Məhkəmə qərarları › İş №1(074)-19/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-19/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-19/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şamaxı rayonu, Birinci Çaylı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 05 aprel 2022-ci il tarixdən hesablanmaqla, 23 oktyabr 2014-cü il təvəllüdlü X4, 30 iyun 2018-ci il təvəllüdlü X5 və 28 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(001)- 2878/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 3(074)- 149/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək, məsuliyyəti elan olunmaqla, 08 mart 2024-cü il və 29 mart 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 06 dekabr 2022-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 31 iyul 2024-cü il tarixinə kimi, 9001,00 manat məbləğində aliment borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahdan 23 oktyabr 2014-cü il təvəllüdlü X4, 30 iyun 2018-ci il təvəllüdlü X5 və 28 yanvar 2020-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar da, mobil telefon ustası kimi fəaliyyət göstərmişdir. Uzun müddət "xxxx" MMC-də mobil telefon ustası kimi fəaliyyət göstərmiş, 22 may 2022-ci il tarixdən əmək haqqısı azaldığından, işdən ayrılmışdır. İlk əvvəl Aygün ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Aygün himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-cı il tarixli qətnaməsinə əsasən, ondan 05 aprel 2022-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 193,00 manat, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, icra edilməsi üçün əvvəllər yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra işi icraata qəbul edilərək, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Alimenti ödəmədiyindən, 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin dövr üçün yığılmış aliment borcunu məhkəmədə tam ödədiyindən, cinayət işinin icraatına xitam verilmişdir. Bundan sonra, yenidən fasilələrlə ödənişlər aparsa da, işdən ayrıldığı üçün alimenti tam şəkildə ödəmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra etməmişdir. 31 iyul 2024-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənilməmiş aliment borcu 9001,00 manat təşkil etmişdir. Hazırda fərdi qaydada mobil telefon ustası kimi fəaliyyət göstərir. Gündəlik gəliri 40,00-50,00 manat təşkil edir. Təqdimat verilən gündən sonra aliment borcundan ödənişlər etmişdir. Hazırda isə aliment borcunu tam olaraq Zərərçəkmiş şəxs ödəmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X1 bildirdi ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla 2012-ci ildə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 23 oktyabr 2014-cü il təvəllüdlü X4, 30 iyun 2018-ci il təvəllüdlü X5 və 28 yanvar 2020-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Bakı şəhərində müxtəlif ünvalarda kirayə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs mobil telefon ustası kimi fəaliyyət göstərmiş və yetərli qazanc əldə etmişdir. Qızının əri Rasim ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, tez-tez dava-dalaş saldığından, əsassız söz-söhbətlər yaratdığından, uşaqları ilə maraqlanmadığından, onlar ayrılmışlar və övladları Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Aygün övladlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs Şətəfxan oğlundan 05 aprel 2022-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 193,00 manat olmaqla, cəmi 579,00 manat sabit pul məbləğində aliment, həmçinin 28 yanvar 2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək, əlavə hər ay 100,00 manat məbləğində aliment tutularaq, qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Alimenti ödəməkdən qərəzli olaraq yayındığı üçün, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə cinayət işi başlanmış və məhkəməyə göndərilmişdir. 2023-cü ilin avqust ayında məhkəmə baxışı zamanı, aliment borcunu tam ödədikdən sonra, cinayət işinin icraatına xitam verilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yenidən alimenti ödəməmişdir. Şamaxı Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən, Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra, icra məmurları tərəfindən ona yeni müddətlər verilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 31 iyul 2024-cü il tarixə ödənilməmiş aliment borcu 9001,00 manat təşkil etmişdir. Hazırda iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən həmin 9001 manat aliment borcunun tam olaraq ona ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2878/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, hər ay hər uşağa görə 193 manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanədək, hər ay 100 (yüz) manat məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2878/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-149/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2878/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmiş, həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş və müdafiəçisi Müdafiəçi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, aliment borcu tam ödənildiyindən, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə 31 iyul 2024-cü il tarixədək yaranmış aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar