Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-110/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Pur-X3 məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddə olan metafetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, 30 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 20:50-dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,654 ( sıfır tam mində altı yüz əlli dörd) qram ağ rəngli kristallik formada olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 30.07.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsinə gedən yolla evinə tərəf gedən zaman yerdə siqaretin kağızına bükülmüş büküm görmüş, həmin bükümü yerdən götürmüş və açaraq içinə baxdıqda psixotrop maddə olan metafetamin olduğunu görmüş, həmin bükümü yenidən bükərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin günü axşam saat 20:10 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığı evin yaxınlığında ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər, lakin o, polis əməkdaşlarına etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını bildirmişdir. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefon vasitəsilə videogörüntü çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən şəffaf rəngli, iysiz psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində psixotrop maddə olan metafetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmişlər. O, narkotik vasitə daşıyıcısı olmasına baxmayaraq narkotik vasitələrin satışı ilə məşğul olmur, heç bir zaman da məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 30 iyul 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə 30 iyul 2021-ci il tarixdə saat 20:10 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində mülki geyimdə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Lakin Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Baxış keçirərkən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində siqaretin kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Bükümü açaraq içərisinə baxıldıqda, bükümün içərisində olan şəffaf rəngli, iysiz psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş bükümdəki metafetamin kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında iştirak edən X2 şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 20:35 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 30 iyul 2021-ci il tarixli protokoldan və diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli kristal formada iysiz psixotrop maddə olan metafetminə oxşar kütlə aşkar olunub götürülmüşdür, həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlə psixotrop maddə olan metafetamindir və ona məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2021-ci il tarixli, 6/3206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,654 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata sərf edildikdən sonra qalıq 0,604 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli 4(074)-67/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metafetamin iş üzrə maddi sübut kimi tanınmış və ümumi qalıq çəkisi-0,604 qram olan metamfetamin saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 avqust 2021-ci il tarixli 505 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1992-ci il təvəllüdlü Pur-X17, oğlanları 2010-cu il təvəllüdlü Pur-X15 və 2012-ci il təvəllüdlü Pur-X12 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2010-cu il və 2012-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 10 avqust 2021-ci il tarixli, 622 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın ruhi-əsəb və Narkoloji dispanserində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-cu il tarixli 1(074)-69/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 sentyabr 2021-ci il tarixli, 3684 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edilməsi hallarının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,604 qram psixotrop maddə metafetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq 4 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,604 qram psixotrop maddə metafetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-110/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-110/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver