu, Pirqulu-Qızmeydan avtomobil yolunun 3-cü kilometrliyində rayonun Əhmədli kəndi ərazisindən keçən hissəsində Pirsaat çayının yatağında yerləşən dövlət mülkiyyətində olmaqla qum-çınqıl istehsalı fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Şamaxı rayon İcra hakimiyyəti tərəfindən onun uzunmüddətli icarəsinə verilmiş 50 hektar torpaq sahəsində süni olaraq yaradılmış ümumi sahəsi 0,96 hektar, maksimal dərinliyi 1 metr 85 santimetr olan gölü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X19 Xidməti tərəfindən dalğıclar vasitəsilə sualtı baxış keçirilməklə çimmək üçün yararlılığı barədə müvafiq rəy almadan, orada peşakar xilas edənlərin daimi növbətçiliyini təşkil etmədən göldə çimən şəxslərin suda bata biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu etməyərək cinayətkarcasına etinasızlıq göstərib qazanc əldə etmək məqsədi ilə 14 iyul 2022-ci il tarixdə həmin gölü ödənişli çimərlik kimi sakinlərin istifadəsinə vermiş və 20 iyul 2022-ci il tarixdə saat 16 radələrində pul müqabilində çimmək üçün həmin süni gölə buraxılmış Şamaxı rayonu Əngəxaran kənd sakinləri - xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X2 bataraq tənəffüs yollarının maye ilə tutulması nəticəsində asfiksiyadan ehtiyatsızlıqdan ölmələrinə səbəb olub, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 1989-cu ildən hazırkı vaxtadək tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2019-cu ildə "xxxx" MMC-nin qanuni təmsilçisi X15 ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən çınqıl istehsal edən "xxxx" MMCnin paylarını satın almış, hazırda "xxxx" MMC-nin 100 faiz paya malik təsisçisi və həmçinin direktorudur. "xxxx" MMC-yə məxsus Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında yerləşən beton zavod və çınqıl karxanası vardır. Çınqıl karxanasının fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən həmçinin digər aidiyyəti orqanlardan zəruri razılıq və icazə sənədləri vardır. "xxxx" MMC-nin çınqıl istehsalı ilə əlaqədar ərazidə çayın yatağının yaxınlığında 5 metr dərinliyə kimi qazıntı işlərini aparmaq, həmçinin həmin çınqılın yuyulması üçün Pirsaat çayının yatağından su götürmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dağ-mədən İdarəsindən razılıq sənədləri vardır. "xxxx" MMC-nin fəaliyyəti üçün xx.xx.2019-cu il tarixli 01198 nömrəli “Dağ-mədən ayırması aktı”, xx.xx.2019-cu il tarixli ER-22/33 nömrəli Ekoloji Ekspertiza rəyi, Ekoloji pasport, Şamaxı rayon İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 176 nömrəli sərəncamı və digər zəruri sənədlər mövcuddur. Çınqıl karxanasının fəaliyyəti zamanı həmin ərazidə dərinliyi 1.5-1.8 metr olan, 50-100 metr enində və uzunluqda çalalar yaranmış və Pirsaat çayının yatağında çınqıl yuyulması üçün bir neçə il ərzində götürülən çayın suyu həmin çalalara dolaraq ərazidə 4 ədəd göl yaranmışdır. Həmin zavodun və karxananın yerləşdiyi 50 hektar torpaq sahəsi Şamaxı rayonu, Əhmədli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 nömrəli qərarı ilə 2099-cu ilədək Şamaxı şəhər sakini X11 icarəsinə verilmiş, 2013cü ildə həmin torpaq sahəsinə dair istifadə hüququ "xxxx" MMC-nin qanuni təmsilçisi X28 Məmmədov arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən MMC tərəfindən satın alınmış və MMC-nin həmin sahədən istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. 2019-cu ildə "xxxx" MMC-yə məxsus zavod və karxananın yerləşdiyi 50 hektar torpaq sahəsinə dair icarə hüququnu alqı-satqı müqaviləsinə əsasən notarial qaydada satın almış, həmin hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alaraq müvafiq çıxarış almış və 2099-cu ilədək həmin torpaq sahəsi onun icarəsindədir. Həmin torpaq sahəsində direktoru olduğu "xxxx" MMC-yə məxsus çınqıl karxanası, beton zavod, tikinti texnikasının saxlanılması üçün qarajlar, müxtəlif yardımçı tikililər, zavodda çınqılın yuyulması və betonun qarışdırılması üçün üç süni göl vardır. Zavod və karxana Pirsaat çayının yatağında yerləşdiyindən çaydan su kanalları çəkilərək süni göllər yaradılmışdır. 2019-cu ildə həmin torpaq sahəsini əldə edərkən həmin göllər artıq mövcud olmuş, göllərdəki su yuxarıda qeyd etdiyi məqsədlər üçün istifadə edilmiş, özü süni göllərin yaradılması üçün ərazidə hər hansı qazıntı işlərini aparmamışdır. Hazırki vaxtda da göllərdə quraşdırılmış su nasosları vasitəsilə zavoda su vurulmaqla çınqıl emalında istifadə olunur. 2022-ci ilin iyul ayında icarəsində olan həmin torpaq sahəsində yerləşən, çınqıl karxanasından bir qədər uzaqda yerləşən, suyu nisbətən təmiz olan göllərdən birində çimərlik kimi istifadəyə verib sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar vermiş, bunun üçün gölün dibini xüsusi texnika vasitəsilə hamarlaşdıraraq onu iri daşlardan təmizlətdirmiş, gölün ətrafında 06 ədəd günəş əleyhinə çətirlər quraşdırmış, yük avtomobillərilə dəniz qumu gətirib gölün sahilinə tökdürmüş, gölün ətrafında bir neçə yardımçı tikililər inşa etmişdir. Çimərliyi yaradarkən rəsmi icazənin alınması məqsədi ilə Şamaxı rayon İcra hakimiyyətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etməmişdir. 14 iyul 2022- ci il tarixdə göldə yaratdığı çimərliyi sakinlər üçün açmış, çimərliyə giriş pullu olmuş, adambaşı 5 manat məbləğində giriş haqqı müəyyən etmiş, gün ərzində çimərliyə təxminən 30 nəfər şəxs gəlmişdir. 20 iyul 2022-ci il tarixdə saat 17 radələrində gölün yaxınlığındakı beton zavodda olarkən işçilərindən biri ona zəng edərək göldə adam batdığını demiş, dərhal gölün yerləşdiyi əraziyə gəlmiş, həmin vaxt gölün ətrafında çoxlu sayda insanların toplaşdığını, iki nəfər şəxsin göldə boğulan oğlanı suda axtardıqlarını, bir nəfər oğlanın isə gölün qırağında xırıldadığını görmüşdür. Gölə çatanda xırıldayan yeniyetməni artıq avtomobilə qoyub xəstəxanaya aparmışlar, bir nəfər yeniyetmənin isə göldə axtarışları davam etmişdir. Həmin vaxt göldə batan yeniyetmənin axtarışını asanlaşdırmaqdan ötrü gölün suyunun səviyyəsini azaltmaq məqsədi ilə ərazidə işləyən traktorçuya göldən çıxan kanalı açmağı tapşırmışdır. Təxminən 10 dəqiqə sonra tanımadığı şəxslərdən biri digər yeniyetmənin meyitini göldən çıxarmış və onu dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Bir neçə saatdan sonra göldə boğulan ikinci yeniyetmənin də xəstəxanada öldüyünü bilmiş, göldə boğularaq sağ qalan üçüncü yeniyetməni isə ümumiyyətlə görməmişdir. Səhlənkarlıq edib dövlət mülkiyyətində olmaqla uzunmüddətli icarəsində olan 50 hektar torpaq sahəsində yerləşən süni yaradılmış gölün çimərlik kimi istifadəyə verilməsi ilə bağlı hər hansı dövlət qurumundan icazə almamış, lakin yaxın zamanda bütün zəruri icazələri almağa planlaşdırmışdır. "xxxx" MMC-nin direktoru olmaqla yanaşı, həmçinin fərdi sahibkar kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi uçotuna durmuş, vergi ödəyicisinin eynişləşdirmə nömrəsini (VÖEN-ni) almış, göldə təşkil etdiyi çimərlikdə məhz fərdi sahibkarlıqla məşğul olmuş, həmin çimərlik sahəsinin direktoru olduğu MMC-yə heç bir aidiyyəti yoxdur. Təşkil etdiyi çimərlikdə təhlükəsizliyin təmin edilməsi üçün yalnız 04 ədəd avtomobil kameraları olmuş, hər hansı digər təhküləsizlik ləvazimatı olmamış, hər hansı digər təhlükəsizlik tədbirləri görülməmişdir. Hadisə baş verəndə çimərliyi bir həftə açdığı üçün “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında” Əsasnamənin 2.6.11-ci bəndinə qeyd edilən tələblərinə uyğun çimərlikdə xilasetmə məntəqəsi olmamış, peşəkar xilas edənlərin fəaliyyəti təşkil edilməmişdir. Süni göldə təşkil etdiyi çimərlikdə fərdi sahibkar kimi xx.xx.2022-ci il tarixdə, yəni hadisənin olduğu gün Şamaxı şəhər sakini Şahid3 Əlövsət oğlunu nəzarətçi vəzifəsinə işə qəbul etmiş, Şahid3 əmək vəzifəsi gölə girişdə quraşdırılmış şlaqbaumda oturub girişçıxışa nəzarət etmək və çimərliyə gələnlərdən giriş haqları yığmaqdan ibarət olmuşdur. Çimərlik kimi istifadə verdiyi gölə giriş üçün adambaşı 5 manat məbləğində giriş haqqı işçisi Şahid3 tərəfindən yığılmış, gölə girmək üçün şəxslər dəmir şlaqbaumdan içəri daxil olarkən giriş haqqı ödəmişlər. İstifadəsində olan 50 ha torpaq sahəsində yerləşən göldə təşkil etdiyi çimərlikdə hər hansı təhlükəsizlik tədbirləri görülməmiş, çimərlik heç bir xüsusi təyinatlı xilasemə vasitələri ilə təchiz edilməmiş, çimərlikdə çimən şəxslərin təhlükəzsiliyi üçün yalnız 04 ədəd avtomobil kameraları olmuşdur. Çimərlik kimi istifadəyə verdiyi gölün dərinliyi əsasən 1 metr 10 santimetr - 1 metr 20 santimertdir, lakin bir hissədə - girişdən uzaq hissədə gölün 1/3-də dərinlik 1 metr 80 santimetr təşkil etmiş, çimərliyi istifadəyə verməzdən öncə gölün dibini dalğıclar vasitəsilə yoxlamamışdır. Gölü çimərlik kimi sakinlərin istifadəsinə verməzdən öncə onun dibini dalğıclar vasitəsilə yoxlamasa da, dibində çimənlər üçün təhlükə yarada biləcək sualtı daş və qayaların, çıxıntı və çuxurların, suya batmış qol-budaqlı ağacların və digər yad cisimlərin olmamasına əmin olmaq üçün gölün dibini 2022-ci ilinin iyun ayının ortalarında xüsusi texnika vasitəsilə təmizlətdirərək hamarlaşdırmış, bu səbəbdən da həmin göldə batma təhlükəsinin olmamasına əmin olmuşdur, yalnız gölün dərin hissəyə olan keçid kifayət qədər sərt olmuşdur. "xxxx" MMC-nin paylarını satın alarkən Cəmiyyətin istifadəsində olmuş 50 ha torpaq sahəsində bir neçə süni göl, o cümlədən çimərlik kimi istifadəyə verdiyi süni göl də mövcud olmuş, həmin göl ümumiyyətlə istifadə edilməmiş, ərazisi qamışlıq olmuş və o, həmin göldəki suyun çınqıl karxanasının fəliyyətində istifadə olunmadığı və həmin göldəki suyun nisbətən təmiz olduğunu nəzərə alıb dibini xüsusi texnika vasitəsilə təmizlətdirib çimərlik kimi sakinlərin istifadəsinə vermək qərarına gəlmişdir. Süni göldə təşkil etdiyi çimərliyi 14 iyul 2022-ci il tarixdə sakinlərin istifadəsinə vermiş və həmin göldə yeniyetmələrin batdığı günədək, yəni 20 iyul 2022-ci il tarixədək fəaliyyət göstərmiş, bununla da çimərlik bir həftə ərzində fəaliyyət göstərmiş, 21 iyul 2022-ci il tarixdə isə həmin göl onun tərəfindən qurudulmuşdur. Həmin müddət ərzində konkret hansı məbləğdə gəlir əldə etdiyini hesablamamış, gündəlik olaraq çimərliyə təxminən 25-30 şəxsin gəldiyini, hər birinin 5 manat məbləğində giriş haqqını ödədiklərini nəzərdə alıb, çimərliyin fəaliyyət göstərdiyi bir həftə ərzində təxminən 1000 manat məbləğində pul qazandığını hesab edir. Belə hadisənin baş verməsinə görə çox peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığını, onların heç bir şikayət və tələbləri olmadığını bildirib, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində bildirdi ki, mərhum Rəvan Mirzəyev onun oğludur. 20 iyul 2022-ci il tarixdə saat 15 radələrində Rəvan qohumu X10 və dostu Şahid1 Seymur oğlu ilə birlikdə Şamaxı rayonun Çuxuryurd- Qızmeydan avtomobil yolunun üstündə yerləşən ərazidə təşkil edilmiş pullu çimərliyə getmək istədiklərini demiş, o buna etiraz etmədən oğluna çimərliyə getməyə icazə vermişdir. Həmin gölün harada yerləşməsi barədə heç bir məlumatı olmamış, heç vaxt həmin gölə getməmiş, yalnız kənd sakinlərindən Pirsaat çayının yatağında yerləşən göldə pullu çimərlik təşkil edilməsi barədə eşitmişdir. Rəvan, Ağaqardaş və Fərid xalasının oğlu Şahid4 idarə etdiyi “Qazel” markalı avtomobilə minərək birlikdə gölə getmiş, onlarla birlikdə həmçinin Şahid2 və Şahid4 azyaşlı övladları - Vüsal Rəhimov və Rafiq Rəhimov da getmişlər. Oğlunu gölə yola saldıqdan sonra evində təsərrüfatla məşğul olmağa başlamış, saat 16 radələrində kənddə olarkən hazırda xatırlamadığı kənd sakini istifadəsində olan mobil telefonuna zəng edərək Rəvanın, Ağaqardaşın və Fəridin göldə çimərkən batdıqlarını, Ağaqardaşın suda boğularaq öldüyünü, Rəvanın və Fəridin isə Şamaxı rayon mərkəzi xəstəxanasına gətirildiklərini demişdir. Bunu eşidən kimi dərhal xəstəxanaya gəlmiş, həmin vaxt Ağaqardaş artıq ölmüş, Rəvan huşsuz vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş, həkimlərin dediklərinə görə Rəvanın vəziyyəti çox ağır olmuş, ağ ciyərlərinə və beyninə su dolmuşdur. Xəstəxanada Rəvana tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və təxminən bir saatdan sonra Rəvan xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadə verib göstərdi ki, X20 onun oğludur. 20 iyul 2022-ci il tarixdə saat 15 radələrində Ağaqardaş qohumu X16 və dostu Şahid1 Seymur oğlu ilə birlikdə Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında təşkil edilmiş pullu çimərliyə getmək istədiklərini demiş, qardaşları Şahid4 və Şahid2 da uşaqlarla birlikdə çimərliyə getdikləri üçün, o etiraz etmədən oğluna çimərliyə getməyə icazə vermişdir. Ağaqardaş, Rəvan və Fərid üzməyə bacarmasalar da, kənd camaatından həmin göldə azyaşlı uşaqların da çimməsini eşidib Ağaqardaşı gölə buraxmışdır. Ağaqardaşın çimməyə getdiyi süni gölün harada yerləşməsi barədə heç bir məlumatı olmamış, heç vaxt həmin gölə getməmiş, yalnız kənd sakinlərindən Pirsaat çayının yatağında yerləşən göldə pullu çimərlik təşkil edilməsi barədə eşitmişdir. Rəvan, Ağaqardaş və Fərid qardaşı Şahid4 idarə etdiyi “Qazel” markalı avtomobilə minərək birlikdə gölə getmiş, onlarla birlikdə həmçinin Şahid2 və sonuncunun azyaşlı övladları - Vüsal Rəhimov və Rafiq Rəhimov da getmişlər. Oğlunu gölə yola saldıqdan sonra həyətdə ev işləri ilə məşğul olmağa başlamış, saat 17 radələrində kənddə olarkən hazırda xatırlamadığı kənd sakini istifadəsində olan mobil telefonuna zəng edərək Rəvanın, Ağaqardaşın və Fəridin göldə çimərkən batdıqlarını, Ağaqardaşın suda boğularaq öldüyünü, Rəvanın və Fəridin isə Şamaxı rayon mərkəzi xəstəxanasına gətirildiklərini demişdir. Bunu eşidən kimi dərhal xəstəxanaya gəlmiş, həmin vaxt Ağaqardaş artıq ölmüş, Rəvan isə huşsuz vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada Rəvana tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və təxminən bir saatdan sonra Rəvan xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Sabir Əhmədov adına Şamaxı rayonu, Əngəxaran kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. X1 və X16 ilə uzun illərdir ki dostluq etmiş, onlarla münasibəti çox yaxşı olmuş, Ağaqardaş Rəhimov isə həmdə sinif yoldaşıdır. Ağaqardaş və Rəvanla tez-tez görüşərək birlikdə asudə vaxtlarını keçirmişlər. 20 iyul 2022-ci il tarixdə saat 15 radələrində havalar çox isti keçdiyi üçün Ağaqaraşla və Rəvanla Şamaxı rayonu Əngəxaran kəndində görüşüb Şamaxı rayonu Qızmeydan avtomobil yolunun üzərində yerləşən ərazidə yeni istifadəyə verilmiş gölə getmək qərarına gəlmişlər. Hadisədən bir neçə gün öncə, təxminən 17-18 iyul tarixlərində xatırlamadığı kənd sakinlərindən Qızmeydan kəndinə aparan yolda bir gölün pullu çimərlik kimi sakinlərin istifadəsinə verildiyini eşitmişlər. Ağaqardaş, Rəvan və o ümumiyyətlə üzməyə bacarmasalar da, sakinlərdən həmin gölə çoxlu şəxslərin getdiyini, həmin gölün dayaz olduğunu eşitdikləri üçün göldə çimmək istəmiş və valideynlərinə gölə gedəcəklərini demişlər. Həmin gün Ağaqardaşın əmiləri Şahid4 və Şahid2 “Qazel” markalı yük avtomobili ilə Şamaxı rayonu, Qızmeydan kəndindən arpa almağa gedəcəkdirlər. Çimməyə getməyə istədikləri göl Qızmeydan yoluna yaxın yerləşdiyindən taksi tutmamaq üçün Ağaqardaşdan əmilərinə üçümüzü də yolüstü həmin gölə aparmaqlarını xahiş etməsini demiş, Ağaqardaş bu barədə əmilərinə demiş və əmiləri onları yolüstü gölə aparacaqlarını bildirmişlər. Həmin gün saat 15 radələrində o, Ağaqardaş, Rəvan həmçinin Şahid4 azyaşlı övladları Rafiq Rəhimov və Vüsal Rəhimovla birlikdə Şahid4 məxsus sonuncunun idarə etdiyi “Qazel” markalı yük avtomobilinə əyləşərək Qızmeydan kəndi istiqamətinə getmişlər. Saat 15:30 radələrində onlar həmin gölə çatmış, ərazisi dəmir torlu məftillə hasarlandığı üçün avtomobillərin girişi üçün nəzərdə tutulmuş şlaqbaumun yanında saxlamışlar. Avtomobillə şalqbauma yaxınlaşdıqda bir nəfər əvvəllər tanımadığı orta yaşların kişi şalqbaumu açıb avtomobili gölün ərazisinə buraxmış, Şahid4 avtomobildən düşərək həmin kişiyə bilmədiyi məbləğdə giriş haqqını ödəmiş və pulu alan kişi özündə olan dəftərə hansı-sa qeydlər aparmışdır. Daha sonra o, Ağaqardaş və Rəvan avtomobilin içərisində paltarını dəyişib gölə tərəf getmiş, gölə yaxınlaşdıqda paltarları sahilə qoymuş və üzməyə bacarmadıqlarına görə ilk öncə üçü də gölün ən dayaz hissəsinə girib çimməyə başlamışlar. Şahid4 azyaşlı övladları da bir müddət ərzində onlarla birlikdə sahilə yaxın ərazidə çimmiş, Şahid4 və Şahid2 isə gölün kənarında əyləşib, ümumiyyətlə gölə girməmişlər. Ağaqardaş və Rəvan boyca ondan kiçik olmuş, özünün boyu 1 metr 73 sanimetrdir, Ağaqardaşın və Rəvanın boyu isə təxminən 1 metr 60 santimetrdir olmuşdur. Gölün dayaz hissəsinə girdikdə su təxminən onun qurşağından bir qədər yuxarıyadək olmuş və onlar həmin yerdə təxminən 15 dəqiqə ərzində çimmişlər. Həmin vaxt göldə çoxlu sayda digər şəxslər olduğundan onlar bir qədər boş və sakit yerə getmək istəmiş və gölün mərkəzinə tərəf addımlamağa başlamışlar. Üzə bilmədikləri üçün üçü də gölün mərkəzinə tərəf addımlamış, həmin vaxt onlar bir-birilərinə yaxın olmuş, aralarında bir metrdən az məsafə olmuşdur. Ağaqardaş onlardan bir qədər irəlidə olmuş, təxminən gölün mərkəzinə yaxınlaşdıqda Ağaqardaşın qəflətən suyun altına gedərək əllərini yuxarı qaldırdığını görmüş. Ağaqardaş əllərini yuxarı qaldırıb bir neçə dəfə sudan çıxmaq istəsə də, yenidən suyun altına girmişdir. Ağaqardaş suda batdıqdan bir neçə saniyə sonra Rəvan da əllərini yuxarı qaldıraraq suda batmağa başlamış, heç biri üzməyə bacarmadıqları üçün bir- birilərinə kömək edə bilməmişlər. Həmin an o da ayaqlarının altında yeri hiss etməyib qorxu və panika hissi keçirtmiş, həmin an əllərini yuxarı qaldırıb sudan çıxmaq istəsə də, bunu edə bilməmiş, su sanki onu dibə dartmağa başlamış, başını sudan çıxarıb nəfəs almaq istəyərkən ağzına və gözlərinə su dolmuşdur. Bundan sonra onunla və dostları ilə nə baş verdiyini xatırlamır, ayılanda ona Şamaxı rayon mərkəzi xəsatəxanasında tibbi yardım göstərilmişdir. O və dostları Ağaqardaş Rəhimov və Rəvan Mirzəyev göldə çimərkən qəflətən gölün bir qədər dərin hissəsinə girmiş və heç biri üzməyə bacarmadıqlarına görə suda boğulmuşlar. Dostları ilə göldə çimərkən çimərlikdə - suda və quruda təxminən 50 nəfər şəxs olmuş, lakin onlardan heç kimi tanımamışdır. Çimərlik kimi istifadəyə verilmiş gölə daxil olarkən heç bir şəxs onları hər hansı təhlükəsizlik qaydaları barədə təlimatlandırmamış, yalnız giriş haqqını alıb onları gölə buraxmışlar. O, Ağaqardaş və Rəvan gölə girərkən onlara gölün hər hansı hissənin dərin və ya dayaz olması, gölün hansısa hissəsində çimməyə qadağan olunması barədə məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rafiq oğlu ifadə verib göstərdi ki, qardaşları ilə birlikdə Şamaxı şəhərində fərdi qaydada ət kəsimi ilə məşğul olurlar. X13rdaşı İlkin Rəhimovun oğludur. Ailəlikcə heyvandarlıqla məşğul olduğundan heyvanlara yem almaq üçün mütəmadi olaraq Şamaxı rayonunun Əhmədli və ya Qızmeydan kəndinə gedib oradan kisələrdə arpa alıb həyətlərinə gətirirlər. 20 iyul 2022-ci il tarixdə səhər saat 10 radələrində Ağaqardaş Rəhimov və qardaşı Şahid4la birlikdə arpa gətirmək üçün sonuncuya məxsus “Qazel” markalı kiçik yük avtomobili ilə Şamaxı rayonu, Əhmədli kəndinə gəlmiş və arpa kisələrini avtomobilə yükləməyə başlamışlar. Saat 12 radələrində Ağaqardaş xalasının nəvəsi Rəvan Mirzəyev və dostu Şahid1la birlikdə həmin gün günorta saatlarında Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında yerləşən çimərlik kimi istifadəyə verilmiş gölə getməyə danışdıqlarını deyib onları kəndə qayıtmağa tələsdirməyə başlamışdır. O, Ağaqardaşdan həmin gölün harada yerləşməsini soruşmuş, sonuncu da Qızmeydan çayının yatağında pullu çimərlik təşkil edildiyini, həmin çimərliyə adambaşı giriş haqqının 5 manat olmasını demişdir. Aldıqları arpanın yarısını avtomobilə yükləyib kəndə yola çıxmış, arpanın qalan hissəsini yükləmək üçün həmin gün yenidən Əhmədli kəndinə qayıtmalıydılar. Kəndə qayıdarkən Ağaqardaş yolüstü getmək istədikləri gölü onlara göstərmiş, həmin vaxt orada çoxlu sayda insanların çimdiklərini görmüşlər. Saat təxminən 14 radələrində kəndə qayıdaraq arpanı həyətə boşaltmışlar. İkinci dəfə Əhmədli kəndinə getməzdən öncə Ağaqardaş onu və dostlarını həmin çimərliyə aparmağı, həmin çimərlik yolun üstündə yerləşdiyindən bir az həmin göldə çimib onlarla Əhmədli kəndinə gedib dostları ilə birlikdə arpanı yükləməyə kömək edəcəklərini demişdir. Ağaqardaşın atası etiraz etmədiyi üçün Ağaqardaşla razılaşmış və saat 15 radələrində o, Ağaqardaş Rəhimov, Rəvan Mirzəyev, Şahid1, qardaşı Şahid4 və onun azyaşlı övladları Vüsal Rəhimov və Rafiq Şahid4 idarə etdiyi “Qazel” markalı yük avtomobilə minmiş və onlar birlikdə Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında yerləşən çimərliyə getmişlər. Saat təxminən 15:30 radələrində həmin çimərliyə çatmışlar. Çimərliyin ərazisi hasarlanmış və o, avtomobildən düşərək şlaqbaumda əyləşən giriş haqlarını yığan kişiyə ümumilikdə 20 manat məbləğində pul vermiş, həmin kişi ondan pulu alıb əlindəki dəftərə qeydlər etmişdir. Bundan sonra Elçin avtomobili bir qədər qabağa gölə yaxın əraziyə sürüb orada saxlamış, Ağaqardaş, Rəvan Fərid, Elçinin övladları Rafiq və Vüsal avtomobilin içərisində paltarlarını dəyişib gölün dayaz hissəsinə daxil olaraq çimməyə başlamış, o və qardaşı Şahid4 isə gölə girmədən sahildə əyləşmişlər. Təxminən 40 dəqiqədən sonra Elçin Vüsalı və Rafiqi sudan çıxartmış və Ağaqardaşa arpanı yükləməyə getməli olduqlarını xatırlayıb göldən çıxıb əyinlərini dəyişmələrini demişdir. Ağaqardaş bir az da göldə çimib çıxacaqlarını deyərək Rəvan və Fəridlə birlikdə gəzə-gəzə gölün ortasına tərəf getmiş, Elçin isə övladlarının paltarlarını dəyişdirmək üçün onları avtomobilə aparmışdır. O sahildə əyləşib Ağaqardaş, Rəvana və Fəridə baxmış, həmin vaxt gölün içərisində çoxlu sayda insanların olduğu üçün fikri bir qədər uşaqlardan yayınmış və anidən onların olduğu istiqamətə baxdıqda onlardan birinin əllərinin sudan yuxarı çıxmış, digər uşaqları isə ümumiyyətlə görünməmişdir. Həmin vaxt ətrafda çimən çoxlu sayda insanlar da həmin əraziyə yığışıb “batdılar” deyə qışqırırmış, o “batdılar evimiz yıxıldı” sözlərini qışqıraraq dərhal uşaqların olduğu yerə getmiş, həmin vaxt Fərid və Rəvan tanımadığı şəxslər tərəfindən artıq sudan çıxarılmış, Ağaqardaş isə suda batdığından tapılmamışdır. Sudan çıxarılarkən Fərid özündə olmuş, Rəvan isə huşsuz vəziyyətdə xırıldamışdır. Fəridə və Rəvana tibbi yardım göstərilməsi üçün onları avtomobilə əyləşdirib dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına göndərmişlər, uşaqların batdığı yerdə Ağaqardaşı axtarsalar da, o tapılmamışdır. Təxminən 5-10 dəqiqə sonra əraziyə çimərliyin sahibi Təqsirləndirilən şəxs da gəlib göldəki suyun səviyyəsini azaltmaqla Ağaqardaşm axtarışlarını asanlaşdırmaq üçün traktorçuya göldən çıxan kanalı açaraq suyu buraxmağa tapşırmışdır. Təxminən 30 dəqiqədən sonra tanımadığı şəxs Ağaqardaşm meyitini gölün sahilinə çıxartmış, həmin vaxt o tərpənməmiş və nəfəs almamışdır, lakin ümidi itirmədikləri üçün onu da dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanaya çatanda Ağaqardaşm öldüyünü bilmiş, Rəvan ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilmiş, Fəridin vəziyyəti isə yaxşı olmuşdur. Təxminən bir saatdan sonra Rəvan Mirzəyev də xəstəxanada ölmüşdür. Ağaqardaş Rəhimov, Rəvan Mirzəyev və Şahid1 göldə boğulmağa başladıqlarını, suyun altına getmələri anını bilavasitə görməsə də, onlar artıq suda batdıqdan sonra uşaqlardan birinin əllərinin suyun altından yuxarı qaldırdıqlarını görmüş, uşaqların batması anidən baş vermiş, həmin vaxt çimərlikdə çoxlu sayda şəxslərin olduğundan onun fikri bir neçə saniyəlik yayınmış və həmin müddət ərzində də uşaqlar göldə batmışlar. Ağaqardaş. Rəvan və Fərid göldə batarkən o gölün girişdən sağ hissəsində oturmuş, onların batdıqları yer ilə sahil arasında təxminən 2 metr məsafə olmuş, yəni hadisə gölün sahilə yaxın məsafədə baş vermişdir. Hadisə vaxtı çimərlikdə çoxlu sayda - təxminən 100-150 nəfər şəxs olmuş, çimərlik tam olaraq dolu olmuş, həmin vaxt orada çimən şəxslərdən heç kimi tanımamışdır. Çimərliyə daxil olarkən heç bir şəxs onları təhlükəsizlik qaydaları barədə təlimatlandırmamış, yalnız giriş haqqını alıb onları gölə buraxmışlar. Uşaqlarla birlikdə çimərliyə girərkən onlara gölün hər hansı hissənin dərin və ya dayaz olması, dərinliyin nə qədər olması, gölün hansı-sa hissəsində çimməyə qadağan olunması barədə məlumat verilməmiş, hadisə vaxtı gölün dayaz hissəsi ilə dərin hissəsi arasındakı keçid hər hansı şəkildə işarələnməmiş, gölün dərin hissəsi hər hansı şəkildə işarələnmiş olsaydı, Ağaqardaş, Rəvan və Fərid üzməyə bacarmadıqları üçün heç vaxt həmin hissəyə girməzdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində qardaşı Şahid4 Rafiq oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır, sonuncu onun qonşusudur, həmçinin 2006-cı ildə təxminən bir il ərzində Təqsirləndirilən şəxs rəhbərliyi altında Şamaxı rayonu, Şərədil kəndində yerləşən otelin tikintisində rəngsaz işləmişdir, onunla münasibətləri yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bilib işsiz olduğundan 19 iyul 2022-ci il tarixdə ona müraciət edib işə düzəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ona Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında yerləşən özünə məxsus beton zavoda gəlməyini demişdir. Həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs məxsus beton zavoda gəlmiş, ərazidə zavodda çınqıl yuyulmasında və betonun qarışdırılmasında istifadə edilməsi üçün bir neçə dənə süni göl olmuş, Təqsirləndirilən şəxs deməsinə görə, yay mövsümü olduğundan həmin göllərdən birini abadlaşdıraraq pullu çimərlik kimi sakinlərin istifadəsinə vermiş, həmin çimərliyin girişində oturaraq çimərliyə gələn şəxslərdən giriş haqqı alınmalı olduğunu, bunun müqabilində ona aylıq olaraq 300 manat məbləğində maaş verəcəyini demişdir. Təqsirləndirilən şəxs iş təklifini qəbul etmiş və növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin gölə gələrək Təqsirləndirilən şəxs məxsus zavodda onunla əmək müqaviləsini bağlamış və həmin gün saat 12 radələrində işinə başlamışdır. Vəzifələri Təqsirləndirilən şəxs məxsus ərazidə yerləşən çimərlik kimi istifadə verilmiş gölə girişdə quraşdırılmış şlaqbaumun yanında otutaraq çimərliyə gələn şəxslərdən giriş haqqını alıb onları çimərliyə buraxmaqdan ibarət olmuş, Təqsirləndirilən şəxs dediyi kimi adambaşı 5 manat pul alıb şəxsləri çimərliyə buraxmış, azyaşlılardan isə ümumiyyətlə pul almamışdır. 20 iyul 2022-ci il tarixdə saat 15:30 radələrində şlaqbauma “Qazel” markalı yük avtomobili yaxınlaşmış və həmin avtomobildən ikisi kişi, üçü yeniyetmə oğlan və ikisi azyaşlı oğlan uşaqları olmaqla yeddi nəfər gəlib göldə çimmək istədiklərini demiş, uşaqlarla gələn böyükləri üzdən tanısa da, onların adlarını bilməmiş, onları Şamaxı rayon sakinləri kimi tanımış, hər ikisi Şamaxı şəhərində ət dükanı işlətməklə ət kəsimi ilə məşğul olurlar. Həmin şəxslərə güzəşt edərək onlardan ümumilikdə 20 manat məbləğində pul alıb şlaqbaumdan içəri buraxmış və yanlarında azyaşlı uşaqların olmasını nəzərə alıb dayaz yerdə çimmələri barədə təlimatlandırmışdır. Həmin şəxslər avtomobillə əraziyə daxil olmuş və avtomobili göldən bir qədər uzaqda saxlayıb elə avtomobilin içərisində əyinlərini dəyişib gölün sağ sahilindəki təpəyə gedib orada çimməyə başlamış, o, həmin şəxslərə fikir verməyib şlaqbaumda oturub çimməyə gələn digər şəxsləri əraziyə buraxmağa davam etmişdir. Təxminən 15 dəqiqə sonra göl tərəfdən “Ay evim dağıldı” məzmunlu qışqırıq səsləri eşitmiş, dərhal səs gələn tərəfə qaçmış, həmin vaxt “Qazel” markalı avtomobillə çimərliyə gələn azyaşlı uşaqların suda boğulduğunu zənn edərək dərhal çoxlu sayda şəxslərin toplaşdığı əraziyə qaçmışdır. Gölə çatanda “Qazel” markalı avtomobillə gələn yeniyetmələrin birinin artıq sahilə çıxarıldığını, həmin şəxsin gölün qırağında xırıldadığını görmüş, suda boğulmuş ikinci yeniyetmənin axtarışları davam etmiş, sudan çıxarılmış yeniyetmə qohumları tərəfindən avtomobilə mindirilərək Şamaxı rayon mərkəzi xəstəxanasına aparılmışdır. Dərhal müdiri Təqsirləndirilən şəxs zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs da gölə gəlmiş və ikinci yeniyetmənin tapılmasını asanlaşdırmaq üçün ərazidə olan traktorçulara gölün bəndini açaraq suyunun boşalmasını demişdir. Təxminən 30 dəqiqə sonra ikinci yeniyetmənin meyitini göldən çıxarılmış və o dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs məxsus çimərliyin icazəsiz olaraq fəaliyyət göstərməsi barədə xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə yeniyetmələr göldə boğularkən çimərlikdə təxminən 30 nəfər şəxs olmuş, həmin vaxt çimərliyə buraxdığı şəxslərin əksəriyyətini Şamaxı rayon sakinləri kimi üzdən tanısa da, onların ad və soyadlarım bilmir. Təqsirləndirilən şəxs məxsus çimərlikdə ondan başqa heç kim işləməmiş, çimərlikdə əmək vəzifəsi çimməyə gələn şəxslərdən giriş haqqı alıb onları çimərliyin ərazisinə buraxmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs çimərlik kimi istifadə verdiyi süni göldə çimən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün üç ədəd avtomobil təkərinin kameraları olmuş, başqa hər hansı təhlükəsizlik tədbirləri görülməmiş, çimərlikdə suda batan şəxslərin çıxırılması üçün xilasedicilər fəaliyyət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, 72C-21 nömrəli material üzrə faktla bağlı Azərbaycan Respublikası CMnin 314.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Meyitə baxış keçirilməsi haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, meyitin ağzından ağ rəngli suvaşqan köpük xaric olur, meyitin bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Meyitə baxış keçirilməsi haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, meyitin ağzından ağ rəngli suvaşqan köpük xaric olur, meyitin bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Şamaxı rayonu, Çuxuryurd-Qızmeydan avtomobil yolunun 3-cü kilometrliyinin sağ tərəfində Şamaxı rayonu, Əhmədli kəndində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs məxsus çimərlik kimi istifadə edilən süni yaradılmış göldə baş vermişdir. Gölün sahəsinə girişdə şlaqbaum quraşdırılmış, şlaqbauma yaxın giriş haqlarının yığılmasını həyata keçirən işçi üçün nəzərdə tutulmuş bir ədəd masa, oturacaq və gün əleyhinə çətir vardır. Gölə girişdən sol hissədə 06 ədəd günəş əleyhinə çətirlərin dəmir konstruksiyaları vardır, çətirlərin üstü örtülməmişdir. Gölün sol hissəsində yuyunma otağı kimi istifadə edilən dəmir konstruksiyalar və onun üzərində dəmir çən vardır. Yuyunma üçün nəzərdə tutulmuş konstruksiyanın divarında kağızda “Ərazidə siqaret çəkmək qadağandır”, “Azyaşlı uşaqları nəzarətsiz buraxmayın”, “Dərinlik 1.80 sm”, “Xahiş olunur təmizliyə riayət edəsiniz” məzmunlu yazılar yapışdırılmışdır. Gölün girişdən ən uzaq hissəsində dərinlik 1.85 santimetr olması müəyyən edilmiş, dayaz və dərin hissələr arasındakı keçid sərtdir. Gölün dayaz və dərin hissələrin bir-birindən ayırması üçün hər hansı xüsusi işarə, zolaq və s. müəyyən edilməmiş, gölün sağ tərəfində bir qədər hündürlükdə iki ədəd qara rəngli avtomobil təkərlərinin kameraları vardır. Baxış zamanı gölün ətrafında xilasetmə məntəqəsinin olmadığı müəyyən edilmişdir. Şamaxı rayon İcra hakimiyyətindən daxil olmuş 22 iyul 2022-ci il tarixli Ş-02-1307 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan torpaq sahəsində yaradılmış süni göldə çimərlik təşkil edilməsi ilə əlaqədar Şamaxı rayon İcra hakimiyyətinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş 26 iyul 2022-ci il tarixli **********905300 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi 4 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və hal-hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdə olmaqla əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərəkəndə satışı, əlavə fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərəkəndə satışı, ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərəkəndə satışı, yaşayış və qeyri-yaşayış binaların tikintisi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi və digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə xidmətlərdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X19 Xidmətindən daxil olmuş 28 iyul 2022-xi il tarixli xx/xx-00510 nömrəli məktubdan görünür ki, Şamaxı rayonu, Əhmədli kəndində Pirsaat çayının yatağında yerləşən Təqsirləndirilən şəxs məxsus süni göldə yaradılmış çimərlik barədə Xidmətə məlumat daxil olmamışdır. Vətəndaş tərəfindən müraciət daxil olmadığına görə yaradılmış çimərliyin çimmək üçün yararlılığı barədə tərəflərindən dalğıclar vasitəsilə sualtı baxış keçirilməmiş, relyef yoxlanılmamış, ərazinin çimərlik üçün istifadəsinə rəy verilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, X5 meyitinin bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Ağaqardaş Rəhimovun ölümünə səbəb tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş vermiş asfiksiya olmuşdur, ölüm xx.xx.2022-ci il tarixdə baş vermişdir. Ağaqardaş Rəhimovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etanol və narkotik maddələr aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, X8 meyitinin bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Rəvan Mirzəyevin ölümünə səbəb tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş vermiş asfiksiya olmuşdur, ölüm xx.xx.2022-ci il tarixdə baş vermişdir. Rəvan Mirzəyevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etanol və narkotik maddələr aşkar olunmamışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 avqust 2022-ci il tarilxi arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı xx.xx.1961-ci il təvəllüdlü X17 ilə Şamaxı şəhəri, Əzizbəyov küçəsi 9 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı məhəllədə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhəllədə hörmət qazanmış, qonşuların xeyir və şər işlərində yaxından iştirak etmişdir. Öz yaşıdlarına nümunə olmuş, nümayəndəliyə onun barəsində yazılı və şifahi məlumat daxil olmamışdır. 11 may 2013-cü il tarixli müqaviləyə əsasən X3 rayonu, Pirsaat çayı ərazisində yerləşən 50 hektar torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnu "xxxx" MMC-yə satmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, rayon icra hakimiyyəti tərəfindən Şamaxı rayon Pirsaat çayında yerləşən 50 hektar torpaq sahəsinin 87 il 7 ay müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi xx.xx.2013-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli 3M-205 və xx.xx.2019-cu il tarixli 3M-206 nömrəli alqı-satqı müqavilələrinə əsasən Şamaxı rayonu, Pirsaat çayı ərazisində yerləşən 50 hektar torpaq sahəsinə dair icarə hüququ 81 il 3 ay müddətinə - xx.xx.2100-cü il tarixədək Təqsirləndirilən şəxs və X6 verilmişdir. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin nizamnamə kapitalında Təqsirləndirilən şəxs 100 faiz paya malikdir. Elektron vergilər idarəsindən notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 10/5601 nömrəli rəyindən görünür ki, Şamaxı rayonu, Əhmədli kəndi ərazisində, Pirsaat çayının yatağında qum-çınqıl istehsal fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ayrılmış sahədə yaradılmış süni göldə ümumi istirahət üçün çimərlik yaratdığına, həmin çimərlikdə istifadə qaydalarını əks etdirən məlumat lövhələri asılmadığına, xilasedicilər üçün müşahidə gülləsinin quraşdırılmadığına, xüsusi təyinatlı vasitələri (hava ilə doldurulmuş jilet və döşəklər, xilas dairələri və s.) ilə təmin edilmədiyinə, çimmə və istirahət zonaları yaradılmadığına, həmin zonaları işarələndirən üzgəc və yaxud stasionar nişanlar qoyulmadığına, gölün dərinliyinin 1.75m-dən artıq olduğuna və müvafiq şəxsi təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 1.5, 1.7, 2.2, 2.6, 2.6.1, 2.6.3, 2.6.4, 2.6.5, 2.6.10, 2.6.11, 2.6.12, 2.6.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Şamaxı rayonu, Əhmədli kəndi ərazisində, Pirsaat çayının yatağında qum-çınqıl istehsal fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə ayrılmış sahədə yaradılmış süni göldə ümumi istirahət üçün müvafiq icazələr alınmadan çimərlik yaratdığına, həmin çimərlikdə istifadə qaydalarını əks etdirən məlumat lövhələri asılmadığına, xilasedicilər üçün müşahidə gülləsinin quraşdırılmadığına, xüsusi təyinatlı vasitələri (hava ilə doldurulmuş jilet və döşəklər, xilas dairələri və s.) ilə təmin edilmədiyinə, çimmə və istirahət zonaları yaradılmadığına, həmin zonaları işarələndirən üzgəc və yaxud stasionar nişanlar qoyulmadığına, gölün dərinliyinin 1.75m-dən artıq olduğuna görə, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnaməmin 1.7, 2.2, 2.6, 2.6.1, 2.6.3, 2.6.4, 2.6.5, 2.6.10, 2.6.11, 2.6.12, 2.6.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Göldə çimərkən müvafiq şəxsi təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 1.5 bəndinin tələbi zərərçəkmiş şəxslər tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 102 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər ona ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş zərər ona ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq edilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin hüquqi varislərinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldiir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1(bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri – 102 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar