Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-15/2023 29.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 01 dekabr 1973-cü ildə Şamaxı rayonu Çöl Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Çöl Bağırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixindən etibarən şifahi razılıq əsasında aylıq 600 (altı yüz) manat əmək haqqı müqabilində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun birgə mülkiyyətində olan Saatlı rayonu ərazisində yerləşən fermada çobanlıq edərək xırda buynuzlu heyvanların bəslənilməsi işini yerinə yetirməklə 03 iyun 2022-ci il tarixdə sonunculara məxsus 364 (üç yüz altımış dörd) baş xırda buynuzlu heyvanları qeyd edilən ərazidən heyvanların qida çatışmazlığı bəhanəsi ilə yaşadığı Şamaxı rayonu Çöl Bağırlı kəndinə gətirib 06 (altı) gün müddətində özünün həmin kənddə yerləşən evinin həyətində saxladıqdan sonra 09 iyun 2022-ci il tarixdə 7000 (yeddi min) manat əmək haqqının ödənilməməsini özü üçün əsas gətirməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansısa bir məbləğdə əmək haqqı tələb etmədən, əmək haqqının ödənilmədiyi halda mülki hüquqi öhdəliklərə uyğun olaraq qanuna müvafiq qaydada əmək haqqı tələbi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmədən özbaşına hərəkət edərək həmin heyvanlardan bir ədədinin qiyməti 240 (iki yüz qırx) manat olan 64 (altmış dörd) baş xırda buynuzlu qoyunu və hər biri 100 (yüz) manat dəyərində olan 30 (otuz) baş xırda buynuzlu keçini ayırıb əmək haqqı əvəzində yaşadığı evin həyətindəki tövlədə saxlamaqla qalan 270 (iki yüz yetmiş) baş xırda buynuzlu heyvanı Sabirabad rayonu ərazisinə aparıb təhvil verərək qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hərəkəti özbaşına törədərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 18360 (on səkkiz min üç yüz altmış) manat mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, uzun illərdir ki çoban kimi fəaliyyət göstərir. 01 iyul 2021-ci il tarixində o, Şahid3 ilə görüşərək razılaşmışdır ki, hər ay 600 (altı yüz) manat əmək haqqı müqabilində ona məxsus 175 baş xırda buynuzlu heyvanı Saatlı rayonunda yerləşən fermasında saxlasın. İki aydan sonra Razi adlı şəxs əlavə olaraq 182 baş xırda buynuzlu heyvan alaraq ona təhvil vermişdir ki, həmin heyvanlarıda saxlasın. O, da onunla görüşərək söhbət edib bildirmişdir ki, 1000 (min) manat müqabilində heyvanlarına baxar. Lakin o, razı olmadığından daha sonra aralarında 900 (doqquz yüz) manata razılaşmışlar. Onların ilkin razılaşması belə olmuşdur ki, Razi hər ay ona əmək haqqısını ödəyəcəkdir. Lakin o, sonradan nisyə 182 baş xırda buynuzlu heyvan aldığından ona söyləmişdir ki, həmin heyvanları yekunda satandan sonra onun pulunu verəcək və ümumi gəlirdəndə 20 faiz ona ödəyəcəkdir. Daha sonra isə Razi ona bildirmişdir ki, yekunda pul əvəzinə onun evini düzəltdirəcəkdir. Onlar aralarında razılaşdıqdan sonra o, Razinin heyvanlarına 1 il müddətində nəzarət edərək saxlamışdır. Razi isə hər ay ona yemək pulu olaraq 100-200 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə o, Razi adlı şəxs ilə danışaraq söyləmişdir ki, fermada su olmadığından heyvanları Çöl bağırlı kəndinə aparır. O, da onunla razılaşmış və o heyvanları yaşadığı Çöl Bağırlı kəndinə aparmışdır. Lakin kənd sakinləri onu otlaq sahəsinə buraxmayaraq həmin kənddə olan otlaq sahəsinə yalnız kənd sakinlərinin heyvanlarının daxil ola biləcəyini bildirmişdirlər. Bu səbəbdəndə o, heyvanları Saatlı rayonuna aparmış və Nemət adlı şəxsə zəng edərək heyvanları Saatlı rayonuna apardığını, gəlib heyvanlara sahib çıxmalarını söyləmişdir. Daha sonra Pərviz adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş və heyvanları Saatlı rayonuna apardıqdan sonra Nemət və Razi adlı şəxslər oraya gəlmişdir. Razi adlı şəxs işə getdiyi üçün çıxıb getmiş, Nemət, Pərviz və 4 nəfər tanımadığı şəxslər orada olduğundan o, Pərvizə yorulduğu üçün getdiyini bildirmişdir. Yeznəsi onun dalınca gələrək onu götürüb yaşadığı kəndə gətirmiş, xx.xx.2022-ci il tarixdə Sadiq, Pərviz və Nemət adlı şəxslər onun evinə gələrək ona bildirmişlər ki, 3 baş iri buynuzlu və iki baş xırda buynuzlu heyvanları onlara versin. O, da onların heyvanlarını vermişdir. Lakin Pərviz ona heyvanların bir hissəsinin olmadığını söyləmişdir. O, da onlara söyləmişdir ki, onun əmək haqqısını tam olaraq ödəsinlər, daha sonra isə o, da heyvanları geri qaytarsın. Bundan sonra Pərviz ona bildirmişdir ki, aparıb heyvanları satsınlar və bundan sonra onun əmək haqqısını ödəsinlər. Həmin şəxslərin ona 7350 manat əmək haqqı borcu olmuşdur. 2800 manata isə ondan avtomobil alıb pulunu ödəməmişdirlər. O, əmək haqqının müqabilində onlardan 46 baş xırda buynuzlu qoyun və 30 baş keçi götürüb saxlamışdır. Saxlamağına səbəb isə həmin şəxslərin uzun müddət onun əmək haqqını verməmələri olmuşdur. O, zənn etmişdir ki, onlar onu aldadaraq yekunda əmək haqqını ödəməyəcəklər. O, həmin heyvanları əmək haqqı müqabilində götürüb saxlayan zaman Razi adlı şəxsə əvvəlcədən zəng edərək söyləmişdir ki, onun pulunu versinlər, lakin Razi, hal hazırda pullarının olmadığını və bu səbəbdəndə pulunu verə bilməyəcəyini bildirmişdir. Onlar RPŞ-nin istintaq bölməsində ilkin araşdırma zamanı onun əmək haqqı olan 7000 (yeddi min) manatını ödəmiş, o, da onlara 46 baş xırda buynuzlu heyvan qaytarmış və bildirmişdir ki, 4 gün sonra yəni xx.xx.2022-ci il tarixində qalan 18 baş xırda buynuzlu heyvanı və 30 baş keçini geri qaytacaqdır. Lakin atasının və anasının səhhətində narahatçılıqlar yarandığından o, hər ikisini Bakı şəhərinə aparıb gözlərindən əməliyyat elətdirdiyindən, qalan heyvanları geri qaytara bilməyərək onların pulunu ödəməmişdir. O, özbaşına 46 baş xırda buynuzulu heyvanlar götürsədə ümumilikdə həmin heyvanları saxlayan zaman onlardan 18 baş xırda buynuzlu heyvanlar öldüyündən və Nemət adlı şəxsdə ondan ölən həmin heyvanlarıda tələb etdiyindən o, 46 baş xırda buynuzlu heyvandan başqa 18 baş xırda buynuzlu heyvanları onlara qaytaracağı ilə razılaşmışdır. Onun hal hazırda həmin şəxslərə hər hansısa bir məbləğdə borcu yoxdur. Borcunun olmamasına səbəb isə Nemət adlı şəxsə ona məxsus “VAZ 2106” markalı avtomobili alması və borcunu qaytarmaması olmuşdur. Həmçinin baxdığı heyvanları satan zaman əldə olunan gəlirin 20 faizi ona verilməli olduğu halda Nemət adlı şəxs ona hər hansısa məbləğdə pul verməmişdir. Həmin şəxs onu işə götürən zaman onların arasında hər hansısa bir əmək müqaviləsi bağlanmamışdır. O, pulunun qarşılığında saxladığı 46 baş heyvanı Şamaxı rayonu Çöl Bağırlı kəndindəki evinin həyətində olan tövlədə saxlamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onlarla barışdığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, onun özünə məxsus hal hazırda 343 baş xırda buynuzlu heyvanı vardır. Həmin heyvanlara baxmaq və nəzarət etmək üçün o, Şamaxı rayon Çöl Bağırlı kənd sakini çoban kimi fəaliyyət göstərən Seymur adlı şəxslə 23 iyun 2021-ci il tarixdə görüşmüş və ona hər ay 600 manat əmək haqqı vermək müqabilində xırda buynuzlu heyvanlarına baxmasını istəmişdir. Seymurda onunla razılaşmış və qeyd olunan tarixdən etibarən o, Saatlı rayonu Kamallı kəndində Pərvizə məxsus fermada heyvanları otarmağa və nəzarət etməyə başlamışdır. İlk əvvəl onunla razılaşan zaman onun 177 baş xırda buynuzlu heyvanı olmuşdur. Daha sonra isə o əlavə olaraq 61 baş, bundan sonra isə 182 baş xırda buynuzlu, 57 baş isə keçi almış və həmin heyvanlar fermasında saxlanılaraq Seymur adlı şəxs nəzarət etməyə davam etmişdir. Seymur ona söyləmişdir ki, ona sadəcə olaraq yemək pulu versin, əmək haqqını isə yekunda ödəsin. O, Seymurdan nə üçün bunu istədiyini soruşduqda Seymur ona ev tikdirəcəyini, yekunda ona tam şəkildə pul ödəməsini, o da həmin pul ilə evini təmir etdirəcəyini bildirmişdir. Onlar bu məzmunda razılaşdıqdan sonra Seymur onun heyvanlarına nəzarət etməyə davam etmiş və o, da özü tez-tez gedib heyvanlarına nəzarət etmişdir. xx.xx.2022-ci il tarixində Seymur, ona zəng edərək bildirmişdir ki, ona 500 manat pul göndərsin. O, da Seymurdan nə üçün həmin pulu istədiyini soruşduqda Seymur ona, Şamaxı rayonu Çöl Bağırlı kəndində kənd sakinlərinin arpa biçdirdiyini, heyvanları yemləmək üçün oraya aparacağını söyləmiş, o, da onunla razılaşmış və Seymurun onlara göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Seymur ona özünə məxsus ***-***-**-** və ***-***-**-** nömrələrindən zəng edərək Sabirabadda olduğunu, gəlib heyvanlarını təhvil götüməsini söyləmiş, o, da oraya getmiş və heyvanların yanına çatan zaman Seymur avtomobilə əyləşərək heç bir təhvil təslim etmədən oradan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə o, Şamaxı rayon Çöl Bağırlı kəndinə onun evinə gələrək təhvil təslim etməsini söyləmişdir. Çünki onun heyvanlarının bir hissəsi, yəni 67 baş qoyun və 30 baş keçi sürünün içində olmamışdır. Seymur ona bildirmişdir ki, guya onun ona 7500(yeddi min beş yüz) manat borcu vardır. Lakin onun Seymura 4548 (dörd min beş yüz qırx səkkiz) manat borcu vardır. Seymur ona, pulunun müqabilində heyvanları götürdüyünü, gətirib ona pulu verəcəyi təqdirdə heyvanları qaytaracağını bildirmişdir. O, isə Seymura nə üçün qanunsuz olaraq onun icazəsi olmadan heyvanlarını götürüb satdığını və oğurladığını bildirdikdə Seymur onunla aqressiv danışdığından o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmçinin o, Seymurdan “VAZ 2106” markalı avtomobili 1300 (min üç yüz) manat müqabilində nisyə almış, daha sonra həmin avtomobili ustaya vermişdir ki, avtomobili düzəltsin. Lakin avtomobilin sənədi olmadığından Seymur ona söyləmişdir ki, pulu yekunda ödəyəndə avtomobilin sənədinidə düzəldib verəcəkdir. O, heyvanları alan zaman Seymur adlı şəxsdə onlarla birlikdə olmuşdur. Onlar “Qaradolaq” sort heyvan almışdır. Həmin heyvanları müxtəlif qiymətlərə yəni bir hissəsin 150 manata, bir hissəsin isə 200 manata almışlar. Onların ümumilikdə 418 baş xırda buynuzlu heyvanı olmuşdur. Həmin heyvanlardan 88 baş qoyunun bir hissəsi ölmüş bir hissəsi isə satılmışdır. Həmin heyvanlardan 343 baş xırda buynuzlu heyvan qalmışdır. Həmçinin razılaşma isə belə olmuşdur ki, həmin heyvanlar 1000 baş olandan sonra onlar heyvanları satıb ümumi gəlirdən 10 faiz Seymura verəcəklər. O, Təqsirləndirilən şəxs işə götürən zaman aralarında hər hansısa bir müqavilə bağlanmamışdır. Seymur hal hazırda onlara 18 baş xırda buynuzlu qoyun və 8 baş keçi qaytarmalıdır. Həmin heyvanları qaytarmadığı uçün onlara hazırda 5120 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi və heç bir iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Müşfiq oğlu ifadə verib göstərdi ki, Pərviz adlı şəxs ilə birlikdə Saatlı rayonunda özü üçün ferma qurmuşdur. Həmin fermada heyvan saxlamaq qərarına gəlmişlər və 2021-ci ilin avqust ayının 1-dən etibarən 2014-cü ildən tanıdıqları Təqsirləndirilən şəxs ilə görüşərək həmin şəxsə onların heyvanlarına baxmasını və fermalarında çoban kimi işləməsini təklif etmişlər. Onların Seymurla razılaşması belə olmuşdur ki, ona 418 baş xırda buynuzlu heyvana baxmaq müqabilində hər ay 600 manat əmək haqqı veriləcəkdir. Əgər o, həmin heyvanları artırıb 1000 baş edəcəkdisə onlar artıq bu zaman onu özlərinə şərik edib ona əmək haqqı verməyərək satılacaq heyvanların 10 faizini ona verəcəkdir. Lakin həmin heyvanlardan 88 baş xırda buynuzlu heyvandan bəziləri ölmüş, bəziləri kəsilərək satılmış, 343 baş xırda buynuzlu heyvan qalmışdır. xx.xx.2022-ci il tarixində Seymur adlı şəxs heyvanları Sabirabad rayonu ərazisinə gətirmiş və ona zəng edərək tələsdiyini və bu səbəbdəndə gəlib heyvanları aparmalarını söyləmişdir. Onlarda gəlib heyvanları oradan götürən zaman ona söyləmişdirlər ki, “gəl sayaq təhvil götürək.” Seymur isə tələsdiyi üçün sonra sayacağını bildirib çıxıb getmişdir. Növbəti gün onlar heyvanları sayan zaman 343 baş xırda buynuzlu heyvandan 270 başının qaldığını 73 baş heyvanın isə olmadığını görmüşlər. Onlar Seymura zəng edərək yenidən onu çağıranda Seymur oraya gəlməmiş, bu səbəbdəndə onlar Seymurun həyətində 3 baş iri buynuzlu heyvanları qaldığından “QAZ 53” markalı avtomobil ilə gələrək həmin heyvanları avtomobilə yükləyib yola salaraq Seymurun evində oturaraq heyvanların hesabını aparmağa başlamışlar. O, həmin qoyunların həyətdə olduğunu görüb Seymurdan nə üçün heyvanların həyətdə qaldığını soruşduqda Seymur ona, həmin heyvanların qızdırması olduğundan sürü ilə birgə apara bilmədiyini söyləmişdir. Onlarda bu səbəbdən sürücüyə, gedib iri buynuzlu heyvanları fermaya düşürdüb yenidən geri qayıtmasını və heyvanları aparmasını bildirmişlər. Onlar orada olan zaman Seymurun dəftəri ilə hesablarını aparmış, Seymur 6 baş heyvanı isə Pərvizə verdiyini bildirmişdir. Daha sonra Seymurun onlara 67 baş xırda buynuzlu heyvan borclu qalması müəyyən olunmuş və onlar Seymurun evindən çıxaraq Ağsunun Gəgəli kəndinə getmişlər ki, qışlaq sahəsindən vaqonu götürsünlər. Lakin yolda “QAZ 53” markalı yük avtomobilinin sürücüsü onlara zəng edərək söyləmişdir ki, “Seymur deyir mənim pulumu verməsələr onlara heyvan qaytarmayacağam”. Onlar bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişlər. İlk əvvəl Ağsu polisi əraziyə gəldiyindən onlar polislərlə Seymurun evinə getmiş, lakin Seymur onları oradan qovaraq Ağsu polisinin Şamaxı ərazisində xidmət aparmaq səlahiyyətinin olmadığını bildirmişdir. Bundan sonra o, Pərvizlə birgə Şamaxı rayon PŞ-nə gəlmiş və ərizə ilə müraciət etmişlər. Polis əməkdaşları Seymurun ünvanına gələrək onu RPŞ-nə dəvət etmiş və o, Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hesab aparıldıqdan sonra onların Seymura 1500 manat avtomobil aldığı üçün borcu və əmək haqqından isə 5500 manat borclu qaldığı müəyyən olunduğundan o, Seymura 7000 (yeddi min) manat pul ödəmiş, Seymur da ona 46 baş xırda buynuzlu heyvan qaytarmış, 18 baş xırda buynuzlu heyvan ilə 30 baş keçi isə borclu qaldığından Polis Şöbəsində akt tərtib olunmuşdur ki, həmin heyvanları xx.xx.2022-ci il tarixində qaytarsın. Lakin Seymur, vədinə əməl etməyərək ona 12 baş ana keçi, 10 baş isə balasını qaytararaq ümumilikdə 22 baş keçi qaytarmışdır. Qalan 8 baş keçi ilə 18 baş xırda buynuzlu qoyunu qaytarmamışdır. Seymur adlı şəxs 67 baş xırda buynuzlu heyvanı götürdükdən sonra 4 baş xırda buynzulu heyvanın öldüyünü bildirdiyindən o, həmin heyvanlarıda ona bağışlamış və ona çatası olan 18 baş “Qaradolaq” sortu xırda buynuzlu heyvanı qaytarmasını tələb etmişdir. Həmin heyvanların birinin dəyəri 240 manat olmaqla Seymurun ona hal hazırda 18 baş xırda buynuzlu qoyun müqabilində 4320 (dörd min üç yüz iyirmi) manat borcu vardır. Keçilərin isə birinin 100 manat dəyəri vardır. Sonda zərərçəkmiş şəxs bildirdi ki, hal-hazırda təqsirləndirilən şəxs onlara vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, uzun illərdir ki çoban kimi fəaliyyət göstərir. 01 iyul 2021-ci il tarixində o, Şahid3 ilə görüşərək həmin şəxslərin heyvanlarına baxmışdır. Oğlunun hansı qiymətə razılaşması barədə məlumatı olmamışdır. O, həmin heyvanlara Saatlı rayonunda Razi, Pərviz və Nemət adlı şəxslərə məxsus fermada baxmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs heyvanları Çöl Bağırlıya gətirərək fermada su olmadığını bildirib həmin kənddə saxlayacağını və orada örüş sahəsinə otlatmağa aparacağını söyləmişdir. Lakin kənd sakinləri onu otlaq sahəsinə buraxmayaraq həmin kənddə olan otlaq sahəsinə yalnız kənd sakinlərinin heyvanlarının daxil ola biləcəyini bildirmişlər. Bu səbəbdəndə o, heyvanları Saatlı rayonuna aparmış, lakin heyvanların 46 başı xəstələndiyindən o həmin heyvanları oraya apara bilməmişdir. Oğlunun nə qədər heyvanı özünə götüüb götürməməsi barədə heç bir məlumatı olmamışdır. Onun gördüyü sadəcə 46 baş xırda buynuzlu heyvan olmuş, həmin heyvanlarda qaytarılmışdır. Başqa heçnədən məlumatı olmamış, lakin Polis Şöbəsində araşdırma aparılan zaman onlar Pərvizə ona 22 başda keçi qaytarmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Onun Saatlı rayonunda ferması vardır və həmin fermada o, heyvan saxlayaraq fermer kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs qardaşına məxsus fermada çoban kimi fəaliyyət göstərmiş və o, arabir qardaşına məxsus fermaya gedən zaman onunla söhbət edib münasibətdə olmuşdur. Sonradan ona söyləmişlər ki, Seymur adlı şəxs qardaşına məxsus qoyunları və keçini özbaşına olaraq əmək haqqı müqabilində saxlayaraq qaytarmır. Qardaşı Zərərçəkmiş şəxs1 Şamaxı rayon Polis Şöbəsinə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs 64 baş qoyun və daha sonra isə 22 baş keçini qaytarmış, 18 baş xırda buyznuzlu qoyun ilə 8 baş keçini isə hazırki tarixədək qaytarmamışdır. Onun Təqsirləndirilən şəxs ilə arasında hər hansısa bir razılaşma olmamışdır. Seymur ilə onun qardaşı söhbət edərək razılaşmış və Seymuru qardaşı işə götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatların çox hissəsi tamamilə yalandır. Onların hər ikisi arasında hər hansısa bir razılaşma olmamışdır. Çünki onun həmin fermada özünə məxsus xırda və yaxudda iri buynuzlu heyvanları yoxdur. O, həmin şəxsə heyvan alıb verməmişdir. Fermada olan heyvanları qardaşı alıb vermişdir ki, o həmin heyvanları əmək haqqı müqabilində saxlasın. Həmçinin onun işi ilə bağlı o, çox az bir vaxtda Saatlı rayonuna gəlib getmişdir. Fermaya gələndə də qardaşı və Seymur ilə ara bir münasibəti olmuş və söhbət etmişlər. Bundan əlavə onun ümumiyyətlə heyvanların hansı sort olmasından və necə alıb satıldığından məlumatı və anlayışı yoxdur. O, DYP əməkdaşı olduğu üçün hər gün işdə olur və işdə olduğuna görə də gedib heyvan alıb ona verməyi heç bir halda mümkün deyildir. Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməsinin səbəbi isə həmin şəxs heyvanları özbaşına götürüb saxladığından və qardaşına dəymiş ziyanı ödəmək istəmədiyindən ona böhtan atır ki, qardaşı şikayətini geri götürsün. Təqsirləndirilən şəxs ona zəng etməmiş və ondan əmək haqqının ödənilməsini tələb etməmişdir. Bəlkədə hansısa vaxtlarda onunla telefon əlaqəsi olsa da, bu barədə onların arasında hər hansısa bir danışıq olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi başlanması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış HK-1-625/22 nömrəli material üzrə Şamaxı RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Elvin Nəbiyevin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” 11 iyun 2022-ci il tarilxi qərardan görünür ki, HK-1/625 nömrəli araşdırma materialı üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci mddəsinin tərkib əlamətlərinin olubolmamasının müəyyən edilməsi məqsədi ilə kifayət qədər sübutlar toplanılmadığından, o, Şamaxı Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama Yerindən dərhal azad edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Şamaxı rayonu Çöl Bağırlı kəndindəki evinin həyətinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özbaşına olaraq götürüb saxladığı 46 baş “Qaradolaq” sortu qoyunu Çöl Bağırlı kəndindəki evinin həyətində saxlamışdır. Hadisə yerinin video görüntüsü çəkilməklə bu barədə protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdanda görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əmək haqqı müqabilində 7000 (yeddi min) manat pul ödəmiş, Təqsirləndirilən şəxs isə ona veriləcək olan 64 baş xırda buynuzlu qoyun və 30 baş keçidən sadəcə olaraq 46 baş xırda buynuzlu qoyunu geri qaytarmış, xx.xx.2022-ci il tarixində isə 18 baş xırda buynuzlu qoyun və 30 baş keçini qaytaracağı barədə vəd vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Ev heyvanlarının qiymətləndirilməsi haqqında” 05 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 64 (altmış dörd) baş qoyunun hər birinə görə 240 (iki yüz qırx) manat, 30 baş keçinin hər birinə görə 100 (yüz) manat olmaqla, ümumilikdə 18360 (on səkkiz min üç yüz altmış) manat qiymət müəyyən edilmişdir. 14 iyun 2022-ci il tarixdə tərtib olunmuş akt ilə Təqsirləndirilən şəxs götürülərək Zərərçəkmiş şəxs1 təhvil verilmiş 46 baş xırda buynuzlu “Qaradolaq” sortu qoyunlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Şamaxı RİHB-nın Bağırlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə narazılıq və şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şiakyəti yoxdur. Zərərçəkmiş şəxs2 Müşfiq oğlunun ərizəsindəng görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan ödənildiyindən şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növləriin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti islah işləri cəzasının bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-15/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-15/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver