Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-2/2022 12.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Miriyev Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Saqiyan (indiki Günəşli) kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Miriyev Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 dekabr 2018-ci il tarixdən hesablanmaqla 14 iyul 2009-cu il təvəllüdlü Miriyev Elton Təqsirləndirilən şəxs oğlunun və 03 mart 2011-ci il təvəllüdlü Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(046)-383/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 3(074)-365/2019 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 16 mart 2020-ci il, 06 aprel 2020-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 yanvar 2021-ci il tarixinə kimi cəmi 7860,00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Miriyev Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. 2011-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi şəkildə ailə həyatı qurmuş, evliliklərindən 14 iyul 2009-cu il təvəllüdlü Miriyev Elton Təqsirləndirilən şəxs oğlu və 03 mart 2011-ci il təvəllüdlü Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızı adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Sevinc ilə yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(046)-383/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən ondan əvvəli 14 dekabr 2018-ci il tarixdən hesablanmaqla Miriyev Elton Təqsirləndirilən şəxs oğlunun və Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 150,00 manat olmaqla ümumilikdə 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, maddi imkanı kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəməmişdir. Borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəmədiyindən, Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati qaydada həbs edilmiş, yenidən könüllü müddət təyin olunmuşdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, aylıq gəliri 300 manat təşkil edir. Məhkəmə qətnaməsini imkanının kifayət qədər olmadığından icra etməmiş və təqdimat verilən günə, yəni 21 yanvar 2021-ci il tarixə kimi Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(046)- 383/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənilməmiş aliment borcu 7860,00 manat təşkil etmiş, təqdimat verilən gündən sonra aliment borcundan 1650,00 manat ödəniş etmişdir. Əməlindən peşmandır. Hesablanmış aliment borcunu isə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Miriyev Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. 2011-ci ildə Təqsirləndirilən şəxs Miriyevlə rəsmi şəkildə ailə hayatı qurmuşdur. Evləndikdən sonra onlar bir müddət Şamaxı rayonu, Günəşli kəndində, daha sonra Göyçay rayonu, Yalman kəndində valideynləri ilə birlikdə yaşamışlar. Birgə nikahlarından 14 iyul 2009-cu il təvəllüdlü Miriyev Elton Təqsirləndirilən şəxs oğlu və 03 mart 2011-ci il təvəllüdlü Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızı adlı övladları dünyaya gəlmişdir. Əvvələr Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı, tez-tez spirtli içki qəbul etdiyi üçün yola gedə bilmədiklərindən ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(046)-383/2019 saylı, 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən Miriyev Təqsirləndirilən şəxs 14 dekabr 2018-ci il tarixdən hesablanmaqla 14 iyul 2009-cu il təvəllüdlü Miriyev Elton Təqsirləndirilən şəxs oğlunun və 03 mart 2011-ci il təvəllüdlü Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Miriyev Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs Miriyev Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 21 yanvar 2021-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 7860,00 manat aliment borcunu ödəməmiş, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Yetərli qədər qazancının olduğunu və əgər istəsə bu günə qədər hər ay gücü çatan qədər alimenti ödəyə biləcəyini, lakin ödəmədiyini bildirmişdir. Təqdimat verilən gündən sonra 1150,00 manat və məhkəmə iclasında 500 manat pul ödəmişdir. Sonda zərərçəkmiş şəxs aliment borcunun qalan hissəsinin ödənilməsini tələb etdiyini bildirdi və aliment borcunu ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli, 2(046)-383/2019 saylı qətnaməsinin əsasında verilən icra vərəqəsinə əsasən, borclu Miriyev Təqsirləndirilən şəxs 14.12.2018-ci il tarixdən başlayaraq 14.07.2009-cu il tarixdə anadan olmuş Miriyev Elton Təqsirləndirilən şəxs oğlunun və 03.03.2011-ci il tarixdə anadan olmuş Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 30.01.2019-cu il tarixdə, Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Miriyev Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq borclu tələbi icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş tədbirlər qənaətbəxş olmamışdır. Borclu E.Miriyev icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 3(074)-365/2019 saylı, 04.11.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Həbs tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Şamaxı rayon məhkəməsinin 8(074)-27/2020 saylı, 06.05.2020-ci il tarixli qərardadına əsasən borclu Miriyev Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ” müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Miriyev Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixə olan aliment borcu 7860 manat təşkil etmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Miriyev Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclu Miriyev Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin 14.01.2019-cu il tarixli, 2(046)- 383/2019 saylı qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də ona təklif edilmiş faktiki imkanlardan istifadə etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3 və 84.4-cü maddələrini rəhbər tutaraq Miriyev Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması barədə Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmədə şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Göyçay rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(046)-383/2019 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Miriyev Təqsirləndirilən şəxs 14 dekabr 2018-ci il tarixdən başlayaraq 14 iyul 2009-cu il tarixdə anadan olmuş Miriyev Elton Təqsirləndirilən şəxs oğlunun və 03 mart 2011-ci il tarixdə anadan olmuş Miriyeva Mədinə Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 30 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Göyçay rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixdə verilmiş 2(046)-383/2019 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 30 yanvar 2019-cu il tarixli bildirişin surətindən görünür ki, həmin bildiriş borclu Miriyev Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Göyçay rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(046)-383/2019 saylı icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 3(074)-365/2019 saylı qərarının surətindən görünür ki, Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli 8(074)-27/2020 saylı qərardadı ilə borclu xx xxxx 1980-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu, Günəşli kəndində yaşayan Miriyev Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Miriyev Təqsirləndirilən şəxs ağsaqqallar və həmyaşıdları arasında hörmətə malikdir, kəndin ictimai-siyasi işlərində qismən iştirak etmiş, barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Miriyev Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona 15.07.2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Barəsində axtarış elan olunan şəxsin tutulması barədə” 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Miriyev Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə tutularaq Bakı şəhəri, Nərimanov rayon Polis idarəsinin X1 təhvil verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Miriyev Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(074)-96/2021 saylı qərarı ilə Miriyev Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Şamaxı rayon Polis Şöbəsinin 18 noyabr 2021-ci il tarixli 188-17200-1221 saylı məktubundan görünür ki, Miriyev Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon ərazisində tutularaq RPŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 20 noyabr 2021-ci il tarixli 17/40-4749 saylı məktubundan görünür ki, Miriyev Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 19 noyabr 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Miriyev Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Miriyev Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, iki dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs Miriyev Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Miriyev Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Miriyev Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, 14 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Miriyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Miriyev Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 8(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Miriyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablansın. Miriyev Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Miriyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-2/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-2/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver