Məhkəmə qərarları › İş №1(074)-15/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-15/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-15/2021 24.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Əlsən oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri Qədirli küçəsi 5 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs Şamaxı rayonunun M.Ə.Sabir qəsəbəsi yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 23:33-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən beş ədəd üzərində gümüşü rənglər olan siqaret kağızına bükülmüş dörd ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,135 qram, 0,030 qram və 0,060 qram, ümumi təmiz çəkisi 0,425 (sıfır tam mində dörd yüz iyirmi beş) qram olan qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə isə təmiz çəkisi 0,035 (sıfır tam mində otuz beş) qram olan ağ rəngli kristal hissəcikdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şamaxı şəhəri Qədirli küçəsi ev 5-də yaşayır, özü də mişar daşı alıb-satmaq məqsədilə icazə kağızı əsasında idarə etdiyi “TATRA” markalı 90JL 857 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə mütəmmadi olaraq Bakı şəhəri Qobustan rayonu ərazisində olan daş karxanalarına gedib-gəlir. O, əvvəllər narkotik vasitələrin saxlanması və oğurluq cinayətləri ilə məhkum olunmuşdur. Təxminən bir ay bundan əvvəl saat 17:00 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında idarə etdiyi “TATRA” markalı **-JL- *** dövlət qeydiyyat nişanlı yük avtomaşına mişar daşı yükləyib karxanadan çıxmış, sonra hər dəfə yük avtomaşını sürücülərinin avtomaşınları saxladıqları yerdə saxlayıb, avtomaşından düşüb avtomaşının təkərlərinin havasını yoxlayarkən “West" markalı siqaret qutusunu görüb ayağı ilə vuran zaman qutunun içərisində nəsə olduğunu hiss etmiş, qutunu götürərək içərisini açıb baxdıqda qutunun içərisində beş ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar etmiş, həmin bükümləri açdıqda dörd ədəd bükümün içərisində tünd qəhvəyf rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. Sonra digər bir ədəd bükümü açdıqda bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetamin olmasını görüb, həmin bükümləri siqaretin üzərindəki şəffaf selafana büküb göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, avtomaşına minərək Şamaxı şəhərinə gəlmişdir. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd bükümü üzərində gəzdirmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində daş karxanasından aldığı mişar daşını yol vərəqəsi ilə idarə etdiyi “TATRA” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsi ərazisindən Şamaxı şəhərinə doğru gedərkən başqa bir avtomobil idarə etdiyi avtomaşına saxla işarəsi etdiyindən o, avtomaşını saxlmış və avtomobildən düşmüşdür. Həmin vaxt mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Həmin vaxt o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etmiş, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında saat 23:33-da mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki göy rəngli cins şalvarınnn sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin beş ədəd bükümü açdıqda dörd ədəd içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmiş, digər bir ədəd büküm açılan zaman bükümün içərisindən kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Orada olanların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan, dörd ədəd bükümdəki heroini və içərisində psixotrop maddə metafetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu onun özü, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Daha sonra idarə etdiyi “TATRA” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınında da qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğu ona bildirilmiş, onun özü və iştirakçılarla həmin yük avtomaşınına baxış keçirilmiş, baxış zamanı idarə etdiyi yük avtomobilində hər hansı narkotik maddə aşkar edilməmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu özü, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, həmin heroini və psixotrop maddə olan metafetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, heroinin satışı ilə məşğul olmadığını, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şamaxı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Əldə etdiyi əməliyyat məlumatına əsasən xx xxxxxx 2020-cu il tarixdə saat 23:00 radələrində Şamaxı rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 və Şamaxı rayon polis şöbəsinin PPXT-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı X2 ilə birlikdə Şamaxı şəhəri Qədirli küçəsi 5 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “TATRA" markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Şamaxı rayonu M.Ə.Sabir qəsəbəsi ərazisindən Şamaxı şəhərinə doğru hərəkətdə olarkən avtomaşını saxlanılmış və onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirdiyindən Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət edilmiş, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirərkən onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş beş ədəd büküm aşkar olunmuşdur. Aşkar edilmiş həmin beş ədəd bükümü açdıqda dörd ədəd içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmiş, digər bir ədəd büküm açılan zaman bükümün içərisindən kristal formada, şəffaf şəkildə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroin olan dörd ədəd və içərisində psixotrop maddə metamfetamin olan büküm kağız zərfdə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “TATRA” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınında da qanunsuz olaraq narkotik maddə saxlamağında da şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxsla və iştirakçılarla həmin yük avtomaşınına baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “TATRA” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində hər hansı narkotik maddə aşkar edilməmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən iştirakçılar imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərində əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selafanın içərisində siqaretin gümüşü rəngdə olan kağızına bükülmüş beş ədəd büküm aşkar olunmuşdur. Həmin büküm açılaraq işərisinə baxıldıqda, dörd ədəd bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə və bir ədəd bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş beş bükümdən dörd ədədinin içərisindəki kütlələr narkotik vasitə olan heroin, digər bir ədəd bükümün içərisindəki kütlələr psixatrop vasitə olan matafetamindir, ona məxsusdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən götürülmüş beş ədəd bükümdən və sair qeydlər olan zərfdəki 4 ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qr, 0,135 qr, 0,030 qr, 0,060 qram, üımımi təmiz çəkisi 0,425 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Həmin zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli kristal hissəcikdən ibarət maddə isə psixotrop maddə metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2496 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixi hökmü ilə barəsində CMnn 69.3-cü maddəsi tətbiq edilməklə aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 1 il 11 ay 2 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Şamaxı rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 62, 65.3 maddələrinə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə 2 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 7(074)-31/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 11 ay 20 gününü çəkməkdən şərti azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 36-146140/5 saylı məktubunda göstərilir ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 7(074)-31/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 11 ay 20 gününü çəkməkdən şərti azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri Qədirli küçəsi 5 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, yaşadığı müddətdə qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbayan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs Şamaxı rayonunun M.Ə.Sabir qəsəbəsi yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 23:33-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən beş ədəd siqaretin üzərində gümüşü rənglər olan kağızına bükülmüş dörd ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,135 qram, 0,030 qram və 0,060 qram, ümumi təmiz çəkisi 0,425(sıfır tam mində dörd yüz iyirmi beş) qram olan qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə isə təmiz çəkisi 0,035(sıfır tam mində otuz beş) qram olan ağ rəngli kristal hissəcikdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında və ibtidai istintaqda da əməlini etiraf edərək bildirmişdir ki, narkotik maddə qəbul edir və həmin narkotik maddəni də özünün istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə etməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri ilə təsdiq olur ki, təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə ona məxsus olmaqla öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci tarixli rəyindən də aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair hər hansı bir sübüt təqdim edilmədi. Həmçinin, narkotik vasitənin digər istehlakçısı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinin mənasına görə narkotik vasitələrin qanunsuz satılması miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Hazırki işdə isə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə əldə etməsinə dair məhkəmədə hər hansı bir hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs narkotik vasitəni özünün istifadə etməsi məqsədilə qanunsuz olaraq əldə etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunur, lakin təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satmaq niyyətində olması məhkəmədə öz təsdiqini tapmadı. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması əməlində satış məqsədi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayəti səmimi etiraf etməsini və əməlindən peşiman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay 24 gün müddət 11 ay 18 azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 108,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə verilməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,325 qram heroin, 0,015 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat, məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardıma görə 36 manat cəmi 126 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Şamaxı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla Təqsirləndirilən şəxs 3 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay 24 gün müddət 11 ay 18 azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalından həbsdən azad edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 108,46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə verilsin. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,325 qram heroin, 0,015 qram metamfetamin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat, məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardıma görə 36 manat cəmi 126 manat pul fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar