Məhkəmə qərarları › İş №1(074)-14/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-14/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-14/2024 21.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1999-cu ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 13 may 2023-cü il tarixdə Bakı şəhərində tanış olduğu xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Neymət qızı ilə bir qədər mobil telefon vasitəsi ilə danışdıqdan sonra, 19 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək, həmin şəxslə bir qədər söhbət edib öz cinsi ehtirasını təmin etmək məqsədi ilə, onu yataq otağına aparıb soyundurmaqla, qarşılıqlı razılıq əsasında aralarında 9 yaş fərq olmasına baxmayaraq, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən, əxlaqsız hərəkətlər etdikdən sonra, Zərərçəkmiş şəxs təkidi ilə, onu 06 avqust 2023-cü il tarixdə Şamaxı rayonu Ərçiman kənd yolu üzərində yerləşən, köhnə, işlək vəziyyətdə olmayan restorana gətirərək, həmin restoranın yuxarı hissəsində yerləşən yataq otağında öz cinsi ehtirasını təmin etmək məqsədi ilə, onu soyundurub qarşılıqlı razılıq əsasında aşkar sürətdə 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən, əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs o, 2023cü ilin may ayından tanıyır. Həmin vaxtlar Sulutəpə qəsəbəsində yerləşən işlədiyi moykanın qarşısından keçən zaman, Xumar onu görmüş, onun rəfiqəsi Gülnar adlı şəxs onun dostu Vüsal ilə danışdığından, Xumarda onun “İnstagram” profilini Gülnardan öyrənmiş və ona sosial şəbəkədə yazmışdır. Xumar ona yazdıqdan sonra, onlar bir qədər yazışmağa və telefonla danışmağa başlamışdırlar. Danışan zaman, Xumar ona 15 yaşının olduğunu bildirmişdir. O, Xumara görüşmək istədiyini və onunla sevişmək istədiyini bildirmişdir. 19 iyul 2023-cü il tarixdə o, Xumar ilə danışıb razılaşdıqdan sonra, Xumarın evdə tək olmasını bilib, yaşadığı Sulutəpə qəsəbəsindəki evinə getmişdir. O, həmin evə daxil olduqdan sonra, Xumarla birlikdə yataq otağına keçmiş və orada sevişməyə başlamışdırlar. Onlar sevişən zaman o, Xumarla cinsi əlaqədə olmamışdır. Çünki onun azyaşlı olduğunu bildiyi üçün, ehtiyyat etmişdir. Onlar sevişdikdən sonra o, işə tələsdiyi üçün, paltarını geyinib oradan çıxmış və işə getmişdir. Daha sonra onlar telefonla danışmağa başlamış, lakin görüşməmişdir. xx.xx.2023-cü il tarixdə Xumar ona söyləmişdir ki, ailəsi onu sıxır və o, evdən çıxmaq istəyir. Daha sonra isə, ona söyləmişdir ki, gəlib onu evdən aparsın. Bundan sonra o, dostları Elnur və Aydın adlı şəxslərlə birlikdə gedib, Xumarı yaşadığı evin yaxınlığından götürmüşdür. Onlar Müşfiq qəsəbəsində avtobusa əyləşib, birlikdə Şamaxı şəhərinə getmişlər. Şamaxı şəhərinə gəldikdən sonra, onlar taksiyə əyləşmiş və Şamaxı rayonu Ərçiman kəndi istiqamətinə getmişdirlər. Ərçiman kəndi yaxınlığında işlək vəziyyətdə olmayan istirahət mərkəzinə daxil olmuşdurlar. Həmin istirahət mərkəzində heç kim olmamışdır. Onlar otağa daxil olduqdan sonra, həmin otağı bir qədər təmizləmiş və yemək alıb yemişdirlər. Həmin gün axşam Elnur və Aydın otağın qarşı tərəfində gözləmiş, o isə Xumar ilə öz razılığı əsasında bir dəfə sevişmiş, lakin onunla təbii, yaxud da, qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Daha sonra o, oradan çıxaraq, evinə qayıtmış, Xumarın yanında isə Elnur qalmışdır. Növbəti günlərdə isə o, oraya gəlib-getmiş, lakin Xumar ilə seksual xarakterli hər hansısa bir hərəkət etməmişdir. 11 avqust 2023-cü il tarixdə o, Xumarın anası ilə telefonla danışmış və anasına söyləmişdir ki, qızı ilə birlikdə olduğunu, qızını onlardan qorumaq üçün gətirdiyini bildirmişdir. Xumarın anası ona söyləmişdir ki, qızında psixoloji problemlər var və onu geri qaytarmağını istəmiş, o, da onunla razılaşmış və qızını həmin gün Şamaxı rayon avtovağzal dairəsi yaxınlığında avtomobilə əyləşdirib, yola salmışdır. Daha sonra 12 avqust 2023-cü il tarixdə Xumar ona zəng edərək, evdən qaçdığını, anasının onu axtardığını və Şamaxı şəhərinə gəldiyini bildirmiş, o, da bu səbəbdən onu qorumaq məqsədi ilə, Şamaxı şəhərində qarşılamaq istəmişdir. Həmin vaxtı o, Aydın adlı şəxs ilə avtovağzal dairəsinə getmiş, təxminən saat 17 radələrində avtovağzal dairəsi yaxınlığında bir ədəd “VAZ 2107” markalı avtomobil saxlamış və avtomobildən Xumarın anası Dilbər və sonradan adını öyrəndiyi Rüstəm adlı şəxs enərək, qaça-qaça onun üzərinə gəlib səs-küy salaraq, onu nalayiq söyüşlərlə söyüb vurmaq istədiklərindən o, oradan qaçmışdır. Həmin vaxt Rüstəm adlı şəxs gəlib ona çatmış və ona çatan zaman onu qulağından yumruqla vurmuşdur. Həmin zaman polis əməkdaşları dərhal oraya gəlib, onu Rüstəmin əlindən alaraq, avtomobilə əyləşdirmişdir. Rüstəm adlı şəxs isə oradan qaçmışdır. Onu isə Şamaxı RPŞ-nə gətirmişdirlər. O, Zərərçəkmiş şəxs 19 iyul 2023-cü il tarixdə hər hansısa bir hədəqorxu gəlməmişdir. Həmçinin, onun əlində hər hansısa bir soyuq silah olmamışdır. O, Xumarı heç vaxt onunla cinsi əlaqədə olmağa məcbur etməmiş, həmçinin, ona qarşı hər hansısa bir hədə-qorxu gəlməmişdir. Eyni zamanda, onlar Şamaxı şəhərində olan zaman, onun yanında olan Elnur və Aydın adlı şəxslərdən heç biri Xumara qarşı hər hansısa bir əxlaqsız təklif etməmiş, həmçinin Xumarla hər hansısa bir seksual xarakterli hərəkət etməmişdirlər. Zərərçəkmiş şəxs onda heç vaxt çılpaq şəkilləri olmamış və o, Xumardan hər hansısa bir çılpaq şəkil istəməmişdir. O, heç vaxt Zərərçəkmiş şəxs evlənmək təklifi etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə onunla Şamaxı şəhərinə gələn zaman, onun üzərində 40 manat məbləğində pul olmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə Şamaxı rayonuna gələcəyini bildirərkən də o, Xumarın üzərində hər hansısa bir məbləğdə pul olub-olmamasını soruşmamışdır. O, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şamaxı rayonuna gətirdikdən sonra, onun özündən və yaxudda ailə üzvündən hər hansısa bir tələbi olmamışdır. Sadəcə olaraq o, hər dəfəsində ona evlərinə getməsini təklif etsə də, Xumar getmək istəmədiyini bildirdiyindən o, Xumara anası ilə danışmağı təklif etmişdir ki, bəlkə anası onu razı salar. Daha sonra onun anası Şahid1, qızı ilə danışdıqdan sonra, onunla danışmış və qızının psixi probleminin olmasını bildirdiyindən o, Zərərçəkmiş şəxs razı salaraq, onu taksi ilə Bakı şəhərinə yola salmışdır. O, heç vaxt Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, həmçinin bu barədə ona hər hansısa bir təklif etməmişdir. O, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və anası ilə barışmağa çalışmış, lakin cəhdləri baş tutmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Neymət qızı ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında rəfiqəsi Gülnar ilə birlikdə anası Dilbərin işlədiyi gözəllik salonuna gedərkən, həmin vaxt əvvəllər üzdən gördüyü, lakin adını bilmədiyi bir oğlan yanında tanımadığı oğlanla onlara yaxınlaşıb bildirmişdirlər ki, onlarla tanış olmaq istəyirlər. Həmin zaman yaxınlaşan şəxslər nömrələrini onlara vermişdir. O, və rəfiqəsi həmin şəxslərlə yazışmağa başlamışdırlar. Ona məlum olmuşdur ki, yazışdığı şəxs Təqsirləndirilən şəxsdur, rəfiqəsi Gülnarla danışan isə Aydın Yunusovdur. Onlar həmin vaxtdan etibarən, həmçinin “İnstaqram” sosial şəbəkəsi vasitəsilə yazışmağa davam etmişdirlər. Onlar bir qədər danışdıqdan sonra, iyul ayında Umud onların evinə gəlmiş, onlar bir qədər söhbət etdikdən sonra, onlar evdə sevişməyə başlamışdırlar. Daha sonra isə Umud evdən çıxaraq getmişdir. 19 iyul 2023-cü il tarixdə o, rəfiqəsi Gülnarla və bir neçə sinif yoldaşları ilə, həmçinin bacısı Humayla birlikə parkda gəzişən zaman, Umud və dostu Aydın onlara yaxınlaşmışdırlar. Həmin vaxt Umudun əlində kəsici alət olan xəncər olmuşdur. Həmin zaman Umud həmin əlindəki xəncərlə ona hədə-qorxu gələrək, dərhal evə getməyini ona əmr formasında söyləmişdir. 03 avqust 2023-cü il tarixdə onlar, yəni o, Umud, Umudun tanışları Aydın və Elnur birlikdə avtomaşına minib, Bakı şəhərindən Şamaxı rayonuna getmişdirlər. Şamaxıya çatdıqda, işlək vəziyyətdə olmayan otelin kotecinə daxil olmuşdurlar. Koteci təmizləyib istirahət etdikdən sonra, bir qədər yemək yemişdirlər. Orada olduqlarının 3-cü günü, yəni 06 avqust 2023-cü il tarixdə, o, Umudla otaqda sevişmişdirlər. Həmin vaxt Elnur və Aydın həmin kotecin həyətində olmuşdurlar. Daha sonra o, anasına zəng etmiş və anası Umud ilə danışdıqdan sonra, Umud onu 11 avqust 2023-cü il tarixdə Şamaxı rayon avtovağzal dairəsi yaxınlığında taksi ilə yola salmış və o, evə getmişdir. Umud onunla ümumilikdə 3 dəfə seksual xarakterli hərəkətlər etmişdir. Yəni, birinci dəfə Bakı şəhərində onların evində, iki dəfə isə Şamaxı rayonunda seksual xarakterli hərəkətlər etmişdir. Birincə dəfə Şamaxı rayonuna gəldiyi gün, daha sonra isə 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə o, Umud ilə seksual xarakterli hərəkətlər etmişdir. O, zənn etmişdir ki, Umud ilə evlənmək məqsədi ilə qaçmışdır. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman, təxminən saat 08 radələrində müəyyən etmişdir ki, qızı Xumar evdə yoxdur. O, evə baxan zaman, qızının əşyalarını götürərək evdən çıxdığını başa düşmüşdür. Bu barədə kiçik qızı Humaydan soruşduqda, Humay ona bildirmişdir ki, Xumar ona bir neçə gün əvvəl demişdir ki, tanıdığı Umud onu qaçırdacaqdır. Həmin vaxt artıq o, bilmişdir ki, qızı Umud adlı şəxslə çıxıb getmişdir. O, bundan sonra dərhal yaşadığı ərazi üzrə 40-cı Polis Bölməsinə gedib, ərizə ilə müraciət etmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə qızı Zərərçəkmiş şəxs ona zəng edərək, Umud ilə birlikdə olduğunu bildirmişdir. O, Umud ilə telefon vasitəsi ilə danışmış və Umuddan xahiş etmişdir ki, qızını gətirsin. Bundan sonra, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə qızı yaşadığı evinə gəlmiş və ondan nələr olduğunu soruşduqda, Xumar ona bildirmişdir ki, Umud ona hədə-qorxu gəldiyi üçün, o, Umud ilə birlikdə Şamaxı rayonuna getmiş və Şamaxı rayonunda olan zaman, Umudla bir neçə dəfə sevişmişdirlər. Bundan sonra onların razılığı ilə, qızı Xumar telefon vasitəsi ilə Umudla danışmış və Şamaxı şəhərinə gedəcəyini bildirmişdir. Umud isə onun pulunun olub-olmamasını soruşmuş, Xumar isə ona 300 manat pul götürdüyünü bildirdiyindən, Umud qızına Şamaxı şəhərinə gəlməsini bildirmişdir. Bundan sonra, onlar xx.xx.2023-cü il tarixdə bacısı Könül, qeyrirəsmi nikahda olduğu həyat yoldaşı Rüstəm və qızı Xumar ilə birlikdə Şamaxı rayonuna getmişdirlər. Yolda qızı Xumar Umudla danışan zaman o, avtovağzal dairəsi yaxınlığında gözlədiyini bildirmişdir. Bundan sonra onlar Şamaxı rayonunda avtovağzal dairəsinə çatmış və orada avtomobildən endikdən sonra, Umud onları görüb oradan qaçmağa başlamışdır. Həmin vaxt o, qışqıraraq ətrafda olan vətəndaşlardan onu tutub saxlamasını istəmiş, o, Könül və Rüstəm onun arxası ilə qaçmağa başlamışdır. Onlar qaçan zaman, Umudu tutub saxlamış və Rüstəm ona çatan zaman, Umudu qaçmaması üçün yumruq və təpiklə vurub yerə yıxmışdır. Həmin vaxt polislər gəlmiş və onları Şamaxı RPŞ-nə aparmış və onlarda taksiyə əyləşərək, Şamaxı RPŞ-nə getmişdirlər. O, hesab edir ki, qızı azyaşlı olduğundan və normal şəkildə cinsi əlaqənin hansı formada olduğunu bilmədiyindən, Təqsirləndirilən şəxs onu seksual xarakterli hərəkətlərə məcbur etdikdə, o, zənn etmişdir ki, həmin şəxs onunla cinsi əlaqədə olmuşdur. Xumar xx.xx.2023-cü il tarixdə evə gələn zaman o, Xumarın bədəni üzərində hər hansısa bir xəsarət izi aşkar etməmişdir. Məhkəmənin əvvəlki iclaslarında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2010-cu il təvəllüdlü Şahid4 Neymət qızı Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 371 saylı ekspert rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Neymət qızının qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər və düz bağırsağın selikli qışasında eroziv-sıyrılmış səthi yara aşkar edilmiş və Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Neymət qızında arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər və düz bağırsağın selikli qişasında eroziv-sıyrılmış səthi yara aşkar edildiyindən, onun hər hansısa bir şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olub-olmamasının müəyyən edilməsi və əmələ hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən ayrıca materialın ayrılması və araşdırılması üçün RPŞ-nin rəhbərliyinə təqdim edilməsi qərar alınmışdır. Həmçinin, Zərərçəkmiş şəxs iddia etdiyi xəncərin Təqsirləndirilən şəxs olub-olmamasını müəyyən etmək mümkün olmadığından, sonuncunun Zərərçəkmiş şəxs öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla, hədələməsi faktı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134 və 228.4-cü maddələri ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 4(074)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində qətimkan tədbiri qismində “həbs” seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Polis X2 müstəntiqi Elvin Nəbiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) ay 12 (on iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar