Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-122/2021 15.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1971-ci ildə Şamaxı rayonu, Çağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Şamaxı şəhəri, Y.Şeydayev küçəsi, 3 saylı evdə qeydiyyatda olmaqla, Şamaxı rayonu, Çağan kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan bitki toxumlarını yaşadığı Şamaxı rayonu, Çağan kəndində yerləşən X7 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə xeyli miqdarda kultivasiya etməklə əkib həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərərək yetişdirmiş, 01 sentyabr 2021-ci il tarixdə, saat 19:28-də Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman həyətdə kökü yerdə olan 03 (üç) ədəd budaqsız və 03 (üç) ədəd qismən budaqlı çətənə kolları və həmin kollardan bir qədər kənarda 08 (səkkiz) ədəd çətənə kolunun budaqları olmaqla, cəmi 14 (on dörd) ədəd quru vəziyyətdə ümumi çəkisi 455 (dörd yüz əlli beş) qram olan 36-84 santimetr hündürlükdə bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Şamaxı rayonu ərazisində üzərində saxlamaqla daşımış, 01 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 22:08-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 7,806 (yeddi tam mində səkkiz yüz altı) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə saxladığına görə tutulmuşdur. O, narkotik maddə olan qurudulmuş marixuana istifadə edir. Buna görə də marixuana istifadə edərkən içərisindən götürdüyü altı çətənə toxumunu gələcəkdə istifadə etmək üçün 2021-ci ilin təxminən mart-aprel aylarında əkmişdir. Həmin altı ədəd çətənə koluna mütəmadi olaraq su verib, dibini boşaltmağa başlamışdır. Daha sonra kollar böyüdükcə budaqlarını və yarpaqlarını qırıb, qurutduqdan sonra çəkməyə başlamışdır. Sonuncu dəfə 30 avqust 2021-ci il tarixdə, təxminən saat 17 radələrində kolları əkdiyi yerə gedib, iki ədəd çətənə kolundan səkkiz ədəd budağını qıraraq quruması üçün təxminən yeddi-səkkiz metr kənara qoymuş və yaşadığı evə getmişdir. 01 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Şamaxı rayonu, Çağan kəndində yerləşən evinə getmək üçün Şamaxı rayonu, Çuxuryurd kəndində yol kənarında dayanıb taksi gözləmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb tərkibində narkotik maddələr olan bitki əkməyi ilə bağlı şübhəli olduğunu, bununla bağlı tərkibində narkotik maddələr olan bitki əkdiyi yerə baxış keçirilməli olduğunu deyib, tərkibində narkotik maddələr olan bitki əkib-əkmədiyini soruşmuşlar. Həmin vaxt o, polis əməkdaşlarına həmkəndlisi X7 məxsus Şamaxı rayonu, Çağan kəndində yerləşən yaşayış olmayan evinin bağçasında altı ədəd çətənə kolu əkdiyini etiraf edib, bağçaya baxış keçirilməsinə icazə verib əkdiyi altı ədəd kolun yerini göstərmişdir. Baxış zamanı bağçanın aşağı hissəsindən əkdiyi altı ədəd çətənə kolu və həmin altı ədəd koldan iki ədədindən qurutmaq üçün qırdığı səkkiz ədəd çətənə kolunun budağı aşkar olunmuşdur. Onların iştirakları ilə həmin altı ədəd kol və səkkiz ədəd budaq polis əməkdaşları tərəfindən karton qutuda qablaşdırılaraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin qutu və protokolu o və hal şahidləri, baxışda iştirak edən digər polis əməkdaşları imzalamışlar. Daha sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmin bükümdəki marixuananı özü əkdiyi çətənə kollarından yığıb qurutmuşdur. Başqa heç bir məqsədi olmamışdır. O, Çağan kəndində yaşadığından həmin kənddə hansı evlərdə yaşayış olması, hansı evlərdə yaşayış olmamasını bilmişdir. Belə ki, X10 və onun ailə üzvləri bir neçə ildir ki, Bakı şəhəri ərazisinə köçüb orada yaşamışlar və həmin vaxtdan onlar öz evlərinə gəlməmişlər. Ev və evin həyətyanı sahəsi, bağça hissəsi baxımsız halda qalmışdır. O da özündə olan çətənə bitki toxumlarını öz həyətində əkərsə məlum olacağından ehtiyatlanmış və bilmişdir ki, X5 evinin bağçasına kimsə gəlib-getmədiyindən baxımsız hala qaldığına görə orada onun çətənə toxumları əkməyindən kimsə şübhələnməz və elə zənn etmişdir ki, o, həmin bağçada çətənə toxumlarını əkib becərsə kimsə bilməz. Buna görə də özündə olan çətənə kollarını həmin ərazidə, yəni baxımsız halda olan X5 evinin bağçasında əkib qulluq edib becərmişdir. O, həmin çətənə bitki kollarını əkməsi ilə bağlı X7, onun ailə üzvlərinə, eləcə də hər hansı bir digər şəxsə heç bir söz deməmiş, məlumat verməmiş, eyni zamanda onun bu işindən onların məlumatı və razılığı olmamışdır. O, tək halda bu işi görmüş, ona nə X10, nə onun ailə üzvləri, nə də ki hər hansı bir digər şəxs köməklik etməmiş, iştirak etməmişdir və heç kimin məlumatı olmamışdır. O, altı ədəd tərkibində narkotik maddələr olan çətənə kolunu ona görə əkib becərmişdir ki, böyüdüb yarpaq və budaqlarından qurudub özü istifadə edər. Çünki kimdənsə narkotik vasitə almadığı üçün qərara almışdır ki, özü becərib istifadə edər və buna görə də həmin toxumları yalnız istifadə etmək üçün əkmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 01 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon sakini olan Təqsirləndirilən şəxs Şamaxı rayonu Çağan kəndi ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və əkib-becərməsi barədə ona məlumat daxil olduğuna görə, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü axşam saat 19 radələrindən başlayaraq o, rayon X8 Qrupunun təhqiqatçısı, polis kapitanı Bəhlul Məlikli, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Şamaxı rayonu ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən Təqsirləndirilən şəxs Çuxuryurd kəndi ərazisində olması müəyyən edildiyindən o, həmin ərazidə saxlanılıb onun Şamaxı rayonu, Çağan kəndində yerləşən X5 yaşamadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitələr olan bitki əkməsinin yoxlanılması üçün əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Belə ki, həmin tarixdə, saat 19:28-dən başlayaraq təhqiqatçı Bəhlul Məlikli tərəfindən Təqsirləndirilən şəxs özünün, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, eləcə də Şamaxı rayonu bitki mühafizə mərkəzinin rəis əvəzi Şahid4 və Şamaxı rayon Çağan kənd bələdiyyəsinin sədr müavini Şahid5 iştirakı ilə Şamaxı rayonu, Çağan kəndində yerləşən X5 yaşamadığı ünvanın həyətyanı sahəsində baxış keçirməyə başlamışlar. Baxış başlamazdan əvvəl təhqiqatçı Bəhlul Məlikli tərəfindən Təqsirləndirilən şəxs həmin yerdə narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bağçada altı ədəd çətənə kolunu özünün əkməsini, həmin kolları iştirakçılara göstərə biləcəyini bildirdiyinə görə, qeyd edilən ərazidə baxış keçirilmişdir. Həmin baxış zamanı görünmüşdür ki, evdə həmin vaxt heç kim yoxdur və həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur. Baxış keçirilərkən evin bağçasının aşağı hissəsindən ümumi sayı 6 (altı) ədəd olmaqla, üç ədəd budaqları olmayan kökü yerdə olan çətənə kolu, üç ədəd qismən budaqları olan çətənə kolu aşkar olunmuş, həmin yerdən təxminən yeddi-səkkiz metr kənarda 8 (səkkiz) ədəd qırıq çətənə kolunun budaqları aşkar olunub götürülmüşdür. Qeyd edilən baxış zamanı, bitki mühafizə mərkəzinin rəis əvəzi Şahid4 orada olan çətənə kolları və budaqlarına mütəxəssis qismində baxıb həmin bitkilərin yetişdirilməsi üçün aqrotexniki qaydada qulluq edilərək becərildiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçı Bəhlul Məliklinin suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunmuş 6 (altı) ədəd çətənə kolu və 8 (səkkiz) ədəd çətənə kolunun budaqları ona məxsusdur, özü istifadə etmək üçün əkmişdir, həmin bitkiləri tək halda əkib qulluq edərək becərmiş, ev sahibinin məlumatı olmamışdır. Baxış zamanı aşkar olunmuş altı ədəd kol və səkkiz ədəd kol budaqları karton qutuya qoyularaq qablaşdırılmaqla, möhürlənib protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət və təkliflər daxil olmamış və protokol düzgün tərtib edildiyi üçün iştirakçılar və onun tərəfindən imza olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə olması ehtimalı olduğundan onlar tərəfindən rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Həmin vaxt təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs tutulması ona elan edilərək, dəvət edilmiş vəkilin və onların iştirakları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş, bir ədəd şəffaf sellofana bükülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur, əkib-becərdiyi çətənə kollarından özü istifadə etməsi üçün hazırlayıb üzərində istifadə etmək üçün saxlamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəflərindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənib protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imza olunmuşdur. Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkdiyi hadisə yerində və üzərinə aparılan baxışların hər ikisi videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik təbiətli bitki kollarını özü istifadə etməsi üçün əkib-becərmişdir, eləcə də üzərindən aşkar edilmiş narkotik vasitə bükümlərini şəxsi istifadəsi üçün həmin əkib-becərdiyi çətənə kollarından hazırlayıb öz üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik təbiətli bitki kollarını əkib-becərməsi və üzərindən aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə əkməsi və üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərəsə həmin narkotik vasitələrdən satması, narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Çağan kəndi ərazisində X5 yaşamadığı evin bağçasında əkdiyi narkotik təbiətli bitki kollarını əkib-becərməkdə və üzərindən aşkar edilmiş narkotik vasitəni saxlamaqda məqsədi öz istifadəsi üçün olmuşdur. Tərəflərindən müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, eləcə də müvafiq şifahi sorğular aparılmış və müəyyən edilmişdir ki, X10 və onun ailə üzvləri uzun müddətdir, yəni bir neçə ildir ki, eləcə də konkret olaraq 2021-ci ilin mart ayından hazırki vaxta kimi Şamaxı rayonu, Çağan kəndində yaşamamışlar, ona məxsus evdə başqa heç kim də yaşamamış, evdə yaşayış olmamışdır. Həmin ev yaşayış olmadığına görə baxımsız qalmışdır. Daxil olmuş məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsinin baxımsız olmasından, heç kimin gəlməməsindən istifadə edərək həmin bağça hissədə özü tək halda narkotik təbiətli çətənə toxumlarını əkib qulluq edərək becərmiş, bu işdə ona X10 və onun ailə üzvləri, eləcə də digər hər hansı bir şəxs köməklik etməmişdir. Təqsirləndirilən şəxs əkdiyi narkotik təbiətli bitki kollarının əkilib-becərilməsində həmin evin sahibi olan İlqar Xəlilovun əlaqəsi, iştirakı və ya hər hansı bir formada köməkliyi olmamış, eləcə də X13 Allahverdiyev tərəfindən həmin əməli törətməsi, yəni bitkilərin əkilib-becərilməsi ilə bağlı hər hansı bir məlumatı və ya ona məxsus evin bağçasında qeyd edilən çətənə toxumlarını əkməsi ilə bağlı razılığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu bitki mühafizə mərkəzinin rəis əvəzi işləyir. Faktla bağlı qeyd etmişdir ki, 01 sentyabr 2021ci il tarixdə o, xidməti iş yerində olarkən, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona müraciət edilərək, Şamaxı rayon Çağan kəndində yaşayan Təqsirləndirilən şəxs kənd ərazisində qanunsuz olaraq narkotik vasitələrdən əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında həmin gün axşam saat 19 radələrində kənddə baxış keçiriləcəyini və onun da aqronom kimi baxış zamanı iştirakının olması bildirilmişdir. Həmin tarixdə, saat 19:28-dən başlayaraq onunla birlikdə Şamaxı RPŞ-nin əməkdaşları, Şamaxı rayon Çağan bələdiyyəsinin sədr müavini Şahid5 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Şamaxı rayonu, Çağan kəndində yerləşən X7 məxsus olması bildirilən yaşayış olmayan həyətyanı sahəsində baxış keçirməyə başlamışlar. Baxış başlamazdan əvvəl, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin yerdə narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bağçada altı ədəd çətənə kolunun toxumlarını özünün əkməsini, həmin kolları iştirakçılara göstərə biləcəyini bildirdiyinə görə, qeyd edilən ərazidə baxış keçirilmişdir. Həmin baxış zamanı həyətyanı sahəyə daxil olanda görünürdü ki, evdə həmin vaxtı heç kim yoxdur və evin vəziyyətindən də bilinirdi ki, həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur, eləcə də bağça sahəsində yabanı bitkilərin çoxluğundan bilinirdi ki, bağ sahədə ağaclara qulluq edilmir. Baxış keçirilərkən evin bağçasının aşağı hissəsindən ümumi sayı 6 (altı) ədəd olmaqla, üç ədəd budaqları olmayan kökü yerdə olan çətənə kolu, üç ədəd qismən budaqları olan çətənə kolu aşkar olunmuşdur, Həmin yerdən təxminən yeddi-səkkiz metr kənarda 8 (səkkiz) ədəd qırıq çətənə kolunun budaqları aşkar olunub götürülmüşdür. Həmin vaxt o, qeyd edilən ərazidə olan çətənə kolları və budaqlarına baxıb müayinə apararaq müəyyən etmişdir ki, bağçada olan digər kollardan fərqli olaraq, həmin bitki kollarına aqrotexniki qaydada qulluq edilərək becərilmiş, yetişdirilmiş, budaqlar səliqə ilə qoparılmışdır. Təqsirləndirilən şəxs də polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunmuş, 6 (altı) ədəd çətənə kolu və 8 (səkkiz) ədəd çətənə kolunun budaqları ona məxsusdur, özü istifadə etmək üçün əkmişdir, həmin bitkiləri tək halda əkib qulluq edərək becərmiş, bundan ev sahibi X5 heç bir məlumatı olmamışdır. Baxış zamanı aşkar olunmuş altı ədəd kol və səkkiz ədəd kol budaqları kardon kutuya qoyularaq qablaşdırılmaqla, möhürlənib protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən heç bir şikayət və təkliflər daxil olmamış və protokol düzgün tərtib edildiyi üçün iştirakçılar və onun tərəfindən imza olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə RPŞ-nə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid5 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Şamaxı rayon Çağan bələdiyyəsinin sədr müavini işləyir. Faktla bağlı qeyd etmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bildirilmişdir ki, Şamaxı rayon Çağan kəndində yaşayan Təqsirləndirilən şəxs kənd ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında həmin gün axşam saat 19 radələrində kənddə yerləşən X5 yaşamadığı ünvanın həyətyanı sahəsində baxış keçiriləcəkdir. Belə ki, həmin tarixdə, saat 19:28-dən başlayaraq onunla birlikdə Şamaxı RPŞ-nin əməkdaşları, Şamaxı rayonu bitki mühafizə mərkəzinin rəis əvəzi Şahid4 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Şamaxı rayonu, Çağan kəndində yerləşən X5 yaşamadığı ünvanın həyətyanı sahəsində baxış keçirməyə başlamışlar. Baxış başlamazdan əvvəl, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin yerdə narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bağçada altı ədəd çətənə kolunu özünün əkməsini, həmin kolları iştirakçılara göstərə biləcəyini bildirdiyinə görə, qeyd edilən ərazidə baxış keçirilmişdir. Həmin baxış zamanı görünürdü ki, evdə həmin vaxtı heç kim yoxdur və evin vəziyyətindən də bilinirdi ki, həmin evdə uzun müddətdir ki, yaşayış yoxdur. Baxış keçirilərkən, evin bağçasının aşağı hissəsindən ümumi sayı 6 (altı) ədəd olmaqla, üç ədəd budaqları olmayan kökü yerdə olan çətənə kolu, üç ədəd qismən budaqları olan çətənə kolu aşkar olunmuşdur, həmin yerdən təxminən yeddi-səkkiz metr kənarda 8 (səkkiz) ədəd qırıq çətənə kolunun budaqları aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, aşkar olunmuş, 6 (altı) ədəd çətənə kolu və 8 (səkkiz) ədəd çətənə kolunun budaqları ona məxsusdur, özü istifadə etmək üçün əkmişdir, həmin bitkiləri tək halda əkib qulluq edərək becərmiş, ev sahibi X5 bundan heç bir məlumatı olmamışdır. Onu da demişdir ki, bitki mühafizə mərkəzinin rəis əvəzi Şahid4 həmin ərazidə olan çətənə kolları və budaqlarına baxıb onlara aqrotexniki qaydada qulluq edilərək becərildiyini təsdiq etmişdir. Baxış zamanı aşkar olunmuş altı ədəd kol və səkkiz ədəd kol budaqları karton qutuya qoyularaq qablaşdırılmaqla, möhürlənib protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən heç bir şikayət və təkliflər daxil olmamış və protokol düzgün tərtib edildiyi üçün iştirakçılar və onun tərəfindən imza olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə RPŞ-nə getmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi və istifadə etməsi barədə onun həmin baxışdan əvvəlki müddətlərdə heç bir məlumatı olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik təbiətli bitki kollarını özü istifadə etməsi üçün əkib-becərmişdir. O, indiyə kimi Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəni pul qarşılığında və ya pulsuz verməsini eşitməmiş və ona belə bir məlumat daxil olmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün əkmişdir. Bildirmişdir ki, X10 və onun ailə üzvləri bir neçə ildir ki, kənddə yaşamırlar. Həmin şəxslər Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıya bilərlər, lakin onların bir-biri ilə yaxın münasibətləri olmamışdır. X10 və onun ailə üzvləri uzun müddətdir kənddən gedəndən kiminləsə əlaqə saxladıqlarını eşitməmiş, eləcə də onların Təqsirləndirilən şəxslə də hər hansı bir əlaqələrinin olmasını düşünmür. X7 məxsus evdə başqa heç kim də yaşamadığından və evdə yaşayış olmadığından ev çox baxımsız hala qalmış, bağçada ağaclarla birlikdə kol-kos bitmişdir. O, hesab edir ki, Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsinin baxımsız olmasından, evə heç kimin gəlməməsindən istifadə edərək həmin bağça hissədə özü tək halda narkotik təbiətli çətənə toxumlarını əkib qulluq edərək becərmişdir və bu işdə ona X10 və onun ailə üzvləri, eləcə də digər hər hansı bir şəxs köməklik etməmiş, kiminsə əlaqəsi, iştirakı və ya hər hansı bir formada köməkliyi və razılığı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Baxış və götürmə keçirilməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı X7 məxsus yaşayış olmayan bağçasının aşağı hissəsindən ümumi sayı altı ədəd olmaqla, üç ədəd budaqları olmayan kökü yerdə olan çətənə kolu, üç ədəd qismən budaqları olan çətənə kolu və təxminən yeddi-səkkiz metr kənarda səkkiz ədəd qırıq çətənə kolunun budağı aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş altı ədəd çətənə kolun və səkkiz ədəd çətənə kolunun budaqları olmaqla ona məxsusdur və özü istifadə etmək üçün əkmişdir. Şamaxı rayonu bitki mühafizə mərkəzinin rəis əvəzi Şahid4 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş rəydən görünür ki, Şamaxı rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəli olan Şamaxı rayonu, Çağan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində əkdiyi sahəyə birgə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən özünün yaşadığı kənd ərazisində yerləşən yaşayış olmayan evin həyətyanı sahəsindəki ərazidə əkilmiş ümumi sayı on dörd ədəd olan altı ədəd çətənə kolu və səkkiz ədəd həmin bitkilərə aid olan budaqlar aşkar edilmişdir. Altı ədəd çətənə kolundan üç ədəd gövdəsi qalmış çətənə kolunun hər birinin diametri 2 sm, uzunluğu 30-35 sm ölçüdə, digər qismən budaqları qalmış üç ədəd çətənə kolunun hər birinin diametri 2,5 sm, uzunluğu 45-50 sm ölçüdə, ümumi sayı səkkiz ədəd olan çətənə kollarının budaqlarının diametrləri 1 sm, uzunluqları müxtəlif ölçüdə olmaqla, ümumilikdə təxminən 40-45 sm-dir. Aşkar olunmuş ümumi sayı 14 ədəd olan - 6 ədəd çətənə kolu və 8 ədəd həmin kolun budaqlarına xüsusi aqrotexniki qulluq olunması müəyyən edilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan və diskdən görünür ki, üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və ona məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2021ci il tarixli 7/875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 7,806 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs evin bağçasına əkmiş olduğu ümumi sayı 14 ədəd quru vəziyyətdə ümumi çəkisi 455,0 qram olan 36-84 sm hündürlükdə bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim edilmiş çətənə (kannabis) bitkisinin hissələri və marixuana tərkiblərinə görə eynidir. Tədqiqata sərf edildikdən sonra marixuananın çəkisi 7,756 qram və çətənə (kannabis) bitki hissələrinin çəkisi 454,58 qramdır. Aparılmış tədqiqatın dəyəri 88,70 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal müvəqqəti saxlama yerindən azad olunmuşdur. “Maddi sübut kimi tanınma haqqında” 05 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əkdiyi sahədən 01 sentyabr 2021-ci il tarixdə götürülmüş 01 ədəd karton qutuda və 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, narkotik vasitə sayı altı ədəd olan, üç ədəd budaqları olmayan kökü yerdə olan çətənə kolu, üç ədəd qismən budaqları olan çətənə kolu və səkkiz ədəd qırıq budağı olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 ərazi bölmələrini idarəetmə birliyi Şamaxı rayon X6 Hüquqi şəxsin 16 sentyabr 2021-ci il tarixli 819 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Mərkəzi Xəstəxanasının narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 oktyabr 2021-ci il tarixli cavabdan görünür ki, Allahverdiyev X11 rayon Məhkəməsinin 20 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 16500000 manat məbləğində cərimə edilmişdir. Şamaxı rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62, 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-in 62-ci maddəsi xaric edilərək, 8 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şamaxı rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Xəzər rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə CPM-in 513, 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Şamaxı rayon İHB-nın şəhər üzrə nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli 2221 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 31 iyul 1971-ci il təvəllüdlü X1 və oğlu 14 avqust 1994-cü il təvəllüdlü X3 ilə Şamaxı şəhəri, Y.Şeydayev küçəsi, 3 saylı evdə qeydiyyatdadır. Şamaxı rayon İHB-nın şəhər üzrə nümayəndəliyi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 sentyabr 2021-ci il tarixli 3561 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi, yəni əkib yetişdirməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə üç dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edilməsi hallarının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamalı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 sentyabr 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 15 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 7,756 qram narkotik vasitə olan qurudulmuş marixuana, 454,58 qram çətənə (kannabis) bitkisinin hissələri məhv edilməli və ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 237.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 sentyabr 2021-ci il tarixdən 03 sentyabr 2021-ci il tarixədək 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 15 dekabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 7,756 qram narkotik vasitə olan qurudulmuş marixuana, 454,58 qram çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin. Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-122/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-122/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver