Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-109/2022 07.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Şaamxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qardaşı X8 məhkumluğu ilə bağlı məhkəmə hökmü ilə üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar çağrılmasının səbəbini aydınlaşdırmaq məqsədilə 06 iyun 2022-ci il tarixdə, saat 11:15 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya şöbəsinin Şamaxı şəhəri, “Avtovağzal dairəsi” adlanan ərazidə yerləşən inzibati binasına gəldikdən sonra heç bir əsaslı səbəb olmadan binanın dəhlizində ətrafında olan çoxsaylı şəxslərin gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmiş, təxminən 20 (iyirmi) dəqiqə müddət ərzində şöbənin iş fəaliyyətini tamamilə pozmuş, yaratdığı münaqişə zamanı şöbənin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 yumruqla baş nahiyəsindən vurmaqla, sağ qolunu dişləməklə ona sağ göz nahiyəsinin sıyrığı, sağ mil-bilək proyeksiyasının səthi yarası, sol saidin arxa səthinin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə, daha sonra hərəkətlərinə davam edib binanın ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşərkən mərtəbələr arasında olan pilləkənin dəmir məhəccərinin 03 (üç) metr uzunluğunda hissəsini ayağı ilə vurub qıraraq binanın mülkiyyətçisi olan Şamaxı rayon İcra Hakimiyyətinə 56 (əlli altı) manat dəyərində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, qardaşı Ozal Nuriyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mənzildən oğurluq etdiyinə görə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmənin hökmündə Ozal Nuriyevin iş üzrə zərərçəkmiş şəxs olan Zemfira Əliyevaya oğurlanmış əmlakın dəyəri, yəni ümumilikdə 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitinin Ozal Nuriyevdən tutularaq Zemfira Əliyevaya verilməsi qərara alınmışdır. 2018-ci ildə Ozal Nuriyev azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və azadlığa buraxıldıqdan sonra borclu olduğu 38000 (otuz səkkiz min) manatın ödənilməsi üçün barəsində olan sənədlər Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. 2020-ci ildən hazırki vaxtadək X23 rayon icra və probasiya şöbəsinin vasitəsilə cinayət işi üzrə zərərçəkmiş şəxs Zemfira Əliyevaya 18000 manat məbləğində pul ödəmiş və hazırda Ozalın təxminən 20000 manat məbləğində borcu qalmışdır. Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 dəfələrlə Ozala zəng edib ona borclu olduğu məbləği ödəməli olduğunu bildirmiş, Ozal Nuriyev isə Şahid3 borcu birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirsə də, Şahid3 Ozalı hədələyib, borclu olduğu məbləği tam olaraq ödəməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmişdir. Təxminən 2 ay bundan öncə Şahid3, Ozala zəng edib zərərçəkmiş şəxsə birdəfəlik 5000 manat məbləğində pul köçürülməli olduğunu söyləmişdir. İcra məmuru Şahid3 iki gündən bir Ozala zəng edib onu narahat edərək hədələmiş, qardaşı isə həmin icra məmurunun dediklərinə görə özünü öldürmək fikrinə düşmüşdür. 05 iyun 2022-ci il tarixdə kəndlərində şəhid olmuş hərbi qulluqçunun dəfnində iştirak etmək üçün ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Məlikçobanlı kəndinə gəlmiş, həmin gün Ozal ona zəng edib Şahid3 yenidən zəng edərək ondan 5000 manat ödənilməsini tələb etdiyini, onu hədələdiyini bildirmişdir. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Şahid3la söhbət edib birdəfəlik ödənişlərini azaltmaq üçün o, anası Şahid7, atası Şahid9 və qayınanası Şahid8 Şamaxı rayon icra və probasiya şöbəsinə gəlmiş və şöbənin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxmışdırlar. O, icra və probasiya şöbəsinin dəhlizinə girib ad lövhələrinə baxa-baxa Şahid3 xidməti otağını axtarmağa başlamış, dəhlizin sonunda sağ tərəfdən üzərində “Şahid3” yazısı olan qapını görüb qapını döyərək açmış və içəriyə baxmışdır. Həmin vaxt sonradan Şahid3 olmasını bildiyi xidməti geyimdə olan icra məmuru, onun yanında bir nəfər orta yaşlarında qadın görmüşdür. Həmin icra məmurunu müraciət edib “Babək kimdir?” deyə soruşmuş, Şahid3 ona “Babək yox Babək müəllim” deyə cavab vermiş, o, da cavabında ona “ mənə Babək müəllim yox, Babək lazımdır” sözlərini demişdir. Şahid3 yerindən qalxaraq qapıya yaxınlaşıb ona Babək olmadığını bildirmiş, o isə həmin şəxsə Ozal Nuriyevin qardaşı olduğunu, Babək adlı icra məmurunun Ozala zəng edib narahat etdiyinə görə özünü öldürmək istədiyini söyləmiş və yenidən ondan “Babək kimdir” deyə soruşmuşdur. Həmin vaxt hirsli olduğundan Şahid3la bir qədər uca səslə danışmışdır. Lakin Şahid3 yenidən ona Babək olmadığını söyləmiş, bu səbəbdəndə Şahid3 xidməti otağına ümumiyyətlə girməmiş, onunla dəhlizdən danışmışdır. Həmin vaxt arxasında dayanmış atası Şahid9, anası Şahid7 və qayınanası Şahid8 da icra məmuru Şahid3 Ozalın borcu tam olaraq ödəmək imkanı olmadığını söyləmişdirlər. Həmin vaxt bir qədər uca səslə danışdıqları üçün qonşu xidməti otaqlardan xidməti geyimdə hündürboylu, rütbəsi kapitan olan icra məmuru dəhlizə çıxaraq yaxasından yapışıb ona “sən kimsən ki burda belə hərəkət edirsən” sözlərini deyib ona yumruqlarla xəsarətlər yetirməyə başlamışdır. Bu zaman onu vurduqlarını görüb o, da özünü müdafiə etmək məqsədi ilə həmin şəxsi itələmişdir. Həmin vaxt nisbətən alçaqboylu, dolubədənli icra məmuru da yaxasından yapışaraq ona xəsarətlər yetirməyə başlamışdır. Hündürboylu icra məmuru başını qollarının arasına salıb onu boğmağa başlamış və həmin an o, özünü müdafiə etmək və həmin icra məmurunun əlindən çıxmaq üçün onun qolundan dişləmiş və ondan sonra həmin icra məmuru onu buraxmışdır. Bundan sonra şöbənin mühafizəsini aparan polis nəfəri də onu arxadan tutaraq əlləri ilə boynunu sıxaraq onu boğmağa başlamışdır. Həmin an cibində olan mobil telefonu çıxararaq Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etmək istəmiş, lakin icra məmurları baş verənləri videoya çəkdiyini düşünərək mobil telefonunu əlindən almışdırlar. Həmin vaxt polis nəfəri onu yerə yıxmış və icra məmurları ilə birlikdə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirməyə başlamışdırlar. Anası, atası və qayınanası ona köməklik etməyə çalışaraq onu icra məmurların əlindən almaq istəmiş, icra məmurları və polis nəfəri onu sürüyüb Şahid3 xidməti otağına salmışdırlar. Şahid3 xidməti otağında icra məmurları və polis əməkdaşı tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmiş, ona hər hansı xəsarətlər yetirilməmişdir. Həmin vaxt icra məmurlarının diqqətinin yayındığını görüb otağdan çıxaraq çıxışa doğru qaçmış, anası və qayınanası onun arxasınca birinci mərtəbəyə düşmüşdürlər. Həmin vaxt polis nəfəri qapını bağlayaraq atasına çölə çıxmağa imkan verməmişdir. İkinci mərtəbədən birinci mərtəbəyə düşərkən icra məmurların ona və qohumlarına qarşı etdikləri qanunsuz hərəkətlərinə görə hirsləndiyi üçün ikinci mərtəbədən birinci mərtəbəyə aparan pilləkənin dəmir məhəccərinə ayaqla zərbə vuraraq onu qırmış və məhəccərin dəmir hissəsini əli ilə götürüb qışqıraraq atasının aşağı buraxılmasını tələb etmişdir. Həmin vaxt hirsli olduğundan həmçinin inzibati binanın birinci mərtəbəsinə olan hazırda xatırlamadığı yazılar olan lövhəyə əlindəki dəmir parçası ilə vurub ziyan yetirmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib özünün və ailə üzvlərinin icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermiş, təxminən 5 dəqiqə sonra atası da ikinci mərtəbədən aşağı düşmüş və onlar birlikdə şöbənin inzibati binasından çölə çıxmışdır. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları da əraziyə gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişdirlər. Şöbədə o, baş vermiş hadisə ilə bağlı şikayət ərizəsini verərək məhkəmə-tibbi müayinəsindən keçmiş, bundan sonra həmin gün atası Şahid9 Şamaxı rayon icra və probasiya şöbəsinə gedib icra məmurlarının əlindən aldığı mobil telefonu və dalaşma zamanı yerə düşmüş qol saatını icra və probasiya şöbəsinin rəisindən götürmüşdür. Telefonu götürdükdə onun format olunduğunu görmüşdür. Onun 06 iyun 2022-cil tarixində Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdə məqsədi Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 qardaşı Ozal Nuriyevə dəfələrlə zəng edib ona borclu olduğu məbləği ödəməsini deməsi olmuşdur. Buna görə də o, ailə üzvləri ilə Şahid3 qəbuluna gedib borclu olduğu məbləği hissə-hissə - ayda 250-300 manat olmaqla ödənilməsi üçün şərait yaradılmasını xahiş etmək üçün həmin idarəyə gəlmişdir. Çünki Şahid3 qardaşı Ozal Nuriyevə zəng edib yaxın müddət ərzində 5000 manat məbləğində pulun ödənilməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmişdir. Ona anası Şahid7 və qayınanası Şahid8 bütün xəsarətləri polis nəfəri həmçinin hündürboylu rütbəsi kapitan olan icra məmuru və nisbətən alçaqboylu, dolubədənli icra məmuru yetirmişdir. Həmin vaxt atası Şahid9 onları aralaşdırmağa çalışdığı üçün ona hər hansı xəsarətlər yetirilməmişdir. O, atası Şahid9 və qayınanası Şahid8 icra məmurlarına və polis nəfərinə hər hansı xəsarətlər yetirməmişdirlər. Lakin o özünü müdafiə etmək məqsədi ilə icra məmuru Pərvin adlı şəxsə bir dəfə yumruq atmış, onların onu buraxmadığını və döydüyünü gördüyündən yenidən özümü müdafiə etmək və icra məmurların əlindən almaq üçün icra məmurunun qolundan dişləmişdir. Anası isə polis nəfərini əlindəki əl çantası ilə vurmaq istəsədə polis nəfərinə həmin çanta dəyməmişdir. Anası bunu yalnız onu müdafiə etmək üçün etmişdir. Hadisə zamanı Şahid3 ona və qohumlarının heç birinə hər hansı xəsarətlər yetirməmişdir. İcra məmurları ilə mübahisə və sonrakı qarşıdurma ikinci mərtəbədə təxminən 5 dəqiqə ərzində davam etmişdir, daha sonra isə o və qohumları birinci mərtəbəyə düşmüş və təxminən 5 dəqiqə ərzində qışqıraraq narazılığını bildirdikdən sonra inzibati binanı tərk etmişdirlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Şamaxı rayon icra və probasiya şöbəsinin yerləşdiyi inzibati bina Şamaxı rayon icra hakimiyyətinin balansındadır. Həmin bina 3 mərtəbəli olduğundan qeyd olunan binanın 2-ci mərtəbəsi müvəqqəti olaraq fəaliyyət göstərməsi üçün icra və probasiya şöbəsinə verilmişdir. İcra və probasiya şöbəsinin inzibati binasında baş vermiş xuliqanlıq hadisəsi zamanı rayon icra hakimiyyətinə məlumat verildikdən sonra o, həmin yerə baxış keçirdən zaman müəyyən olunmuşdur ki, binanın birinci və ikinci mərtəbəsi arasında olan dəmir məhəccərli pilləkanın dəmirlərinin bir hissəsi sınmış, bir hissəsi isə əyilmişdir. Xuliqanlıq hadisəsi həmin binanın ikinci mərtəbəsində baş versə də, rayon icta hakimiyyətinin balansında olan binanın birinci və ikinci mərtəbəsi arasında olan pilləkənlərə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadə verib göstərdi ki, 2018-ci ildən hazırkı vaxtadək Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir, İ dərəcəli ədliyyə qulluqçusu rütbəsindədir. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Şamaxı rayon icra və probasiya şöbəsində xidməti otağında işləyərkən şöbənin dəhlizində bir neçə dəfə uca səslə deyilən “Babək kimdir” sözlərini eşitmişdir. Şəxslərin dəhlizdə uca səslə danışdıqlarını eşidib nə baş verdiyini aydınlaşdırmaq üçün dəhlizə çıxmış, həmin vaxt təxminən 30 yaşında, əynində qara rəngli köynək və qara rəngli şalvar olan, üzü saqqallı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, onun atası təxminən 60 yaşında əynində dama-dama köynək olan sonradan adının Şahid9 olduğunu bildiyi kişi və iki nəfər təxminən 50-55 yaşlarında qadınların icra məmuru Şahid3 xidməti otağının qarşısında dayandıqlarını görmüşdür. Həmin vaxt xidməti otağı ilə üzbəüz yerləşən otaqdan şöbənin icra məmuru Şahid1 da nə baş verdiyini aydınlaşdırmaq üçün dəhlizə çıxmışdır. Təqsirləndirilən şəxs yenidən uca səslə “Babək kimdir, mənə Babək lazımdır” deyə qışqırmış, icra məmuru Şahid3 şöbənin mühafizəsini təşkil edən polis nəfəri Dilsuz Mahmudovla xidməti otağından çıxaraq Təqsirləndirilən şəxs adının Babək olduğunu, nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs, ona qardaşı Ozal Nuriyevi narahat etdiyinə görə sonuncunun intihar həddinə çatdığını, qardaşının intihar edəcəyi təqdirdə paqonlarımızı......soxacağını demişdir. Həmin an Təqsirləndirilən şəxs, Şahid3 üzərinə gələrək onu vurmaq istəmiş, o, Təqsirləndirilən şəxs ən yaxın dayandığından Şahid3 xəsarət yetirilməsinin qarşısının alınması üçün Təqsirləndirilən şəxs əlləri ilə tutaraq onu sıxmış və hərəkətlərini məhdudlaşdırmışdır. Həmin vaxt qadınlar Təqsirləndirilən şəxs əlləri ilə sıxdığını görüb səs-küy salaraq üzərinə gəlmiş və onlardan biri sonradan Təqsirləndirilən şəxs anası olduğunu bildiyi, əynində qara rəngli paltar olan qadın əlindəki sumka ilə polis nəfəri Dilsuz Mahmudovu vurmuşdur. Təqsirləndirilən şəxs sakitləşdirmək üçün o, polis nəfəri Dilsuz Mahmudov və Şahid1 onu Şahid3 xidməti otağına salmaq istəmiş, qadınlar səs-küy salaraq Ülvinin otağa salmasının qarşısını almağa çalışmışdırlar. Həmin an Təqsirləndirilən şəxs yumruqla sifətinin sağ nahiyyəsinə bir dəfə zərbə endirmiş, bundan sonra o, əlləri ilə Təqsirləndirilən şəxs boyun nahiyyəsində tutaraq ona yenidən xəsarətlər yetirilməsinin qarşısının alınması üçün boyun nahiyyəsini sıxmış və həmin vaxt Təqsirləndirilən şəxs onun sağ qolundan dişləmiş və o, ağrıdan Təqsirləndirilən şəxs buraxmışdır. Bundan sonra polis nəfəri Dilsuz Mahmudov da Təqsirləndirilən şəxs boyun nahiyyəsindən əli tutaraq onu sıxmağa başlamış və Təqsirləndirilən şəxs əyilərək yarımoturaq vəziyyətdə qalmışdır. Həmin vaxt səs-küyə həmçinin icra və probasiya şöbəsinin rəisi Şahid4 və probasiya üzrə böyük icra məmuru Şahid2 da dəhlizə çıxaraq onları ayırmağa çalışmışdır. Təxminən 1 dəqiqə sonra Təqsirləndirilən şəxs, Şahid3 xidməti otağına salıb onu sakitləşdirməyə çalışmışdırlar. Dartışma zamanı Təqsirləndirilən şəxs həmçinin xidməti geyimi olan ağ rəngli qısaqol köynəyi dartaraq düymələrini cırmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs sən mənim qardaşımı özünü öldürmə həddinə çatdırmısız deyə qışqırmışdır. Dəhlizdə daşalma təxminən 3 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs və onun qohumları ona və polis nəfəri Dilsuz Mahmudova xəsarətlər yetirmişdirlər. Təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş qadınlar şöbəni tərk edərək inzibati binanın birinci mərtəbəsinə düşərək ictimai qaydanı pozmağa və nalayiq ifadələr işlətməyə davam etmişlər. Təqsirləndirilən şəxs atası Şahid9 təxminən 5 dəqiqə ərzində şöbədə qalmış və onlar onunla söhbət etdikdən sonra sonuncu şöbəni tərk etmişdir. Təqsirləndirilən şəxs qohumları ilə birlikdə inzibati binanın birinci mərtəbəsinə düşdükdən sonra səs-küy salmağa davam etdikləri üçün tərəflərindən bu barədə Şamaxı rayon polis şöbəsinə məlumat verilmiş və təxminən 15-20 dəqiqə sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları şöbəyə gələrək vətəndaşları Şamaxı rayon polis şöbəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs və qohumları şöbəni tərk etdikdən sonra görmüşdür ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan pilləkənin məhəccərinin bir hissədə əyilmiş, digər hissədə isə dəmir hissəsi qopardılaraq sındırılmışdır. xx.xx.2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs yumruqla sifət nahiyyəsindən vurmuş və daha sonra o, Ülvini əlləri ilə tutduqda sağ qolunu dişləmişdir. Təqsirləndirilən şəxs digər qohumları ona hər hansı xəsarətlər yetirməmişdirlər. Təqsirləndirilən şəxs bir dəfə sifət nahiyyəsindən yumruqla zərbə endirmiş və sağ əlini dişləmişdir. Bundan əlavə mübahisədə iştirak edən qadınlardan biri - Təqsirləndirilən şəxs anası əlindəki əl çantası ilə polis nəfəri Dilsuz Mahmudovu bir dəfə vurmuşdur. Mübahisədə iştirak edən digər icra məmurları və şöbənin rəisi yalnız onları sakitləşdirməyə çalışmış, vətəndaşlar tərəfindən onlara hər hansı xəsarətlər yetirilməmişdir. 06 iyun 2022-ci il tarixdə mübahisə və sonrakı qarşıdurma zamanı Təqsirləndirilən şəxs və qohumları Şahid3 hər hansı xəsarətlər yetirməmişlər, lakin hesab edir ki, o, mübahisəyə qarışıb Təqsirləndirilən şəxs tutmasaydı, sonuncu Şahid3 xəsarətlər yetirəcəkdi. Mübahisə zamanı Təqsirləndirilən şəxs aqressiv danışıq tərzindən, hərəkətlərindən, Şahid3 üzərinə getməsindən, Təqsirləndirilən şəxs Şahid3 vurmaq istəməsi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs və onunla birlikdə gələn şəxslərin narazılığın səbəbi o olmuşdur ki, Şahid3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək üçün Təqsirləndirilən şəxs qardaşı Ozal Nuriyevdən borcu ödəməsini tələb etmiş, Təqsirləndirilən şəxs də buna etiraz olaraq şöbəyə gəlib Şahid3 axtarmağa başlamışdır. O, digər icra məmurları və polis nəfəri Dizsuz Mahmudovu, Təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş qohumlarını döyməmiş, onlara hər hansı xəsarətlər yetirməmişdirlər. Fiziki qüvvə tətbiq etməklərinin məqsədi özlərini qorumaq və vətəndaşları sakitləşdirmək olmuşdur. Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasında onların mübahisəsi təxminən 2-3 dəqiqə davam etmişdir, daha sonra Ülvi və onun qohumları binanın birinci mərtəbəsinə düşərək orada uca səslə nalayiq ifadələri işlətməkdə davam etmiş, ümumilikdə təxminən 30 dəqiqə ərzində icra və probasiya şöbəsinin və inzibati binanın birinci mərtəbəsində yerləşən digər qurumların normal iş fəaliyyətini pozmuşdurlar. Onların Təqsirləndirilən şəxs, Şahid3 xidməti otağına salmaqda məqsədləri onu sakitləşdirərək şöbənin normal fəaliyyətini pozulmasının qarşısını almaq olmuşdur, çünki həmin vaxt şöbədə digər vətəndaşlar da olmuşdur. Həmin mübahisəni İcra və probasiya şöbəsinin rəisi Şahid4, icra məmuru Şahid1, probasiya üzrə böyük icra məmuru Şahid2, həmçinin şöbənin texniki heyəti – Şahid6, Şahid5 görmüşlər. Bundan əlavə həmin vaxt şöbədə tanımadığı vətəndaşlar da olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 2018-ci ildən 2021-ci ilədək Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində çalışmış, 2021-ci ildən hazırki vaxtadək Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir və İİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsindədir. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Şamaxı rayon icra və probasiya şöbəsinin mühafizə postunda xidmət aparan X14 şöbəsinin polis nəfəri, polis serjantı Dilsuz Mahmudov, onun xidməti otağına daxil olub vətəndaşın qəbuluna gəldiyini bildirib təxminən 1-2 dəqiqə ərzində onun otağında qalmışdır. Həmin vaxt xidməti otağının qapısı möhkəm döyüldükdən sonra qapını əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi təxminən 30 yaşında şəxs qapını açaraq uca səslə aqressiv şəkildə onun tərəfə baxıb “Babək kimdir” deyə soruşmuşdur. Həmin vaxt xidməti otağında olan polis nəfəri Dilsuz Mahmudov, Təqsirləndirilən şəxs müraciət edib icra məmurunun qəbuluna gəlmək istədiyi təqdirdə əvvəlcədən mühafizə postuna yaxınlaşıb qeydiyyatda keçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, Dilsuz Mahmudovun dediklərinə məhəl qoymayaraq təkrarən “Babək kimdir” deyə qışqırmışdır. Həmin an sonradan Təqsirləndirilən şəxs atası olmasını bildiyi təxminən 60 yaşlarında olan Şahid9 adlı şəxs və iki nəfər əvvəllər tanımadığı təxminən 50 yaşlarında qadınlar da xidməti otağının giriş qapısına gəlib səs-küy salmağa başlamışdırlar. O, Təqsirləndirilən şəxs yaxınlaşıb şikayətin və narazılığın mahiyyətini aydınlaşdırmağa çalışmış, lakin sonuncu heçnə izah etmədən onun və polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şöbənin dəhlizində səs-küy yarandığından qonşu xidməti otaqlarda işləyən digər icra məmurları – Zərərçəkmiş şəxs1 və Şahid1 da dəhlizə çıxaraq vətəndaşları sakitləşdirməyə çalışmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxs kobud şəkildə və uca səslə “Mən Sizin paqonlarınızı sökdürüb ...... soxacam” sözlərini deyib əli ilə onu özündən itələyib üzərinə hücum etmək istəmişdir. Zərərçəkmiş şəxs1 və Dilsuz Mahmudov, Təqsirləndirilən şəxs ona zərbə endirməsinin qarşısını almaq üçün əlləri ilə ilə onu saxlayıb sakitləşdirməyə çalışmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxs, Pərvin Mehraliyevin sağ qaş nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmiş, daha sonra isə Zərərçəkmiş şəxs1 onu əlləri ilə saxladığı üçün sonuncunun sağ qolunu dişləmişdir. Qarşıdurma zamanı Təqsirləndirilən şəxs, icra məmuru Zərərçəkmiş şəxs1 xidməti geyimi olan ağ rəngli qısaqol köynəyi dartaraq düymələrini cırmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs “sən mənim qardaşımı özünü öldürmə həddinə çatdırmısan, sən kimsən ki mənim qardaşımı çağırırsan, məhkəmə qanunsuz qərar qəbul edib” deyə qışqırmışdır. Həmin vaxt səs-küyə şöbə rəisi Şahid4 və probasiya üzrə böyük icra məmuru Şahid2 da dəhlizə çıxaraq vətəndaşları sakitləşdirməyə çalışmışdırlar. Həmin qarşıdurma təxminən 3-4 dəqiqə davam etmiş, mübahisə zamanı vətəndaşlar polis nəfəri Dilsuz Mahmudova da xəsarətlər yetirmişdirlər. Təxminən 3-4 dəqiqədən sonra vətəndaşlar şöbənin inzibati binasını tərk edib birinci mərtəbəyə düşərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Vətəndaşlar şöbəni tərk etdikdən sonra onlar görmüşdürlər ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan pilləkənin məhəccərinin bir hissədə əyilmiş, digər hissədə isə dəmir hissəsi qopardılaraq sındırılmışdır. Onun bədənində olan xəsarətlər yəni, sağ və sol qolundakı cızıqlar, Təqsirləndirilən şəxs tərəfindən dartışan zaman onun tərəfindən yetirilmişdir. Təqsirləndirilən şəxs onu vurmağa çalışsa da, Zərərçəkmiş şəxs1 müdaxiləsi nəticəsində bunu edə bilməmişdir. Təqsirləndirilən şəxs ondan başqa həmçinin şöbənin böyük icra məmuru Zərərçəkmiş şəxs1 bir dəfə yumruqla zərbə endirmiş və sağ əlini dişləmişdir. Bundan əlavə mübahisədə iştirak edən qadınlardan biri – tünd rəngli don geyinmiş və əlində əl çantası olan qadın polis nəfəri Dilsuz Mahmudovun sifət nahiyyəsindən bir dəfə şillə ilə vurmuş və onu bir neçə dəfə itələmişdir. Mübahisədə iştirak edən digər icra məmurları və şöbə rəisi yalnız onları sakitləşdirməyə çalışmış, vətəndaşlar tərəfindən onlara hər hansı xəsarətlər yetirilməmişdir.Təqsirləndirilən şəxs qardaşı X2 rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4831(dörd min səkkiz yüz otuz bir) manat məbləğində nağd pul və 34375 (otuz dörd min üç yüz yetmiş beş) manat dəyərində qızıl-zinət əşyalarının alınaraq iddiaçı X3 verilməsi qərarı alınmış və bununla bağlı Nəsimi rayon məhkəməsinin 1(006)-329/2018 nömrəli icra vərəqəsi Şamaxı rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Məhkəmənin hökmünün icrasını təmin etmək məqsədi ilə maddi ziyanın ödənilməsi üçün X10 bir neçə dəfə zəng edib maddi ziyanın ödənilməli olduğu bildirmiş, hazırki vaxtadək Ozal Nuriyev vurulmuş maddi ziyandan cəmi 13850 (on üç min səkkiz yüz əlli) manatını ödəmiş və onun hazırki vaxtda 25356 (iyirmi beş min üç yüz əlli altı) manat məbləğində borcu qalmışdır. 06 iyun 2022-ci il tarixdə Ozal Nuriyevin qardaşı Təqsirləndirilən şəxs, atası Şahid9, anası Şahid7 və adını bilmədiyi qadın, şöbəyə gəlib icraatında olan icra işi ilə əlaqədar Ozal Nuriyevi narahat etdiyi üçün onun özünü öldürmə həddinə çatdırdığını, onu hansı əsasla narahat etdiyini, onun barəsində çıxarılmış məhkəmə qərarının qanunsuz olduğunu söyləmişdirlər. Yəni, Təqsirləndirilən şəxs və onun qohumlarının şöbəyə gələrək səs-küy salmaqda əsas məqsədi qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən icraatında olan borclu Ozal Nuriyevin maddi ziyanın ödətdirilməsinin qarşısının alınması olmuşdur. O, digər icra məmurları və polis nəfəri Dizsuz Mahmudov, Təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş qohumlarını döyməmiş, onlara hər hansı xəsarətlər yetirməmişdirlər. Fiziki qüvvə tətbiq etməklərinin məqsədi özlərini qorumaq və vətəndaşları sakitləşdirmək olmuşdur. Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasında onların mübahisəsu təxminən 4-5 dəqiqə davam etmiş, daha sonra isə Ülvi və qohumları binanın birinci mərtəbəsinə düşərək orada uca səslə nalayiq ifadələri işlətməkdə davam etmişdirlər. Ümumilikdə onlar təxminən bir saat ərzində icra və probasiya şöbəsinin normal fəaliyyətini pozmuşdurlar. Təqsirləndirilən şəxs xidməti otağına salmaqda məqsədi onu sakitləşdirib, şöbənin normal fəaliyyətini pozulmasının qarşısını almaq olmuşdur. Çünki həmin vaxt şöbədə digər vətəndaşlar da olmuşdur. Onların mübahisələrini İcra və probasiya şöbəsinin rəisi Şahid4, böyük icra məmuru Zərərçəkmiş şəxs1, icra məmuru Şahid1, probasiya üzrə böyük icra məmuru Şahid2, həmçinin şöbənin texniki heyəti – Şahid6, Şahid5 görmüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib göstərdi ki, 2017-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X14 şöbəsinin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Regional Mühafizə şöbəsinin rəhbərliyinin göstərişinə əsasən ona Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasının mühafizəsini təmin edir. Hər gün saat 09-da Şamaxı rayon icra və probasiya şöbəsində mühafizə postuna xidmətə çıxır və saat 18-dək xidmət aparır. Xidməti vəzifələrinə Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasını, binanın daxilindəki əmlakı mühafizə etməkdən, şöbəyə giriş-çıxış rejimini təmin etməkdən ibarətdir. 06 iyun 2022-ci il tarixdə saat 11-radələrində Şamaxı rayon icra və probasiya şöbəsində mühafizə postunda xidmətini apararkən bir nəfər tanımadığı vətəndaş ona yaxınlaşıb şöbənin icra məmuru Şahid3 qəbuluna gəldiyini bildirmişdir. O, həmin vətəndaşın adını və soyadını vətəndaşların qeydiyyatı kitabçasına daxil etmiş və dəhlizin sonunda olan Şahid3 xidməti otağına gedib vətəndaşın onun qəbuluna gəldiyi barədə məlumat vermək üçün xidməti otağına daxil olmuşdur. Təxminən 2-3 dəqiqə sonra əvvəllər tanımadığı təxminən 35 yaşında əynində qara rəngli şalvar və qara rəngli köynək olan üzü tüklü oğlan, Şahid3 xidməti otağının qapısını açaraq içəri daxil olmaq istəmişdir. Həmin şəxs xidməti otağa daxil olarkən uca səslə “Babək kimdir?” deyə soruşmuş, bu səbəbdəndə o, həmin şəxsi nizam-intizama dəvət edib sakitləşdirərək mühafizə postuna getməyi, qeydiyyatdan keçməyi daha sonra icra məmurunun qəbuluna gəlməsini xahiş etmişdir. Həmin an üzərində dama-dama köynək olan təxminən 60 yaşı olan üzü tüklü kişi, oğlanın arxasınca gəlib xidməti otağının giriş qapısında gözləmişdir. Oğlanı nizam-intizama dəvət etsə də, həmin şəxs onun qanuni tələbinə tabe olmayaraq həm onu, həm də Şahid3 hədələyərək “paqonlarınızı sökdürüb ....... soxaram” deyə nalayiq ifadə işlətmişdir. Şahid3 da vətəndaşı nizam itizama dəvət edib vətəndaşın müraciətinin mahiyyətini aydınlaşdırmağa çalışmış, lakin vətəndaş sakitləşmədən qardaşı X8 icra işi ilə bağlı onun üzərinə məhdudiyyət qoyduğunu, qardaşının ona görə özünə xəsarət yetirəcəyini demişdir. Həmin vaxt onların dalınca iki nəfər təxminən 40-50 yaşlarında iki nəfər qadın gəlib həmin oğlana qoşularaq onun və Şahid3 ünvanına nalayiq ifadələr işlətməyə başlamışdırlar. Bu zaman vətəndaşlar yüksək səslə nalayiq ifadələr işlətdiyindən, xidməti otaqlarda işləyən digər icra məmurları - Zərərçəkmiş şəxs1 və Şahid1 nə baş verdiyini müəyyən etmək üçün dəhlizə çıxıb vətəndaşları sakitləşdirməyə başlamış, həmin vaxt oğlan, qanuni tələbinə tabə olmadığı və şöbənin normal iş fəaliyyətini pozduğu üçün onun barəsində qanunamüvafiq tədbir görülməsi məqsədi ilə səlahiyyətli polis əməkdaşlarını çağırmaq üçün onu Zərərçəkmiş şəxs1 və Şahid3 köməyi ilə Şahid3 xidməti otağına salmaq üçün başını qollarının arasına salıb onu otağa itələmişdir. Vətəndaşlar oğlanı xidməti otağa salmaq istədiyini görüb əynində qara rəngli paltar olan qadın sifətinin sol nahiyyəsinə bir dəfə şillə vurmuşdur. Həmin an qadınlar və kişi də Zərərçəkmiş şəxs1 və onu itələyib oğlanı əlindən almağa çalışmışdırlar. Dartışma zamanı həmin oğlan və qadınlar Zərərçəkmiş şəxs1 yumruqlarla zərbələr endirmişlər. Kişi isə nisbətən sakit şəkildə onları bir-biri ayırmağa çalışmışdır. Həmin vaxt oğlan onu əlləri ilə tutub otağa dartan zaman Zərərçəkmiş şəxs1 sağ qolundan dişlədiyindən Zərərçəkmiş şəxs1 onu buraxmış və oğlan dəhlizin kafel döşəməsinə yıxılaraq dərhal durmuşdur. Səs-küyə həmçinin Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi Şahid4 da xidməti otağından çıxaraq vətəndaşları sakitləşdirməyə çalışmışlar. Oğlanın müqavimət göstərməsinə baxmayaraq onu Şahid3 xidməti otağına salmışdırlar. Həmin vaxt yaşlı kişi xidməti otağa daxil olub onu itələmiş və oğlan əlindən çıxıb onların ünvanına nalayiq ifadələr işlədərək, onlardan şikayət edəcəyini bildirərək çıxışa tərəf qaçmağa çalışmışdır. Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi Şahid4 Təqsirləndirilən şəxs qaçmaq istədiyini görüb onun qolundan tutaraq qaçmağının qarşısını almağa çalışmışdır. Mübahisənin davam etdiyi bütün müddət ərzində qadınlar, yaşlı kişi və həmin oğlan ünvansız nalayiq ifadələr işlətmişdirlər. Vətəndaşlarla icra və probasiya şöbəsinin dəhlizində təxminən 2-3 dəqiqə ərzində qarşıdurmaları olmuş, daha sonra oğlan qaçıb inzibati binadan qaçmağa cəhd etmiş, o, həmin oğlanı saxlamağa çalışsa da, üzərində qara rəngli ətək və zərli qara rəngli köynək olan qadın məni itələyərək əlindəki sumka ilə onu vurmuşdur. Bundan sonra oğlan və iki nəfər qadın icra və probasiya şöbəsinin inzibati binasını tərk edib birinci mərtəbəyə düşərək nalayiq ifadələr işlətməkdə davam etmiş, həmin vətəndaşlar icra və probasiya şöbəsinin inzibati binasını tərk edərək birinci mərtəbəyə düşərkən və çıxdıqdan sonra şöbənin qarşısında nalayiq ifadələr işlətməyə davam etmişdirlər. xx.xx.2022-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasında yaranmış münahisə və sonrakı qarşıdurma zamanı əynində ətək və qara rəngli zərli köynək olan qadın ona bir dəfə sifətinin sol hissəsinə şillə vurmuş, daha sonra isə elə həmin qadın onu itələyib əlindəki əl çantası ilə onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 2011-ci ildən 2017-ci ilədək Şamaxı rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində çalışmış, 2017-ci ildən hazırki vaxtadək Şamaxı rayon icra və probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru vəzifəsində işləyir, İ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsindədir. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Şamaxı rayon icra və probasiya şöbəsində xidməti otağında işləyərkən şöbənin dəhlizində səs-küy eşidib dəhlizə çıxmış, həmin vaxt təxminən 30 yaşında, əynində qara rəngli köynək və qara rəngli şalvar olan, üzü saqqallı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, onun atası təxminən 60 yaşında əynində dama-dama köynək olan sonradan adının Şahid9 olduğunu bildiyi kişi, Təqsirləndirilən şəxs anası Şahid7 və qayınanası Şahid8 ilə şöbənin böyük icra məmuru Zərərçəkmiş şəxs1, icra məmuru Şahid1 və polis nəfəri Daşqın Mahmudovla, icra məmuru Şahid3 xidməti otağının qarşısında dayanaraq mübahisə etdiklərini görmüş, böyük icra məmuru Zərərçəkmiş şəxs1 əlləri ilə Təqsirləndirilən şəxs tutaraq onun bədənini sıxaraq hərəkətlərini məhdudlaşdırmışdır. O, ümumiyyətlə mübahisəyə qarışmamış, yalnız tərəfləri sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs sakitləşdirmək üçün Zərərçəkmiş şəxs1, Şahid1 və Dilsuz Mahmudov onu Şahid3 xidməti otağına salmağa çalışmış, qadınlar isə səs-küy salaraq Ülvinin otağa salmasının qarşısını almışdırlar. Qarşıdurma zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyyəsinə bir dəfə zərbə endirmiş, bundan sonra sonuncu əlləri ilə Təqsirləndirilən şəxs boyun nahiyyəsində tutaraq onu boğmağa başlamışdır. Bundan sonra polis nəfəri Dilsuz Mahmudov da Təqsirləndirilən şəxs boyun nahiyyəsindən əli tutaraq onu sıxmağa başlamış və Təqsirləndirilən şəxs yerə yıxmışdır. Həmin vaxt səs-küyə həmçinin icra və probasiya şöbəsinin rəisi Şahid4 çıxaraq dalaşanları bir-birindən ayırmağa çalışmış, təxminən 1 dəqiqə sonra Zərərçəkmiş şəxs1, Şahid1 və X20 Nuriyevi Şahid3 xidməti otağına salmışdırlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs “Siz mənim qardaşımı özünü öldürmə həddinə” çatdırmısız deyə qışqırmışdır. Dəhlizdə dalaşma təxminən 3 dəqiqə ərzində davam etmişdir. Təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş qadınlar şöbəni tərk edərək inzibati binanın birinci mərtəbəsinə düşərək ictimai qaydanı pozmağa və nalayiq ifadələr işlətməyə davam etmişdirlər. Təqsirləndirilən şəxs atası Şahid9 təxminən 5 dəqiqə ərzində şöbədə qalmış və onlar onunla profilaktiki söhbət etdikdən sonuncu şöbəni tərk etmişdir. Təqsirləndirilən şəxs qohumları ilə birlikdə inzibati binanın birinci mərtəbəsinə düşdükdən sonra səs-küy salmağa davam etdikləri üçün tərəflərindən bu barədə Şamaxı rayon polis şöbəsinə məlumat verilmiş və təxminən 15-20 dəqiqə sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları şöbəyə gələrək vətəndaşları Şamaxı rayon polis şöbəsinə aparmışdırlar. Təqsirləndirilən şəxs və qohumları şöbəni tərk etdikdən sonra görmüşdürlər ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan pilləkənin məhəccərinin bir hissəsi əyilmiş, digər hissədə isə dəmir hissəsi qopardılaraq sındırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onun qohumları ona xəsarətlər yetirməmiş, o, yalnız dalaşan tərəfləri ayırmağa çalışmışdır. O, yalnız Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 bir dəfə yumruqla sifət nahiyyəsindən vurmasını görmüşdür. 06 iyun 2022-ci il tarixdə mübahisə və sonrakı qarşıdurma zamanı Təqsirləndirilən şəxs və qohumları Şahid3 hər hansı xəsarətlər yetirməmişlər, Şahid3 mübahisə və sonraki qarşıdurma zamanı sakit şəkildə kənarda dayanmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs icra məmuru Şahid3 üzərinə gələrək onu vurmaq istəməsini görməmiş, bildiyi qədəri ilə Şahid3 qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək üçün Təqsirləndirilən şəxs qardaşı Ozal Nuriyevdən borcu ödəməsini tələb etmiş, Təqsirləndirilən şəxs də buna etiraz olaraq şöbəyə gəlib Şahid3 axtarmağa başlamışdır. O, ümumiyyətlə mübahisəyə qarışmamış, yalnız dalaşan tərəfləri sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs1, Şahid1 və polis nəfəri X21 Nuriyevi və onunla birlikdə gəlmiş qohumlarını döyməmiş, yalnız vətəndaşları sakitləşdirmək üçün onlara qarşı fiziki qüvvə tətbiq etmişdirlər. Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasında mübahisələri təxminən 2-3 dəqiqə davam etmiş, daha sonra isə Ülvi və onun qohumları binanın birinci mərtəbəsinə düşərək orada uca səslə nalayiq ifadələri işlətməkdə davam etmiş, ümumiyyətlə onlar təxminən 30 dəqiqə ərzində icra və probasiya şöbəsinin və inzibati binanın birinci mərtəbəsində yerləşən digər qurumların normal iş fəaliyyətini pozmuşdurlar. Onların mübahisəsini icra və probasiya şöbəsinin rəisi Şahid4, icra məmuru Şahid1, böyük icra məmuru Zərərçəkmiş şəxs1, həmçinin şöbənin texniki heyəti – Şahid6, Şahid5 görmüş, bundan əlavə həmin vaxt şöbədə tanımadığı vətəndaşlar da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, onun ifadəsi məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Növcavan qızı eyni məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, X16 və Təqsirləndirilən şəxs onun kürəkənləridir. Ozal Nuriyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mənzildən oğurluq etdiyinə görə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmənin hökmündə Ozal Nuriyevin iş üzrə zərərçəkmiş şəxs olan Zemfira Əliyevaya oğurlanmış əmlakın dəyəri, yəni ümumilikdə 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitinin Ozal Nuriyevdən tutularaq Zemfira Əliyevaya verilməsi qərara alınmışdır. 2018-ci ildə Ozal Nuriyev azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və azadlığa buraxıldıqdan sonra borclu olduğu 38000 (otuz səkkiz min) ödənilməsi üçün barəsində olan sənədlər Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. 2020-ci ildən hazırkı vaxtadək X23 rayon icra və probasiya şöbəsinin vasitəsilə cinayət işi üzrə zərərçəkmiş şəxs Zemfira Əliyevaya 18000 (on səkkiz min) manat məbləğində pul ödəmiş və hazırda Ozalın təxminən 20000 manat məbləğində borcu qalmışdır. Bundan başqa Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 dəfələrlə Ozala zəng edib ona borclu olduğu məbləği ödəməli olduğunu bildirmiş, X24 İsmayılova borcu birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirsə də, Şahid3, Ozalı hədələyib, borclu olduğu məbləği tam olaraq ödəməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmişdir. Təxminən 2 ay bundan öncə Şahid3 Ozala zəng edib zərərçəkmiş şəxsə olan borcu birdəfəlik ödəməli olduğunu, borcu tam ödəyə bilmədikdə ən azı 5000 manat məbləğində Zemfira Əliyevaya pul köçürülməli olduğunu söyləmişdir. İcra məmuru Şahid3 tez-tez Ozala zəng edib onu narahat edərək hədələmişdir. Ozal Əliyev hazırda 250 manat vəzifə maaşı alır, başqa gəlir yeri də yoxdur. Ozalın maddi imkanı yaxşı olmadığı üçün Şahid3 dəfələrlə bildirmişdir ki, həmin borcu hissə-hissə ödəyə bilər, əks halda həmin pulu ödəməyə imkanı çatmır, hətta o, icra məmurunun dediklərinə görə özünü öldürmək fikrinə düşmüşdür. 05 iyun 2022ci il tarixdə şəhid olmuş hərbi qulluqçunun dəfnində iştirak etmək üçün Ülvi və qızı Təranə ilə birlikdə Şamaxı rayonu Məlikçobanlı kəndinə gəlmiş, həmin gün Ozal, qardaşı Ülviyə zəng edib Şahid3 yenidən zəng edərək ondan 5000 manat ödənilməsini tələb etdiyini, onu həbs etməklə hədələdiyini bildirmişdir. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Şahid3la söhbət edib birdəfəlik ödənişlərini azaltmaq üçün o, kürəkəni Ülvi, qudaları Şahid7 və Şahid9 Şamaxı rayon icra və probasiya şöbəsinə gəlmiş və şöbənin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxmışdır. Ülvi, icra və probasiya şöbəsinin dəhlizinə girib ad lövhələrinə baxa-baxa Şahid3 xidməti otağını axtarmağa başlamışdır. Dəhlizin sonunda sağ tərəfdən üzərində “Şahid3” yazısı olan qapını görüb qapını döyərək içəri daxil olmadan həmin otaqdan kimin Babək olmasını soruşmuş, həmin vaxt sonradan Şahid3 olduğunu bildikləri xidməti geyimdə olan icra məmuru, onun yanında bir nəfər orta yaşlarında qadın görmüşdürlər. Ülvi, həmin icra məmuruna müraciət edib yenidən “Babək kimdir?” deyə soruşmuş, Şahid3 “Babək yox Babək müəllim” deyə cavab vermiş, Ülvi isə cavabında ona “Babək müəllim yox, Babək” sözlərini söyləmişdir. Şahid3 yerindən qalxaraq qapıya yaxınlaşıb ona Babək olmadığını bildirmiş, həmin vaxt o və qudaları dəhlizdə sakit dayanmışdırlar. Ülvi həmin şəxsə Ozal Nuriyevin qardaşı olduğunu, Babək adlı icra məmurunun Ozala zəng edib narahat etdiyinə görə Ozalın özünü öldürmək istədiyini söyləmiş və yenidən ondan “Babək kimdir” deyə soruşmuşdur. Həmin vaxt Ülvi və Şahid3 bir qədər uca səslə danışmış, Şahid3 yenidən “Babək yox Babək müəllim” deyə cavab vermişdir. Ülvi adlı şəxs, Şahid3 xidməti otağına ümumiyyətlə girməmiş, onunla dəhlizdən danışmışdır. Həmin vaxt onlar da, Ülvi ilə birlikdə icra məmuru Şahid3, Ozalın borcu tam olaraq ödəmək imkanı olmadığını söyləmişdirlər. Bir qədər uca səslə danışdıqları üçün Şahid3 xidməti otağının yanındakı otaqdan xidməti geyimdə hündürboylu icra məmuru dəhlizə çıxaraq Ülvinin yaxasından yapışıb ona “sən kimsən ki burda belə hərəkət edirsən” sözlərini deyib Ülviyə yumruqlarla xəsarətlər yetirməyə başlamışdır. Eyni zamanda nisbətən alçaqboylu, dolubədənli icra məmuru da Ülvinin yaxasından yapışaraq ona xəsarətlər yetirməyə başlamışdır. Hündürboylu icra məmuru Ülvinin başını qollarının arasına salıb onu boğmağa başlamış və həmin an Şahid7, Ülvini müdafiə etmək və həmin icra məmurunun əlindən almaq üçün onun qolundan dişləmiş və ondan sonra həmin icra məmuru Ülvini buraxmışdır. Bundan sonra şöbənin mühafizəsini aparan polis nəfəri də Ülvini arxadan tutaraq əlləri ilə onun boynunu sıxaraq onu boğmağa başlamışdır. Həmin an Ülvi cibində olan mobil telefonu çıxararaq harasa zəng etmək istəmiş, lakin icra məmurları baş verənləri videoya çəkdiyini düşünərək mobil telefonunu əlindən almışdırlar. Polis nəfəri Ülvini yerə yıxmış və icra məmurları ilə birlikdə onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirməyə başlamışdırlar. Onlar Ülviyə köməklik etməyə çalışaraq onu icra məmurların əlindən almaq istəmişdirlər. Onlar Şahid3 xidməti otağına daxil olmaq istədikdə otağın qapısını icra məmurları bağlamış, mühafizə polisi və nisbətən alçaqboylu, dolubədənli icra məmuru onları şöbədən kənarlaşdırmaq istəmişdirlər. Həmin vaxt mühafizə polisi və icra məmuru onları qapıdan çıxartmaq istədikdə onu, onlardan hansısa itələmiş və onun sağ qolu divara dəyərək əzilmişdir. Onlar şöbədən çıxarkən Ülvi də Şahid3 otağından çıxıb çıxışa doğru qaçmış, Ülvinin atası Daşqın isə şöbədə qalmışdır. Şöbənin qapısı bağlı olduğu üçün o, qapını döyərək mobil telefonu vermələrini, Daşqını isə sərbəst buraxmalarını tələb etmiş, lakin ona icra məmurları kobud tərzdə binanı tərk etməyini bildirmişdirlər. İkinci mərtəbədən birinci mərtəbəyə düşərkən icra məmurlarının onlara qarşı etdikləri qanunsuz hərəkətlərə görə Ülvi çox hisrlənmiş, o, ikinci mərtəbədən birinci mərtəbəyə aparan pilləkənin dəmir məhəccərinə ayaqla zərbə vuraraq onu qırmış və məhəccərin dəmir hissəsini əlinə götürüb qışqıraraq atasının aşağı buraxılmasını tələb etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə onun mobil telefonu vasitəsi ilə Ülvi zəng edib özünün və ailə üzvlərinin icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra Daşqın da ikinci mərtəbədən aşağı düşmüş və onlar birlikdə şöbənin inzibati binasından çölə çıxmışdırlar. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları da əraziyə gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişdirlər. Şöbədə Ülvi baş vermiş hadisə ilə bağlı şikayət ərizəsini vermiş və hər biri məhkəmə-tibbi müayinədən keçmişdir. Bundan sonra həmin gün Şahid9, Şamaxı rayon icra və probasiya şöbəsinə gedib icra məmurlarının Ülvidən aldıqları mobil telefonu və dalaşma zamanı yerə düşmüş qol saatını icra və probasiya şöbəsinin rəisindən götürmüşdür. Telefonu götürdükdə onun format olunduğunu bilmişdirlər. 06 iyun 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdə məqsədi Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 Ozal Nuriyevə dəfələrlə zəng edib ona borclu olduğu məbləği ödəməsini deməsi olmuş, Həmçinin Şahid3 qəbuluna gedib borclu olduğu məbləği hissə-hissə - ayda 250-300 manat olmaqla ödənilməsi üçün şərait yaradılmasını xahiş etmək üçün gəlmişdir. Çünki Şahid3, Ozal Nuriyevə zəng edib yaxın müddət ərzində 5000 manat məbləğində pulun ödənilməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmiş, Ozal isə həbs olunmaqdansa özünü öldürməyi üstün tutduğunu bildirirmişdir. Ona, Şahid7 və Təqsirləndirilən şəxs bütün xəsarətləri polis nəfəri həmçinin hündürboylu icra məmuru və nisbətən alçaqboylu, dolubədənli icra məmuru yetirmişdir. Həmin vaxt Şahid9 onları aralaşdırmağa çalışdığı üçün ona hər hansı xəsarətlər yetirilməmişdir. O, Təqsirləndirilən şəxs, Şahid7, Şahid9 icra məmurlarına və polis nəfərinə hər hansı xəsarətlər yetirməmişdirlər. Lakin Şahid7, Ülvini müdafiə etmək və icra məmurların əlindən almaq üçün icra məmurunun qolundan dişləmiş və polis nəfərini əlindəki əl çantası ilə vurmuşdur. O, Şahid3 ancaq adını bilir və onu görməmişdir. Hadisə baş verən vaxt onlara qarşı kimin xəsarət yetirməsini dəqiq olaraq bilmir. İcra məmurları ilə mübahisə və sonrakı qarşıdurma ikinci mərtəbədə təxminən 5 dəqiqə ərzində davam etmiş, daha sonra isə o və qohumları birinci mərtəbəyə düşmüş və təxminən 10 dəqiqə ərzində qışqıraraq narazılıqlarını bildirdikdən sonra inzibati binanı tərk etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, kiçik oğlu Ozal Nuriyev Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mənzildən oğurluq etdiyinə görə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmənin hökmündə Ozal Nuriyevin iş üzrə zərərçəkmiş şəxs olan Zemfira Əliyevaya oğurlanmış əmlakın dəyəri, ümumilikdə 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitinin Ozal Nuriyevdən tutularaq Zemfira Əliyevanın hesabına köçürülməsi qərara alınmışdır. 2018-ci ildə Ozal Nuriyev azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və azadlığa buraxıldıqdan sonra Zemfira Əliyevaya borclu olduğu 38000 (otuz səkkiz min) manatın ödənilməsini təmin etmək üçün barəsində olan sənədlər Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. 2020-ci ildən hazırki vaxtadək Ozal Nuriyev, Şamaxı rayon icra və probasiya şöbəsinin vasitəsilə cinayət işi üzrə zərərçəkmiş şəxs Zemfira Əliyevanın hesabına 18000 (on səkkiz min) manat məbləğində pul ödəmiş və hazırda Ozalın təxminən 20000 (iyirmi min) manat məbləğində borcu qalmışdır. Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 dəfələrlə Ozala zəng edib ona borclu olduğu məbləği ödəməli olduğunu bildirmişdir. Ozal Nuriyev, Şahid3 borcu birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirsə də, Şahid3 Ozalı hədələyib, borclu olduğu məbləği tam olaraq ödəməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmişdir. Hazırda Ozal aylıq vəzifə maaşı 250 manat olan şirkətdə sürücü işləyir və onun birdəfəlik yüksək məbləğdə pul vəsaitini ödəmək üçün maddi imkanı yoxdur. Təxminən 2-3 ay bundan öncə icra məmuru Şahid3 Ozala zəng edib zərərçəkmiş şəxsə birdəfəlik 5000 (beş min) manat məbləğində pul köçürülməli olduğunu söyləmiş, icra məmuru Şahid3 tez-tez Ozala zəng edib onu narahat edərək hədələmiş, Ozal həmin icra məmurunun hərəkətlərinə görə özünü öldürəcəyini söyləmişdir. 05 iyun 2022-ci il tarixdə ortancıl oğlu Təqsirləndirilən şəxs, arvadı və qayınanası ilə birlikdə kəndlərində şəhid olmuş qohumlarının dəfnində iştirak etmək üçün Şamaxı rayonu, Məlikçobanlı kəndinə gəlmişdirlər. Həmin gün Ozal, qardaşı Ülviyə zəng edib Şahid3 yenidən onun mobil telefonuna zəng edərək ondan 5000 (beş min) manat ödənilməsini tələb etdiyini, onu hədələdiyini, özünü öldürmək istədiyini bildirmişdir. Ülvi, Şahid3 hədələrinə görə Ozalın özünü öldürəcəyindən qorxduğu üçün Şahid3la söhbət edib birdəfəlik ödənişlərini azaltmaq üçün Şamaxı rayon icra və probasiya şöbəsinə getmək qərarına gəlmişdir. O, əri Şahid9 və Ülvinin qayınanası Şahid8, Ülvini sakitləşdirmək üçün və hər hansı hadisənin baş verməsinin qarşısını almaq üçün onunla birlikdə şöbəyə getmək qərarına gəlmişdirlər.06 iyun 2022-ci il tarixdə saat 11 radələrində o, oğlu Təqsirləndirilən şəxs, əri Şahid9 və qudası Şahid8 Şamaxı rayon icra və probasiya şöbəsinin yerləşdiyi inzibati binaya gəlmiş, və binanın ikinci mərtəbəsinə qalxmışdırlar. Ülvi onlardan bir qədər irəlidə olmuş, o, Şahid3 xidməti otağını axtarmış və dəhlizin sonunda sağ tərəfdə üzərində “Şahid3” yazısı olan qapını görüb qapını döyərək açmış və “Babək kimdir?” deyə soruşmuşdur. Həmin vaxt o, əri və qudası da həmin xidməti otağa yaxınlaşmış və içəriyə baxmışdır. Sonradan Şahid3 olduğunu bildiyi xidməti geyimdə olan icra məmuru və xidməti geyimdə bir nəfər polis əməkdaşını görmüşdürlər. Həmin an Ülvi, icra məmuruna müraciət edib yenidən “Babək kimdir?” deyə qışqırmışdır. Şahid3 otağında olmuş polis əməkdaşı Ülviyə “Babək yox, Babək müəllim” deyə cavab vermiş, Ülvi də ona “Babək müəllim yox, Babək” sözlərini demişdir. Ülvi, icra məmuruna Ozal Nuriyevin qardaşı olduğunu, Babək adlı icra məmurunun Ozala zəng edib narahat etdiyinə görə özünü öldürmək istədiyini söyləmiş və yenidən ondan “Babək kimdir” deyə soruşmuşdur. Həmin vaxt Ülvi, hirsli olduğundan Şahid3la uca səslə danışmış, onlar isə Ülvini sakitləşdirməyə çalışmışdırlar. Həmin vaxt Ülvi bir qədər uca səslə danışdığı üçün yanındaki xidməti otaqlardan xidməti geyimdə hündürboylu, sarışın rütbəsi kapitan olan icra məmuru dəhlizə çıxaraq Ülvinin yaxasından yapışıb ona “sən kimsən ki burda belə hərəkət edirsən” sözlərini söyləyib Ülvini yumruqla vuraraq xəsarətlər yetirməyə başlamışdır. Həmin vaxt nisbətən alçaqboylu, dolubədənli icra məmuru da Ülvinin yaxasından yapışaraq ona xəsarətlər yetirməyə başlamışdır. Hündür boylu icra məmuru Ülvinin başını qollarının arasına salıb onu boğmağa başlamış və həmin an o, oğlunu müdafiə etmək və həmin icra məmurunun əlindən almaq üçün onun qolundan dişləmiş və ondan sonra həmin icra məmuru onu buraxmışdır. Bundan sonra polis əməkdaşı Ülvini arxadan tutaraq əlləri ilə boynunu sıxaraq onu boğmağa başlamışdır. Həmin an Ülvi ,cibində olan mobil telefonu çıxararaq icra məmurlarını videoya çəkmək istəmiş, lakin icra məmurları mobil telefonunu əlindən almışdır. Polis nəfəri onu yerə yıxmış və icra məmurları ilə birlikdə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirməyə başlamışdırlar. O,əri və qudası, Ülviyə köməklik etməyə çalışaraq onu icra məmurların əlindən almaq istəmişdirlər. İcra məmurları və polis nəfəri Ülvini sürüyərək Şahid3 xidməti otağına salmış və arxasınca qapını bağlamışdırlar. Həmin vaxt o, qışqırmağa başlamış və həmin an Ülvi otağın qapısını açıb dəhlizə çıxmış və çıxışa tərəf qaçmışdır. O və qudası Şahid8 Ülvinin dalınca dəhlizdən çıxıb birinci mərtəbəyə düşmüş, ikinci mərtəbədən birinci mərtəbəyə düşərkən icra məmurları, Ülvini hirsləndirdiyi üçün o, ikinci mərtəbədən birinci mərtəbəyə aparan pilləkənin dəmir məhəccərinə ayaqla zərbə vuraraq onu qırmış və məhəccərin dəmir hissəsini əlinə götürüb icra məmurlarını hədələyib ona qarşı etdikləri qanunsuzluqlara görə cavab verəcəklərini bildirmişdir. Həmin vaxt o, Ülvini sakitləşdirməyə çalışmış, bundan sonra Ülvi Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermiş, təxminən 5 dəqiqə sonra əri də ikinci mərtəbədən aşağı düşmüş və onlar birlikdə şöbənin inzibati binasından çölə çıxmışdır. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin əməkdaşları da əraziyə gəlmiş və onları rayon polis şöbəsinə dəvət etmişdirlər. Daha sonra həmin gün əri Şahid9 Şamaxı rayon icra və probasiya şöbəsinə gedib icra məmurlarının Ülvinin əlindən aldığı mobil telefonu və dalaşma zamanı yerə düşmüş qol saatını icra və probasiya şöbəsinin rəisindən götürmüşdür. Telefonu qaytarıldıqda içindəki bütün məlumatlar pozulmuşdur. Kiçik oğlu Ozal Nuriyevin borclu olduğu məbləği birdəfəlik tam qaydada ödəmək imkanı olmadığından onlar şöbəyə gedib həmin məbləğin hissə-hissə ayda 250-300 manat olmaqla ödənilməsini xahiş etmək istəmişdirlər. Çünki Şahid3, Ozala zəng edərək yaxın müddət ərzində 5000 manat məbləğində pulun ödənilməyəcəyi təqdirdə onu həbs etdirəcəyini söyləmişdir. Ona, həmçinin oğlu Təqsirləndirilən şəxs və qudası Şahid8 bütün xəsarətləri polis nəfəri, həmçinin xidməti otağı Şahid3 xidməti otağının yanında olan hündürboylu, sarışın, rütbəsi kapitan olan icra məmuru və nisbətən alçaqboylu, dolubədənli icra məmuru yetirmişdir. Həmin vaxt əri Şahid9 onları aralaşdırmağa çalışdığı üçün ona hər hansı xəsarətlər yetirilməmişdir. O,oğlunun döyüldüyünü görüb onu müdafiə etmək və icra məmurların əlindən almaq üçün icra məmurunun qolundan dişləmiş və polis nəfərini əlindəki əl çantası ilə vurmaq istəmişdir. O, bunu Ülvini müdafiə etmək üçün etmiş, Ülvi, Daşqın və Mahirə icra məmurlarına və polis əməkdaşına hər hansı xəsarətlər yetirməmişdir. Polis əməkdaşının oğluna qarşı zor tətbiq edərək onu boynundan tutub əlləri ilə boğduğunu və otağa salmaq istədiyini görüb Ülvini müdafiə etmək üçün sifət nahiyyəsindən bir dəfə şillə vurmuş, çünki həmin polis əməkdaşı sözlərinə məhəl qoymamış, yəni polis əməkdaşına şillə vurmağının məqsədi oğlunu müdafiə etmək olmuşdur. Şahid3 ona və qohumlarının heç birinə hər hansı xəsarətlər yetirməmişdir. İcra məmurları ilə mübahisə və sonrakı qarşıdurma ikinci mərtəbədə təxminən 5 dəqiqə ərzində davam etmişdir, daha sonra isə birinci mərtəbəyə düşmüşlər və təxminən 10 dəqiqə ərzində narazılıqlarını bildirdikdən sonra inzibati binanı tərk etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid9 məhkəməyə gəlmədiyindən onun istintaqda verdiyi ifadəsi elan olunmuş, o, eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, 07 iyun 2022ci il tarixdə Şamaxı şəhəri 48-ci məhəllədə yerləşən Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasına və polis nəfəri Dilsuz Mahmudovun təqdim etdiyi binanın birinci və ikinci mərtəbələri arasındakı dəmir məhəccərli pilləkənə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin ictimai yer olması, birinci və ikinci mərtəbə arasındakı dəmir məhəccərli pilləkənin qırılmış dəmir parçaları götürülmüş, hadisə yerində fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Tikinti materiallarının qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 24 nömrəli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin yerləşdiyi inzibati binasının birinci və ikinci mərtəbələri arasında olan pilləkənin dəmir məhəccərinin qırılmış və əyilmiş hissələrə görə vurulmuş maddi ziyan 56 (əlli altı) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 08 iyun 2022-ci il tarixli, 167 saylı ekspert rəyində göstərilmişdir ki, X1 almış olduğu xəsarətlər- sağ göz nahiyəsinin sıyrığı, sağ mil-bilək proyeksiyasının səthi yarası, sol saidin arxa səthinin qançırları küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixində ailə üzvləri ilə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsinin inzibati binasına daxil olaraq ilk əvvəl qapıların üzərinə baxır, daha sonra isə Şahid3 otağının qarşına gələrək “Babək kimdir?” deyə soruşur və Ozal Nuriyevin qardaşını olduğunu deyir. Bu zaman Şahid3 otağının yanındakı xidməti otaqların qapıları açılır və oradan böyük icra məmuru X6 ilə icra məmuru Şahid1 çıxaraq Təqsirləndirilən şəxs yaxınlaşır. İlk əvvəl onlar arasında mübahisə yaranır daha sonra isə saat 11:16 radələrində icra məmuru, polis əməkdaşı və vətəndaşlar arasında dava başlayır. Xidməti otaqdan Şahid4 və icra məmuru Şahid2 dəhlizə çıxıb mübahisə edən tərəfləri aralaşdırmağa çalışır. Şahid4 Şahid7 müqavimətinə baxmayaraq onu itələyərək xidməti otağına aparır. Həmin vaxt Pərvin Mehrəliyevin xidməti geyimdə olan polis nəfəri Dilsuz Mahmudovla əli ilə Təqsirləndirilən şəxs boynunu tutaraq sıxıb dəhlizin döşəməsinə yıxırlar və Təqsirləndirilən şəxs Şahid3 xidməti otağına salırlar. Təxminən 3 saniyə sonra Təqsirləndirilən şəxs xidməti otaqdan çıxaraq çıxışa doğru gedir. Həmin vaxtı polis nəfəri Dilsuz Mahmudov, Təqsirləndirilən şəxs saxlamaq istədikdə, Şahid7 əlindəki çanta ilə Dilsuz Mahmudovu vurmaq istəyir. Bundan sonra həmin şəxslər İcra və Probasiya şöbəsinin inzibati binasını tərk edirlər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 oktyabr 2022-ci il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSYdən azad edilməsi haqqında 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statstik İnformasiya İdarəsinin 19 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, əlindən gələ bütün köməklikləri etmişdir. Kənd sakinləri ona hörmət və etiram bəsləyirlər. İş materiallarında olan AZ-İİ 345567 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə 22 yanvar 2019-cu ildə nikahlarını bağlamışalr, ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan AA5579556 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 11 noyabr 2020-ci il tarixdə doğulmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, öhdəsində bir nəfər azyaşlı uşağının olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Vurulmuş maddi ziyan 56,0 manat pulun zərərçəkmiş Şamaxı rayon İcra Hakimiyyətinin balansına ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 8(səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər tutularaq cəmi 8 gün islah işləri olmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 7(yeddi) ay 22(iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Vurulmuş maddi ziyan 56,0 manat pulun zərərçəkmiş Şamaxı rayon İcra Hakimiyyətinin balansına ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-109/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-109/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver