Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-12/2022 23.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, Zərərçəkmiş şəxs Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Şamaxı rayonu Qızmeydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Qızmeydan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixə keçən gecə və həmin tarixdən 05 may 2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə Şamaxı rayonu Qızmeydan kəndində yerləşən fərdi yaşayış evində 05 oktyabr 2020-ci il tarixdə qarşılıqlı razılıq əsasında qoşulub qaçmaqla qeyri-rəsmi qaydada ailə həyatı qurduğu, aralarında on yaş fərqi olmaqla on altı yaşına çatmayan, 31 avqust 2005-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun on altı yaşına çatmaması ona aşkar surətdə məlum olduğu halda qarşılıqlı razılıq əsasında könüllü cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 05.10.2020-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə bir-birilərini sevdikləri üçün qoşulub qaçmış və onların, yəni atası Əlşirinin evində yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs 05.10.2020-ci il tarixdə onunla qoşulub qaçsa da, bir yerdə qalmamışlar, nəhayət 09.10.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə birlikdə öz razılığı ilə cinsi münasibətdə olmuşlar və bu münasibət mütəmadi olaraq davam etdiyi üçün 08.02.2021-ci il tarixdən Zərərçəkmiş şəxs onunla yaşanan cinsi münasibətdən hamilə qalmış və Zərərçəkmiş şəxs ondan 4 aylıq hamilə olduğu vaxtadək ailədə hər şey öz qaydasında olmuş, lakin sonradan Zərərçəkmiş şəxs ilə ailəsi arasında mübahisələr yaranmış və atası Səbinəyə evi tərk etməsini bildirmiş və o da bu səbəbdən Səbinə ilə birlikdə evi tərk etmiş və 2 ay müddətinə Səbinənin atası Hamilin evində yaşamağa başlamış, həmin 2 ay müddətində işləsə də sonradan işləməmiş və o, Hamilin evindən çıxaraq öz evlərinə gəlsə də, Səbinə öz atası evində qalmışdır. O, Zərərçəkmiş şəxs ilə öz razılıqları əsasında cinsi münasibətdə olmuşlar. O, Zərərçəkmiş şəxs qarşı hər-hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. O, Zərərçəkmiş şəxs ilə cinsi münasibətdə olan zaman onun 15 yaşı olmuşdur. O, Zərərçəkmiş şəxs ilə 15 yaşı olan zaman cinsi münasibətdə olsa da, bu münasibətin qanunla qadağan olunmasını və cinayət məsuliyyəti yaratmasını bilməmişdir. Son olaraq törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, hazırda zərərçəkmiş şəxslə barışıb birlikdə yaşamalarını və övladlarının dünyaya gəlməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 05.10.2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə birbirilərini sevdikləri üçün qoşulub qaçmış və onların evində yaşamağa başlamış, lakin getdiyi ilk gündən Sübhanın atası Əlşirin bu münasibətin ziddinə olmuş və o, Təqsirləndirilən şəxs yaşadığı evdə yaşasa da, ilk 4 gün onunla bir yataqda yatmamış, lakin sonradan, yəni 09.10.2020-ci il tarixdə ailənin razılığı ilə onu Sübhanla eyni otaqda qalmaq üçün göndərmişlər və o, Sübhanla bir yatağa girmiş, həmin vaxt gecə saatlarında o, Sübhanla öz razılığı əsasında cinsi münasibətdə olmuşdur, yəni Sübhanla cinsi münasibətdə olan zaman evliliyin nə olmasını bilmədiyi üçün 09.10.2020-ci il tarixdə Sübhan onunla cinsi əlaqədə olan zaman o, ağlamağa başlasa da, Sübhan ona izah eləmişdir ki, ailəsilə bunlar olmalıdır və elə həmin gündən sonra Sübhan onunla mütəmadi olaraq hər gün cinsi münasibətdə olmuşdur. 08.02.2021-ci il tarixdən birlikdə yaşadığı Təqsirləndirilən şəxs hamilə qalmış, Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olsa da, onun atası Əlşirin hər dəfə müxtəlif bəhanələr edərək onu evdən çıxarmağa cəhd etmişdir, nəhayət 05 may 2021-ci il tarixdə o, 4 aylıq hamilə ola-ola, onun nəvəsini bətinində daşıya-daşıya Əlşirin onu evdən çıxarmış, oğlu Sübhan isə heç bir söz deməmişdir. Daha sonra o, atası Hamilin evində yaşamağa başlamış, burada yaşadığı müddət ərzində Sübhan bir neçə dəfə onlara gəlsə də sonradan gəlməmiş və onu bu vəziyyətdə çölə atmışlar və o, da Təqsirləndirilən şəxs şikayət etmişdir. O, Təqsirləndirilən şəxsla öz razılığı əsasında cinsi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Hazırda təqirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur, övladı ilə birlikdə Sübhangildə yaşayır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayonu Qızmeydan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qızı Səbinə 05.10.2020-ci il tarixdə həmkəndliləri olan Təqsirləndirilən şəxs ilə bir-birlərini sevdiyi üçün qoşulub qaçaraq Təqsirləndirilən şəxs evində yaşamağa başlamışlar. Həmin vaxtı qızı Təqsirləndirilən şəxsla qoşulub qaçan zaman 15 yaşında olmuşdur. Onda olan məlumata görə X7 Heybətovla qoşlub qaçandan 4 gün sonra, yəni 09.10.2020-ci il tarixdə öz razılığı ilə cinsi münasibətdə olmuşdur. Qızı Səbinə 08.02.2021-ci il tarixdən birlikdə yaşadığı Təqsirləndirilən şəxs hamilə qalmışdır. Bir müddət qızı öz sevdiyi və birlikdə yaşadığı Təqsirləndirilən şəxsla birlikdə Sübhanın atası Əlşirin Heybətovun evində yaşasalarda sonradan, yəni 5 may 2021-ci il tarixdə qızı 4 aylıq hamilə ola-ola Əlşirin oğlu Sübhanı qızı Səbinə ilə birlikdə evdən çıxarmışdır. Bundan sonra qızı və qızının həyat yoldaşı Sübhan bir müddət onların evində yaşamağa başlamışlar və o, baş verən hadisələrdən narazı olduğu üçün həyat yoldaşı Hamillə birlikdə qızının həyat yoldaşı Sübhana «sənə atan anan sahiblənmir və mənim səni saxlamağa maddi imkanım çatmır get öz evində yaşa biz qızıma özümüz baxacağıq» deyərək Sübhanı atası Əlşirinin yanına göndərmişlər və qızı onlarla birlikdə qalmışdır. Qızı Səbinə hamilə olduğu üçün evində qalmış və o, ona qulluq etmişdir. X2 ümumiyyətlə qızı ilə və onun səhhəti ilə maraqlanmadığı üçün o, həyat yoldaşı Hamilə onlardan şikayət etməsini bildirmiş və Hamillə birlikdə Şamaxı RPŞ-nə gədərək onlardan şikayət etmişdir. X7 Heybətovla öz razılığı əsasında qoşlub qaçmış, eyni zamanda öz istəyi ilə də cinsi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs qızı Səbinəyə qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Əgər hər hansı bir hərəkət etmiş olsaydı qızı ona deyərdi. Qızı Səbinənin 10.11.2021-ci il tarixdə uşağı olmuş və təxminən 1 aya yaxın müddətdir ki, Təqsirləndirilən şəxs evində yaşayır. Onun və qızı Səbinənin Təqsirləndirilən şəxs hər hansı bir şikayətləri və yaxud hər hansı bir tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 07 oktyabr 2021-ci il tarixli, 375 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2-3 həftədən çoxdur, onda 32-33 həftəlik hamiləlik vardır. Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadi. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmaq əlamətləri yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 oktyabr 2021ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şahid2 ərizəsindən görünür ki, o və qızı Sübhanla barışmış və hazırda Səbinə və Sübhan birlikdə yaşayır və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şamaxı rayon X5 Hüquqi Şəxsin 15 noyabr 2021-ci il tarixli 1130 saylı məktubundan görünür ki, Şamaxı rayonu Qızmeydan kənd sakini 31 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci il tarixdə Şamaxı RMX-nın doğum şöbəsinə daxil olmuş və oğlan cinsli uşaq dünyaya gətirmişdir. Şamaxı RİHB-nın Qızmeydan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, nümayəndəlik ərazisində sakit xarakteri ilə tanınır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. AZ-İV 653281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 noyabr 2021-ci iltarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. AZ-İ 401760 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs doğulmuş X1 atası hesab edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılmalı, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldiir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 9 (doqquz) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-12/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-12/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver