Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-114/2022 28.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Şamaxı rayonu, Şərədil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Şamaxı rayonu, Şərədil kəndində yerləşən atası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində sonuncunun aralarındakı mübahisə zamanı anası Şahid Alakseyevnanın üstünə qışqırmasından əsəbləşərək evdən götürdüyü odun parçası ilə atası Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona başın təpə nahiyəsinin yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs atası olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Şamaxı rayonu, Şərədil kəndində yerləşən ata evinə anası Ninanı və atası Maili görmək məqsədi ilə gəlmiş, həmin vaxt anası Nina ilə atası Mailin pul üstündə mübahisə etmələrini eşitmiş, anasının üstünə ucadan qışqırmasını eşitmiş, səbri çatmamışdır. Buna görə də, atası Mailə əsəbləşmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı atasının üzərinə getmiş, həmin anda evin qapısının kənarındakı odun parçasını götürərək atası Mailin baş nahiyəsinin sol hissəsinə vurmuş, sonra anası Nina onun evdən çıxarmış, dərhal ata evindən çıxıb kənddəki evlərinə getmişdir. Həmin baş vermiş hadisə zamanı evdə anası Nina və atası Mail olmuş, başqa heç kim olmamışdır. Etdiyi əmələ görə özünü təqsirli bilir və peşmandır. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan, anası Nina və atası Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman hadisə yerinə kənardən heç kim gəlməmiş, hadisəyə müdaxilə etməmiş, həmçinin qonşular hadisə yerinə gəlməmiş və ya kənardan görməmişdirlər. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, döyməmiş, xəsarət yetirməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Əliabbas oğlu ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Şamaxı rayonu, Şərədil kəndində yerləşən evlərində olarkən oğlu Amil onu və anası Ninanı görmək məqsədi ilə evlərinə gəlmiş, oğlu gəldikdən bir neçə dəqiqə keçdikdə sonra özü və Nina arasında pul üstündə mübahisə yaranmış, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs ailə məsələlərinə müdaxilə etmiş, anası Ninanın tərəfini saxlamış, bu zaman ona əsəbləşib həmin anda Amil evdə qapının kənarındakı odun parçasını götürərək onun üzərinə gələrək, başının sol hissəsinə odunla vurmuşdur. Həmin vaxt başı gicəllənərək yerə yıxılmış, hadisə zamanı baş nahiyəsindən isti maye axdığını hiss etmişdir. Həmin anda oğlu Amil qorxub evdən çıxmış, həyat yoldaşı Ninada qanın çox axmamasına köməklik edərək parçanı başının qanayan hissəsinə qoymuşdur. Hadisə zamanı həyat yoldaşı Nina və onu vuran oğlu Amil olmuş, başqa heç kim olmamışdır. Bir az özünə gələndən sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Xəsarətinə görə 103 tibb xidmətinə də məlumat vermiş, məlumat əsasında ilkin tibbi yardım gəlib onu Diaqnostikaya aparmış, Diaqnostikada başının sol təpə nahiyəsinə tikiş vurularaq ambulator müalicə almaq üçün evə buraxılmışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, döyməmişdir. Həmin hadisə özünün yaşadığı Şamaxı rayonu, Şərədil kəndində yerləşən yaşayış evinin daxilində baş vermiş və baş vermiş hadisə zamanı hadisə yerində ondan başqa, oğlu Təqsirləndirilən şəxs və həyat yoldaşı Nina olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində Şahid Alakseyevna ifadə verib göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Şamaxı rayonu, Şərədil kəndində yerləşən evlərinə oğlu Amil onu və atası Maili görmək məqsədi ilə gəlmiş, həmin vaxt özü ilə Mailin pul üstündə mübahisə etməsini eşitmiş, buna səbri çatmamış, atası Mailə əsəbləşmişdir. Sonra atası ilə arasında mübahisə yaranmış, mübahisə zamanı atasının üzərinə getmiş, həmin anda evdə qapısının kənarındakı odun parçasını götürərək atası Mailin baş nahiyəsinin sol hissəsinə vurmuşdur. Sonra Mailin başından qan gəldiyini görmüş, oğlu Amili evdən çıxardaraq həyat yoldaşı Mailin başından gələn qanı saxlamaq üçün parçanı götürüb başına sarımışdır. İş materiallarında olan МТЕ-nin 21 noyabr 2022-ci il tarixli, 537 saylı ekspert rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs almış olduğu xəsarət başın təpə nahiyəsinin yarasının küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 20 noyabr 2022-ci il tarixdə odun parçası ilə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Şamaxı RİHB-nın Şərədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 2022-ci il tarixli 133 saylı arayışından görünür ki, o, Şamaxı rayonu, Şərədil kəndində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Şərədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə yaşadığı müddətdə özünü nümunəvi bir sakin kimi göstərmişdir. O, kəndin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Həmyaşıdları arasında xüsusi hörmətə malikdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 25 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyi, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs X1 məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-114/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-114/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver