Məhkəmə qərarları › İş №1(074)-108/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-108/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-108/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Züıfüqar qızının, müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxx 1984-cü ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, evli 4 uşaq anası, “Şamaxı Azərpoçt”un Şəhriyar qəsəbəsi üzrə agentliyinin əməliyyatçısı işləyir, məhkumluğu ödənilmiş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxx 1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxx 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, Şəhriyar qəsəbəsi 1 saylı körpələr evində gecə gözətçisi işləyən, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qrydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə olan cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 19 mart 2021-ci il tarixdə saat 15 radələrində bacısı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı rayon Şəhriyar qəsəbəsində icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında toplaşmış çoxsaylı vətəndaşların yanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı silah qismində istifadə etdiyi əlamətləri istintaqa məlum olmayan taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq ona alın nahiyyəsində tüksüz hissədə sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanın pozulması və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 19 mart 2021-ci il tarixdə saat 15 radələrində bacısı Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı rayon Şəhriyar qəsəbəsində icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında toplaşmış çoxsaylı vətəndaşların yanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı ayaq və əl zərbələri ilə Zərərçəkmiş şəxs çənə nahiyəsindən vuraraq ona alt çənədə öndə iki ədəd kəsici dişlərin travmatik ayrılması ilə nəticələnən ümumi əmək qabiliyyətinin 10-% ə qədərinin (5%) cüzi dayanıqlı itirilməsinə səbəb olduğundan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək, bir qrup şəxs halında ictimai qaydanın pozulması və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 19 mart 2021-ci il tarixdə saat 15 radələrində bacıları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı rayon Şəhriyar qəsəbəsində icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında toplaşmış çoxsaylı vətəndaşların yanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı ayaq zərbələri ilə Zərərçəkmiş şəxs dodaq, qabırğa və sol əl nahiyələrindən vuraraq ona alt dodağın cırılmış yarası, sol qabırğaaltı nahiyyəsinin və sağ əlin İV barmağın dırnaq falançasının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs halında ictimai qaydanın pozulması və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdii ki, Şahid1 onun bacısıdır. Zərərçəkmiş şəxs isə qəsəbə sakinidir. Zərərçəkmiş şəxs ilə qeyd edəcəyi hadisədən əvvəl onun münasibəti həmişə yaxşı olub, aralarında dava-dalaş və mübahisə olmamışdır. O, “Şamaxı Azərpoçt”un Şəhriyar qəsəbəsi üzrə agentliyinin əməliyyatçısı işləyir. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində bayramla əlaqədar olaraq qəsəbə sakinlərinə gələn sovqatı paylamağa icra nümayəndəsinə və qəsəbə bələdiyyəsinə onların xahişinə əsasən köməklik üçün getmişdir. Belə ki, Zərərçəkmiş şəxs kürəkəni, adını bilmədiyi “Şenka” kimi tanıdığı şəxs də gəlib onlara müraciət edərək ona sovqat düşüb-düşmədiyini soruşanda, o, ondan sənədləri alaraq baxıb həmin şəxsə demişdir ki, sizin adınız sovqat almaq üçün siyahıda var. Həmin vaxt Zərərçəkmiş şəxs da binanın qapısını zərbə ilə açaraq onlara demişdir ki, qaynının oğlu müharibə iştirakçısıdır və onun adına siyahıda sovqat olub olmadığını soruşduqda, o, siyahıya baxıb dəqiqləşdirib Aygülə demişdir ki, onun adı bu siyahıda yoxdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. O, Aygülə dəfələrlə demişdir ki, «siyahını mən tərtib etmirəm, mən sadəcə siyahıya baxıb sənə deyirəm, sənin adının siyahıda olmaması mənlik deyil». Lakin, Zərərçəkmiş şəxs onunla mübahisəni davam etdirib onun ünvanına təhqiramiz və deyilməsi mümkün olmayan nalayiq söyüşlər, ifadələr işlətmişdir. Sonra isə Zərərçəkmiş şəxs sağ əl nahiyəsini dırnaqları ilə cızmışdır. Lakin o, ona qarşı heç bir hərəkət etməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs ona qarşı bu hərəkətləri edəndən sonra, o, qapını örtmüşdür. Sonradan isə binanın qarşısında çöldə nə baş verdiyini bilməmiş, sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bacısı Şahid1 baş nahiyəsinə daş ilə vuraraq ona xəsarət yetirmişdir, eyni zamanda Zərərçəkmiş şəxs bacısı Simanın da barmağını dişləmişdir. Zərərçəkmiş şəxs icra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi inzibati binanın içərisində onu nalayiq ifadələrlə camaatın içərisində təhqir etmiş və sağ əlini tutanda əlinin üstünü cızmışdır. Həmin vaxtı, Zərərçəkmiş şəxs ona başı ilə kəllə atsa da o, kənara çəkilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs əlini cızsa da xəsarəti olmadığına görə ekspert müayinəsindən keçməkdən imtina etmişdir. O, və ailə üzvlərindən heç bir şəxs Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Zərərçəkmiş şəxs vurmamışlar.Sadəcə olaraq, Zərərçəkmiş şəxs həmin vaxtı bacısı Təqsirləndirilən şəxs3 barmağını dişləmişdir. Eyni zamanda Xuramanın da başını daşla vurmuşdur. Onlar Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Həmin vaxt bələdiyyə binasının qarşısında təxminən 30-35 nəfər şəxslər olmuşdular ki, polis əməkdaşları Qafur və Talıbda orada idilər. Qəsəbə sakinlərindən hadisə zamanı bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri yalan və böhtandır. Belə ki, bacısı Təqsirləndirilən şəxs2 həmin vaxtı bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurub qapını bağlamamış, həmin vaxtı o, və bacıları Təqsirləndirilən şəxs3, Nuridə Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməmişlər, ümumiyyətlə qardaşı Təqsirləndirilən şəxs1 və oğlu Şahid4 həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Hər bir halda baş vermiş əməldən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, qəsəbə sakini olan Zərərçəkmiş şəxs ilə həmişə münasibəti yaxşı olub, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Faktla bağlı bildirmişdir ki, 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqatı götürməyə getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insanlar olmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs da həmin binanın qarşısına ona düşən sovqatı götürməyə gəlmişdir. Həmin vaxtı, onun bacısı Təqsirləndirilən şəxs2 da binanın içərisində olmuşlar və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişdirlər. Digər iki bacıları – Nuridə Məmmədova və Şahid1 da binanın qapısının yanında camaatın arasında olmuşlar. Eyni anda qardaşı Şakir də kənarda dayanmışdır, el arasında qardaşı Şakirə “Şaka” ləqəbi ilə müraciət edirlər. O, orada olan vaxtı, Şamaxı Sossial müdafiə fondunun işçisi Rəna adlı qadın binanın giriş qapısını açaraq demişdir ki, «şəxsiyyət vəsiqənizi verin yoxlayım ki, sizə sovqat düşürmü». Həmin vaxt, Zərərçəkmiş şəxs Rənaya bildirmişdir ki, «qapını təcil aç içəri keçim». Eyni zamanda Zərərçəkmiş şəxs nalayiq ifadələr də işlətmişdir. Bu vaxt orada olan bacısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bildirmişdir ki, kimsə içəri keçməyə icazəsi yoxdur. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Təqsirləndirilən şəxs2 ilə mübahisə edərək onu söyüb təhqir etmiş və demişdir ki, “icra nümayəndəsi İxtiyar sizinlə cinsi əlaqədə olur”. Həmin vaxt, bacısı Təqsirləndirilən şəxs2 qapını örtüdüyü üçün, Zərərçəkmiş şəxs onunla mübahisəni davam etdirməyə başlamışdır. Mübahisə zəminində Zərərçəkmiş şəxs onun sağ əlinin barmağını dişləmişdir. Sonra, Xuraman binanın giriş qapısını açaraq icra nümayəndəsi Şahid8 demişdir ki, “sənin adını çəkməklə bizə Zərərçəkmiş şəxs söyüş söyür çıx ona cavab ver”. Lakin Şahid8 binadan çıxmayaraq öz iş otağına getmişdir. O, isə barmağını Zərərçəkmiş şəxs ağzından dartmaq istəsə də Aygül dişlərini bərk sıxıb barmağını burxmamış, o, da özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur ki, barmağını buraxsın. O, dizi ilə Aygülün çənəsindən vurandan sonra o, barmağını buraxmış, bundan sonra onlar kənara çəkilmişlər. Həmin vaxtı, Xuraman kənara çəkilib Şakirin yanına getmişdir ki, şəxsiyyət vəsiqəsini versin. Həmin vaxtı Xuraman sovqat paylanan bələdiyyə binasından təxminən 10-15 metr uzaqda heykəlin yanında qardaşı Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Zərərçəkmiş şəxs yerdən daş götürüb ataraq Xuramanın baş nahiyəsinə vurmuş, buna görə də Xuramanın baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin və ağrının təsirinsən Xuraman özündən getmiş, sonra Xuramanı Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs da sonradan xəstəxanaya gəlmişdir. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şəhriyar qəsəbəsinin bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs onun barmağını dişləmiş, Xuramanın baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. O, və ailə üzvülərindən heç bir şəxs Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Zərərçəkmiş şəxs vurmamışlar. Sadəcə olaraq, Zərərçəkmiş şəxs həmin vaxtı onun barmağını dişləyəndə o, barmağını Aygülün dişlərindən çıxarmaq üçün dizi ilə Aygülün çənəsindən vurmuş, Aygül də onun barmağını dişlərindən buraxmışdır. Qeyd etmişdir ki, o, sadəcə özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur.Həmin vaxt bələdiyyə binasının qarşısında təxminən 30-35 nəfər şəxslər olmuş, polis əməkdaşları Qafur və Talıb da orada olmuşlar. Həmin vaxt hadisə yerində bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri yalan və böhtandır. Belə ki, bacısı Təqsirləndirilən şəxs2 həmin vaxtı bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurub qapını bağlamamış, həmin vaxtı o, və bacıları Təqsirləndirilən şəxs3, Nuridə Məmmədova onun saçından yapışaraq onu pilləkəndən sürüməmişlər, ümumiyyətlə qardaşı Təqsirləndirilən şəxs1 və bacısı oğlu Şahid4 həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. Qeyd edilənlərin heç biri həqiqətə uyğun deyildir. Hər bir halda baş vermiş əməldən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, qəsəbə sakini olan Zərərçəkmiş şəxs ilə aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində olarkən və anamgilin evinə tərəf gedəndə təsadüfən bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısından keçəndə bacısı Xuraman onu görüb onun yanıma gəlmişdir. O, da bacısı Xuramanla söhbət edəndə Aygül yerdən götürdüyü çay daşı ilə bacısı Xuramanın baş nahiyəsinə vurmuş, buna görə də bacısı Xuramanın baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin təsirindən bacısı Xuraman özündən gedib yerə yıxılmışdır. Onlar da onu dərhal Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar, orada bacısı Xuramanı müayinə edib cərrahi əməliyyat etmişlər. Sonradan bilmişdir ki, o, gəlməmişdən əvvəl də bacısı Xuraman və digər bacılarıyla Zərərçəkmiş şəxs arasında həmin yerdə münaqişə baş vermişdir. Zərərçəkmiş şəxs onu vurmamışdır. Aygül bacısı Xuramanın baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. Həmçinin, Aygül bacısı Təqsirləndirilən şəxs3 barmağına dişi ilə xəsarət yetirmişdir. Eyni zamanda, Simanın saçından tutub dartmışdır. O, təkcə bacısı Xuramanın Aygül tərəfindən daşla vurulmasını görmüşdür. Həmin vaxt bələdiyyə binasının qarşısında çoxlu şəxslər olmuşdular, o, onların konkret olaraq kimlər olmasını bilməmişdir,çünki, kimlər olmasına fikir verməmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri tamamilə yalan və böhtandır, O, hadisənin əvvəlində orada olmamış, bacıları Aygülün arasında nə baş verdiyini görməmişdir. O, orada olduğu müddətdə Aygül daşla bacısı Xuramanı vurmuşdur. Zərərçəkmiş şəxs qərəzli olaraq onlardan belə yalan məlumatlar vermişdir. O, Aygülə ümumiyyətlə yaxınlaşmamışdır. X7 Əhmədovu həmin vaxtı hadisə yerində görməmişdir, dediyi kimİ o, hadisə yerinə gələndə Aygülün onun bacısı Xuramanı daşla vurduğu üçün Xuramanı götürüb xəstəxanaya aparmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun Şahid1 və bacıları ilə əvvəllər aralarında yüngül mübahisələri çıxmaq şərti ilə dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Hazırda o, Şəhriyar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun oğlu Elman Osmanov 2-ci Qarabağ müharbəsində iştirak etdyinə görə Şəhriyar qəsəbə bələdiyyəsindən onlara zəng olunaraq bayramla əlaqədar gələn sovqatı aparmaqlarını bildirmişlər.19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, əri Şahid6la birlikdə rayon ərazisindən əllərində sumkalarla Şəhriyar qəsəbəsinə gələrkən, bu vaxtı oğlu Elman Osmanovun adına gələn sovqatı götürmək məqsədi ilə o, əri Mehmana demişdir ki, «sən sumkaları evə apar, mən sovqatı götürüm, sən də küçədə qabağıma çıxıb sovqatı evə aparmaqda kömək edərsən». Buna görə də əri Mehman sumkaları evə aparmış, o, da sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binasına getmişdir. Həmin vaxt orada sovqat almağa gələn xeyli sayda şəxslər olmuşdur. O, orada olan zaman Təqsirləndirilən şəxs3 ona qıcıqlandırıcı formada demişdir ki, “Quşçu kəndindən gəlib burda sovqat niyə alırsan”. Cavabında o, Təqsirləndirilən şəxs3 demişdir ki, “kimin siyahıda adı var, haqqı var onlar alacaqlar”. Belə ki, söhbət edən zaman Təqsirləndirilən şəxs2 bələdiyyə binasının qapısını açaraq camaatın içində əlində taxta parçası ilə onun baş nahiyyəsinə 4 (dörd) dəfə zərbə vurmuş, o, ona “məni niyə vurursan” sözlərini deyəndə Təqsirləndirilən şəxs2 binanın qapısını arxadan bağlamışdır. Bundan sonra qapının qarşısında olan Xuramanın bacıları Təqsirləndirilən şəxs3, Nuridə və Şahid1 onun saçından yapışaraq onu pilləkəndən sürüməyə başlamışlar, Təqsirləndirilən şəxs3 dizi ilə çənəsindən vurmuş, buna görə iki dişi sınmış, orada olan qadınlardan X2, Allahverdinin qızı Yetər, Südabə adlı qadın, X4 onu döyənləri araşdırmışlar. Nəticədə, o, yerə yıxılıb qalmış, bu vaxtı Şahid1 qardaşı Təqsirləndirilən şəxs1 onun yerdə yıxılmış vəziyyətdə qalmağından istifadə edib ağız və böyür nahiyəsinə təpiklə bir ədəd zərbə vurmuşdur. Döyüldükdən sonra o, huşsuz halda qalmış və orada olan şəxslər onu kənara çəkmişlər, həmin vaxtı əri Mehman da ora gəlib onu yerdən qaldırmış, əri Mehman onun döyülməyinin sonlarını görmüş, bundan sonra, o, tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermiş, həmin hadisə zamanı Təqsirləndirilən şəxs2 taxta parçası ilə dörd dəfə onun başından vurmuş və nəticədə başı və alın nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs3 əlləri ilə saçından tutub dartıb yolmuş və çənəsindən dizi ilə vurmuş, buna görə də onun dişləri sınmışdır, başı ağrımışdır. Təqsirləndirilən şəxs1 yerə yıxılan vəziyyətdə ağzından təpiklə vurmuş, dodağı əzildi, həm də Şakir qabırğasına təkilə vurmuş, qabırğası əzilmişdir. Həmin mübahisə və dava-dalaş ümumilikdə təxminən 35-40 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə vaxtı orada təxminən 45-50 nəfər şəxslər olmuşdur. Belə ki, xatırlayır ki, orada olan şəxslərdən X2, Allahverdinin qızı Yetər, Südabə adlı qadın, X4 aralaşdırmışlar, həmçinin polis əməkdaşları Qafur və Talıb da orada olmuş, orada olan şəxslərin hamısı hadisənin şahidi olmuşlar. Eyni zamanda əri Mehman da hadisənin sonlarında gəlmişdir. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, onlardan şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, onun Şahid1 və bacıları ilə əvvəllər aralarında yüngül mübahisələri çıxmaq şərti ilə dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Qeyd etmişdir ki, hal-hazırda o, Şəhriyar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun oğlu Elman Osmanov 2-ci Qarabağ müharbəsində iştirak etdyinə görə Şəhriyar qəsəbə bələdiyyəsindən onlara zəng olunaraq bayramla əlaqədar gələn sovqatı aparmaqlarını bildirmişlər. Belə ki, 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə rayon ərazisindən əllərində sumkalarla Şəhriyar qəsəbəsinə gəlmişlər, bu vaxtı oğlu Elman Osmanovun adına gələn sovqatı götürmək məqsədi ilə arvadı Zərərçəkmiş şəxs ona demişdir ki, “sən sumkaları evə apar, mən sovqatı götürüm, sən də küçədə qabağıma çıxıb sovqatı evə aparmaqda kömək edərsən”. Buna görə də o, razılaşıb sumkaları evə aparmış, arvadı Zərərçəkmiş şəxs da sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binasına getmişdir. Həmin vaxtı, o, sumkaları evə qoyub arvadı Zərərçəkmiş şəxs sovqatı gətirməkdə kömək etmək üçün həmin yerə tərəf yol ilə getmiş, inzibati binanın yaxınlığına çatanda görmüşdür ki, bir neçə şəxslər toplaşıblar, münaqişə var, dərhal ora yaxınlaşanda görmüşdür ki, Təqsirləndirilən şəxs1 və Əmrah Məmmədov arvadı Zərərçəkmiş şəxs üstünə gəlib onu döyürlər, orada olan digər qadınlar isə aralaşdırırlar, arvadı Zərərçəkmiş şəxs da yerdə yıxılmış vəziyyətdədir. O, da ora çatıb arvadı Zərərçəkmiş şəxs yerdən qaldırmış və evə tərəf aparmışdır, Şakir və bacıları yenə də arvadı Zərərçəkmiş şəxs döymək istəmişilər, o, çətinliklə arvadı Zərərçəkmiş şəxs onarın əlindən qurtarıb evinə apararkən, həmin vaxtı Əmrah yenə də arvadı Zərərçəkmiş şəxs döymək üçün gələndə Ramil adlı şəxs Əmrahı tutub saxlamışdır. Bundan sonra, arvadı Zərərçəkmiş şəxs tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Bildirmişdir ki, həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, hazırda o, Şəhriyar qəsəbəsi 1 saylı körpələr evində köməkçi işləyir. Qəsəbə sakini olan Zərərçəkmiş şəxs ilə həmişə münasibəti yaxşı olmuş, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqatı götürməyə getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insanlar olmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs da həmin binanın qarşısına ona düşən sovqatı götürməyə gəlmişdir. Həmin vaxtı, onun bacısı Təqsirləndirilən şəxs2 və Aygül Məmmədova da binanın içərisində olmuşlar və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişlər. Digər iki bacıları–Nuridə Məmmədova və Təqsirləndirilən şəxs3 da binanın qapısının yanında camaatın arasında olmuşlar. Eyni anda qardaşı Şakir də kənarda dayanmışdır, el arasında qardaşı Şakirə “Şaka” ləqəbi ilə müraciət edirlər. O, orada olan vaxtı, Şamaxı Sossial müdafiə fondunun işçisi Rəna adlı qadın binanın giriş qapısını açaraq demişdir ki, «şəxsiyyət vəsiqənizi verin yoxlayım ki, sizə sovqat düşürmü». Həmin vaxt Zərərçəkmiş şəxs Rənaya bildirmişdir ki, «qapını təcili aç içəri keçim». Eyni zamanda Zərərçəkmiş şəxs nalayiq ifadələr də işlətmişdir. Bu vaxt bacısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bildirmişdir ki, «kiminsə içəri keçməyə icazəsi yoxdur». Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Təqsirləndirilən şəxs2 ilə mübahisə edərək onu söyüb təhqir etmiş və demişdir ki, “icra nümayəndəsi İxtiyar sizinlə cinsi əlaqədə olur”. Həmin vaxt, bacısı Təqsirləndirilən şəxs2 qapını örtdüyü üçün, Zərərçəkmiş şəxs digər bacısı Təqsirləndirilən şəxs3 ilə mübahisəni davam etdirməyə başlamışlar. Mübahisə zəminində Zərərçəkmiş şəxs bacısı Təqsirləndirilən şəxs3 sağ əlinin barmaqlarını dişləmişdir. Sonra, o, binanın giriş qapısını açaraq icra nümayəndəsi Şahid8 demişdir ki, “sənin adını çəkməklə bizə Zərərçəkmiş şəxs söyüş söyür çıx ona cavab ver”. Lakin Şahid8 binadan çıxmayaraq öz iş otağına getmişdir. O, isə bacıları Təqsirləndirilən şəxs3 ilə Nuridə Məmmədovanı kənara çəkib onları sakitləşdirib qardaşı Şakirin burada olduğunu bildirmiş və demişdir ki, “istəmirəm Şakir bilsin”. O, bacılarını sakitləşdirib qardaşı Şakirin yanına getmişdir. O, sovqat paylanan bələdiyyə binasından təxminən 15-20 metr uzaqda heykəlin yanında qardaşı Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Zərərçəkmiş şəxs yerdən daş götürüb ataraq baş nahiyəsinə vurmuş, buna görə də baş nahiyəsindən qan axmağa başlamışdır. Zərbənin və ağrının təsirindən o, özündən getdikdən sonra ayılanda özünü Şamaxı mərkəzi rayon xəstəxanasında görmüşdür. Həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şəhriyar qəsəbəsinin bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs onun baş nahiyəsinə yerdən daş götürərək vurmuşdur. Həmçinin bacısı Təqsirləndirilən şəxs3 barmağına dişi ilə xəsarət yetirmişdir. Eyni zamanda, Simanın saçından tutub dartmışdır. Qeyd etmişdir ki, Sima sadəcə özünü müdafiə etmək üçün dizi ilə Aygülün çənəsindən vurmuşdur. Həmçinin orada təxminən 30-40 nəfər şəxslər olmuşdular ki, polis əməkdaşları Qafur və Talıbda orada olmuşlar. Həmin vaxt orada bəlidiyyə sədri Sabir və digərləri olmuşdur ki, onların adlarını xatırlaya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib göstərdi ki, 19 mart 2021-ci il tarixdə saat 15 radələrində o, yaşadığı Şəhriyar qəsəbəsinin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısında olmuş, həmin vaxtı bacısı Şahid1 ilə qəsəbə sakini Zərərçəkmiş şəxs arasında mübahisə başlamasını görüb orada qalmayıb evinə tərəf getməyə başlamış, gedərkən yolda hadisənin baş verdiyi yerə tərəf baxanda Zərərçəkmiş şəxs daş parçası ilə onun bacısı Şahid1 başından vurmasını görmüşdür. Lakin, bir qədər kənarda olduğundan bacısına kömək edə bilməmişdir. Hadisə vaxtı, o, Zərərçəkmiş şəxs vurmamış və sonuncunun saçından tutmamış, ümumiyyətlə ona toxunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Xurman Məmmədova onun anasıdır, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Nuridə Məmmədova və Aygül Məmmədova isə onun xalalarıdır, Təqsirləndirilən şəxs1 isə onun dayısıdır, dayısı Şakiri “Şaka” adı ilə tanıyırlar. Qəsəbə sakini olan Zərərçəkmiş şəxs ilə həmişə münasibəti yaxşı olub, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. 19 mart 2021-ci il tarixdə anası və xalalarına yaşadığı Şəhriyar qəsəbəsində bələdiyyə və icra nümayəndəsinin yerləşdiyi binanın qarşısına bayramla əlaqədar olaraq sovqat paylandığını demişlər və həmin vaxtı xalası Nuridəyə veriləcək sovqat yeşiyini daşımaqda kömək etmək üçün həmin gün saat 15 radələrində o, inzibati binaya getmişdir. Həmin vaxt binanın qarşısında xeyli sayda insanlar olmuş, həmin vaxtı, onun xalaları Təqsirləndirilən şəxs2 və Aygül Məmmədova binanın içərisində olmuşlar və icra nümayəndəliyinin dəvəti ilə sovqat paylanmasına köməklik üçün gəlmişlər. Digər iki xalaları Nuridə Məmmədova və Təqsirləndirilən şəxs3 da binanın qapısının yanında camaatın arasında olmuşlar. Həmin vaxtı, o, sənədi yoxlatdırmaq üçün inzibati binanın içərisinə daxil olmuşdur. O, içəridə olduğu üçün heç bir mübahisəni görməmişdir. Bir neçə dəqiqə sonra, o, eşitmişdir ki, binanın qarşısında anasının başını vurub qanadıblar. Buna görə də o, dərhal binanın həyətinə çıxanda görmüşdür ki, anası Xuraman yerə yıxılıb, başından qan axır, xalası Sima və dayı Şakir də onun yanındadırlar. Həmin vaxtı Zərərçəkmiş şəxs, əri Mehman və adını bilmədiyi “Şenka” ləqəbi ilə tanıdığ kürəkəni də evlərinə tərəf qaçıb getmişlər. Buna görə də anası Xuramanı Şamaxı mərkəzi rayon xəstəxanasına aparmışlar. O, dalaşmanın şahidi olmamışdır. Bunlar tamaMailə yalan məlumatlardır. Zərərçəkmiş şəxs qərəzli olaraq onlardan belə yalan məlumatlar vermişdir. O, hadisənin şahidi olmasa da, bildiyinə görə anası Xuraman, xalaları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X10rşı heç bir qanunsuz hərəkət etməmişlər, sadəcə Aygül xalası Simanın barmağını dişləyəndə xalası Sima dizi ilə onun çənəsindən vurmuşdur ki, barmağını onun dişindən çıxarsın. Eyni zamanda dayısı Təqsirləndirilən şəxs1 və o, da həmin vaxtı Aygülü heç nə ilə vurmamışlar. O, ümumiyyətlə hadisənin şahidi olmamışdır. Aygülün onların barəsində qeyd etdiklərinin heç bir həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Rayon rəhbərliyi tərəfindən qəsəbə ərazisində yaşayan imkansız ailələrə «Novruz bayramı» ilə əlaqədar olaraq bayram sovqatı göndərilmişdir, nümayəndəlik tərəfindən həmin sovqatın ailələrə çatdırılması üçün həmin aztəminatlı ailələr müəyyən edilərək 19 mart 2021-ci il tarixdə nümayəndəliyin binasının qarşısına dəvət edilmişlər, ailələrin əksəriyyəti dəvətsiz gəlmişdilər. Həmin gün o, bayram sovqatının paylanmasına nəzarət etmək üçün inzibati binanın içərisində olmuş, təxminən 4-5 saat ərzində binanın içərisində sovqat paylanmasına nəzarət etmişdir. Təxminən saat 20 radələrində binanın həyətinə çıxanda orada olan şəxslərdən eşitmişdir ki, bir neçə saat əvvəl Zərərçəkmiş şəxs ilə qəsəbə sakinləri olan Şahid1 və onun ailə üzvləri arasında münaqişə baş vermişdir. O, özü həmin münaqişənin şahidi olmamış, həmin münaqişənin hansı formada başlayıb davam etməsi və başa çatmasını görməmiş, konkret olaraq kimin kimi vurmasının da şahidi olmamışdır. Qeyd etdiyi kimi, həmin müddətdə o, binanın içərisində sovqatın düzgün bölünməsinə nəzarət etmişdir. Zərərçəkmiş şəxs müraciətində Şahid1 bacısı Təqsirləndirilən şəxs2 inzibati binanın içərisində qapının ağzında əlində taxta (ağac) parçası ilə dayanmasını, o özü qapının ağzında olarkən Təqsirləndirilən şəxs2 qapını açıb əlindəki taxta parçası ilə onun başından dörd dəfə zərbə vurub onu döyməsini, sonra da qapını bağlayıb içəriyə daxil olmasını, göstərsə d, bu hadisəni də görməmiş, çünki o, həmin vaxt sovqatın yanında dayandığından Rənanın Aygülü vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə sədri işləyir. Faktla bağlı bildirmişdir ki, Şəhriyar qəsəbə sakinləri olan Şahid1, onun bacıları, qardaşı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs tanıyır, qəsəbə sakinləri kimi həmin şəxslərin hər biri ilə həmişə münasibəti normal olmuşdur, onlarla aralarında indiyə kimi ədavət və mübahisə baş verməmişdir. Belə ki, dövlət tərəfindən Şəhriyar qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ayrılmış sovqatın paylanması məqsədilə, 19 mart 2021-ci il tarixdə icra nümayəndəliyi ilə birlikdə qəsəbədəki inzibati binaya toplaşıb dövlət tərəfindən verilən həmin sovqatı qəsəbə sakinlərinə paylayırdılar, həmin işin təşkilinə o, və icra nümayəndəsi Şahid8 ilə birlikdə inzibati binada nəzarət edərək verilən sovqatları tənzimləmişlər. Həmin vaxt saat 15 radələri olardı, onlar inzibati binanın içərisində olarkən, binanın qarşısında toplaşmış vətəndaşlar arasında səs-küy gəlməyə başlamışdır. Bundan sonra o, binadan çıxaraq görmüşdür ki, həmin səsküy Zərərçəkmiş şəxs ilə Şahid1 arasında mübahisəyə səbəb olub, buna görə də onlara burada digər şəxslərin olmasını və sakit olmalarını bildirərək təkrarən inzibati binanın içərisinə qayıtmışdır. Bundan sonra işlərinə davam etdim və onun binanın içərisinə qayıtmağından sonra başqa bir hadisənin şahidi olmamış və mübahisənin hansı formada davam etməsini, dalaşmanın olmasını görməmiş. çünki, o, həmin vaxt binanın içərisində olmuşdur. Qeyd etmişdir ki, o, həmin vaxt binanın içərisində olmuşdur. Binada olmağının səbəbi də sovqatın paylanmasının tənzimlənməsi olmuşdur, əvvəlcə səs gəldikdən sonra binanın qarşısına çıxarkən Zərərçəkmiş şəxs və Xuraman Məmmmədova arasında mübahisə başlanmasını görüb onlara sakit olmalarını deyərək təkrarən binaya qayıtmışdır. O, qayıdandan sonra həmin yerdə başqa bir hadisənin şahidi olmamışdır. Həmin vaxt binanın qarşısında təxminən 30-35 nəfər şəxslər olmuşdur. Lakin, qeyd etdiyi mübahisə edən şəxslərdən başqa orada olan digər şəxslərin konkret olaraq kimlər olmasını isə xatırlamır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid5 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, dövlət tərəfindən aztəminatlı ailə kimi onun aləsinə ayrılmış sovqat payını almaq üçün o, 19 mart 2021-ci il tarixdə saat 15 radələrində Şəhriyar qəsəbəsinin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binanın qarşısına gəlmiş, həmin vaxtı orada qəsəbə sakinlərindən çoxlu adam olmuşdur. Orada olduğu vaxtı qəsəbə sakinlərindən olan Zərərçəkmiş şəxs ilə Şahid1 və bacıları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Nuridə Məmmədova arasında mübahisə başlamış, sonuncuların qardaşı Şakir də orada olmuş, həmin vaxtı mübahisə başladığı anda inzibati binanın qarşısında qalmayıb çıxıb evinə getmiş, buna görə də həmin mübahisənin necə davam etməsi, kimin kimi nə ilə vurmasını görməmişdir. Eləcə də mübahisə edən şəxslərin əlində hər hansı alət və ya əşya olmasına da fikir vermədiyi üçün heç nə bilməmişdir. Həmin vaxtı, orada qəsəbə sakinlərindən bir neçəsi olsa da, dəqiq kimlər olmasını bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsndə göstərmişdir ki, 2016-cı ildən o, Əmək və Əhalinin Sosial Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin Şamaxı rayon Dövlət Sosial Müdafiə fondunun 17 saylı idarəsində sosial xidmət işçisi işləyir. Rayon sakinləri olan Şahid1 və Zərərçəkmiş şəxs əvvəllər görməmiş və yaxud tanımımamış, ancaq bu işlə bağlı onları tanımışdır. Həmin şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət və münaqişə baş verməmişdir. O, sosial xidmət işçisi olduğuna görə idarənin göndərişi ilə 19 mart 2021-ci il tarixdə Şəhriyar qəsəbəsində aztəminatlı və imkansız ailələr üçün dövlət tərəfindən ayrılan sovqatı qəsəbə sakinlərinə paylayırdılar. Həmin vaxtı, o, qəsəbənin icra nümayəndəsi Şahid8 və bələdiyyə sədri Şahid7 ilə birlikdə inzibati binada verilən sovqatları siyahı üzrə tənzimləyirdilər. Belə ki, həmin tarixdə, saat 15 radələrində o, inzibati binanın içərisində olarkən, binanın qarşısında toplaşan şəxslərdən qadınlar arasında səs-küy gəlməyə başlamışdır. O, həmin səs-küy səslərini eşitsə də, binadan kənara çıxmamışdır. Lakin, sonradan eşitmişdir ki, qəsəbə sakinləri olan Şahid1 və bacıları ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş və münaqişə baş vermişdir. Lakin, o, binadan çıxmadığı üçün həmin dava-dalaşın şahidi olmamış və davadalaşın hansı şəraitdə baş verməsini və konkret olaraq kimin-kimi nə ilə vurmasını görə bilməmişdir. Qeyd etmişdir ki, o, həmin vaxt binanın içərisində olmuşdur. Lakin səs-küy gəlməsini eşitsə də hadisənin şahidi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şəhriyar qəsəbə sakinləri Zərərçəkmiş şəxs ilə Şahid1 və bacıları arasında dava-dalaş olmuşdur. Zərərçəkmiş şəxs binanın qarşısında olarkən, o, ondan sənədləri istəyəndən sonra binanın içərisində qalmış və sovqatların yanında olmuşdur. O, həmin vaxtı kiminsə kimisə vurmasını görməmişdir. Qeyd etmişdir ki, həmin vaxt binanın qarşısında təxminən 30-35 nəfər şəxslər olmuşdur. Lakin, o, orada kimisə tanımamış və kimlər olmasını da bilməmişdir. İş üzrə Şahid3 məhkəmə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazı olmadıını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, hazırda o, Şamaxı rayon X22 Təhlükəsizlik Bölməsinin polis sahə nəfəri vəzifəsində, polis baş sercantı xüsusi rütbəsində xidmət edir. Dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış sovqat paylarının verilməsi məqsədilə, 19 mart 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində təşkil ediləcək tədbirlə bağlı dəvət edildikləri üçün həmin tarixdə Şəhriyar qəsəbəsinin icra nümayəndəliyi ilə bələdiyyəsinin yerləşdiyi inzibati binada RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş sercantı Talıb Eynalovla birlikdə xidmət aparmışlar. Belə ki, həmin gün saat 15 radələrində xidmət apardıqları inzibati binanın içərisində olduqları vaxtı binanın qarşısında səs-küy gəlməyə başlamışdır. Bundan sonra o, və polis baş sercantı Talıb Eynalov ilə birlikdə mübahisə edən şəxslərin yanına yaxınlaşmışlar. Həmin vaxt, tanımadıqları bir neçə nəfər qadınlar biri-birləri ilə dava-dalaş edirdilər. Lakin onlar həmin qadınların heç birini tanımamışlar.Onlar yaxınlaşanda artıq dalaşma qurtarmışdır. Onlar sonradan müəyyən etmişlər ki, dalaşanlar qəsəbə sakinləri Zərərçəkmiş şəxs ilə Şahid1 və sonuncunun bacıları arasında baş vermişdir, eyni zamanda Şahid1 qardaşı Təqsirləndirilən şəxs1 da hadisə yerində olmuşdur. Həmin vaxtı orada 30-35 nəfərə yaxın şəxslər olduğundan və onlar dalaşma yerinə sonradan gəldiklərindən həmin dalaşma zamanı konkret olaraq hansı şəxsin nə ilə hansı şəxsi vurmasını dəqiq görə bilməmişlər. Onlar ora çatanda o, və polis sahə nəfəri Talıb Eynalov ilə birlikdə həmin şəxsləri biri-birindən ayırmışlar. Həmin vaxtı, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs3 müxtəlif xəsarətlər alması göründüyündən onlar həm Şamaxı RPŞ-nə şikayət etmək, həm də xəstəxanaya müraciət etmək üçün binanın qarşısından aralaşmışlar, lakin, onlar onların yanında qalmamışlar binanın qarşısında sakitliyi bərpa edib həmin ərazidə xidmətlərinə davam etməyə başlamışlar. Qeyd etdiyi kimi, həmin ərazidə qeyd edilən şəxslər arasında dava-dalaş başlayanda onlar binanın içərisində olmuşlar, əvvəlcə həmin şəxslərin kim olmasını bilməmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Zərərçəkmiş şəxs ilə Şahid1 və sonuncunun bacıları, eyni zamanda orada olmuş Təqsirləndirilən şəxs1dur. Lakin, onlar onların dalaşmasını görə bilməmişlər, ancaq onlar hadisə yerinə yaxınlaşanda artıq dalaşma bitmişdir və mübahisə davam edirdi, onlar da mübahisəni sakitləşdirmişlər. Qeyd etdiyi kimi, həmin vaxtı orada 30-35 nəfər və bəlkə də çox adam toplaşmışdılar.o nlar həmin vaxtı bəzən camaatın arasına gəlib, bəzən də binanın içərisinə daxil olmuşlar. X17 binanın qapısını açıb əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən 4 dəfə vurmasını görməmişlər. Əgər belə bir hadisə baş vermişdirsə də, ola bilsin ki, onlar binanın içərisində olanda bu hadisə baş vermiş və onlar bunu görməmişlər. Qeyd etmişdir ki, həmin vaxt binanın qarşısında təxminən 30-35 nəfər, bəlkə də çox şəxslər olmuşdur. Lakin, onlar həmin şəxslərin konkret olaraq kimlər olmasını bilməmişlər, mübahisə edən şəxslərin adlarını da sonradan müəyyən etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid10 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, onun Şahid1, bacıları və “Şaka” ləqəbi ilə tanınan qardaşı Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında münasibətləri normal olmuşdur. Belə ki, onun oğlu İİ Qarabağ müharibəsində iştirak edib qazi olmuşdur. Buna görə də, 19 mart 2021-ci il tarixdə qazi olan oğluna görə, o, icra nümayəndəliyindən dəvət edilmişdir ki, oğluna görə aztəminatlı ailə kimi ona sovqat veriləcək. O. da həmin tarixdə, saat 15 radələrində sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binasına getmişdir. Həmin vaxt orada sovqat almağa gələn xeyli sayda şəxslər olmuş, həmçinin qardaşı Mehmanın həyat yoldaşı olan Zərərçəkmiş şəxs, qəsəbə sakinlərindən Xuraman, Nuridə, Təqsirləndirilən şəxs3lar, qardaşı “Şaka” ləqəbli Şakir orada olmuşlar. Eyni zamanda onların bacısı Təqsirləndirilən şəxs2 da binanın içərisində sovqat paylanılmasında iştirak etmişdir. Bu vaxtı, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qıcıqlandırıcı formada demişdir ki, “Quşçu kəndindən gəlib burda sovqat niyə alırsan”, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs3 demişdir ki, “kimin siyahıda adı var, haqqı var onlar alacaqlar”. Belə ki, onlar söhbət edən zaman Təqsirləndirilən şəxs2 bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi binanın qapısını açaraq camaatın içində Zərərçəkmiş şəxs nalayiq və kobud sözlər deyib, əlindəki taxta parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 “məni niyə vurursan” sözlərini deyəndə Təqsirləndirilən şəxs2 binanın qapısını arxadan bağlamışdır. Bundan sonra qapının qarısında olan Xuraman və bacıları Təqsirləndirilən şəxs3, Nuridə Məmmədova həmin vaxtı Zərərçəkmiş şəxs saçından yapışaraq onu pilləkəndən sürüməyə başlamışlar, orada olan qadınlardan bir neçəsi Zərərçəkmiş şəxs döyənləri araşdırmağa başlamışlar. Nəticədə, Zərərçəkmiş şəxs yerə yıxılıb qalmışdır. Onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs döyülən vaxtı qardaşı Şahid6 da hadisə yerinə gəlmişdir. Həmin vaxtı, Şahid1 qardaşı Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs yerdə yıxılmış vəziyyətdə qalmağından istifadə edib təpiklə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs döyüldüyündən sonra o, huşsuz halda qalmış və o, tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Bildirmişdir ki, həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermişdir. Həmin mübahisə və dava-dalaş ümumilikdə təxminən 30 dəqiqəyə yaxın müddət ərzində davam etmişdir. Bildirmişdir ki, həmin vaxtı Təqsirləndirilən şəxs2 əlindəki ağacla Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuş, Təqsirləndirilən şəxs3 dizi ilə Zərərçəkmiş şəxs başından, Təqsirləndirilən şəxs1 isə təpiklə Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyyələrindən zərbə vurub Zərərçəkmiş şəxs xəsarət yetirmişlər. Qeyd etmişdir ki, qeyd edilən hadisə vaxtı orada təxminən 40 nəfər və bəlkə də çox şəxslər olmuşdur. O, orada olan şəxslərdən polis əməkdaşları Qafur və Talıbı, eyni zamanda qardaşı oğlu Şahid9, qardaşı Şahid6 orada olmuşlar, orada olan şəxslərin hamısı hadisənin şahidi olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid9 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, onun adı Şamil olsa da, qəsəbə ərazisində onu “Şenka” ləqəbi ilə tanıyırlar. Şahid1, bacıları və “Şaka” ləqəbi ilə tanınan qardaşı Təqsirləndirilən şəxs1 ilə əvvəllər aralarında münasibətləri normal olmuşdur. Belə ki, 19 mart 2021-ci il tarixdə 3 yaşlı nevroloci xəstə olan uşağına görə o, icra nümayəndəliyindən dəvət edilmişdir ki, onun uşağına görə aztəminatlı ailə kimi ona sovqat veriləcək. O, da həmin tarixdə, saat 15 radələrində sovqatı götürmək üçün qəsəbə bələdiyyəsinin və icra nümayəndəliyinin yerləşdiyi inzibati binasına getmişdir. Həmin vaxt orada sovqat almağa gələn xeyli sayda şəxslər olmuş, həmçinin bibisi və qaynanası olan Zərərçəkmiş şəxs, qəsəbə sakinləri olan Xuraman, Nuridə, Təqsirləndirilən şəxs3lar, qardaşı Şakir orada olmuşlar. Eyni zamanda onların bacısı Təqsirləndirilən şəxs2 da binanın içərisində sovqat paylanılmasında iştirak edirdi. Bu vaxtı, Təqsirləndirilən şəxs3 bibisi Zərərçəkmiş şəxs qıcıqlandırıcı formada demişdir ki, “Quşçu kəndindən gəlib burda sovqat niyə alırsan”, bibisi Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs3 demişdir ki, “kimin siyahıda adı var, haqqı var onlar alacaqlar”. Belə ki, onlar söhbət edən zaman Təqsirləndirilən şəxs2 bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi binanın qapısını açaraq camaatın içində bibisi Zərərçəkmiş şəxs nalayiq və kobud sözlər deyib əlindəki taxta parçası ilə bibisi Zərərçəkmiş şəxs baş nahiyəsinə 4 (dörd) dəfə zərbə vurmuş, bibisi Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 “məni niyə vurursan” sözlərini deyəndə Təqsirləndirilən şəxs2 binanın qapısını arxadan bağlamışdır. Bundan sonra qapının qarşısında olan Xuraman və bacıları Təqsirləndirilən şəxs3, Nuridə Məmmədova həmin vaxtı bibisi Zərərçəkmiş şəxs saçından yapışaraq onu pilləkəndən sürüməyə başlamışlar, orada olan qadınlardan bir neçəsi bibisi Zərərçəkmiş şəxs döyənləri araşdırmağa başlamışlar. Nəticədə, bibisi Zərərçəkmiş şəxs yerə yıxılıb qalmışdır. Onu da qeyd etmişdir ki, bibisi Zərərçəkmiş şəxs döyülən vaxtı bibisinin əri, əmisi və qaynatası olan Şahid6 da hadisə yerinə gəlmişlər. Həmin vaxtı, Şahid1 qardaşı Təqsirləndirilən şəxs1 da bibisi Zərərçəkmiş şəxs yerdə yıxılmış vəziyyətdə qalmağından istifadə edib təpiklə bibim Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bibisi Zərərçəkmiş şəxs döyüldüyündən sonra o, huşsuz halda qalmış və o, tibbi yardım almaq məqsədi ilə Şamaxı mərkəzi rayon xəstəxanasına müraciət etmişdir. Bildirmişdir ki, həmin dalaşma 19 mart 2021-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyə ilə icra nümayəndəliyinin yerləşdiyi inzibati binanın qapısının qarşısında baş vermişdir. Həmin mübahisə və dava-dalaş ümumilikdə təxminən 30 dəqiqəyə yaxın müddət ərzində davam etmişdir. Bildirmişdir ki, həmin vaxtı Təqsirləndirilən şəxs2 əlindəki ağacla bibisi Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurmuş, Təqsirləndirilən şəxs3 dizi ilə bibisi Zərərçəkmiş şəxs başından, Təqsirləndirilən şəxs1 isə təpiklə bibisi Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyyələrindən zərbə vurub bibisi Zərərçəkmiş şəxs xəsarət yetirmişlər. Qeyd etmişdir ki, qeyd edilən hadisə vaxtı orada təxminən 40 nəfər və bəlkə də çox şəxslər olmuşdur. O, orada olan şəxslərdən polis əməkdaşları Qafur və Talıbı, eyni zamanda əmisi Şahid10, əmisi Şahid6 orada olduqlarından, orada olan şəxslərin hamısı hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verib göstərdi ki, özü Şamaxı rayon Dost MMC-də sosial işçi kimi işləyir. Heydər Əliyev fondu tərəfindən aztəminatlı ailələr üçün maddi yardım göndərilmişdir və onlar həmin maddi yardımı Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi inzibati binada 19.03.2021-ci il tarixdə paylanılması üçün həmin gün səhər tezdən tədbir başlamışdır. Həmin gün saat 15 radələri olardı, Şəhriyar qəsəbə sakini olan Zərərçəkmiş şəxs da inzibati binaya gəlib sovqat almaq üçün müraciət etmişdir, həmin sovqatın paylanılmasş üçün iştirak edən X23 əməliyyatçı işləyən Təqsirləndirilən şəxs2 da qapının ağzında Zərərçəkmiş şəxs müraciəti üzrə sənədlərlə tanış olub onun özünə aid sovqatları götürmüş, eyni zamanda qaynı oğlu üçün də sovqat gəlib-gəlmədiyini soruşmuş, Təqsirləndirilən şəxs2 da siyahıya baxıb həmin şəxsə sovqat ayrılmadığını bildirmişdir. Bu vaxt, Zərərçəkmiş şəxs bu məlumatı eşidən kimi, səs-küy salıb ünvansız təhqiramiz ifadələr işlətməyə başlamışdır. Sonra isə qapı örtülmüşdür. Bildirmişdir ki, o, binanın içərisində olmuşdur. Təqsirləndirilən şəxs2 həmin vaxtı Zərərçəkmiş şəxs başından taxta ilə 4 dəfə vurmasını o, görməmiş, belə bir hadisənin şahidi olmamışdır. Binanın həyətində isə nə baş verdiyini də görməmişdir. Həmin hadisə vaxtı bələdiyyə və icra nümayəndəliyinin yerləşdiyi binasının qarşısında çoxlu şəxslər olmuş, həmin şəxslərdə polis əməkdaşları Qafur və Talıb da orada olmuş, bəlidiyyə sədri Şahid7, icra nümayəndəsi Şahid8 və digərləri olmuşdur. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayon Şəhriyar qəsəbəsində təqdim edilmiş hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, hadisə yerinin ictimai yer olması müəyyən edilmiş, eyni zamanda hadisə zamanı istifadə edilməsi qeyd edilmiş ağac parçası və daş parçasının tapılması mümkün olmamışdır, hadisə yerinin fotoşəkili çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 30.03.2021-ci il tarixli, 69 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın nahiyyəsində tüksüz hissədə sıyrıq, alt dodağın cırılmış yarası, alt çənədə öndə iki ədəd kəsici dişlərin travmatik ayrılması, sol qabırğaaltı nahiyyəsinin və sağ əlin İV barmağın dırnaq falançasının qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 19.03.2021-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən alın nahiyyəsinin sıyrığı, sağ əlin İV barmağının və döş qəfəsinin sol yarısının qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Alt çənədə öndən iki ədəd kəsici dişin travmatik ayrılması ümumi əmək qabiliyyətinin 10-% ə qədərinin (5%) cüzi dayanıqlı itirilməsinə səbəb olduğundan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasoya idarəsindən 13 aprel 2021-ci il tarixə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasoya idarəsindən 13 aprel 2021-ci il tarixə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasoya idarəsindən 13 aprel 2021-ci il tarixə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı rayon məhkəməsinin 07.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsi ilə 01 il müddətinə 10% islah işləri cəzasına məhkum edilmiş və 12.12.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Mərkəzinin ekspertləri tərəfindən 17.08.2021-ci il tarixli 2566 nömrəli məktubla göndərilmiş “kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası” üzrə tərtib edilən 28.07.2021-ci il tarixli 1616 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edimişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 19 mart 2021-ci il tarixdə saat 15 radələrindən hazırkı vaxtadək olan müddət ərzində hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 19 mart 2021-ci il tarixdə saat 15 radələrindən hazırkı vaxtadək olan müddət ərzində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 hazırda da öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakteli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 şüur və davranışlarına mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamış, keçirdiyi emoisonal haldan asılı olaraq öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilmiş əməli törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında hirslilik, emoisonal reaksiyalara meyillilik kimi hallar yaranmış, həmin halların yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloci affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 hövsələsizlik, qıcığa qarşı həssaslıq, hirslilik, tənqid və təhqirə qarşı həssaslıq, emosionallıq, neqativ amillərin təsirinə qarşı lözümsüzlük, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. İş materillarında olan Şamaxı rayon Polis Şöbəsinin 27 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqnda iltizam qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Şamaxı rayon Polis Şöbəsinin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqnda iltizam qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Şamaxı rayon Polis Şöbəsinin 23 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqnda iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 08 sentyabr 2021-ci il tarixli 494 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 övladları 2003cü il təvəllüdlü Yolçiyev Kamil Kamran oğlu və 2011-ci il təvəllüdlü X5 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o özünü layiqli insan kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə sakinlərinin hörmətini qazanmışdır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 31872 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ümumi xəstəlik səbəbindən 3cü qrup əlildir. İş materillarənda olan AA0931407 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 06 oktyabr 2003-cü ildə doğulmuşdur. İş materiallarında olan ƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəindən verilmiş 011885 saylı vəsiqənin surətindən görünür ki, X11nun sağlamlıq imkanı 18 yaşınadək məhduddur. Gözdən əlildir. İş materiallarında olan AZE 11978576 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Behruzi Fatimə 07 iyul 2011-ci ildə doğulmuşdur, atası Behruzi Natiq, anası Təqsirləndirilən şəxs3dır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 08 sentyabr 2021-ci il tarixli 495 saylı arayışından görünür ki, Məmmədova Rəna Mail qızı övladları 2000-ci il təvəllüdlü X12, 2003-cü il təvəllüdlü X6, 2005-ci il təvəllüdlü X14 və 2014-cü il təvəllüdlü X15 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o özünü layiqli insan kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə sakinlərinin hörmətini qazanmışdır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AA2689507 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 14 oktyabr 2000-ci ildə doğlulmuşdur. İş materiallarında olan ƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəindən verilmiş 031843 saylı vəsiqənin surətindən görünür ki, X12 ümumil səbədən- gözdən İİ qrup əlildir. İş materiallarında olan AA1012149 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 12 avqust 2003-cü idə doğlulmuşdur. İş materiallarında olan AA2612653 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov Toğrul Tural oğlu 18 aprel 2005-ci ildə doğlulmuşdur. İş materiallarında olan AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov Elcan Tural oğlu 08 mart 2014-cü ildə doğlulmuşdur. İş materiallarında olan ƏSMN yanında DSMF Şamaxı rayon şöbəsi tərəindən verilmiş 027623 saylı vəsiqənin surətindən görünür ki, Əhmədov Elcan Tural oğlunun sağlamlıq imkanı 18 yaşınadək məhduddur. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 08 sentyabr 2021-ci il tarixli 496 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 övladları 2003-cü il təvəllüdlü X19 və 2012-ci il təvəllüdlü X13 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o özünü layiqli insan kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə sakinlərinin hörmətini qazanmışdır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İ 440487 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X3 04 yanvar 2009-cu ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 066369 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 aprel 2020-ci ildə ölmüşdür. İş materillarında olan AZE 12307352 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Sevər 07 sentyabr 2012-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs1, anası Məmmədova Arzudur. İş materillarında olan AZE 12307347saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov Mail 05 avqust 2008-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs1, anası Məmmədova Arzudur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. Onların törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, öhdəsində 1 nəfər azyaşlı, 1 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının, 2 nəfət əlil uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, öhdəsində 1 nəfər azyaşlı, uşağının olmasını, özünün və 1 övladının əlil olmasını, ailənin yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət əməli törətməsini, ilk dəfə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, öhdəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən olmasını, ilk dəfə cinayət əməli törətməsini, cinayəti törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Mail oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə onun həmin cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəza bir il sınaq müddəti ilə şərti olaraq tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi3 və Azərbaycan Respubliksı CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 3 saat hüquqi yardıma görə 18 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 7 saat hüquqi yardıma görə 42 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs3 təyin edilmiş 2(iki) il azadlıqdan məhrumetmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir) il 6(altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi3 və Azərbaycan Respubliksı CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3 məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 3 saat hüquqi yardıma görə 18 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 7 saat hüquqi yardıma görə 42 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar