Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-121/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1N oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi, X1 qeyd olunan xüsusatda ona vurduğu mənəvi ziyana uyğun olaraq 1NNNNN manat dəyərində qiymətləndirilərək dəymiş ziyanın ona ödənilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına X2 (ŞAR) yaşayan və işləyən X1 da əleyhinə şərböhtanlar danışmaqda, yaymaqda və barəsində saxta sənədlərin əldə olunmasında, qızışdırıcılıq mövqeyində az xidmətləri olmamışdır. Onun belə danışıqları kütləvi çıxışda olmuş və sonradan sosial şəbəkələrdə, saytlarda yayılmışdır. Halbuki, o, Bahadır Abdullayevdən indiyədək heç kimə bir şikayət ərizəsi belə yazmamış, hansısa internet və sosial şəbəkələrdə və ya kütləvi informasiya vasitələrində, o cümlədən, hansısa bir kütləvi çıxışda onun əleyhinə məlumat yaymamış və danışmamışdır. Lakin bu şəxs Namiq Cəlilova xoş getməkdən ötəri, ona yarınmaq yolunu tutaraq birbaşa özünə aid olmayan mübahisələrə başını soxmuş, əleyhinə necə gəldi məsuliyyətsizcəsinə ağır şər-böhtanlar danışmışdır. Bu da ondan irəli gəlir ki, o 1955-ci il təvəllüdlüdür, 67 yaşına keçib, elmi iş fəaliyyəti və qabiliyyəti olmadığına görə indiyədək fəlsəfə doktoru (elmlər namizədi) dissertasiyası belə müdafiə edə bilməyib. Bu yaşdan sonra onun gələcək elmi perspektivi yoxdur. O, savadsızlığını və elmi fəaliyyəti olmadığını dərk etdiyinə görə onun ünvanına hər nə gəldi şər-böhtan danışır ki, direktora xoş getsin ki, onu lazımsız işçi kimi işdən rədd etməsin. Amma o unudur ki, əslində Namiq Cəlilova elə onun kimiləri lazımdır, çünki direktorun özü ŞAR-da elmi çoxdan məhv edib. Çox təəssüf ki, Bahadır Abdullayev həm də cəmiyyət və bəşəriyyət üçün yararsız və əhəmiyyətsiz məxluq olduğunu hətta bu yaşınadək başa düşməyib. X8 həm öz saytında, həm də digər internet saytlarında barəsində şər-böhtanlar uydurmaqla bir-biri ilə yarışa girmiş ŞAR-ın əməkdaşlarının 18.12.2N19-cu il tarixində N2 saylı protokolla rəsmiləşdirdiyi çıxış stenoqramlarını yaymışdır. Həmin stenoqram sonda imzalanmış və möhürlənmişdir. Həmin stenoqramma oxunarkən aydın olur ki, əleyhinə iclaslar təşkil edilmiş və onlar öz aralarında bir-birilərini riyakarlıq etməməyə, ikiüzlü olmamağa çağırmış və bir-birilərini onun əleyhinə daha aqressiv formada təhqir və böhtanlarla dolu çıxış məruzələri etməyə səsləmişlər. Çıxışçılar hansısa naməlum bəhanəni əsas götürüb özünün, ailə üzvlərinin və valideynin ünvanına hədələr yağdıraraq olmazın nalayiq sözlərini, təhqir və ağır cinayətdə suçlama böhtnlrını deməkdən çəkinməmişlər. Bahadır Abdullayev də onlardan heç geri qalmamışdır. Belə ki, bu protokolun 8-ci səhifəsində çıxışının elə ilk cümlələrinidə ona ünvanlayaraq bildirmişdir ki, “bu bizim növbəti yığıncağımızdır ki, belə geniş heyətdə Yanoş Məhərrəmovla bağlı məsələ müzakirə edirik. Bu çox məyusedici haldır. Vətənə xidmət kimi ümdə bir vəzifədən - ən müqəddəs bir borcdan boyun qaçırmış, Azərbaycan Ordusunun nizami hissəsini özbaşına tərk edərək, iki dəfə fərarilik həyatı yaşamış birisi, bu gün bizi, vaxtımızı ona həsr etməyə məcbur edir. Zabit kimi ordudan yayınıb. Belə bir adamı işə götürmək olmazdı. Onunla bağlı biz ən əvvəl bir məsələyə aydınlıq gətirməliyik: necə və hansı şəraitdə o, Elmlər Akademiyasının mötəbər bir elmi-tədqiqat mərkəzində işə götürülmüşdür? Bu çox düşündürücü sualdır. Onun işə götürülməsini yalnız bir tək kadr çatışmazlığı ilə izah etmək sadəlövhlük olardı” Bu protokoldan görünür ki, Bahadır Abdullayev ünvanınaa söylədiyi böhtanlarını 91 nəfərin iştirak etdiyi iclasda (kütləvi çıxışda) demişdir. Həmin çıxışların stenoqramması ŞAR-ın rəhbərliyi tərəfindən rəsmiləşdirilərək əvvəlcə N2.N3.2N2N-ci il tarixdə (o zaman bəzi linklər açılmırdı), daha sonra isə 16.N6.2N21 -ci il tarixdə X3 internet saytında yerləşdirilməldə bütün sosial şəbəkələrə paylaşılmışdır. Sözügedən protokoldan görünür ki, X5 91 nəfərin iştirak etdiyi iclasda (kütləvi çıxışda) onu ordudan fərarilik etmiş cinayətkar adlandırmışdır. Fərarilik ağır cinayətdir, və bu hər bir kişinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu olduqca pis formada aşağılayır, ləkələyir. Odur ki, Bahadır Abdullayev onun fərari olduğunu sübut etməli, buna dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü ortaya çıxarmalıdır. Əks halda, o, AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalıdır. O, ordudan fərarilik (özü də iki dəfə) etsəydi, cinayət məsuliyyətinə cəlb olunardı. Amma onun həyatında belə hadisə olmamışdır. ŞARda böyük elmi işçi vəzifəsində işləyən X5 ona böhtan atması əməlini Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən X2 18.12.2N19-cu il tarixində onun əleyhinə təşkil edilmiş 91 nəfərin iştirak etdiyi yığıncaqda çıxış edərək törətmişdir. Göründüyü kimi, X5 91 nəfərin iştirak etdiyi həmin yığıncaqdakı öz çıxışında onun işgüzar nüfuzunu nümayişkaranə surətdə aşağılamaqla məşğul olmuşdur. Onun belə ifadələri, danışıqları öz arzu-istəyi ilə qəsdən ona belə ağır böhtanlar atmaqla şərəf və ləyaqətini, işgüzar nüfuzunu müxtəlif formalarda olduqca kəskin aşağılamaq olmuşdur. Bahadır Abdullayevin belə əməlləri onun üçün həm də mənəvi-psixoloji işgəncədir. Belə özbaşınalıq nəticəsində səhhəti daha da ağırlaşaraq 3-cü qrup əlil olmuşdur. Ona görə də uzun müddətdir ki, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Odur ki, o bu şikayətində zərər çəkmiş qismində tanınmalıdır. Ona qarşı törədilmiş bu haqsızlıq və qanunsuzluq barədə bütün günü düşünür ki, bunu törətmiş B.İ.Abdullayevin belə hərəkəti onun səhhətinə olduqca pis təsir etmişdir və nəticədə N1.11.2N19-cu il tarixdən “Ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi 3-cü dərəcə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, qan dövranı catmamazlığı 2dərəcə” diaqnozu ilə üçüncü qrup əlil olmuş, normal yaşayış tərzi və istirahəti pozulmuşdur. O, bu səbəbdən 3 ildən çoxdur ki, mənəvi-psixoloji sarsıntı keçirir. Bundan əlavə, 3 ildən çoxdur ki, astrofizika üzrə praktiki elmi fəaliyyətindən qanunsuz olaraq məhrum edilib məcburi proqula məruz qalmışdır. Ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı minumum 1NN (yüz) min manat civarında qiymətləndirir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətin əsassız olduğunu bildirərək icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iclasda Y.Məhərrəmovu cinayətkar adlandırmamış onun xidmətdə olduğu hərbi hissə komandanlığı tərəfindən X4 göndərilmiş 21.N7.2N18-ci il tarixli məktubda yazılanları təkrar etmişdir. Məktubdan görünür ki, ehtiyatda olan leytennant X9 12.N4.1999-cu il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamış, o, N5.N6.1999-cu il tarixdən 3N.N6.1999-cu il tarixədək 1-ci dərəcəli hipertoniya xəstəliyi ilə əlaqədar N nömrəli hərbi hissədə müalicə olunmuş, sonradan isə müalicəsini davam etdirmək üçün 1N.N7.1999-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş, orada müalicə olunduğu zaman 14.12.1999-cu il tarixdə oranı özbaşına tərk etdiyinə görə fərarilərin siyahısına salınmış, o, N1.N3.2NNN-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qaytarılmış və fərarilərin siyahısından çıxarılmış, lakin ehtiyatda olan leytenant Məhərrəmov N4.N4.2NNN-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalını təkrar özbaşına tərk etdiyinə görə yenidən fərarilərin siyahısına daxil edilmiş, fərari olduğuna görə 23.N5.2NNN-ci il tarixdə ştatdan kənar çıxarılmış və 25.N6.2NNN-ci il tarixdə isə xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin məktubun da iş materiallarına əlavə edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 məhkəməyə gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyərək hesab edir ki, X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclası 11 noyabr 2N21-ci il tarixə təyin edilmiş, xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iclas 16 noyabr 2N21-ci il tarixə saat 16:3N-a təxirə salınmışdır. Buna baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N2.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədikmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N2.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 3N2.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 3N2.1.2-3N2.1.4, 3N2.1.6-3N2.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 3NN, 3N2 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 2N (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-121/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-121/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver