Məhkəmə qərarları › İş №1(074)-15/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-15/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-15/2024 16.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə İmişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi, ev 27 ünvanında qeydiyyatda olan və ünvan 1 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq (yeni dəyişikliklə xeyli) miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla, Şamaxı rayonu ərazisində daşımış, 14 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 08:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman paltarının şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümdə, ümumi təmiz çəkisi 1,023 (bir tam mində iyirmi üç) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, əvvəllər dəniz limanında işləmiş, avqust ayının sonunda onu işdən azad etmişlər. 14 sentyabr 2023-cü il tarixdə taksi fəaliyyətinə başlamışdır. Yaxın qohumları Ağdaş rayonunda yerləşən evini satışa çıxarmış və ona bildirmişdir ki, “elə xeyri sənə verim, əşyaları daşımağa taksi kimi sən gəl”. Taksi fəaliyyəti ilə məşğul olduğu gün axşam işdən sonra qonşusu Samirdən xahiş etmişdir ki, “sən də gəl, gecə yolu sən sürərsən”. Qohumu da Ağdaşda olmuş, gecəni orda qalıb, səhər qohumunu da götürüb qayıtmağı planlamışdır. Gecə təxminən 3-ə qalmış Şamaxı rayonunda “Şamaxı” restoranının qarşısında yol polisi əməkdaşları onları saxlatmış, həmin vaxt avtomobili Samir sürmüşdür. Polislər Samirin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını bildirəndə, o, narazılığını bildirmiş və elə bu vaxt başqa bir avtomobildə əməliyyat müvəkkilləri gəlmiş, onlara cinayət törətməkdə şübhəli olduqlarını və şöbəyə getməli olduqlarını bildirmişlər. Səbəbini soruşduqda, şöbədə aydınlaşdırılacağını demişlər. Şöbəyə gələndən sonra ona təzyiq etməyə və qorxutmağa başlamışlar və hədələmişlər ki, ya 1 qram heroini boynuna götürəcəksən ya da səni külli miqdarda yükləyib tutduracayıq. O da ilk dəfə olduğundan həyəcanlanmış və qorxmuş, atası ilə danışmış, atası səhər ora yaxınlaşacağını bildirmişdir. Gecə təxminən saat 4-də- 5-ə işləmiş ***-***-**-** saylı mobil nömrəsindən atasına məxsus ya ***-***-**-** və ya ***- ***-**-** saylı mobil nömrəsinə zəng etmişlər. Həmin vaxt adını bilmədiyi mayor rütbəli polis əməkdaşı atası ilə danışmış, atası ona səhər yaxınlaşacağını bildirmişdir. Səhər təxminən 10:00-10:30 radələrində atası şöbəyə gəlmiş və ona demişdir ki, nə desələr razılaş, qol çək. Qardaşı da hüquqşünas olduğundan onunla da danışmış, o da qorxmamasını, nə desələr razılaşıb qol çəkməsini bildirmiş, o da 1 qramla razılaşıb hər şeyə qol çəkmişdir. İstintaq çəkilişi olmuş, ona bir büküm maddə verib demişlər ki, “qoy cibinə, sol cibindən çıxararsan, sağ cibindən telefon çıxararsan”. O da razılaşmışdır. 48 saatdan sonra evə buraxılmış, evdə məsləhətləşmiş, qardaşı ona narahat olmamasını, haqq-ədalətin məhkəmədə yerini tapacağını bildirmişdir. İstintaqda səhvlər çox olmuş, o isə özünü sübut etmək üçün məhkəmə baxışını gözləmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona təzyiq göstərdiklərindən CM-nin 234.1-ci maddəsilə razılaşıb sənədləri imzalamışdır. Onu sözlə qorxutmuşlar, ona heç bir fiziki təsir olmamışdır. Atası yaxınlaşandan sonra ona bildirmişlər ki, sən imzalayacaqsan və səni 48 saat sonra buraxacayıq. Onun da məhkumluqla bağlı anlayışı olmadığı üçün razılaşmışdır. Onu döyməmiş, lakin psixi təsir etmişlər. O, hüquq fakültəsini bitirən qardaşı və atası ilə məsləhətləşmiş və ona demişlər ki, “sənə nə versələr imzala, onsuz da istintaq zamanı səhvlər olacaq”. Ona görə də razılaşıb imzalamışdır. Əvvəllər heç bir narkotik vasitədən istifadə etməmişdir. Avtomobil ona məxsus olmamışdır. Sürücülük vəsiqəsi var. “Toyota Prius” markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobil “Bolt” şirkətinə məxsusdur. O isə maaşa sürücü işləmişdir. Gündəlik planı doldurandan sonra rayona getmişdir. Bakı şəhərini tərk edərkən icazə alırlar. O da həmin gün icazə almış, lakin adını hazırda xatırlamır. Gündəlik 90 manat plan vermiş, ona görə məcbur olub gecə rayona getmişdir. Bakıdan gecə saat 01 radələrində çıxmışdır. X4 adlı şəxs də gəlmişdir. Bakıdan Şamaxı rayonuna gələnə qədər avtomobili saxlamamışdır. Polis əməkdaşları onu saat 3-ə qalmış - 3 radələrində saxlamışlar. Həmin vaxt içərisində ***-***-**-** saylı nömrə olan telefon üzərində olmuşdur. Saat 4-lə 5 arası Şamaxı rayon polis şöbəsində olarkən atası ilə telefonla danışmışdır. Əvvəllər yaxın müddətdə Şamaxı rayonuda olmamışdır. İstintaq çəkilişi zamanı onu saxlayan polis əməkdaşlarından yalnız Mir-Rəşad orda olmuş, digərlərinin adlarını bilməmişdir. Samirin üzərində telefon olmuş, nömrəsi ***-***-**-** olmuşdur. Saxlanılan zaman Samiri də onunla bir yerdə saxlamışlar və səhər 9:30-dan sonra onu buraxmışlar. Atası idarəyə saat 10:30-11:00 radələrində gəlmişdir. Çəkiliş atası gəldikdən sonra təxminən saat 11-12 arası olmuşdur. Avtomobil şöbənin həyətində olmuşdur. Polis əməkdaşları avtomobili şöbəyə gətirmişlər. Avtomobilin açarı polisdə olmuş, həmin polis əməkdaşlarının adlarını bilməmiş, amma üzdən tanımışdır. Çəkiliş aparılanadək polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməmişdir. Onu 48 saat sonra buraxmışlar. Sonra xx.xx.2023-cü il tarixdə Şamaxıya gəlmiş və sənədlərə imza etmişdir. Oktyabr ayının əvvəlində müstəntiqlə gedib Maştağada narkoloji dispanserdən keçmişdir. xx.xx.2023-cü il tarixdə Şamaxı rayonuna gəlmiş, müstəntiq “Şamaxı” restoranının yanında şəklini çəkmişdir. Sonra bir dəfə Bakı şəhərinə müstəntiq gəlmiş, görüşüb avtomobildə sənədlərə imza etmişdir. Həmin vaxt o və müstəntiq olmuşdur, müdafiəçi olmamışdır. İstintaq zamanı verilən müdafiəçini tanımamışdır. Həmin müdafiəçini ancaq istintaq çəkilişi zamanı görmüşdür. İşin materialları ilə tanış olmamış, həmin sənədlərin nə olmasını bilməmişdir. Atası ona demişdir ki, nə desələr razılaş, imza et, o da imzalamışdır. Tutulan günü Ağdaş rayonuna anasının dayısı nəvəsigilə gedirmiş, evlərin satışa çıxartmış, əşyaların çıxardırmışlar. Atası gəlmiş, sonra istintaq çəkilişi olmuş, atasını Bakıya qayıdanda şəhərdə görmüşdür. Hal-hazırda işlətdiyi nömrə elə əvvəldən istifadə etdiyi nömrədir. Müstəntiq Bakı şəhərinə gələndə və ona “Şamaxinka” adlanan yerdə sənədlərə imza etdirəndə, onunla ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxlamışdır. O, Beynalxalq dəniz limanında işləyəndə orda da tez-tez yoxlayırmışlar və narkotik vasitədən istifadə edənləri işdən çıxarırmışlar. Şöbədə onu sözlə qorxudub ya 1 qramı götürməli olmasını, ya da satışla yükləyəcəklərini bildirmişlər. Əvvəllər məhkumluğu olmamışdır. Şamaxı RPŞ-də polis əməkdaşlarından heç kəslə bir düşmənçiliyi olmamışdır. Hesab edir ki, adam tapmadıqlarından onu tutmuşlar. Şöbədə onu döyməmiş, ancaq sözlə qorxutmuşlar. Ona olan təsirlərlə bağlı azadlıqda olsa da heç bir orqana şikayət etməmişdir. Buna səbəb isə istintaqda səhvlərin olması olmuşdur. O, qardaşı ilə danışmış, o isə bildirmişdir ki, “narahat olma, özümüzü məhkəmədə sübut edəcəyik”. O, narkotik vasitədən istifadə etmədiyi üçün hesab etmişdir ki, istintaq səhvlər buraxacaq. Tanış etmə ilə əlaqədar bütün sənədləri özü imzalamış, lakin oxumamışdır. Müstəntiq sənədləri açdıqca, o da imzalamışdır. Atası əvvəldən bütün sənədləri imzalamasını bildirdiyi üçün sonadək bütün sənədləri imzalamışdır. Məhkəməyə arxayın olduğu üçün istintaq başlayandan qurtaranadək bu barədə heç nə deməmişdir. İlkin ifadəsini verərkən ona təsirlər olsa da, sonradan heç bir təsir olmamışdır. İbtidai araşdırma dövründə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan yerdə gəzərkən yerdə yolun kənarında bir qədər dayanmışdır. O, həmin vaxt yolun kənarında yerdə 01 ədəd ağ kağıza bükülmüş bükümü görmüş, büküm marağına səbəb olduğu üçün götürmüşdür. Həmin 01 ədəd ağ kağıza bükülmüş bükümü açıb baxdıqda, içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olmasını görmüşdür. Sonra həmin narkotik vasitə olan heroini istifadə etmək üçün üzərindəki boz rəngli idman paltarının şalvarının sol yan cibinə qoymuş və yaşadığı ünvana getmişdir. Həmin günün səhəri, yəni 14 sentyabr 2023cü il tarixdə şəxsi işi ilə əlaqədar yaşadığı Bakı şəhərindən Şamaxı rayonuna etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, həmin tarixdə, saat 07 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranının yaxınlığında “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşmüş, yolun kənarında dayanan zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər, lakin o, etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərində axtarış aparmışlar. Üzərində axtarış aparılarkən əynindəki boz rəngli idman paltarının şalvarının sol yan cibində bir ədəd ağ kağıza bükülmüş büküm aşkar edilmişdir. Polis əməkdaşları bir ədəd ağ kağıza bükülmüş bükümü açdıqda, içərisindən qəhvəyi rəngli tozşəkilli maddə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmçinin şəxsi axtarış zamanı üzərindən bir ədəd “HONOR” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan büküm polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkili və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Daha sonra onun idarə etdiyi “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər, avtomobildə heç bir narkotik vasitə aşkar edilməmişdir. O, bu heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Başqa heç bir məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 14 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində Şamaxı rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi, polis baş leytenantı Şahid2lə və Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 ilə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki boz rəngli idman paltarının şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açılarkən, içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində narkotik vasitə daşıması ilə əlaqdar məlumat daxil olmuşdur. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını bildirmiş, sonra polis şöbəsinə dəvət etmişlər. Tərəflərindən ona qarşı heç bir fiziki zor və ya hədə qorxu edilməmişdir. Baxış keçirilən zaman onun üzərində aşkar olunan narkotik vasitəni tapdığını və istifadə etmək üçün saxladığını bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqdar qərar qəbul edilməsi yadında deyil. Əməliyyata gedən zaman hər hansı bir sənədlə tanış olmağı yadında deyil. Onlarda görünüşü ilə əlaqədar məlumat olmuş və Şamaxı şəhərində “Şamaxı” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs hansı avtomobillə gəlməyini bilmir. Təqsirləndirilən şəxs tək olmuşdur. Müdafiəçini təhqiqatçı çağırmışdır. Dəqiq yadında deyil saxlanılan vaxtdan nə qədər müddət sonra üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə saat neçədə baxış keçirilməsi yadında deyil. Təqsirləndirilən şəxs saxlanılan zaman onun qohumlarına və ya ailə üzvlərinə kimin məlumat verməsi yadında deyil. Onun tərəfindən məlumat verilməmişdir. Şamaxı rayon polis şöbəsinin yanında piyada 2-3 dəqiqəlik məsafədə texnikum var. Cəmil saat 7-dən sonra saxlanılmışdır. Həmin gün də üzərinə baxış keçirilmişdir. Şöbəyə gətirilən zaman və ya şöbədə olan zaman tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir psixi təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı bir təzyiq olmamış, rahat şəkildə polis şöbəsinə gəlmişdir. Axtarış aparılan zaman müdafiəçi və polislər video çəkilişdə iştirak etmişlər. Narkotik vasitə aşkar edildikdən sonra şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı sənədləri imzalamasından, video çəkilişin aparılmasından, üzərindən narkotik vasitəsinin aşkar edilməsindən heç bir narazılıq bildirməmişdir. Həmin vaxt o da əməliyyat qrupunun üzvü olmuşdur. Əməliyyat qrupunda Elçin də olmuşdur. Əməliyyat keçirilməsinə dair qərarla tanış olmuşdur. Cəmili “Şamaxı” restoranının yanında səhər saatlarında hələ iş başlanmamışdan saxlamışlar. Saxlama saatı dəqiq yadında deyil. Saxlayanda avtomobil olmayıb, avtomobil olsaydı, avtomobilə də baxış keçirilərdi. Polis şöbəsinin yaxınlığıda texnikum olmasını bilmir. Saat neçədə saxlanılması yadında deyil. Saxlanılan vaxt əli açıq olub. O, sərbəst polis şöbəsinə gətirilmiş, müqavimət göstərməmişdir. Onunla danışanda əlini cibinə atmamış, nə də onun cibinə onlar əl atmamışlar. “Şamaxı” restoranından şöbəyə 7-8 dəqiqəyə gətirilmiş, vəkil gəlmiş, çəkiliş aparılmışdır. O, Təqsirləndirilən şəxs qohumlarına xəbər verməmişdir. Şöbəyə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçının otağına girib-çıxmışlar, lakin otaqda nə baş verdiyini bilməmişlər. Video çəkilişin saat neçədə olduğunu xatırlamır. Əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarı o yazmamış, nə də qanuni yoxlanılmasından ötrü məhkəməyə verilməsindən xəbəri olmamışdır. Cəmilin üzərində axtarış keçirilən zaman Elçinin orda olub-olmaması yadında deyil. Təqsirləndirilən şəxs ilə bağlı məlumat ona daxil olmayıb. Kimin əməliyyatı olması yadında deyil. Təqsirləndirilən şəxs soruşanda, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir hədə-qorxu, psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs qohumlarına kimin xəbər verməsini bilmir. Şöbəyə gətiriləndə Cəmilə telefonunu növbətçi hissəyə təhvil verməsini bildirmiş, sonra təhqiqatçının yanına getmiş, ona təhvil verib çıxmışdır. Sonra video çəkiliş olanda gəlmiş, çəkilişdən sonra yanında olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 14 sentyabr 2023-cü il tarixdə səhər saat 04 radələrində oğlu Cəmilin telefonundan ona zəng gəlmiş, oğlunun saxlanıldığını bildirmişlər. Səbəbini soruşduqda, külli miqdarda narkotiklə tutulduğunu ona demişlər. O, gələcəyini bildirmişdir. Saat təxminən 5-ə qalmış yenidən zəng gəlmiş və niyə gəlmədiyini soruşmuşlar. O, Bakıda yaşadığını və hava işıqlanandan sonra gələ biləcəyini bildirmişdir. Səhər açılandan sonra Şamaxıya gəlmiş, saat təxminən 10-11 arası Şamaxıya çatmışdır. Həmin vaxt Cəmili görməmişdir. Orda polislər ona Cəmili külli miqdarda narkotiklə tutduqlarını demişlər. O, narkotikin miqdarının nə qədər olduğunu maraqlananda, 8 qram, 10 qram olduğunu demişlər. Cəmili görmək istədikdə isə mümkün olmadığını bildirmişlər. O, oğlunu görmədiyindən polislərlə başqa danışığın mümkün olmayacağını bildirib oradan çıxmışdır. Sonra uzun müddət orqanda müstəntiq işləmiş qohumuna zəng etmiş, o isə ona polislərlə kobud danışmamasını, əgər istəyirlərsə onu 10 qram, istəyərlərsə 1 kilo da edə biləcəklərini, onların işinin ancaq məhkəmə olduğunu demişdir. Ordan evə getmiş, hüquqşünas olan balaca oğlu ilə məsləhət etmiş, o isə Anar müəllimi vəkil tutmağı məsləhət bilmişdir. Həmin oğlu daha sonra onları vəkil Anar müəllimlə tanış etmiş və 19 sentyabr 2023-cü il tarixdə xaricə getmişdir. İstintaq dövründə Şamaxıya gəlməmiş və prokurorluğa şikayət etməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun öz nömrəsinə zəng gəlmişdir. Telefonla danışan şəxs özünü təqdim etməmişdir. Lakin danışan Cəmil olmamışdır. Ona Cəmilin üzərinə baxış keçirilməsi, cinayət işi açılmasına dair heç nə deməmişlər. Cəmilin tutulması ilə bağlı ona başqa nömrədən də zəng gəlib. Cəmilin tutulması ilə bağlı Şamaxıdan zəng edib anasına və qardaşına demişdir. Polislərin adlarını bilməmiş, özlərini təqdim etməmişlər. Cəmil taksi işlədiyi üçün elə olur ki, ancaq gecə işə çıxmışdır. Cəmili 15 sentyabr 2023-cü il tarixdə buraxmışlar və ondan sonra görmüşdür. Buraxılanadək Cəmillə heç bir ünsiyyəti olmamış və onu görməmişdir. Buraxılandan sonra soruşanda, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Etiraf edibetməməsini soruşanda isə məcbur etdiklərinə görə etiraf etdiyini bildirmişdir. Psixi təsir etdikərini bildirmişdir. Etiraf etməsinin yalnış olmasını, vəkil tutmalı olduqlarını Cəmilə bildirmişdir. Lakin həmin vaxt məsləhətləşdikləri bütün şəxslər ona hər şeyi məhkəməyə saxlamağı bildirmişlər. Cəmilin narkotik vasitə istifadə etməsini görməmiş, lakin tutulandan sonra ondan soruşanda 1-2 dəfə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs biz qrupda olarkən narkotik vasitəsini gəzdirməsi ilə bağlı şübhəli bilinərək, Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin işlə bağlı aparılan araşdırma video çəkilişlə qeydiyyata alınmışdır Hadisə də səhv eləmirsə 2023-cü ildə olmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin gün növbədə o, olmuşdur. Şəxs saxlanılanda orada olmamışdır. Növbə başlayır səhər saat 09:00-dan növbəti günün 09:00 kimi davam edir. Nə vaxt gətirildiyi üzərindən xeyli vaxt keçdiyindən yadinda deyil. O, sənədləşdirmədə Fərəclini görmüşdür. Sənədləşənədək harada saxlanılmağını bilmir. Vəkillərin siyahısı verilib, vəkili özü seçib. Vəkili dəvət edirlər, məkub əsasında çağırırlar. Həmin vaxt ***-***-**-** telefon nömrəsindən istifadə etmişdir. Vəkillə telefonla əlaqə saxlamağı yadında deyil. Şəxsin üzərinə axtarış aparılanda günün hansı vaxtı olub yadında deyil. Bəli şübhəli şəxs qismində tutulma saatı yazılır. Ailə üzvlərinə məlumat verilib, amma hansı telefon nömrəsi ilə məlumat verilib yadımda deyil. Ola bilsin əməkdaşların telefonu ilə ailə üzvlərinə məlumat verilib. Şübhəli şəxs nə vaxt dindirilib yadımda deyil. Deyəsən telefonla video çəkiliş olub. Əməliyyatçıların yanında baxış keçirilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin üzərindən çıxması çəkilib. Aparılan sənədləşdirmə dəftərxanada qeydiyyatdan keçir. Sənədləri qeydiyyatdan keçirmək onun səlahiyyətində deyil. Üzərindən uzun müddət keçdiyindən işlə bağlı bəzi hallar yadında deyil. Saxlanandan 6-8 saat sonra baxış keçirilməsi yalandır. Çəkiliş otaqda və maşında olub. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, cinayət işi onun icraatına daxil olan kimi, müəyyən istintaq hərəkətləri aparmışdır. İstintaq yekunlaşanda Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə tanış etmişdir. Daha sonra cinayət işi Şamaxı rayon prokurorluğu vasitəsilə məhkəməyə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə tanış etmişdir. Dəqiq tarixi xatırlamır səhv etmirsə 31 oktyabr 2023-cü il tarixdə tanış edib. Təqsirləndirilən şəxslə xatırlamadığı tarixlərdə narkoloji ekspertizanın keçirilməsi ilə bağlı və şəxsiyyət vəsiqəsini təqdim edəndə görüşmüşdür. Təqsirləndirilən şəxslə ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. İş materialları ilə tanış olanda vətəndaş şöbəyə gəlmiş, amma bu barədə növbətçi hissədə qeydiyyat aparılıb-apanlmamasını bilmir. İstintaq bitdikdən sonra Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış, çünki aydınlıq gətirmək istəmişdir ki, ona desin ki, onu iş materialları ilə Şamaxı RPŞ-nın binasında müdafiəçi ilə tanış etmiş, bunu özüdə bilir. Cəmilin telefonuna baxış keçirlməsini və ya istifadə etdiyi nömrənin əhatə dairəsinin müəyyən edilməsi ilə əlaqədar qərar qəbul edib-etməməsini xatırlamır. İş materialları ilə tanış olanda vətəndaş şöbəyə gəlir və müstəntiqə bu barədə növbətçi hissədən məlumat verilir, amma qeydiyyat aparılıb-apanlmamasını bilmir. Təqsirləndirilən şəxsi Şamaxı RPŞnin inzibati binasında müdafiəçinin iştirakı ilə materialları ilə tanış etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə saat 07:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman paltarının şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açılarkən içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuş və sağ yan cibindən isə “Honor” markalı mobil telefon aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd ağ kağıza bükülmüş bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Götürülmüş büküm “Digital Skale” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş, ümumi çəkisi 1,8 qram gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4866 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 1,023 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 1,023 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,973 qramdır. Aparılmış tədqiqatın dəyəri 88 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Maddi sübut tanıma və saxlanca vermə haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 0,973 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞnin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 6308 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən binada yaşayır. Yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış və əxlaqlıdır, qonşularla mehribandır, binanın rəhbərliyi ilə xoş münasibətdədir, bütün ictimai işlərdə fəaldır. Mənzildə ailəsi ilə birlikdə yaşayır. Bina sakinlərinin və bina rəhbərliyinin ona qarşı fikri müsbətdir. Qonşularla tez bir zamanda ünsiyyət qurur, təbiətcə sakit, səbrli, təmkinli və mehribandır. Onun adına qonşular tərəfindən MTK-ya heç bir irad və şikayət daxil olmayıb. Şamaxı rayon prokurorluğunun 207-xid-24 nömrəli 17 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs fiziki və ya psixi təsirlərə məruz qalması ilə bağlı rayon prokurorluğuna müraciət daxil olmamış, bununla bağlı araşdırma aparılmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində saxlanıldıqdan sonra ona narkotik vasitənin onun olmasını etiraf etməsi ilə bağlı psixi təsirlər olduğunu, o, atası ilə məsləhətləşdiyini və atasının ona bütün sənədləri imzalamasını məsləhət gördüyünü bildirmişdir. Lakin müdafiə tərəfinin vəsatəti əsasında dindirilən Şahid5 oğlu Cəmil saxlanıldıqdan sonra ona məlumat verildiyini, o, səhər açılandan sonra Şamaxı rayonuna gəldiyini və orada oğlunu görə bilmədiyini və həmin gün Bakı şəhərinə qayıtdığını bildirmişdir. Cəmili isə yalnız 15 sentyabr 2023-cü il tarixdə həbsdən azad edildikdən sonra gördüyünü bildirmişdir. Həmin vaxt artıq təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmiş və o, həmin narkotik vasitənin onun olmasına dair etirafedici ifadələr vermişdir. Bundan başqa müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona narkotik vasitənin onun olmasını etiraf etməsi ilə bağlı psixi təsirlər olduğundan narkotik vasitənin onun olmasına dair etirafedici ifadə verməsini bildirsələr də, Təqsirləndirilən şəxs psixi təsirlər edilməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Baxmayaraq ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin o, xx.xx.2023-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildikdən sonra Şamaxı RPŞ-də ona psixi təsirlər edilməsinə dair heç bir orqana müraciət etməmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd ediir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qeyd edilən Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə bir daha qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona narkotik vasitənin onun olmasını etiraf etməsi ilə bağlı psixi təsirlər edilməsinə dair heç bir sübut təqdim etmədiklərindən həmin ifadələr müdafiə tərəfinin cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Bundan başqa müdafiə tərəfinin Təqsirləndirilən şəxs faktiki 04:00 radələrində saxlanılması və üzərində şəxsi axtarışın həmin vaxtdan 4-5 saat sonra aparılmasına dair dəlilinə dair məhkəmə qeyd edir ki, bu hal iş materialları ilə öz təsdiqini tapmamış və müdafiə tərəfi bunu yalnız xx.xx.2023-cü il tarixdə saat 04:01:23-də və 04:49:18-də Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsindən atası Şahid5 edilən zənglərlə əlaqələndirmişlər. Qeyd edilən vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsindən atası Şahid5 məxsus telefon nömrələrinə zənglər edilsə də, həmin zənglərin Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin Şahid5 xx.xx.2023-cü il tarixdə saat 04:01:23-də və 04:49:18-də polis əməkdaşları tərəfindən zənglər edilib oğlunun saxlanılması bildirildiyi halda, onun həmin vaxt yatıb səhər saat 10-11 arası (özünün bildirdiyi kimi) Şamaxı şəhərinə gəlməsi inandırıcı deyil. Həmçinin Şahid5 məxsus nömrəyə aid məlumatlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:40-da hələ də Bakı şəhərində olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq (yeni dəyişikliklə xeyli) miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,973 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri – 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,973 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar