Məhkəmə qərarları › İş №1(074)-19/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-19/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-19/2021 27.01.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və Şamaxı rayonu Sabir qəsəbəsi Pirsaat yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:33 radələrində Şamaxı rayonu Sabir qəsəbəsində yeni yaşayış massivi ərazisində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı X1 nahiyyəsinə yumruqla üç dəfə zərbə vurmaqla sonuncunun üst və alt dodağın qançırları, üst dodağın selikli qişasının yarası, sağdan 3-cü dişin travmatik qopması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib, 2008-ci ildə “Pirsaat” yaşayış massivində öz şəxsi mülkiyətində olan 45-50 sot torpaq sahəsinin olmasını, xx xxxxxx 2020-ci il tarixdə saat 09:15 radələrində torpaq sahəsində təsərrufat qurmaq məqsədilə təmizlik işləri aparmasını, orada olan su anbarının ətrafında kimə məxsus olduğunu bilmədiyi plasmas boruları avtomobil əzməsin deyə çıxarıb kənara yığmasını, həmin vaxt rayonun Həmyəli kəndində yaşayan Əlsahab Vəliyevin su anbarının yanına yaxınlaşdığını görməsini, sonuncunun ona yaxınlaşaraq “nə iş gorürsüz” deyə soruşmasını, cavabında ona öz ərazisində özünə aid olan dəmir boruları çıxardığını deməsini, Əlsahab Vəliyev isə ona həmin ərazidə nəyisə olmadığını deyib şikayət edəcəyini bildirərək plasmas boruların ona aid olmasını, Əlsahab Vəliyevə qazıntı apardığını və borular sınmasın deyə kənara yığmasını, Əlsahab Vəliyevə plasmas borular ona məxsusdursa aparsın deməsini, bundan sonra Əlsahab Vəliyevin onu təhqir edərək, sinəsinə və üz nahiyəsinə əl atmasını, Əlsahab Vəliyevdən özünü müdafiə etmək məqsədilə üz nahiyəsindən yumruqla 2 dəfə vuraraq hadisə yerindən uzaqlaşmasını, sonradan Əlsahab Vəliyevin onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdiyini göstərdi. Etdiyi əməldən peşimandır. Əlsahab Vəliyevlə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadə verib, yaşadığı rayonun Həmyəli kəndində şəxsi təsərüfatı ilə məşğul olmasını, Şamaxı rayonu “pasyolka” adlanan ərazidə su anbarından Həmyəli kənd sakinlərinin sudan istifadə etmək məqsədi ilə su xətti çəkilib istifadə olunmasını, xx xxxxxx 2020-ci il tarixdə saat 09:15 radələrində Şamaxı şəhərinə gələrkən yolun kənarında su anbarının tanımadığı şəxslər tərəfindən qazıldığını görməsini, bu səbəbdən avtomabildən yerə düşərək su borularının çıxarıldığını görüb nə baş verdiyini öyrənmək üçün su anbarının yanına yaxınlaşmasını, həmin vaxt su anbarının niyə qazıldığını, boruları niyə çıxarırsız deyə soruşmasını, cavabında sonradan tanıdığı Təqsirləndirilən şəxs ona “əcəb edirəm qazıram bura mənim ərazimdi” deməsini, cavabında Təqsirləndirilən şəxs su anbarından Həmyəli kəndinin istifadə etdiyini deyərək qazmamasını boruları çıxarmamasını bildirməsini lakin, Təqsirləndirilən şəxs ona “get işinlə məşğul ol” deməsini, su anbarının qazılmasının qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs sinəsindən itələməsini, bundan sonra Təqsirləndirilən şəxs ona “sən kimsən” deyib üstünə gələrək başının müxtəlif yerlərinə və ağız nahiyyəsinə 3 dəfə yumruq ilə vurduqdan sonra yerdən daş götürərək başına vurmasını, bundan sonra əsəbləşərək Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə zəng edib məlumat verməsini, az sonra polis əməkdaşlarının hadisə yerinə gəlməsini, Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlər barəsində rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etməsini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan MTE-nin xx xxxxxx 2020-ci il tarixli 488 saylı ekspert rəyində X3 məhkəmə tibbi müayinəsi zamanı üst və alt dodağın qançırları, üst dodağın selikli qişasının yarası sağdan 3-cü dişin travatik qopması küt əşya ilə törənməklə qərarda göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkünlüyü, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 49 saylı mənzil kommunal istismar sahəsinin xx xxxxxx 2020-ci il tarixli 465 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 56 saylı evin 66 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 49 saylı mənzil kommunal istismar sahəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 56 saylı evin 66 saylı mənzilində qeydiyyatdadır, həmin ünvanda yaşadığı müddət ərzində qonşuları tərəfindən yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli arayıından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxs X4 ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar