Məhkəmə qərarları › İş №1(074)-11/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-11/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-11/2022 02.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 03 avqust 1978-ci ildə Şamaxı rayonu Laləzar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin sentyabr ayından etibarən başlayan əkin mövsümündə Şamaxı rayonu, Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən 3 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu, Laləzar kəndi ərazisində ona və ailə üzvlərinə verilmiş 6 hektar pay torpaq sahəsində taxıl əkib becərir. Bundan başqa 2001-ci ildə İslahat Komissiyası tərəfindən kənd sakinlərinə pay torpaqları ayrılarkən əlavə qalmış eni 50 metr, uzunluğu 500, sahəsi 3 hektar olan torpaq sahəsi mərhum atası Təvəkkül İsmayılova verilmiş, o və atası da bələdiyyəyə məxsus olduğunu bilmədikləri həmin torpaq sahəsini hazırki vaxtadək əkib becərmişlər. O, həmin torpaq sahəsinin dövlətə məxsus olmasını hesab etsə də, sənədlərini hazırlaya bilməmişdir. Bundan əlavə bələdiyyə sədri Şahid1 tərəfindən ona həmin sahənin örüş təyinatlı deyil, əkin təyinatlı olduğuna dair heç bir məlumat verilməmiş, həmin torpaq sahəsini hər kəsin, o cümlədən bələdiyyə üzvlərinin gözü qarşısında əkib-becərmişdir. Sonradan bir sıra kənd sakinləri tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus sahənin zəbt edilərək əkilməsi barədə hüquq mühafizə orqanlarına müraciət edildiyini, həmin müraciətdə onun da adının qeyd edildiyini eşitmişdir. Hazırda həmin torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. Bələdiyyənin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşman olmasını bildirib, ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quşçu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadə verib göstərdi ki, 2019-cu ilədək Şamaxı rayonu, Quşçu bələdiyyəsinin üzvü, həmin vaxtdan isə bələdiyyənin sədri vəzifəsində işləyir. 2016-cı ildən 2019-cu ilədək Quşçu kənd bələdiyyəsinin sədri Şahid1 olmuşdur. Quşçu bələdiyyəsinin ərazisində Aşkar Quşçu və Laləzar kəndlərinə aid olmaqla, ümumi 4,708 hektar kənd bələdiyyəsinə məxsus torpaq sahəsi vardır. Keçmiş bələdiyyə sədri Şahid1 tərəfindən 2019-cu ilin payız aylarında kənd sakinləri dəfələrlə bələdiyyə mülkiyyətinə aid olan örüş sahələrini şumlanmaması barədə məlumatlandırılmışdır. 2019-cu ilin sentyabr ayında bir sıra kənd sakinləri Şahid1 müraciət edərək, kəndin örüş sahəsinin digər kənd sakinləri tərəfindən qanunsuz olaraq əkilib becərilməsi və şumlanmasını bildirmişlər. Kənd sakinlərinin müraciətləri dəqiqləşdirildikdən sonra Şahid1 tərəfindən lazımi orqanlara müraciət olunmuş, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədri Şahid1 iştirakları ilə 16 oktyabr 2019-cu il tarixdə zəbt olunmuş bələdiyyə torpaq sahələrinə baxış keçirilməklə bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs 3 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək həmin yeri şumladığı, orada arpa və buğda əkdiyi müəyyən olunmuşdur. Hazırda torpaq sahəsi bələdiyyəyə qaytarıldığından, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2015-ci ildən Şamaxı rayonu, Quşçu kəndi bələdiyyəsinin sədri olmuşdur. Şamaxı rayonu, Quşçu kəndi bələdiyyəsinə iki kənd, bir qəsəbə daxil olmaqla, həmin kəndlərdən biri də Şamaxı rayonu, Laləzar kəndidir. Şamaxı rayonu, Quşçu kənd sakini X2 rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan, Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışdır. O, Rasim İsrafilova 2018-ci il tarixdə əkdiyi ərazinin örüş sahəsi olmasını, şum işləri gördüyünü, bunun qadağan olunması barədə bir neçə dəfə şifahi xəbərdarlıq etdikdə, həmin şəxs onun xəbərdarlıqlarını eşidərək qanunsuz hərəkətlərini dayandırmışdır. 2019-cu ilin sentyabr ayında kənd sakinləri tərəfindən ona kəndin örüş sahələrinin digər kənd sakinləri tərəfindən əkilibbecərilməsi və şumlanması barədə müraciət olunmuşdur. Həmin şəxslərdən biri də Mirələm Həmidov olmuşdur. O, həmin müraciəti dəqiqləşdirdikdən sonra bununla bağlı 11.10.2019-cu il tarixli, 25 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinə müraciət etmişdir. 16 oktyabr 2019-cu il tarixdə birinci müraciəti ilə əlaqədar onun, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2 və Şahid3 iştirakları ilə müraciətdə qeyd olunan şəxslərin Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs da 3 hektar bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrini zəbt edərək həmin yeri şumlaması müəyyən olunmuşdur. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏMDK-nin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2 göstərdi ki, həqiqətən də Şamaxı rayon Quşçu kənd sakinlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamaları ilə əlaqədar Quşçu bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciəti ilə bağlı 16 oktyabr 2019-cu il tarixdə onların bələdiyyə sədri Şahid1 iştirakı ilə müraciətdə qeyd olunan şəxslər tərəfindən Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 3 hektar bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlaması müəyyən olunmuşdur. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Şamaxı rayonu, Quşçu kəndi ilə Laləzar kəndlərinin örüş sahələri bir yerdədir. Bir sıra Şamaxı rayonu, Laləzar kənd sakinləri Şamaxı rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Bununla bağlı onunla birlikdə həmkəndliləri Şahid5, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Şahid10, Şahid11 və iyirmi nəfər kənd sakini həmin şəxslərə 2019-cu ilin sentyabr ayında şifahi olaraq xəbərdar edib həmkəndli olduqlarını, həmin şəxslərin bir səhv edib örüş sahəsini şumlamalarını, şumladıqları əraziyə toxum səpib, əkin işləri görəcəkləri təqdirdə barələrində aidiyyəti orqanlara müraciət edəcəklərini deyərək xəbərdar etmişlər. Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə şifahi məlumat verdikdən sonra bələdiyyə işçiləri də əraziyə baxış keçirib həmin şəxsləri xəbərdar etmişlər. Lakin onların xəbərdarlıqlarına məhəl verilmədiyi üçün həmin şəxslər barədə onunla birlikdə həmkəndliləri Şahid5, Hacıbala Osmanov, Ağasif Əzizov, Aydın Eynalov, Şahid10, Şahid11 və iyirmi nəfər kənd sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası ƏMDK-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Əlişirin oğlu, Şahid7, Şahid8, Şahid9 və Şahid11 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş şahidlər Şahid5 və Şahid10 ifadələri elan olunmaqla tədqiq edilmişdir. Şahidlər ifadələrində məhkəmədə dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsinə becərmə işlərinin aparılması faktına görə həmin maddə ilə cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilərək icraata götürülmüşdür. 16 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2, məsləhətçi müfəttişi Şahid3 və Şamaxı rayonu, Quşçu bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun 3 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumlamışdır. Baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 3 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. 10 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini Təqsirləndirilən şəxs oğlu Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus 3 hektar torpaq sahəsini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. Quşçu bələdiyyəsindən rayon polis şöbəsinə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. Quşçu bələdiyyəsinin 12.03.2020-ci il tarixli 16 saylı məktubundan görünür ki, profilaktik söhbətlər aparılaraq zəbt etdikləri torpaq sahələrini bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarmaları təklif olunduqda, Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi örüş sahəsini könüllü olaraq bələdiyyənin sərəncamına qaytaracağını bildirmişdir. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2020-ci il tarilxi 290 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X5, oğlu 2000-ci il təvəllüdlü X10, qızı 2002-ci il təvəllüdlü X6, oğlu 2007-ci il təvəllüdlü X3, qızı 2008-ci il təvəllüdlü X7, oğlu 2016-cı il təvəllüdlü X4 ilə Şamaxı rayonu, Quşçu kəndində yaşayır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasiyyətə malikdir, kəndin ictimai işlərində fəal iştirak edir, kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. 19 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 19 noyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin Şamaxı rayonu, Quşçu bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına şumladıb taxıl məhsulu əkməklə becərməsi, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, öhdəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar