Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-18/2023 01.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-X2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Pirbəhli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə keçən gecə və həmin tarixdən 12 dekabr 2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə Şamaxı rayonu, Pirbəhli kəndində yerləşən fərdi yaşayış evində 25 aprel 2021-ci il tarixdə qarşılıqlı razılıq əsasında qoşulub qaçmaqla qeyri-rəsmi qaydada ailə həyatı qurduğu, aralarında doqquz yaş fərqi olmaqla on altı yaşına çatmayan, xx xxxxxx 2005-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun on altı yaşına çatmaması ona aşkar surətdə məlum olduğu halda qarşılıqlı razılıq əsasında könüllü cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu, Pirbəhli kəndində qeydiyyatda olmaqla yaşayır. 2021-ci ilin təxminən fevral ayında o, Yardımlı rayonu, Şəfəqli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş və bir-birlərini bəyəndikləri üçün o və valideyinləri Yardımlı rayonu, Şəfəqli kəndinə Zərərçəkmiş şəxs evinə el adətinə uyğun olaraq elçi getmiş və o, Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə nişanlanmışdır. Onlar düşünmüşlər ki, Zərərçəkmiş şəxs yaşı nikaha düşdükdə evlənərlər, lakin Zərərçəkmiş şəxs evində problemlər olduğu üçün xx.xx.2021-ci il tarixdə o, Səbinə öz razlığı ilə onunla qoşulub qaçmış və Səbinəni yaşadığı Şamaxı rayonu Pirbəhli kəndinə öz evinə gətirmişdir. Lakin həmin vaxtlarda ölkə ərazilərində COVİD-19 virusu ilə əlaqədar toyların keçrilməsinə icazə verilmədiyi üçün onlar toy edə bilməmiş, xx.xx.2021-ci il tarixdə onun valideyinləri yaşadıqları Pirbəhli kəndində onlar üçün toy etmiş və həmin gündən onlar bir yerdə, yəni özlərinə məxsus otaqda qalmağa başlamışlar. O, Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə təbii yolla cinsi əlaqədə olmuş və bu hallar hər dəfə təkrarlanmış, ilk əvvələr Zərərçəkmiş şəxs yaşı az olduğu üçün onlar uşaqları olmasın deyə qorunurmuşlar, lakin xx.xx.2021-ci il tarixdə qərara gəlmişlər ki, uşaqları olsun, buna görə də, onlar qorunmamışlar, daha sonra, həyat yoldaşı Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında hamilə olduğunu ona bildirmiş və onlar Şamaxı rayon Mərkəzi xəstəxanasına getsələr də, həyat yoldaşı Zərərçəkmiş şəxs yaşının az olmasını səbəb gətirərərək onları qəbul etməmişlər və o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə xəstəxanaya gedərək uzi müayinəsindən keçmişlər və yaşadıqları Şamaxı rayon Pirbəhli kəndinə gəlmişlər. Daha sonra o və ailə üzvləri doğuş üçün Şamaxı rayonuna müraciət etsələr də, yenə onları qəbul etməmişlər, həmin vaxtı o, həyat yoldaşı Səbinə, anası Südabə və atası Tahir Bakı şəhərində Respublika xəstəxanasına getmişlər və orada həyat yoldaşı Zərərçəkmiş şəxs bir neçə analiz müayinəsindən keçmiş, həkimlər onun həyat yoldaşı Zərərçəkmiş şəxs qanının az olmasını səbəb gətirərək ona təbii doğuşa icazə olmadığını deyərək, elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə qeysəriyyə əməliyyatı olmuş və onların uşaqları dünyaya gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında cinsi münasibətdə olmuş, Zərərçəkmiş şəxs qarşı hər-hansı bir seksual xarakterli hərəkətlər etməmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2005-ci ildə doğulmuş, o isə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, xx.xx.2022-ci il tarixdə onlar yaşadıqları Şamaxı rayonu Pirbəhli kəndində təbii yolla cinsi münasibətdə olmuşlar. O, Zərərçəkmiş şəxs ilə cinsi münasibətdə olan zaman sonuncunun 15 yaşı olmuş, Zərərçəkmiş şəxs ilə 15 yaşı olan zaman cinsi münasibətdə olsa da, o, bu münasibətin qanunla qadağan olunmasını və cinayət məsuliyyəti yaratmasını bilməmişdir. Son olaraq törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, hazırda zərərçəkmiş şəxslə barışıb birlikdə yaşamalarını və övladlarının dünyaya gəlməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Yardımlı rayonu Şəfəqli kəndində qeydiyyatda olsa da, hazırda Şamaxı rayonu Pirbəhli kəndində yaşayır. 2021-ci ilin təxminən fevral ayında o, Şamaxı rayonu Pirbəhli kəndindən olan Təqsirləndirilən şəxs ilə tanış olmuş və bir-birilərini bəyəndikləri üçün Təqsirləndirilən şəxs valideyinləri onların evinə el adətinə uyğun elçilərini göndərmişlər və o, Təqsirləndirilən şəxsla xx.xx.2021-ci il tarixdə nişanlanmış və onlar düşünmüşdülər ki, onun yaşı tamam olduqdan sonra evlənərlər, lakin onun ailəsində problemlər olduğu üçün o, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə öz razılığı əsasında qoşulub qaçmış və Xəyalın Şamaxı rayonu Pirbəhli kəndində yerləşən evinə gəlmişlər, lakin həmin vaxtlarda ölkə ərazilərində COVİD-19 virusu ilə əlaqədar toyların keçrilməsinə icazə verilmədiyi üçün onlar toy edə bilməmişlər, daha sonra xx.xx.2021-ci il tarixdə Xəyalın valideyinləri yaşadıqları Pirbəhli kəndində onlara toy etmişlər və həmin gündən onlar bir yerdə, yəni özlərinə məxsus otaqda qalmağa başlamışlar. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə onunla təbii yolla cinsi əlaqədə olmuş və bu hallar hər dəfə təkrarlanmış və ilk əvvəllər onun yaşı az olduğu üçün uşaqları olmasın deyə qorunurmuşlar, lakin onlar xx.xx.2021-ci il tarixdə qərara gəlmişlər ki, uşaqları olsun, buna görə də, onlar qorunmamışlar, daha sonra, 2021-ci ilin noyabr ayında o, hamilə olduğunu düşünmüş və zaman keçdikcə hamilə olduğuna əmin olmuş və Şamaxı rayon Mərkəzi xəstəxanasına getsə də, yaşının az olmasını səbəb gətirərək onu qəbul etməmişlər və o, həyat yoldaşı Xəyalla birlikdə Bakı şəhərinə tanımadığı xəstəxanaya gedərək uzi müayinəsindən keçmiş və yaşadıqları Şamaxı rayon Pirbəhli kəndinə gəlmişlər. Daha sonra o və ailə üzvləri doğuş üçün Şamaxı rayonuna müraciət etsələr də, yenə onları qəbul etməmişlər, həmin vaxtı onun hesabına görə uşağın dünyaya gəlməsinə 10 gün qalmış və o, həyat yoldaşı Xəyal, qayınanası Südabə və qayınatası Tahir Bakı şəhərində Respublika xəstəxanasına getmişlər və orada o, bir neçə analiz müayinəsindən keçmiş və qanının az olmasını səbəb gətirərək ona təbii doğuşa icazə olmadığını deyərərək, elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə o, qeysəriyyə əməliyyatı olmuş və uşağı dünyaya gəlmişdir. O, Təqsirləndirilən şəxs ilə öz razılığı əsasında cinsi münasibətdə olmuş, Təqsirləndirilən şəxs ona qarşı hər-hansı bir məcburi seksual xarakterli hərəkətlər etməmiş, eyni zamanda, sonuncu ona qarşı zor tətbiq etməmişdir. Hazırda təqirləndirilən şəxslə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur, övladı ilə birlikdə Xəyalgildə yaşayır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadə verib göstərdi ki, Şamaxı rayonu Pirbəhli kəndində qeydiyyatda olmaqla yaşayır. 2021-ci ilin təxminən fevral ayında onun oğlu Xəyal Yardımlı rayonu Şəfəqli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş və bir-birlərini bəyəndikləri üçün o, həyat yoldaşı Südabə və oğlu Xəyal Yardımlı rayonu Şəfəqli kəndinə Zərərçəkmiş şəxs evinə el adətinə uyğun olaraq elçi getmişlər və oğlu Xəyal ilə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə nişanlanmışlar, daha sonra onlar düşünmüşdülər ki, Zərərçəkmiş şəxs yaşı nigaha düşdükdə oğlu Xəyalla evlənərlər, lakin Zərərçəkmiş şəxs evində problemlər olduğu üçün xx.xx.2021-ci il tarixdə oğlu Xəyal Səbinənin razlığı əsasında sonuncu ilə qoşulub qaçaraq yaşadıqları Şamaxı rayonu Pirbəhli kəndinə onun evinə gəlmişlər, lakin həmin vaxtlarda ölkə ərazilərində COVİD-19 virusu ilə əlaqədar toyların keçrilməsinə icazə verilmədiyi üçün onlar toy edə bilməmişlər. Daha sonra xx.xx.2021-ci il tarixdə o, yaşadıqları Pirbəhli kəndində Xəyal və Səbinə üçün toy etmiş və həmin gündən Xəyal və Səbinə bir yerdə, yəni özlərinə məxsus otaqda qalmağa başlamışlar. Zərərçəkmiş şəxs oğlu Xəyal ilə xx.xx.2021-ci il tarixdə təbii yolla cinsi əlaqədə olması barədə həyat yoldaşı Südabəyə məlumat verdiyi üçün onun da bu barədə məlumatı olmuş, ilk əvvələr Zərərçəkmiş şəxs yaşı az olduğu üçün uşaqları olmasın deyə o və həyat yoldaşı Südabə onlara bildirmişlər, lakin 2021-ci ilin noyabr ayında həyat yoldaşı Südabə gəlinləri Səbinənin hamilə olduğunu ona bildirmiş və o, gəlini Səbinəni yoxlanış üçün Şamaxı rayon Mərkəzi xəstəxanasına aparsa da, gəlini Zərərçəkmiş şəxs yaşının az olmasını səbəb gətirərərk onları qəbul etməmişlər və o, gəlini Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə xəstəxanaya gedərək uzi müayinəsindən keçmişlər və yaşadıqları Şamaxı rayon Pirbəhli kəndinə geri qayıtmışlar. Daha sonra o, və ailə üzvləri doğuş üçün Şamaxı rayonuna müraciət etsələr də, yenə onları qəbul etməmişlər, həmin vaxtı o, həyat yoldaşı Südabə, gəlini Səbinə və oğlu Xəyal Bakı şəhərində Respublika xəstəxanasına getmişlər və orada gəlini Zərərçəkmiş şəxs bir neçə analiz müayinəsindən keçmiş və həkimlər gəlini Zərərçəkmiş şəxs qanının az olmasını səbəb gətirərək sonuncuya təbii doğuşa icazə olmadığını deyərək, elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə qeysəriyyə əməliyyatı ilə gəlini doğuş etmiş və qız uşağı dünyaya gəlmişdir. Onun oğlu Zərərçəkmiş şəxs ilə sonuncunun öz razılığı əsasında cinsi münasibətdə olmuş, gəlini Zərərçəkmiş şəxs xx.xx.2005-ci ildə doğulmuş, oğlu Xəyal isə xx.xx.2022-ci il tarixdə sonuncu ilə ailə həyatı qurmuş, onlar xx.xx.2022-ci il tarixdə təbii yolla yaşadıqları Şamaxı rayonu Pirbəhli kəndində cinsi münasibətdə olmuşlar. Xəyal Zərərçəkmiş şəxs ilə cinsi münasibətdə olan zaman Səbinənin 15 yaşı var olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Atalığın müəyən edilməsi haqqında AZ-1 447777 nömrəli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci ildə Zərərçəkmiş şəxs doğulmuş X1 atası hesab edilmişdir. Doğum haqqında AZ-İV № 834007 saylı şəhadətnamənin surətindən görünür ki, X5 04 iyul 2022-ci il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayon X4 Hüquqi Şəxsin 24 oktyabr 2022-ci il tarixli PHŞ/6-72-2-2022-230 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-sı Ruhi-əsəb və Narkoloji kabinetində qeydiyyatda yoxdur. Şamaxı rayon İHB-nın Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il 319 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Pirbəhli kəndində qeydiyyatdadır. Şamaxı rayon İHB-nın Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 17 noyabr 2022-ci il tarixli 534 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2-3 həftədən çox olmaqla köhnədir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda birlikdə yaşayırlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldiir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1(bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-18/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-18/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver