Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-13/2022 19.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə 13 avqust 1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, 45 saylı evdə qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 23 iyun 2015-ci il tarixdən hesablanmaqla 31 oktyabr 2009-cu il təvəllüdlü X3 və 12 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat cəmi 216,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1018/2015 saylı, 15 sentyabr 2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli, 3(074)-430/2020 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 04 yanvar 2021-ci il, 28 aprel 2021-ci il və 04 may 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 avqust 2021-ci il tarixinə kimi cəmi 9080,00 manat maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirililən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hazırda Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 13 nömrəli evdə kirayə yaşayır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti materialları bazarında fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla fəhləlik edir və aylıq gəliri 300-400 manat təşkil edir. Zərərçəkmiş şəxs Şamaxı şəhərində kirayə yaşadığı evin sahibinin qohumu kimi tanımış və münasibətləri yaranmışdır. 2005-ci ildə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Evliliklərindən 31 oktyabr 2009-cu il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Günel evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1018/2015 saylı, 15 sentyabr 2015ci il tarixli qətnaməsinə əsasən ondan 23 iyun 2015-ci il tarixdən hesablanmaqla 31 oktyabr 2009-cu il təvəllüdlü X3 və 12 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat, cəmi 216,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin imkanı kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ilk vaxtlar səhlənkarlıq etdiyindən, sonradan yığılmış aliment borcunu imkanı kifayət qədər olmadığından icra etməmişdir. Aliment borcunu hissə-hissə ödəmək istəsə də, bu barədə məhkəməyə müraciət etməmişdir. Məşğulluq mərkəzində müraciət etməməsinin səbəbi orada təklif olunan əmək haqlarının onu qane etməməsi olmuşdur. Təqdimat verilən günə, yəni 13 avqust 2021-ci il tarixə kimi Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1018/2015 saylı, 15 sentyabr 2015-ci il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 9080,00 manat təşkil etmişdir. O, borcundan 420 manat ödəniş etmişdir. Maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı şəhərində yaşayan bibisigilin kirayəşini kimi tanımış və münasibətləri yaranmışdır. 2005-ci ildə ailə hayatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 31 oktyabr 2009-cu il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Namiq ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətdə əsassız sözsöhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı üçün ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1018/2015 saylı, 15 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2015-ci il tarixdən hesablanmaqla 31 oktyabr 2009-cu il təvəllüdlü X3 və 12 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat, cəmi 216,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 13 avqust 2021-ci il tarixə kimi 9080,00 manat aliment borcunu ödəməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarında fərdi qaydada fəhləlik və usatalıqla məşğul olur. Ortalama gündəlik qazancı 30-40 manat təşkil edir və hazırda qeyri rəsmi İradə adlı qadınla birlikdə yaşayır. Təqsirləndirilən şəxs Şamaxı rayon məşğulluq mərkəzindən əmək haqqısı 300- 400 manat olan iş təklif edilsə də, o, əmək haqqının az oluğunu bəhanə gətirərək həmin işdən imtina etmişdir. Bu da onun yetərli qədər qazancının olduğunu göstərir. Təqsirləndirilən şəxs ona borcundan cəmi 420 manat ödəniş etmişdir. Ödənilməmiş borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, həbs olunmasını istəmədiyini, barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Xırdalan şəhərində dostları ilə birlikdə kirayə yaşayır. Fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə uşaqlıqdan dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Eurohome” tikinti materialları bazarında fəhlə kimi çalışdığını bildirmişdir. Özü də ustalıqdan əlavə olaraq Namiqlə birlikdə müxtəlif vaxtlarda “Eurohome” tikinti materialları bazarında fəhlə kimi işləmiş, gündəlik qazancı dəyişkən olmuş, 10-30 manat arası təşkil etmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və probasiya şöbəsində olan aliment işindən xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayon məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(074)-1018/2015 saylı qətnaməsinin əsasında verilən icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 23 iyun 2015-ci il tarixdən başlayaraq 31 oktyabr 2009-cu il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 108 manat məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 04.11.2015-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq borclu tələbi icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş tədbirlər qənaətbəxş olmamışdır. Şamaxı rayon məhkəməsinin 8(074)-456/2016 saylı, 28.11.2016-cı il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 17.12.2020-ci il tarixli, 3(074)-430/2020 saylı qərarı ilə 15 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Həbs tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Borclu Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixə aliment borcu 9080 manat təşkil edir. Tələbkar Zərərçəkmiş şəxs Şamaxı icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(074)- 1018/2017 saylı qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də ona təklif edilmiş faktiki imkanlardan istifadə etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunduğundan, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimatla İstintaq İdarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2015-ci il tarixli, 2(074)-1018/2015 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 31 oktyabr 2009-cu il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü X4 anası Zərərçəkmiş şəxs yanında qalmalı, borclu Təqsirləndirilən şəxs 23 iyun 2015-ci il tarixdən başlayaraq 31 oktyabr 2009-cu il təvəllüdlü X5 və 12 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 108 manat məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 8(074)-456/2016 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüquqi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 8(074)-101/2019 saylı qərardadının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli 3(074)-430/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına veirlmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X1 8 saylı Ərazi Məşğulluq Mərkəz filialının 16 may 2021-ci il tarixli **********2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda alınmış, lakin onunla əlaqə saxlamaq mümkün olmadığından işlə təmin etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs filiala müraciət etmədiyindən münasib olan boş iş yerləri təklif edilə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 25 oktyabr 2021-ci il tarixdə 140 manat, 08 noyabr 2021-ci il tarixdə 90 manat, 15 noyabr 2021-ci il tarixdə 75 manat olmaqla Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan cəmi 305,0 manat ödənilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, borcundan 305 manat ödəməsini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2(iki) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Propasiya idarəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-13/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-13/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver