Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-14/2022 02.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təvəkkül oğlunun iştirakı ilə, xx xxxx 2000-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan, faktiki Şamaxı şəhəri, Çingiz Mustafayev küçəsi, 37 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07.09.2021-ci il tarixdə saat 23:30 radələrində Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 400 (dörd yüz) manat dəyərində olan cəmi 03 (üç) baş xırda buynuzlu qoç heyvanı, hər biri 100 (yüz) manat dəyərində olan cəmi 02 (iki) baş xırda buynuzlu keçi heyvanı, hər biri 165 (yüz altımış beş) manat dəyərində olan cəmi 52 (əlli iki) baş xırda buynuzlu qoyun heyvanlarını gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9980 (doqquz min doqquz yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, Şahid2 və Şahid1 tanıyır, onlarla münasibəti normaldır. Onlar oğurluq edən zaman onların yanlarında olsa da, lakin heç bir oğurluqda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş o, ifadəsində göstərmişdir ki, rayon sakinləri olan Şahid2 və Şahid1 ilə münasibəti normal olmuşdur, onlarla bir yerdə olanda söhbətlər etmişilər, onlarla aralarında ədavət və düşmənçilik də olmamışdır, eyni zamanda o, həmin şəxslərlə bir məhəllədə yaşayır, qonşudurlar. 07 sentyabr 2021-ci il tarixdə o, Bakı şəhərinə getməli olmuş, bu vaxtı o, evdən paltarlarını və əşyalarını götürüb çantasına qoyub küçəyə çıxmış, həmin vaxtı saat 19 radələri olmuş, o, küçədə olarkən Şahid2 və Şahid1 məhəələlərində olduqlarını görmüş, onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, Şahid2 və Şahid1 ona bildirmişlər ki, Sabir qəsəbəsi tərəfdə fermada heyvanlar var oğurlayıb satıb pul əldə etmək istəyirlər. Onun da həmin şəxslərlə getməyini bildirmişlər. Hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacaqlarını qeyd etmişlər. O, da həmin şəxslərlə razılaşmış və həmin şəxslərlə getməyi qərara almışdır. Belə ki, onlar birlikdə üçü- o, Musa və Elvin piyada Şamaxı şəhərinin girişində “qala” adlanan yerə getmişlər. Qeyd etmişdir ki, onların evlərindən həmin yerə təxminən 500 metrə məsafə olmuşdur. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan o, dəqiq hansı yol ilə getmələrini xatırlamır. Fermaya bir qədər qalmış it səsi gəlmişdir. O, Elvinlə Musaya demişdir ki, «mən itdən qorxuram, mən kənarda dayanım», həmin şəxslər də onunla razılaşmışlar və o, orada gözləmiş, Elvin və Musa isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə, saat 23:30 radələri olmuş, o, orada təxminən 15-20 dəqiqə gözləyəndən sonra Musa və Elvin onun olduğu yerə piyada qayıdıb gəlmişlər, həmin şəxslər gələrkən qarşılarında 50-55 baş xırdabuynuzlu heyvanları da sürü halında gətirmişlər. Bundan sonra, Musa və Elvin həmin qoyunları məhəllələrinə, yəni evlərinin yaxınlığına gətirmişlər. Lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. O, həmin şəxslərlə birlikdə məhəllədə bir qədər gözləyəndən sonra, Musa və Elvinin çağırdığı onun tanımadığı şəxsin idarə etdiyi “Mersedes Ateka” markalı nömrəsini bilmədiyi yük avtomobilinə həmin heyvanları yükləmişlər. Bundan sonra, onlar üçü də - o, Musa və Elvin avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadığı sürücünün idarə etdiyi “Mersedes Ateka” markalı nömrəsini bilmədiyi yük avtomobili ilə Şamaxı-Göylər-Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, 08 sentyabr 2021-ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı Musa və Elvin yük maşınının sürücüsünə nə qədərsə xatırlamadığı miqdarda yol pulu vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, onun heyvan satmaq üzrə bacarığı olmadığına görə, Musa və Elvin heyvanların hamısını bazarda tanımadığı şəxslərə 5-10 sayda satmışlar, o, görmüşdür ki, artıq həmin şəxslər heyvanların hamısını satılıb qurtardılar. Daha sonra, onlar üçü bazarı tərk etmişlər. Pulu üçü arasında bölmüşlər və ona çatan pulun dəqiq nə qədər olmasını xatırlamır, həmin pulun hamısını xərcləmişdir. Həmin vaxtı yanlarında və ətrafda başqa heç kim olmamışdır. Gecə vaxtı, olduğundan orada kimsə olmamışdır. Bildirmişdir ki, o, yük maşınını sürən həmin şəxsi tanımamış, həmin şəxsi Elvin və Musa çağırmışdırlar. Avtomobilin nömrəsini də bilməmişdir. Sürücü də orta yaşlı bir şəxs olmuşdur. Həmin şəxsi heç vaxtı Şamaxıda görməmişdir. Başqa əlamətlərini də bilmir. Sürücü heyvanların oğurluq olmasını da bilməmişdir. Musa və Elvin sürücüyə demişlər ki, «heyvanlar özümüzündür, ehtiyaca görə satırıq». Eyni zamanda, Musa və Elvin demişlər ki, tanıdıqları bütün sürücülər maşınları ilə bazara mal apardıqları üçün məcbur qalıb təsadüfən həmin şəxsin nömrəsini öyrənib çağırıblar. Mal bazarlarına əsasən gecə vaxtı heyvanlar aparıldığından sürücü də heç nədən şübhələnməmişdir. Musa və Elvinin həmin sürücü ilə münasibətlərindən bilmək olurdu ki, həmin şəxslə ilk dəfədir ki, görüşürlər. Orada heyvanlar tanımadıqları bir neçə şəxsə satılmış, konkret hansı qiymətə satılmasını xatırlamır. Bazarda ətrafda olan şəxslərin də kimlər olmasını bilməmişdir. Ona Musa və Elvin oğurluğa getmək barədə məsələni bildirəndə o, pul lazım olduğuna görə razılamış, bu hadisəni törətmişdir. Hazırda əməlindən peşmandır. O, tək halda və həmin şəxslərlə birlikdə başqa cinayət əməli törətməmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, özü də ailələrinə məxsus şəxsi təsərrüfatları ilə məşğul olur. Onu da qeyd etmişdir ki, onun hər kəslə münasibəti yaxşı olmuş, heç kimlə ədavət və düşmənçiliyi olmamışdırr. Bildirmişdir ki, ailələrinə məxsus şəxsi təsərrüfatları var, həmin təsərrüfatda ümumi 195 baş xırdabuynuzlu heyvanları var. O, həmin heyvanları özü hər gün kənd ərazisinə apararaq otarır. 07 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində heyvanlarını Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsində yerləşən otlaq sahəsində otardıqdan sonra Şərab zavodunun həyətində yerləşən ailələrinə məxsus fermanın həyətinə aparmış və fermada olan tövləyə salaraq evə daxil olmuşdur. Həmin günün səhəri, yəni 08 sentyabr 2021-ci il tarixdə, saat 06 radələrində fermadan ailələrinə məxsus heyvanları otarmaq üçün çıxartmaq istəyərkən heyvanlarının az olduğunu görmüşdür. Həmin vaxt o, heyvanlarımı sayarkən 195 baş xırdabuynuzlu heyvanlarından 3 baş qoç, 2 baş keçi, 52 baş isə damazlıq boğaz heyvanlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanlarının olmadığını aşkar etmişdir. O, dərhal bu barədə atası Şahid3 məlumat vermiş, atası Əlişah dərhal fermaya onun yanına gəlmişdir. Onlar heyvanlarını nə qədər axtarsalar da tapa bilməmişlər və bu barədə Şamaxı rayon polis şöbəsinə məlumat vermişlər. Onlara məxsus fermanın ərazisində çaqqal heyvanları olur, bu səbəbdən də o, fikirləşmişdir ki, bəlkə heyvanlarını ya çaqqal yeyib yada ki, itib, bəlkə axtarsa özü tapar, bu səbəbdən də ilkin olaraq heyvanlarının itməsi barədə məlumat vermiş, daha sonra heyvanlarını axtarıb tapa bilmədiyindən əmin olmuşdur ki, heyvanları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ona məxsus oğurlanmış 3 baş qoç, 2 baş keçi, 52 baş isə damazlıq boğaz, qala sortu olmaqla ümumillikdə 57 baş xırdabuynuzlu heyvanlardır. Ona məxsus 3 baş qoçdan 2 baş qızıllaqlı, 1 baş qızılərbəş, 2 baş keçidən 1 başı qara ərbəş 1 başı isə sarı ərbəş, 52 baş damazlıq boğaz, qala sortundan isə hamısı qızıllaqlı olmuşdur. Ona məxsus və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış xırdabuynuzlu heyvanlardan 3 baş qoç, 2 baş keçi və 52 baş damazlıq boğaz, qala sortundan olan xırdabuynuzlu qoyun heyvanları olmuşdur. Onun heyvanları bundan əvvəl heç bir vaxt oğurlanmamışdır. 57 baş qoyunlarının oğurlanması barədə məlumat verəndən sonra, 11 sentyabr 2021-ci il tarixdə o, Şamaxı rayon mal bazarında olarkən oğurlanmış 57 baş heyvanlarından 6 baş qoyunlarının iki nəfər şəxs tərəfindən satılmasını müəyyən etmişdir. Məlum olmuşdur ki, həmin şəxslər Ağsu rayon sakinləridir və həmin şəxslər onun qoyunlarını Salyan rayon bazarından almışlar. Araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxslər Salyan rayon mal bazarında onun qoyunlarını Şamaxı rayon sakinləri olan Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs alıblar. Hətta, həmin şəxslər qoyunları aldıqdan sonra Təqsirləndirilən şəxs telefon nömrəsini də zəng edib qeydiyyata almışlar. Hazırda oğurlanmış 57 baş heyvanlarından 6 baş qoyunlarını o tanımış və həmin qoyunları onun özünə qaytarılmışdır. Ona dəyən ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsla oxşar ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə, o və Musa ikisi birlikdə küçədə dayanıb söhbət edərkən, həmin vaxtı artıq əvvəldən qazandıqları pulları xərclədiklərindən yenə də pul əldə etmək istəmişlər. Bu vaxtı, tanışları Təqsirləndirilən şəxs da onların yanlarına gəlib onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, o və Şahid2 həmin vaxtı Adəmə də bildirmişlər ki, Sabir qəsəbəsi tərəfdə Zərərçəkmiş şəxs məxsus fermada heyvanlar var, oğurlayıb satıb pul əldə etmək istəyirlər. Adəm də onlarla razılaşmışdır, hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacaqlarını demişlər. Adəm də onlarla razılaşmış və oğurluğa getməyi qərara almışdır. Belə ki, onlar birlikdə üçü- o, Adəm və Musa piyada Şamaxı şəhərinin girişində “qala” adlanan yerə getmişlər. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan həmin vaxtı getdikləri yerdə başqa şəxslər olmamışdır. Fermaya bir qədər qalmış it səsi eşitmişlər. Adəm onlara demişdir ki, «mən itdən qorxuram, mən kənarda dayanım». Onlar da danışmışlar ki, Adəm onlarla getsə və təsadüfən üzərlərinə it gəlsə, Adəm qorxub qışqıra bilər və işlərinin üstü açılar, buna görə də Adəmin fermadan bir qədər kənarda dayanıb onları gözləməsinə razılaşmışlar, Adəm orada gözləmiş, o və Musa isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə, saat 23:30 radələri olmuş, fermada ətrafı nəzərdən keçirib qoyunlar olan qəhəlin yanında kiminsə olmadığına əmin olub qəhələ yaxınlaşmışlar, qapısını açmışlar, orada çoxlu heyvanlar olsa da onlar qəhəldən 52 baş qoyunlar, 2 baş keçi və 3 baş qoç olmaqla cəmi 57 baş xırdabuynuzlu heyvanları sürü halında çıxarmışlar, sonra da həmin heyvanları Adəmin olduğu yerə tərəf gətirmişlər, orada Adəm də onlara qoşulmuş və onlar birlikdə məhlələrinə, yəni evlərinin yaxınlığına tərəf gəlmişlər.Lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt, yəni 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə Musa təsadüfən tapdığı şəxsin nömrəsinə zəng vurmuş və bir nəfər şəxslə telefonda danşıb bildirmişdir ki, “57 baş xırdabuynuzlu heyvanlarımız var, onu Salyan rayonu ərazisində yerləşən heyvanların alqısatqı bazarına aparmaq lazımdır, gəl onu aparaq sataq”. Təxminən, yarım saat, yəni 30 dəqiqə sonra “Mersedes Ateka” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilini idarə edən tanımadıqları 55-60 yaşlarında bir kişi gəlmiş, Musa, o, və Adəm həmin 57 baş xırdabuynuzlu heyvanları həmin yük avtomobilinə yükləmişlər. Bundan sonra, onlar üçü də - o, Adəm və Musa avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadıqları sürücünün idarə etdiyi “Mersedes Ateka” markalı, nömrəsini bilmədiyi yük avtomobili ilə Şamaxı-Göylər-Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, təxminən 08 sentyabr 2021-ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı onlar yük maşının sürücüsünə 240 (iki yüz qırx) manat pulu yol pulu kimi vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, heyvanların hamısını bazarda tanımadıqları şəxslərə 5-10 sayda satmışlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanları səkkiz nəfər şəxslərə təxminən 130 (yüz otuz), 150 (yüz əlli) və 180 (yüz səksən) manata satmaqla ümumillikdə 6700 (altı min yeddi yüz) manat pul əldə etmişlər, üçündə olan cəmi 6700 (altı min yeddi yüz) manat puldan 820 (səkkiz yüz iyirmi) manatını müəyyən xərclərə, yəni yol puluna, yemək puluna və su puluna çıxdıqdan sonra qalan 5880 (beş min səkkiz yüz səksən) manatı üç hissəyə bölərək hərəsi 1960 (min doqquz yüz altmış) manat pul götürmüşlər. O, həmin pulu da xərcləmişdir. Qeyd etmişdir ki, onlar həmin fermadan heyvanları gecə vaxtı oğurlayıb gecə vaxtı da mal bazarına apardıqlarından, onları başqa şəxslər görməmişdir. Onlar oğurluq üçün girdikləri fermada da sakitcə, səssizcə və diqqətlə hərəkət etmişlər və əvvəlcədən bir qədər qalıb ətrafı diqqətlə nəzərdən keçirib fermaya daxil olmuşlar ki, səs-küy yaratmasınlar və kimsə bilməsin. Oğurluğu ancaq adlarını qeyd etdiyi şəxslərlə birlikdə törətmişlər və onlardan başqa heç kimin nə ailə üzvlərinin, nə yaxınlarının və nə də ki, tanışlarının məlumatı olmamışdır. Onlar özü başqa kiməsə bu barədə məlumat verməmişlər. Onlar oğurluqları törədən zamanı hər hansı bir alət və vasitədən istifadə etməmişlər. Oğurladıqları heyvanları bazara apardıqları avtomobilin sürücüsü heyvanların oğurluq olmasını bilməmişdir. Zərərçəkmiş şəxs məxsus fermadan oğurladları heyvanları aparan “Mersedes Ateka” markalı yük avtomobilinin sürücüsünə heyvanların özlərinə məxsus olmasını və ehtiyaca görə satdıqlarını bildirmişlər. Onlar heyvanları gecə vaxtı aparsalar da, mal bazarlarına əsasən gecə vaxtından başladığına və hər kəsin də gecə vaxtdan heyvanları apardığına görə sürücü onların heyvanları oğurlamaqlarından məlumatı olmamışdır və şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə o, və Elvin ikisi birlikdə söhbət edərkən, həmin vaxtı artıq əvvəldən qazandıqları pulları xərcləmişlər və yenə də pul əldə etmək istəmişlər. Bu vaxtı, tanışları Təqsirləndirilən şəxs da onların yanlarına gəlib onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, o, və Şahid1 həmin vaxtı Adəmə də bildirmişlər ki, Sabir qəsəbəsi tərəfdə Zərərçəkmiş şəxs məxsus fermada heyvanlar var, oğurlayıb satıb pul əldə etmək istəyirlər. Adəm də onlarla razılaşmışdır, hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacaqlarını demişlər. Adəm də onlarla razılaşmış və oğurluğa getməyi qərara almışlar. Belə ki, onlar birlikdə üçü – o, Adəm və Elvin piyada Şamaxı şəhərinin girişində “Qala” adlanan yerə getmişlər. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan həmin vaxtı getdikləri yerdə başqa şəxslər olmamışdır. Fermaya bir qədər qalmış it səsi gəlmişdir. Adəm onlara demişdir ki, o, itdən qorxur, kənarda dayansın. Onlar da fikirləşmişlər ki, Adəm onlarla getsə və təsadüfən üzərlərinə it gəlsə, Adəm qorxub qışqıra bilər və işlərinin üstü açılar, buna görə də Adəmin fermadan bir qədər kənarda dayanıb onları gözləməsinə razılaşmışlar, Adəm orada gözləmiş, o, və Elvin isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə saat 23:30 radələrində fermada ətrafı nəzərdən keçirib qoyunlar olan qəhəlin yanında kiminsə olmadığına əmin olub qəhələ yaxınlaşmışlar, qapısını açmışlar, orada çoxlu heyvanlar olsa da onlar qəhəldən 52 baş qoyunlar, 2 baş keçi və 3 baş qoç olmaqla cəmi 57 baş xırdabuynuzlu heyvanları sürü halında çıxarmışlar, sonra da həmin heyvanları Adəmin olduğu yerə tərəf gətirmişlər, orada Adəm də onlara qoşulmuş və onlar birlikdə məhəllələrinə, yəni evlərinin yaxınlığına tərəf gəlmişlər. lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt, yəni 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə o, təsadüfən tapdığı şəxsin nömrəsinə zəng vurmuş və bildirmişdir ki, 57 baş xırdabuynuzlu heyvanları var, onu Salyan rayonu ərazisində yerləşən heyvanların alqı-satqı bazarına aparmaq lazımdır, gəl onu aparaq sataq. Təxminən 30-35 dəqiqə sonra Mersedes Ateka markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilini idarə edən tanımadıqları 55-60 yaşlarında bir kişi gəlmiş, Elvin, o, və Adəm həmin 57 baş xırdabuynuzlu heyvanları həmin yük avtomobilinə yükləmişlər. Bundan sonra, o, Adəm və Elvin avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadıqları sürücünün idarə etdiyi Mersedes Ateka markalı nömrəsini bilmədikləri yük avtomobili ilə Şamaxı-Göylər-Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, təxminən 08 sentyabr 2021ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı onlar yük maşının sürücüsünə 240 (iki yüz qırx) manat pulu yol pulu kimi vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, heyvanların hamısını bazarda tanımadıqları şəxslərə 5-10 sayda satmışlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanları səkkiz nəfər şəxslərə təxminən 130 (yüz otuz), 150 (yüz əlli) və 180 (yüz səksən) manata satmaqla ümumillikdə 6700 (altı min yeddi yüz) manat pul əldə etmişlər, üçündə olan cəmi 6700 (altı min yeddi yüz) manat puldan 820 (səkkiz yüz iyirmi) manatını müəyyən xərclərə, yəni yol puluna, yemək puluna və su puluna çıxdıqdan sonra qalan 5880 (beş min səkkiz yüz səksən) manatı üç hissəyə bölərək hərəsi 1960 (min doqquz yüz altmış) manat pulu götürüb pulu da xərcləmişlər. Oğurladıqları heyvanları bazara apardıqları avtomobilin sürücüsü həmin heyvanların oğurluq olmasını bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs məxsus fermadan oğurladıqları heyvanları aparan “Mersedes Ateka” markalı yük avtomobilinin sürücüsünə heyvanların özlərinə məxsus olmasını və ehtiyaca görə satdıqlarını bildirmişlər. Onlar heyvanları gecə vaxtı aparsalar da, mal bazarları əsasən gecə vaxtından başladığına və hər kəsin də gecə vaxtdan heyvanları apardığına görə sürücünün onların heyvanları oğurlamaqlarından məlumatı olmamışdır və şübhələnməmişdir. Onlar heyvanları əsasən gecə vaxtı oğurlayıb gecə vaxtı da bazara apardıqlarından onları başqa şəxslər görməmişdir. Onlar oğurluq üçün girdikləri fermada da sakitcə və diqqətlə hərəkət etmişlər ki, səs-küy yaratmasınlar və kimsə bilməsin. Oğurluğu ancaq adlarını qeyd etdiyi şəxslərlə birlikdə törətmişdir və onlardan başqa heç kimin nə ailə üzvlərinin, nə yaxınlarının və nə də ki, tanışlarının məlumatı olmamışdır. Onlar özləri başqa kiməsə bu barədə məlumat verməmişlər. Onlar oğurluğu törədən zamanı hər hansı bir alət və vasitədən istifadə etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, təxminən 15 ildir ki, xırda buynuzlu heyvanların alqi-satqısı ilə məşğul olur. 07 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində qohumu Rəcəb ilə birlikdə Salyan rayonunda heyvan bazarına getmişlər. 08 sentyabr 2021-ci il tarixdə o, qohumu Rəcəb ilə birlikdə heyvan almaq məqsədi ilə bazarı gəzən zaman təxminən saat 04 radələrində üç nəfər şəxsin təxminən 30 baş xırda buynuzlu heyvanlar satdığını görüb həmin şəxslərə yaxınlaşaraq heyvanların qiymətini soruşmuşlar. Həmin şəxslərdən biri əvəllər tanıdığı Elvin olmuşdur. Onlar xırda buynuzlu heyvanların 160 manat olmasını bildirmişlər. Rəcəb onlara heyvanları bir az ucuz qiymətə verməsini demişdir. Həmin vaxt onlar xırda buynuzlu heyvanlarının birini 150 manatdan almasına razılaşmışlar. Onlar həmin şəxslər ilə razılaşdıqdan sonra 11 baş xırda buynuzlu heyvanı Rəcab və 1 baş xirda buynuzlu heyvanı götürərək əvəzində 1650 manat pulu Rəcəb və 150 manat pulu da onlara vermişdir. Onlar heyvanları aldıqdan sonra Rəcəb avvəllər tanıdıqları Elvindən ona məxsus olan mobil nömrəsini istəmişdir. Elvin isə yanında olan şəxslərdən birinin mobil nömrəsini Rəcəbə verərək “narahat olma heç bir problem yoxdur, nəsə problem olsa mənlikdir” deyə bildirmişdir. Onlar heyvanları aldıqdan sonra həmin 12 baş xırda buynuzlu heyvanları Rəcəbə məxsus olan heyvanların yanına gətirmişlər. Daha sonra heyvanları maşına yığaraq öz yaşadıqları Ağsu rayonuna gətirmişlər. 11 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində qohumları Rəcəb ilə birlikdə 34 baş xırda buynuzlu heyvanları Şamaxı rayon heyvan bazarına satmaq məqsədi ilə gətirmişlər. Həmin 34 baş baş heyvanlardan biri onun, 33 başı isə Rəcəbin olmuşdur. Həmin gün saat 04 radələrində bir nəfər şəxs yaxınlaşaraq heyvanların kimin olduğunu soruşmuşdur. Rəcəb isə cavabında onun olduğunu həmin şəxsə bildirmişdir. Həmin şəxs heyvanların qiymətini soruşaraq çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra yenidən həmin şəxs polis əməkdaşları ilə birlikdə onların yanlarına gəlmişlər. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edərək heyvanların kimə məxsus olmasını soruşmuşlar. Rəcəb isə cavabında ona məxsus olmasını bildirmişdir. Bu zaman heyvan almağa gələn şəxs heyvanların içərisindən iki baş xırda buynuzlu heyvanı göstərərək onun olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsin heyvanlarının oğurlandığını bildirmişdir. Rəcəb isə onlara həmin heyvanları Salyan rayon bazarından aldıqlarını demişdir. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişlər. 08 sentyabr 2021-ci il tarixdə Salyan rayon heyvan bazarından 01 baş xırda buynuzlu heyvan alan zaman o, qohumu Rəcəb əvvəllər tanıdığı Elvin və onun yanında olan tanımadıği 2 nəfər şəxs olmuş, başqa şəxslərin kimlərin olmasını bilməmişdir. O, Salyan rayonundan aldığı 01 baş xırda buynuzlu heyvanin oğurluq olmasını bilməmişdir. Aldığı 01 baş xırda buynuzlu heyvan ondadır və həmin heyvani polis əməkdaşlarına təhvil vermişdir. Birinci dəfədir ki, o, bilmədən oğurluq heyvan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Özü də təxminən 12 ildir ki, xırda buynuzlu heyvanların alqısatqısı ilə məşğul olur. 07 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində qardaşı Fəyyaz Nuruzadə ilə birlikdə özlərinə məxsus olan 36 baş xırda buynuzlu heyvanı satmaq məqəsdi ilə Salyan rayonunun heyvan bazarına aparmışlar. 08 sentyabr 2021-ci il tarixdə apardıqları 36 baş xirda buynuzlu heyvanlardan 13 başını satmışlar. Daha sonra o, heyvan almaq məqsədi ilə bazarı gəzən zaman təxminən saat 04 radələrində üç nəfər şəxsin təxminən 30 baş xırda buynuzlu heyvanlar satdığını görüb həmin şəxslərə yaxınlaşaraq heyvanların qiymətini soruşmuşdur. Həmin şəxslərdən biri əvəllər tanıdığı Elvin adlı şəxs olmuşdur. Onlar xırda buynuzlu heyvanların 160 manat olmasını bildirmişlər. Onlara heyvanlari biraz ucuz qiymətə verməsini demişdir. Həmin vaxt ona bildirmişlər ki, xirda buynuzlu heyvanlarının birini 150 manatdan götürər. O, həmin şəxslər ilə razılaşdıqdan sonra 11 baş xırda buynuzlu heyvan götürərək əvəzində 1650 manat pulu onlara vermişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt qohumu Şahid4 da onun yanında olmuş və o, da Elvin adlı şəxs və onun yanında olan 2 nəfərdən 1 baş xırda buynuzlu heyvan almışdır. O, heyvanları aldıqdan sonra əvvəllər tanıdığı Elvin adlı şəxsdən ona məxsus olan mobil nömrəsini istəmişdir. Elvin isə yanında olan şəxslərdən birinin mobil nömrəsini ona verərək “narahat olma heç bir problem yoxdur, nəsa problem olsa mənlikdir” deyə bildirmişdir. O, heyvanları aldıqdan sonra həmin 11 baş xırda buynuzlu heyvanları özlərinə məxsus olan heyvanların yanına gətirmişdir. Bu zaman o, aldığı 11 ədəd xırda buynuzlu heyvanlardan 6 başını 920 manat dəyərində satmışdır. Daha sonra qalan heyvanları maşına yığaraq öz yaşadığı Ağsu rayonuna gətirmişdir. 11 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində qardaşı ilə birlikdə 33 baş xırda buynuzlu heyvanları Şamaxı rayon heyvan bazarına satmaq məqsədi ilə gətirmişdir. Həmin heyvanların içərisində Salyan rayon heyvan bazarından aldığı 5 baş xırda buynuzlu heyvanları da Şamaxı rayon heyvan bazarına satmaq üçün gətirmişdir. Həmin gün saat 04 radələrində bir nəfər şəxs yaxınlaşaraq heyvanların qiymətini soruşmuşdur. O, həmin şəxs ilə razılaşdıqdan sonra 6 baş xırda buynuzlu heyvanı ona sataraq əvəzində 930 manat pul almışdır. Satdığı 6 baş xırda buynuzlu heyvanların içərisində 4 baş heyvan Salyan rayon bazarından aldığı heyvanlar olmuşdur. Təxminən 30 daqiqə sonra bir nəfər şəxs yaxınlaşaraq heyvanların kimin olduğunu soruşmuşdur. O, isə cavabında onun olduğunu həmin şəxsə bildirmişdir. Həmin şəxs heyvanlarin qiymətini soruşaraq çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra yenidən həmin şəxs polis əməkdaşları ilə birlikdə onun yanına gəlmişdir. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edərək heyvanların kimə məxsus olmasını soruşmuşdur. O, isə cavabında ona məxsus olmasını bildirmişdir. Bu zaman heyvan almağa gələn şəxs heyvanların içərisindən 2 baş xırda buynuzlu heyvani göstərərək onun olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsin heyvanlarının oğurlandığını bildirmişdir. O, isə onlara həmin heyvanları Salyan rayon bazaarından aldığını demişdir. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. 08 sentyabr 2021-ci il tarixdə Salyan rayon heyvan bazarından 11 baş xırda buynuzlu heyvanları alan zaman o, qohumu Şahid4 əvvəllər tanıdığı Elvin və onun yanında olan tanımadığı 2 nəfər şəxs olmuş, başqa şəxslərin kimlər olmasını bilməmişdir. O, Salyan rayonundan aldıqları 11 baş xırda buynuzlu heyvanların oğurluq olmasını bilməmişdir. 11 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon heyvan bazarında satdığı 6 baş heyvanları geri qaytarmış və həmin heyvanlardan hal-hazırda beşi ondadır və həmin heyvanları polis əməkdaşlarına təhvil vermişdir. Birinci dəfədir ki, o, bilmədən oğurluq heyvan almışdır. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış heyvanlar Zərərçəkmiş şəxs məxsus olmaqla Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən saxlanc yeri olan fermadakı bağlı yerdən - qəhəldən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus 06 (altı) baş xırdabuynuzlu heyvanları Şamaxı rayon mal bazarında Şahid4 və Şahid5 müəyyən edilərək Şamaxı RPŞ-nə gətirildiyindən tərəfindən götürülmüş, Zərərçəkmiş şəxs heyvanları özü tanıdığını bildirmiş, heyvanların fotoşəkilləri çəkilmişdir. İş materiallarından görünür kİ, Şamaxı RPŞ-nin CAB-dan əməliyyat tapşırığı üzrə daxil olmuş cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 birlikdə 07 sentyabr 2021-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs məxsus cəmi 57 baş xırdabuynuzlu heyvanları oğurlamışlar, həmin hadisələrin törədilməsində digər şəxslərin iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin rəisi X3 tərəfindən verilmiş 02 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ona qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) təqdim olunmuş xırdabuynuzlu heyvanlara baxış keçirərkən, qərarda göstərildiyi kimi Zərərçəkmiş şəxs məxsus 03 (üç) baş xırdabuynuzlu qoç heyvanlarının hər birinə görə 400 (dörd yüz) manat, 02 (iki) baş xırdabuynuzlu keçi heyvanın hər biri 100 (yüz) manat, 52 (əlli iki) baş xırdabuynuzlu qoyun heyvanın hər biri 165 (yüz altımış beş) manat olmaqla ümumilikdə 9980 (doqquz min doqquz yüz səksən) manat hazırki dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən fermadakı tövlədən oğurlanmaqla götürülmüş 6 baş xırda buynuzlu heyvanlar 11 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş ******* saylı hərbi biletdən görünür ki, o, 20 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Cəbrayıl uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və sücaət nümayiş etdirdiyi üçün “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan fərxi fərmandan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinə görə təlfif olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xidməti xasiyyətnamədə göstərilir ki, əsgər Təqsirləndirilən şəxs 1-ci tabor 88 mm minaatan batareya 1-ci minaatan tağım 3-cü minaatan manqa heyət nəfəri vəzifəsində xidmət etdiyi müddətdə özünü bacarıqlı bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifəsini tələb olunan səviyyədə yerinə yetirə bilir. Hərbi ümumqoşun nizamnamə qaydalarını yaxşı bilir və gündəlik xidmətini onların tələbləri əsasında qurmaqda çətinlik çəkmir. Xidmət etdiyi müddət ərzində keçirilən təlimlərdə və atış çalışmalarında yaxşı iştirak etmişdir və yaxşı nəticələr əldə etmişdir. Öz vəzifəsinin məsuliyyətini dərk edir və onun öhdəsindən layiqincə gəlməyi bacarmışdır. Hərbi biliyini artırmaq üçün öz üzərində çalışır. Hərbi nəzakət qaydalarına əməl edir. Xidmət etdiyi müddət ərzində əsgər, çavuş, zabit, gizir heyəti arasında nüfuz və hörmət qazanmışdır. Gündəlik xidməti vəzifəsinə tam məsuliyyət ilə yanaşır. Ona edilən tənqid və iradlardan düzgün nəticə çıxarır. Dövlət sirrini qorumağı bacarır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2021-ci il tarixli 556 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə ictimaiyyət arasında özünü yaxşı aparmış, normal xasiyyətə malik olmuşdur. Kəndin ictimai işlərində fəal iştirak etmiş, kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır, Şamaxı şəhəri, Çingiz Mustafayev küçəsi, 37 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon X2 Hüquqi Şəxsin 28 dekabr 2021-ci il tarixli 4123 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdən Vətən müharibəsi zamanı psixoloji travma aldığı üçün seanslara cəlb olunub, hazırda seanslar davam edir. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Şahid1 və Şirinov Musa Rasim oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılmışır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsədə, onun əməli özünün ibtidai istintaq zamanı verdiyi ifadəsilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 20 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək qismən səbərbərliyə cəlb olunaraq Vətən müharibəsində iştirakını və təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını, Vətən müharibəsində iştirakını, təltif olunmasını və müsbət davranışını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 sentyabr 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldıır. İş üzrə maddi sübutların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmaldıır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 sentyabr 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-14/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-14/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver