Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-114/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində daşımış, 31 iyul 2021-ci il tarixdə, saat 12:40 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 14:40-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,712 (sıfır tam mində yeddi yüz on iki) qram qram ağ rəngli kristallik formada olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 29 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən yaşadığı evdə olmuş, həmin vaxt o, siqaret almaq üçün qəsəbə ərazisində yerləşən mağazaya gedən zaman yerdə siqaretin qara və gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm görmüş, həmin büküm ona maraqlı gəldiyi üçün götürmüş və kənara çəkilərək həmin bükümü açıb içərisinə baxmış, içərisində kristal formada, şəffaf şəkildə psixotrop maddə olan metafetamin olmasını görmüşdür. Bundan sonra o, həmin bir ədəd siqaretin qara və gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metafetamini istifadə etmək üçün əynindəki tünd boz rəngli, şalvarının sağ yan cibinə qoymuş, mağazaya gedərək siqaret almış sonra isə yaşadığı ünvana qayıtmışdır. O, 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixə qədər olan müddət ərzində tapdığı həmin bir ədəd siqaretin qara və gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metafetamini üzərimdə gəzdirmişdir. O, 31 iyul 2021-ci il tarixdə, saat 12:40 radələrində özü üçün siqaret almaq məqsədilə yaşadığı evdən çıxıb qəsəbə ərazisində yerləşən mağazaya gedmiş bir ədəd siqaret aldıqdan sonra yaşadığı evə doğru getməyə başlamış, həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deymiş üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını polislərə bildirmişdir. Polislər onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, polislərə etiraz etməyərək onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişlər. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Baxış keçirər zaman əynindəki tünd boz rəngli, cins şalvarın sağ yan cibindən siqaret kağızına bükülmüş büküm açılaraq içərisinə baxılmış, bir ədəd siqaretin qara və gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində psixatrop maddə olan metamfetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmişlər. O, narkotik vasitə daşıyıjısı olmasına baxmayaraq narkotik vaitələrin satışı ilə məşğul olmur, heç bir zaman da məşğul olmamışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 31 iyul 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında 31 iyul 2021-ci il tarixdə saat 12:40 radələrində Şamaxı RPŞ-nin CAB-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özülərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt onlar Natiqi Şamaxı rayon polis şöbəsinə dəvət etmiş Natiq isə etiraz eməyərək onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında video çəklişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki tünd boz rəngli, cins şalvarın sağ yan cibindən siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Aşkar edilmiş büküm açılaraq içərisinə baxılmış və bir ədəd siqaretin qara və gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində psixotrop maddə olan metafetamin olan 1 ədəd büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş və bununla əlaqədar protokol tərtib edilərək həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamişlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında oan Şamaxı rayon Polis şöbəsinin 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə13:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki,31 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun əynindəki tünd boz rəngli cins şalvarın yan cibindən siqaret kağızına bükülmüş büküm aşkar edilərək açılmış və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində psixotrop maddəyə oxşar şüşə(metafetamin) aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş bükün psixotrop maddə olan metafetamindir, ona məxsusdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış,Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli, 6/3208 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan kagız paketdə ki, 01(bir) ədəd bükümdə təmiz çəkisi 0.712 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbayjan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 12 avqust 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materillarında olan Məhkəmə-narkoloji ekspertizasının 15.10.2021-ci il tarixli, 3727 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin 15 oktyabr 2021-ci il tarixli 537 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən 15 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci i tarixədək həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli o, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,662 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci i tarixədək həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6(altı) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin o, dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 17 noyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,662 qram psixotrop maddə metamfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-114/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-114/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver