Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-11/2024 20.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi - Qanuni nümayəndə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1980-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı şəhəri, X10 küçəsində yerləşən “Nurlan” şadlıq sarayında qardaşı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 aralarında səbəbsiz yerə başlanmış mübahisənin davamı olaraq, həmin şadlıq sarayının yaxınlığında, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, sonuncunun üzərinə hücum çəkib, əl zərbələri ilə Zərərçəkmiş şəxs1 baş və sifət nahiyələrindən vuraraq, ona sağ alın-gicgah nahiyyələrinin qançırı, sol qulaq seyvanının yarası, burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün sınığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmçinin, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı şəhəri, X10 küçəsində yerləşən “Nurlan” şadlıq sarayında, qardaşı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 aralarında səbəbsiz yerə başlanmış mübahisənin davamı olaraq, qardaşı Təqsirləndirilən şəxs2la birlikdə, bir qrup şəxs halında, həmin şadlıq sarayının yaxınlığında olan çoxsaylı vətəndaşların gözləri qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, buna görə də, aralarında yaranmış narazılıq səbəbindən qəsdən sonuncunun baş və sifət nahiyələrindən vuraraq, ona sağ alın-gicgah nahiyyələrinin qançırı sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya, burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün sınığı ilə müşayiət edilən zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 qabırğa nahiyəsindən vurub, ona sağ qabırğa altı nahiyyənin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı şəhəri, X10 küçəsində yerləşən “Nurlan” şadlıq sarayında, Zərərçəkmiş şəxs1 ilə aralarında səbəbsiz yerə başlanmış mübahisənin davamı olaraq, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə, bir qrup şəxs halında, həmin şadlıq sarayının yaxınlığında olan çoxsaylı vətəndaşların gözləri qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, buna görə də, aralarında yaranmış narazılıq səbəbindən, qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrindən vurub, ona sağ baldırın və sol kürək nahiyəsinin qançırları ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs2 sifət və baş nahiyələrindən vurub, ona üst dodağın səthi yarası, alın nahiyəsinin və boyunun sağ yan səthinin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, bir qrup şəxs halında, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, qardaşı Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, həmin gün iş yoldaşı Hörmət adlı şəxsin qızının toyunda iştirak etsin. X11 şəhərində yerləşən “Nurlan” şadlıq sarayına getmiş və təxminən saat 19 radələrində o, həyat yoldaşının işlədiyi mağazada unutduğu əşyasını götürməyə gedən zaman, “Nurlan” şadlıq sarayının qarşısında qardaşı Vüqarı görmüşdür. O, yaxınlaşdıqda, Vüqarın üz nahiyəsində qan olmasını görüb, nə baş verməsini soruşmuşdur. Vüqar sarayda Zərərçəkmiş şəxs1 adlı şəxs tərəfindən heç bir əsas olmadan yumruqla vurulmasını və söyülməsini ona bildirmişdir. Həmin vaxt Vüqar onu sarayda vuran Zərərçəkmiş şəxs1 görüb, ona tərəf getmək istəyən zaman o, qardaşını sakitləşdirərək, həmin şəxsin yanına özü getmiş və qardaşı Vüqarı hansı səbəbə vurmasını və söyməsini soruşmuşdur. Sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 onunla kobud danışaraq, mübahisə etməyə başlamış və o, əsəbləşərək, yumruqla Ziyanın baş nahiyəsinə zərbə vurduqdan sonra, onlar bir-birilərinə əl-qol atmağa davam etsə də, Ziya onu vura bilməmişdir. Həmin vaxt orada olan şəxslər və Ziyanın oğlu Zərərçəkmiş şəxs2 onları aralaşdırmaq istəyən zaman, qardaşı X1 nahiyəsindən əli ilə vurub kənara itələmişdir. Vüsal yenidən Vüqarın üzərinə getmək istəyən zaman, o, əli ilə Vüsalın kürək nahiyəsindən vuraraq, kənara itələmişdir. Mübahisə bitdikdən sonra, onlar bir kənara çəkilmiş və həmin zaman tanışları Ceyhun və Muradın təsadüfən ora gəlməsini görmüşdürlər. Daha sonra, onlar birlikdə taksiyə minərək, oradan uzaqlaşmışlar. Baş vermiş hadisə təxminən beş-altı dəqiqə ərzində davam etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hörmət adlı şəxs qızının toy məclisinə onun qardaşı Təqsirləndirilən şəxs1 dəvət etsə də, Anarın əvəzindən o, toy məclisində iştirak etmişdir. Həmin gün saat 18 radələrində Şamaxı şəhərində yerləşən “Nurlan” şadlıq sarayına getmiş və orada onun üçün nəzərdə tutulan yerdə əyləşmişdir. Bir qədər məclisdə yemək yedikdən sonra, toy sahibi Hörmət adlı şəxs ona yaxınlaşaraq, nəyəsə ehtiyacının olmasını soruşmuş, o isə, hər şeyin yaxşı olmasını Hörmətə demişdir. Həmin vaxt onunla eyni masada əyləşən ilk öncə adını bilmədiyi, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 ona tərəf baxıb, heç bir səbəb olmadan onun ünvanına nəlayiq sözlər işlətmişdir. O da, Zərərçəkmiş şəxs1 ünvanına eyni sözlər demiş və həmin vaxt Ziya qalxıb onun üzərinə gəlmişdir. O, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs1 ona nəsə söz deyəcək, buna görə də, masadan qalxmayıb, sonuncunun nə deyəcəyini gözləmişdir. Ziya isə ona yaxınlaşan kimi, qəflətən əli ilə onun üz nahiyəsinə bir yumruq vuraraq, dərhal aralaşıb öz yerinə əyləşmişdir. O, Zərərçəkmiş şəxs1 bu hərəkətinə orada cavab verməyib fikirləşmişdir ki, camaat içərisində ayıbdır, toya söz-söhbət salmasın deyə, özü çölə çıxmış, Zərərçəkmiş şəxs1 da çölə çağırıb, bu hərəkətinin səbəbini soruşub məsələni aydınlaşdırmaq istəmişdir. O, şadlıq sarayından çölə çıxmış və çıxan zaman, qardaşı Anarın sarayın yanında olmasını görmüşdür. Anar ona yaxınlaşaraq, həyəcanlı olmağını və ağız nahiyəsində qan olmasını görüb, nə baş verdiyini və onun saraydan bayırda olmağının səbəbini soruşmuşdur. O, sarayda baş verənləri qardaşı Anara danışmışdır. Həmin vaxt Ziyanın çölə çıxmasını görüb, ona yaxınlaşmaq istəyən zaman, qardaşı Anar onu sakitləşdirib, Zərərçəkmiş şəxs1 yanına yaxınlaşaraq, onu vurmasının səbəbini soruşduqda, həmin şəxs qardaşına “yaxşı edib vurmuşam” sözlərini demişdir. Ziyanın bu sözlərindən sonra, yenidən mübahisə yaranmış və mübahisə zamanı, qardaşı Anar yumruqla Ziyanın baş və sifət nahiyəsindən vurmuşdur. O isə, təpiklə Ziyanın ayağından, əli ilə də, bel nahiyəsindən vurmuşdur. Həmin vaxt Ziyanın yanında olan oğlu ilk əvvəl adını bilmədiyi, sonradan adının Vüsal olmasını öyrəndiyi şəxs onlara yaxınlaşanda o, sonuncunu kənara çəkmək üçün əli ilə həmin uşağın sifət nahiyəsindən vurub kənara itələmişdir. Bundan sonra, yəni mübahisə bitdikdən sonra, bir kənara çəkildikdə, tanışları Ceyhun və Muradın təsadüfən ora gəlməsini görmüşdür. Onlar birlikdə taksiyə minərək, oradan uzaqlaşmışlar. Hadisə zamanı, həmin yerdə çoxlu insanlar olmuş və o, həyəcanlı olduğundan, dəqiq kimlər olmasını xatırlamır. Baş vermiş hadisə təxminən beş dəqiqə ərzində davam etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Hörmət Zərbəliyev qızına Şamaxı şəhərində yerləşən “Nurlan” şadlıq sarayında toy mərasimi etdiyi üçün, onu da, toya dəvət etmişdir. Həmin gün o, saat 18 radələrində oğlu Zərərçəkmiş şəxs2 və qardaşı Zamin Şirinovla birlikdə toy məclisinə gedərək, oturmaqları üçün nəzərdə tutulan yerdə əyləşmişlər. Əyləşdiyi masada təxminən 10 nəfər olmuşdur. Həmin şəxslərdən çoxu onun həmkəndlisi olsa da, bir nəfər daha öncə tanımadığı və sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs əyləşmişdir. Təxminən saat 19 radələrində toyun sahibi Hörmət Zərbəliyev əyləşdikləri masaya yaxınlaşaraq, yeməklərin olub-olmaması ilə maraqlanmış və masada əyləşmiş şəxslər toy sahibinə hər şeyin olmasını bildirmişlər. Bir qədər sonra, Təqsirləndirilən şəxs2 adlı şəxs toyun sahibi Hörməti öz yanına çağıraraq, masada hər şeyin olmasını bildirərək, masada nəsə istəyənin ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs2 cavab olaraq söyüş söyməsinin səbəbini soruşmuş, sonuncu isə yaxşı etdiyini ona demiş və onlar bir-birinə yaxınlaşaraq, ilk öncə söhbət etməyə başlamışdırlar. Həmin vaxt bir-birinə əl atsalar da, Vüqar onu vurmamışdır. Daha sonra Vüqar onun mobil telefon nömrəsini götürərək, şadlıq sarayını tərk etmiş, o isə, öz masasında əyləşmişdir. Təxminən saat 19 radələrində qardaşı Zamin onları evə aparmaq üçün, avtomobilini sarayın yanına gətirmək üçün çıxmış, o isə, oğlu Vüsal ilə birlikdə sarayı tərk edərək, çölə çıxmışlar. Həmin vaxt tanımadığı, lakin sonradan adını öyrəndiyi Vüqarın qardaşı Təqsirləndirilən şəxs1 adlı şəxs ona yaxınlaşaraq, kənarda avtomobilə minib, söhbət etməyi təklif etmişdir. O, həmin şəxsə yanında uşağının olmasını bildirən zaman, gözləmədiyi anda Təqsirləndirilən şəxs1 yumruq ilə onun burun nahiyəsinə bir zərbə vurmuş və daha sonra həmin şəxslərdən biri də, onun sol qulağına bir yumruq zərbəsi vurmuş və o, yerə yıxılaraq, huşsuz vəziyyətdə qalmışdır. Həmçinin, hadisə zamanı, oğlu Vüsala da xəsarət yetirilmişdir. Hadisədən dərhal sonra qardaşı Zamin yaxınlaşaraq, onun döyülməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, onu isə X3 aparmışdır. Müayinə olunduqdan sonra, Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə şadlıq sarayının qarşısında olmaqla, ümumilikdə 3-5 dəqiqə müddətində davam etmiş və həmin vaxt ətrafda xeyli sayda insanlar toplaşmışdır. Ona dəymiş ziyan hazırda ödənilmiş, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, onlara qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi - Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın üzvü Qanuni nümayəndə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışdığını, həmin şəxslərə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində, qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Hörmət Zərbəliyev qızına toy mərasimi etdiyi üçün, atasını toya dəvət etmişdir. Həmin gün saat 18 radələrində atası Ziya, o və əmisi Zaminlə birlikdə toy məclisinə gedərək, oturmaqları üçün nəzərdə tutulan yerdə əyləşmişlər. Bir qədər sonra, toyun sahibi olan Hörmət Zərbəliyev əyləşdikləri masaya yaxınlaşaraq, yeməklərin olub-olmaması ilə maraqlanmışdır. Bundan sonra, masada əyləşmiş, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs2 adlı şəxs söyüş söydüyünə görə, atası Ziya həmin şəxsdən hansı səbəbə görə söyüş söyməsini soruşmuş və onların arasında sözlə mübahisə baş vermişdir. Daha sonra Vüqar onun atasından çölə çıxmasını tələb etmiş, lakin atası həmin şəxsə məhəl qoymayaraq, çölə çıxmamış və mobil telefon nömrəsini Vüqara verərək bildirmişdir ki, “indi içkilisən, get, sonra söhbət edərik”. Vüqar adlı şəxs sarayı tərk edərək, çölə çıxmışdır. Bir qədər sonra atası və o, saraydan çıxaraq, evlərinə getmək istəyən zaman, ilk öncə tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs atasının üzərinə gələrək, anidən yumruq ilə atasının sifət nahiyəsinə bir zərbə vurmuş və bundan sonra atasının burunundan qan axmağa başlamışdır. O, atasının aralaşdırmağa gedən zaman, bədəninin müxtəlif nahiyələrindən xəsarət almış, o, dava zamanı baş nahiyəsindən, çənə nahiyəsindən və sağ çiyin nahiyəsindən xəsarətlər almış, ilk öncə onu Təqsirləndirilən şəxs2, daha sonra isə Təqsirləndirilən şəxs1 vurmuşdur. Həmin vaxt ətrafda coxlu insanlar toplaşmışdır. Hazırda isə o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, onlara qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində qohumu Şahid2 ilə birlikdə özlərinə paltar almaq üçün, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazaları gəzdikdən sonra, “Şamaxı Mall” adlı mağazaya baxmaq üçün gedən zaman, “Nurlan” şadlıq sarayının qarşısında insanlar arasında səs-küy və dava olmasını görüb, ora yaxınlaşan zaman, artıq dava edən şəxslərin aralaşdığını və dava edən şəxslərdən birinin də, uzaq qohumu olan Təqsirləndirilən şəxs1 olmasını görmüş və bir az keçdikdən sonra Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 da orada olmasını və ağız nahiyəsinin qan olmasını görmüşdür. O, Təqsirləndirilən şəxs2 hansı səbəbdən sifətində qan olmasını və kim tərəfindən döyülməsini soruşduqda, Vüqar “Nurlan” şadlıq sarayında toyda olan zaman, Zərərçəkmiş şəxs1 tərəfindən yumruqla vurulmasını və sarayın qarşısında həmin davanın olması bildirmişdir. O, sakitçilik olması üçün, qohumu Murad ilə birlikdə Anarı və Vüqarı taksiyə mindirərək, oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Hörmət adlı şəxs qızına “Nurlan” şadlıq sarayında toy məclisi etdiyi üçün, onu da həmin toya dəvət etmişdir. Həmin gün saat 18 radələrində “Nurlan” şadlıq sarayına getmişdir. Məclis zamanı, toy sahibi olan Hörmət adlı şəxs masaya gələrək, masada çatmayan nəyinsə olmasını onlardan soruşmuşdur. Daha sonra toy sahibi Hörmət onlarla eyni masada əyləşən adının sonradan Vüqar olduğunu bildiyi şəxsə yaxınlaşmış və söhbət etdikdən sonra, Hörmət uzaqlaşaraq getmiş, Vüqar isə onun həmkəndlisi olan Zərərçəkmiş şəxs1 ilə uzaqdan sözlə bir-biri ilə mübahisə etməyə başlamışlar. Həmin vaxt Ziya duraraq, Vüqarın yanına gəlmiş və orada da, bir az mübahisə etmişlər. O, mübahisənin necə yekunlaşdığını görməsə də, sonradan saraydan çıxaraq evinə getmişdir. Sonradan eşitdiyinə görə, Zərərçəkmiş şəxs1 burun nahiyəsinə Vüqarın qardaşı Anar vurmuş, Zərərçəkmiş şəxs1 isə şadlıq sarayında Vüqarı vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, X5 və Şahid4 şahid X4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qızına toy məclisi təşkil etmiş və həmin toyda iştirak etmək üçün qonaqlar dəvət etmişdir. Toyda olan qonaqların əksəriyyəti onunla eyni kənddən olan insanlar idi. Kənardan gələn qonaqların içərisində dostu Vüqarda toyda iştirak etmişdir. Toyun gedişi zamanı o, bütün masalara, həmçinin Vüqarın və Ziyanın əyləşdiyi masaya yaxınlaşaraq, yeməklərin vəziyyəti ilə maraqlanırmışdır. Həmin vaxt dostu Vüqardan da masada nəyinsə lazım olub-olmadığını soruşduqda, Vüqar hər şeyin bol olduğunu demişdir. Bundan bir qədər sonra eşitmişdir ki, sarayın qarşısında Vüqarla həmkəndlisi və sinif yoldaşı olan Ziya arasında mübahisə yaranmış və dava-dalaş olmuş, daha sonra o, şadlıq sarayının qarşısına çıxaraq, hadisə barədə maraqlanmaq istəsə də, sarayın qarşısında heç kimin olmadığını, insanların Vüqarın qardaşı Anarın Ziyanı yumruqla vurmasını danışmasını eşitmişdir. O, şadlıq sarayının içərisində Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 mübahisə etməyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkətdə olan zaman, “Nurlan” şadlıq sarayının qarşısında çoxlu sayda insanların olmasını görüb, nə baş verməsi üçün sarayın qarşısına yaxınlaşan zaman, tanımadığı iki nəfər şəxsin bir nəfər şəxslə mübahisə edərək, onu döyməsini görsə də, o, sarayın yaxınlığında çox saylı insanlar olduğu üçün, onların dava edən şəxsləri aralaşdırmasını görmüş, bir az hadisə olan yerdə gözləsə də, sonradan iki nəfər şəxs hadisə yerinə gələrək, dava edən iki nəfər şəxsi oradan uzaqlaşdırıb taksiyə mindirərək uzaqlaşmışlar. Bundan sonra ara sakitləşmiş və sarayın qarşısında döyülən bir nəfər şəxsi maşına mindirərək oradan getmişdir. O, hadisə yerinə gələn zaman, orada xeyli sayda insanlar olsa da, orada olan insanlardan heç kimi tanımırmış, həmçinin dava edən şəxsləri də tanımırmış, o, döyülən şəxsin burun nahiyəsindən qan axmasını görmüş, başqa hər hansı bir xəsarətin görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 200 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sağ alın-gicgah nahiyyələrinin qançırı, sol qulaq seyvanının yarası, sol baldırın və sol kürək nahiyyəsinin qançırları, burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün sınığı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs1nin almış olduğu xəsarətlərdən burun tənəffüsünün pozulması ilə müşahidə ounan burun sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya, sol qulaq seyvanının yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya, sağ alın gicgah, sağ baldır və sol kürək nahiyyələrinin qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 201 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - üst dodağın səthi yarası, alın nahiyyəsinin, sağ qabırğaaltı nahiyyənin və boynun sağ yan səthinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümümilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcələri təyin edilmir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və onlar, saxlandıqları Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 isə himayəsində xx.xx.2013-cü il və xx.xx.2017-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Anar və Təqsirləndirilən şəxs2ların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, himayələrində azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 Zörab oğlunun cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-11/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-11/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver