Məhkəmə qərarları › İş №1(074)-13/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-13/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-13/2024 24.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, İmamlı küçəsi, ev 54-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 20 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən evinin həyətində əmisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu yaşadığı evin həyətindən çıxartdıqdan sonra saat 15:10 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri, İmamlı küçəsində fərdi yaşayış evlərinin əhatəsində, yaşadığı evin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud sürətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə açıqca hörmətsizlik edərək ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq təxminən 10 dəqiqədən artıq müddət ərzində səsküy yaratmaqla əmisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmasının qarşısını almaq məqsədi ilə onunla dartışdıqdan sonra sonuncunun sinə nahiyəsindən tutaraq onu qapıya doğru sıxıb cibindən çıxartdığı və silah qismində istifadə etdiyi əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sol bilək nahiyəsindən vurduqdan sonra əli ilə onu itələyərək yerə yıxıb ona sağ əlin birinci barmağın arxa səthinin və sağ sağrı nahiyəsinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan, sol saidin yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə edib şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şahid4 onun bibisi, Zərərçəkmiş şəxs isə onun əmisidir. Həmin şəxslərlə onun bir neçə ildir ki münasibəti yoxdur. Zərərçəkmiş şəxs bir neçə dəfə onun barəsində əsassız olaraq Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Hazırda yaşadığı ev onun əmisi İbrahimə məxsus olsada vəfat edən babası Osmanın mülkü olduğundan o, həmin evdə qardaşı Şahid1 və anası Şahid3 ilə birlikdə yaşayır. Bibisi Şahid4 onlarla birlikdə yaşayır. Evin birinci mərtəbəsində bibisi, ikinci mərtəbəsində isə onlar yaşayır. 20 avqust 2023-cü il tarixdə o, evdə yatan zaman səs-küy eşidib yuxudan oyanmış və həyətdə Zülfiyyə ilə İbrahimin onun ailə üzvləri ilə mübahisə etdiyini görüb dərhal həyətə düşərək onların ikisinidə evin həyətindən çıxartmış və onlara məhkəmənin qərarını gətirmələrini bildirmişdir. Onlar küçəyə çıxdıqdan bir qədər sonra İbrahim yenidən həyətə daxil olmaq istəsədə o, qapını tutub saxlamış, həmin vaxtı İbrahim onu nalayiq söyüşlərlə söyüb təhqir etsədə o, İbrahimin evin həyətinə daxil olmasına imkan verməmişdir. O, orada İbrahimi evin həyətinə buraxmadığı üçün İbrahim oradan uzaqlaşaraq çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs evin həyətinə buraxmayan zaman İbrahimə qarşı hər hansısa bir fiziki güc tətbiq etməmiş, sadəcə qapını tutub saxlamışdır ki, İbrahim evə daxil olmasın. İbrahim və Zülfiyyə adlı şəxslər onların evinin həyətində olan zaman o, həmin şəxslərlə dava etməmiş, həmçinin onlardan hər hansısa bir şəxs onun yanında onun ailə üzvlərinə hər hansısa bir xəsarət yetirməmişdir. Sadəcə olaraq İbrahim evin həyətindən çıxmaq istəmədiyindən o, İbrahimi zorla həyətdən çıxartmış və məhkəmənin qərarını gətirməsini söyləmişdir. İbrahim və Zülfiyyə onun yanında onun ailə üzvlərini vurmasada o, həyətə düşənə qədər onlar onun anası və qardaşını vurmuş, sonradan bütün bunları qardaşı ona söyləmişdir. Həmçinin küçədə olan zaman onu həmin şəxslərdən kimsə sol qol nahiyyəsindən vurmuş, lakin səs küy olduğundan onu vuran şəxsin İbrahim və yaxudda Zülfiyyə olmasını bilməmişdir. Zərərçəkmiş şəxs hansı formada xəsarət alması ilə bağlı hər hansısa bir məlumatı yoxdur. O, onu yaşadığı evin həyətindən çıxardan zaman İbrahim ona müqavimət göstərdiyindən ola bilərki onun qol nahiyyəsi harasa dəymiş və qolundan xəsarət almışdır. Lakin o, həmin hadisə vaxtı İbrahimi vurub xəsarət yetirməmişdir. O, evdə olan zaman bibisi Şahid4 onun anası və qardaşı ilə ev məsələsinə görə mübahisə etmişdir. Ümumiyyətlə onlar arasında uzun illərdir ki, ev məsələsinə görə problemlər yaşayır. Nəticədə Zərərçəkmiş şəxs ev məsələsinə görə məhkəməyə müraciət etmiş və hazırda mülki mühakimə icraatı qaydasında Şamaxı rayon məhkəməsində onların işinə baxılır. O, hadisədən əvvəl bibisi Şahid4 hər hansısa bir xəsarət yetirməmiş, həmçinin o, mübahisə baş verən zamanda Şahid4 hər hansısa bir xəsarət yetirməmişdir. Onun Şahid4 ilə həmin vaxtı arasında hər hansısa bir söz söhbət olmamışdır. Yəni ki, o, hadisə vaxtı Şahid4 vurmamış, həmçinin Zülfiyyə, guyaki əlində boru ilə onun bel nahiyyəsindən vurmağını həmçinin yumruqla baş nahiyyəsindən vurmağını söyləsədə o, Şahid4 hər hansısa bir xəsarət yetirməmiş, həmçinin onu vurmamışdır. Şahid2 ifadəsində guya onun Zülfiyyəni döydüyünü,onun arxası ilə qaçdığını və onları küçədə nalayiq ifadələrlə təhqir etdiyini bildirsədə həmin şəxsin söylədikləri yalandır və o, Zülfiyyənin arxası ilə küçəyə qaçmamış, həmçinin onu boru parçası ilə vurmamışdır. O, küçədə qonşuların ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Şahid5 orada olubolmaması barədə hər hansısa bir məlumatı yoxdur. Çünki zənn edir ki o, orada Fəxrəddini görməmişdir. Lakin Fəxrəddinin söylədikləri tamamilə yalandır. Çünki o, İbrahimin sinəsindən tutub qapıya sıxmamışdır. Sadəcə olaraq qapını əli ilə tutub onu içəri buraxmayıb oradan uzaqlaşmasını bildirmişdir. Onun İbrahim ilə küçədə olan mübahisəsi təxminən 10 dəqiqə davam etmişdir. O, küçədə təxminən nə qədər adam olmasını xatırlamır. Çünki həmin vaxtı əsəbi olduğundan ətrafa fikir verməmişdir. Qapının qarşısında o, İbrahim ilə mübahisə edərək onu həyətə buraxmadıqda həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətsədə o, onun ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Baş vermiş mübahisə zamanı zənn edir ki onun anası və qardaşı küçədə olmuşdur. Təxminən 2022-ci il tarixində qonşular onların evinə gələrək İbrahim adlı şəxsin çəkdiyi sudan istifadə etməməmiyini bildirdiklərindən onun ailəsi arasında qonşularla mübahisə yaranmışdır. Lakin həmin qonşuların kim olmasını xatırlamır. Çünki o, qeyd olunan vaxtı evdə olmamış, onlarında nə üçün bununla bağlı onlarla mübahisə etməyinin səbəbi hələ də ona məlum deyil. Bundan başqa qonşular istəyir ki onlar evdən çıxsınlar və o evi alsınlar. Yəni ki, Zərərçəkmiş şəxs evi satmaq istədiyi üçün və qonşular da həmin evi almaq marağında olduğundan, zənn edir ki, məqsədli şəkildə onun əleyhinə danışırlar. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid4 onun bacısıdır. O, ailə həyatı qurmadığı üçün Şamaxı şəhəri İmamlı küçəsində yerləşən və hazırda onun mülkiyyətində olan ata evində yaşayır. Həmçinin Şahid1, Təqsirləndirilən şəxs onun vəfat edən qardaşı oğlanlarıdır. Şahid3 Hacıməmməd qızı isə onun vəfat edən X7in həyat yoldaşıdır. Qardaşı vəfat etdiyi üçün o, onlara şərait yaratmışdır ki, onun mülkiyyətində olan İmamlı küçəsində yerləşən evdə qalsınlar. Bacısı və mərhum qardaşının ailə üzvləri hər biri həmin evdə birlikdə yaşayır. Ev iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə bacısı, ikinci mərtəbədə isə qardaşının ailə üzvləri yaşayır. Onların arasında mütəmadi olaraq narazılıqlar olmuşdur. O, özü isə daimi olaraq Bakı şəhərində yaşasada səhətilə əlaqədar avqust ayında Şamaxı rayonunda Pirsaat yaşayış massivində bacısı Mələk Piriyevanın evində qalmışdır. 20 avqust 2023-cü il tarixdə təxminən 14:30 radələrində bacısı Şahid4 qonşusu Mahirə Canməmmədova bacısı Mələk Piriyevaya telefon vasitəsi ilə zəng edərək evdə bacısı Zülfiyyəni döydüklərini bildirmişdir. Bu səbəbdəndə o, dərhal taksiyə əyləşərək bacısı Şahid4 evinə getmişdir. O, oraya çatan zaman Osman, Tural və Gülxanım qapının qarşısına çıxaraq onu evin həyətinə buraxmamışdır. Bu zaman onların arasında mübahisə yaranmış və mübahisə zamanı Osman və Gülxanım onu yumruqla sinə nahiyyəsindən vurmağa başlamışdır. O, qapının əl tutanını əli ilə tutub açmaq istəyərək içəri daxil olmaq istəsədə həmin şəxslər ona imkan verməmişdir ki, o, qapını açıb içəri daxil olsun. O,da həyətə daxil olmaq üçün qapının əl tutulanını buraxmadığından Tural adlı şəxs cibindən çıxardığı dəmir parçası ilə onun sol qol nahiyyəsinin biləkdən yuxarı hissəsini kəsdiyindən o, qapının əl tutulanını buraxmışdır. O, qapını buraxdıqdan sonra Osman və Tural onun paltarından tutaraq onu qalxızıb daşın üstünə atmış və o, yıxılan zaman sağ ayağının yuxarı hissəsindən xəsarət almışdır. Həmçinin belindədə ağrılar yaranmışdır. Bu zaman qonşular gəlib onu onların əlindən almış və onları evin həyətinə salmışdır. Həmin vaxtı bacısı Şahid4 onun yanında olmuşdur. Bundan sonra onlar Polis Şöbəsinə müraciət etmiş və RPŞ-nin əməkdaşları gəldikdən sonra onları Şamaxı RPŞ-nə gətirmişdirlər. Hadisə zamanı bacısı Şahid4 əlində ağac parçası həmçinin hər hansısa bir əşya olmamışdır. O, hadisə zamanı Osman, Tural və Gülxanıma hər hansısa bir xəsarət yetirməmiş, həmçinin onlar onu vuran zaman o sadəcə olaraq özünü müdafiə etmişdir. O, hadisə zamanı Təqsirləndirilən şəxs hər hansısa bir xəsarət yetirməmiş, həmçinin bacısının əlində ağac parçası olmadığından o, yerdən hər hansısa bir ağac parçası götürməmişdir. Hadisə ümumilikdə yarım saata yaxın davam etmişdir. Ətrafda təxminən 10 nəfər şəxs olmuş, həmin şəxslər Mahirə Canməmmədova, Bəhlul Canməmmədov, Fəxrəddin Canməmmədov, Gövhər Canməmmədov, Fəxrəddin adlı şəxsin qızı Günay Canməmmədova olmuş, həmçinin ətrafda tanımadığı bir neçə şəxs olmuşdur. Onun hadisə yerinə getməkdə məqsədi sadəcə olaraq bacısını onların əlindən almaq olmuşdur. Çünki həmin şəxslər əvvəllərdə onun bacısını dəfələrlə vurduqlarından o, oraya getmişdir ki bacısını müdafiə edib imkan verməsin ki onlar onun bacısını vursunlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid4 onun bibisi, Zərərçəkmiş şəxs isə onun əmisidir. Həmin şəxslərlə onların bir neçə ildir ki münasibəti yoxdur. Zərərçəkmiş şəxs bir neçə dəfə onların barəsində əsassız olaraq Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Hazırda yaşadığı ev onun əmisi İbrahimə məxsus olsada vəfat edən babası Osmanın mülkü olduğundan o, həmin evdə qardaşı Təqsirləndirilən şəxs və anası Şahid3 ilə birlikdə yaşayır. Həmçinin onlarla birlikdə bibisi Şahid4 yaşayır. Yəni evin birinci mərtəbəsində bibisi, ikinci mərtəbəsində isə onlar yaşayır. 20 avqust 2023-cü il tarixdə onlar evin həyətində olan zaman bibisi Şahid4 onlara yaxınlaşaraq səs küy salıb onlarla mübahisə edərkən onları nalayiq söyüşlərlə evdə təhqir edib onları evdən çıxardacağını bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və o, evdən çıxaraq gedib təxminən 40 dəqiqə sonra , qardaşı yəni Zərərçəkmiş şəxs ilə evin həyətinə daxil olmuş və onları evdən çıxartmaq istəmişdir. Həmin vaxtı Zülfiyyənin əlində ağac olmuş və o, ağac ilə onun sağ qol nahiyyəsindən vurmuşdur. Zülfiyyə onu vuran zaman əmisi İbrahimdə baş nahiyyəsinə 2-3 dəfə yumruqla vurmuşdur. Həmin şəxslər onlardan evi tərk etməklərini tələb edərkən onlar həmin şəxslərə bildirmişdir ki, məhkəmənin qərarını gətirsinlər. Lakin bu zaman Şahid4 əlindəki ağac parçası ilə anası Gülxanımın qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Zülfiyyə onun anasını vurduqdan sonra İbrahimdə onun anasının baş nahiyyəsinə yumruqla vurmuşdur. Həmin vaxtı səs küyə qardaşı gəlmiş və İbrahim qardaşının üzərinə gələn zaman qardaşı onu həyətdən küçəyə çıxartmış, bu zaman İbrahim qardaşını vurmaq istəmişdir. Onlar dartışan zaman qardaşı onu küçəyə çıxardarkən İbrahimin qolu qanamışdır. Lakin onun qolunun necə qanadığı barədə məlumatı yoxdur. Təxminən 10-15 dəqiqə sonra onlar yenidən həyətə gəlib daxil olmaq istədikdə qardaşı qapını tutub saxlamış və onları içəri buraxmamışdır ki gedib məhkəmənin qərarını gətirsinlər. Lakin onlar evə daxil olmaq istədiklərindən o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi İbrahim oranı tərk edərək çıxıb getmiş, Zülfiyyə isə evin həyətinə daxil olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparmışdır. Lakin Zülfiyyə adlı şəxs polislərin orada olmasına baxmayaraq onun ünvanına yaşadığı evin həyətində nalayiq ifadələr işlətmişdir. Onların arasında evin həyətində mübahisə olan zaman o və anası, İbrahim və Zülfiyyə adlı şəxsə hər hansısa bir xəsarət yetirməmişdir. Həmçinin özlərini müdafiə etmək məqsədi ilə belə onlara hər hansısa bir xəsarət yetirməmişdirlər. Çünki onlar bilirki ki,həmin şəxsi vurduqları təqdirdə onlar şikayət edəcəkdirlər. O və qardaşı küçədə Zərərçəkmiş şəxs vurub xəsarət yetirməmişdir. Çünki onlar bilirki ki, o əməliyyat olub və onu vuracaqları təqdirdə onun səhəti pisləşəcəkdir. Onlar həmin şəxsləri vurmadığı üçün İbrahim və Zülfiyyənin bədən nahiyyəsində olan xəsarətlərin hansı formada yaranması ilə bağlı heç bir məlumatı yoxdur. Lakin İbrahim həyətdə olan zaman ola bilsinki qol nahiyyəsi harasa dəydiyindən onun qolu qanamağa başlamışdır. Lakin onlar ona hər hansısa bir xəsarət yetirməmişdirlər. İbrahim adlı şəxs həyətə daxil olmaq istədikdə qardaşı qapının giriş hissəsini əli ilə tutaraq ona imkan vermirdi ki o, həyətə daxil olsun. Həmin vaxtı isə o, evin həyətində dayanmışdır. İbrahimin həyətə daxil olmaq istədiyini gördüyü üçün DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hacıməmməd qızı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, mərhum atası Şahid1 məxsus evdə yaşayır. Atası 1984-cü ildə vəfat etdikdən sonra atasından onlara qalan İmamlı küçəsi ev 54 ünvanında olan evdə iki qardaşı, o, bacısı və anası birlikdə qalmışdır. X6 1988-ci ildə ailəsi ilə birlikdə başqa evə köçdüyündən o, mərhum qardaşı Azər ilə birlikdə yaşamağa başlamışdır. X7 1993-cü ildə ailə həyatı qursada o ailəsi ilə birlikdə onların ata evində yaşamağa başlamışdır. Lakin mərhum X7 və onun ailə üzvləri o, və anası ilə mütaəmadi olaraq mübahisələr etmiş, aralarında narahatçılıqlar yaranmışdır. Onların evi iki mərtəbədən ibarətdir. Evin birinci mərtəbəsində onlar qalır, ikinci mərtəbəsində isə qardaşı və ailə üzvləri qalır. Anası 2006-cı ildə vəfat etdikdən sonra o, qardaşı və onun ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. 2016-cı ilin fevral ayında qardaşı Azər adlı şəxs vəfat etdikdən sonra həmin evdə o, qardaşının həyat yoldaşı Gülxanım, oğlanları Osman, Tural, Nuhbaba və Rizvan adlı şəxslər birgə yaşamağa başlamışdır. Həmin vaxtdan sonra onlar mütəmadi olaraq onunla əsaslı bir səbəb olmadan mübahisə edir, ona həmin evdə su vermiyib ona tez-tez atmacalar atıb onu bezdirmək istəmişdirlər ki evdən çıxsın. Lakin həmin ev onun mərhum atasının olduğundan və hazırdada qeyd olunan ev rəsmi sənədlə qardaşı Zərərçəkmiş şəxs mülkiyyətindədir. Lakin onlar hər dəfəsində ona atmacalar ataraq söyləmişdirlər ki “səni bezdirib bu evdən çıxardacağıq”. 20 avqust 2023-cü il tarixdə təxminən saat 14:00 radələrində o, yaşadığı evin həyətində paltar asan zaman Gülxanım onun ünvanına heç bir əsas olmadan nalayiq ifadələr işlədib ona atmacalar atdığından, o, da ona cavab qaytaran zaman aralarında mübahisə yaranmış və bu zaman onun oğlu Tural adlı şəxs onların mübahisə etməsini görüb dərhal ona yaxınlaşmış və onun başındakı şalını dartıb çıxardaraq baş nahiyyəsinə 3 dəfə yumruqla vurmuşdur. Bu zaman onlar dartışmağa başlayan zaman Gülxanım və Osman adlı şəxslərdə onun qol və bel nahiyyəsindən vurmağa başlamışdır. Həmin vaxtı o, özünü müdafiə etmək məqsədi ilə onlara əl qol atmışdır ki ondan uzaqlaşsınlar., lakin Tural adlı şəxs həyətdə olan kapron su borusunu yerdən götürüb onun kürək nahiyyəsinə vurmağa başlamışdır. Həmin vaxtı qonşusu Mahirə adlı şəxs səs küyə gəlib çəpərin üzərindən onları gördüyündən o, ona söyləmişdir ki tez qardaşı İbrahimə zəng edib məlumat versin. Mahirədə bu səbəbdən zənn edir ki qardaşı İbrahimə zəng edib məlumat vermiş və təxminən 15 dəqiqə sonra qardaşı oraya gəlmişdir. İbrahim gələnə qədər onlar onunla dartışmağa və onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdirlər. İbrahim gəldikdən sonra evə daxil olmaq istədə hər 3 şəxs onun qardaşını qapıdan həyətə daxil olmağa qoymamış və söyləmişdirlər ki “məhkəmənin qətnaməsin gətirməsən səni içəri buraxmayacağıq”. Lakin həmin şəxslər onu döydüklərindən qardaşıda təkidlə evin həyətinə daxil olmaq istəsədə onlar qardaşını vurmağa başlamışdır. Həmin vaxtı Tural əlindəki dəmir parçası ilə qardaşının qol nahiyyəsinə və bədən nahiyyəsinə vurmuşdur. Digər iki nəfər şəxsdə yəni Mahirə və Osmanda qardaşını əlləri ilə vurmuşdur. Bu zaman qonşular yaxınlaşıb onları aralamış və sakitləşdirib uzaqlaşdırmışdırlar. Daha sonra onlar Şamaxı RPŞ-nə müraciət etmişdir. Hadisə ümumilikdə təxminən 1 saat davam etmişdir. Hadisə yerində Mahirə və digər qonşular olmuşdur. Hadisə zamanı o, sol qolundan, sol əlinin üstündən, bel nahiyyəsindən və başından xəsarət almış, başqa heç bir yerindən xəsarət almamışdır. Onların arasında mütəmadi olaraq əvvəllər dava dalaş olmuş, yəni həmin şəxslər hər dəfəsində ona atmacalar atıb onu qəzəbləndirmiş və nəticədə onun tək qadın olmağımdan istifadə edərək onu vurmuşdurlar. O, hadisə zamanı tək olduğumdan və onların hər üçü onun üzərinə gələrək onu vurduqlarından o, özünü müdafiə etmək məqsədi ilə əl qol hərəkətləri edə bilər. Ola bilsinki o, özünü müdafiə edən zaman onların sol bazu nahiyyəsində dərəcəsiz xəsarətlər olmuşdur və yaxuddaki özləri özlərinə xəsarət yetirmişdirlərki onları şərləsinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tural, Osman, Gülxanım, Zülfiyyə və İbrahimi uzun müddətdir ki tanıyır. Həmin şəxslərlə uzaqdan qohumluq əlaqələridə vardır. 20 avqust 2023-cü il tarixində təxminən saat 14:00 radələrində o, yaşadığı evin həyətindəki bostanda iş görən zaman Zülfiyyə qaçaraq onlara tərəf gəlmiş və “Mahirə məni qutar bunlar məni öldürür” deyə qışqıran zaman o, Zülfiyyənin saçının yonulduğunu, onun döyüldüyünü görmüşdür. Həmin vaxtı Turalda onun arxası ilə qaçaraq gəlmiş və onun əlində şilanqa bənzər hər hansısa bir əşya olmuşdur. O, orada Turalın üzərinə qışqırmışdır ki “nə istəyirsiniz bu Zülfiyyədən niyə bu qızı öldürürsünüz” həmin vaxtı Tural onu və ətrafda yaşayan qonşuları nalayiq söyüşlərlə söyüb təhqir edərək heç kimin hadisəyə qarışmamasını söyləmişdir. Bu zaman o, Zülfiyyəyə köməklik göstərmiş və onun bel nahiyyəsində və bədəninin müxtəlif nahiyyələrində xəsarət olduğunu görüb həmin vaxtı qardaşına zəng edərək gəlib ona köməklik göstərməsini istəmişdir. Daha sonra isə qardaşı İbrahim oraya gəlmiş, lakin oŞ küçəyə çıxmamışdır. Həmin vaxtı həyətdən səs küy eşidirdi ki, onlar İbrahimi həyətə buraxmaq istəmirdi. Daha sonra qardaşı İbrahimi onların evinə gətirmiş və İbrahimin paltarının cırıldığını, qolunun qanadığını görmüş, o, və qardaşı ona köməklik göstərmişdir. Tural və Osman adlı şəxslər əvvəllərdə mütəmadi olaraq Zülfiyyəni nalayiq ifadələrlə söyüb təhqir etmişdirlər. Həmçinin onlarada söz atırlar. Onların məqsədi Zülfiyyəni evdən çıxartmaqdır. Hadisə zamanı ətrafda qonşular olmuşdur. O, küçəyə çıxmasada onların evinin həyətində yerləşən bostandan küçə görünür. Onların İbrahimi vurmasının şahidi olmasada sonradan küçəyə baxan zaman qonşuların oraya yığışdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Tural, Osman, Gülxanım və İbrahimi uzun müddətdir ki tanıyır. Həmin şəxslərlə münasibətləri hər zaman normal olmuş, aralarında hər hansısa bir narahatçılıq olmamışdır. 20 avqust 2023-cü il tarixində təxminən 15:00 radələrində o, səs eşidərək küçəyə çıxmış və küçədə olan zaman Tural adlı şəxsin küçədə əmisi İbrahimi tutub qapıya tərəf sıxdığını görmüşdür. Həmin vaxtı İbrahim həyətə daxil olmaq istəsədə Tural ona söyləmişdir ki, “məhkəmə qərarı olmasa səni evə buraxmıyacağam.” Həmin vaxtı o, onlara yaxınlaşaraq Turalı, anası Gülxanımı və Osmanı sakitləşdirib həyətə salmış və İbrahimi isə özü ilə götürüb evə gətirmişdir. O, onu evə gətirən zaman onun sol qol nahiyyəsindən xəsarət aldığını və qolunun qanadığını görmüşdür. O, onu evə gətirdikdən sonra sonra ona köməklik göstərmiş və qolunun qanını təmizləmişdir. O, hadisə yerinə gələn zaman orada təxminən 5-6 nəfər əlavə şəxs olmuşdur. Lakin onların kim olmasını bilmir. O, hadisə yerinə gələn zaman Osman, Tural və Gülxanım adlı şəxslərin İbrahimə qarşı xəsarət yetirmələrinin şahidi olmamışdır. Ola bilsinki həmin şəxslər o, oraya gələnədək İbrahimə xəsarət yetirmişdirlər. Çünki o, gəlib onlara yaxınlaşdıqda artıq onları sakitləşdirib oradan kənarlaşdırmışdır. Hadisə zamanı o, Tural adlı şəxsin əlində hər hansısa bir dəmir parçası görməmişdir. O, Tural və onun ailə üzvlərini sakitləşdirib həyətə saldıqdan sonra onlar tərəfindən İbrahimə qarşı hər hansısa bir hərəkət edilməmişdir. O, ümumiyyətlə kiminsə kimisə vurmasını görməmişdir. O, yalnız Turalın qapının arxasında dayanmasını və İbrahimi içəri buraxmamasını görmüşdür. Turalın əlində dmir parçası görməmiş, onun İbrahimi dəmir parçası ilə vurmasının şahidi olmamışdır. O, İbrahimi evinə gətirərkən sol qolunun qanadığını görmüş, lakin ondan bu haqda heçnə soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin eksperti X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xatırlayır. Bacısı ilə birlikdə müayinəyə gəlmişlər və onları müayinə etdikdən sonra müvafiq rəyi tərtib etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs olan xəsarətlərin yerləşəmə yeri onu deməyə əsas verir ki, həmin xəsarətlərin hamısı kənar şəxs tərəfindən yetirilməyə uyğundur. Həmin xəsarətlər küt əşya təsirindən yarana bilərlər. Qeyd etmək lazımdır ki, əl də küt əşyadır. Lakin sağ saidin yarası bərk əşya ilə törədilməyə uyğundur. Həmin xəsarət əlin dəmirə möhkəm dəyməsi nəticəsində də yarana bilər. Lakin həmin xəsarət harasa sürtünmə nəticəsində yaranmağa xarakterik deyildir. Çünki yaranın ətrafında sürtünmə ilə dərinin zədələnməsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 23 avqust 2023-cü il tarixli, 270 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol saidin yarası, sağ əlin birinci barmağın arxa səthinin və sağ sağrı nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ əlin birinci barmağının və sağ sağrı nahiyəsinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə, sağ saidin yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 23 avqust 2023-cü il tarixli, 271 saylı ekspert rəyindən görünür ki, Şahid4 almış olduğu xəsarətlər- sol əlin arxa səthinin, sol bazunun və kürək nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Şahid4 almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 23 avqust 2023-cü il tarixli, 273 saylı ekspert rəyindən görünür ki, Şahid1 almış olduğu xəsarət - sağ bazunun qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir. Şahid1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 23 avqust 2023-cü il tarixli, 274 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət izi aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 23 avqust 2023-cü il tarixli, 275 saylı ekspert rəyindən görünür ki, X1 almış olduğu xəsarət - sol bazunun qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğun gəlir. X1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Eyni zamanda iş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, İmamlı küçəsinə hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, lakin hadisənin baş verdiyi ərazinin yaxınlığında müşahidə kameraları müəyyən edilməmişdir. Həmçinin hadisənin şahidi olmuş Şahid2 və Şahid5 müəyyən edilərək dindirilməsi üçün Şamaxı RPŞ-nin istintaq bölməsinə gətirilmiş, qonşularla proflaktik söhbətlər aparan zaman həmin tarixdə küçədə səs küy olduğunu və ətrafa vətəndaşların toplaşması müəyyən edilsə də, hadisənin digər şahidlərini müəyyən edib RPŞ-nin istintaq bölməsinə gətirilməsini, həmçinin Zərərçəkmiş şəxs iddia etdiyi dəmir parçasını, həmçinin həmin dəmir parçasını kimlərinsə görüb-görməməsini müəyyən etmək mümkün olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı şəhəri, İmamlı küçəsində Zərərçəkmiş şəxs mülkiyyətində olan evin qarşısıdır. Zərərçəkmiş şəxs həmin hadisə yerini təqdim edərək xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Tural, Osman və Gülxanım adlı şəxslərin onu küçədə qapının qarşısında döydüyü yeri təqdim etmişdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir əşya götürülmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqirləndiirlən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSYdən azad edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində ilk əvvəl yaşadığı evin həyətində əmisi və bibisi ilə baş vermiş mübahisənin olduğu yeri, daha sonra onları evin həyətindən çıxardaraq məhkəmənin qərarını gətirməyi tələb etmişdir. Daha sonra onlar evdən çıxmış və 10 dəqiqə sonra əmisi həyətə daxil olmaq istədiyi üçün küçə qapısını bağlayıb əli ilə qapını tutub onu həyətə buraxmamış həmin vaxtı əmisi arxaya gedərək ayağının yerdəki daşa ilişərək yıxıldığını bildirib həmin yerləri göstərmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək ona həmin Məcəllənin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid4 mərhum qardaşları Azər Babayevin övladları Osman, Tural və Nuhbabanın barəsində etdikləri müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Şahid1 və Təqsirləndirilən şəxs barəsində etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 15 dekabr 2023-cü il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Şahid3 Hacıməmməd qızı, Şahid1, Təqsirləndirilən şəxs, X5 və X3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi Şamaxı rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin, yəni Zərərçəkmiş şəxs sağlamlığına silah qismində istifadə olunan əşya ilə yüngül zərər vurmaya aid xəsarətlərin xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə Təqsirləndirilən şəxs əməlində belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 20 avqust 2023-cü il tarixdə, saat 15 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 20 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs Osman oğlu əmisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları evin həyətindən çıxartmış və onlara məhkəmənin qərarını gətirmələrini bildirmişdir. Onlar küçəyə çıxdıqdan bir qədər sonra Zərərçəkmiş şəxs yenidən həyətə daxil olmaq istəsə də, o, qapını tutub saxlamış və İbrahimin evin həyətinə daxil olmasına imkan verməmişdir. İbrahim evin həyətinə daxil ola bilməmiş, daha sonra qonşusu Şahid5 onu özü ilə aparmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs sağ əlin birinci barmağının və sağ sağrı nahiyəsinin qançırlarısağlamlığa zərər vurmayan xəsarətlər və sağ saidin yarası-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 20 avqust 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş və Təqsirləndirilən şəxs aktiv hərəkətləri nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında aralarında olan şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına yuxarıda sadalanan xəsarətləri yetirmişdir. Məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs doğma qardaşı oğludur. Onlar arasında münasibətlər uzun müddətdir ki, kəsilmiş, bir-birilərinin barəsində müxtəlif şikayətlər etmişlər və hazırda aralarında təqsirləndirlən şəxs və ailəsinin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisələri mövcuddur. Göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi sonuncuların qohumluq münasibətləri zamanı aralarında evlə bağlı yaranmış mübahisənin gedişatında baş vermişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Məhkəmə həmçinin yuxarıda göstərilənlərin davamı olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda istinad olunan dəmir parçası maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu (Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyini) göstərən (zərərçəkmiş və onun bacısının ifadələrindən başqa) digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin əlamətləri müəyyən edilmədiyindən onun əlində hətta dəmir parçasının olması belə onun əməlinin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs ilə əmisi olan Zərərçəkmiş şəxs arasında uzun müddət evlə bağlı mübahisə və bundan irəli gələn münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, müvafiq olaraq da Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Yəni ki, Təqsirləndirilən şəxs cinayətə sövq edən amil müstəsna olaraq ev üstündə zərərçəkmişlə münaqişədən törəyən şəxsi münasibətlər olub, məqsədi də yalnız zərərçəkmişi evin həyətindən çıxarmaq olduğundan, yəni cinayətkar qəsdi məhz bu məqsədlərin realizə edilməsinə yönəlib, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında Məhkəmə qeyd etmişdir ki, əslində bir çox cinayətlər (hətta ehtiyatsızlıqdan belə törədilən yol hərəkəti, texniki təhlükəsizlik qaydalarının pozulması kimi əməllər belə) ictimai yerlərdə, məsələn küçədə, idarə və müəssisələrdə törədildikdə, həmin yerdə çox sayda insanların toplaşmasına, nəticə etibarı ilə ictimai qaydanın - nəqliyyatın, idarə və müəssisələrin normal iş rejiminin pozulmasına səbəb ola bilər. Və yaxud şəxsə qarşı zor tətbiq edilməsi, hədəqorxunun işlədilməsi, zərərçəkmişin əmlakının zədələnməsi, məhv edilməsi kimi hərəkətlərdə ifadə olunmuş cinayətlər, bu cinayətlərin obyektini cinayət qanunu ilə qorunan başqa hüquq münasibətlərinin təşkil etməsinə baxmayaraq, həm də ümumqəbuledilmiş davranış modelinin, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarının pozuntuları kimi də şərh edilə bilərlər, nə qədər ki, istənilən qəsdən törədilmiş cinayət cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarından, ümumqəbuledilmiş normalardan kənara çıxma, onlara etinasızlığın təzahürü kimi özünü göstərir. Lakin, bu iki qrup halların heç birində ictimai qaydanın pozulması, cəmiyyətə hörmətsizliyin ifadə olunması təqsirkarın qəsdinin yönəldiyi obyekt kimi çıxış etmirsə, xuliqanlıqda təqsirkar şəxsin qərəzli hərəkətləri məhz ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəldilmiş olur. Lakin, bu onu da demək deyil ki, xuliqanlıqda ictimai qaydanın pozulması mütləq şəkildə hansısa real nəticələrdə, misal üçün iaşə obyektinin, digər müəssisənin fəaliyyətinin, nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasında, başqa cür pozulmasında özünü göstərməlidir. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən dəmir parçasından silah qismində istifadə etməsi öz təsdiqini tapmadığından onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-nin heç bir maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən heç bir cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edimişdir ki, 20 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs Osman oğlu əmisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs aktiv hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, xüsusən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin eksperti X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu sağ saidin yarası xəsarəti kənar şəxs tərəfindən yetirilməyə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatinə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar