Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-18/2022 23.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi Şahid1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Şamaxı rayonu, Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixə keçən gecə və həmin tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə Şamaxı rayonu Qızmeydan kəndində yerləşən fərdi yaşayış evində 03 noyabr 2020-ci il tarixdə qeyri rəsmi qaydada ailə həyatı qurduğu, aralarında on dörd yaş fərqi olmaqla on altı yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun on altı yaşına çatmaması ona aşkar surətdə məlum olduğu halda qarşılıqlı razılıq əsasında könüllü cinsi əlaqədə olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, 03.11.2020-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə bir-birilərini sevdikləri üçün qoşulub qaçaraq bir yerdə yaşamağa başlamışlar. Onlar qoşulub qaçdıqları günün səhəri, yəni 05.11.2020-ci il tarixdə öz razılıqları ilə eyni otağda qalmağa başlamışlar və elə həmin günü gecə saatlarında o, Zərərçəkmiş şəxs ilə öz razılığı əsasında təbii yolla cinsi münasibətdə olmuşdur. Bundan sonra onlar mütəmadi olaraq yaşadıqları evdə özlərinə məxsus otaqda birlikdə yaşamağa başlamışlar və onlar bir neçə gün ara ilə təbii yolla cinsi əlaqədə olmuşlar və təxminən 2020-ci ilin dekabr ayının 16-da test vasitəsilə yoldaşı Zərərçəkmiş şəxs hamilə olub-olmamağını yoxlamış və hamilə olduğunu müəyyən etmişdir. O, Zərərçəkmiş şəxs ilə öz razılığı əsasında cinsi münasibətdə olmuşdur. O, Zərərçəkmiş şəxs qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman onun 16 yaşına çatmamasını və 2005-ci il təvəllüdlü olmasını bilmişdir. Zərərçəkmiş şəxs onunla öz razılığı ilə qoşulub qaçmışdır, çünki əvvəldən onun Zərərçəkmiş şəxs ilə evlənmək fikri olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 03.11.2020-ci il tarixdə həmkəndlisi X5 ilə bir-birlərini sevdikləri üçün qoşulub qaçmış və onların evində yaşamağa başlamışdır. O, qoşulub qaçdığı günün səhəri, yəni 05.11.2020-ci il tarixdə öz razılığı ilə onu Rafiq Heybətovla eyni otağda qalmağa başlamış və elə həmin günü gecə saatlarında o, Rafiq Heybətovla öz razılığı əsasında təbii yolla cinsi münasibətdə olmuşdur. Bundan sonra onlar mütəmadi olaraq Rafiq Heybətovun yaşadığı evdə özlərinə məxsus otaqda birlikdə yaşamağa başlamışlar və onlar bir neçə gün ara ilə təbii yolla cinsi əlaqədə olurmuşlar və təxminən 2020-ci ilin dekabr ayının 16-da test vasitəsilə hamilə olub-olmamağını yoxlatmış və hamilə olduğunu müəyyən etmişdir. O, Rafiq Heybətovla öz razılıqları əsasında cinsi münasibətdə olmuşdur. Rafiq Heybətov ona qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Rafiq Heybətov onunla cinsi əlaqədə olan zaman onun 16 yaşına catmadığını, eyni zamanda 2005-ci il təvəllüdlü olmasını bilmişdir. Rafiq Heybətovla öz razılığı əsasında qoşulub qaçmış, çünki əvvəldən onun Rafiq Heybətovla evlənmək fikri olmuşdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, qızı Aynurə 03.11.2020-ci il tarixdə həmkəndlisi olan Təqsirləndirilən şəxs ilə bir-birilərini sevdikləri üçün qoşulub qaçaraq, Təqsirləndirilən şəxs evində yaşamağa başlamışlar. Həmin vaxtı, yəni qızı Təqsirləndirilən şəxs ilə qoşulub qaçan zaman 15 yaşında olmuşdur. Aynurənin ona verdiyi məlumata görə sevgilisi olan Rafiklə qoşulub qaçdığı günün səhəri, yəni 04.11.2020-ci il tarixdə öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Aynurə 10.12.2020-ci il tarixdən birlikdə yaşadığı Təqsirləndirilən şəxs hamilə qalmışdır. O, qızı Aynurənin Təqsirləndirilən şəxs ilə qoşulub qaçmasını elə həmin günü, yəni 03.11.2020-ci il tarixdə bilmişdir. Qızı Aynurə Təqsirləndirilən şəxs ilə öz razılığı əsasında qoşulub qaçmış, eyni zamanda öz istəyi ilə də cinsi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs qızı Aynurəyə qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Əgər hər hansı bir hərəkət etmiş olsaydı qızı ona deyərdi. Qızı Aynurə 03.11.2020-ci il tarixdə qoşulub qaçdığı gündən Təqsirləndirilən şəxs ilə birlikdə onun evində yaşamışlar. Onun və qızı Aynurənin Təqsirləndirilən şəxs hər hansı bir şikayətləri və yaxud hər hansı bir tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olmaqla hal-hazırda həmin ünvanda yaşayır. Qızı Aynurə 03.11.2020-ci il tarixdə həmkəndliləri olan Təqsirləndirilən şəxs ilə bir-birilərini sevdikləri üçün qoşulub qaçaraq Təqsirləndirilən şəxs evində yaşamağa başlamışlar. Həmin vaxtı, yəni qızı Təqsirləndirilən şəxs ilə qoşulub qaçan zaman 15 yaşında olmuşdur. Onda olan məlumata görə qızı Aynurə sevgilisi olan Rafiklə qoşulub qaçdığı günün səhəri, yəni 04.11.2020-ci il tarixdə öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Qızı Aynurə 10.12.2020-ci il tarixdən birlikdə yaşadığı Təqsirləndirilən şəxs hamilə qalmışdır. Qızı Aynurə Təqsirləndirilən şəxs ilə öz razılıqları əsasında qoşlub qaçıb, eyni zamanda öz istəyi ilə də cinsi münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs qızı Aynurəyə qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmişdir. Əgər hər hansı bir hərəkət etmiş olsaydı qızı ona deyərdi. Qızı Aynurə 03.11.2020-ci il tarixdə qoşulub qaçdığı gündən Təqsirləndirilən şəxs ilə birlikdə onun evində yaşamışdır. Onun və qızı Aynurənin Təqsirləndirilən şəxs hər hansı bir şikayətləri və yaxud hər hansı bir tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, Şamaxı şəhəri, Bakı küçəsi, 69 saylı evdə yaşayır və Şamaxı RMX-nin doğum şöbəsində mamaginekoloq işləyir. 10.10.2021-ci il tarixdə, saat 06:50-də doğuş sancıları ilə xəsrəxanaya bir nəfər şəxs daxil olmuş və ilkin olaraq adini bilməsədə müvafiq sənədlərini aldıqdan sonra məlum olmuşdur ki, həmin doğuş üçün müraciət edən şəxs Zərərçəkmiş şəxsdır. Daha sonra onlar həmin xəstəni qəbul otağından doğum şöbəsinə aparmışlar və doğuş təbii usulla həyata keçirilmiş, doğuş zamanı xoşagəlməz hər hansı bir hal olmamış və Zərərçəkmiş şəxs kişi cinsli uşaq dünyaya gətirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs doğum şöbəsindən çıxarıb palataya yerləşdirmişlər və orada 3 gün qaldıqdan sonra xəstə övladı ilə birlikdə evə buraxılmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 401/21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 10.10.2021-ci il tarixdə Şamaxı RMX-nın doğum şöbəsinə daxil olmuş və oğlan cinsli uşaq dunyaya gətirmişdir. Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamış. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmaq əlamətləri müşahidə olunmamışdır. İş materiallarında olan TQS 096 nömrəli yeni doğulmuşun xəstəlik tarixçəsindən görünür ki, Zərərçəkmiş şəxs 10.10.2021-ci il tarixdə, saat 06:50-də doğuş sancıları ilə xəstəxananın dogum şöbəsinə daxil olmuş və təbii üsulla oğlan uşağı dünyaya gətirmişdir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 19 oktyabr 2021-ci il tarixli 1025 saylı məktubundan görünür ki, Şamaxı rayonu Qızmeydan kənd sakini xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 10 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olmuş və kişi cinsli uşaq dünyaya gətirmişdir. İş materiallarında olan AZ-İV № 556459 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2005-ci ildə Şamaxı rayonu Qızmeydan kəndində doğulmuşdur, atası Şahid1, anası X1r. İş materiallarında olan AZ-İ № 401758 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Qızmeydan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 yanvar 2022-ci il tarixli 13 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X4 və arvadı Zərərçəkmiş şəxs ilə Şamaxı rayonu Qızmeydan kəndində yaşayır. İş materiallarında olan Şamaxı RİHB-nın Qızmeydan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənd sakinləri onu sakit xarakterli şəxs kimi tanıyır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 13 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 144-cü maddəsinə nəzərdə tutulan cinayət tərkibini əlamətləri müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, öhdəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə onun həmin cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəza bir il sınaq müddəti ilə şərti olaraq tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmaldıır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 9(doqquz) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-18/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-18/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver