Məhkəmə qərarları › İş №1(074)-16/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-16/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-16/2024 17.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-X2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 10 aprel 1999-cu ildə Şamaxı rayonu, Çöl Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Çöl Bağırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Şamaxı rayonu, Çöl Bağırlı kəndində qohumu X1 evinin həyətində X4 ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun onu təhqir etməsindən qəzəblənərək stolun üzərindən götürdüyü stəkan ilə onun sifətinin sol nahiyəsinə vuraraq onu yerə yıxması nəticəsində alın və almacıq nahiyələrinin yaraları, kürək nahiyəsinin qançırları ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, X4 onun həmkəndlisidir. Təxminən 2023-cü ilin iyul ayında onlar kənddə kafedə olan zaman aralarında mübahisə yarandığından o, onunla danışmamışdır. Nəinki o, həmçinin onun qardaşı Şahid2 da onunla bu səbəbdən danışmamışdır. Onlar arasında həmin vaxtdan sonra narahatçılıq yarandığı üçün o, hər dəfəsində onu və qardaşını görəndə ona söz atıb sataşmağa başlamış, lakin onlar hər dəfəsində onunla mübahisə etməmək üçün hər dəfəsində onu yola vermişdirlər. 07 sentyabr 2023-cü il tarixdə əmisi oğlu Ceyfun Şirinovun toyu olacağı üçün onlar bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixində el adəti ilə onların, yəni əmisinin evinin həyətində yığışaraq toya hazırlaşmışdırlar. Həmçinin toy axşamı olduğundan kənddə olan qohumlar və digər tanışlar oraya gəldiyindən həyətdə hərkəs oturub yemək yemişdir. Təxminən saat 22:00 radələrində X4 həmin məclisə gəlmiş və həyətə daxil olduqdan sonra qardaşının oturduğu masada oturmuşdur. Həmin masanın yuxarı hissəsindədə o əyləşmişdir. Coşqun Quliyev həmin masada əyləşdikdən sonra yemək yeyib spirtli içki qəbul etməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra o, içkili olduğundan və nalayiq söyüşlər söydüyündən, həmçinin qardaşı Şahid2 onunla üzbəüz oturduğundan qardaşı ona bildirmişdir ki, masada nalayiq söyüşlər söyməsin. Çünki masanın yaxınlığında onun anası və yaxın qohumlarından olan qadınlar iş görmüşdür. X7 nalayiq ifadələr işlətməyə davam etdiyindən qardaşı ona söyləmişdir ki, durub masanı tərk etsin. Bu zaman onların arasında mübahisə yaranmış və o, nalayiq ifadələr işlətdiyindən o, bundan əsəbləşərək onun üzərinə qışqırmışdır ki söyüş söyməsin. Lakin o, qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətdiyindən o, stolun üzərindən stəkanı götürüb ona yaxınlaşaraq əlindəki stəkan ilə onun sifətinin sol alın nahiyyəsinə vurmuşdur. Bu zaman o, beli üstə yerə yıxılmış və o, da başqa hər hansısa bir hərəkət etməyərək qardaşı ilə birlikdə oradan uzaqlaşmışdır ki, ona qarşı başqa hər hansısa bir hərəkət etməsin. Həmin vaxtı o, onun ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Çünki orada yaxınlıqda onun anası və qadın qohumları olduğu üçün o, təhqiramiz ifadə işlətməmişdir ki, onlar eşitməsin. Qardaşı Şahid2 həmin vaxtı Coşqun Quliyev ilə mübahisə edən zaman, həmçinin o, Coşqunu vurduqdan sonra yenidən onu vurmamış, ona qarşı başqa hər hansısa bir xəsarət yetirməmişdir. Coşqun Quliyev onlardan kinayəli olduğundan hər dəfəsində ona və qardaşına sataşaraq istəmişdir ki, ona qarşı hər hansısa bir xəsarət yetirsinlər və o, da onlardan şikayətçi olsun. Onlarda ona hər dəfəsində məhəl qoymamışdır. Sadəcə olaraq xx.xx.2023-cü il tarixində onun anası və qadın qohumları orada olduğunu bilə bilə nalayiq ifadələr işlətdiyindən, həmçinin onun ünvanınada nalayiq ifadə işlətdiyi üçün o, da əsəbləşərək onu vurub xəsarət yetirmişdir. Bundan sonra hesab edir ki o, onlardan qisas almaq məqsədi ilə onların barəsində yalan və böhtan xarakterli məlumatlar vermişdir. Hadisə zamanı orada onun qohumları və tanışları olmuşdur. Onun Coşqunu vurmağı ilə bağlı hadisə təxminən 5-10 saniyə davam etmişdir. Çünki o, Coşqunu vurduqdan sonra ona qarşı hər hansısa bir qanunsuz hərəkət etməyərək oradan uzaqlaşmışdır. Onun həmin hadisə zamanı Coşqun Quliyevi vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq Coşqun Quliyev onların ünvanına hamının yanında nalayiq ifadələr işlətdiyindən, o da əsəbləşərək onu vurmuşdur. Həmin hadisə baş verdikdən sonra onun Coşqun Quliyev ilə hər hansısa bir mübahisəsi olmamışdır. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxs X4 barışmışdır. Buna görə də, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadə verib göstərdi ki, Mərdan, Toğrul, Aydın və Ayəm adlı şəxslərlə münasibəti hər zaman normal olmuş, aralarında hər hansısa bir ədavət və düşmənçilik olmamışdır. 06 sentyabr 2023-cü il tarixdə həmkəndlisi Ceyfun onu toya dəvət etdiyi üçün həmin günü toy axşamı etdiyindən o da Ceyfunun toy axşamı məclisinə getmişdir. Toy axşamı məclisi Ceyfunun evinin həyətində keçirilmişdir. O, oraya çatdıqdan sonra onlar yəni toy sahibi ona təkidlə bildirmişdir ki, məclisdə oturub yemək yesin. O da bu səbəbdən məclisdə oturmaq qərarına gəlmişdir. Təxminən saat 22:00 radələrində o, onların həyətindəki məclisdə olan zaman bir neçə tanıdığı şəxsin masa ətrafında əlyəşdiyini və bir ədəd boş stul olduğunu görüb onlarla oturmaq məqsədi ilə stulu çəkib orada əyləşmişdir. Təxminən 15 dəqiqə sonra həmkəndlisi Aydın adlı şəxs içkili olduğundan onunla nalayiq formada zarafatlar etməyə başlamışdır. O da ona əmisi oğlu Ceyfunun məclisi olduğunu və ətrafda vətəndaşların olmasını bildirib zarafat etməməsini söyləmişdir. Bu zaman Aydının atası da ona iradını bildirmişdir. Həmin vaxtı Toğrul adlı şəxs heç gözləmədiyi bir vaxtda ona yaxınlaşaraq əlində olan stəkan ilə onun sol alın nahiyəsindən vurmuşdur. Bu zaman o, özünü itirmiş və stəkan qırılmışdır. Stəkanın qırığı stolun üzərinə düşərkən Toğrulun qardaşı Aydın adlı şəxsdə həmin stəkanın qırığını götürüb onun sol gözünün alt nahiyəsindən vurmuşdur. Bu zaman o, iradəsini itirərək beli üstə yerə yıxılmış və onlar onun yıxıldığını görüb oradan qaçmışdırlar. Həmin vaxtı onların əmisi Münasib adlı şəxs dərhal ona köməklik göstərib onu yerdən qaldırmış və qoluna girərək ondan onların əvəzinə üzr istəmişdir. Daha sonra onu avtomobilə əyləşdirib evə gətirmişlər və evə gəldikdən sonra gözləmişdir ki, onların atası gəlib ondan üzr istəsin, lakin onlardan heç kim gəlib ondan üzr istəmədiklərindən o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə Diaqnostika mərkəzinə gəlmiş və diaqnostika mərkəzində ona tibbi yardım göstərilmişdir. O, ilk əvvəl zənn etmişdir ki, həmin şəxslər onu butulka və bıçaqla vurmuşdur. Çünki onlar onu vuran zaman ağrıları çox olduğundan, həmçinin sifəti qan olduğundan, bundan başqa o, öz iradəsini itirdiyindən və sifətinə həmin vaxtı güzgüdə baxan zaman sifətindəki kəsiyin bıçaqla törədilməsini ehtimal etdiyindən o, hesab etmişdir ki, həmin şəxslər onu bıçaqla vurmuşdur. Həmçinin onu Mərdan adlı şəxs vurmamış, onlara, o, Mərdanın oğlanları tərəfindən döyülməyini bildirmişdir. Ola bilsinki diaqnostikada səhv başa düşmüşdürlər. Onlar onu vuran zaman zənn edir ki, onun ünvanına nalayiq ifadələr işlətmişdirlər. onlar onu vuran zaman dərhal oradan qaçmışdır. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, hər kəs onu Aydın deyə çağırsa da, onun əsl adı Ağaqardaşdır. X4 onun həmkəndlisidir. Təxminən 2023-cü ilin iyul ayında kənddə qardaşı kafedə olan zaman Coşqun və onlar arasında mübahisə yarandığından qardaşı və o, Coşqunla danışmırlar. Onların arasında həmin vaxtdan sonra narahatçılıq yarandığı üçün o, hər dəfəsində onu və qardaşını görəndə onlara söz atıb sataşmağa başlamışdır. Lakin onlar onunla mübahisə etməmək üçün hər dəfəsində onu yola vermişdir. 07 sentyabr 2023-cü il tarixdə əmisi oğlu Ceyfun Şirinovun toyu olacağı üçün onlar bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixində el adəti ilə onların, yəni əmisinin evinin həyətində yığışaraq toya hazırlaşmışdır. Həmçinin toy axşamı olduğundan kənddə olan qohumlar və digər tanışlar oraya gəldiyindən həyətdə hərkəs oturub yemək yemişdir. Təxminən saat 22:00 radələrində X4 həmin məclisə gəlmiş və həyətə daxil olduqdan sonra onun oturduğu masada oturmuşdur. Həmin masanın yuxarı hissəsində də qardaşı Toğrul əyləşmişdir. Coşqun Quliyev həmin masada əyləşdikdən sonra yemək yeyib spirtli içki qəbul etməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra o, içkili olduğundan və nalayiq söyüşlər söydüyündən, həmçinin o, da onunla üzbəüz oturduğundan o, ona bildirmişdir ki, masada nalayiq söyüşlər söyməsin. Çünki masanın yaxınlığında onun anası və yaxın qohumlarından olan qadınlar iş görmüşdür. X7 nalayiq ifadələr işlətməyə davam etdiyindən o, Coşquna söyləmişdir ki, durub masanı tərk etsin. Bu zaman onların aramızda mübahisə yaranmış və Coşqun nalayiq ifadələr işlətdiyindən qardaşı Toğrulda bundan əsəbləşərək onun üzərinə qışqırmışdır ki söyüş söyməsin. Lakin Coşqun qışqıraraq qardaşının ünvanına nalayiq ifadələr işlətdiyindən qardaşı stolun üzərindən stəkanı götürüb ona yaxınlaşaraq əlindəki stəkan ilə onun sifətinin sol alın nahiyyəsinə vurmuşdur. Bu zaman Coşqun beli üstə yerə yıxılmış və qardaşıda başqa hər hansısa bir hərəkət etməyərək onunla birlikdə oradan uzaqlaşmışdır ki ona qarşı başqa hər hansısa bir hərəkət etməsinlər. Həmin vaxtı qardaşı onun ünvanına hər hansısa bir nalayiq ifadə işlətməmişdir. Qardaşı həmin vaxtı Coşqun Quliyevi vurduqdan sonra o, Coşquna hər hansısa bir xəsarət yetirməmiş, həmçinin xəsarət yetirməyədə cəhd etməmişdir. Coşqun Quliyev onlardan kinayəli olduğundan hər dəfəsində ona və qardaşına sataşaraq istəmişdir ki ona qarşı hər hansısa bir xəsarət yetirsinlər və onlardan şikayətçi olsun. Onlarda Coşquna hər dəfəsində məhəl qoymamışdır. Sadəcə olaraq xx.xx.2023-cü il tarixində o, bilə bilə nalayiq ifadələr işlətdiyindən, həmçinin qardaşınında ünvanına nalayiq ifadə işlətdiyi üçün qardaşıda əsəbləşərək Coşqunu vurub xəsarət yetirmişdir. Bundan sonra hesab edir ki Coşqun, onlardan qisas almaq məqsədi ilə onların barəsində yalan və böhtan xarakterli məlumatlar vermişdir. Hadisə zamanı orada onların qohumları və tanışları olmuşdur. Onun mübahisə etməyi də təxminən 1-2 dəqiqə olmuş, həmçinin qardaşının Coşqunu vurmağı ilə bağlı hadisə təxminən 5-10 saniyə davam etmişdir. Çünki qardaşı onu vurduqdan sonra Coşquna qarşı hər hansısa bir qanunsuz hərəkət etməyərək oradan onunla birlikdə uzaqlaşmışdır. Həmin hadisə baş verdikdən sonra onların Coşqunla hər hansısa bir mübahisəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, X4 onun həmkəndlisi, Təqsirləndirilən şəxs və Şahid2 isə onun qaynıdır. Həmin şəxslərlə münasibətləri hər zaman normal olmuş, arasında hər hansısa bir narahatçılıq olmamışdır. 07 sentyabr 2023-cü il tarixdə qohumu Ceyhun Şirinovun oğlunun toyu olacağı üçün onlar bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixində el adəti ilə onların, evinin həyətində yığışaraq toya hazırlaşmışdırlar. Həmçinin toy axşamı olduğundan kənddə olan qohumlar və digər tanışlar oraya gəldiyindən həyətdə hərkəs oturub yemək yemişdir. Təxminən saat 22:00 radələrində X4 həmin məclisə gəlmiş və həyətə daxil olduqdan sonra masada oturmuşdur. O, artıq gələn zaman qohumların çox hissəsi getmiş və orada təxminən 4-5 nəfər şəxs qalmışdır. Həmin vaxtı o, həyətdə gəzmiş, həmin masanın yuxarı hissəsində də Toğrul əyləşmişdir. Coşqun Quliyev həmin masada əyləşdikdən sonra yemək yemiş, lakin spirtli içki qəbul edib etməməsini bilmir. Təxminən 15-20 dəqiqə sonra Coşqun Quliyev söyüş söydüyü üçün Ağaqardaş ilə aralarında mübahisə yaranmış, mübahsiə zamanı onlar ayağa qalxaraq mübahisəni davam etdirərkən o, onlara yaxınlaşmış və Ağaqardaşı sakitləşdirmişdir. Bu zaman Toğrul adlı şəxs Coşqun Quliyevə sakit durmasını və söyüş söyməməsini bildirmiş, həmin vaxtı zənn edir ki Coşqun Quliyev, Toğrulun ünvanına nalayif ifadə işlətdiyindən Təqsirləndirilən şəxs stolun üzərindən stəkanı götürüb ona yaxınlaşaraq onun sifət nahiyyəsindən vurmuşdur. Bu zaman Coşqun beli üstə yerə yıxılmış və həmin vaxtı onlar Toğrulu sakitləşdirmiş və o, qardaşı ilə birlikdə oradan çıxıb getmişdir. Bundan sonra isə hər hansısa bir narahatçılıq olmamışdır. Təqsirləndirilən şəxs əlindəki stəkan ilə Coşqun Quliyevi vuran zaman ikinci dəfə yenidən ona xəsarət yetirməyə cəhd etməmişdir. O, Coşqunu vuran zaman Coşqun iradəsini itirib beli üstə yerə yıxıldığından Toğrul ona qarşı hər hansısa bir hərəkət etməmiş, həmçinin onlarda onu sakitləşdirdiyi üçün o, oradan çıxıb getmişdir. Hadisə zamanı orada Coşqun Quliyevə başqa hər hansısa bir şəxs xəsarət yetirməmiş, o, Şahid2la mübahisə etsədə sonuncu ona hər hansısa bir formada xəsarət yetirməmişdir. Ayəm Şirinov onun qohumumdur yəni Toğrulun qardaşıdır. Həmin vaxtı o, toy axşamı məclisindədə olmamışdır. o, həmin məclisdə olan zaman Ayəmi soruşmuş lakin onun Ağsu rayonunda dostları ilə birlikdə kafedə olmasını bildirmişdirlər. Hadisə baş verən zaman Mərdan Şirinov həyətin digər tərəfində yemək bişirən şəxslərin yanında olmuşdur. Hadisədən sonra onlar ayrılıb getdikdən sonra o, oraya gəlib nələr olduğunu maraqlandıqda onlar ona söyləmişdir ki, aralarında mübahisə oldu və çıxıb getdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin 07 sentyabr 2023-cü il tarixli, 296 saylı ekspert rəyində göstərilmişdir ki, X2 almış olduğu xəsarətlər - alın və almacıq nahiyələrinin yaraları, kürək nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlirlər. X2 almış olduğu xəsarətlər ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. Zərərçəkmiş şəxs X2 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbdiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təbdiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar