Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-109/2021 21.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən şəxs X5 www.səffaflıq.tv internet televiziyasına müsahibədə barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında (https://www.youtube.com/watch?v=atL8c-Kt8os) yaymış və bununla da onu ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, www.seffaflıq.tv internet televiziyasının 11.09.2021-ci il tarixli "Şamaxı rayon icra və probasiya şöbəsi ilə vətəndaş arasında qalmaqal" adlı video çarxın 0:59-cu saniyəsindən, həmçinin 3-cü dəqiqə 19-cu saniyəsindən etibarən X5 “...sonra Pərvindi özü ayda 400 manat maaş alır 70-80 minlik maşın sürür, görünür ki, belənçiy uşaqların talehi ilə oynuyurlar... ; ... ba beləçiynə rüşvət alırlar bahalı - bahalı maşınlarda gəzirlər..." deməklə barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Bununla da X5 onun şərəf və ləyaqətini ləkələyən, ədliyyə orqanlarında qulluq keçən əməkdaş və hüquqşünas kimi onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, vəzifə nüfuzuna xələl yetirmiş və onu ağır cinayət törətməkdə ittiham etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək X5 ondan üzr istədiyindən barışdıqlarını və buna görə xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şıkayət verilmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Ə.Məmmədov məhkəməyə gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək 2(074)-89/2019 saylı icra sənədi ilə əlaqədar olaraq əsəbi olduğundan etdiyi əsassız fikirlərə görə üzr istədiyini bildirmişdir. Məhkəmə X2 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X4 şikayətindən imtina etdiyindən xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-109/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-109/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver