Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-17/2024 31.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə İsmayıllı rayonu, Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Vüqar Rəhimovun şəkər xəstəliyi ilə bağlı təqaüd almasını təmin edəcəyinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may ayının əvvəli və iyun ayı ərzində ayrı-ayrı vaxtlarda Bakı- Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 400 (dörd yüz) manat, 700 (yeddi yüz), 700 (yeddi yüz) və 500 (beş yüz) manat pul alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanış olduğu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onun xəstəliyi ilə bağlı təqaüd almasını təşkil edəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may ayının ortalarında ayrı-ayrı vaxtlarda Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla 400 (dörd yüz) manat, 600 (altı yüz) manat və 500 (beş yüz) manat pul alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onun xəstəliyi ilə bağlı təqaüd almasını təşkil edəcəyini yalandan vəd verib aldadaraq, 25 iyun 2022-ci il tarixdə Bakı-Şamaxı- Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Savalan” restoranında Zərərçəkmiş şəxs2 1300 (min üç yüz) manat pul alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 1300 (min üç yüz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 2022-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə olarkən Zərərçəkmiş şəxs1la tanış olmuş, Ərəstunla söhbət zamanı sonuncu X17un 1-ci dərəcəli ağır şəkər olması və oğlunun təqaüdünün dayandırıldığını, təqaüdü bərpa etdirməyə çalışdığını ona demiş, həmin vaxt maddi cəhətdən sıxıntısı olduğu üçün Ərəstundan oğlunun təqaüdünü bərpa etdirməklə bağlı yalandan vəd verib pulunu alacağını düşünmüş və sonuncuya müxtəlif şəxslərə təqaüd almaqda köməklik etdiyini, əgər istəyirsə oğlu Vüqarın yenidən təqaüd almasına kömək edə biləcəyini lakin buna görə 2300 manat məbləğində pul verməli olduğunu demiş, Ərəstun razı olub istədiyi məbləği tam şəkildə deyil, hissə-hissə verə biləcəyini təklif etdikdə sonuncu ilə razılaşmış və təxminən iki gün sonra Ərəstun ilə Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşmüşlər və həmin vaxt Ərəstun ona ilkin olaraq 400 manat pul və oğlu Vüqarın sənədlərini vermiş, daha sonra Ərəstun ilə bir neçə dəfə “Şamaxı” restoranında görüşüb, hissə-hissə olmaqla 700 (yeddi yüz), 700 (yeddi yüz) və 500 (beş yüz) manat pulu Ərəstundan almışdır. Daha sonra isə Vüqarın təqaüdünün bərpa edilməsi ilə bağlı hər hansı vəzifəsi olmadığından və lazımi sənədləri toplaya bilmədiyi üçün bununla bağlı heç bir iş görməmiş və Ərəstunun veriyi pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Ərəstun bir neçə dəfə ona zəng edib işin nə yerdə qaldığını soruşduqda həmin şəxsə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa çalışmışdır ki, Ərəstundan aldığı pulu toplayıb ona geri qaytarsın, lakin həmin vaxt Ərəstundan aldığı 2300 manat pulu geri qaytara bilməmişdir. Bundan başqa Ərəstun 2022-ci ilin may ayında ona zəng edib demişdir ki, Zərərçəkmiş şəxs3 adlı həmkəndlisi vardır, həmin şəxsin təqaüdünün verilməsi dayandırılıb, Zahidin təqaüdünü bərpa edə bilər ya yox. O, Ərəstuna Zahidlə görüşüb söhbət etdikdən sonra kömək edə biləcəyini demiş və 18 may 2023-cü il tarixdə saat 13 radələrində həmin şəxslərlə Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşüb söhbət etmişlər. Söhbət zamanı Zahidin ürəkdamar xəstləyindən əziyyət çəkdiyindən məlumatı olmuş, həmin vaxt Zahidə təqaüdünün bərpa edilməsi üçün kömək edəcəyini, əvəzində isə 1000 manat pul verməli olduğunu demiş, Zahidə ilkin olaraq olduqları yerdə ona 400 manat verib, qalan 600 manatını təqaüdü düzələndə verəcəyini demiş, o, Zahidlə razılaşmış və oradan uzaqlaşıb İsmayıllı rayonuna qayıtmışdır. Bir neçə gün keçdikdən sonra Zahidlə telefonda danışıb sonuncunu müalicə üçün Bakı şəhər Mərkəzi xəstəxanasına aparacağını demiş, lakin Zahidi müayinəyə aparmamışdır. Bir neçə gün keçdikdən sonra Zahidə demişdir ki, qalan 600 manat pulu versin, yoxsa işləri alınmayacaq. Bundan sonra Zahid 600 manat pulu “Şamaxı” restoranında ona vermişdir. Bir neçə gün keçdikdən sonra Zahid ona zəng edib təqaüdünün nə vaxt bərpa olunacağını soruşduqda həmin şəxsə demişdir ki, bəzi problemlər var, buna görə də, əlavə 500 manat verməlidir, əgər versə işi tez bir zamanda yoluna qoyulacaq. Zahid onunla razılaşmış və bir neçə gün keçdikdən sonra yenidən “Şamaxı” restoranında görüşmüşlər, Zahid 500 manat pulu ona verdikdən sonra sağollaşıb evinə qayıtmışdır. Təxminən Zahidin ona sonuncu dəfə verdiyi 500 manatdan dörd-beş ay keçməsinə baxmayaraq Zahidin təqaüdünü bərpa etdirə bilməmişdir. Buna görə də Zahid ondan verdiyi 1500 manat pulunu geri tələb etmiş, lakin artıq Zahidin ona verdiyi 1500 manat pulu şəxsi istifadəsi üçün xərclədiyinə görə pulu Zahidə qaytara bilməmişdir. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında Zahid pulunu almaq üçün onun yaşadığı kəndə gəlmiş, Zahidə hissə-pulunu qaytaracağına söz verib razılaşmış, lakin həmin vaxt Zahidin pulunu qaytara bilməmişdir. Bundan sonra Ərəstun 2022-ci ilin iyun ayında ona zəng edib demişdir ki, Zərərçəkmiş şəxs2 adında həmkəndlisi vardır, həmin şəxsin təqaüdünün verilməsi dayandırılıb, İsabalanın təqaüdünü bərpa edə bilər ya yox. O, Ərəstuna əgər İsabala qohumudursa görüşüb söhbət etdikdən sonra kömək edə biləcəyini demiş və bir neçə gündən sonra həmin şəxslərlə Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Savalan” restoranında görüşüb söhbət etmişlər, Ərəstun onları tanış etdikdən sonra oradan uzaqlaşmış, İsabala xəstəliyi ilə bağlı ona məlumat verdikdən sonra İsabalaya yalandan 1300 manat qarşılığında İsabalanın təqaüdünün bərpa etməyə köməklik edəcəyinə razılıq vermiş, bir neçə gün keçdikdən sonra 25 iyun 2023-cü il tarixdə saat 14 radələrində İsabala ilə Şamaxı rayonunda görüşmüşlər. İsabala ilə rayon xəstəxanasından sənədlərini götürmək üçün Şamaxı rayon mərkəzi xəstəxanasına getmişlər, lakin İsabala xəstəlik tarixçəsini götürə bilməmiş, o, İsabalanı aldadıb narahat olmamasını, xəstəlik tarixçəsinin elektron formada sistemdə olduğunu, həmin sənədləri özünün götürəcəyini demişdir. Bundan sonra birlikdə yenidən “Savalan” restoranına qayıtmışlar, həmin restoranda olarkən İsabala ona 1300 (min üç yüz) manat pulu vermiş, pulu aldıqdan sonra İsabalaya bir ay-bir ay yarıma təqaüdünü bərpa etdirəcəyini dedikdən sonra sağollaşmışlar. İsabalanın ona verdiyi 1300 manat pulu özü üçün xərcləmiş, lakin İsabalının sənədlərini toplamaqla bağlı hər hansı hərəkət etməmişdir. Bir müddət keçdikdən sonra İsabala mütəmmadi olaraq ona zəng edib təqaüdlə bağlı heç bir irəlləyiş olmadığını, komissiyadan keçirtmədiyini deyib, təqaüdünün nə vaxt hazır olacağını soruşmuş, o isə İsabalanın pulunu xərcləyib sənədlərin toplanması ilə bağlı heçnə etmədiyi üçün İsabalaya bir qədərdə gözləməsini demiş, lakin təxminən 2023-cü ilin yanvar ayından İsabala pulunu geri istəmiş, İsabalaya verdiyi 1300 manat pulu xərclədiyi üçün pulunu tam şəkildə verə bilməyəcəyini deyib, hissə-hissə qaytarmağına razılıq verməsini xahiş etmiş, İsabala razılaşdıqdan sonra bir neçə ay əlavə vaxt qazanmış, lakin həmin vaxt İsabalanın pulunu qaytara bilməmişdir. Etdiyi əmələ görə peşmandır və həmin şəxslərə verməli olduğu pulları artıq geri qaytarmışdır. Həmçinin əvvəlki izahat və ifadələrində Zərərçəkmiş şəxs2 aldadaraq aldığı 1300 manat pulun 500 manatını, Zərərçəkmiş şəxs1 aldadaraq aldığı 2300 manat pulun 1300 manatını və Zərərçəkmiş şəxs3 aldadaraq aldığı 1500 manat pulun 750 manatını təqaüd düzəltməklə məşğul olan tanışı özündən uydurduğu X5 ilə böldüyünü göstərmişdir. Lakin bu göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, X5 adında hər hansı bir şəxsi tanımır, həmçinin təqaüd düzəltməklə məşğul olan bir tanışı yoxdur. Həmçinin bu barədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər hansı bir məlumat verməmişdir. Həmin şəxslərə özünün təqaüd düzəltməklə məşğul olduğunu demişdir. Bunu deməkdə məqsədi bu olmuşdur ki, həmin vaxt düşünmüşdür ki, əgər əlavə kiminsə adını bildirsə fikirlər onun üzərindən yayınar və yuxarıda göstərdiyi məbləğdəki pulların bir qismini ödəyər, lakin sonradan yalnış düşündüyünü müəyyən edib, doğruları bildirmək qərarına gəlmiş, ifadələrində göstərdiyi digər xüsusatlar isə doğrudur. Zərərçəkmiş şəxs1 2300 manat pulu sonuncunun X17un dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı rayonunda yerləşən “Şamaxı” restoranında hissə-hissə Ərəstunun özündən alıb pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. Zərərçəkmiş şəxs3 1500 manat pulu sonuncunun dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı rayonunda yerləşən “Şamaxı” restoranında hissə-hissə Zahidin özündən almış, lakin pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. Zərərçəkmiş şəxs2 1300 manat pulu sonuncunun dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı rayonunda yerləşən “Savalan” restoranında bir dəfəyə İsabalanın özündən almış, lakin pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. O, əvvəllər insanlar üçün təqaüd düzəltmək və ya dayandırılmış təqaüdlərin yenidən verilməsi ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmamış, sadəcə Ərəstun, Zahid və İsabala adlı şəxslərin sənədlərini düzəltməyi üzərinə götürmüş, buna görə sonunculardan yuxarıda göstərdiyi məbləğdəki pulları almış, lakin həmin şəxslərə verdiyi vədi yerinə yetirməyib verdikləri pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər ilə barışdığını, onlara dəyən ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, həmin şəxslə arasında əvvəllər hər hansı bir münasibət, ədavət, dava-dalaş olmamışdır. X17 1-ci tip yüksək şəkər xəstəsi olduğundan, Vüqarın 18 yaşına kimi xəstəliyi ilə əlaqədar təqaüd almış, lakin 18 yaşı tamam olduqda sonra təqaüdü kəsilmişdir. O, Vüqarı ildə iki dəfə yaz-payız aylarında Bakı şəhəri mərkəzi xəstəxanasına aparıb müalicə etdirir. 2022-ci ilin təxminən may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə Şamaxı rayonuna gedən taksiləri gözləyərkən Təqsirləndirilən şəxs ilə tanış olmuş, Elşənlə söhbət zaman ona oğlunun xəstəliyi ilə bağlı danışmışdır. Həmin vaxt Elşən xəstə şəxslərə təqaüd düzəltməklə məşğul olduğunu, Vüqarın da dayandırılmış təqüdünü bərpa etdirə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs inanıb ondan həmin əlillik pensiyasının bərpa etməkdə kömək etməsini istəmiş, Elşən də ona bununla bağlı köməklik edə biləcəyini deyib, qarşılığında isə 2300 (iki min üç yüz) manat pul istəmişdir. O isə Elşənə 2300 (iki min üç yüz) manat pulunun olmadığını həmin pulu hissə-hissə verə biləcəyini demiş, Təqsirləndirilən şəxs da onunla razılaşdıqdan sonra sağollaşmışdır. Təxminən iki gün sonra Elşənlə Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşüb ona ilkin olaraq 400 (dörd yüz) manat pul vermiş, Elşən pulu aldıqdan sonra o, Vüqarın xəstəliyi ilə bağlı sənədləri də Elşənə təqdim etmiş və onlar sağollaşmışlar. Daha sonra bir neçə dəfə Təqsirləndirilən şəxsla “Şamaxı” restoranında görüşüb, təxminən may-iyun aylarında hissə-hissə olmaqla 700 (yeddi yüz), 700 (yeddi yüz) və 500 (beş yüz) manat pul vermişdir. Beləliklə, Elşənə ümumilikdə 2300 (iki min üç yüz) manat pul vermişdir. Hər dəfə pulu verəndə Elşəndən oğlunun təqaüdünün nə zaman bərpa olacağını soruşmuş Elşən də ona narahat olmamağı qısa vaxt ərzində Vüqarın əlillik pensiyasını bərpa etdirəcəyini bildirmişdir. O, həmin ərəfədə 2022-ci ilin may ayının ortalarında yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs3 görmüş və onlar görüşüb birlikdə söhbət edərkən mövzu təqaüd almaqdan düşmüşdür. Həmin vaxt Zahid xəstəliyi ilə bağlı təqaüdünü bərpa etdirmək istədiyini, lakin sənədlərini düzəldə bilmədiyini ona demiş, o da Zahidə Təqsirləndirilən şəxs adında İsmayıllı rayonunda yaşayan tanışının olduğunu və Vüqarın dayandırılmış təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Zahid onunla Elşəni tanış etməyi ondan xahiş etmiş, o da Elşənə zəng edib məsələni danışıb görüşməyi təklif etmişdir. Elşən razılaşdıqdan sonra 18 may 2022-ci tarixdə saat 13 radələrində o, Zahid və Elşən Bakı- Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşüb söhbət etməyə başlamışlar. Söhbət zamanı Zahid Elşənə ürək-damar xəstəsi olduğunu, əvvəllər həmin xəstəliklə bağlı təqaüd aldığını, lakin sonradan təqaüdünün dayandırıldığını deyib, Elşəndən təqaüdünü bərpa edib-edə bilməyəcəyini soruşmuşdur. Elşən Zahidin təqaüdünü bərpa etdirə biləcəyini, lakin bunun üçün ona 1000 manat pul verməli olduğunu demişdir. Zahid Elşənlə razılaşıb ilkin olaraq ona 400 manat pul verib, qalan hissəsini isə təqaüdü bərpa olduqdan sonra verəcəyini demiş, Elşən razılaşdıqdan sonra sağollaşıb kəndə qayıtmışlar. Daha sonra 2022-ci il iyun ayında Şamaxı rayon mərkəzi xəstəxanasına gələn zaman həmkəndlisi Zərərçəkmiş şəxs2la qarşılaşmış, birlikdə söhbət edərkən ondan xəstəxanaya gəlmə səbəbini soruşmuşdur. İsabala ona xəstəliyi ilə bağlı məlumat verib, xəstəliyi ilə əlaqədar təqaüdünü bərpa etdirmək istədiyini demiş və ondan oğlu Vüqarın təqaüdünü bərpa etdirə bilib-bilmədiyini soruşmuşdur. O, İsabalaya cavab olaraq Elşən adlı biri ilə tanış olduğunu və oğlu Vüqarın dayandırılmış təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Həmin vaxt İsabala təqaüdünü bərpa etdirə bilib-bilməyəcəyini Təqsirləndirilən şəxs soruşmağı ondan xahiş etmiş, o da Elşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, bu barədə danışıb söhbət etdikdən sonra Elşənlə görüşmək qərarına gəlmişdir. 20 iyun 2022-ci il tarixdə günorta saatlarında o, İsabala və Təqsirləndirilən şəxs birlikdə Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşmüş və Elşənlə İsabalanı tanış etmişdir. Daha sonra isə o işləri ilə əlaqədar Şamaxı rayonu Göylər kəndində yerləşən evinə getmiş, Elşənlə İsabala isə həmin restoranda qalıb söhbətlərinə davam etmişlər. Sonradan isə o, Zərərçəkmiş şəxs2 təqaüd düzəltdirmək üçün Təqsirləndirilən şəxs 1300 (min üç yüz) manat pulu verdiyini bilmişdir. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 1300 (min üç yüz) manat pulu verərkən həmin şəxslərin yanında olmamışdır. O, Vüqarın təqaüdünün bərpa edilməsi ilə bağlı verdiyi puldan bir neçə ay keçməsinə baxmayaraq heç bir nəticənin olmaması səbəbindən Təqsirləndirilən şəxs ilə mütəmmadi telefon əlaqəsi saxlamış, lakin Elşən hər dəfəsində bəhanələr uydurub onu gözlətdirmişdir. Təxminən 4-5 ay geçdikdən sonra Elşənin onu, İsabalanı və Zahidi aldatdığını bilmişlər. Elşənlə telefon əlaqəsi saxlayan zaman və verdikləri pulu geri qaytarmasını istəyən zaman Elşən qısa vaxt ərzində pulları geri qaytaracağını desədə, pulları geri qaytarmamış və müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan imtina etmişdir. Daha sonra bu hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə tanış olduğu gündən X17un təqaüdünün bərpa edilməsi, həmçinin İsabala və Zahid adlı həmkəndlilərinin də, təqaüdlərinin bərpa edilməsi ilə bağlı keçən söhbətlərdə, həmçinin Təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla 2300 manat məbləğində pulu alarkən həmin pulu X5 və ya başqa birinə verəcəyi, təqaüdləri İradə Musayevə və ya başqa bir şəxsin köməyi ilə bərpa etdirəcəyi ilə bağlı heçnə deməmiş, əksinə Elşən pulların özünə çatacağını və təqaüdlərin düzəldilməsi və bərpa edilməsi ilə sonuncunun özünün məşğul olduğunu demişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmiş, onunla barışmış və ondan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır, həmin şəxsi onunla həmkəndlisi Zərərçəkmiş şəxs1 tanış etmişdir. Belə ki, o, əvvəllər ürək damar xəstəsi olduğu üçün xəstəliklə bağlı 2-ci qrup təqaüdü almış, lakin daha sonradan onun təqaüdü ləğv edilmişdir. O, bir neçə müddətdir ki, təqaüdünü yenidən bərpa etdirmək və müalicə olunmaq üçün Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Təxminən 2022-cü ilin may ayının əvvəllərində Göylər kəndi ərazisində həmkəndlisi Ərəstunu görmüş, onlar birlikdə söhbət edərkən mövzu təqaüd almaqdan keçmiş, həmin vaxt Ərəstuna xəstəliyilə bağlı təqaüdünü bərpa etdirmək istədiyini, lakin sənədlərini düzəldə bilmədiyini demişdir. Söhbət zamanı Ərəstun ona İsmayıllı rayonunda Təqsirləndirilən şəxs adında tanışı olmasını, həmin şəxsin müxtəlif şəxslər üçün təqaüdlərin bərpa edilməsi, təqaüd düzəltməklə məşğul olmasını və oğlu Vüqarın təqaüdünü bərpa etdirəcəyini demiş, o da Ərəstundan onu Elşənlə tanış etməsini xahiş etmişdir. Ərəstun xahişini yerə salmamış və Elşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib görüşməyi təklif etmişdir. Elşən razılaşdıqdan sonra 18 may 2023-cü il tarixdə saat 13 radələrində o, Ərəstun və Elşən Bakı-Şamaxı-Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında görüşüb söhbət etməyə başlamışlar. Söhbət zamanı Elşənə ürək-damar xəstəsi olduğunu, əvvəllər həmin xəstəliklə bağlı təqaüd aldığını, lakin sonradan təqaüdünün dayandırıldığını deyib, Elşəndən onun təqaüdünü bərpa edib-edə bilməyəcəyini soruşmuş, Elşən onun təqaüdünü bərpa etdirə biləcəyini, lakin bunun üçün 1000 manat pul verməli olduğunu demişdir. O, Elşənlə razılaşıb ilkin olaraq Elşənə 400 manat pul verib, qalan hissəsini isə təqaüdün bərpa olduqdan sonra verəcəyini təklif etmiş, Elşən razılaşdıqdan sonra sağollaşıb kəndə qayıtmışlar. Bir neçə gün keçdikdən sonra Elşən ona zəng edib, işin alınmadığını deyib, pulun qalan hissəsini istəmiş, o da məcbur olub razılaşmış və Elşənlə yenidən “Şamaxı” restoranın qarşısında görüşüb ona 600 manat məbləğində pul vermişdir. Elşən pulu aldıqdan sonra ona hazırlaşmağını, bir neçə günə müayinə olunmaq üçün Bakı şəhərinə aparacağını demiş, lakin uzun müddət keçməsinə baxmayaraq Elşən onu müayinə üçün Bakı şəhərinə aparmadığına görə Elşənə zəng edib niyə görə işin gecikməsini soruşmuş, Elşən bir neçə günə müayinə üçün gəlib onu Bakı şəhərinə aparacağını demiş, bir neçə gün keçdikdən sonra Elşənə zəng edib işin nə yerdə qaldığını soruşduqda Elşən bəzi problemlərin olduğunu, əlavə 500 manat da, lazım olduğunu demiş, o da razılaşıb bir neçə gün sonra 500 manat pulu Elşənə “Şamaxı” restoranında vermişdir. Bir neçə ay keçməsinə baxmayaraq təqaüdün bərpa olunmadığı üçün Elşəndən nə baş verdiyini soruşmuş, Elşən cavabında bir qədər də, səbirli olmağını az müddətə təqaüdünü bərpa etdirəcəyini demişdir. O, çarəsiz qalıb, yenidən Elşəndən xəbər gözləmiş, lakin artıq bir ildən çox müddət keçmişdir ki, Elşən verdiyi vədlərə əməl etmədiyi üçün Elşəndən verdiyi 1500 manat pulu geri tələb etmiş, Elşən pulu geri verəcəyinə söz vermiş, lakin bu sözünü də, yerinə yetirməyib, pulu geri qaytarmamış, bundan sonra Elşənin onu aldadaraq 1500 manat pulu ələ keçirməsini müəyyən etmiş, həmçinin Elşənin, onun həmkəndliləri Ərəstun və İsabalanında təqaüdlərin bərpa edilməsi adı ilə aldadıb pullarının ələ keçirilməsi ilə bağlı Şamaxı rayon polis şöbəsində araşdırma aparılmasından məlumatı olmuş və o, da Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduğu gündən onun təqaüdünü bərpa edilməsi ilə bağlı keçən söhbətlərdə, həmçinin Təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla 1500 manat məbləğində pulu alarkən həmin pulu X5 və ya başqa birinə verəcəyini deməmişdir. Həmçinin Elşən onun təqaüdünü kiminsə vasitəsilə bərpa edəcəyini deməmiş, özünün bu işlə məşğul olduğunu bildirmişdir. Əgər Elşən təqaüdləri İradə Musayevə və ya başqa bir şəxsin köməyi ilə bərpa etdirəcəyi ilə bağlı ona nəsə demiş olsaydı o, həmin şəxslərlə də, görüşmədən Elşənə pulu verməzdi. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənilmiş, onunla barışmış və ondan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır, həmin şəxsi onunla tanış edən həmkəndlisi Zərərçəkmiş şəxs1 olmuşdur. Belə ki, o asma bronxit xəstəsi olduğu üçün xəstəliklə bağlı əvvəllər 2-ci qrup təqaüdü almış, lakin daha sonradan onun təqaüdü ləğv edilmişdir. O, təqaüdünü yenidən bərpa etdirmək və müalicə olunmaq üçün Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Təxminən 2022-cü ilin iyun ayının əvvəllərində həmkəndlisi Ərəstunu görmüş və birlikdə söhbət edərkən Ərəstuna xəstəliyi ilə bağlı təqaüdünü bərpa etdirmək istədiyini, lakin sənədlərini düzəldə bilmədiyini deyib, Vüqarın təqaüdünü bərpa etdirib-etdirmədiyini Ərəstundan soruşmuşdur. Ərəstun, İsmayıllı rayonunda Təqsirləndirilən şəxs adında tanışı olmasını, həmin şəxsin müxtəlif şəxslər üçün təqaüdlərin bərpa edilməsi, təqaüd düzəltməklə məşğul olmasını və Vüqarın təqaüdünü bərpa etdirəcəyini demişdir. O, Ərəstundan onu Elşənlə tanış etməsini xahiş etmiş, Ərəstun da xahişini yerə salmamış və Elşənə zəng edib görüşməyi təklif etmişdir. Elşən razılaşdıqdan sonra 20 iyun 2022-cü il tarixdə o, Ərəstun və Elşən Şamaxı rayonunda yerləşən “Savalan” restoranında görüşmüş, onlar görüşdükdən sonra Ərəstun getmiş və o isə Elşənlə söhbət etməyə başlamış, söhbət zamanı Elşənə asma bronxit xəstəsi olduğunu, əvvəllər həmin xəstəliklə bağlı təqaüd aldığını, lakin sonradan təqaüdünün dayandırıldığını deyib, Elşəndən onun təqaüdünü bərpa edib-edə bilməyəcəyini soruşmuş, Elşən də onun təqaüdünü bərpa etdirə biləcəyini deyib, bir iki günə Şamaxı rayon mərkəzi xəstəxanasında görüşməyi təklif etmişdir. Daha sonra Elşən onun sənədlərinə baxıb təqaüdünün bərpa etdirmək üçün nə qədər məbləğdə pulun lazım olacağı barədə ona məlumat verəcəyini demişdir. Bundan sonra o, Elşənlə sağollaşıb kəndə qayıtmışdır. Bir neçə gün keçdikdən sonra Elşənlə telefonda danışarkən Elşən ona təqaüdünü bərpa etdirmək üçün 1300 manat pul verməli olacağını demişdir. O, Elşənlə razılaşmış və 25 iyun 2022-ci il tarixdə saat 14 radələrində Elşənlə “Savalan” restoranında görüşüb birlikdə Şamaxı rayon mərkəzi xəstəxanasına getmiş, Elşən ondan xəstəxanadakı xəstəlik tarixçəsini götürməyini istəmiş, lakin xəstəxanadan ona xəstəlik tarixçəsini verməmişlər. Bundan sonra Elşən xəstəlik tarixçəsinin elektron formada bazada olduğunu və bazadan özünün götürə biləcəyini demişdir. Bundan sonra o, Elşənə inanıb birlikdə yenidən “Şamaxı” restoranına qayıtmış, həmin restoranda olarkən Elşənə 1300 (min üç yüz) manat pul vermiş, Elşən bir ay, bir ay yarıma onun təqaüdünü bərpa etdirəcəyini dedikdən sonra onlar sağollaşmış və o, yaşadığı evə getmişdir. Elşənə 1300 manat pulu verdikdən sonra mütəmmadi olaraq onunla əlaqə saxlamış, hər dəfəsində Elşən ona sənədləri topladığını, komissiyadan keçəcəyini demiş, iki ay keçməsinə baxmayaraq o, hələdə komissiyadan keçməmişdir. Buna görə də o, narahat olmağa başlayıb, Elşənə zəng edib işinin nə yerdə qaldığını soruşmuş, lakin Elşən artıq ona müxtəlif bəhanələr gətirərək yaxın günlərdə komissiyadan keçib təqaüd alacağını demiş, lakin altı ay keçməsinə baxmayaraq heç bir irəlləyiş olmamışdır. Sonradan Elşən xəstəlik tarixçəsinin elektron formada sistemdə olmadığını demişdir. Bundan sonra o, Elşənin onu aldadıb təqaüdünü bərpa etdirmək adı ilə vəd verib 1300 manat pulunu qanunsuz olaraq ələ keçirməsini müəyyən etmiş və buna görə də Elşəndən pulunu geri tələb etmişdir. Elşən təxminən 2023cü ilin yanvar ayından hissə hissə olmaqla, pulunu qaytaracağına söz vermiş olsa da, müxtəlif bəhanələr edərək indiyə kimi pulu qaytarmamışdır. Buna görə də o, hadisə ilə bağlı Elşən İsmayıllı rayon sakini olduğu üçün onun barədə İsmayıllı rayon polis şöbəsinə müraciət etmiş, lakin hadisə Şamaxı rayonu ərazisində baş verdiyi üçün müraciəti aidiyyəti üzrə Şamaxı rayon polis şöbəsinə göndərmişlər. Təqsirləndirilən şəxs ilə tanış olduğu gündən onun təqaüdünün bərpa edilməsi ilə bağlı keçən söhbətlərdə, həmçinin Təqsirləndirilən şəxs ondan 1300 manat məbləğində pulu alarkən həmin pulu X5 və ya başqa birinə verəcəyini deməmişdir. Həmçinin Elşən onun təqaüdünü kiminsə vasitəsilə bərpa edəcəyini deməmiş, özünün bu işlə məşğul olduğunu bildirmişdir. Əgər Elşən təqaüdləri İradə Musayevə və ya başqa bir şəxsin köməyi ilə bərpa etdirəcəyi ilə bağlı ona nəsə demiş olsaydı o, həmin şəxslərlə də, görüşmədən Elşənə pulu verməzdi. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını və heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Elşən barədə Şamaxı rayon polis şöbəsinə daxil olmuş müraciətlə tanış olmuşdur. Elşənin Şamaxı rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqaüd düzəldəcəyi adı ilə müxtəlif məbləğlərdə pul almasından, lakin həmin şəxslərə verdiyi vədi yerinə yetirməyib, aldığı pulları isə xərcləməsindən məlumatı olmuş, həmin hadisələrdən məlumatı olduqdan sonra Elşəni danlayıb, sonuncudan edə bilməyəcəyi işlərə niyə görə girişdiyini, insanlara təqaüd düzəltmək kimi bir vəzifəsi olmadığı halda niyə görə yalandan pullarını alıb aldatdığını soruşub danlamış, lakin artıq onun həmin məsələdən məlumatı olanda gec olmuş, həmin vaxt artıq Elşən aldığı pulları xərcləmişdir. O, Elşənə aldığı pulları qaytarması ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmiş, həmin dövrdə Elşən yuxarıda göstərdiyi şəxslərdən aldığı pulları qaytardığını dedikdən sonra məsələnin həll olduğunu düşünmüş, lakin daha sonradan Elşənin ona yalan deməsindən və həmin şəxslərdən aldığı pulları qaytarmamasından, buna görə də barəsində Şamaxı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlandığından məlumatı olmuşdur. Cinayət işi başlandıqdan sonra Elşənin aldığı pullar zərərçəkmiş şəxslərə qaytarılmışdır. Elşən X1 adlı şəxslə hər hansı bir tanışlığından məlumatı yoxdur. Hətta Elşəndən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 necə aldatdığını, bu işi görməkdə kiminləsə əl-bir olub-olmadığını soruşmuş, lakin Elşən həmin şəxsləri tək başına aldatdığını, heç kimlə əl-bir olmadığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, HK-1-903,945/2023 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqında” 20 avqust 2023-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə pulu Təqsirləndirilən şəxs verdiyi Bakı-Şamaxı- Yevlax yolunun 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranı ərazisində hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gözəlov X4 Rəcəbovdan hissə-hissə olmaqla dələduzluq yolu ilə ələ keçirdiyi ümumilikdə 2300 manat məbləğindəki pulu həmin restoranın ərazisində nağd şəkildə almışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respoublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif olunması haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 4(074)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmışdır. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 4(074)-64/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarilxi 4(074)-63/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İsmayıllı RİHB-nın Qalınçaq kənd İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İsmayıllı RİHB-nın Qalınçaqkənd İƏD üzrə nümayəndəliyinin 26 avqust 2023-cü il tarixli 472/1 saylı arayışından görünür ki, Gözəlov X3 rayonunun Qalınçaq kənd İƏD üzrə nümayəndəliyinin Qalınçaq kəndində qeydiyyatdadır və arvadı xx.xx.1986-cı il təvəllüdlü X6, 04 fevral 2011-ci il təvəllüdlü X9, oğlu 17 iyul 2013-cü il təvəllüdlü X10 və 15 sentyabr 2016-cı il təvəllüdlü X8 ilə İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. "xxxx" ASC-nin Şamaxı filialının 31 yanvar 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 1275 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəyən ziyan ödənildiyindən, təqsirləndirilən şəxslə barışmışlar, ondan şikayətləri və tələbləri yoxdur.. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəyən ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin təkrarən aldatma və etibardan istifadə etmə yolu ilə özgənin əmlakını talaması, yəni dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə zərərçəkmiş şəxslərlə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1275 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-17/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-17/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver