Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-14/2025 21.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 06 iyun 2024-cü il tarixdə saat 15 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, Cəlil Məmmədquluzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 15:45-dən etibarən Şamaxı RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli yun şalvarın sol yan cibindən üzərində “LD” yazısı olan siqaret qutusunun içərisindən 13 (on üç) ədəd bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi - 8,54 (səkkiz tam yüzdə əlli dörd) qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd bükümdə xeyli miqdarda, ümumi təmiz çəkisi – 1,994 (bir tam mində doqquz yüz doxsan dörd) qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, onun heç bir narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi yoxdur. Onun cibinə həmin narkotik vasitəni atmışlar. Polis əməkdaşları olan Şahid1 və İlkin Əliyev onu evinin qapısından götürüb polis şöbəsinə aparmışlar. Orada Cəlil siqaretinin içərisinə nə isə töküb onun cibinə qoymuşdur. Polis şöbəsində ona təzyiq göstərək boynuna qoymuşlar. Bununla bağlı heç bir orqana şikayəti olmamışdır. Şöbədə ona bildirmişlər ki, narahat olmasın, məhkəmədə cinayət işi xitam olacaq, ona görə də etiraf etmişdir. Sonda təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddənin onun olmasını etiraf etməsinin səbəbi onu aldatmaları olmuşdur. Belə ki, orada ona narkotik vasitənin onun olmasını etiraf etməsini sonra işə xitam veriləcəyini bildirdiklərindən etiraf etmişdir. Narkotik vasitə onun olmamışdır. Cinayət işinin materialları ilə tanış olarkən cinayət işinin məhkəməyə göndəriləcəyini bilmiş, lakin ona deyilmişdir ki, işə məhkəmədə xitam veriləcəkdir. Ona qarşı niyə belə elədiklərinin səbəbini bilmir. O, heç kimə video çəkib göndərməmişdir. Narkotik vasitə və psixiotrop maddələrin onun olmasına dair ifadəsini müdafiəçisinin iştirakı ilə vermişdir. O, “LD” siqareti çəkir. Şöbəyə aparılarkən cibində siqaret olmuşdur. İbtidai araşdırma dövründə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, o, ünvan 1 ünvanında metal qəbul edərək satışını həyata keçirir. xx.xx.2024-cü il tarixdə yaşadığı Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsində piyada hərəkətdə olan zaman yerdə üzərində “LD” yazısı olan bir ədəd siqaret qutusu görmüş, həmin siqaret qutusunu yerdən götürərək içərisinə baxmış və həmin siqaret qutusunun içərisində bir neçə ədəd büküm olduğunu görüb, həmin bükümləri açaraq içərisinə baxmış, bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Daha sonra həmin bükümləri bükərək siqaret qutusu ilə birlikdə əynində olan qara rəngli yun şalvarın sol yan cibinə qoymuşdur ki, gələcək günlərdə istifadə etsin. Çünki əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. 06 iyun 2024-cü il tarixdə saat 15 radələrində ona 3 nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, ilk öncə polis əməkdaşlarına etiraz edərək üzərində narkotik vasitə olmadığını və polis şöbəsinə getmək istəmədiyini bildirmiş, lakin sonradan polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-nə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra vəkil X1 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli yun şalvarın sol yan cibindən üzərində “LD” yazısı olan siqaret qutusu aşkar edilmış, həmin siqaret qutusu açılaraq içərisinə baxılan zaman içərisindən 14 ədəd büküm çıxmış, həmin bükümlər ayrı-ayrılıqda açılaraq içərisinə baxılan zaman 13 ədəd bükümün içərisindən narkotik vasitə olan marixuana, bir ədəd bükümün içərisindən isə psixotrop maddə olan metamfetamin aşkar edilmışdir. Daha sonra həmin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin onların iştirakları ilə zərfdə qablaşdırılmışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, Mahir adlı şəxsə də, narkotik vasitə satmamış, Mahir adlı şəxs ona dəmir almaq üçün yaxınlaşmış və onunla tanışlığı dəmir alveri üzərindən olmuşdur. O, daha əvvələr narkotik vasitə olan marixuana istifadə etmiş, lakin psixotrop maddə olan metamfetamin istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, 06 iyun 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 23-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1978-ci il təvəllüdlü X6 qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı saxlanılan zaman üzərindən aşkar olunan narkotik vasitəni Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs ona verdiyini bildirdirmiş, ona görə də, Təqsirləndirilən şəxs müəyən edilərək RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aprılan zaman narkotik vasitə marixuana və psixotrop maddə olan metafetamin aşkar olunmuşdur. Həmin faktlarla bağlı cinayət işi başlandıqdan sonra tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs X4 və ya hər hansı digər şəxsə və ya şəxslərə narkotik vasitələr və psixotrop maddələr satması barədə heç bir məlumat daxil olmamış, bununla bağlı heç bir hal müəyyən edilməmişdir. Eləcə də, X2 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs almasına dair heç bir əməliyyat məlumatı daxil olmamış və qeyd olunan xüsusatlarla bağlı digər hal müəyyən edilməmişdir. Belə ki, əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, X2 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı sonuncu hardansa tapmış, özü istifadə etməsi üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini də sonuncu hardansa tapmışdır. Təqsirləndirilən şəxs həmin maddələri özünün bükümlərə ayırması və kiməsə satmaq məqsədinin olması barədə heç bir məlumat əldə edilməmiş, əldə edilmiş məlumatlara əsasən, Təqsirləndirilən şəxs əldə etdiyi həmin maddələri özünün istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara yun şalvarın sol yan cibindən “LD” yazılmış siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusu açılaraq içərisinə baxıldıqda, içərisindən on üç ədəd bükümə bükülmüş açıq yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr və siqaret sellofanına bükülmüş içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 3-16-16-2-7/924 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdəki “LD” adlı siqaret qutusunun içərisində 13 (on üç) ədəd gümüşü rəngli folqada bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,49 qram; 0,66 qram; 0,60 qram; 0,74 qram; 0,52 qram; 0,61 qram; 0,65 qram; 0,86 qram; 0,54 qram; 0,36 qram; 0,91 qram; 0,80 qram; 0,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddələr marixuanadır. Həmin marixuananın ümumi çəkisi - 8,54 qram, tədqiqata sərf edildi 0,26 qram, qalıq 8,28 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3155 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən imzalar yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,994 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetaminin ümumi çəkisi - 1,994 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,944 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqının həmin Məcəllənin 234.2-ci maddəsi ilə davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 4(074)-23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 8,28 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,944 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş və cinayət işinin ibtidai istintaqının həmin Məcəllənin 234.1-ci maddəsi ilə davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 4(074)-30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 4(074)-23/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan bir ədəd “Huawei” adlı mobil telefonu təhvil almışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv edilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 17 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 avqust 2024-cü il tarixli, 5716 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı Rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 sentyabr 2024-cü il tarixli, 5-75-12/2-1495/2024 saylı arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı xx.xx.1991-ci il təvəllüdlü X7, oğlu xx.xx.2009-cu il təvəllüdlü X11, oğlu xx.xx.2012-ci il təvəllüdlü X13, oğlu xx.xx.2013-cü il təvəllüdlü X8 və qızı xx.xx.2019-cu il təvəllüdlü X5 ibarətdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 sentyabr 2024-cü il tarixli, 5-75-12/2-1497/2024 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanıldıqdan sonra ona narkotik vasitənin və psixotrop maddənin onun olmasını etiraf etməsi ilə bağlı psixi təsirlər olduğunu, ona bütün sənədləri imzalamasını məsləhət gördüyünü bildirmişdir. Lakin ona psixi təsirlər edilməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Baxmayaraq ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin barəsində xx.xx.2024-cü il tarixdən “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Lakin o, xx.xx.2024-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildikdən sonra Şamaxı RPŞ-də ona psixi təsirlər edilməsinə dair heç bir orqana müraciət etməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd ediir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qeyd edilən Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə bir daha qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona narkotik vasitənin və psixotrop maddənin onun olmasını etiraf etməsi ilə bağlı psixi təsirlər edilməsinə dair heç bir sübut təqdim etmədiklərindən həmin ifadələr müdafiə tərəfinin cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuananı və psixotrop maddə olam metamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,944 qram olan psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,28 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri – 170 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,944 qram olan psixotrop maddə metamfetamin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,28 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatlrarının dəyəri – 170 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-14/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-14/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver