Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-17/2023 24.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri 28 may küçəsində yerləşən “Qəriblər” adlanan qəbiristanlığın yanında tanışları Şahid2 və Şahid1 birlikdə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə qəbiristanlığın yanında heyvanlarını otaran Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ucadan yüksək səslə nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə sonuncunun baş və dirsək nahiyyələrindən vuraraq ona qapalı kəllə beyin travmasi ilə müşahidə olunan beyin silkələnməsi, sol göz yuvasının hematoması, sol qaş üstü nahiyənin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid, sağ dirsək nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 06 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində Bakı-Şamaxı- Yevlax yolunun 120-ci kilometrliyində, “Luxoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 23:25-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,759 (sıfır tam mində yeddi yüz əlli doqquz) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımasa da, onun oğlu Bilal ilə tanışlığı olmuşdur. 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Şamaxı şəhəri 28 may küçəsinin qurtaracağında yerləşən “Qəriblər” adlanan qəbiristanlığın giriş hissəsində tanışı Şahid2 və qohumu Şahid1 ilə birlikdə Alimin idarə etdiyi “Mersedes C-klass” markalı, **-GF- *** dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər. Həmin vaxt, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan Natiqi yanına çağırmış, Natiq də avtomobildən düşüb ona yaxınlaşmış, onlar arasında onun bilmədiyi səbəbdən mübahisə başlamışdır. O, həmin vaxtı avtomobildə əyləşdiyi üçün və avtomobilin qapı şüşələri bağlı olduğundan onların nə söhbət etməsini bilməmişdir. Bu vaxtı onların tutaqlaşmasını görüb, əvvəlcə Alim avtomobildən düşüb onlara yaxınlaşmış, daha sonra о, da düşüb yaxınlaşmışdır. Həmin vaxtı, Alim onları aralaşdırmaq istəyəndə Rüstəm əlindəki daşla Alimi vurmaq istəmiş, Alim də daşı alıb kənara atmışdır. Həmin vaxtı, orada olan şəxslərin də mübahisə və dalaşmanı aralaşdırdıqlarını görüb о, da onları aralaşdırmışdır. Sonra da о, oradan ayrılıb çıxıb getmişdir. Fikirləşmişdir ki, Rüstəmə heç nə etməsə də onu tuta bilərlər. Çünki, Alim də Rüstəmi vurmamışdır, lakin onu tutmuşlar. О, tam əminliklə bildirir ki, о, Rüstəmə nəinki heç nə etməmiş, ümumiyyətlə ona toxunmamışdır. Sadəcə həmin vaxtı orada olan şəxslərin aralaşdırdıqlarını görüb о, da mübahisəni aralaşdırmağa köməklik etmişdir. Bundan başqa, o, 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Şamaxı rayonu “Kür-Araz” adlanan ərazidən Şamaxı rayon Avtovağzal istiqamətində “Azpetrol” və “Luxoil” yanacaqdoldurma məntəqələrinin yaxınlığındakı çayxanaya piyada gedərkən yol kənarında yerdə bir ədəd “Vest” markalı siqaret qutusu görmüş, qutunun içərəsində siqaret olacağını fikirləşib yerdən götürərək siqaret qutusunu açıb içərisinə baxdıqda qutunun içərisində təxminən üç-dörd ədəd siqaret dənəsi və bir ədəd ağ rəngli sellofana bükülmüş büküm görmüşdür. Maraq üçün bükümü açıb içərisinə baxdıqda bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını görmüş, həmin bükümü gələcəkdə istifadə etmək məqsədi ilə bağlayıb siqaret qutusunun içərisinə qoymuş, daha sonra siqareti çəkdikdən sonra bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamini tünd göy rəngli şalvarının cibinə qoymuş, həmin tarixdə təxminən saat 22:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 120-ci km-də yerləşən “Luxoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan çayxanadan çıxıb piyada yaşadığı ev istiqamətinə getmək istəyərkən kafenin yaxınlığında mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını deyərək onun üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqla şübhəli olduğunu bildirmişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin və ya psixotrop maddənin olmamasını onlara bildirmiş, həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetamin aşkar olunub götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisindəki psixotrop maddə olan metamfetamini polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, mütəmadi olaraq psixotrop maddə olan metamfetamin istifadə etdiyindən, onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini də, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. O, ilkin olaraq saxlanılan zaman və Şamaxı RPŞ-də ona qarşı hər hansısa bir polis əməkdaşı tərəfindən qanunsuz hərəkət edilməmişdir, RPŞ-nə gətirilən zaman o, TQ-nun təhqiqatçısı Bəhlul Məliklinin otağına gətirilmiş və vəkil dəvət edilərək üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sonda təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, uzun müddətdir həbsdə olmasını, həmin hissədə özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şahid1 qonşuluqda yaşayır, Şahid2 və Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanıyır. 01 yanvar 2022-ci il tarixdə Şamaxı şəhər 28 May küçəsinin sonunda yerləşən “Qəriblər” adlanan qəbiristanlığın yanındakı boş sahələrdə heyvanlarını otarmaq üçün həmin əraziyə getmişdir. Həmin vaxtı saat 13 radələrində, qəbiristanlığın qapısı tərəfdə dayanıb yaxınlıqda otlayan heyvanlarına nəzarət etmiş, eyni vaxtda, yeni il bayramına görə bir çox şəxslər avtomobilləri ilə qəbiristanlığa gəlib oradakı yaxınlarının qəbirlərini ziyarət edirmişlər və orada tanımadığı bir çox şəxslər olmuşdur. Bu vaxtı, “Mersedes” markalı avtomobil ilə gələn Natiq və tanışları Alim və Tural avtomobildən düşüb onun üstünə gəlmişlər. Natiq və tanışları Tural ilə Alim ona yaxınlaşan kimi heç bir səbəb olmadan onu döyməyə başlamışlar. Natiq, Tural və Alimin onu döyməyinə görə orada qəbiristanlıqda olan və səs-küyə toplaşmış şəxslərdən bir neçəsi gəlib onları aralaşdırmışlar. Sonra da oğlu Azər gəlib onu xəstəxanaya aparmışdır. O, ilkin izahatında Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs onu ağac parçası ilə vurduqlarını bildirsə də, həmin izahatı verərkən o, hadisənin təsirindən həyəcanlı olduğuna görə tam olaraq düzgün ifadə verməmişdir, indi isə dəqiqliklə bildirir ki, həmin şəxslər onu ağacla deyil, əl və təpik zərbələri ilə vurmuşlar. Həmin vaxtı hadisə yerində, yəni qəbiristanlıqda çoxlu şəxslər toplaşmışlar, lakin onların konkret kimlər olmasını bilmir. Həmin hadisə vaxtı qəbiristanlıqda olan cip avtomobilindən iki nəfər şəxslər də düşsələr də həmin şəxslər ona yaxınlaşmamışlar və kənarda dayanmışlar, lakin həmin şəxslərin hadisə yerinə yaxınlaşmasından hesab edir ki, həmin şəxslər Natiqgil ilə birlikdə olmuşdur. Həmin şəxslərin kimlər olmasını və avtomobilin dəqiq marka və nömrəsini bilmir. Həmin hadisə vaxtı onun əlində ağacla Natiqi vurmaq istəməyi olmamışdır, ümumiyyətlə ağacla Natiqi vurmaq istəməmiş, əksinə həmin şəxslər üçü - Natiq, Tural və Alim onu yumruq və təpiklərlə vurmuşlar. Eləcə də onun əlində daş olmamışdır və o, Alimi daşla vurmaq istəməmişdir. Həmin hadisə vaxtı, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs hər üçü eyni anda üzərinə hücum çəkib onu birlikdə döyürmüşlər. Həmin şəxslər hər biri eyni anda onu döydüklərinə görə onların ayrı-ayrılıqda hər birinin onun hansı nahiyəsindən vurmasını xatırlamır. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs da onu vurmuşdur. Çünki, həmin şəxslər üçü də üstünə gələndə dayanmadan onu əl-təpik zərbələri ilə müxtəlif nahiyələrinə vurub ona xəsarət yetirmişlər. O, oğlu Şahid7 bir müddət əvvəl – xx.xx.2021-ci il tarixdə Şahid1, Məhəmməd Mustafayev və Təqsirləndirilən şəxs tərəfindən döyülüb pulunun alınması ilə bağlı ilkin toplanan material üzrə hadisənin şahidi olmamışdır, hadisənin konkret necə olmasını görməmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onların evi Şamaxı şəhəri 28 may küçəsinin sonunda yerləşir və onların evindən bir qədər aralıda – təxminən 200-300 metr məsafədə “Qəriblər” adlı qəbiristanlıq yerləşir. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələri olardı, o, evlərinin qabağında küçədə olarkən, həmin vaxtı yeni il bayramına görə bir çox şəxslər qəbiristanlığa gəlib yaxınlarının qəbirlərini ziyarət edirdilər, buna görə də qəbiristanlıqda bir çox şəxsin olduğu və qəbiristanlığın qarşısında bir neçə avtomobilin olduğu görünürdü. Eyni zamanda, atası Rüstəm də həmin vaxtı heyvanlarını qəbiristanlığın qapısına yaxın ərazidə boş sahədə otarmışdır. Həmin vaxtı, qəbiristanlığın qarşısında avtmobillər dayanan yerdə səs-küy olmasını eşitmiş, nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal həmin yerə getmiş və görmüşdür ki, atası Rüstəmi döyüblər, bir neçə nahiyəsinin ağrıdığını bildirmiş, lakin çox danışa bilmədiyi üçün orada olan şəxslərdən eşitmişdir ki, atasını qonşuluqda yaşayan Şahid1 və bir neçə nəfər şəxslər döymüşlər. Buna görə də o, dərhal atası Rüstəmi Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmış, orada onu müalicə etmişlər. Həmin vaxtı, atası narahat olduğuna görə o, ərizə ilə Şamaxı RPŞ-nə müraciət etmiş, sonradan məlum olmuşdur ki, həmin hadisə zamanı atasını Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs adlı şəxslər döymüşlər. O, hadisənin birbaşa şahidi olmadığı üçün və atasının konkret kimlər tərəfindən və neçə nəfər tərəfindən döyülməsini özü görmədiyi üçün, eyni zamanda hadisə yerində olan şəxslərdən atasının Natiqlə birlikdə konkret neçə nəfər tərəfindən döyülməsini öyrənə bilmədiyi üçün, ərizə yazarkən atasının Natiqlə birlikdə 4-5 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Sonradan məlum olmuşdur ki, əslində, atasını həmin vaxtı Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs adlı şəxslər döymüşlər, hadisə yerində olan digər şəxslər isə aralaşdırmışlar. O, həmin şəxslərin Şahid2 avtomobili ilə hadisə yerindən uzaqlaşmasını görmüşdür. Həmin vaxt atasının döyülməsini gördüyü üçün bu hal ona pis təsir etmiş və bərk həyəcanlı olmuş, ətrafda kimlər olmasına fikir verməmiş, sadəcə atasının Natiqgil tərəfindən döyülməsini eşitdiyi üçün Natiqin Tural və Alim ilə birlikdə avtomobil ilə uzaqlaşmasını gördüyünü xatırlamış, digər şəxslərin kimlər olmasına fikir verməmiş, buna görə də hadisə yerində olan şəxslərin konkret kimlər olmasını bilməmişdir. Həmin vaxtı atasının döyülməsinə görə həyəcanlı olduğundan ətrafa və yerə fikir verməmiş, buna görə də ağac parçası və bu tipli əşya görməyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib gösitərdi ki, onun evi Şamaxı şəhərində “Qəriblər” qəbiristanlığının yanında yerləşir. O, 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində həmin qəbiristanlığın yanında olarkən qəbiristanlığın qapısının giriş hissəsində vətəndaşların çoxlu halda toplaşmasını görmüş, çünki, Şamaxı şəhəri Cəfər Cabbarlı küçəsində yerləşməklə həmin küçənin qurtaracağındakı “Qəriblər” qəbiristanlığına 01 yanvar 2022-ci il tarixdə bayrama görə bir çox şəxslər yaxınlarının qəbirlərini ziyat etmək üçün qəbiristanlığa gəlmişlər, o da evinin qarşısında küçədə olarkən qəbiristanlığın qapısının giriş hissəsində vətəndaşların toplaşdıqları yerdə ucadan dalaşma səs-küyü eşidib hadisə yerinə yaxınlaşanda, hadisə yerində dalaşma görüb orada olan bir çox şəxslərləd nə baş verdiyini aydınlaşdırmaq üçün bir qədər yaxınlaşanda dalaşma olduğunu və bir çox şəxslərin də aralaşdırdıqlarını görüb o da dalaşanları aralaşdırmaq üçün dərhal hadisə yerinə gəlib dalaşanları aralaşdırmağa başlamış, həmin vaxtı orada Şamaxı rayon sakinləri kimi tanıdığı şəxslər- Şahid1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2, eləcə də bir çox şəxslər olmuş, lakin, həmin vaxtı qarışıqlıq olduğundan konkret olaraq hadisə vaxtı kimin hər hansı bir əşya, alətlə kimi vurmasını dəqiq görə bilməmişdir. Lakin, baş vermiş həmin dalaşmanın olmasını toplaşmış şəxslərin çoxluğundan və səs-küydən eşidərək görüb bilmiş, buna görə də hadisə yerinə gəlib dalaşanları aralaşdıranda dəqiq kimin kimi döyməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri X7 küçəsi ev 3-də qeydiyyatda olmaqla Şamaxı şəhəri H.Ciddi küçəsi ev 42də ailə üzvləri ilə birlikdə yaşayır. Faktla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır, əvvəllər həmin şəxslə münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində о, qohumları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Şamaxı şəhəri 28 may küçəsində yerləşən “Qəriblər” qəbiristanlığın yanında Alimin idarə etdiyi Mersedes markalı avtomobildə olmuşlar, həmin vaxtı yeni il bayramına görə bir çox şəxslər qəbiristanlığa gəlib yaxınlarının qəbirlərini ziyarət edirdi, buna görə də qəbiristanlığın içərisində və qəbiristanlığın qapı tərəfində, yəni onların yaxınlığında bir neçə şəxslər olmuş, eyni zamanda həmin şəxslər avtomobilləri ilə gəldiyindən onların avtomobilin yaxınlığında bir neçə avtomobil də dayanmışdır. Onlar Alimin avtomobilində olarkən, həmin vaxtı qonşuları Zərərçəkmiş şəxs onların əyləşdikləri avtomobilə yaxınlaşaraq onu çağırmış, о, da avtomobildən düşüb Rüstəmin nə üçün onu çağırdığını aydınlaşdırmaq üçün onun yanına getmişdir. Həmin vaxtı Rüstəm onun oğlu Şahid7 ilə arаlarında bir neçə gün əvvəl olan münaqişəyə görə ona irad tutduğuna görə həmin vaxtı Rüstəmlə aralarında mübahisə başlamış, mübahisə zamanı əvvəlcə Rüstəm heç bir səbəb olmadan она yaxınlaşmış və əlindəki çomaqla onu vurmaq istəmiş, о, da Rüstəmin onu vurmaması üçün həmin ağac parçası olan çomağı alıb kənara atmış, buna baxmayaraq, Rüstəm оnu əl zərbələri ilə bir neçə dəfə vurmuş, həmin vaxt orada olan qonşuları Məhərrəm, Qurban və orada olan digər şəxslər, eləcə də Tural və Alim yaxınlaşıb Rüstəmi ondan aralaşdırmağa başlamışlar. Bu zaman Rüstəm onun ünvanına nalayiq ifadələr işlətmişdir. О, Rüstəmin onun ünvanına nalayiq ifadələr işlətməsinə dözməyib əsəbindən yumruq-təpiklə Rüstəmin bir neçə nahiyəsindən zərbələr vurmağa başlamışdır. Bu zaman onları orada olan Tural, Alim və digər şəxslər aralaşdırmışlar. Bundan sonra о, Alim və Tural ilə öz yaşadığı evə getmişdir. Qısa bir vaxtdan sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları onu telefon vasitəsilə Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, о, da polis şöbəsinə gələrək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Zərərçəkmiş şəxs tam düzgün danışmamışdır. Çünki, həmin vaxtı Rüstəmin əlində olan ağac parçasını о, alıb kənara atmış və onu yumruqtəpiklə döyməyə başlamışdır. Eləcə də Tural və Alim də orada olsalar da, onları aralaşdırmışlar, ola bilsin ki, Tural və Alim onları aralaşdıranda onu tutduqlarından, Rüstəm Tural və Alimin də onu vurmasını zənn edib belə bildirmişdir. Həmin vaxtı bayramla əlaqədar çoxlu şəxslər “Qəriblər” qəbiristanlığına vəfat etmiş yaxın qohumlarının qəbirlərinə baş çəkmək və ziyarət etmək üçün gəlmişdilər, həmin şəxslərin kimlər olduğunu bilməmişdir. Orada о, Tural və Alimlə birlikdə əyləşdikləri Mersedes markalı avtomobildən başqa, yaxınlıqlarında bir neçə avtomobil də olmuşdur. Həmin münaqişə zamanı bir neçə şəxslər səs-küyə görə hadisə yerinə yaxınlaşmışlar. Ola bilsin ki, orada ağ rəngli “Lexus” markalı avtomobil də olmuş və həmin avtomobildən də kimlərsə hadisəyə görə ora yaxınlaşmış, lakin, kimlər olmasını о, bilməmiş və onlarla başqa tanış şəxs olmamışdır. Zərərçəkmiş şəxs da hadisə yerinə səs-küyə görə yaxınlaşanların onların tanış olmasını zənn edib belə bildirmişdir. Zərərçəkmiş şəxs yalan danışır, onun Bilal ilə aralarında mübahisə olmuş, sadəcə tutaqlaşmışlar. O, həmin mübahisə vaxtı Bilaldan hər hansısa bir məbləğdə pul almamış və istəməmişdir. O, həmin hadisədən xeyli əvvəl Bilaldan 250 manat borc almış, imkanı zəif olduğuna görə də Bilalın borcunu qaytara bilməmişdir. Ola bilsin ki, Bilal həmin borcunu atasına deyib, atası da elə zənn etmişdir ki, guya onlar Bilalı döyüb ondan pul almışlar. Əslində isə Bilaldan heç kim məcburi pul almamışdır. Bunlar yalan məlumatlardır. Rüstəm də aralarında olan qeyd etdiyi münaqişəyə görə onlardan qərəzli qalaraq belə bir məlumat vermişdir. Orada yerdə çoxlu ağac parçaları ola bilər, çünki, bir çox şəxslər ora heyvanlarını gətirib yaxınlıqdakı boş sahələrdə otarırlar. Həmin hadisə vaxtı о, həyəcanlı olduğundan ağac parçasının da hansı əlamətlərdə olmasına fikir verməmiş və əsəbindən Rüstəmin əlindən alıb kənara atdığından konkret hara düşməsini də xatırlamır. Hadisə yerinə gedərsə, dəqiq həmin ağacı tapa biləcəyini düşünməmişdir. Həmin vaxtı orada olan şəxslərin konkret kimlər olmasını bilməmiş, lakin səs-küyə gələn şəxslərdən Məhərrəm, Qurbanın orada olmasını və оnlарı aralaşdırmalarını xatırlayır. Rüstəm ilkin ifadəsində onun onu ağac parçası ilə vurduğunu bildirdiyi üçün, о, da ilkin ifadəsində özünü müdafiə etmək üçün qeyd etmişdir ki, Rüstəm onu ağacla vurmuşdur, о, da əsəbindən ağacı ondan alıb əvəz çıxmaq üçün ağacla onu vurmuş, yəni Rüstəmin оnu vurmasını bildirməklə hesab etmişdir ki, Rüstəmin onu ağacla vurmasına görə onun ağacı ondan alıb onu vurmağını bildirsə, оnun günahı olmadığı kimi hesab edərlər. Lakin, indi anlayır ki, belə məlumatı bildirmək onun üçün düzgün deyildir və hadisə barədə daha düzgün məlumat verməlidir. Buna görə də hazırda hadisə barədə tam dəqiqliklə deyir ki, həmin hadisə zamanı, Rüstəmin əlində ağac parçası olsa da, o, onu ağacla vurmamış, о, onun ağacla onu vuracağını zənn edib, ağacı onun əlindən əsəbi şəkildə alıb kənara tullamış, lakin sonradan Rüstəm onu söyüb onu əl zərbəsi ilə vurduğuna görə о, bərk əsəbiləşib onu yumruq və təpiklə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə xidmətdə olduğu zaman, ona Şamaxı rayon sakini Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə məlumat daxil оlmuş, buna görə, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü axşam saat 22 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin NMQ-nun sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometrliyinin yaxınlığındakı ərazidə Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirini həyata keçirdiyi vaxtı, həmin tarixdə, yəni 06 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometrliyində, “Luxoil” yanacaqdoldurma məntəqəsinin yanında şübhəli hərəkət etdiyini görüb, əməliyyat tədbirinin davamı kimi xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmışlar. Əvvəlcə özünü Təqsirləndirilən şəxs təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya, psixotrop maddə və ya narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşyanın, psixotrop maddə və ya narkotik vasitənin olmadığını bildirmiş, lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilmiş, sonuncu da etiraz etməyib heç bir müqavimət göstərməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulmuş, daha sonra dəvət edilmiş Müdafiəçi, o və NMQ-nun sabiq əməliyyat müvəkkili, polis kapitanı Şahid4 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, buna görə də Təqsirləndirilən şəxs üzərində istintaq hərəkətinin iştirakçıların iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, həmin sellofan büküm açılıb içərisinə baxıldıqda, bükümün içərisindən psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunun götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də, qanunla qadağan edilmiş başqa digər əşya aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometrliyində, “Luxoil” yanacaqdoldurma məntəqəsinin yanında saxlanılıb Şamaxı RPŞ-nə gətirilib orada üzərində baxış keçirilərkən psixotrop maddə olan metamfetamin aşkar edilən zaman, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin psixotrop maddə metamfetamin olan bükümü həmin əraziyə yaxın yerdən tapmışdır, şəxsi istifadəsi üçün özündə üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid7 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmə iclasında dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, Şamaxı şəhəri Xətai küçəsi ev 8, D 1-də qeydiyyatdadır və hazırda Abşeron rayonu Xırdalan şəhəri “120” adlanan ərazidə yaşayır. Zərərçəkmiş şəxs tanımasa da, onun oğlu Bilal ilə tanışlığı olmuşdur. Onun qardaşı Saleh Abzərova məxsus olan “Mersedes C-klass” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə ilə sürməyə ona vermişdir. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Şamaxı şəhəri 28 may küçəsinin qurtaracağında yerləşən “Qəriblər” adlanan qəbiristanlığın giriş hissəsində “Mersedes C-klass” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobildə olamuş, eyni zamanda tanışları Şahid1 və Təqsirləndirilən şəxs üçü avtomobildə əyləşmişlər. Həmin vaxt, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan Natiqi yanına çağırmış, Natiq də avtomobildən düşüb ona yaxınlaşmış, onlar arasında о, bilmədiyi səbəbdən mübahisə başlamış, çünki, о, avtomobildə əyləşdiyi üçün onların nə söhbət etməsini bilməmişdir. Bu vaxtı onların tutaqlaşmasını görüb onları aralaşdırmaq üçün avtomobildən düşüb onlara yaxınlaşmış və aralaşdırmaq istəmişdir. Bu vaxtı, onun onları aralaşdırmaq istədiyini görən Zərərçəkmiş şəxs оna söyüş söymüşdür. О, da Natiq, Tural və Məhəmməd adlı şəxsə söyüş söyməməsini bildirmiş, lakin, həmin şəxs, yəni Rüstəm yenə də söydüyü üçün о, da onu söymüşdür. Bu vaxtı, Zərərçəkmiş şəxs yerdən çay daşı götürüb onu vurmaq istəyəndə, о, əlləri ilə Rüstəmin sağ qolunu tutub buraraq daşı onun əlindən almış, sonra da orada olan şəxslər onları aralaşdırmışlar. Sonra da о, oradan ayrılıb çıxıb getmişdir. Həmin vaxtı bayramla əlaqədar qəbristanlığa çoxlu şəxslər gəlmişdir. Ola bilsin həmin şəxslərdə orada səs-küyə gəlmişdir. Lakin, onların yanlarında başqa şəxs olmamışdır. Onlar üçü - Natiq, о və Tural “Mersedes C-klass” markalı **-GF-*** dövlət nömrə nişanlı avtomobildə olmuşlar. Zərərçəkmiş şəxs onun barəsində yalan danışır, hadisə vaxtı Natiq orada Rüstəmlə tutaqlaşanda о, onları aralaşdırmaq istəyəndə, Rüstəm onu da daşla vurmaq istəyəndə о, Rüstəmin qolunu burub daşı almışdır. Həmin vaxtı qəbiristanlığa çoxlu şəxslər yaxınlarının qəbirlərini ziyarət etmək üçün gəlmişlər və ətrafda çoxlu şəxslər olmuşdur. О, onların kimlər olmasını bilməmişdir. Ətrafda olan şəxslərdən bəziləri də mübahisəni aralaşdırmışlar, lakin onların da kimlər olmasını bilməmişdir. О, heç nə etmədiyi və heç kəsə zərər vurmadığı üçün onları aralaşdırarkən Rüstəmin onu vurmaq istədiyi üçün özünü müdafiə etmək məqsədilə onun qolundan tutub burub daşı almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibində bir ədəd ağ rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisindəki kütlələrin psixotrop maddə olan metamfetamin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 6/4862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,759 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,759 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,709 qramdır. Aparılmış tədqiqatın dəyəri 88 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 4(074)-60/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi qalıq çəkisi 0,709 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, iş üzrə ********* nömrə ilə ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi üzrə icraatın təzələnməsi barədə” 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə 01 iyun 2022-ci il tarixli qərar ləğv edilmişdir. “Cinayət işinin başlanılması haqqında” 02 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı şəhəri 28 may küçəsində “Qəriblər” adlanan qəbiristanlığın yanında yerləşən hadisə yerində baxış keçirilərkən, Şahid6 hadisə yerini təqdim edib həmin yerdə Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs vətəndaşların arasında döyüb xəsarət yetirdikləri yeri təqdim etmiş, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri vətəndaşların mütəmadi olaraq gəldiyi ictimai yerdir, hadisə yerinin ətrafına baxış keçirilsə də, hadisənin baş verdiyi yerə yaxın ərazidə təhlükəsizlik və ya müşahidə kamerasının olması müəyyən edilməmiş, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet, digər alət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə beyin travmasi ilə müşahidə olunan beyn silkələnməsi, sol göz yuvasının hematoması, sol qaş üstü nahiyyənin əzilmiş yarası, sağ dirsək nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən beyin silkələnməsi ilə müşahidə olunan sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, sol qaş üstü nahiyyənın yarası dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya, sağ dirsək nahiyyəsinin yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında” 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. Şamaxı rayon Polis Şöbəsinin 26 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şamaxı şəhəri ərazisində tutularaq RPŞ-nə gətirilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 aprel 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2-xx.xx.1967-ci il, oğlu X5 xx.xx.2018-ci il və oğlu X3 xx.xx.2020-ci il tərkibdə ailə üzvləri vardır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 6016 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət əməlinin tövsif olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, zərərçəkmiş şəxsin aldığı xəsarətlər habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt binada yaşayan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 8(səkkiz) ay 19(on doqquz) gün müddət müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəzanın icrası Şamaxı şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,709 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 88,00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə və 06 sentyabr 2022-ci il tarixən 24 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,709 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 88,00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-17/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-17/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver