Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-15/2025 22.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İHakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Böyük Xınıslı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 148-1 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə təxminən bir il əvvəl sevgili olduğu zaman sonuncu ilə mobil telefon vasitəsi ilə görüntülü zəng vasitəsi ilə danışarkən Zərərçəkmiş şəxs əynində olan paltarlarını çıxarmasını, bədənini ona göstərməsini istədikdə, Zərərçəkmiş şəxs bir neçə dəfə əynindəki paltarları çıxararaq yarıçılpaq halda onunla görüntülü zəng vasitəsi ilə danışmış, Zərərçəkmiş şəxs yarıçılpaq formada olan görüntülərini həmin vaxt istifadə etdiyi “Apple İphone 6S" markalı mobil telefon vasitəsilə telefonun yaddaşına və “Apple” markalı mobil telefonların yaddaşında olan məlumatların internet informasiya resurslarında saxlanılması üçün nəzərdə tutulmuş “icloud.com” platformasına da yükləmiş, bu hadisədən təxminən 4-5 ay sonra o, Zərərçəkmiş şəxs ayrılmış, 2024-cü ilin may ayının əvvəllərində içkili halda olan zaman Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı mübahisə etdikdən sonra 09 may 2024-cü il tarixdə, saat 20-21 radələrində Şamaxı rayonu Böyük Xınıslı kəndində yaşadığı evdə olarkən icloud.com internet ünvanına daxil olub “Drive" bölməsində saxlanılan video görüntülərdən Zərərçəkmiş şəxs yarıçılpaq formada olan video çəkilişi materiallarını öz telefonuna yükləmiş, daha sonra kimliyini gizlətmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində özünün tərtib etdiyi “İbrahimov" adlı profilin adını Zərərçəkmiş şəxs istifadə etdiyi profil adına uyğun olaraq dəyişib “leila.qasimzad3_” qoymaqla saxta istifadəçi adla yaratdığı saxta profilin üz şəklinə, həmçinin saxta profilin səhifəsinə Zərərçəkmiş şəxs video çəkiliş materiallarındakı yarıçılpaq görüntülərindən alınmış şəkilləri yükləyib, həmin profili hamı üçün görünə bilən edərək kütləvi nümayiş etdirib internet informasiya ehtiyatında sonuncunu təhqir etmiş, həmçinin Zərərçəkmiş şəxs şəxsi və ailə həyatının sirri olan məlumatları əks etdirən foto çəkilişi materiallarını yaymışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2019-cu ildə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ilə “İnstagram” adlı sosial şəbəkə platformasında tanış olmuşdur. Əvvəlcə dost kimi ünsiyyət saxlasalar da sonradan aralarında sevgi münasibətləri yaranmışdır. O, imkan tapdıqda Sumqayıt şəhərinə gəlib Leyla ilə müxtəlif yerlərdə görüşmüş, lakin heç vaxt sonuncu ilə cinsi əlaqədə olmamışdır. Bundan başqa mütəmadi olaraq mobil telefon vasitəsilə səsli və görüntülü danışmış, yazışmışlar. Təxminən bir il əvvəl Zərərçəkmiş şəxs 21 yaşı olan zaman o, Leyladan görüntülü danışığı zamanı əynində olan paltarlarını çıxarmasını, çılpaq halda bədənini ona göstərməsini istəmişdir. Leyla da onun sözü ilə bir neçə dəfə bunu etmiş, görüntülü zəng zamanı paltarlarını soyunaraq sinə nahiyəsini və bədninin müxtəlif nahiyələrini ona göstərmişdir. O, da görüntülü zəng zamanı Leylanın həmin formada, yəni yarıçılpaq halda olan görüntülərini həmin vaxt istifadə etdiyi “Apple İphone 6S” markalı mobil telefon vasitəsilə telefonun yaddaşına videogörüntü formasında yükləmişdir. Həmçinin, “Apple” markalı mobil telefonların yaddaşında olan məlumatların internet informasiya resurslarında saxlanılması üçün nəzərdə tutulmuş “icloud.com” platformasına da həmin görüntüləri yükləmişdir. Təxminən 8-9 ay bundan qabaq o, Leyladan ayrılmışdır. Bundan sonra yenə danışıb görüşsələr də, aralarında sevgi münasibəti olmamışdır. Təxminən üç ay əvvəl yenidən barışmış və qısa müddət yenidən sevgi münasibətinə davam etmişlər. Buna baxmayaraq yenidən aralarında mübahisələr olmuş və ayrılmışlar. Sonuncu dəfə 2024-cü ilin may ayının əvvəllərində o, Şamaxı rayonunda olarkən sərxoş olduqdan sonra Leylaya zəng etmiş, həmin vaxt Leyla və anası ilə telefonda danışmışdır. Hər ikisi ilə telefonda mübahisə etmişdir. Lakin konkret olaraq nə danışdıqlarını həmin vaxt sərxoş olduğuna görə hazırda xatırlamır. Sonuncu mübahisələrində Leyla onu saymamış, çox soyuq və kobud davranmış, hətta ona tez-tez qarğış etmişdir. O, hazırda “Techno” markalı mobil telefondan istifadə etsə də, əvvəlki mobil telefonum “Apple İphone 6S” markalı mobil telefonla lentə aldığı Leylanın görüntüləri “icloud.com” internet informasiya resursunda qalmışdır. 9 may 2024-cü il tarixdə, saat 20-21 radələrində Şamaxı rayonu, Böyük Xınıslı kəndində yaşadığı evdə olarkən icloud.com internet ünvanına daxil olub “Drive” bölməsində saxlanılan videogörüntülərdən Leylanın yarıçılpaq formada olan video görüntülərindən götürülmüş görüntüləri fotoşəkil formasında telefonuna yükləmişdir. Daha sonra “İnstagram” sosial şəbəkəsində özümün tərtib etdiyi “İbrahimov” adlı profilin adını Leylanın istifadə etdiyi profil adına uyğun olaraq dəyişib “leila.qasimzad3_” qoyaraq saxta istifadəçi adla saxta profil yaratmış və həmin profili hamının görməsi üçün açıq şəkildə saxlamışdır. Bundan sonra Leylanın profilinə həmin sosial şəbəkədə daxil olmuşdur. Həmin vaxt sosial şəbəkə sistemi tərəfindən ona təklif edilən digər profilləri izləmək üçün istifadəçilərə təklif göndərmişdir. Sistem Leylanı tanıdığı halda sonuncunu tanıyan digər şəxsləri də izləməyi təklif etmişdir. O, bunu bilmiş və məqsədi Leylanı tanıyan şəxslərlə qarşılıqlı bir-birlərini izləyib həmin şəxslərin Leylanın çılpaq görüntülərini görmələrinə nail olmaq olmuşdur. Yaratdığı profilin adı Leylanın istifadə etdiyi profil adına uyğun olmuşdur. Bundan başqa yaratdığı profilin üz şəklinə, həmçinin profilin səhifəsinə Leylanın yarıçılpaq fotoşəkillərini yükləmişdir. Həmin şəxslər izləmək təklifini qəbul etdikdən sonra həmin profilə daxil olub Leylanın yarıçılpaq fotoşəkillərini görmüşlər. Həmçinin paylaşdığı şəkillərə də Sumqayıt şəhərində tanıyan olarsa, mesaj yazmasını təklif etmişdir. 10 may 2024-cü il tarixdə, səhər saatlarında yuxudan oyanandan sonra həmin profili sıfırlayıb ümumiyyətlə “İnstagram” sosial şəbəkəsindən silmişdir. 11 may 2024-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayanda öyrənmişdir ki, Leyla onun barəsində polis orqanlarına şikayət etmişdir. Leylanın həmin profili görməsindən məlumatı olmamışdır. O, öz adına olan ***-***-**-**, dostu Riyad Qasımovun adına olan ***-***-**-** saylı telefon nömrələrindən istifadə etmişdir. Leyla ilə ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Leyla isə ***-***-**-** saylı telefon nömrəsindən istifadə etmişdir. O, həmin telefon nömrəsi vasitəsilə Leylqa Qasımzadə ilə əlaqə saxlamışdır. 9 may 2024-cü il tarixdə Leylann adından saxta profil yaradıb sonuncunun rüsvayedici yarıçılpaq şəkillərini yayarkən hazırda istifadə etdiyi “Techno” markalı mobil telefondan istifadə etmişdir. Həmin telefonun ekran kilidinin şifrəsi “0909”-dur. İcloud.com platformasında isə mailto:ibrahimov.888a@icloud.comElektron ünvan 1 loqini və SimranLeylal9 parolundan istifadə etmişdir. Həmin platformada hazırda da həmin videogörüntülər vardır. Göstərdiyi login və parolla daxil olub görüntüləri izləmək və yükləmək mümkündür. İnstagramda yaratdığı saxta profili sildiyinə görə hazırda həmin profili görmək mümkün deyil. Leylanın ona qarşı qarğış etməsi və kobud danışması səbəbindən əsəbiləşib sonuncunu rüsvay etmək istəmişdir. Əməlindən peşmandır. Sonuncu dəfə Zərərçəkmiş şəxs ilə danışanda sərxoş olduğuna görə nə danışdığını xatırlamır, lakin ertəsi gün səhər yuxudan oyananda Leylanın anası ona səsli mesaj göndərib bir daha axşamkı kimi danışmamağını bildirmişdir. Buna görə başa düşmüşdür ki, axşam sərxoş olanda Zərərçəkmiş şəxs və onun anası ilə mübahisə etmişdir. Zərərçəkmiş şəxs ilə görüntülü zəng zamanı sonuncuya məxsus yarıçılpaq görüntüləri əvvəlcədən qeydə almaqda hər hansı bir məqsədi olmamışdır. Leylanın ona qarşı qarğış etməsi və kobud danışması səbəbindən qisas almaq üçün sərxoş halda əsəbiləşib acığa Leylanı rüsvay etmək istəmişdir. Zərərçəkmiş şəxs məxsus görüntüləri yaymaq üçün insanların həmin görüntünü yayan şəxsin kim olmasını, onun kimliyinin bilinməməsi üçün saxta profil və istifadəçi ad yaratmışdır. Zərərçəkmiş şəxs adına açdığı saxta “İnstagram” hesabında hamının görməsi üçün “Sumqayıtdan tanıyan varsa yazsın” məzmununda mesaj yazmışdır. Zərərçəkmiş şəxs adına saxta “İnstagram” hesabı açaraq Leylanın görüntülərini yayan zaman sonuncunun 22 yaşı olmasını bilmişdir. Zərərçəkmiş şəxs adına saxta “İnstagram” hesabı açaraq görüntülərini yaydıqdan sonra həmin görüntüləri konkret olaraq kimin görməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs adına saxta “İnstagram” hesabı açaraq görüntülərini yaydıqdan sonra həmin hesabdan ona hər hansı mesaj və ya zəng gəlməmişdir. Zərərçəkmiş şəxs adına saxta “İnstagram” hesabı açaraq Leylaya məxsus pornoqrafik xarakterli videogörüntünü həmin hesabda yerləşdirməmiş, eləcə də həmin görüntüləri başqa hansısa üsulla yaymamışdır. Zərərçəkmiş şəxs yarıçılpaq şəkildə qeydə aldığı videogörüntüləri onun mobil telefonunda qalmış, ondan başqa belə bir videogörüntünün olmasından heç kimin xəbəri olmamış, həmçinin Zərərçəkmiş şəxs yarıçılpaq halda olan zaman qeydə aldığı videogörüntüləri heç vaxt heç kimə göstərməmiş və göndərməmişdir. O, dostu Riyad Qasımovun adına olan ***-***-**-** saylı telefon nömrəsindən istifadə etsə də, həmin mobil nömrəni Riyad Qasımov heç vaxt istifadə etməmiş, X6 Qasımzadəni heç vaxt tanımamışdır. Həmçinin Zərərçəkmiş şəxs onun tərəfindən yarıçılpaq halda olan görüntülərinin qeydə alınmasında Riyad Qasımov iştirak etməmiş, belə bir görüntünün mövcud olmasından sonuncunun məlumatı olmamışdır. Halhazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı İlahə İbrahimovanın oğludur. Təqsirləndirilən şəxs əvvəllər anası İlahə İbrahimova və atası Simran İbrahimov ilə birlikdə Şamaxı rayonu, Böyük Xınıslı kəndində birlikdə yaşamış, hal-hazırda isə harada yaşadığı barədə məlumatı olmamışdır. Bildiyi qədərilə Təqsirləndirilən şəxs heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs tanımamış və onun adına “İnstagram” sosial şəbəkəsində Ayaz tərəfindən saxta profilin açılması barədə əvvəllər məlumatı olmamışdır. Xatırladığı qədərilə xx.xx.2024-cü il tarixdə qohumu tərəfindən ona məlumat verilərək Ayazın Sumqayıt şəhəri polis idarəsində polis tərəfindən saxlanıldığını bildirilmişdir. Növbəti gün yəni, xx.xx.2024-cü il tarixdə qardaşı İxtiyar ilə birlikdə Sumqayıt şəhərinə getmiş və orada polis idarəsinə yaxınlaşmış, orada onlara Ayazın idarədə olduğu və saxlanıldığı bildirilmişdir. Onlar bir qədər orada gözlədikdən sonra idarənin qarşısından kənarlaşan zaman qardaşı İxtiyar tanımadığı nömrədən ona zəng edildiyini görmüş, həmin nömrəyə yenidən qardaşı zəng etmiş və həmin şəxs qardaşına bir nəfər oğlanın onun telefonundan zəng etdiyini bildirmişdir. Onlar da həmin şəxsdən zəng edənin Ayaz olduğunu dəqiqləşdirdikdən sonra Ayazın hara getməsini soruşmuş, həmin şəxs də cavabında Ayazın Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkı istiqamətinə getdiyini bildirmişdir. Onlar dərhal parka gedərək Ayazı axtarmağa başlamış və bir qədər keçdikdən sonra həmin parkda Ayazı tapmışlar. Ayazı tapdıqdan sonra hansı səbəbdən polis tərəfindən saxlanıldığını soruşan zaman Ayaz heç bir problemin olmadığını, barəsində şikayət olduğunu və şikayətin geri götürüldüyünü demişdir. Daha sonra onlar Şamaxinka adlanan əraziyə gəlmiş və Şamaxıya qayıtmaq istəmişlər, lakin orada olan zaman Ayaz onlara mobil telefonunun polisdə qaldığını və özünə məxsus mobil telefonu götürdükdən sonra Şamaxıya geri qayıdacağını bildirmiş və onlardan 10 manat pul alaraq getmişdir. O, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Şamaxinka adlanan ərazidə olan zaman görmüşdür. Ayaz onlara mobil telefonunu götürdükdən sonra Şamaxıya qayıdacağını desə də daha onunla hər hansı bir formada, mobil telefon vasitəsilə də əlaqə saxlaya bilməmişdir. Ayazın özünə qapalı bir şəxsiyyəti vardır, ona hər hansı bir söz deyəndə həmin işin dalınca gedəcəyini bildirsə də daha sonra başqa işlə məşğul olmuş, hər deyilən sözə “yaxşı” desə də daha sonra öz bildiyini etmiş, yaşadığı evə gec-gec gəlmiş, valideynlərinə yalan danışaraq işdə olduğunu desə də tez-tez Sumqayıt və Bakı şəhərinə getmiş, tüfeyli həyat tərzi yaşamış, heç kimi vecinə almamışdır. Təqsirləndirilən şəxs Leyla adlı şəxslə nə zaman tanış olması, münasibətlərinin olması barədə hadisə baş verənədək hər hansı bir məlumatı olmamışdır. Yalnız Ayaz barəsində araşdırma getdikdən sonra Ayazın Leyla adlı qızla probleminin olmasını, onun yarıçılpaq halda olan şəkillərini “İnstagram” sosial şəbəkəsində saxta profil açaraq yayması barədə məlumatım olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yarıçılpaq halda və ya çılpaq halda olan videogörüntülərini yaymamışdır. Məhkəmə iclasında Şahid3 təqsirləndirlən şəxs-oğlu Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs və Şahid1 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs ilə “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Təqsirləndirilən şəxsla aralarında əvvəl dostluq münasibəti yaranmış, sonradan sevgili olmuşlar. O, Ayazla əlaqəsi olduğu müddət ərzində dəfələrlə Sumqayıt şəhərində və Şamaxı rayonunda yerləşən parklarda görüşüb söhbətləşmişdir. Bundan başqa aralarında heç bir şey olmamışdır. Tanışlıq müddəti ərzində dəflərlə Ayazla birlikdi şəkillər çəkdirmiş, eləcə də öz fotoşəkillərini mobil telefon vasitəsi ilə Ayaza göndərmişdir. Təqsirləndirilən şəxs onunla münasibətində səmimi olmasına onu inandırmış, anası Şahid1 ilə danışıb onunla münasibətinin ciddi olmasını demişdir. Buna görə o, Təqsirləndirilən şəxs həddindən artıq inanıb güvənmişdir. Təqsirləndirilən şəxs onunla “whatsapp” mobil tətbiqində video zəng vasitəsi ilə danışan zaman ondan təkid və şiddətli istəklə paltarını çıxartmağını, çılpaq halda danışmağını, bədəninin müxtəlif nahiyələrini, eləcə də sinə nahiyəsini göstərməyi ondan istəmişdir. O, Təqsirləndirilən şəxs istəyini yerinə yetirmiş və sonuncu ilə çılpaq halda videozəng vasitəsi ilə danışmışdır. Həmin vaxtlar əynində yalnız alt tumanı olmuşdur. Çünki Ayaz sevdiyi qızın bədənini görmək istədiyini ona demişdir. Lakin onun xəbəri olmadan Təqsirləndirilən şəxs onunla video zəng vasitəsi ilə danışarkən onun çılpaq haldakı görüntülərini qeydə almışdır. Ayaz onunla sevgi münasibətində həddindən artıq qısqanc olub onun işimə qarışmış, son vaxtlarda isə guya onun Təqsirləndirilən şəxs başqa bir oğlanla aldatdığını, sonuncuya xəyanət etdiyini düşündüyünü demişdir. O, Ayazın belə hərəkət və xarakterindən bezdiyindən ayrılmaq qərarına gəlmiş və 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs ayrılmışdır. Lakin Ayaz ondan ayrılmaq istəməmiş, onunla barışmaq üçün müxtəlif yollara əl atmışdır. Beləliklə 2023-cü ilin yay aylarından xx.xx.2024-cü il tarixə qədər Təqsirləndirilən şəxs dəfələrlə onunla barışmaq istədiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs bir müddət sonra özündə onun çılpaq şəkillərinin olmasını, onun barışmayacağı halda həmin şəkillərini sosial şəbəkələrdə yayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs əlində onun çılpaq şəkillərinin olmasından əmin olmasa da məcbur şəkildə sonununcu ilə barışmışdır. Lakin Təqsirləndirilən şəxs bir müddət sonra onun həmin şəkilləri sildirmək məqsədi ilə barışdığını deyib yenidən ondan ayrılmışdır. 2024-cü ilin may ayının əvvəllərində Ayaz İbrəhinov ona özünün istifadəsində olanb ***-***-**-** mobil nömrəsi vasitəsi ilə mesaj yazaraq bir günə onun çılpaq halda olduğu videogörüntülərini yayacağını demişdir. O, həmin mesajı anasına göstərmiş, Təqsirləndirilən şəxs mobil nömrəsini blok etmişdir. xx.xx.2024-cü il tarixdə anası Şahid1 onun “İnstagram” sosial şəbəkəsində paylaşılmış çılpaq şəkillərinin əks olunduğu şəkilləri ona göstərmişdir. O, anasının mobil telefonunda həmin şəkilləri gördükdə şoka düşmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir il öncə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videozənglə danışdıqları zaman onun çılpaq halda olduğu görüntülərini ekran şəkli çəkməklə və video qeydə almaqla həmin görüntüləri əldə etmişdir. O, “İnstagram” sosial şəbəkəsin daxil olduqda görmüşdür ki, Təqsirləndirilən şəxs həmin sosial şəbəkədə onun adına saxta “leila.qasımzad3_” səhifəsini yaradaraq həmin səhifənin profil şəklinə və ümumi səhifəsinə onun çılpaq şəkillərini yerləşdirmiş, daha sonra hansısa yolla onun öz hesabına daxil olaraq onun izləyicilərinə adına açılmış saxta hesabdan izləmə istəkləri göndərmişdir. Beləliklə izləmə istəklərini qəbul edən onun qohum və tanışlarının da həmin şəkilləri görməsinə nail olmuşdur. Nəticədə o, qohum və tanışları arasında rüsvay olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun reaksiyasını yoxlamaq üçün onun ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçib istifadə etdiyi “Whatsapp” mobil tətbiqində ona ***-***-**-** mobil nömrəsindən nöqtə durğu işarəsini göndərmiş, o isə heç bir cavab verməmişdir. O, həmin nömrəyə zəng etdikdə tanımadığı bir xanım telefona cavab vermiş və Ayazın kim olduğunu bilmədiyini demişdir. Bundan sonra o, bu barədə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun çılpaq halda olan görüntülərini konkret olaraq kimlərə göstərməsini bilməmişdir. Ayaz İbrahimovun onun adına saxta hesab açaraq çılpaq halda şəkillərini sosial şəbəkədə paylaşdıqdan sonra həmin görüntüləri anasından başqa kiminsə görməsi barədə məlumatı yoxdur. O, həmin şəkilləri dayısı qızının göstərməsini səhv olaraq qeyd etmiş, sonradann anasının həmin şəkilləri özünün gösrməsini öyrənmişdir. O, “İnstagram” sosial şəbəkəsində “leila.qasımzad3” profil adından istifadə etmiş, buna görə də Ayaz İbrahimov onun profil adına uyğun olaraq saxta profilin adını “leila.qasımzad3_” kimi adlandıraraq qeydiyyatdan keçmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Tahir qızı onun övladıdır. Zərərçəkmiş şəxs 2019-cu ildə Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Təqsirləndirilən şəxsla aralarında əvvəl dostluq münasibəti yaranmış, sonradan sevgili olmuşlar. Leyla Ayazla əlaqəsi olduğu müddət ərzində dəfələrlə Sumqayıt şəhərində və Şamaxı rayonunda yerləşən parklarda görüşüb söhbətləşmişlər. O da Leylanın Təqsirləndirilən şəxsla sevgili olmasından məlumatlı olmuş, lakin Ayaz Leyla ilə yaxşı davranmadığı üçün, əsassız qısqandığı üçün onlar 2023-cü ilin yay aylarında ayrılmışlar. X7 ayrılmaq istəməmiş, barışmaq üçün müxtəlif yollara əl atmışdır. Beləliklə 2023-cü ilin yay aylarından xx.xx.2024-cü il tarixə qədər Təqsirləndirilən şəxs dəfələrlə Leylaya barışmaq istədiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs bir müddət sonra Leylanın onda çılpaq şəkillərimin olmasını, onunla barışmayacağı halda həmin şəkilləri sosial şəbəkələrdə yayacağını bildirmişdir. Leyla bu barədə ona dedikdən sonra o, Ayazla danışdıqda sonuncu ona Leylanın onda çılpaq görüntülərinin olmamasını deməmiş, həmin görüntülər olsa belə qeyd edilən görüntüləri yaymayacağını demişdir. O, Ayazdan Leylanı rahat buraxmasını, qızından uzaq durmasını demiş, Ayaz onunla razılaşmışdır. 2024-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs Leylaya özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsi ilə mesaj yazaraq bir günə qızının çılpaq halda olduğu videogörüntüləri yayacağını demişdir. Leyla Təqsirləndirilən şəxs mobil nömrəsini blok etmişdir. O, Ayazla mobil telefonda danışmış, Ayazın səsindən həmin vaxt sərxoş halda olmasını düşünmüş və Ayaza həmin görüntüləri yayacağı halda barəsində şikayət edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, qızının adına saxta profil açılaraq “İnstagram” sosial şəbəkəsində paylaşılmış çılpaq şəkillərinin əks olunduğu şəkilləri görmüş, həmin görüntüləri qızı Leylaya göstərmişdir. X3 bir il öncə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə videozənglə danışdığı zaman Leylanın çılpaq halda olduğu görüntülərini ekran şəkli çəkməklə və video qeydə almaqla həmin görüntüləri əldə etməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin sosial şəbəkədə Leylanın adına saxta “leila.qasımzad3_” səhifəsini yaradaraq həmin səhifənin profil şəklinə və ümumi səhifəsinə Leylanın çılpaq şəkillərini yerləşdirmiş, daha sonra hansısa yolla Leylanın öz hesabına daxil olaraq sonuncunun izləyicilərinə açılmış saxta hesabdan izləmə istəkləri göndərmişdir. Beləliklə izləmə istəklərini qəbul edən qohum və tanışları da həmin şəkilləri görməsinə nail olmuşdur. Nəticədə Leyla qohum və tanışları arasında rüsvay olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çılpaq halda olan görüntülərini konkret olaraq kimlərə göstərməsini bilməmişdir. Təqsirləndirilən şəxs Leylanın adına saxta hesab açaraq çılpaq halda şəkilləri sosial şəbəkədə paylaşdıqdan sonra həmin görüntüləri ondan başqa kiminsə görməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adına açılmış saxta profil hesabından onun istifadəsində olan porofıl hesabına izləmə istəyi göndərməmişdir. O, Leylanın adına açılmış saxta profil hesabını “İnstagram” sosial şəbəkəsində onunla tanışlığı ola bilən istifadəçilər arasından görmüşdür. Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “leila.qasımzad3” profil adından istifadə etmişdir, buna görə də Təqsirləndirilən şəxs həmin profil adına uyğun olaraq saxta profilin adını “leila.qasımzad3_” kimi adlandıraraq qeydiyyatdan keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, 43c-24 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 148-1, 156.1 və 242-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 23:15 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin azad olunması haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə MSY-dən azad edilmişdir. “Baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Tecno” markalı mobil telefona baxış keçirilən zaman həmin mobil telefonda Zərərçəkmiş şəxs ilə aparılmış zənglər, göndərilmiş mesaj mətnləri, Zərərçəkmiş şəxs görüntüləri, həmçinin “İnstagram” sosial şəbəkəsində isə “leila.qasimzad3_” İnstagram profili aşkar edilməmişdir. Bundan başqa “HP” markalı kompüter vasitəsi ilə “icloud.com” internet informasiya resursuna daxil olduqdan sonra Elektron ünvan 1 loqini və “SimranLeyla19” şifrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba daxil olmaq mümkün olmuşdur. Həmin hesabda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan videogörüntülü zənglərin qeydə alındığı 9 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə Zərərçəkmiş şəxs təqdim etdiyi fotoşkillərdə görünən “leila.qasimzad3_” profilində paylaşılmış görüntülər də vardır. Qeyd olunan videogörüntülərdə Zərərçəkmiş şəxs yarıçılpaq görüntüləri əks edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 11/423 nömrəli ekspert rəyindən görünür ki, 02 ədəd vərəqdə əks olunmuş fotoşəkillər pornoqrafik xarakterli deyildir. 01 ədəd diskdə olan “RPReplay-Final **********”, “RPReplay-Final **********”, “RPReplay-Final **********” adlı videogörüntülər pornoqrafik xarakterlidir. “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1, 156.1 və 242-ci maddələri ilə ittiham elan edilməsi məqsədilə tutulması, Təqsirləndirilən şəxs cinayət prosesi keçirən orqanlardan gizləndiyndən barəsində axtarış elan edilməsi və tutularaq Şamaxı RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. “Barəsində axtarış elan edilmiş şəxsin tutulması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu ərazisində tutularaq Şamaxı RPŞ-nə təhvil verilmişdir. “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə saat 11:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 avqust 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1, 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 20 avqust 2024-cü il tarixli 10176 saylı məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs adıçəkilən xəstəxanada müalicədə olmamışdır. Şamaxı Rayoin İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 avqust 2024-cü il tarilxi 5-75-12/2-1236/2024 saylı arayışından görünür ki, Şahid3-xx.xx.1969-cu il –atası, X2 -xx.xx.1983-cü il-anasından ibarət ailə tərkibi var. Şamaxı Rayoin İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 avqust 2024-cü il tarilxi 5-75-12/2-1235/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yaşayır, subaydır, orta təhsillidir, onun barəsində nümayəndəliyə hər hansı yazılı və ya şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 oktyabr 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 156.1 və 242-ci maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilərək, ona həmin Məcəllənin 148-1 və 156.1-ci maddələri yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 20 avqust 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 15 yanvar 2025-ci il tarixdə məhkəməyə təqdim etmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşadığı yer üzrə müsbət xarakterizə olunması nəzərə alır və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşı, o cümlədən cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi məqsədə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək və 22 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu dörd gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut-Şamaxı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək və 22 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1800 (min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut-Şamaxı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-15/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-15/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver