Məhkəmə qərarları › İş №1(074)-108/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-108/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-108/2022 21.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Şamaxı rayonu Nağaraxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə saat 10 radələrində Şamaxı rayonu Böyük Xınıslı kəndi yaxınlığında yerləşən adsız otlaq sahəsində bir neçə gün öncə şəxsi təsərrüfatından 10 (on) baş xırdabuynuzlu heyvanların oğurlanmasına dair barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs bununla bağlı ona iradını bildirməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı əlindəki çomaqla (başı yumru ağacdəyənək) sonuncunun baş və bədəninin digər nahiyələrindən qəsdən vuraraq ona sol əlin dırnaq falqasının səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və başın alın nahiyəsinin yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun hərkəslə münasibəti yaxşı olmaqla, heç kimlə aralarında dava-dalaş və ədavət olmamışdır. Təxminən bir neçə gün öncə onun 10 baş xırda buynuzlu heyvanları böyük Xınıslı kəndi ərazisində olan yaylaqdan naməlum şəraitdə yoxa çıxmış, o, heyvanlarını axtarıb tapa bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək heyvanlarının itməsini və Xınıslı kənd sakini Zərərçəkmiş şəxs şübhələndiyini bildirmiş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs onun yanına gələrərək söyüb təhqir etmiş, ondan rayon polisinə müraciət etməyinin səbəbini soruşmuş, o isə cavab olaraq Zərərçəkmiş şəxs ondan şübhələndiyini və ona görə də DİN-nin 102 xidmətinə müracət etdiyini bildirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs onunla mübahisə etmiş və şikayət etdiyi üçün onunla aqressiv danışmış, elə qeyd edilən məsələlərdən sonra Zərərçəkmiş şəxsla aralarında dava düşmüş və o, əsəbi olduğu üçün özünü saxlaya bilməmiş, əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs alın və bədən nahiyələrindən vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmış, bundan sonra o, Zərərçəkmiş şəxs uzaqlaşaraq getmiş, bir müddət keçdikdən sonra sonuncunun Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs əlində olan ağacla vurmuş, lakin qardaşı Zərərçəkmiş şəxs vurmamış və həmin vaxtı qardaşı Zaur hadisə olan yerdən uzaq məsafədə olmuşdur. Həmin hadisə Şamaxı rayonu Böyük Xınıslı kəndindəki yaylaqda, yəni otlaq sahəsində baş vermiş, hadisə yerində o və Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamış, həmin hadisə ümumilikdə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun da hər kəslə münasibəti yaxşı olmaqla, heç kimlə aralarında dava-dalaş və ədavət olmamışdır. O, 08 avqust 2022-ci il tarixdə saat 20 radələrində rayonun Xınıslı kəndindən bir qədər kənarda kəndə aid çöl otlaq sahəsində olan zaman, sözü gedən ərazidə çobanlıq edən Quşçu kənd sakini Təqsirləndirilən şəxs onun yanına gələrək, əvvəlcə salamlaşmış, daha sonra Təqsirləndirilən şəxs ona 10 baş xırda buynuzlu heyvanlarını onun oğurladığını demiş, o isə Məhəbbətə oğurlanmış heyvanlardan məlumatının olmadığını bildirmiş, sonuncu polisə müracət edəcəyini demiş, cavab olaraq o, yenidən məlumatının olmadığını deyib evinə getmiş, həmin tarixdə Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə müracət edərək heyvanlarının oğurlandığını və ondan şübhələndiyini bildirdiyini öyrənmişdir. 09 avqust 2022ci il tarixdə saat 08 radələrində o, rayonun Xınıslı kəndindəki yaylağa gedərək, Təqsirləndirilən şəxsla görüşmüş daha sonra Məhəbbətdən nə səbəbə onun barəsində 102 xidmətinə məlumat verdiyini, onun oğurlanmış heyvanlar ilə heç bir əlaqəsinin olmadığını bildirmiş, həmin zaman Təqsirləndirilən şəxs qardaşı Şahid1 ilə birlikdə heyvanlarının yanında dayanmışlar. O, Təqsirləndirilən şəxs heyvanlarının oğurlanmasında əlaqəsinin olmadığını dedikdə, Təqsirləndirilən şəxs və qardaşı Şahid1 ona yaxınlaşmışlar, bundan sonra Təqsirləndirilən şəxsla aralarında münaqişə yaranmış və o, sonuncu ilə tutaqlaşaraq dava etməyə başlamış, dalaşma zamanı Təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə onun başından və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmağa başlamış və daha sonra Məhəbbət və Zaur hadisə olan yeri tərk edərək getmişlər. Bundan sonra o evə gəlmiş, qardaşı Müşfiq Mürşüdov onun döyüldüyünü görmüş, daha sonra Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Təqsirləndirilən şəxs tanımadığından və şikayət etmək niyyəti olmadığından ərizə yazarkən sonuncunun adını bildirməmiş, Təqsirləndirilən şəxs onu ağac ilə döyərək xəsarət yetirmiş, baş verən hadisə təxminən ümumilikdə 3-5 dəqiqə ərzində davam etmiş, o, ilkin olaraq Təqsirləndirilən şəxs şikayət etmək istəməmiş, lakin sonradan sonuncu onun müalicə xərclərini ödəmədiyi üçün polis şöbəsinə gələrək şikayət etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə onun baş və bədəninin müxtəlif nahiyyələrindən zərbələr vurmuş, Şahid1 isə ona qarşı hər hansı bir qanunsuzluq etməmişdir. Təqsirləndirilən şəxs onu ağac ilə döyərək xəsarət yetirmiş, baş verən hadisə təxminən ümumilikdə 3-5 dəqiqə ərzində davam etmiş, o, ilkin olaraq Təqsirləndirilən şəxs və qardaşı Şahid1 şikayət etmək istəməmiş, lakin sonradan sonuncular onun müalicə xərclərini ödəmədiyi üçün polis şöbəsinə gələrək şikayət etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs və qardaşı Şahid1 ona qarşı yuxarıda göstərilənlərdən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, təxminən iyul ayının əvvəllərindən xırda buynuzlu heyvanlarını otarmaq üçün rayonun Böyük Xınıslı kəndinə qardaşı Təqsirləndirilən şəxsla birlikdə getmişdir. 09 avqust 2022-ci il tarixdə saat 10 radələrində onlarla eyni ərazidə heyvan otaran Böyük Xınıslı kənd sakini eyni zamanda əvvəldən tanıdıqları Zərərçəkmiş şəxs fermaya gələrək qardaşı Məhəbbəti kənara çağıraraq onunla mübahisə etməyə başlamış və aralarında dava düşmüş, həmin vaxt o, Məhəbbət və Sahibdən kənarda heyvanları otarmış və uzaqdan qardaşı Məhəbbətlə Sahibin dava etməsini görərək onlara yaxınlaşmaq istəyən zaman qardaşı Məhəbbətin oradan uzaqlaşaraq onun olduğu yer istiqamətində gəldiyini görmüş, o, həmin vaxt qardaşı Məhəbbətlə birlikdə oradan uzaqlaşaraq evlərinə getmişlər. Daha sonra məlumatları olmuşdur ki, Sahib döyülməsi ilə bağlı Məhəbbətdən şikayət etmişdir. Zərərçəkmiş şəxs qardaşı Məhəbbət vurmuş, o, hadisə zamanı onlardan kənarda heyvanları otarmış, onun məlumatına görə Məhəbbət Sahibi əlində olan ağac parçası ilə vurmuş, Zərərçəkmiş şəxsla qardaşı Təqsirləndirilən şəxs arasında olan hadisə rayonun Böyük Xınıslı kəndində otlaq sahəsində olmuş, hadisə 3-5 dəqiqə davam etmiş, səs-küy olmamış, hadisə yerinə kənar şəxslər gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, onun hər kəslə münasibəti yaxşı olmuş, heç kimlə aralarında dava-dalaş və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində onun qardaşı Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evə gəlmiş, o, həmin vaxt qardaşı Sahibin üzündən qan axdığını görərərək kimlə dava etməsini, kim tərəfindən döyülməsini soruşmuş, həmin vaxt qardaşı Sahib ona otlaq sahəsində Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən ağacla döyülməsini bildirmiş və o, dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və daha sonra o, qardaşı Zərərçəkmiş şəxs Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurulması faktı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 393 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin yarası, sol əlin 4-cü barmağının səthi yarası küt əşya təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən başın alın nahiyəsinin yarası dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol əlin dırnaq falqasının səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 avqust 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığından, onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar