Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-107/2021 27.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1971-ci ildə Masallı rayonu Məmmədxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, "xxxx" MMC-də podrat müqaviləsi ilə avtoyükləyicinin sürücü-operatoru işləyən, məhkum olunmamış, Masallı rayonu Məmmədxanlı kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında işləyən zaman 20.06.2021-ci il tarixdə saat 16:40-da idarə etdiyi “JCB 540-170” markalı avtoyükləyiciyə qaldırılaraq apardığı dəmir profilin avtoyükləyicinin çəngəllərinin üzərinə düzgün yerləşdirilməklə dayanıqlı vəziyyəti təmin etməmiş və yükün düşmə zonasında adamların olmasını nəzərə almayıb “JCB 540” markalı avtoyükləyicinin operator kitabçasının və “Yükləmə-boşaltma işləri, təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 2.5, 2.13 bəndlərinin tələblərini pozmuş, dəmir profilin sürüşərək həmin tikinti meydançasında usta-quraşdırıcı işləyən 13.07.1984-cü il təvəllüdlü X1 üzərinə düşməsi nəticəsində sonuncunun sağlamlığa ağır zərərvurmaya aid müştərək travma, qapalı kəllə-beyin travması, qapalı onurğa beyin travması Th-11 fəqərəsinin fəsadlaşmış sınıq-çıxığı, sol tərəfli pnevmohemotoraks, sol ağciyərin yuxarı payının arxa seqmentində pnevmohemotosele, sol 2-ci, 3-cü, 4-cü qabırğaların arxa hissəsində 5-ci, 7ci, 8-ci, 9-cu qabırğalarının arxa lateral hissədə yerdəyişmiş tam sınığı, sol kürək sümüyün yuxarı kənarında yerdəyişmiş sınıqlar, döş qəfəsinin sol yan nahiyyəsində dərialtı emfizema, dalaq parenximasında yer-yer laseriya sahəsi, aşağı parapelgiya çanaq üzvlərinin kobud pozulması xəsarətlərinin almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, "xxxx" ASC-də xüsusi təlim keçdikdən sonra 2013cü ildə “Avtoyükləyici maşinisti” sertifikatı alıb müxtəlif şirkətlərdə xüsusi qaldırıcı texnikaların sürücü-operatoru vəzifəsində çalışmış, 2016-cı ildə vergi uçotuna duraraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN-ni) almış, 11 iyun 2021-ci il tarixdə "xxxx" QSC-nə məxsus “JCB 540-170” markalı avtoyükləyicini icarəyə götürmüş və həmin tarixdə "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən “JCB 540-170” markalı avtoyükləyici ilə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında yüklərin daşınması xidmətlərini göstərməyə başlamış, vəzifəsi tikintidə yüklərin tikinti meydançasına gətirib boşaldılmasından ibarətdir. Bir qayda olaraq meydançada işləyən usta-quraşdırıcılar hər hansı əlavə materiallara ehtiyac olduqda ona müraciət edir və o, idarə etdiyi texnika ilə həmin materialı yükləyib materialı tələb olunan yerə çatdırır. O, Zərərçəkmiş şəxs tanıyır, sonuncu ilə ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında quraşdırıcı vəzifəsində işləyir. 20 mart 2021-ci il tarixdə saat 16:30 radələrində Bəylər Abuzarzadə ona yaxınlaşıb işlədiyi yerdən təxminən 35 metr aralıda olan iki ədəd dəmir profilin 7 nömrəli fermanın qarşısında olan “Kamaz” markalı avtoqaldırıcının yaxınlığına gətirib boşaldılmasını xahiş etmiş və profilin qoyulmalı olduğu sahəni göstərmişdir. O, idarə etdiyi “JCB 540-170” markalı avtoyükləyici ilə profilin birini gətirib Bəylərin qeyd etdiyi yerə qoymuş və ikinci profili gətirmək üçün yenidən geri qayıtmış, avtoyükləyiciyə ikinci profili də yükləmiş və yavaş-yavaş “Kamaz” markalı avtoqaldırıcıya doğru hərəkət etməyə başlamışdır. Həmin avtoqaldırıcının qabaq hissəsindən keçib bir qədər sol tərəfinə döndərib profili tələb olunan yerə aşağı salmaq istəyərkən altına qoyulan taxtanın və Zərərçəkmiş şəxs özünün həmin ərazidə olmadığını görmüş, sağına və soluna boylanaraq Zərərçəkmiş şəxs axtarmağa başlamış, həmin an Zərərçəkmiş şəxs “Kamaz” markalı avtoqaldırıcının arxa sol təkərlərinə söykənmiş vəziyyətdə oturub mobil telefondan istifadə etdiyini görmüş, sonuncudan profilin boşaldılması üçün onun altına taxta qoymasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs ona əli ilə işarə edib profilin boşaldılmasını xahiş etmişdir. Həmin vaxt avtoyükləyicinin çəngəlində olan dəmir profilin sol tərəfə hərəkət etdiyini görmüş və dərhal Zərərçəkmiş şəxs oradan qaçmağı qışqırmış, lakin Zərərçəkmiş şəxs onu eşitsə də, həmin ərazidən uzaqlaşa bilməmiş və gətirdiyi dəmir profil yüngülcə Bəylərin baş nahiyəsindən dəyib kranın təkərinə toxunaraq qabırğaları səviyyəsində üzərinə düşüb yerə sıxmışdır. Həmin profilin bir tərəfi Zərərçəkmiş şəxs yerə sıxmış digər tərəfi isə yuxarıda avtoyükləyicinin çəngəlində qalmışdır. O, dərhal texnikanı “Stop”-a qoyub çıxmış və dəmir profili qaldırıb Bəyləri dəmir profillərin altından çıxartmağa çalışmış, həmin vaxt Zərərçəkmiş şəxs özündə olsa da, lakin bir qədər şok vəziyyətində olmuş, onunla xatırlamadığı məzmundə bir-iki kəlmə söhbət etmiş, həmin müddət ərzində o özü dəmir profilləri qaldırmağa cəhd etmiş ki, dəmir profillər Zərərçəkmiş şəxs daha da çox xəsarət yetirməsin. Daha sonra hadisə yerinə gəlmiş hadisənin təsirində olduğu üçün halhazırda xatırlamadığı şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. İşlədiyi tikinti meydançası torpaq səthi olduğundan və həmin ərazidə mayilliklər mövcud olduğundan avtoyükləyiciyinin üzərində olan dəmir profil sürüşərək çəngəldən düşmüş, həmin ərazidə olan “Kamaz” markalı teleskopik qaldırıcının (kranın) dəmir “lapaları” açıq vəziyyətdə olduğundan, həmçinin Zərərçəkmiş şəxs kranın arxa təkərləri hissəsinə söykənib kölgəlikdə oturduğundan son anadək Zərərçəkmiş şəxs görə bilməmiş, o, Zərərçəkmiş şəxs görəndə avtoqaldırıcıya yüklənmiş dəmir profil artıq sol tərəfə doğru hərəkət etməyə başlamış, profilin qeyd edilən əraziyə aparılmasını ona Zərərçəkmiş şəxs özü demişdir. Belə ki, hər briqadada işləyən ustalardan bir nəfər lazım olan yüklərin aparılmasını ona tapşırır və o, ustaların dedikləri yükləri göstərilən əraziyə çatdırır. Hadisə baş verən zaman kran ərazidə “strelanın” və “lapalar” açılmış vəziyyətdə olsa da, həmin ərazidə heç bir iş görülməmiş və həmin vaxt həmin texnikanın kabinəsində heç kimi görməmişdir. Bundan başqa materialların texnikanın çəngəllərindən düşməsi halları əvvəllər də baş vermiş, lakin həmin vaxt ətrafda insanlar olmamışdır. Bir qayda olaraq yüklər uzaq məsafəyə aparıldıqda tərəfindən xüsusi kəndirlərlə çəngəllərə bərkidilir, yükləri yaxın məsafəyə apardıqda isə onları bərkitmir, hadisə vaxtı dəmir profil qısa məsafəyə daşındığından o texnikanın çəngəllərinə bərkidilməmiş, idarə etdiyi texnikada həmin kəmərlər olmuş, adətən yükləri qısa məsafələrə apardığından kəmərləri tez-tez açıb-bağlamamaq üçün həmçinin ustalara əziyyət olduğundan, həm də vaxt itkisi olduğundan bunu etməmiş, bu səbəbdən tikinti meydançasında işləyən bütün işçilərlə o, texnika ilə işləyərkən texnikadan uzaq məsafədə durmaqlarını xahiş etmişdir. Zərərçəkmiş şəxs dediyi birinci profili gətirərkən sonuncu özü ona istiqamət verməklə kömək etmiş, ikinci profilin gətirilməsi zamanı isə yalnız profilin qoyulmalı olduğu yeri göstərib uzaqlaşmış, ikinci profilin qaldırıb tələb olunan yerə aparılması zamanı ona heç bir şəxs kömək etməmişdir. Zərərçəkmiş şəxs üzərinə düşmüş dəmir profilin təxmini çəkisi 250-300 kq olmuş, işə buraxılmazdan öncə, həmçinin vaxtaşırı texniki təhlükəsizlik üzrə təlimat almış, idarə etdiyi “JCB 540-170” markalı avtoyükləyicinin təhlükəsiz istismar edilməsi ilə bağlı təlimatla tanış olmuş, bundan əlavə xüsusi təlim keçdiyi üçün bu kimi texnika ilə istifadə edilməsi ilə bağlı təlimatlandırılmışdır. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs başında qoruyucu dəbilqə olmamış, həmin vaxt təxminən 50-60 metr aralıda quraşdırıcılar işləmiş, hadisənin baş verdiyi ərazidə isə yalnız Zərərçəkmiş şəxs ilə ikisi işləmiş, yükün çəngəllərinin üzərinə düzgün yerləşdirilməklə dayanıqlı vəziyyətini təmin edilməsi onun yox digər işçilərin vəzifəsi olmuş, dəmir profilləri boşaldan zaman o, Zərərçəkmiş şəxs görməmiş, görən zaman isə artıq gec olmuşdur. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 01.05.2021-ci il tarixdə "xxxx" MMC adlı tikinti şirkəti ilə podrat müqaviləsini bağlamaqla Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında usta-quraşdırıcı işləmiş, həmin müqaviləyə əsasən ona tikilməkdə olan fermaların metal konstruksiyalarının yığılması işi tapşırılmış, ondan başqa həmin tikinti meydançasında 30 nəfərə yaxın usta-quraşdırıcı işləmiş, hər quraşdırıcının işlədiyi sahə olmuşdur. Tikintidə istifadə ediləcək dəmir profil, bloklar və digər elementlər hazır vəziyyətdə xüsusi texnika vasitəsi ilə tikinti meydançasına gətirilir və teleskopik yükləyicilərlə yuxarı qaldırılıb usta-quraşdırıcılar tərəfindən layihəyə uyğun fermaların dəmir konstruksiyaları yığılır. Hər iş günün əvvəlində sahə rəisi tərəfindən iş görüləcək ərazi göstərilir və usta verilmiş tapşırığa uyğun olaraq işləyir. Quraşdırıcıların vəzifəsi yalnız sənaye üsulu ilə xüsusi qaydada hazırlanmış elementlərin boltlarla bir-birinə bağlamaqdan ibarətdir. Lazım olan elementlər tükəndikdə tikinti meydançasında işləyən avtoyükləyicinin sürücüsünə usta-quraşdırıcı tərəfindən lazım olan materialların həmin sahəyə gətirilməsi tapşırılır. 20.06.2021-ci il tarixdə saat 16 radələrində o, tikilməkdə olan 7 nömrəli fermanın girişinin qarşısında işləmiş, həmin vaxt istifadə ediləcək dəmir profillər qurtardığından tikinti meydançasında avtoyükləyicinin sürücüsü Təqsirləndirilən şəxs işlədiyi ərazidən təxminən 30-50 metr aralıda yığılan dəmir profilləri gətirməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da idarə etdidiyi “JCB” markalı avtoyükləyicini profillərin yığıldığı əraziyə sürmüş, o, Təqsirləndirilən şəxs profili konkret hansı əraziyə boşaldılmalı olduğunu əl ilə işarə etmiş və həmin vaxt çox isti olduğundan ərazidə işləyən “Kamaz” markalı avtoqaldırıcının (kranın) arxa təkərləri tərəfə gedib avtomobilin kölgəsində oturmuş, oturan zaman üzü avtoqaldırıcıya tərəf olduğundan ondan arxada nə baş verdiyini görməmiş, bu qaydada kranın kölgəsində təxminən 1-2 dəqiqə əyləşdikdən sonra əraziyə avtoyükləyicinin yaxınlaşdığını eşitmiş, lakin buna fikir verməmiş, bundan bir müddət sonra Təqsirləndirilən şəxs “Qaç” sözünü eşitmiş, həmin vaxt dönüb arxada nə baş verdiyinə baxmaq istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtoyükləyicinin çəngəllərində olan dəmir profil sol tərəfə sürüşərək üzərinə düşmüş və baş nahiyəsindən dəyib sinəsini yerə sıxmış, profilin sağ tərəfi isə texnikanın çəngəllərinin üzərində qalmış, Təqsirləndirilən şəxs dərhal texnikanı saxlayıb kabinədən çıxmış və üzərinə düşən profili qaldırıb yaxınlıqda işləyən şəxsləri köməyə çağırmış, həmin vaxt özündə olsa da, artıq ayaqlarını hiss etməmiş, bundan sonra ərazidə işləyən şəxslərin köməyi ilə Şamaxı rayon mərkəzi xəstəxanasına, daha sonra isə Azərbaycan Respublikası Tibbi Universiteti yanında X3 yerləşdirilmişdir. Hadisə vaxtı ərazidə olan avtoqaldırıcının təkərlərinin kölgəsində oturduğu üçün Təqsirləndirilən şəxs avtoyükləyicini idarə edərkən onu görmək imkanı olmamış, bundan əlavə Təqsirləndirilən şəxs onun həmin yerdə otura biləcəyindən xəbərsiz olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi texnikanın səsindən ona yaxınlaşdığını eşitmiş, lakin buna fikir verməmişdir. İşə buraxılmazdan öncə texniki təhlükəsizlik üzrə təlimatlandırılmış, həmçinin iş prosesində də işçilər mütəmadi olaraq təlimatlandırılmışdır. Tikinti meydançasında işləyən bütün şəxslər dəbilqə, qoruyucu kəmərlər, xüsusi ayaqqabı ilə təmin edilir və həmin fərdi mühafizə vasitələrdən istifadə edilməsinə ciddi nəzarət olunur, pozuntuya yol vermiş işçilər barəsində cərimə təhbehi tətbiq edilir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2018ci ildən tikinti sahəsində işləyir, 2021-ci ilin yanvar ayından hazırki vaxtadək "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış müqaviləyə əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində tikilməkdə olan “Aqropark” südçülük kompleksində usta-quraşdırıcı vəzifəsində çalışır, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs də "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyir. Müqaviləyə əsasən onların vəzifəsi tikilməkdə olan fermaların dəmir konstruksiyalarının yığılmasından ibarətdir. Ondan başqa tikinti meydançasında eyni vaxtda təxminən 30-a yaxın quraşdırıcı işləyir. Belə ki, tikintidə istifadə ediləcək dəmir profil, bloklar və digər elementlər xüsusi texnika vasitəsi ilə tikinti meydançasına gətirilir və teleskopik yükləyicilərlə yuxarı qaldırılır, daha sonra isə usta-quraşdırıcılar onlardan layihəyə uyğun dəmir konstruksiya yığırlar. Quraşdırıcıların vəzifəsi yalnız sənaye üsulu ilə xüsusi qaydada hazırlanmış elementlərin boltlarla bir-birinə bağlamaqdan ibarətdir. Hər iş günün əvvəlində tikinti meydançasında sahə rəisi Rövşən adlı şəxs və ya layihə rəhbəri Xidmət müəllim onlara görməli olduqları işlər barədə məlumat verir və onlar həmin tapşırıqları icra edirlər. 20 mart 2021-ci il tarixdə saat 15 radələrində həmişəki kimi tikinti meydançasında 6 nömrəli fermanın dəmir konstruksiyalarını bərkidən zaman Zərərçəkmiş şəxs 7 nömrəli fermanın qarşısında dayanmış “Kamaz” markalı teleskopik yükləyicisinin arxa təkərlərinə söykənmiş vəziyyətdə əyləşmişdir. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “JCB 540-170” markalı avtoqaldırıcı ilə dəmir profili qaldırıb “Kamaz” markalı avtoqaldırıcının dayandığı əraziyə apardığını görmüş, təxminən 1-2 dəqiqədən sonra ətrafda işləyən şəxslər qaçaraq avtoyükləyicinin işlədiyi əraziyə qaçmış, o da əlində olan işi qoyub iş yoldaşlarının yığışdığı əraziyə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs “Kamaz” markalı avtoqaldırıcının arxa təkərinə söykənmiş vəziyyətdə oturduğunu, baş nahiyyəsindən qan gəldiyini, avtoqaldırıcı üzərində olmuş dəmir profilin bir tərəfi yerdə, digər tərəfi isə qaldırıcının çəngəllərində olduğunu görmüş, avtoqaldırıcını idarə edən Təqsirləndirilən şəxs tarazlığının itməsi nəticəsində apardığı dəmir profilin sol tərəfə sürüşərək Zərərçəkmiş şəxs üzərinə düşdüyünü demiş, bundan sonra baş vermiş hadisə barədə rəhbərliyə məlumat verilmiş, təxminən 5-10 dəqiqə sonra rəhbərləri Şahid2 hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs iş yoldaşı Ceyhun Quliyevə məxsus avtomobil ilə Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdır. “JCB 540-170” markalı texnikanın həmin əraziyə profili gətirməyi və Zərərçəkmiş şəxs kranın yanında oturmasını görsə də, öz işi ilə məşğul olduğu üçün profilin Zərərçəkmiş şəxs üzərinə düşmə anını görməmiş, həmin profil təxminən 10 metr uzunluqda, 20 santimetr enlilikdə olmuş, profillər teleskopik qaldırıcı ilə yuxarı qaldırılıb xüsusi boltlarla fermanın dəmir konstruksiyasına bərkidilir. Gündəlik olaraq işə buraxılmazdan öncə sahə rəisi Rövşən müəllim və layihə rəhbəri Xidmət müəllim tərəfindən təlimatlandırılma aparılmış, hər iş günün əvvəlində Rövşən müəllim və Xidmət müəllim açıq havada tikinti meydançasında onlara əmək mühafizəsi qaydalarını izah etməklə fərdi qoruyucu vasitələrin istifadəsinin vacibliyini bildirmişlər. Hər bir quraşdırıcı qoruyucu kəmər, təhlükəsizlik dəbilqəsi və xüsusi ayaqqabı ilə təmin edilir. Hər iş günün əvvəlində anbardan həmin vasitələri götürülür və iş gününün sonunda avadanlıq anbara təhvil verilir, hadisə baş verəndən sonra Zərərçəkmiş şəxs yaxınlaşdıqda sonuncunun başında qoruyucu dəbilqə olmamış, həmin vaxt ətrafda quraşdırıcı işləyən Xanlar və Mustafa adlı işçilər olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 2018-ci ildən tikinti sahəsində işləyir, 2021-ci ildən hazırki vaxtadək isə "xxxx" MMC tikinti şirkətində direktor müavini vəzifəsində çalışır. Xidməti vəzifələrinə "xxxx" MMC-yə daxil olmuş sifarişlərin yerinə yetirilməsinə nəzarət etmək aiddir. 2020-ci ildə "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlı südçülük kompleksinin tikintisi aparılır. Zərərçəkmiş şəxs onun işçisidir, Zərərçəkmiş şəxs 05 yanvar 2021-ci il tarixdə "xxxx" MMC ilə podrat müqaviləsini bağlamaqla şirkətdə dəmir-montajçı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əmək funksiyası “Aqropark”-ın tikilməsində istifadə edilən dəmir konstruksiyaların quraşdırmaqdan ibarətdir. 20.06.2021-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Pirsaat” adlı pirdə aparılan yenidənqurma işlərinə nəzarət edərkən tikilən kompleksin mühafizə xidmətinin rəisi Elməddin adlı şəxs ona zəng edib tikinti meydançasında Zərərçəkmiş şəxs üzərinə dəmir konstruksiyanın düşdüyünü və sonuncunun xəsarət aldığını bildirmiş, o, dərhal həmin əraziyə yollanmış, tikinti meydançasına çatanadək digər işçilər artıq təcili tibbi yardıma məlumat vermişlər. Həmin vaxt Zərərçəkmiş şəxs baş nahiyyəsində xəsarətin olduğu və həmin yaradan qanın sıçradığını görmüş, təcili tibbi yardımı gözləməklə vaxt itirməməsi üçün Zərərçəkmiş şəxs işçilərdən birinin avtomobilinə əyləşdirərək Şamaxı rayon mərkəzi xəstəxanasına aparmış, xəstəxanada Zərərçəkmiş şəxs müayinə edildikdən sonra həkim sonunucuda təkcə başında xəsarətlərinin olmadığı, həmçinin daxili orqanlarının, habelə onurğa sütununun zədələndiyini demiş və xəstənin təcili olaraq Bakı şəhərinə aparılmalı olduğunu demişlər. Həmin vaxt zərərçəkənin qohumları da xəstəxanada olmuş, qohumları da Zərərçəkmiş şəxs Bakı şəhərinə aparılmasına israr etmiş, bundan sonra xəstəxana tərəfindən verilmiş təcili tibbi yardım avtomobili ilə Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən Azərbaycan Tibb Universiteti X3 yerləşdirilmişdir. Həmin gün Zərərçəkmiş şəxs müayinə edilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onurğası zədələnmiş, lakin daxili orqanlarda ciddi xəsarətlərin və daxili qanaxmanın olmadığı müəyyən edilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs müalicəsi davam etdirilir. Görülən işlər zamanı tikinti meydançasında əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət sahə rəisi X6 həvalə edilmiş, tikinti meydançasında istifadə edilən “JCB” markalı qaldırıcı texnikanı idarə edən Təqsirləndirilən şəxs tikintidə istifadə edilən dəmir konstruksiyalarını qaldırıb avtomobili idarə edən zaman texnikanın təkəri çuxura düşmüş və konstruksiyaların biri sürüşərək Zərərçəkmiş şəxs meydançada quraşdırılmış qaldırıcı krana sıxmışdır. Təqsirləndirilən şəxs da podrat müqaviləsi əsasında 11.06.2021-ci il tarixdən şirkətdə çalışır. İdarə etdiyi texnika da təzəliklə gətirilmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Sabir qəsəbəsində Şamaxı- Bakı avtomobil yolundan 200 metr aralıda yerləşən tikilməkdə olan “Aqropark” adlı südçülük kompleksinin tikinti meydançasıdır. Tikinti meydançasında sökülüb-yığılan yaşıl rəngli dəmir profillərdən bir-birinə bərkidilməklə dəmir konstruksiya şəklində ümumilikdə 8 ferma inşa edilir. Hadisə yeri tikilməkdə olan 7 nömrəli fermanın giriş hissəsinin qarşısında açıq ərazidə fermanın dəmir konstruksiyalarından 15 metr aralıda yerləşir. Həmin fermanın dam örtükləri və divarları inşa edilməmiş, yalnız dəmir konstruksiyadan ibarətdir. Hadisənin baş verdiyi ərazidə yer səthi nahamar sarı torpaqdır. Torpaq səthində müxtəlif istiqamətlərdə hərəkətdə olmuş texnikanın təkər izləri əks edilmişdir. Qeyd edilən ərazidən təxminən 100 metr aralıda mühafizə xidmətinin videomüşahidə kamerası vardır. Həmin kameranın görüntüləri yoxlama üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alaraq hadisənin baş verdiyi an qeydə alınmış görüntülər mobil telefon vasitəsilə mühafizə otağında quraşdırılmış monitordan çəkilərək CD formatlı diskə köçürülmüş və baxış protokoluna əlavə edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş “JCB 540-70” avtoyükləyiciyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtoyükləyici “JCB 540-70” markalıdır, texnika tikinti meydançasında müxtəlif təyinatlı yüklərin qaldırılması və daşıması üçün nəzərdə tutulmuşdur. Avtoyükləyicinin qabaq hissəsində yüklərin qaldırılması üçün nəzərdə tutulmuş çəngəllər vardır. Həmin çəngəllər konskturksiyasına görə sağ, sol, aşağı, yuxarı istiqamətlərdə hərəkət etmək imkanına malik oxun üzərində yerləşir. Həmin ox texnikanın arxa hissəsindən qabaq hissəsinə kimi yerləşir və uzanılaraq açılmaq imkanına malikdir. Texnikanın banının ortasında bir nəfərlik kabinə vardır. Kabinə dəmir barmaqlıqlarla örtülmüşdür. Avtoyükləyici texniki cəhətdən saz vəziyyətdədir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə 01 ədəd “Hadisə yerinin video görüntüsü” adlı 01 ədəd video fayl vardır. Video görüntünün sol yuxarı küncündə qeyd edilənlərdən aydın olur ki, video müşahidə kamerası 20 iyun 2021-ci il tarixdə saat 16:38:31-dən saat 16:40:47-dək olan müddət ərzində baş verənləri qeydə almışdır. Görüntünün sağ aşağı küncündə isə “Buzovluq_1” yazısı əks edilmişdir. Görüntüdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlı südçülük kompleksinin tikinti meydançası görünür. Videomüşahidə kamerasının quraşdırıldığı yerdən təxminən 100 metr aralıda yaşıl rəngli dəmir konstruksiyalı eyni formalı və ölçülü 08 ədəd iri qabaritli fermaların tikildiyi müşahidə edilir. Onlardan altısının üzərinə yaşıl rəngli dam çəkilmiş, qalan iki fermanın isə üstü açıqdır. Sol tərəfdən ardıcıllıqla saydıqda yeddi saylı fermanın qarşısında arxa hissəsi fermaya tərəf “strelası” fermanın dam hissəsinə istiqamətdə açıq vəziyyətdə 01 ədəd teleskopik qaldırıcının (kranın) dayandığını, ondan təxminən 40-50 metr aralıda sarı rəngli avtoyükləyicinin yerdə olan konstruksiyalarını qaldırmaq üçün irəli və geri hərəkət etdiyi görünür. Yükü qaldırıcı elementə (“vilka”-ya) yüklədikdən sonra həmin avtoyükləyici bir qədər arxaya hərəkət edib sağ tərəfə dönərək yavaş sürətlə kranın dayandığı istiqamətə hərəkət edir. Avtoyükləyici hərəkətə başlayarkən bir nəfər şəxs kranın arxa hissəsindən çıxaraq bir neçə saniyə ərzində krandan təxminən 10-15 metr aralıda dayanıb kranın arxa hissəsinə yaxınlaşır və kranın arxa sol təkərinə tərəf gedib orada əyləşir. Həmin vaxt avtoyükləyici qaldırdığı yüklə birlikdə krana yaxınlaşır. Həmin şəxs kranın əks tərəfində əyləşdiyindən avtoyükləyicini idarə edən şəxsin həmin şəxsi görmək imkanı yoxdur. Yükləyicinin yaxınlaşdığı müddət ərzində həmin şəxs görünmür. Həmin şəxs görüntüdə qaraltı kimi görünür və həmçinin tərpənişlərin olmadığından həmin şəxsin kranın təkərlərinə söykənmiş vəziyyətdə əyləşdiyini ehtimal etmək olar. Avtoyükləyici krana çatdıqdan sonra onun qabaq hissəsindən keçərək sola dönür və kranın böyürü ilə paralel olaraq irəliləyərək saxlanıldığı görünür. Həmin vaxt yükləyicinin “vilka” sında uzun əşyanın daşıdığı görünür. Saat 16:40:33-də avtoyükləyicinin qaldırdığı uzun sol tərəfinin “vilka”-dan sürüşərək kranın sol arxa təkəri istiqamətinə, əvvəl videogörüntüdə əyləşən şəxsin oturduğu yerə düşməsi görünür, sağ tərəfi isə “vilka”nın üzərində qalır. Həmin vaxt kranın arxa hissəsində bir nəfər və avtoyükləyicinin kabinəsindən bir nəfər şəxs düşərək həmin əşyanın düşdüyü yerə yaxınlaşırlar. Bundan sonra ətrafda işləyən digər şəxslər də qaçaraq hadisə yerinə yaxınlaşırlar. İş materiallarında olan Şamaxı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdən daxil olmuş 22.06.2021-ci il tarixli 419 nömrəli məktubda Zərərçəkmiş şəxs “başın tüklü hissəsində cırılmış yara, döş qəfəsinin əzilməsi, onurğa beyninin əzilməsi və hər iki aşağı ətrafların paraplegiya-iflic” diaqnozu qoyulması görünür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya publik hüquqi şəxsin Şamaxı rayon şöbəsindən daxil olmuş 09.08.2021-ci il tarixli 17 nömrəli ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər kimi müştərək travma, qapalı kəllə-beyin travması, qapalı onurğa beyin travması, TH-11 fəqərəsinin fəsatlaşmış sınıq-çıxığı, sol tərəfli pnevmohemotoraks, sol ağciyərin yuxarı payının arxa seqmentində pnevmohemotosele, sol 2-ci, 3-cü, 4-cü qabırğaların arxa hissəsində 5-ci, 7-ci, 8-ci, 9-cu qabırğaların arxa lateral hissədə yerdəyişmiş tam sınığı, sol kürək sümüyünün yuxarı kənarında yerdəyişmiş sınıqlar, döş qəfəsinin sol yan nahiyəsində dərialtı emfizema, dalaq parenximasında yer-yer laseriya sahəsi, aşağı parapelgiya çanaq üzvlərinin kobud pozulması göstərilmiş, həmin xəsarətlər ağır fiziki küt travmanın təsirindən törənməklə dəmir profilin Zərərçəkmiş şəxs baş, kürək və bel nahiyələrinə dəyməsi zamanı əmələ gəlmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər toplusu ümumi əmək qabiliyyətinin 33%-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16.08.2021-ci il tarixli 10/3288 nömrəli məktuba əlavə edilmiş ekspert rəyində tədqiqatın nəticəsi kimi Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında yükün “JCB 540-170” markalı avtoyükləyicinin çəngəllərinin üzərinə düzgün yerləşdirilməklə dayanıqlı vəziyyəti təmin edilmədiyinə və yükün düşmə zonasında adamların olmasına yol verdiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “JCB 540-170” markalı avtoyükləyicinin operator kitabçasının və “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 2.5, 2.13 bəndlərinin tələbləri pozulması baş vermiş hadisənin texniki səbəbinin olması kimi göstərilmişdir. Ekspert rəyində həmçinin, avtoyükləyici maşinisti ixtisası üzrə sertifikatı olan, texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılaraq işə buraxılmış, əmrlə “JCB 540-170” markalı avtoyükləyicinin təhlükəsiz istismarına cavabdeh olan sürücü Təqsirləndirilən şəxs yükün çəngəllərinin üzərinə düzgün yerləşdirilməklə dayanıqlı vəziyyətini təmin etmədiyinə və Zərərçəkmiş şəxs yükün düşmə zonasında olmasına baxmayaraq dəmir profilin boşaldılması işini apardığına görə, onun tərəfindən JCB 540- 170” markalı avtoyükləyicinin operator kitabçasının və “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 2.5, 2.13-cü tələblərinin pozulduğu, hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərəçəkmiş şəxsin özü tərəfindən qayda və təlimatların pozulması halının müəyyən edilmədiyi göstərilmişdir. Dəmir profilin avtoyükləyicinin çəngəllərinin üzərinə düzgün yerləşdirilməklə dayanıqlı vəziyyətinin təmin edilməməsi “JCB 540” markalı avtoyükləyicinin operator kitabçasının tələblərinə zidd olmuşdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə klinikasından daxil olmuş 30.06.2021-ci il tarixli 253 nömrəli məktubda Zərərçəkmiş şəxs 20.06.2021-ci il tarixdə müştərək travma 11-ci fəqərənin fəsadlaşmış sınıq çıxığı ilə klinikanın reanimasiya şöbəsinə daxil olduğu, 21.06.2021-ci il tarixdə arxa bel fiksasiyası əməliyyatı icra olunduğu, 20.06.2021-ci il tarixdən 24.06.2021-ci il tarixədək reanimasiya şöbəsində qaldığı, ümumi vəziyyəti stabilləşdiyindən 24.06.2021-ci il tarixdə Neyrocərrahiyyə şöbəsinə köçürüldüyü göstərilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 26 avqust 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, X7 məhkum olmamışdır. İş materiallarında olan Mərmər İnşaat MMC-nin 11 iyun 2021-ci il tarixli 005-12 saylı əmrindən görünür ki, sürücü Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən etibarən JCB 540-170 markalı avtoyükləyiciyə təhkim olunmuşdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2021-ci il tarixli 114 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 03 sentyabr 1977-ci il təvəllüldü X9, 26 avqust 1988-ci il təvəllüdlü X10, 10 fevral 2000-ci il təvəllüdlü X4, 27 noyabr 2001-ci il təvəllüdlü X8 ilə Bakı şəhərində yaşayır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, hazırda Bakı şəhərində yaşayır, kənddə yaşadığı müddətdə özünü səmimi və mehriban aparmış, xoşxasiyyətlidir, ictimai tədbirlərdə iştirak etmişdir. Onun barəsində nümayəndəliyə şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən daxil olmuş 06.07.2021-ci il tarixli **********0 nömrəli məktubda Təqsirləndirilən şəxs adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş müxtəlif tarixli əmək müqaviləsi bildirişləri göstərilmişdir. Zərərçəkmiş şəxs adına isə sistemə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X11 Xidmətindən daxil olmuş 30.07.2021-ci il tarixli **********6 nömrəli məktubda 20 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən “Aqropark” adlanan südçülük kompleksinin tikinti meydançasında üzərinə ağır dəmirin düşməsi nəticəsində xəsarət alması faktı ilə araşdırma aparıldığı göstərilmişdir. Araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Podratçı) arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 011/20 nömrəli “Podrat müqaviləsinin şərtlərinə əsasən tərəflər “Sifarişçinin Şamaxı rayonundakı “Südçülük fermasinda tikinti işlərinin yerinə yetirilməsi öhdəliklərini öz üzərlərinə götürdüyü, fiziki şəxs (VÖEN:**********) Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən "xxxx" QSC-nin sərəncamında olan “JCB” markalı 540-170 modelli teleskopik yükləyicini (nəqliyyat vasitəsini) xidməti ehtiyacları üçün istifadəsinə qəbul etdiyi və "xxxx" MMC ilə bağlanmış 11 iyun 2021-ci il tarixli “Podrat müqaviləsi”nə əsasən “Südçülük” kompleksi ərazisində yüklərin daşınmasını öz öhdəsinə götürdüyü müəyyən edilmişdir. Bununla yanaşı "xxxx" MMC (Sifarişçi) ilə bağlanmış 01 may 2021-ci il tarixli PMK/ŞST-0058 nömrəli “Podrat müqaviləsi”nə əsasən fiziki şəxs (VÖEN:**********) Zərərçəkmiş şəxs (Podratçı) “Sifarişçi”nin tapşırıqları əsasında metal konstruksiyasının yığılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Şamaxı rayon prokurorluğunun 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti qismən etiraf edib əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri–100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir)il 6(altı)ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri–100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 4 saat hüquqi yardıma görə 28 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-107/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-107/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver