Məhkəmə qərarları › İş №1(074)-117/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-117/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-117/2021 24.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Şamaxı rayonu Məlcək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Məlcək kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə saat 23 radələrində Şamaxı rayonu Məlcək kəndində babası Şahid1 məxsus fərdi yaşayış evinin həyətində dayısı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində başlanmış münaqişə zamanı yumruq və təpiklərlə sonuncunun sifət, burun və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, ona sol bazu, sol kürək, sol bel, döş qəfəsinin sol yarısının - sol qoltuqaltı nahiyəsinin qançırları ilə müşahidə olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma ilə müşahidə olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, burun sümüyünün yerdəyişən ikili sınığı ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın uzun müddətǝ pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu Məlcək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun dayısı olmaqla onunla əvvəllər münasibəti yaxşı olmuş, aralarında dava-dalaş, ədavət olmamışdır, gəlişgedişləri olmuşdur. 05 avqust 2021-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində babası Şahid1 xəstə olduğuna görə, anası onun evində olmuş, o da anasını evlərinə gətirmək üçün babası evinə getmişdir. Həmin gün saat 23:00 radələrində babası evində olarkən, dayısı Zərərçəkmiş şəxs toydan babası Əbilfəzin evinə gəlmiş, Zərərçəkmiş şəxs gələndə içkili vəziyyətdə olmuş və özünü güclə idarə etmişdir. Babası Əbilfəz xəstə olduğundan çarpayıda xəstə yatmışdır. Dayısı Laçın evə daxil olduqdan sonra babasının çarpayısında oturaraq onu ovxalamağa başlamışdır. Anası Şahid2 dayısı Laçına bildirmişdir ki, “içkilisən atamdan kənar dur”. Bundan sonra dayısı Laçın anasının bu sözlərinə görə anasının üzərinə gedərək qəflətən sillə ilə anasının sifətindən vuraraq boğmağa başlamışdır. Həmin vaxtı evdə olan xalası və nənəsi onları ayırmışdır. Bundan sonra dayısı Laçın onu aralıyanları söyməyə və vurmağa başlamış və evin həyətinə düşmüşdür. Həmin vaxtı, o, araya keçərək dayısı Laçını sakitləşdirmək istəmişdir. O, dayısı Laçını sakitləşdirən zaman dayısının azyaşlı oğlu Şahid1 həyətdə olan stolun üstündəki stəkanı götürərək onun üstünə atmış, o, stəkanın başına dəyəcəyini görüb sağ qolunu stəkanın qarşısına vermiş, stəkan onun sağ qoluna dəyərək sınmış və qolunu kəsmişdir. Dərhal, o, qolunu evdə olan iplə bağlamışdır ki, qanı çox getməsin, qolunu bağlayandan sonra anası ilə evlərinə getmiş, oradan da qardaşı Murad Kərimov onu Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin hadisə 05 avqust 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayonu Məlcək kəndində babası Şahid1 evinin içərəsində başlayıb evin həyətində başa çatmışdır. Qeyd olunan hadisə Şamaxı rayonu Məlcək kəndində babasının evində baş verməklə həmin vaxtı orada o və ailə üzvləri olmuşdur. Əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq etməklə barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin 06.08.2021-ci il tarixli 312 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ göz ortibasının hematoması, gözün ağlı qişasına qansızma, burun sümüyünün yerdəyişən ikili sınığı, boynun sağ yan səthinin, sol bazunun, sol kürək nahiyəsinin, döşqəfəsinin sol yarsının, sol bel nahiyəsinin qançırları, küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05.08.2021-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməya uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən boynun, sol bazu, kürək, bel, sol qoltuqlatı nahiyəsinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Burun sümüyünün yer dəyişən ikili sınığı isə dərəcəsinə görə sağlamlığın uzun müddətǝ pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər özü özünə yetirilməyə uyğun gələn xəsarətlər qurupuna aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18.10.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd kəndi ərazi dairəsi üzrə nümayəndəiyinin 18 oktyabr 2021-ci il tarixli 529 saylı arayışından görünür ki, X3 atası X4, anası Şahid2 Əbülfəz qızı ilə Şamaxı rayonu Məlcək kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd kəndi ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən X2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Kənddə qonşuların xeyir və şər işlərində yaxından iştirak etmişdir. O, səmimi və mehribandır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu qeyd etmiş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktını tətbiq etməklə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci hissəsinə əsasən müdafiə tərəfinin yazılı razılığı olduğundan, cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar