Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-12/2021 27.01.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azəriqaz İBnin X9 4 saylı təmir quraşdırma sahəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1980-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Meysəri kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair; xx xxxxxx 1985-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Meysəri kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində Şamaxı rayonu Meysəri kəndi ərazisində qaz xəttinin çəkilişi işini həyata keçirən “X4”-nin X9 əməkdaşları tərəfindən kənd bələdiyyəsinin inzibati binasının arxasına xəttin çəkilişində istifadə edilməsi üçün yığılmış hər metrinin qiyməti 4 manat 60 qəpik olmaqla diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik 13 ədəd dəmir boruları oğlurlamaqla ümumilikdə özgənin 566 manat 54 qəpik dəyərində əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində Şamaxı rayonu Meysən kəndi ərazisində qaz xəttinin çəkilişi işini həyata keçirən “X4”-nin X9 əməkdaşları tərəfindən kənd bələdiyyəsinin inzibati binasının arxasına xəttin çəkilişində istifadə edilməsi üçün yığılmış hər metrinin qiyməti 4 manat 60 qəpik olmaqla diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik 13 ədəd dəmir boruları oğlurlamaqla ümumilikdə özgənin 566 manat 54 qəpik dəyərində əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o Şamaxı rayonunun Meysəri kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır. İsmayıl onun həmkəndlisidir, o, həmkəndlisi İsmayılla uzun illərdir dostluq edir, münasibəti yaxşı olmaqla aralarında ədavət və düşmənçilikləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2la görüşüb spirtli içki arağ alıb onun yaşadığı Şamaxı rayonunun Meysəri kəndindəki evinin həyətində oturub yeyib-içərkən İsmayıl ona bildirmişdir ki, Meysəri kəndinin girişində yerləşən İcra Nümayəndəliyinin qarşısında Şamaxı rayonunun Meysəri kəndinə əhali üçün qaz xəttinin çəkilməsindən ötrü gətirilmiş qaz turbaları var gedib onu oğurlasınlar. O, İsmayılla razılaşmış və onlar ikisi həmin günü saat 23:45 radələrində evinin həyətindənçıxaraq kənd icra nümayəndəliyinin qarşısına getmişlər. Həmin vaxt o, İsmayılla cəmi 13 ədəd 9 metrlik dəmir boruları İsmayılın evinin həyətinə gətirmişlər. Boruları gətirdikdən sonra həyətdə həmin turbalardan iki ədəd 9 metrlik turbanı torpağa basdırmışlar, doqquz ədəd 9 metrlik turbalar isə hər birini 50 santimetr uzunluğunda bölərək metalloma vermək üçün həyətində bir kənara yığmışlar, qalan iki ədəd 9 metrlik turbanın isə hər birini iki bölərək dostu İsmayılgilin həyətində yerləşən toyuq damına aparmışlar. Həmin günü onlar öz evlərinə getmişlər, səhəri günü isə o, həyətində doğranmış olan 50 santimetrlik turbaları yaşadığı Şamaxı rayonunun Meysəri kəndinə gələn tanımadığı metallom işi ilə məşğul olan şəxslərə cəmi 47 (qırx yeddi) manata satmışdır. Özü və Təqsirləndirilən şəxs2 həmin 13 ədəd doqquz metrlik dəmir boruları oğurlayan zaman yanlarında başqa heç kim olmamışdır. Onlar dəmir boruları kənd icra nümayəndəliyinin qarşısından oğurlayan zaman ətrafda heç kim olmamışdır. O və İsmayıl onun evinin həyətində olan toyuq damına hər biri iki hissəyə bölünmüş 9 metrlik turbanı apararkən həmin evdə yaşayan İsmayılın atası Ziqəm və ya başqa ailə üzvləri onları görməmişlər. Həmin boruları dəmir alıcılarına satarkən onlara boruların oğurluq olmasını deməmiş və həmin şəxsləri tanımamışdır. O, VAZ-21011 markalı avtomaşınla gələn bir nəfər şəxsə həmin dəmir boruları cəmi 47 (qırx yeddi) manata satmışdır. O, dəmir boruları satdıqdan sonra əldə etdiyi 47 (qırx yeddi) manat puldan Təqsirləndirilən şəxs2 verməmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şamaxı rayonunun Meysəri kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, özü də heç bir yerdə işləmir. O, barəsində soruşulan Təqsirləndirilən şəxs1 tanıdığını, həmkəndlisi olduğunu, onunla və ailəsi ilə münasibətlərinin yaxşı olduğunu, aralarında ədavət və düşmənçiliyin olmadığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la görüşüb spirtli içki olan araq alıb Amilin yaşadığı Şamaxı rayonunun Meysəri kəndindəki evinin həyətinə getmiş, orada oturub yeyib-içərkən özü Amilə bildirmişdir ki, Meysəri kəndinin girişində yerləşən İcra Nümayəndəliyinin qarşısında Şamaxı rayonunun Meysəri kəndinə əhali üçün qaz xəttinin çəkilməsindən ötrü gətirilmiş qaz turbalarının olduğunu və gedib oğurlamağı demişdir. Həmin vaxt Amil onunla razılaşmış və onlar ikisi həmin günü saat 23:45 radələrində Amilgilin evinin həyətindən çıxaraq kənd icra nümayəndəliyinin qarşısına getmişlər. Həmin vaxt özü və Amil cəmi 13 ədəd 9 metrlik dəmir boruları Təqsirləndirilən şəxs1 evinin həyətinə gətirmiş, boruları gətirdikdən sonra həyətdə həmin turbalardan iki ədəd 9 metrlik turbanı torpağa basdırmış, doqquz ədəd 9 metrlik turbaları isə hər birini 50 santimetr uzunluğunda bölərək metalloma vermək üçün Amilin həyətində bir kənara yığmış, qalan iki ədəd 9 metrlik turbanı isə hər birini iki hissəyə bölərək özlərinin həyətlərində yerləşən toyuq damına aparmış və öz evlərinə getmişlər. O, daha sonra dostu Təqsirləndirilən şəxs1 həmin günün səhəri həyətində doğranmış olan 50 santimetrlik turbaları yaşadığı Şamaxı rayonunun Meysəri kəndinə gələn tanımadığı metallom işi ilə məşğul olan şəxslərə cəmi 47 (qırx yeddi) manata satmağını eşitdiyini, lakin həmin puldan onun özünə vermədiyini göstərmişdir. Özü və Amil həmin 13 ədəd doqquz metrlik dəmir boruları oğurlayan zaman yanlarında başqa heç kim olmamışdır. Dəmir boruları kənd icra nümayəndəliyinin qarşsından oğurlayan zaman ətrafda da heç kim olmamışdır. Özü və dostu Təqsirləndirilən şəxs1 onun evinin həyətində olan toyuq damına hər biri iki hissəyə bölünmüş 9 metrlik boruları apararkən həmin evdə yaşayan atası Ziqəm İsmayılov və ya başqa ailə üzvləri onları görməmişlər. Həmin vaxtı sərxoş olduqlarına görə bu cinayəti törətmişlər. Bundan əvvəl heç bir oğurluq hadisəsini törətməmişlər, etdiyi əməldən də çox peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azəriqaz İB-nin X9 4 saylı təmir quraşdırma sahəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, X4 X10 usta vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdən etibarən Şamaxı rayonunun Meysəri kəndinə əhali üçün qaz xəttinin çəkilməsi ilə əlaqədar iş yoldaşdan, yəni Azəriqaz İstehsalat X1ynaqçı işləyən Şahid3, X4 X10 təmirçi-çilingər işləyən Şahid4, Şahid5, Şahid1, həmçinin X4 X10 xarici boru kəmərlərinin qurşadırıcısı işləyən Şahid2 ilə birlikdə ezam olunmuşlar. xx xxxxxx 2020-ci il tarixdə işlərini bitirdikdən sonra saat 18 radələrində o, qaz xəttinin çəkilişində istifadə olunan diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik turbaları saymış və 49 ədəd turbanın yerində olduğunu bilmişdir. Həmin günün səhəri işini bitirdikdən sonra tələsdiyi üçün işdən çıxarkən turbaları saymağı unutmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində işdən çıxarkən iş yoldaşları Şahid3, Şahid4, Şahid5. Şahid1 və Mirəhməd Seyidməmmədovun yanında turbaları sayarkən diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik turbalardan 13 ədədinin olmadığını müəyyən etmişdir. İş yoldaşları ilə birlikdə həmin turbaları nə qədər axtarsalar da tapa bilməmişlər. O, sonradan həmin turbalarm Şamaxı rayonu Meysəri kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasını eşitmişdir. O, polis əməkdaşları ilə birlikdə ilk öncə Təqsirləndirilən şəxs1 evinin həyətinə gedib oradan 02 ədəd, diametri 57 millimetrlik. uzunluğu 9,50 metrlik turbaları, sonra isə Təqsirləndirilən şəxs2 yaşadığı evinin həyətinə gedib həyətdə olan 04 ədəd kəsilmiş vəziyyətdə olan diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik turbaları qəbzlə təhvil almışdır. O, Şamaxı rayonu Meysəri kənd sakinləri Əİəkbərov Amil İmran oğlunu və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Azəriqaz İB-nin Təmir tikinti idarəsinə dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadğını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vilayət oğlu ifadə verib göstərdi ki, X4 X10 Xarici Boru kəmərlərinin quraşadırıcısı işləyir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan müddət ərzində Şamaxı rayonunun Meysəri kəndinə əhali üçün qaz xəttinin çəkilməsi ilə əlaqədar iş yoldaşıları, yəni X4 X10 usta vəzifəsində işləyən Zərərçəkmiş şəxs, X4 X10 təmirçi-çilingər işləyən Şahid4 Qalib oğlu və Şahid5, X4 X10 Xarici Boru kəmərlərinin qurşadırıcısı işləyən Şahid2, həmçinin Azəriqaz İstehsalat X1ynaqçı işləyən Şahid3 ilə birlikdə ezam olunmuşlar. xx xxxxxx 2020-ci il tarixdə işlərini bitirdikdən sonra saat 18 radələrində onlar, yəni ozü, iş yoldaşları Şahid5, Şahid4, Şahid3 və Mirəhməd Seyid- Məmmədov artıq maşında oturmuşlar, iş yoldaşı Zərərçəkmiş şəxs isə qaz xəttinin çəkilişində istifadə olunan diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik turbaları saydıqdan sonra maşına gəlmiş və onlar birlikdə oradan getmişlər. Həmin günün səhəri, yəni xx xxxxxx 2020-ci il tarixdə işlərini bitirdikdən sonra tələsdikləri üçün işdən çıxarkən turbaları saymağı unutmuşlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində işdən çıxarkən o, iş yoldaşları Zərərçəkmiş şəxs, Şahid5, Şahid4, Şahid3 və X12 hamısı birlikdə turbaları sayarkən diametri 57 millimetrlik, uzunluğu 9,50 metrlik turbalardan 13 ədədinin olmadığını müəyyən etmişlər. İş yoldaşları ilə həmin turbaları nə qədər axtarsalar da tapa bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə işdən çıxarkən turbaları sayanda orada iş yoldaşları Zərərçəkmiş şəxs, Şahid4, Şahid5. Şahid3 və X8muşlar, yanlarında başqa heç kim olmamışdır. O, həmin turbaların oğurlanmasında heç kimdən şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş o, ifadəsində məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş X4 X9 xx xxxxxxxx 2020-ci il tarixli məktubunda xx xxxxxx 2020-ci il tarixində Şamaxı rayonu Meysəri kəndində qaz xətlərinin əsaslı təmir olunması məqsədi ilə gətirilmiş d57x3.5mm-lik borulardan 1(bir) ədədinin uzunluğu 9,5 metr olan 13 ədəd, yəni 123,5 metr borulardan 1 metrinin qiyməti 4,587343 manat olmaqla ümumi maya dəyərinin 566 manat 54 qəpik təşkil etməsi göstərilmişdir. İş materiallarinda olan Şamaxı rayon «NİHAD» istehsalat kommersiya firmasının vermiş olduğu xx xxxxxxxx 2020-ci il tarixli, 22 nömrəli mütəxəssis rəyində, qiymətləndirməyə təqdim edilən diametri 57 (əlli yeddi) millimetr olan dəmir borunun 01 (bir) metrinin qiyməti 4,587343 manat olmaqla 9.50 (doqquz tam yüzdə əlli) metr uzunluğunda 13 (on üç) ədəd dəmir boruların ümumilikdə 566 (beş yüz altımış altı) manat 54 (əlli dörd) qəpik dəyərində qiymətləndirildiyi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli ptorokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:20də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(074)-42/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətinə həbs qətimkan təbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli 102 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu Meysəri kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə kənd camaatı arasında müsbət xarakterizə edilməmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli 103 saylı arayışından görünür ki, X6 atası X7 ilə Şamaxı rayonu Meysəri kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə kənd camaatı arasında müsbət xarakterizə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin baş əməliyyat və ststistik informasiya idarəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin baş əməliyyat və ststistik informasiya idarəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 25 gün müddət 9 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə dəymiş ziyanın zərərçəkmiş Azəriqaz İB-nin Təmir tikinti idarəsinə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul cəmi 120(bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına və Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi 23 saat hüquqi yardıma görə 138(bir yüz otuz səkkiz) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 25 gün müddət 9 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1(bir) il 2(iki) ay 10(on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalından həbsdən azad edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə dəymiş ziyanın zərərçəkmiş Azəriqaz İB-nin Təmir tikinti idarəsinə ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul, məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul cəmi 120(bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına və Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi 23 saat hüquqi yardıma görə 138(bir yüz otuz səkkiz) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(074)-12/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-12/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver