Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-107/2022 30.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1980-ci ildə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir uşaq atası, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən “Kənd Klubu” adlanan inzibati binanın qarşısında tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:30-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,855 (sıfır tam mində səkkiz yüz əlli beş) qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 2022ci ilin avqust ayının 30-da axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerdən bir ədəd şəffaf sellofana bükülmüş büküm tapmışdır. Həmin bükümü açdıqda, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu görüb həmin bükümü cibinə qoymuşdur. Həmin tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evinə getmişdir. Hamin tarixdən 08 sentyabr 2022-ci il tarixinə qədər olan müddət ərzində narkotik vasitə olan heroinin bir hissəsini qəbul etmişdir. Heroini istifadə edəcəyi miqdarda isladıb, gümüşü rəngli falqanın üzərinə çəkib, aşağı hissədən yandırıb, anten qırığından istifadə edərək tüstüsünü çəkmişdir. 08 sentyabr 2022-ci il tarixdə təxminən səhər saatlarında bir qədər heroini isladıb, yenidən gümüşü falqaya sürtüb qurudub, sonra istifadə etmək üçün həmin falqanı, anten qırığı və bir ədəd sonradan siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini "Rothmans" markalı siqaret qutusunun içərisinə qoymuşdur. Həmin vaxt siqaret qutusunda dörd ədəd "Rothmans" markalı siqaret çubuqları olmuşdur. Həmin siqaret qutusunu əynindəki göy rəngli kurtkasının sol yan cibinə qoyub həyətdə işləməyə başlamışdır. Həmin tarixdə saat 20 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ata evindən drel götürmək üçün həmin qəsəbədə yerləşən evindən çıxıb piyada getməyə başlamış, qəsəbə klubunun qarşısında gedərkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki göy rəngli kurtkanın sol yan cibindən üzərində "Rothmans" yazısı yazılmış siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisində dörd ədəd üzərində "Rothmans" sözləri yazılmış siqaret çubuqları, hər iki tərəfinə qara rəngli xətt kimi çəkilmiş bir ədəd gümüşü falqa, bir ədəd dəmir borucuq və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olunub götürülmüşdür. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açılaraq içərisində bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuş, həmin sellofana bükülmüş bir ədəd büküm açıldıqda, bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Baxış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindan isə bir ədəd qara rəngli, iki simkartlı, üzərində "KGTGL 8110" sözləri yazılmış mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı həbs edilməkdən qorxduğu və məsuliyyətdən yayınmaq üçün iştirakçılara siqaret qutusunun və içindəki dörd ədəd siqaret çubuğunun, dəmir borucuğun, üzərində qara rəngli xətt kimi çəkilmiş bir ədəd gümüşü falqanın və siqaretin gümüşü rənginə bükülmüş bükümün içərisindəki bir ədəd sellofana bükülmüş bükümün içərisindəki kütlələrin ona aid olmadığını bildirmiş, lakin qeyd etmişdir ki, yuxarıda qeyd etdiyi "Rothmans" markalı siqaret qutusunun içərisindəki narkotik vasitə olan heroin, üzərinə heroin çəkilmiş gümüşü rəngli falqa, anten qırığından düzəlmiş dəmir borucuq, dörd ədəd siqaret çubuqu ona məxsusdur. Aşkar olunmuş kütlələr, siqaret çubuqları, dəmir borucuq, falqanı iştirakları ilə polis əməkdaşları kağız zərfdə qablaşdılaraq üzərini Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, heroin və başqa narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 08 sentyabr 2022-ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 08 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Şamaxı rayon polis şöbəsinin AÜ-ə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən “Kənd Klubu” adlanan inzibati binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində "Rothmans" yazısı yazılmış siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusu açılaraq içərisində bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açılaraq içərisində bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuş, həmin sellofana bükülmüş bir ədəd büküm açıldıqda, bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və Şamaxı rayon polis şöbəsinin CABnin AÜ-ə əməliyyat müvəkkili vəzifəsində işləyən Məmmədov X2 Cəlil Ənvər oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutuma haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan baxış və götürmə haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Rothmans” siqaret qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş siqaret qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisində dörd ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret çubuqları, hər iki tərəfinə qara rəngli xətt kimi çəkilmiş bir ədəd gümüşü falqa, bir ədəd dəmir borucuq və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açılaraq içərisində bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin sellofana bükülmüş bir ədəd büküm açıldıqda, bükümün içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən isə bir ədəd qara rəngli, iki simkartlı üzərində “KGTGL B110” sözləri yazılmış mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bir ədəd “Rothmans” siqaret qutusunun içərisindəki dörd ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret çubuqları, hər iki tərəfinə qara rəngli xətt kimi çəkilmiş bir ədəd gümüşü falqa, bir ədəd dəmir borucuq və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə ona məxsus deyildir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4980 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroinin təmiz çəkisi 0,855 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,805 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli 4(074)-64/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 oktyabr 2022-ci il tarixli 495 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini tərəfindən 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında AZ-1 277488 saylı şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2011-ci ildə vətəndaş X5 doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5806 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 22 oktyabr 2022ci il tarixli, 431-179202/5 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 1(074)-72/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbs edildiyi xx.xx.2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi 4 ay 11 gün təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya, Şamaxı rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 1(074)-72/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, qismən birləşdirilməklə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmalı, ekspertiza tədqiqatının dəyəri – 92,00 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,805 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 1(074)- 72/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 4 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10(on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 92,00 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə təsnifat kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,805 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-107/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-107/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver