Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-2/2023 05.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X69 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1989-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 40 B ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, X64 Universitetində tanış olduğu Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək, sonuncunun 2014-cü ildə həmin Universitetə qəbul olunmuş qızı Günay Xalıqovanın imtahan kəsirlərini yazdıracağını yalandan vəd verib aldadaraq, 2016-cı ilin oktyabr ayının ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında ondan 4000 manat pul alıb vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs12 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib X64 Universitetində tanış olduğu cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs12 qudası Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək, sonuncunun həmin Universitetdə təhsil alan gəlini X12 dərslərə getmədən birinci və ikinci kursları bitirərək, qiymətlərini yazdıracağını yalandan vəd verib aldadaraq, 2017-ci ilin yanvar-fevral ayları ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında hissə-hissə olmaqla, ümumilikdə 7500 manat məbləğində pulunu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs13 məxsus 7500 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncunun əvvəllər Dillər Universitetində təhsil almış, lakin imtahan kəsirlərinə görə təhsilini bitirib diplomunu ala bilməyən tanışı Zərərçəkmiş şəxs15 31 ədəd imtahan kəsirlərini özünün təhsil sahəsində olan yüksək vəzifəli tanışları vasitəsi ilə yazdıraraq diplomun alınmasında köməklik edəcəyini yalandan vəd verib aldadaraq, 2017-ci ilin may ayı ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, bir hissəsini ünvan 3 ünvanında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında, bir hissəsini isə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 83 ünvanında yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserinin inzibati binasının qarşısında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs15 məxsus 12000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2011-ci il tarixdən Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edərək, sonuncunun ali məktəbə qəbul olunmayan qızı Lalə Hüseynovanı özünün həmin dövrdə X64 Universitetinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, 2017-ci ilin təxminən ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının daxilində qısa vaxt intervalı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə iki dəfəyə pulunu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs14 məxsus 8000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2017ci il tarixdən Odlar Yurdu Universitetinin Abituriyent hazırlıq fakultəsinin dekanı vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunun qızı Səidə İsgəndərovanın iş yerini Şamaxı rayonu, Qonaqkənd kənd orta məktəbinin biologiya müəllimi vəzifəsindən Bakı şəhəri 193 saylı orta məktəbə dəyişdirəcəyini yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, 9000 manat məbləğində olan hissəsini 2017-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binasının qarşısında, 3300 manat məbləğində hissəsini isə 2018-ci ilin aprel ayının ortalarında ünvan 6 ünvanında yerləşən Kooperasiya Universitetinin inzibati binasının qarşısında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 12300 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, xx.xx.2017-ci il tarixdən Odlar Yurdu Universitetinin Abituriyent hazırlıq fakultəsinin dekanı vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özünü Təhsil Nazirliyi sistemində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, X64 Universitetində tanış olduğu Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək, sonuncunun 2015-ci ildə həmin Universitetə qəbul olunmuş qızı X18 növbəti illər üçün təhsil haqqını 2800 manatdan 1400 manatadək endirəcəyini yalandan vəd verib aldadaraq, 2018-ci ilin yanvar ayının ortalarında Universitetin ünvan 2 ünvanında yerləşən inzibati binasının daxilində ondan 1400 manat pul alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs16 məxsus 1400 manat məbləğində özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək, sonuncunun Ukrayna Respublikasının Avropa Universitetini bitirmiş oğlu Vüsal Paşayevin ali təhsil alması haqqında diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq etdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə, saat 17 radələrində ünvan 7 ünvanında yerləşən «Azəriqaz» İstehsalat Birliyinin inzibati binasının qarşısında ondan 2840 manat pul alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs11 məxsus 2840 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib X64 Universitetində tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun həmin Universitetdə təşkil olunmuş hazırlıq kurslarında təhsil alan qızı Leyli Əhmədalıyevanın ali təhsil müəssisəsinə qəbul olunması üçün qəbul imtahanlarında az topladığı balları keçid balınadək artıraraq, işlədiyi Universitetə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, 5000 manat məbləğində olan hissəsini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının qarşısında 3000 manat məbləğində hissəsini xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Sülh küçəsində yerləşən “Javid” Ticarət mərkəzinin qarşısında, 1100 manat məbləğində hissəsini isə xx.xx.2018-ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvan 10 ünvanında yerəşən inzibati binasının qarşısında ondan alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 9100 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Anar Quliyevin vasitəsi ilə tanış olduğu onun qonşusu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X9 iş yerini Şabran rayonu, Aygünlü kənd tam orta məktəbinin riyaziyyat müəlliməsi vəzifəsindən Bakı şəhəri 81 saylı orta məktəbə dəyişdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə ünvan 11 ünvanında yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasının qarşısında ondan 7000 manat pul alıb Anar Quliyevlə aralarında bölərək, şəxsi ehtiyacları üçün istifadə edib vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs10 məxsus 7000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı X29 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Anar Quliyevin vasitəsi ilə tanış olduğu onun qonşusu Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X2 Bakı şəhəri 81 saylı orta məktəbə ibtidai sinif müəllimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2018-ci il tarixdə ünvan 13 ünvanında yerləşən 11 saylı Şəhər Poliklinikasının qarşısında ondan 13000 manat pul alıb Anar Quliyevlə aralarında bölərək, şəxsi ehtiyacları üçün istifadə edib vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs9 məxsus 13000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanış olduğu Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edərək, sonuncunun oğlu İlham Nəbiyevin təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində imtahan kəsirlərini həll edəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 2000 manat məbləğində hissəsini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən X23rşısında Zərərçəkmiş şəxs19 10000 manat məbləğində hissəsini isə xx.xx.2019-cu tarixdə, sonuncunun qohumu, cinayətdən xəbərsiz Şahid8 vasitəsi ilə, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığında alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs19 məxsus 12000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edərək, sonuncunun tibbi təhsil almaq istəyən arvadı Şahid7 Malikǝjdər qızını 2 saylı Tibb Kollecinə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 4000 manat hissəsini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən «Emiland» dükanın qarşısında, Zərərçəkmiş şəxs17 iş yerinin yaxınlığında, 1000 manat hissəsini xx.xx.2019-cu il tarixdə, eyni ünvanda, 300 manat hissəsini xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs17 yaşadığı ünvan 14 ünvanının qarşısında, 200 manat hissəsini isə xx.xx.2019-cu il tarixdə eyni ünvanda alıb vədinə əməl etməyərək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs17 məxsus 5500 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü məhkəmə, polis və bank strukturlarında geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz Şahid11 anası Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edərək, sonuncunun əldən kreditlə, ilkin ödəniş kimi 10000 manat nağd pul verməklə, üç il müddətinə, aylıq 300 ABŞ dolları məbləğində ödəniş etmək şərti ilə, aldığı «Hyundai İX- 35» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilinin üzərində olan cərimələri, ödənilməmiş kredit faizlərini, məhkəmə tərəfindən qoyulmuş həbs qərarını guya öz əlaqələri vasitəsi ilə sildirəcəyini və avtomobili mülkü yüklülükdən azad edəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən “Elmlər Akademiyası” metrostansiyasının çıxışının qarşısında ondan 10000 manat pul alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs18 məxsus 10000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Qulizadə Kevin-Kamran Mənsur oğlunu Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 12000 manat hissəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 3000 manat hissəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs20 məxsus 15000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışları Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, həmin şəxslərin qızı X48 Yurdu Universitetinə müəllim kimi düzəldəcəyini və oğlu Zəfər Əkbərovu hər hansı bir dövlət işinə düzəldəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 10000 manat hissəsini xx.xx.2020ci il tarixdə aralarındakı inam yaranması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ASAN Xidmət Mərkəzindəki notariat kontorunda notarius vasitəsi ilə borc müqaviləsi bağlamaqla, 6000 manat hissəsini 2021-ci ilin mart ayında ünvan 16 ünvanında yerləşən evində alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus 16000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz X24 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs21 etibarından suiistifadə edərək, sonuncunun Azərbaycan Respublikası X8 təhsil almış oğlu Allahverdi Şirinovun diplomunu alması üçün qalmış imtahan kəsrlərini həll edəcəyini vəd verib aldadaraq, 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Koala Park”ın yanında, cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə 4000 manat pulu alıb vədinə əməl etməyək, Zərərçəkmiş şəxs21 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib tanışı, cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək, sonuncunun arvadını Bakı şəhərində 181 saylı orta məktəbə müəllim kimi işə düzəldəcəyini vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ərazisində Şahid3 vasitəsi ilə 3706 manat dəyərində 2180 ABŞ dolları və 1300 manat pulu alıb vədinə əməl etməyək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 5006 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Şahid13 Bakı şəhərində Kooperasiya Texnikumuna tələbə kimi qəbul olunmasını təmin edəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 2021-ci ilin sentyabr ayının əvvəllərində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Eldorado” mağazasında “Milliön” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 1200 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edərək, daha sonra 1800 manat hissəsini isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Bakıxanov prospekti ərazisində alıb vədinə əməl etməyək, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 3000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə, geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu, cinayətdən xəbərsiz Şahid5 tanışı Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edərək, sonuncunun arvadı X19 Qəbələ şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə xx.xx.2021-ci il tarixdə Şahid5 tərəfindən Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Milliön” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 4000 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla əldə edərək, daha sonra xx.xx.2021ci il tarixdə Şahid5 tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsində yerləşən “eManat” ödəmə terminalından istifadə edilməklə, istifadəsində olan hesab kartına mədaxil etdiyi 1000 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə bankomatdan çıxarmaqla, əldə edib vədinə əməl etməyək, ümumilikdə Zərərçəkmiş şəxs22 məxsus 5000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü Təhsil Nazirliyi sistemində işləməklə, geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən “Star Otel”də istirahət məqsədilə gəldiyi vaxt, orada tanış olduğu Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Şahid4 Bakı şəhərində Kooperasiya Texnikumuna tələbə kimi qəbul olunmasını təmin edəcəyini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, ayrı-ayrı vaxtlarda, hissə-hissə, əvvəlcə 3700 manat hissəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət aralığında, Bakı şəhəri Yasamal rayonu ərazisində, “20 yanvar” metrostansiyasının yaxınlığında 300 manat hissəsini isə 2021-ci ilin sentyabr ayının sonlarında Şamaxı şəhəri, X56 küçəsində yerləşən mərkəzi rayon bazarının yaxınlığında alıb vədinə əməl etməyərək, ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 4000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şamaxı rayon sakinləri Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7 və Şahid5 tanıyır. Onlarla 2021-ci ilin yay aylarında tanış olmuşdur. Həmin şəxslərlə Şamaxı rayonu Çuxuryurd kəndində tanış olmuşdur. Onlara özünü əvvəllər təhsil sahəsində işləyən bir şəxs kimi təqdim etmiş və təhsil sahəsində hər hansı bir işin görülməsini təşkil edə biləcəyini demişdir. Belə ki, Sübhan ona oğlunun Kooperasiya Texnikumuna tələbə kimi düzəldilməsini, Samir bir tanışının arvadının Qəbələ rayonunda kənddə məktəbdə müəllim işlədiyini bildirib, həmin şəxsin Qəbələ şəhərinin özündə bir məktəbə müəllim kimi düzəldilməsinin təşkil edilməsini, Əvəz də oğlunun Kooperasiya Texnikumuna tələbə kimi düzəldilməsini ona ayrı-ayrı vaxtlarda və ayrı-ayrı yerlərdə bildirmişlər. O, da onlara bu işləri düzəltmək üçün vəd vermişdir. Sübhanın oğlunun Kooperasiya Texnikumuna tələbə kimi düzəldilməsi üçün Sübhandan 3000 manat, Samirin bir tanışının arvadının Qəbələ rayonunda kənddə məktəbdən Qəbələ şəhərinin özündə bir məktəbə müəllim kimi düzəldilməsinin təşkil edilməsi üçün Samirdən 4000 manat, Əvəzin də oğlunun Kooperasiya Texnikumuna tələbə kimi düzəldilməsi üçün isə Əvəzdən 4000 manat pul istəmişdir. O, həmin şəxslərin qeyd edəcəyi işə və tələbə kimi düzəldilməsini özü edəcəyini bildirmişdir. Lakin, onun X34 və Təhsil Nazirliyində hər hansı bir tanışı olmamış və o, fikirləşmişdir ki, özü sənədləşmə edib həmin işləri görər. Alacağı pulları isə özünə götürməli idi, kiməsə pul vermək məqsədi olmamışdır. 2011-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayınadək Odlar Yurdu Universitetində müxtəlif vəzifələrdə işləmiş, son bir ildə isə dekan vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs12 qızı Günayı əvvəllər X64 Universitetinə yaranmış imtahan kəsirlərini yazdırmaq adı ilə Zərərçəkmiş şəxs12 2016-cı ilin oktyabr ayının ortalarında Universitetin binasının qarşısında 4000 manat məbləğində, X13 əvvəllər X64 Universitetinə yaranmış imtahan kəsirlərini yazdırmaq adı ilə Zərərçəkmiş şəxs13 2017-ci ilin yanvar-fevral ayları ərzində ayrı-ayrı vaxtlarda, hissəhissə olmaqla Universitetin binasının qarşısında 7500 manat məbləğində pul almışdır. Həmin məbləğləri həmin ərəfədə Universitetdə prorektor işləyən Ceyhun Osmanlı adlı şəxsə vermiş, lakin sonradan Ceyhun Osmanlı ona vəd verdiyi işləri həll etməmiş, ona görə də o, Zərərçəkmiş şəxs12 qarşısında yalançı çıxmışdır. İstintaq müddətində Zərərçəkmiş şəxs12 və qudası Zərərçəkmiş şəxs13 pulunu ödəmişdir. Zərərçəkmiş şəxs3 adlı şəxsdən ümumilikdə cəmi 8500 manat məbləğində pul almış, lakin həmin pulu hansısa işi görmək üçün deyil, borc kimi almışdır. Sonradan isə o, Elbarizdən əlavə də pul alaraq, ümumilikdə 16000 manat borc almış və bununla bağlı Zərərçəkmiş şəxs3lə aralarında notariusda borc müqaviləsi bağlamışlar. Həmin puldan da hələ ondan şikayət etməsindən əvvəl Elbarizə hissə-hissə əvvəlcə 4500 manat, əlavə olaraq həmin vaxt vəkilinin vasitəsi ilə 13000 manat məbləğində pul vermişdir. Ona görə artıq 1500 manat pul vermişdir ki, gecikdirdiyinə görə Elbariz ondan artıq pul almışdır. Lakin, Arif Nəbiyev, Qalib Talıbov və Zərərçəkmiş şəxs15 adlı şəxsləri o, tanımır və onlarla heç bir əlaqəsi olmamışdır. Elbariz ona olan borcunu qaytara bilmədiyinə görə həmin şəxslərin universitet işləri ilə bağlı onun həll etməli olduğu barədə yalan məlumat verib, ondan pulunu geri lamaq üçün belə bir məzmunda şikayət etmişdir. Zərərçəkmiş şəxs14 adlı şəxsdən həqiqətən də, qızı Laləni Universitetlərinə qəbul etdirmək adı ilə 2017-ci ilin təxminən ortalarında Universitetin inzibati binasının yaxınlığında, hissə-hissə olmaqla, ümumilikdə 8000 manat məbləğində pul almış, həmin pulu da həmin ərəfədə Universitetdə prorektor işləyən Ceyhun Osmanlı adlı şəxsə vermişdir. Lakin, sonradan Ceyhun Osmanlı ona vəd verdiyi işləri həll etməmiş, ona görə də o, Zərərçəkmiş şəxs14 qarşısında yalançı çıxmışdır. Həmçinin, ibtidai istintaq müddətində Mahirin pulu qaytarılmışdır. Zərərçəkmiş şəxs2 adlı şəxsin qızı Səidə İsgəndərovanın iş yerini Şamaxı rayonu Qonaqkənd kənd orta məktəbinin biologiya müəllimi vəzifəsindən Bakı şəhəri 193 saylı orta məktəbə dəyişdirəcəyini vəd verərək, hissə-hissə olmaqla, 9000 manat pulu 2017-ci ilin noyabr ayında Təhsil Nazirliyinin binasının qarşısında, 3300 manat pulu isə 2018-ci ilin aprel ayının ortalarında Kooperasiya Universitetinin binasının qarşısında almaqla, ümumilikdə 12300 manat məbləğində pul almışdır. Həmin şəxsdən aldığı pulu tam şəkildə sonradan ödəmişdir. Zərərçəkmiş şəxs16 adlı şəxsdən işlədiyi Universitetdə təhsil alan qızının təhsil haqqı borclarını sildirmək, növbəti illər üçün təhsil haqqını 2800 manatdan 1400 manatadək endirmək üçün həmin şəxsdən 2018-ci ilin yanvar ayında Universitetin binasının qarşısında 1400 manat pul almışdır. Zərərçəkmiş şəxs16 pulunu da istintaq müddətində tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs11 adlı şəxsdən onun Ukraynanın «Avropa» Universitetini bitirmiş oğlu Vüsal Paşayevin ali təhsil alması haqqında diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq etdirəcəyi adı ilə «Azəriqaz» İB-nin binasının qarşısında Zərərçəkmiş şəxs11 2840 manat pul almışdır. Zərərçəkmiş şəxs11 pulunu sonradan tam şəkildə ödəmişdir. X64 Universitetində təşkil olunmuş hazırlıq kurslarında təhsil alan Zərərçəkmiş şəxs1 qızı Leyli Əhmədalıyevanın ali təhsil müəssisəsinə qəbul olunması üçün qəbul imtahanlarında az topladığı balları keçid balınadək artıraraq, işlədiyi Universitetə qəbul etdirmək adı ilə, ondan hissə-hissə olmaqla 5000 manat pulu 2018-ci ilin avqust ayında Nərimanov Rayon Polis İdarəsinin binasının qarşısında, 3000 manat pulu isə Sumqayıt şəhərində yerləşən “Cavid” Ticarət Mərkəzinin qarşısında, 1100 manat pulu isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binasının qarşısında almaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 9100 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs1 pulunu da istintaq mərhələsində tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 adlı şəxsləri özü tanımır, həmin şəxslərə onun adını X29 adlı şəxs veribdir. Anarı sürücü kimi tanımışdır. Anar ona yalnız məsləhət üçün müraciət etmişdir. Belə ki, Anar bacısının Bakı şəhəri ərazisindəki orta məktəblərdən birinə işə düzəltmək istəyirdi, bununla bağlı hətta ona bir nəfər qadının bir neçə sənədinin surətlərini də təqdim etmişdir. Sonradan müəyyən olunmuşdur ki, Anarın xahiş etdiyi qadının göstəriciləri uyğun gəlmir, ona görə də, Anara rədd cavabı vermişdir. Güman edir ki, Anar Quliyev həmin şəxslərdən onun adından yalandan istifadə edərək pul alıb, hazırda da həmin şəxslərin pullarını qaytarmamaq üçün yalandan onu şərləyir. O, Anardan Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 ilə bağlı heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs19 adlı şəxslə münasibətləri yaxşı olmuşdur. O, Famildən heç bir məqsədlə pul almamışdır. Sadəcə, Famil ilə aralarında bir müddət narazılıq olduğuna görə, onun barəsində cinayət işi olmasını bilib, ondan şikayət etmişdir ki, guya oğlu İlhamın imtahan kəsirlərinin həll edilməsi ilə bağlı, 12000 manat pul almışdır. Əslində isə bu yalan məlumatlardır. O, Famildən heç vaxt pul almamışdır. Zərərçəkmiş şəxs20 adlı şəxslə bir müddət sevgili kimi münasibəti olmuşdur. Həmin müddət ərzində Səbinədən heç bir məbləğdə pul almamış. Səbinə isə onun barəsində yalan məlumat verərək bildirmişdir ki, guya oğlunu Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi düzəltmək adı ilə 15000 manat pul almışdır. Əslində isə bu tamamilə yalandır. Belə ki, onun Zərərçəkmiş şəxs20 ilə münasibəti olduğu müddətdə, sonuncuya müxtəlif hədiyyələr almış, həmçinin gündəlik tələbatlarını ödəmişdir. Sonradan Zərərçəkmiş şəxs20 ilə ayrıldığı üçün, onun barəsində şər və böhtan xarakterli şikayətlər etmişdir. Lakin, onun Səbinə ilə qeyd edilən məzmunda söhbətləri olmamışdır. Zərərçəkmiş şəxs18 və onun qızı Şahid11 adlı şəxsləri tanıyır. Belə ki, təxminən 2019-cu ilin may ayında o, tanışı Tofiq adlı şəxsin vasitəsi ilə Şahid11 ilə tanış olmuş və onların şəxsi münasibətləri yaranmışdır. Aytənə dəfələrlə müxtəlif növ qızıl-zinət əşyaları alıb hədiyyə etmiş, həmçinin yaşadığı evə mebel dəsti alıb vermişdir. Aytənin Müşfiq qəsəbəsində yerləşən kreditlə aldığı evinin kreditinin bir neçə ayını o, öz pulu ilə ödəmişdir. Aytənin idarə etdiyi avtomaşının cəriməsini dəfələrlə o, ödəyib, avtomaşını cərimə meydançasından çıxartmışdır. O, həmişə Aytənə maddi cəhətdən köməklik etmişdir. 2019-cu ilin sentyabr ayında barəsində Nərimanov Rayon Polis İdarəsində olan cinayət işi üzrə həbs olunmuşdur. Həbs olunanadək, Aytən və onun anası Məhəbbətlə münasibətləri yaxşı olmuşdur. Aytən onun həbs olunmağını eşitdikdən sonra, barəsində qərəzli olaraq şikayət ərizələri verməyə başlamışdır. Aytənin məqsədi onun həbsdə olmağından istifadə edib, ondan əlavə pul almaq olmuşdur. O, Aytənin anası Zərərçəkmiş şəxs18 10000 manat pul, eləcə də Aytənə məxsus sürücülük və şəxsiyyət vəsiqəsini almamamışdır. Həmçinin dənizkənarı parkda Aytənin mobil telefonunu və qızıl-zinət əşyalarını zorla əlindən almamışdır. Ümumiyyətlə belə bir hadisə baş verməmişdir. Bundan başqa, o, tanışı vasitəsilə Zərərçəkmiş şəxs17 tanımışdır. Feyruzun arvadı Şahid7 xəstəxanada tibb işçisi işləyirdi və o, ikinci ali təhsil kimi Kollecə qəbul olunmaq istəyirdi. Lakin imtahandan keçə bilməmişdir. O, bu barədə Elvira və onun əri Feyruzla görüşmüşdür. O, 2019-cu ilin təxminən iyul ayında Feyruzdan Şahid7 məxsus orta ixtisas təhsili haqqında diplomu və 4000 manat pul almışdır. Kolleclərə qəbul avqust-sentyabr aylarında olduğu üçün, o, həmin aylarda daxili imtahanla Elviranı Tibb kolleclərindən birinə, ödənişli təhsilə qəbul etdirməyə çalışmışdır. Lakin, 2019-cu ilin sentyabr ayında Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs olunduğu üçün, o, verdiyi vədə əməl edə bilməmiş, diplom və pul evdə qalmışdır. Sonra o, bu barədə atasına demiş və həbsdə olan vaxt, atası 4000 manat pulu və Şahid7 məxsus diplomu Zərərçəkmiş şəxs17 qaytarmışdır. O, Zərərçəkmiş şəxs17 5500 manat deyil, cəmi 4000 manat pul almışdır. Zərərçəkmiş şəxs5 və onun əri Zərərçəkmiş şəxs6 təxminən 2007-ci ildən tanıyırdır. Belə ki, həmin ildə o, Odlar Yurdu Universitetinə daxil olandan sonra, orada tələbə yoldaşı olan Sevinc Əkbərova ilə tanış olmuşdur. Sevinc həmin Elxan və Esmiranın qızıdır. Sevincin ailəsi ilə onun ailəsi arasında ailəvi münasibətlər olmuş, ailəvi gəliş-gedişləri olmuşdur. Onların ailəsi ilə daha da yaxınlaşdıqdan sonra, o, Elxan və Esmiranın digər qızı olan Gülnarla daha da yaxından tanış olub, bir-birilərini istəmişlər. Hətta Gülnarla ailə qurmaq üçün nişanla bağlı ailələri arasında söhbətlər olmuşdur. Bu müddətdə onun şəxsi ehtiyacına görə 2020-ci ilin dekabr ayında 10000 manat pul lazım olduğu üçün, Gülnarın anası Esmira ilə əlaqə saxlamış və pul lazım olduğunu bildirmişdir. Esmira da ona demişdir ki, özündə o qədər pul yoxdur, bir tanışından alıb ona verə bilər, bunu da ancaq həmin puldan əlavə faiz olaraq 1000 manat qaytarmaqla, qeyd edilən pulu verən şəxsi razı sala bilər, buna görə də, ona həmin pulu alıb vermək üçün o, Esmira ilə həmin məbləğdə borc müqaviləsi bağlamalı idi. Ona təcili pul lazım olduğuna görə, razılaşmış və həmin vaxt Esmira ilə borc müqaviləsi bağlamış, aldığı 10000 manatı bir ay müddətində əlavə 1000 manat faizi ilə birlikdə qaytarmalı idi. Lakin, pulu vaxtında qaytara bilməyəcəyi halda, vaxtı uzatmamaq üçün borc müqaviləsini 6 aylıq müddətə bağlamışdır. 2021-ci ilin fevral ayında o, həmin puldan 6500 manat hissəsini Elxangilin evində Esmiraya ödəmişdir. Gülnarla nişanlarına az bir müddət qalmış, Elxan insult keçirmişdir. Gülnar da bu barədə ona məlumat verən kimi, o, dərhal Elxanın müalicəsi ilə yaxından maraqlanıb, demək olar ki, müalicə ilə bağlı tədbirlərin görülməsi ilə mütəmadi olaraq yaxından maraqlanmış, daha sonra Elxanı Bakı şəhərindəki evlərinə aparmışlar, o, da tez-tez onun müalicəsi üçün mütəmadi olaraq yaxından maraqlanmışdır. Həmin müddətdə Elxanın müalicəsinə görə pul lazım olduğu üçün, Esmira ondan qalan pulları da qaytarmağını bildirmişdir. Həmin vaxt o, bir dəfə 2000 və bir dəfə 2500 manat olmaqla, qalan 4500 manat pulu Esmiraya vermişdir. Həmin vaxt ailələri razılaşmışdır ki, Elxan nisbətən yaxşılaşandan sonra, nişan mərasimini təşkil edərlər. Belə ki, həmin müddətdə Gülnarla onun arasındakı münasibətdə nisbətən soyuqlaşma olmuş, yəni xırda mübahisələri başlamışdır. Gülnar onunla hər bir xırda söz-söhbətə görə mübahisə yaratmış, buna görə də, aralarında münasibət pozulmuşdur. Bundan sonra, Gülnarla münasibətləri kəsilmişdir. Bundan sonra, o, Şamaxı Rayon Polis Şöbəsindəki cinayət işinə görə tutulandan sonra, Elxan və Esmira bundan istifadə edib, onun barəsində yalan məlumat verərək, şikayət etmişlər. Lakin, araşdırma aparılmış və 10000 manat borc pula görə cinayət tərkibi olmadığından, həmin müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, Elxan və Esmira özlərinə vəkil tutub, guya onun onların qızı Gülnarı işə düzəldəcəyi və oğlunu universitetə tələbə kimi düzəldəcəyi barədə vəd verib onlardan 16000 manat pul aldığı barədə Şamaxı Rayon Polis Şöbəsinə yalan məlumat vermişlər. Əslində isə, o, onlardan 10000 manat pulu üstündə də əlavə 1000 manat qaytarmaq şərti ilə, borca almış və həmin pulu tam olaraq onlara qaytarmışdır. Həmçinin, Şahid6 tanımır, həmin şəxslə görüşməmiş və ondan pul almamışdır. Eləcə də Zərərçəkmiş şəxs21 ilə də görüşməmiş, bir neçə dəfə telefon əlaqələri olmuşdur. Belə ki, bir neçə il olar ki, İlqar adlı şəxs ilə dostluq edir. Onların ümumi dostları var. Həmin dostlar vasitəsilə bir-birini tanımışlar. İlqar Rusiya Federasiyasında yaşasa da, ildə bir neçə dəfə Bakı şəhərinə gəlib-gedir. 2021-ci ilin aprel-may aylarında İlqar ona bildirmişdir ki, Vüqar adında bir dostu var, Vüqarın oğlu Bədən Tərbiyəsi Universitetində 4-cü kurs tələbəsidir. İlqar ona bildirmişdir ki, Vüqarın oğlunun limitdən artıq qayıbları var və onun universiteti bitirib bir illik müddətli həqiqi hərbi xidmətə getməsi üçün ona köməklik etmək lazımdır. O, da İlqara bildirmişdir ki, bu barədə maraqlanıb ona məlumat verəcəkdir. O, bu barədə maraqlanmış və müəyyən etmişdir ki, Vüqarın oğlu dərslərdə iştirak etmədiyi üçün, qayıbları limiti ötmüş və İlqara bildirmişdir ki, bunun üçün 25% pul, yəni qayıb limitini ötdüyü fənnin kredit dəyərini universitetin kassa hesabına ödədikdən sonra, özündən bir kurs aşağı tələbələrlə dərslərdə oturmalıdır. Yalnız bundan sonra köməklik oluna bilər. O, nə İlqardan, nə də ki Vüqardan, nə də ki digər vasitəçilərdən Vüqarin oğlunun universitetdə yaranmış probleminin həlli üçün heç bir məbləğdə pul almamış və ümumiyyətlə Vüqarı görməmişdir. Zərərçəkmiş şəxs4 şikayəti ilə bağlı bildirir ki, 2021-ci ilin yay aylarında tanışı Şahid3 ilə biryerdə olduğu zaman söhbət əsnasında, Fərid ondan qohumunun təhsildə olan məsələsini həll etməyi xahiş etmişdir. Həmin məsələ ilə əlaqədar o, Fərid və Qoşqar Mərdəkan qəsəbəsində yerləşən restoranların birində görüşmüşdürlər. Onlar Qoşqarla söhbət etdikdə, sonuncu problemlərindən danışmışdır. Qoşqar həyat yoldaşının pedaqoq ixtisasının olduğunu və müəllim kimi fəaliyyətə başlamaq üçün imtahan verdiyini bildirmiş və ondan həyat yoldaşını müəllim kimi işə düzəltməyini xahiş etmişdir. O, həmin məsələnin mümkün olduğunu və kömək edəcəyini bildirmişdir. O, Fəridə bu işi 8000 manata görəcəyini bildirdikdə, Fərid ona 10000 Qoşqardan aldıqdan sonra pulu verəcəyini bildirdiyi üçün, onunla razılaşmışdır. Bundan sonra o, Fəridlə görüşərək, Qoşqarın göndərdiyi 2180 ABŞ dolları və 1300 manat pul vəsaitini ondan götürmüşdür. Bundan sonra o, həmin pulu heç kimə verməmiş, heç bir iş görməmiş və həmin pulu öz ehtiyyaclarına xərcləmişdir. İlqar Qarayev ona bildirmişdir ki, onun dostu Vüqarin oğlu Bədən Tərbiyəsi Universitetində 4-cü kurs olmaqla ali təhsil alır. Vüqarın oğlunun diplom alması ilə bağlı deyil, yalnız limitdən artıq qayıbları olduğunu və onun universiteti bitirib, bir illik müddətli həqiqi hərbi xidmətə getməsi üçün ona köməklik etmək lazım olduğunu bildirmişdir. O, də İlqara bildirmişdir ki, maraqlanıb ona məlumat verəcəkdir. O, bu barədə maraqlanmış və müəyyən etmişdir ki, Vüqarın oğlu dərslərdə iştirak etmədiyi üçün, qayıbların limiti ötmüş və İlqara bildirmişdir ki, bunun üçün 25% pul, yəni qayıb limitini ötdüyü fənnin kredit dəyərini universitetin kassa hesabına ödədikdən sonra, özündən bir kurs aşağı tələbələrlə dərslərdə oturmalıdır. Yalnız bundan sonra qanuni şəkildə universiteti bitirib, hərbi xidmətə bir illik müddətdə gedə bilər. Onun qayıb limitini ötdüyü fənnin kredit dəyəri təxminən 4000 manata yaxın olmuşdur. Lakin o, nə Vüqara, nə də ki İlqara 4000 manat pulu Təhsil Nazirliyində hər hansısa vəzifəli şəxsə vermək adı ilə tələb etməmiş, heç bir pul qəbul etməmişdir. Bildirmişdir ki, o, Şahid6 adlı şəxsi tanımamış, onunla heç bir zaman görüşməmiş, 4000 manat pulu ondan almamışdır. Ümumiyyətlə bu barədə özü üçün pul istəməmişdir. Kəsr imtahanlarının qanuni qaydasını deyib, universitetin kassasına rəsmi şəkildə 4000 manat pulun ödənilməsini bildirmişdir. Vüqar və digər pulunu almadığını bildirdiyi şəxslər onun barəsində cinayət işi olmasını bilib, qərəzli olaraq ondan şikayət etmişdirlər. Hal-hazıradək iş üzrə zərərçəkmiş şəxslərin bir qismi ilə razılaşdığını, həmin şəxslərə dəymiş ziyanı ödədiyini və törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə göstərmişdir ki, 2017-ci ilin mart ayında tanışı Şaiq Abbasovun vasitəsi ilə həmin dövrdə Odlar Yurdu Universitetində hazırlıq fakültəsinin dekanı vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Təhsil Nazirinin müavinin köməkçisi Vüqar adlı şəxs onun yaxın dostudur, həmin dostunun vasitəsi ilə təhsil sistemində istənilən problemi həll edir. Bundan sonra, Xırdalan şəhərində qonşuluqda yaşayan Mahir adlı şəxslə söhbət zamanı ona məlum olmuşdur ki, Mahirin bir nəfər Zərərçəkmiş şəxs15 adlı bacısı oğlu var, Dillər Universitetində tələbə olub, lakin təhsil aldığı müddətdə 31 imtahan kəsirləri yığıldığından, diplomunu ala bilməmişdir. Həmin vaxt o, Mahirin yanında Elçinin mobil telefonuna zəng vurub tanışlıq vermiş və Mahirin bacısı oğlunun problemi barədə ona danışmışdır. Elçin ona heç bir problem olmamasını bildirib, Mahirin bacısı oğlunun problemini asanlıqla həll edəcək, əvəzində bu iş üçün ondan 12000 manat məbləğində pul istəmişdir. O, məsləhət edib, bir cavab verəcəyini bildirmişdir. Həmin gün Mahir bacısıgili və onu öz evinə dəvət etmiş, oturub birlikdə söhbət etmişlər. Mahirin bacısı və yeznəsi razılıq versələr də, pulun bütün məbləğini birdəfəyə verə bilməyəcəklərini, ilk olaraq 5000 manatını, bir müddət sonra isə qalan hissəsini verəcəklərini bildirmişlər. O, yenidən Elçinə zəng vurub bu barədə bildirmişdir. Elçin pulun hissə-hissə verilməsinə razılaşmışdır. Bu söhbətdən bir neçə gün sonra, Mahir məhəllədə ona 5000 manat pul vermiş, o da, səhərisi gün həmin pulu və imtahan kəsirləri olan Zərərçəkmiş şəxs15 adı, təhsil aldığı 2011-2015-ci təhsil illəri və “Regionşünaslıq və Beynəlxalq Münasibətlər» fakültəsi qeyd olunan kağız parçasını Elçinin telefonda ona görüş təyin etdiyi yerə “Gənclik” metrostansiyasının çıxışının yaxınlığında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında, yolun kənarında Elçinə məxsus avtomobildə sonuncuya vermişdir. Elçin həmin pulu və qeydləri ondan təhvil alıb xahiş etmişdir ki, pulun qalan hissəsini də qısa müddətə alıb ona gətirsin. Bundan təxminən iki-üç gün sonra, əvvəllər Təhsil Nazirliyində işləmiş qohumu Arif Nəbiyev onlarda qonaq olarkən, təsadüfi söhbət zamanı Arifdən Təhsil Nazirinin müavinin Vüqar adlı köməkçisinin olub-olmadığını, onun tanıyıb-tanımadığını soruşmuşdur. Arif belə bir şəxsi tanımadığını bildirsə də, ola bilsin ki, o, işdən çıxdıqdan sonra, Nazirliyə yeni gəlmiş şəxs olmasını güman etmişdir. O, Arifə Elçin ilə aralarında baş verən söhbəti danışmışdır. Bu söhbəti bilən Arif təxminən bir gün sonra ona zəng vurub bildirmişdir ki, bir nəfər dostunun oğlu var, İqtisadiyyat Universitetinin tələbəsi olub, onun da 12 imtahan kəsiri var və xahiş etmişdir ki, tanışı Elçin vasitəsi ilə həmin dostunun oğlunun da məsələsini həll etsin. O da, bu barədə zəng vurub Elçinlə danışmışdır. Elçin həmin problemi də, asanlıqla həll edə biləcəyini bildirmiş və əvəzində əvvəl 18000 manat pul istəmişdir. O, bu barədə Arifə dedikdə, Arif məbləğin çox olduğunu bildirərək razılaşmamışdır. O da, bu barədə Elçinə bildirmişdir. Bir neçə saatdan sonra Elçin özü ona zəng vuraraq tapşırmışdır ki, Arifin adamından soruşsun ki, nəyə imkanı çatır. O, yenidən Ariflə danışdıqda, Arif bildirmişdir ki, cəmi 10.000 manat pula imkanları çatır. O, bu barədə Elçinə bildirdikdə Elçin demişdir ki, pulu alıb gətirsin. Səhərisi gün o, Ariflə metronun “20 Yanvar” stansiyasının çıxışının qarşısında görüşüb, ondan 6000 manat pulu və imtahan kəsirləri olan X25 adı, Maliyyə Kredit fakültəsi qeyd olunan kağız parçasını Elçinin telefonda ona görüş təyin etdiyi “Gənclik” metrostansiyasının çıxışının yaxınlığında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında, yolun kənarında Elçinə məxsus avtomobildə Elçinə vermişdir. Elçin həmin pulu və qeydləri ondan təhvil alıb xahiş etmişdir ki, pulun qalan hissəsini də qısa müddətə alıb ona gətirsin. Bundan təxminən 15 gün sonra Mahir öz bacısı oğlunun işinə görə ona əlavə 4000 manat pul gətirib məhəllələrində vermiş, o da, həmin pulu səhərisi gün Elçinin telefonda ona görüş təyin etdiyi “Təzə Bazar”ın yaxınlığında yerləşən Dəri-Zöhrəvi Dispanserin qarşısında Elçinə məxsus avtomobildə Elçinə vermişdir. Elçinin vəd verdiyi müddət tamam olduqda bildirmişdir ki, guya Təhsil Nazirliyində və Dillər Universitetində baş vermiş hansısa struktur dəyişikləri ilə əlaqədar məsələlərin həlli sentyabr-oktyabr aylarınadək uzanır, lakin buna baxmayaraq, pulların qalan hissələrini o vaxtadək verməlidir ki, vaxt tamam olduqda, artıq başqa problemlər ortaya çıxmasın. O yenə də, Elçinə inanaraq, gözləməyə başlamışdır. Sonradan Elçin zəng vurub bildirmişdir ki, Mahirin bacısı oğlunun işinin həlli üçün əlavə 1000 manat məbləğində də pul lazımdır. O, bu barədə Mahirə dedikdə, sonuncu bildirmişdir ki, iş tam həll olunmamış bacısıgilən yenidən pul istəyə bilməz, onlar artıq bu işin həll olunacağına inanmırlar, ona görə də, əlavə pul verməzlər, hələ verdikləri pulu geri tələb edirlər. Ona görə də o, Mahirlə məsləhətləşərək, Elçinin əlavə tələb etdiyi 1000 manat pulu o, özündən versin, iş müsbət həll olunduqdan sonra, Mahir bacısıgildən həmin pulu alıb ona verər. Bu müddət ərzində o, Mahir və Arifdən pullarının qalıq hissələrini də, alıb ümumilikdə 7.000 manat məbləğində pulu hazırlayıb, 2017-ci ilin avqust ayının əvvəllərində Elçinin telefonda ona görüş təyin etdiyi “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Elçinə vermişdir. Elçin həmin pulu ondan təhvil alıb, yenə də onu arxayın etmişdir ki, uzağı oktyabr ayına hər iki məsələni müsbət həll edəcək və hər iki uşağın diplomlarını verəcəkdir. Lakin, Elçinin vəd verdiyi müddətlərin hamısının tamam olmasına baxmayaraq, ona vəd verdiyi işlərdən heç birini görməmiş, hər dəfə ona müxtəlif bəhanələr gətirərək, işləri həll edəcəyinə inandırmağa çalışmış, sonra artıq ondan pullarını tələb etdiklərinə görə, o da, Elçindən pulları geri qaytarmasını tələb etdikdə, pulları bu gün-sabah qaytaracağını vəd verməklə, yenə də, vaxt uzatmağa başlamışdır. Bu müddət ərzində o, çox böyük təkidlərdən sonra Elçindən iki dəfəyə cəmi 2000 manat pul ala bilmiş, sonradan bir qismi də ödənilərək, ümumilikdə 15000 manat pulu qəbul etmiş, lakin qalan 7000 manat hissəsi qaytarılmamışdır. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərmişdir ki, 2010-cu ildə həyat yoldaşı X26 Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmiş, 2014-cü ildə imtahan verərək, Şabran rayonunun Aygünlü kəndindəki tam orta məktəbə müəllim vəzifəsinə təyin olunmuşdur. Lakin, daimi yaşayış yeri Bakı şəhərində olduğundan və himayəsində iki azyaşlı uşağı olduğundan, onlar Xəyalənin iş yerini Bakı şəhərindəki orta məktəblərdən birinə, xüsusən də, evlərinə yaxın məktəblərdən birinə dəyişdirməyə çalışmışlar. Bu barədə dost-tanışlarına müraciət etmişlər. Qonşuluqda yaşayan və uzaq qohumluqları çatan X30 2018-ci ilin sentyabr ayında ona bildirmişdir ki, onun bir nəfər təhsil sahəsində geniş əlaqələrə malik Təqsirləndirilən şəxs adlı tanışı var, istəyirsə həmin şəxsə Xəyalənin işini danışsınlar. O, razılıq vermiş və bir müddət sonra Anar bildirmişdir ki, həmin şəxslə danışıb razılaşmışdır. Xəyaləni Şabran rayonundakı məktəbdən Bakı şəhərinə evlərinin yaxınlığındakı 81 saylı orta məktəbə gətizdirə bilər. Lakin, bunun üçün 7000 manat məbləğində pul istəmişdir. O da, evdə ailə üzvləri ilə danışıb məsləhətləşmiş, razılıqlarını almış və bir hissəsini borc alıb qalan hissəsini də, özündən əlavə etməklə, ümumilikdə 7000 manat pul toplamışdır. Lakin, bu məbləğdə pulu heç bir zəmanət olmadan Anara verməyə tərəddüd etdiyindən, ailə üzvlərinin məsləhəti ilə Anara həmin pulu notarial qaydada rəsmiləşdirilməklə, verməyə razılaşmışdır. Bundan sonra, o, Anarla birlikdə Bakı şəhərində yerləşən Asan-1 Xidmətinə gedərək, orada fəaliyyət göstərən notarius vasitəsi ilə aralarında borc müqaviləsi bağlamış və o, notariusun bank hesabı vasitəsi ilə Anara 7000 manat məblğində pul vermişdir. Daha sonra Anarla birlikdə Təqsirləndirilən şəxsla görüşmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin binasının qarşısında pulu Elçinə təqdim edərək, xahiş olunan işin sahibi olduğunu bildirmişdir. Elçin də onun yanında 7000 manatı heç saymadan götürərək, uzağı bir həftəyə məsələnin müsbət həll olunacağına vəd verib çıxıb getmişdir. Lakin, Elçinin vəd verdiyi vaxt tamam olsa da, Elçin onların məsələlərini həll etməmiş və artıq müxtəlif bəhanələrlə vaxt uzatmağa başlamışdır. Sonradan isə ümumiyyətlə onlarla ünsiyyətdən yayınmağa, telefonlarına cavab verməməyə, görüşlərinə gəlməməyə başlamışdır. Həmçinin, bildiyinə görə, həmin ərəfədə Elçin onun kimi, Anar vasitəsi ilə tanıdığı digər bir qonşusu Zərərçəkmiş şəxs9 da eyni usulla aldadaraq 13000 manat məbləğində pulunu almışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən aldanılması nəticəsində ona ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymiş və hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 2016-cı ildə həyat yoldaşı X6 Azərbaycan Qızlar Universitetinin ibtidai sinif fakültəsini bitirmiş, işə qəbul olunmaq üçün 2018-ci ildə imtahan versə də, topladığı ballar yalnız rayon məktəblərinə işə qəbul olunmağa kifayət etmişdir. Lakin, daimi yaşayış yerləri Bakı şəhərində olduğundan və himayəsində iki azyaşlı uşağı olduğundan, onlar Sənayəni Bakı şəhərindəki orta məktəblərdən birinə, xüsusən də evinə yaxın məktəblərdən birinə işə düzəltmək istəmişlər. Bu barədə dost-tanışlarına müraciət etmişlər. Bunu bilən qonşuluqda yaşayan X30 2018-ci ilin sentyabr ayında bildirmişdir ki, onun bir nəfər təhsil sahəsində geniş əlaqələrə malik Təqsirləndirilən şəxs adlı tanışı var, istəyirsə həmin şəxslə onun arvadının işini danışsın. O, razılıq vermiş, bir müddət sonra Anar bildirmişdir ki, həmin şəxslə danışıb razılaşmış, arvadını Bakı şəhərinə evlərinin yaxınlığındakı 81 saylı orta məktəbə ibtidai sinif müəllimi düzəldə bilər. Lakin, bunun üçün 13000 manat məbləğində pul istəmişdir. O da, evdə ailə üzvləri ilə danışıb məsləhətləşmiş, razılıqlarını almış və bir hissəsini borc almaqla, qalan hissəsini isə özündən qoymaqla, ümumilikdə 13000 manat pul toplamışdır. Lakin, bu məbləğdə pulu heç bir zəmanət olmadan, Anara verməyə tərəddüd etdiyindən, ailə üzvlərinin məsləhəti ilə Anara həmin pulu notarial qaydada rəsmiləşdirməklə verməyə razılaşmışdır. O, Anarla birlikdə Bakı şəhərində yerləşən “Asan-4” Xidmətinə gedərək, orada fəaliyyət göstərən notarius vasitəsi ilə aralarında borc müqaviləsi bağlamış və notariusun bank hesabı vasitəsi ilə Anara 13000 manat məbləğində pul vermişdir. Anar oradan çıxıb Elçinlə görüşməyə, o isə öz işlərinin arxasınca getmişdir. Sonradan, Anar ona zəng vuraraq, pulu Elçinə çatdırdığını, uzağı bir həftəyə məsələlərinin müsbət həll olunacağına vəd verdiyini bildirmişdir. Lakin, onun vəd verdiyi vaxt tamam olsa da, onun məsələsi həll olunmamış və artıq Elçin bəhanələrlə vaxt uzatmağa başlayaraq, sonradan isə ümumiyyətlə onlarla ünsiyyətdən yayınmağa başlamışdır. Bildiyinə görə, həmin ərəfədə Elçin onun kimi, Anar vasitəsi ilə tanıdığı digər bir qonşusu Zərərçəkmiş şəxs10 da eyni üsulla aldadaraq, arvadını 81 saylı orta məktəbə müəllim düzəltmək adı ilə 7000 manat məbləğində pulunu almışdır. Nəticədə ona ümumilikdə 13000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Şahid11 onun doğma qızıdır. Aytən ərindən ayrıldıqdan sonra, bir azyaşlı uşağı ilə birlikdə onlarla bir ünvanda yaşayır. Aytən özü hərbi qulluqçudur, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin hərbi hissəsində xidmət edir. İş yeri yaşıdıqları ünvandan çox uzaq olduğundan, onlar Aytən üçün kreditlə, ilkin ödəniş kimi 10000 manat nağd pul verməklə, üç il müddətinə, aylıq 300 ABŞ dolları məbləğində ödəniş etmək şərti ilə, «Hyundai İX-35» markalı avtomobil almışlar. Aytən avtomobili yaxşı idarə edə bilmədiyindən, çox vaxt yol-hərəkəti qaydalarını pozurmuş, buna görə də, avtomobilin üzərinə xeyli miqdarda cərimə yazılmışdır. Lakin, ailələrinin elə də çox qazancı olmadığından, onlar həmin cərimələri ödəyə bilməmişlər. Hərdən aylıq kreditlərin ödənilməsində də, gecikmələri olurmuş. Buna görə də, Aytəni tez-tez yolda YPX əməkdaşları saxlayaraq, hərdən xəbərdarlıq edirmişlər, hərdən isə avtomobilini cərimə duracağına yerləşdirirmişlər. 2019-cu ilin iyun ayında Aytənin avtomobili növbəti dəfə cərimə meydançasına qoyulduqda, Aytən təsadüfən özünü Təhsil Nazirliyinin məsul vəzifəli şəxsi kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs hansısa üsullarla Aytənin avtomobilini cərimə meydançasından çıxartdırıb, özünə təhvil vermişdir. Bundan sonra, Aytənlə Elçinin arasında dostluq münasibətləri yaranmış, tez-tez telefonla danışıb görüşürdürlər. Həmin ərəfədə Aytənin avtomobili növbəti dəfə cərimə meydançasına aparıldıqda, Elçin yenə də, həmin məsələyə müdaxilə edərək, Aytənə köməklik göstərəcəyini vəd vermişdir. Onları aldatmışdır ki, guya avtomobilin problemi ilə maraqlanıb, müəyyən edib ki, avtomobilin sənədlə sahibi olan şəxsin məhkəmə problemləri olduğundan, bütün əmlakına, həmçinin də onlara satdığı avtomobilin üzərinə məhkəmə tərəfindən həbs qoyulubdur. Təklif etmişdir ki, ümumilikdə ona 10000 manat məbləğində pul düzəldib versələr o, avtomobilin problemini birdəfəlik həll edə bilər, həm avtomobilin üzərində qalan cərimə və bank kredit borclarını sildirər, həm məhkəmə tərəfindən qoyulmuş həbsi götüzdürər. Eyni zamanda, avtomobili birdəfəlik Aytənin adına keçirərək, onları bu problemlərdən qurtarar. Onlar da fikirləşmişlər ki, birdəfəlik avtomobili Aytənin öz adına keçirib sonradan baha qiymətə nağd pula satarlar, əldə olunmuş pul ilə Aytən üçün işə gedib-gəlməsinə ucuz qiymətə bir qədər yüngül avtomobil alarlar, qalan pulu isə onun müalicəsinə sərf edərlər. Beləcə, Aytənlə o, Elçinə inanaraq, qərara gəlmişlər ki, həmin pulu yoldaşının və oğlunun xasiyyətləri ağır olduğundan heç onlara bildirmədən belə özləri düzəldib Elçinə versinlər. Bu məqsədlə o, və Aytən evdə olan bütün qızıl-zinət əşyalarını toparlamış, Aytən işdə olduğu üçün o, tək həmin qızılları aparıb, metronun «Elmlər Akademiyası» stansiyasının çıxışının yaxınlığında yerləşən lombarda Aytənin adından girov qoyaraq, ümumilikdə 11000 manat məbləğində pul götürmüşdür. Lombarddan pulu götürüb çıxmış və Elçinlə görüşüb, 10000 manat pulu sonuncuya vermişdir. Elçin söz vermişdir ki, qısa müddətdə Aytənin avtomobilinin problemlərini həll edəcəkdir. Həmin ərəfədə Elçin hətta avtomobilə dair Aytəndə olan sənədləri və açarları, Aytənin şəxsiyyət və sürücülük vəsiqələrini də Aytəndən götürmüşdür. Lakin Elçin pulu aldıqdan sonra müxtəlif səbəblər, bəhanələr gətirməklə, guya həmin məsələni danışdığı məhkəmə, bank və BDYPİ-nin müxtəlif məsul vəzifəli şəxslərinin adlarını çəkməklə, vaxt uzatmağa başlamışdır. Yekunda nə vəd verdiyi işi həll etmiş, nə sənədlərini, nə də ki, pulunu qaytarmamışdır. Sonradan Elçinin həbs olunduğunu bilib, ərizə ilə rəsmi qaydada polisə müraciət etmişlər. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 göstərmişdir ki, oğlu İlham Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarə edilməsi fakültəsində təhsil alır. 2019-cu ilin yay aylarında qohumu Şahid8 ilə oturub, yemək yeyən zaman, bir nəfər şəxsin yan masada tək oturduğunu və telefonla danışdığını görmüşdür. Həmin şəxs telefonda müəllimlərdən, valideynlərdən və şagirdlərdən danışırmış. O, telefonla danışdıqdan sonra, onu Elşadla oturduqları masaya dəvət etmişdir. Həmin vaxt o, bildirmişdir ki, onun adı Elçindir, İnşaat Universitetində rektor müavinidir. Bir az onunla söhbət etdikdən sonra o, Elçinə demişdir ki, oğlu İlham Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində təhsil alır, onun imtahanlarında kəsiri var. Elçin isə bildirmişdir ki, problem deyil, təhsil sistemində onun görə bilmədiyi iş yoxdur. O, Elçinin həqiqətən də, təhsil sistemindən başı çıxdığını, çox adamları tanıdığını görüb, ona inanmışdır. Elçin onun yanında telefonla zəng edərək, telefonla danışmışdır. Elçinlə razılaşmışdır ki, oğlu İlhamın imtahan kəsrlərini həll etməsi üçün 2000 manat pul versin. Həmin günün səhəri X23rşısında Elçinlə görüşmüş və orada qohumu Elşadın yanında 2000 manat pulu Elçinə vermişdir. Bundan təxminən bir ay sonra o, öz işi ilə əlaqədar Quba rayonunda olan zaman, Elçin ona zəng etmiş və demişdir ki, oğlu İlhamın imtahan kəsirlərinin həll edilməsi üçün əlavə olaraq 10000 manat lazımdır. O, Elçinlə razılaşmış və qohumu Elşadla 10000 manat pulu Elçinə göndərmişdir. Bildiyinə görə, Elşadla Elçin “Şəki” restoranının yaxınlığında görüşüb, 10000 manat pulu Elçinə vermişdir. Beləliklə, Elçin ondan 12000 manat pul almış, lakin verdiyi vədə əməl etməyib, onu aldadaraq, pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 göstərmişdir ki, həyat yoldaşı Şahid7 2011-ci ildən Şəhər Kliniki Mərkəzində müxtəlif texniki vəzifələrdə çalışmış, lakin ixtisası ibtidai təhsil müəllimi olduğundan, KTM-də tibb sahəsində olan vəzifələrdə işləyə bilməmiş, ona görə də, qərara gəlmişdir ki, imtahanlara hazırlaşıb Tibb Kollecinə qəbul olunsun. Bu minvalla, 2019-cu ilin aprel ayında Elvira qəbul imtahanlarında iştirak etmiş, lakin təxminən 30 keçid balı çatmadığından, Kollecə qəbul ola bilməmişdir. Bu barədə bilən Elviranın müdiri təklif etmişdir ki, onun bir nəfər təhsil sistemində işləyən Təqsirləndirilən şəxs adlı xəstəsi olub, bacarıqlı adamdır, istəyirlərsə onunla bir söhbət edib məsləhətləşsinlər. Onlar 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxsla «Gənclik Mall» Ticarət Mərkəzində görüşmüşlər və söhbət əsnasında Elçin özünü onlara Respublikanın ən gənc alimi və dekanı kimi təqdim etmiş, hətta mobil telefonunda üzərində şəkili olan özü barədə internet səhifəsində dərc olunmuş məqaləni də göstərmişdir. Həmin şəxs özünün hazırda Odlar Yurdu Universitetinin dekanı və tələbə qəbulu komissiyasının sədri, bununla əlaqədar Təhsil Nazirliyi və Tələbə Qəbulu sistemində geniş əlaqələrə malik olmasını bildirmiş, müxtəlif yüksək rütbəli və vəzifəli şəxslərin, deputatların, Universitet rektorların, Nazir və Nazir müavinlərinin adlarını çəkməklə, savadlı elmi cümlələrlə onları sanki ovsunlamışdır. Onlar da inanaraq, onun şərtləri ilə razılaşmışlar. Elçin bildirmişdir ki, guya X42 qəbul olunması üçün müəyyən şəxslərə 10000 manat məbləğində pul verilməlidir. Lakin, bu işi çalışıb aşağı qiymətə, yəni 8000 manata həll edəcəkdir. Onlar bu qədər pula imkanları çatmadığını bildirərək, əvvəl razılaşmamışlar, lakin Elçin onlardan əl çəkməmiş, guya kiminləsə məsləhət etmək üçün telefonunu əlinə götürüb, bir qədər kənara çəkilmiş, lakin telefonla qəsdən elə danışmışdır ki, onlar onun danışdıqlarını eşitsinlər. Elçin guya kiminləsə danışaraq, onlara görə danışdığı şəxsə yalvar-yaxar edərək, qiyməti aşağa salmağa başlamış və yekunda telefonla danışıb qurtardıqdan sonra bildirmişdir ki, məsələni 5000 manata razılaşdırıb, amma şərt qoymuşdur ki, razılığı alan vaxtı isti-isti pulu tez hazırlayıb ona çatdırsınlar ki, məsələni tez şəkildə həll edə bilsin. Onlar da ona inanaraq razılaşmışlar, pulu toplamaq üçün ondan vaxt istəmişlər. Lakin, Elçin elə səhərisi gündən onları tələsdirməyə başlamışdır ki, işin vaxtı keçir, pulu qısa müddətdə ona çatdırmasalar işləri alınmayacaqdır. Onlar da məcbur olub bir hissəsini özlərindən qoymaqla, bir hissəsini dost-tanışdan borc almaqla, bir hissəsini Elvira işdə iş yoldaşları ilə lotoreya oynamaqla, iki-üç gün ərzində ümumilikdə 5000 manat pul torlayıb, Elçinlə telefon əlaqəsi saxlamışlar. Bundan sonra, ilk olaraq topladığı 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən “Emiland” dükanın qarşısında gəlib götürmüş və pulun qalan hissəsini istəmişdir. O, qalan hissəsi üçün də, ondan bir neçə gün vaxt istəmişdir. Bir neçə gün sonra Elçin eyni qaydada, eyni yerdə ondan gəlib 1000 manat məbləğində pul almış və onu əmin etmişdir ki, artıq guya məsələləri tam həll olunub, pulun qalan hissəsini də çatdırıb, Elviranın qəbul olunmasına dair müvafiq əmri verdirib, surətini onlara çatdıracaq və Elvira artıq 2 saylı Tibb Kollecinə dərsə gedəcəkdir. Lakin, pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq, Elçin onlara heç bir əmrin surətini gətirməmişdir. Yalandan hər dəfə bəhanələr və səbəblər göstərməklə, gah vaxt uzatmağa başlamış, gah da ki, telefonlara cavab verməyərək, onlarla ünsiyyətdən yayınmağa çalışmışdır. Sonradan, Elçin onlara zəng vuraraq, artıq işin müsbət həll olunduğunu bildirib, əmrin verilməsi üçün əlavə 1000 manat məbləğində də pul istəmişdir. O, artıq pul verə bilməyəcəyini dedikdə isə, heç olmazsa 500 manat pul verməyini xahiş etmiş, hətta onu inandırmaq üçün aldatmışdır ki, guya özü uzaq rayonlardan birindədir, şəhərdə olsaydı həmin pulu özündən verərdi ki, işləri yarımçıq qalmasın. O, yenə də, aldanaraq razılaşmış və cəmi 300 manat məbləğində pul tapa bilmişdir. Elçin həmin pulun arxasınca bir nəfər taksi avtomobilini idarə edən şəxsi yaşadığı ünvanın qarşısına göndərmiş, o, da həmin 300 manat məbləğində pulu və Elviraya məxsus orta təhsil haqqında diplomunun əslini Elçinə çatdırması üçün həmin şəxsə vermişdir. Bir qədər sonra həmin şəxsə zəng vurub pulu çatdırıb-çatdırmaması ilə maraqlandıqda isə, həmin sürücü bildirmişdir ki, artıq Bakıxanov qəsəbəsinə çatmaq üzrədir, Elçin onu orada gözləyir. Halbuki, Elçin ona bildirmişdir ki, guya həmin vaxt rayondadır, amma əfsuslar olsun ki, o, bunu yalnız sonradan, artıq hadisələri dərindən analiz etdikdən sonra anlamışdır. Səhərisi gün Elçin həmin sürücünü yenə də, onun ünvanına göndərək, kəsir qalmış 200 manat məbləğində pulu da, onlardan almış və zəng vurub onu təbrik etmişdir ki, guya artıq əmr verilmiş, Elvira 2 saylı Tibb Kollecinin direktoru Dilarə xanımın yanına getsin, guya Dilarə xanım Elviranı sinifə yerləşdirəcəkdir. Onlar də ona inanaraq, 2 saylı Tibb Kollecinin direktoru Dilarə xanımın yanına getmişlər, lakin orada məlum olmuşdur ki, Elçin onları aldadıb, heç bir əmr yoxdur. Dilarə xanımın özü də onları ayıltmışdır ki, onları aldadıblar, məsləhət görmüşdür ki, polisə müraciət etsinlər. Lakin, onlar yenə də, bu cür sadəlövliklə aldanılmalarına inana bilməyib, yenidən Elçinlə əlaqə saxlamağa başlamışlar. Elçin yenə də, müxtəlif bəhanələr gətirməklə, hansısa anlaşmazlığın baş verməsinə onları inandırmağa çalışmışdır. Məsələni qısa müddətdə müsbət həll edəcəyini yenə də vəd vermiş, lakin onları yenə də aldatmışdır. Lakin, sonradan artıq Elçin tərəfindən aladadılmağlarına tam əmin olmuşlar və barəsində şikayət etmək qərarına gəlmişlər. Elçin tərəfindən aldadılmaları nəticəsində onlara ümumilikdə 5500 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan Təqsirləndirilən şəxs qeyd olunan məbləğdən 4000 manatını ödəmiş, lakin 1500 manat hissəsini hal-hazıradək qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxsla uzun müddətdir ki, tanış olmuşlar və aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs onlarla yaxın münasibət saxlamaqla inamlarını qazanmışdır. Elçin onlara hər dəfə gələrkən, müxtəlif vəzifəli şəxslərlə münasibətinin olmasını, dövlət orqanlarında bir çox şəxslərin işini həll etməsi, kimlərisə işə düzəltməsi, nazirlər, nazir müavinləri və rəhbər işçilərlə əlaqələrinin olması, təhsil sahəsində müxtəlif şəxsləri müəllim və digər vəzifələrə təyin etdirməsi, təhsillə bağlı işlər həll etməsi, imtahan işlərini həll etməsi barədə danışaraq, özünü hərtərəfli əlaqələrə malik, hər işi bacaran şəxs kimi təqdim etmiş, hər hansı bir şəxsi istənilən işə düzəltdirə biləcəyini qeyd etmişdir. Bir dəfə o və həyat yoldaşı Zərərçəkmiş şəxs6la birlikdə Elçinlə söhbət zamanı, qızı Gülnar Əkbərovanı universitetlərin birinə müəllim kimi düzəltmək və oğlu Zəfər Əkbərovu da istənilən dövlət orqanına hər hansı bir işə düzəltmək niyyətləri barədə Təqsirləndirilən şəxs bildirmişlər. Elçin də onlara qızı Gülnarı universitetlərin birinə müəllim kimi düzəltməyi və oğlu Zəfəri də istənilən dövlət orqanına hər hansı bir işə düzəltməyi təşkil edəcəyini və bunun üçün müəyyən miqdarda pul lazım olduğunu bildirib, əvvəlcə onlardan 10000 manat pul istəmişdir. O və həyat yoldaşı Elxan ilə birlikdə Elçinlə razılaşmış və Elçinə həmin pulu verməyi qərara almışlar. Buna görə də, evlərində həyat yoldaşı ilə birlikdə topladıqları 10000 manat pulu 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadıqları evdə Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs da qeyd edilən pulu almış və vəd verdiyi işləri qısa müddətdə həll edəcəyini bildirmişdir. Pulun böyük miqdarda olmasına görə aralarında inam yaranması üçün, həyat yoldaşı Zərərçəkmiş şəxs6 razılığı ilə özü Təqsirləndirilən şəxsla aralarında borc müqaviləsi bağlamışlar. Lakin, bir müddət keçsə də, Elçin işi həll etməmişdir. 2021-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs onların evinə gəlib, işin bir qədər ləngiməsini və buna səbəb də 6000 manat pulun verilməli olduğunu qeyd etmişdir. Onlar da topladıqları 6000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Lakin, artıq münasibətləri daha da yaxın olduğundan, həmin pula görə də, əlavə borc müqaviləsi bağlamağa ehtiyac olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxsla mütəmadi olaraq əlaqə saxlasalar da, o, vəd verdiyi işləri həll etməmiş, hər dəfə işin yaxın müddətdə düzələcəyini bildirib vaxt uzatmış, müxtəlif bəhanələrlə vədinə əməl etməmişdir. Buna görə də onlar pulun geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxs bildirsələr də, o, pulu qaytarmaqdan da imtina etmiş, bununla da Təqsirləndirilən şəxs qızı Gülnar Əkbərovanı universitetlərin birinə müəllim kimi düzəltməyi və oğlu Zəfər Əkbərovu da istənilən dövlət orqanına hər hansı bir işə düzəltməyi təşkil etməsi ilə bağlı vəd verərək, aldığı 16000 manat pul müqabilində nə vəd verdiyi işləri həll etməmiş, nə də ki, pulu geri qaytarmamışdır. Hal-hazıradək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 iş üzrə Zərərçəkmiş şəxs5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 bildirmişdir ki, oğlu Allahverdi Şirinov X8 təhsil almışdır. Hazırda oğlu hərbi xidmətdədir. Lakin, oğlu imtahanlardan kəsrləri olduğuna görə, ali təhsil haqqında diplomu almamışdır. Bununla əlaqədar, 2021-ci ilin aprel ayının sonlarında o, dostu İlqar Qarayevlə söhbət zamanı, oğlunun kəsrləri olduğuna görə, X7 ali təhsil haqqında diplom ala bilmədiyini demişdir. İlqar ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı bir tanışı var, deməsinə görə Təhsil Nazirliyində çalışır. Elçinin ona bu işdə kömək edə biləcəyini deyərək, onun nömrəsini Elçinə vermişdir. İlqar əvvəldən Elçinə onun məsələsi haqqında məlumat vermişdir. Növbəti gün Təqsirləndirilən şəxs özü ona zəng edərək, Təhsil Nazirliyində çalışdığını, oğlu Allahverdinin məsələsi ilə əlaqədar İlqar Qarayevlə artıq danışaraq məlumatlı olduğunu, Allahverdinin X7 diplomunu alması ilə əlaqədar Təhsil Nazirliyində müəyyən vəzifəli şəxslərlə danışdığını bildirmişdir. Elçin oğlunun kəsrlərinin həll edilməsi və diplomunu alması işini həll etmək üçün ondan 4000 manat pul istəmişdir. Həmin pulu Nazirlikdə adını çəkmədiyi vəzifəli şəxslərə verəcəyini demişdir. O, da Elçinin danışığına inanmış və yaxın günlərdə pulu çatdıracağını demişdir. Bir müddət sonra 4000 manat pul toplamışdır. Həmin vaxt İlqar Qarayev artıq Rusiya Federasiyasına getmişdir. O, İlqarla telefonla danışaraq pulu düzəltdiyini dedikdə, İlqar ona əmisi Şahid6 Bakıda olduğunu, pulu əmisi Şahid6 vasitəsi ilə Elçinə çatdırmağını bildirmişdir. 2021-ci ilin may ayının əvvəlində o, 4000 manat pulu taksi sürücüsü vasitəsi ilə yaşadığı Saatlı rayonundan Bakı şəhərinə Aydına göndərmişdir. Aydın pulu Bakıda götürüb, həmin gün Təqsirləndirilən şəxs çatdırmışdır. Belə ki, həmin gün Təqsirləndirilən şəxs onunla telefonla danışaraq, 4000 manat pulu Aydından götürdüyünü, təxminən 1 ay ərzində Allahverdinin imtahanlardan keçəcəyini və diplomunu alacağını ona vəd etmişdir. Bir müddət sonra artıq vaxtın uzandığını, lakin oğlunun imtahanlara çağırılmadığını görüb o, Elçinlə əlaqə saxlayıb işlə maraqlanmışdır. Elçin narahat olmamağını, yaxın günlərdə imtahanların həll olunacağını demişdir. Lakin, heç bir imtahan həll olunmamış, o, yenidən Elçinlə danışdıqda, o, bu dəfə də Allahverdiyə birbaşa diplom veriləcəyini deyərək, yenə onu inandırmağa başlamışdır. Bu qayda ilə Təqsirləndirilən şəxs onu bir neçə ay gözlətmişdir. Axırda oğlunu hərbi xidmətə aparmışlar. Təqsirləndirilən şəxs yenə narahat olmamağını, Allahverdinin diplomunun yaxın günlərdə alınaraq, hərbi xidmət yerinə göndəriləcəyini deyərək, vaxt uzatmağa davam etmişdir. Sonra isə Elçin artıq onun telefonlarına cavab verməmişdir. Lakin, İlqar Qarayev və əmisi Şahid6 də Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlayaraq, pulu geri verməsini tələb etmişlər. Buna baxmayaraq, hal-hazıradək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə göstərmişdir ki, həyat yoldaşının təhsili pedaqoq olduğundan, 2021-ci ilin yay aylarında işə düzəltmək üçün lazımi prosedurlarla dost-tanış arasında maraqlanmışdır. Həmin ərəfələr, yaxın dostu Şahid3 ona bir nəfər tanışının olduğunu və həmin şəxsin Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Bundan başqa, Fərid ona həmin şəxsin bacarıqlı və müxtəlif məsələləri həll edə bildiyini söyləmişdir. O, Fəriddən, həmin tanışı ilə danışmağı və köməklik göstərə bilib-bilməyəcəyini öyrənməyi xahiş etmişdir. Bir müddət sonra Fərid ona Elçinlə danışdığını və Elçinin bu məsələni həll edə biləcəyini və bunun üçün pul istədiyini bildirmişdir. O, Fəridlə razılaşaraq, ona Elçinin istədiyi məbləği vermək istədikdə, Fərid ona Elçinlə görüşməyi təklif etmişdir. Daha sonra o, Fərdilə birlikdə Elçinlə 2021-ci ilin sentyabr ayında Mərdəkan qəsəbəsində yerləşən restoranda görüşmüş və Elçin ona həmin işi 10000 manat pul vəsaiti müqabilində görəcəyini bildirərək, həmin məbləğin yarısını ilkin olaraq ödəməyini istəmişdir. O, da həyat yoldaşının işini həll etmək istədiyi üçün və Elçinin onu inandırıb işi həll edəcəyini bildirdiyi üçün, Elçinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra, o, Fəridlə görüşmüş və Elçinə çatdırması üçün 2180 ABŞ dolları və 1300 manat olmaqla, ümumilikdə 5006 manat pul verərək, Elçinə çatdırmasını xahiş etmişdir. Fərid ondan aldığı pul vəsaitini o, verdiyi şəkildə həmin gün Elçinə çatdırdıqdan sonra, Elçin 5 gün ərzində məsələni həll edəcəyini bildirmişdir. Lakin, müddət bitdikdən sonra, Elçin müxtəlif bəhanələr gətirərək, hər dəfə məsələni uzatmağa başlamışdır. O, da görmüşdür ki, Elçin onu aldadır və işi düzəltmək fikri yoxdur. Buna görə də, Elçindən pulu geri qaytarmasını tələb etmişdir. Lakin, Elçin işə düzəltmək adı ilə ondan Fərid vasitəsi ilə aldığı pul vəsaitini geri qaytarmamış və bunun tam əksi olaraq danışıq zamanı pulu qaytarmayacağını, istədiyi yerə şikayət etməyini və heç bir hüquq-mühafizə orqanından qorxmadığını bildirmişdir. Beləliklə, o, 2180 ABŞ dolları və 1300 manat pul vəsaitini dostu Fəridin vasitəsi ilə Elçinə vermişdir. Təqsirləndirilən şəxs həmin pul vəsaitini həyat yoldaşını 181 saylı orta məktəbdə müəllim düzəltmək adı ilə almışdır. Lakin, Elçin vədinə əməl etməyib, onu aldatmışdır. Nəticədə ona ümumilikdə 5006 manat dəyərində maddi ziyan dəymiş və ona dəymiş ziyandan hazırda 4000 manat ödəniş olmuş, 1006 manat pulu qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, Ağsu rayon sakini olan Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından tanıyır. Onunla Şamaxı rayonu ərazisində tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində söhbət etdikləri vaxt, ona və qardaşı Şahid5 demişdir ki, Təhsil Nazirliyinin işçisidir, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə bilər. O, oğlu Şahid13 Kooperasiya Kollecinə tələbə kimi düzəltmək istədiyiyni Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs da bu işi düzəltmək üçün 5000 manat pul istəmişdir. O, da Təqsirləndirilən şəxs ilə danışıb bir qədər aşağı qiymətə bu işi həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da bu işi minimum 3000 manata düzəldə biləcəyini qeyd etmişdir. Buna görə də, o, bu barədə qərara gəlmişdir ki, ona 3000 manat pul versin. O, bu barədə Təqsirləndirilən şəxs ilə danışıb ona pulu necə çatdıra biləcəyini demiş, Təqsirləndirilən şəxs da ona "xxxx" ASC-yə aid olan kartının nömrəsini göndərmişdir. Əvvvəlcə 2021-ci ilin sentyabr ayının əvvəllərində Çuxuryurd kəndində ödəniş terminalı vasitəsi ilə Elçinin kartına 1200 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, oğlunun Kooperasiya Kollecinə tələbə kimi düzəlməsi üçün əmr verilməlidir. Bundan sonra, o, Bakı şəhərində “Gənclik” metrosunun yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüş və qalan 1800 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Elçin də ona demişdir ki, qısa müddətdə iş həll olunacaqdır. Lakin, bir müddət gözləsə də, Təqsirləndirilən şəxs pulu qaytarmamış və onu da aldatdığını başa düşmüşdür. Eyni zamanda, qardaşı Samir Təhsil Nazirliyinin qaynar xətti ilə də əlaqə saxlayanda, Təqsirləndirilən şəxs adlı şəxsin həmin Nazirlikdə işləmədiyini bilib, Təqsirləndirilən şəxs dələduz olması qənaətinə gəlmişdir. Bundan sonra, Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Ağsu rayon sakini olan Təqsirləndirilən şəxs bir neçə il olar ki, tanıyır. Təqsirləndirilən şəxsla əsasən oğlu Şahid4 tanış olmuşdur. Belə ki, 2021-ci ilin avqust ayının sonlarında oğlu Seyidbaba ona demişdir ki, Şamaxı rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Elçin onun oğluna özünü Təhsil Nazirliyinin işçisi, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə biləcək bir şəxs kimi təqdim etmiş və Təqsirləndirilən şəxs onun oğluna demişdir ki, onu Kooperasiya Texnikumuna tələbə kimi qəbul etdirib, birinci semestrdən sonra onu Şamaxıdakı Kollecə göndərişlə göndərilməsini təşkil edə bilər. Təqsirləndirilən şəxs oğluna bu barədə vəd verib, işi düzəldəcəyini inandırmışdır. Oğlu Şahid4 ona bu barədə bildirəndən sonra, o, qərara gəlmişdir ki, özü Təqsirləndirilən şəxsla görüşüb bu məsələnin necə baş verəcəyini aydınlaşdırsın. Buna görə də, 2021-ci ilin sentyabr ayında o, Bakı şəhərinə gedib, Təqsirləndirilən şəxsla Respublika Xəstəxanasının yaxınlığında görüşmüşdür. Görüş zamanı, Təqsirləndirilən şəxs ona bir daha oğlunu Kooperasiya Texnikumuna tələbə kimi qəbul etdirib, birinci semestrdən sonra onu Şamaxıdakı Kollecə göndərişlə göndərilməsini təşkil edəcəyini bildirib, onu inandırmış və bu işi də qanuni formada həll edəcəyini, heç bir saxtakarlıq olmayacağını, bu işə görə ondan alacağı pulu da dövlətə qanuni ödəniş kimi edəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs inanındıqdan sonra, bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona bu iş üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, da Elçinlə razılaşmış və həmin gün Şamaxıya qayıtmışdır. Fikirləşmişdir ki, Təqsirləndirilən şəxs 4000 manatın hamısını deyil, bir hissəsini versin, az bir hissəsini də axırda verər. Buna görə də, əvvəlcədən evində topladığı 3700 manat pulu Təqsirləndirilən şəxsla Bakı şəhərində, Respublika Xəstəxanasının yaxınlığında görüşüb, Təqsirləndirilən şəxs vermişdir. Lakin, 2021-ci ilin sentyabr ayının sonuna kimi gözləsə də, Təqsirləndirilən şəxs ona vəd verdiyi işi həll etməmişdir. Sonradan, Təqsirləndirilən şəxs özü onunla telefon əlaqəsi saxlayıb, qalan 300 manat puldan 200 manat hissəsini də ödəniş üçün verilməli olduğunu bildirib, pulu istəmiş və Şamaxı rayonuna gəldiyini deyib pulu götürməli olduğunu demişdir. O, da oğlunun işinin tez düzəlməsi üçün Təqsirləndirilən şəxsla razılaşıb, onunla Şamaxı rayonu ərazisində Mərkəzi Bazarın yanında görüşüb, 200 manat pul vermişdir. Bir qədər sonra, Təqsirləndirilən şəxs yenə ona zəng edib, qalan 100 manat pulun da ödəniş üçün verilməli olduğunu, oğlunun Texnikuma düzəlməsi üçün bütün sənədlərin hazır olduğunu, qalan 100 manat pulun da ödəniş edilməsindən az sonra, sənədlərin hazır olacağını deyib, onu inandırmışdır. O, da qalan 100 manat pulu vermək üçün Təqsirləndirilən şəxsla evlərinin qarşısında görüşmüş, pulu Təqsirləndirilən şəxs ondan alan kimi çıxıb getmişdir. Bundan bir neçə gün sonra, Texnikuma qəbul olan şəxslərin siyahısı çıxanda, oğlunun adı siyahıda olmadığına görə, o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb, nə səbəbə görə oğlunun Texnikuma qəbul olmadığını soruşmuşdur. Elçin ona narahat olmamağı demişdir. O da, Elçinə inanıb bir neçə gün də gözləmiş, eyni zamanda özü də soraqlaşanda müəyyən etmişdir ki, texnikuma əmrlə qəbul olma deyilən bir hal yoxdur. Bundan sonra, tam əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadır. Buna görə də, Şamaxı Rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs22 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs22 məhkəməyə ünvanladığı müraciətlərində onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini nəzərə alaraq, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs15 göstərmişdir ki, 2011-ci ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olunmuşdur. Əyani təhsil almağı ilə bərabər ailəsinin dolanışığına köməklik etmək məqsədi ilə, işlədiyindən imtahanlara lazımi qaydada hazırlaşa bilməmişdir, ona görə də təhsil müddətində təxminən 31 imtahan kəsiri əmələ gəlmişdir, nəticədə 2015-ci ildə Universiteti bitirsə də, diplomunu ala bilməmişdir. Diplomun alınmasında köməklik etmək məqsədi ilə bir neçə nəfər tanışlarına müraciət etsə də ona köməklik edə bilən olmamışdır. Lakin 2017-ci ilin təxminən yaz aylarında Xırdalan şəhərində yaşayan dayısı Şahid2 qonşusu Zərərçəkmiş şəxs3 bu işdə onların ailəsinə köməklik edə biləcəyini vəd vermişdir. Bu minvalla valideynləri və dayısı Elbarizlə görüşüb söhbət etdikdən sonra Elbariz təhsil sistemində geniş əlaqələrə malik bir nəfər Elçin adlı tanışı vasitəsi ilə onun imtahan kəsirlərini yazdıracağına və diplomunun alınmasında ona köməklik edəcəyinə söz vermişdir və bu iş üçün valideynlərindən dayısıgilin məhəlləsində sonuncunun vasitəsi ilə 2017-ci ilin yay aylarının təxminən sonlarınadək hissə-hissə ümumilikdə 11000(on bir min) manat məbləğində pul almışdır. Lakin onlara vəd verilən müddətlərin hamısının tamam olmasına baxmayaraq onun problemi həll olunmamışdır. Elbariz onlara bildirmişdir ki, guya pullarını verdiyi Təqsirləndirilən şəxs adlı şəxs onu aldadıb, pullarını alsa da vədinə əməl etməmişdir, hazırda da pulu geri qaytarmaqdan yayınır, ona görə də o, həmin şəxsdən polisə rəsmi şikayət ərizəsi yazmışdır. Baş vermiş hadisə nəticəsində onlara ümumilikdə 11000(on bir min) manat məbləğində maddi ziyan dəymişdir. Həmin pul hələ bu günədək də onlara geri qaytarılmamışdır. Elbariz heç vaxt onları görüşdürmədiyi üçün onlar şəxsən Təqsirləndirilən şəxs tanımırlar, nə onunla ünsiyyətdə olmuşlar, nə də ki, Elbarizlə aralarında baş tutmuş pul alış-verişlərində iştirak etmişlər. Ümumiyyətlə onların əvvəlcədən şikayət etmək niyyəti olmamış, sadəcə olaraq pullarını Elbarizdən tələb edirmişlər, mütamadi olaraq Elbarizlə əlaqə saxlamışlar, Elbariz də onları arxayın etmişdir ki, yaxın müddətdə pullarını tam məbləğdə qaytaracaq, Elbarizi də çoxdan tanıdığları üçün ona inanmışlar, ona görə də, sakitcə oturub pulların qaytarılmasını gözləmişlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs14 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ilin ortalarından tanıyır, həmin vaxt Təqsirləndirilən şəxs Odlar Yurdu Universitetində dekan vəzifəsində çalışırmış, Elçini onunla eyni Universitetdə prorektor vəzifəsində çalışan Ceyhun Osmanlı adlı dostu tanış etmişdir. Universitetdəki xidməti otağında qəbulda olarkən Elçinin həmin Universitetdə böyük nüfuza sahib olduğunu müşahidə etmiş, Elçindən qızı Lalənin həmin il qəbul imtahanlarından kəsildiyini bildirərək topladığı ballarla onların Universitetinə qəbul olub-ola bilməyəcəyi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs Ceyhun müəllimin dostu olduğunu bilib ona qarşı xüsusi diqqət və nəvaziş göstərməyə başlamış, canfəşanlıq göstərərək narahat olmamağını, Universitetlərinin bütün tələbə qəbulu məsələlərinə özünün baxdığını bildirərək onun qızını, topladığı balların onlar üçün heç bir fərqi olmadan asanlıqla Universitetlərinə qəbul etdirəcəyini bildirmişdir. Bir neçə gün sonra Elçin ona bildirmişdir ki, guya Universitetin rəhbərliyindən qızının məsələsi ilə bağlı razılıq almışdır, lakin bu işi keçirdiyi müəyyən instansiyalara 5000(beş min) manat məbləğində hörmət etmək lazımdır. O, Elçinə inanaraq razılaşmış və elə həmin ərəfələrdə Universitetdəki xidməti otağında Elçinə istədiyi 5000(beş min) manat məbləğində pulu ödəmişdir. Bir müddət Elçindən xəbər olmamış, o, işi ilə maraqlanmaq üçün bir neçə dəfə Elçinin iş yerinə yanına gedib-gəlmiş, telefonla danışmış, Elçin əvvəl işi yaxın günlərdə həll edəcəyini vəd versə də sonradan müxtəlif yalançı bəhanələr gətirərək verdiyi pulun az olduğunu, hansısa müəyyən şəxslərə əlavə 3000(üç min) manat məbləğində pul vermək lazım olduğunu bildirmişdir. O yenə də Elçinə inanaraq və övladının qarşısında pis vəziyyətdə qalmamaq üçün yenə də xidməti otağında Təqsirləndirilən şəxs əlavə 3000(üç min) manat məbləğində də pul vermişdir. Həmin pulu da aldıqdan sonra Elçin onu tam əmin etmişdir ki, artıq heç bir problem qalmayıb, qısa bir müddətdə qızının tələbə statusu almasına dair əmri imzaladacaq və qızı uzağı 2-3 gündən sonra Universitetə dərs almağa gələcək. Lakin deyilən müddətin başa çatmasına, hətta artıq da müddət keçməsinə baxmayaraq Elçin heç bir əmr imzalatmamış, yalnız yalançı səbəb və bəhanələr göstərməklə, görüşlərindən və zənglərindən yayınmaqla vaxt uzatmağa başlamış, ondan aldadaraq aldığı pulları qaytarmaqda qərəzli surətdə boyun qaçırmağa başlamışdır. Artıq o, Elçini iş yerində tapa bilməmiş, ora gedib-gəldikdə məlum olmuşdur ki, Elçin onun kimi eyni qaydada bir çox valideynləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmiş, əməllərinə görə onu işdən də qovmuşlar. O, artıq Elçinin onu aldatdığına tam əmin olmuş, axtarıb tapa bilmədiyi üçün ondan polisə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs pulu iki dəfəyə, birinci dəfə 5000, ikinci dəfə isə 3000 manat məbləğində pulu işlədiyi Uniersitetin inzibati binasındakı xidməti otağında təklikdə olarkən 2017-ci ilin təxminən ortalarında vermişdir. Qeyd etdiyi hadisədə Universitetin Ceyhun Osmanov adlı vəzifəli şəxsinin heç bir iştirakı olmamışdır, həmin şəxsi o, artıq uzun müddətdir ki, tanıyır, Təqsirləndirilən şəxs onunla məhz Ceyhun Osmanov tanış etmişdir, sonuncunun deməsinə görə, həmin ərəfədə qəbul məsələlərinə Təqsirləndirilən şəxs baxırmış, Ceyhun Elçindən yalnız onun xahişini edərək dostu kimi qələmə vermişdir və xahiş etmişdir ki, onun məsələsində köməklik etsin, lakin tanışlıqdan sonra o, qeyd etdiyi müraciəti ilə bağlı yalnız və sırf Elçinin özü ilə əlaqədə olmuş, pulu ondan şəxsən Elçin istəyərək almışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs13 göstərmişdir ki, 2013-cü ildə oğlu X59 adlı qızla tanış olaraq ailə həyatı qurmuşdur, beləcə o, Zərərçəkmiş şəxs12 ilə quda olmuşdur. X65 Universitetində təhsil alırdı, sonradan atası Mahir onu Təqsirləndirilən şəxs adlı tanışı vasitəsi ilə sonuncunun dekan X64 Universitetinə köçürtdürmüşdür. Söhbət əsnasında Elçin özünün “Odlar Yurdu Universiteti”-nin rektoru Əhməd müəllimin ən yaxın adamı kimi qələmə vermiş Universitetdə və ümumiyyətlə təhsil sahəsində istənilən bir problemi həll etmək iqtidarında olduğunu bildirmişdir. Həqiqətən də, onlar dəfələrlə Universitetdə olarkən Elçini rektorun yanında görmüşlər, son vaxtlar hətta Elçin dekan vəzifəsinədək qalxmışdır, Universitetdə ayrıca xidməti otağına kimi var idi. Onlar da bütün bunlara aldanaraq Elçinə inanmışlar. İnanmalarından sui-istifadə edən Təqsirləndirilən şəxs da onları aldatmışdır, qudası Zərərçəkmiş şəxs12 2014-cü ildə “Odlar Yurdu Universiteti”-nə qəbul olunmuş, 1997-ci il təvəllüdlü qızı Günay Xalıqovanın 2016-cı ildə Universitetdə yaranmış 8 imtahan kəsirlərini yazdırmaq adı ilə Mahirdən 2016-cı ilin oktyabr ayının ortalarında 4000 manat məbləğində pul almışdır, halbuki, sonradan Günay Universiteti bitirib diplomunu almaq ərəfəsində, 2018-ci ilin yay aylarında dövlət imtahanına buraxılmadıqda müəyyən olunmuşdur ki, Elçin Mahiri aldatmışdır, qızının imtahan kəsirlərini yazdırmamışdır, sadəcə olaraq onu aldatmaq üçün öz vəzifə səlahiyyətlərindən istifadə edərək qızını növbəti imtahanlara buraxdırmışdır, amma pulunu alarkən vəd verdiyi kəsirlərin yazılması məsələsini həll etməmişdir, bu səbəbdən Günayın təhsili yarımçıq qalmış, hələ də diplomunu ala bilməmişdir. Eyni zaman Təqsirləndirilən şəxs onu da aldadaraq işlədiyi “Odlar Yurdu Universiteti”-ndə təhsil alan gəlini Züleyxa Kərimlinin dərslərə getmədən birinci və ikinci kursları bitirərək qiymətlərini yazdırmaq vədi ilə 2017-ci ilin yanvar-fevral ayları ərzində ondan işlədiyi “Odlar Yurdu Universiteti”-nin qarşısında hissə-hissə olmaqla dörd dəfəyə ümumilikdə 7500 manat məbləğində pul almış, nə vəd verdiyi işi yerinə yetirmiş, nə də ki, həmin iş üçün aldığı pulu geri qaytarmışdır. Bu barədə o, 2018-ci ilin yay aylarında gəlini Zuleyxa diplom işinin müdafiəsinə buraxılmadıqda bilmişdir, həmin vaxt müəyyən olunmuşdur ki, Elçin gəlini üçün heç bir imtahan yazdırmamışdır, kəsirləri üst-üstə yığılaraq qalmışdır. Elçinə bu barədə bildirdikdə o, ilk vaxtlar hansısa anlaşılmazlığın olmasını bildirərək qısa müddətdə məsələyə aydınlıq gətirəcəyini vəd vermiş, lakin sonradan yenə də onu aldatmağa davam etmişdir, müxtƏlif bəhanələr gətirməklə vaxt uzatmağa çalışmış, sonra isə ümumiyyətlə ondan gizlənməyə, telefon zənglərinə cavab verməməyə, görüşlərinə gəlməməyə başlamışdır. Müəyyən olunmuşdur ki, Elçin fırıldaqçıdır, onun kimi çox vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib, etdiyi dələduzluqlarına görə onu işdən də qovmuşdurlar. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 7500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs12 göstərmişdir ki, 1997-ci il təvəllüdlü Günay Xalıqova onun kiçik qızıdır, 2014-cü ildə Odlar Yurdu Universitetinə qəbul olunmuşdur, 2016-cı ildə Günayın 8 imtahan kəsiri əmələ gəlmişdir, bu səbəbdən o artıq digər imtahanlara buraxılmamışdır. Ona görə də, o, bu işdə köməklik etmək üçün tanış axtarmağa başlamış, həmin ərəfədə onun bir nəfər, hazırda rəhmətə getmiş Azər adlı tanışı onu Odlar Yurdu Universitetinin dekanı vəzifəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir. Elçin özünü Universitetin rektorunun ən yaxın adamı kimi təqdim edərək onların işində lazımi köməkliyi edəcəyini vəd vermiş və qızının imtahan kəsirlərini yazdırmaq üçün ondan 4000 manat məbləğində pul istəmişdir, o da, həmin pulu düzəldib 2016-cı ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxsla Universitetin qarşısında görüşərək özünə məxsus gümüşü rəngli “Toyota Prado” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda sayıb Elçinə təhvil vermişdir. Elçin həmin pulu təhvil aldıqdan sonra onu bir daha əmin etmişdir ki, narahat olmasın, qızının problemi həll olunacaq, lakin sonradan qızı Universiteti bitirib diplomunu almaq ərəfəsində, 2018-ci ilin yay aylarında qızı dövlət imtahanına buraxılmadıqda müəyyən olunmuşdur ki, Elçin onu aldadıb, qızının imtahan kəsirlərini yazdırmamış, sadəcə olaraq onları aldatmaq üçün öz vəzifə səlahiyyətlərindən istifadə edərək qızını növbəti imtahanlara buraxdırmış, amma pulunu alarkən ona vəd verdiyi kəsirlərin yazılması məsələsini həll etməmiş, bu səbəbdən qızının təhsili yarımçıq qalmış, hələ də diplomunu ala bilməmişdirlər. Bu barədə Elçinə bildirdikdə o, ilk vaxtlar hansısa anlaşılmazlığın olmasını bildirərək qısa müddətdə məsələyə aydınlıq gətirəcəyini vəd vermiş, lakin sonradan yenə də onu aldatmağa, müxtƏlif bəhanələr gətirməklə vaxt uzatmağa başlamış, sonra isə ümumiyyətlə ondan gizlənməyə, telefon zənglərinə cavab verməməyə, görüşlərinə gəlməməyə başlamışdır. Müəyyən olunmuşdur ki, Elçin fırıldaqçıdır, onun kimi çox vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmiş, hətta onunla tanış etdiyi qudası Zərərçəkmiş şəxs13 da aldadaraq 7000 manata “Xəzər Universiteti”-ndən işlədiyi “Odlar Yurdu Universiteti”-nə köçürdüyü gəlini Züleyxa Kərimlinin dərslərə getmədən birinci və ikinci kursları bitirərək qiymətlərini yazdırmaq vədi ilə ondan 2017-ci ilin yanvar-fevral ayları ərzində pul alıb verdiyi vədə əməl etmədən aldatmışdır, etdiyi dələduzluqlarına görə onu işdən də qovmuşdurlar. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 4000 manat məbləğində maddi ziyan dəymişdir. Elçinin özü ilə aralarında aparılmış telefon yazışmalarının əksləri var, hansılarda ki, Elçin özü də imtahan kəsirlərini yazdırmaq vədi ilə ondan pul almasını təsdiq etmişdir, lazım gələrsə o, həmin yazışmaların surətini və danışıqların səsyazmalarını da istintaq orqanına təqdim edə bilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 1990-cı il təvəllüdlü qızı Səidə Hüseynova 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirdikdən sonra 2014-cü ildə imtahan verərək Şamaxı rayonu Qonaqkənd kənd orta məktəbinə ixtisası üzrə biologiya müəllimi kimi işə qəbul olunmuşdur. Səidə evli, himayəsində bir azyaşlı uşağı olması, rayonda öz evlərinin olmaması, orada kirayə yaşadığı evin də şəraitsiz olması səbəbindən, iş yerini yaşadıqları Bakı şəhərinə dəyişmək istəmişlər. Bu məqsədlə hərəsi bir tərəfdən təhsil sistemində tanış axtararaq qızının iş yerinin Bakı şəhərinə dəyişdirilməsinə çalışmışlar. 2017-ci ilin sentyabr ayının əvvələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində Təhsil Nazirliyinin inzibati binasının yaxınlığındakı “Yaşıl Bağ” restoranında ümumi tanışlarının təşkil etdiyi məclislərdən birində bir nəfər özünü Təhsil Nazirliyində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edən, özünün də həmin dövürdə “Odlar Yurdu Universiteti”-ndə dekan vəzifəsində işləməsini bildirən Təqsirləndirilən şəxs adlı cavan oğlanla tanış olmuşdur. Məclis zamanı Elçinin təhsil sistemində özünün əlaqələri vasitəsi ilə gördüyü işlərdən çox inandırıcı danışdığını görmüş, müxtəlif vəzifəli şəxslərin adlarını çəkərək onlarla yaxın dost münasibətlərində olmasını söylədiyinə inanmış və qızı Səidənin məsələsi ilə bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Elçin qızının iş yerinin Bakı məktəblərindən birinə dəyişdirilməsi məsələsini heç bir problemsiz qısa müddətdə öz əlaqələri vasitəsi ilə həll edəcəyini ona vəd verərək öz telefon nömrələrini təqdim etmiş, müraciəti ilə bağlı daha konkret söhbət etmək üçün onu özünün xidməti kabinetinə dəvət etmişdir. Tanışlığlarından təxminən üç gün sonra o, Elçinlə zəngləşmiş, sonuncunun dəvəti ilə “Odlar Yurdu Universiteti”-ndəki xidməti kabinetinə getmişdir. Orada qızı Səidəyə aid diplomun, şəxsiyyət vəsiqəsinin, nigah haqqında şəhadətnamənin və digər sənədlərin surətlərini Elçinə təqdim etmişdir, bundan əlavə Elçin ondan qızının Təhsil Nazirliyinin elektron portalından çıxarılan məlumatlarını da istəmişdir, o sonradan həmin portal məlumatlarını qızından alaraq telefonla şəklini çəkmiş, Elçinin telefonuna göndərmişdir. Bundan sonra Elçin guya qızının məsələsi ilə məşğul olmağa başlamış, onu arxayın etmişdir ki, guya Təhsil Nazirliyindəki hansısa yüksək vəzifəli tanışları ilə qızının məsələsini artıq danışıb, məsələ müsbət həll olunacaq, bu iş üçün ondan əvvəl 15000 manat məbləğində pul istəmiş, o, bu qədər böyük məbləğə imkanı çatmayacağını dedikdə isə ona fikirləşmək üçün bir neçə gün vaxt vermiş, daha sonra özü zəng edib bildirmişdir ki, guya ona görə bir daha Nazirlikdəki dostlarına xahiş etmiş və işin həll olunması qiymətini 8000 manatadək endirmişdir, həmin puldan əlavə onun özünə də zəhmət haqqı kimi 1000 manat məbləğində pul verərsə qızının iş yerinin rayon məktəbindən Bakı şəhərindəki istənilən məktəbə dəyişdirilməsi məsələsini həll edə bilər. O, razılaşmışdır, 2017-ci ilin noyabr ayının təxminən əvvəllərində ümumilikdə 8000 manat məbləğində pul düzəldərək Elçin ilə özünün təyin etdiyi yerdə, yəni Təhsil Nazirliyinin inzibati binasının qarşısında görüşüb yaxınlığındakı məhlələrdən birinə keçərək pulu Elçinə vermişdir. Elçin həmin pulu ondan sayıb təhvil alaraq bildirmişdir ki, guya uzağı üç gün ərzində qızının Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 193 saylı orta məktəbə biologiya müəlliməsi təyin edilməsinə dair müvafiq əmr veriləcək. Lakin Elçinin vəd verdiyi vaxt tamam olduqda o, müxtəlif yalançı bəhanələrlə vaxt uzatmağa başlamış, gah demişdir ki, Təhsil Nazirliyində baş vermiş kadr dəyişiklikləri ilə bağlı işləri uzanır, gah demişdir ki, istədikləri məktəblərdə yer boşalmağını gözləyir, gah da ki, ümumiyyətlə həftələrlə telefon zənglərinə cavab verməyərək onunla ünsiyyətdən yayınırmış. Sonradan hətta Elçin onu aldadaraq inandırmışdır ki, qızı iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar Nazirlik tərəfindən keçirilən müvafiq qəbul imtahanlarına yazılaraq orada təqdim olunan siyahılarda göstərilən və müsabiqə az olan istənilən rayon məktəbini qeyd etsin, qorxusu yoxdur, təki imtahanlarda iştirak etsin, öz tanışları vasitəsi ilə qızını Bakı şəhərindəki məktəblərdən birinə yazdıracaq, lakin yenə də, onları aldatmış, onlar Elçinə inanaraq onun sözü ilə imtahanda qızını Saatlı rayonunun ucqar bir kənd məktəbinə yazdırmışlar, qızı elə həmin məktəbə də təyin olunmuş, şəraiti və vəziyyətləri daha da ağırlaşmışdır. Elçin isə onları aldatmaqda davam edərək bunun müvəqqəti olduğunu, tezliklə qızının istədiyi məktəbə dəyişiləcəyini vəd verirmiş. Həmin imtahanlar ərəfəsində, 2018-ci ilin təxminən aprel ayında Elçin ondan bu imtahanlar üçün, guya Nazirlikdə hansısa vəzifəli şəxslərə vermək adı ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində “Koperasiya Universiteti”-nin yaxınlığında əlavə 3300 manat məbləğində də pul almışdır, lakin yenə də onu aldadaraq onun üçün heç bir iş görməmişdir. Bundan sonra artıq o, verdiyi pulları geri qaytarmasını tələb etməyə başladıqda isə ondan qaçmağa başlamışdır, o da məcbur qalıb Elçin tərəfindən aldanmağı barədə Nərimanov rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Şikayət ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Müstəntiq tərəfindən aparılan araşdırma zamanı Elçin aldığı pulun bir hissəsini, 3300 manat məbləğində hissəsini hisə-hissə iki dəfəyə ona qaytarsa da qalan hissəsini hələ bu günədək də qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kimi digər bir Elbariz adlı vətəndaşı da aldadaraq eyni vədlə, yəni Təhsil Nazirliyi sahəsində olan problemini həll etmək vədi ilə pulunu ələ keçirmişdir. Aldığı pullardan cəmi 3300 manat məbləğində hissəsini qaytarmasını nəzərə alsa, Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 9000 manat məbləğində maddi ziyan dəymişdir. Aralarında baş vermiş hadisənin canlı şahidi olmasa da, onda Elçin ilə aralarında aparılmış telefon danışıqlarının səsyazmaları var, hansılarda ki, Elçinin özü də, qızı Səidənin iş yerini dəyişdirmək vədi ilə ondan pul almasını təsdiq edir, lazım gələrsə o, həmin səsyazmaları da istintaq orqanına təqdim edə bilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs16 göstərmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü X36 onun doğma qızıdır. 2015-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Odlar Yurdu Universitetinin Filologiya fakültəsinin ödənişli bölməsinə daxil olmuşdur, hər il onun təhsil haqqı kimi Universitetə 2800 manat məbləğində pul ödəmişdir. Qızının ikinci kurs təhsil haqqını da tam ödəmək üçün imkanı olmadığından 2017-ci ilin sonlarında o, Universitetin hesabına cəmi 1400 manat məbləğində pul ödəyə bilmişdir. Həmin kursun ikinci sesiyası başladıqda təhsil haqqında borclu qaldıqlarından 2018-ci ilin əvvəllərində qızını imtahanlara buraxmırmışlar, bu səbəbdən 2018-ci ilin yanvar ayının əvvəllərində Universitetinin rektoru Əhməd Vəliyevlə görüşmək, ondan əlavə vaxt almaq üçün “Odlar Yurdu Universiteti”-nə getmişşdir. Rektorun qəbuluna düşmək üçün Universitetin 2-ci mərtəbəsində qəbul otağında gözləyən zaman bir nəfər özünü Universitetinin Hazırlıq Fakültəsinin dekanı Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona yaxınlaşaraq rektorun qəbuluna düşmək istəməyinin səbəbini soruşmuşdur. O, Təqsirləndirilən şəxs öz problemi barədə danışaraq təhsil haqqını tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Elçin onu söhbət etmək üçün öz xidməti otağına aparmış, orada dinlədikdən sonra rektorun ən yaxın adamı olduğunu, müəyyən yaxın adamlarına təhsil haqqında güzəşt etdiklərini və bu işdə ona da köməklik edəcəyini bildirərək rektordan xahiş edib nəticəsi barədə ona məlumat vermək adı ilə onun mobil telefon nömrəsini almışdır. O, da artıq Elçinin Universitetdə vəzifəli şəxs olduğunu görmüş, dediklərinə inanaraq rektorun yanına girmədən çıxıb getmişdir. Təxminən bir həftə keçəndən sonra 2018-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı telefona özünün istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı telefonlarından biri ilə zəng vuraraq onun məsələsini rektorla danışdığını, müsbət həll etdiyini, qızının növbəti kurslar üçün illik təhsil haqqını 2800 manatdan 1400 manatadək endirdiyini bildirmiş, ondan ən yaxın müddətdə həmin pulu ona verməyini, əks halda rektorun fikrindən daşına biləcəyini qeyd etmişdir. Bu səbəbdən o, xalası Firuzəyə müraciət edərək ondan borca 1400 manat pul alıb, “Odlar Yurdu Universiteti”-nin inzibati binasında xidməti otağında Təqsirləndirilən şəxsla görüşmüş, onunla söhbət əsnasında pulun hazır olmasını, Universitetin xəzinəsinə (kassasına) ödəyəcəyini bildirdikdə Elçin ondan pulu kassaya yox, ona əlbəəl verməyini tələb etmişdir. Ondan bunun səbəbini soruşduqda, sonuncu ona pulu kassaya ödədiyi təqdirdə başqa tələbələrin bu barədə öyrənə biləcəklərini və onların haqlı narazılıqlarına səbəb olacağını bildirərək onu inandırmışdır ki, pulu onun özünə versin. O da Elçinə inandığından üzərində olan 1400 manat pulu elə otağındaca əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Elçin pulu aldıqdan sonra vəd vermişdir ki, bir neçə saatdan sonra təhsil haqqının ödənilməsinə dair ona rəsmi qəbzi təqdim edəcək. Həmin gün Təqsirləndirilən şəxs vədinə əməl etməyərək ona qəbzi təqdim etməmişdir, bu səbəbdən ertəsi gün o, Elçinə zəng vurmuş qəbzi tələb etmişdir, Elçin narahat olmamağını, yaxın müddətdə pulu ödəyib qəbzi verəcəyini vəd vermişdir. Bu minvanla aradan bir neçə ay keçmişdir, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq, ona verdiyi 1400 manat pulunu ələ keçirmiş, Universitetin hesabına köçürməmişdir. Onunla dəfələrlə telefon əlaqəsi yaradaraq pulunu geri qaytarmağı tələb etsə də Elçin müxtəlif bəhanələr gətirərək ondan almış olduğu pulu geri qaytarmamışdır. Sonradan onunla ümumiyyətlə əlaqəsini kəsmişdir, telefonlarına cavab verməmiş, ondan qaçmağa başlamışdır, arxasınca iş yerinə getdikdə isə məlum olmuşdur ki, Elçin onun kimi digər şəxsləri də aldatmış öz vəzifəsindən istifadə edərək vətəndaşların müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Ona görə də o, Elçindən şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 1400 manat məbləğində maddi ziyan dəymişdir. Elçinə pulu təklikdə versə də onda pulu almasının təsdiq edilməsinə dair telefon danışıqlarının səsyazmaları var, onları istintaq orqanına təqdim edə bilər, bundan başqa xalası Firuzə də ondan Elçinə vermək üçün borc almağını təsdiq edə bilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 1993-cü ildən doğma Füzuli rayonundan məcburi köçkün düşərək ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışlar. 2000-ci il təvəllüdlü qızı Leyli Əhmədalıyeva 2017-ci ildə Sumqayıt şəhəri 20 saylı orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün dövlət imtahanlarında iştirak etsə də həmin il qəbul ola bilməmişdir. Ona görə də həmin ildən başlayaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Odlar Yurdu” Universitetində təşkil olunmuş hazırlıq kurslarına gəlməyə başlamışdır. Həmin ərəfədə o, qızını kurslara aparıb-gətirdikdə “Odlar Yurdu” Universitetinin hazırlıq fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, aralarında münasibət yaranmışdır. Hazırlıq kurslarından sonra, 2018-ci ildə qızı bir daha qəbul imtahanlarında iştirak etsə də, yenə də 10 keçid balı çatmadığından ali məktəbə qəbul ola bilməmişdir. Bunu bilən Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, özünün TQDK-da işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə qızının çatışmayan keçid balını düzəltdirib asanlıqla özünün işlədiyi “Odlar Yurdu” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirə bilər. O, Elçinin həmin Universitetdə yüksək vəzifə tutmasına, orada yüksək nüfuza malik olduğuna aldanaraq ona inanmış və təklifi ilə razılaşmışdır. Elçin bu iş üçün ondan əvvəl 10000 manat məbləğində pul istəmişdir, o, məcburi köçkün olduğunu xatırladaraq bu məbləğdə pulunun olmadığını bildirdikdə isə Elçin guya ona hörmət edərək qızının problemini 8000 manata həll etməyə razılaşmışdır. Bu minvalla o, xx.xx.2018-ci il tarixdə günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı telefondan Təqsirləndirilən şəxs ona verdiyi ***-***-**-** və ya ***-***-**-** saylı telefonlarından birinə zəng vuraraq pulu hazırladığını bildirmişdir. Elçin onu ünvan 18-da yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yanına görüşə çağırmış, saat təxminən 17 radələrində o, əmisi oğlu Şahid1la birlikdə sonuncunun idarə etdiyi “Toyota Prado” markalı AZ **-ET-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili ilə həmin ünvana gələrək orada Elçinlə görüşmüşdür. Həmin görüşdə Elçin onları bir daha əmin etmişdir ki, guya qızının ali məktəbə qəbul olunması məsələsini artıq özünün TQDK-də olan yüksək vəzifəli tanışları ilə danışaraq müsbət həll edib, pullarını vermək lazımdır, pul verildikdən sonra sentyabr ayında başlayacaq növbəti dərs ilindən qızı Leyli artıq “Odlar Yurdu” Universitetinin tələbəsi kimi dərsə gedəcək. O, inanaraq həmin gün üzərində olan 5000 manat məbləğində pulu əmisi oğlu Fəridin yanında sonuncunun avtomobilinin salonunda sayıb Elçinə təhvil vermişdir, razılaşmışlar ki, pulun qalan 3000 manat məbləğində hissəsini də səhərisi gün düzəldib ona çatdıracaq. Səhərisi gün xx.xx.2018-ci il tarixdə Elçin ona zəng vurub pulun qalan hissəsini istədikdə o, Sumqayıt şəhərində olduğunu demiş, Elçin özünün onunla görüşmək üçün Sumqayıta gələcəyini bildirmiş və günorta saatlarında onunla Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Cavid” Ticarət Mərkəzinin qarşısında görüşərək həmin vaxt ora gəldiyi qara rəngli “Mersedes Benz” markalı “Vito” modelli avtomobilin qarşısında ondan pulun qalan hissəsini 3000 manatını da alıb yenə vəd vermişdir ki, yeni dərs ilindən qızı artıq ali məktəbə dərsə gedəcək. Bundan bir neçə gün sonra Elçin ona zəng vuraraq qızına aid sənədlərin surətlərini və fotoşəkillərini istəmişdir, o, da qızının şəxsiyyət vəsiqəsinin surətini və dörd ədəd 3x4 sm ölçüdə fotoşəkillərini Bakı şəhərinə gətirərək «Odlar Yurdu» Universitetinin yaxınlığında Elçinə vermişdir. Elçinin vəd verdiyi vaxt tamam olduqda ondan bir xəbər çıxmadığını görüb əlaqə saxlamağa başlamışdır, Elçin onu yenə də aldatmışdır ki, guya qızı kimi onların Universitetinə qəbul olmaq istəyən abituriyentlərin sayı çoxdur, guya TQDK-da onların hamısının sənədlərini toplayıb hamının əmri birlikdə verilməlidir, ona görə də, qızının məsələsi bir qədər ləngiyir. O, yenə də inanaraq gözləməyə başlamışdır. 2018-ci ilin sentyabr ayının təxminən 18-də Elçin ona zəng vuraraq bildirmişdir ki, məsələ artıq həll olunub, qızının sənədlərini TQDK-dan götürmək üçün ora gedir, ondan da xahiş etmişdir ki, təcili surətdə ora gələrək, ona 1100 manat məbləğində pul gətirsin, həmin pulun 1000 manatını qızının təhsil haqqı kimi Universitetin hesabına köçürəcək, 100 manatını da orada sənədləri hazırlayan qızlara şirinlik verəcək. O da, inanıb sevincək şəkildə teztələsik Sumqayıtdan Bakı şəhərinə Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən TQDK-ın inzibati binasının qarşısına gələrək orada günorta saatlarında Elçinlə görüşmüşdür, həmin vaxt ora gəldiyi, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Mersedes Benz” markalı “Vito” modelli avtomobilin salonunda 1100 manat məbləğində pulu Elçinə vermişdir. Elçin pulu sayıb təhvil aldıqdan sonra onu təbrik edərək bildirmişdir ki, guya artıq müvafiq əmr verilib və həmin əmrə əsasən qızı Leyli artıq “Odlar Yurdu Universiteti”-nin birinci kurs tələbəsidir. Sağollaşanda isə ona tapşırmışdır ki, xx.xx.2018-ci il tarixdə səhər tezdən qızını da götürüb Universitetə gəlsin, qızının tələbə biletini təqdim edərək dərsə buraxdıracaq. O da, Elçinə inanıb sevincək halda evə qayıdaraq qızını təbrik etmişdir, bunu eşidən qızı da səbirsizliklə ayın 20-ni gözləməyə başlamışdır ki, dərsə gedəcək. Belə ki, xx.xx.2018-ci il tarixdə səhər saatlarında qızını da götürüb «Odlar Yurdu» Universitetinin qarşısına gəlmişdir, orada Elçinə zəng vuraraq məlumat vermişdir, Elçin ona narahat olmamağını bildirərək gözləməyini tapşırmış, hər dəfə müxtəlif yalançı və məntiqsiz səbəblərlə saat 17:00-dək vaxtı uzatmış və yekunda telefonunu bağlayaraq ondan qaçmağa başlamışdır. Bir neçə gün ərzində Elçinlə əlaqə saxlaya bilməyib iş yerinə getdikdə isə məlum olmuşdur ki, Elçin onun kimi digər bir neçə nəfəri də aldadaraq pullarını ələ keçirdiyinə görə onu işdən qovublar. Bundan sonra artıq o, Elçindən şikayət etməyə başlamışdır, şikayəti əsasında Bakı şəhər BPİ-nin İTİ-də araşdırmaya başlanmışdır, Elçin təhqiqat orqanına dəvət olunmuşdur, ondan pul almasını etiraf edərək qısa müddətə aldığı pullarını geri qaytaracağına vəd versə də yenə də aldatmış, pullarını qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 9100 manat məbləğində maddi ziyan dəymişdir. O, birinci dəfə Elçinə 5000 manat məbləğində pul verərkən əmisi oğlu Şahid1 da yanlarında olmuşdur, hətta hər ehtimala qarşı öz mobil telefonu vasitəsi ilə həmin görüşün bir hissəsinin videoqeydiyyatını da aparıb, lazım gəlsə həmin görüntünü də istintaq orqanına təqdim edə bilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs11 göstərmişdir ki, 2016-cı ilin təxminən yaz aylarında qudası Zamirin nəvəsinin Naftalan şəhərində təşkil olunmuş kiçik toy məclisində Bakı şəhərindən gəlmiş qonaqların arasında özünü ona “Odlar Yurdu Universiteti”-nin məsul vəzifəli şəxsi kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elçin özünü çox səmimi, ünsiyyətçil, təhsil sahəsində geniş əlaqələrə malik bir şəxs kimi təqdim etmişdir. O, Elçinə o dərəcədə inanmışdır ki, hətta məclisdən sonra öz evinə qonaq da dəvət edib ailə üzvləri ilə tanış etmişdir. Söhbət əsnasında o, Elçinə həmin vaxt hərbi xidmətdə olan oğlu Vüsalın Ukraynada “Avropa Universiteti”-ni bitirməsini, diplomunu almasını, lakin həmin diplomu Azərbaycanda təsdiq etdirməkdə çətinlik çəkdiyini bildirərək bu işdə ondan məsləhət istəmişdir. Elçin onun üçün bu işi həll etməyin heç bir problem təşkil etmədiyini, özünün Təhsil Nazirliyindəki dostları və əlaqələri vasitəsi ilə asanlıqla oğlunun diplomunu təsdiqlədəcəyini vəd vermişdir. Bu minvalla Elçin elə həmin gün öz evində ondan oğlunun diplomunun və qiymət cədvƏlinin notarial qaydada təsdiq olunmuş surətlərini götürüb qısa müddətə işi müsbət həll edəcəyini bildirmişdir. Beləcə, onlar evlərində oturub Elçindən xəbər gözləməyə başlamışlar. Bir müddət keçdikdən sonra Elçin ona zəng vurub işi lazımi şəxslərlə danışıb razılaşdığını, lakin bu iş üçün müəyyən şəxslərə hörmət əlaməti olaraq müəyyən məbləğdə pul vermək lazım olduğunu bildirmişdir. O, məbləğlə maraqlandıqda ona 5-6 min manat pul demişdir. O, məbləğin çox olduğunu, bu qədər imkanı olmadığını bildirdikdə Elçin demişdir ki, heç olmazsa yaxşı bir bahalı hədiyyə alıb, guya Təhsil Nazirinə yeni təyin olunmuş müavinə vermək lazımdır. O, yenə də pulunun olmadığını bildirdikdə, Elçin təkidlə ondan pul tələb edərək, guya həmin günün axşamına hansısa bağda yeni təyin olunmuş nazir müavinin şərifinə məclis təşkil olunduğunu, həmin məclisə onun də dəvət olunduğunu, onun işi həll olunması üçün bundan gözəl fürsətin olmayacağını demişdir. O, yenə də pulunun olmadığını dedikdə Elçin yenə də əl çəkməyərək təklif etmişdir ki, guya işlədiyi Universitetin tələbələrinin təhsil haqları yığılıb onun avtomobilinin yük yerindədir, oğlunun diplomunun təsdiq olunması üçün hörmət etməyə razıdırsa, həmin puldan götürüb onun işi üçün verə bilər, sonra o, pul tapıb onun verdiyi pulu qaytarar. Yekunda Elçin onu sanki ovsunlayaraq razı sala bilmişdir və o, Elçinə oğlunun işi üçün 3000 manat pul verməsinə razılıq vermişdir. Təxminən beş gün sonra Elçin yenidən ona zəng vuraraq bildirmişdir ki, tələbələrin təhsil haqlarını təcili olaraq Nazirliyə çatdırmalıdır, tələb etmişdir ki, guya onun oğlunun diplomunun təsdiq olunması üçün tələbələrin təhsil haqlarının üzərindən götürdüyü 3000 manatı və oğlu Vüsalın şəxsiyyət vəsiqəsini təcili ona çatdırsın. O, da məcbur olub "xxxx"-ın Naftalan şəhərindəki filialından öz adına kredit götürüb xx.xx.2018-ci il tarixdə arvadı Lətifə Quliyeva ilə birlikdə Bakı şəhərinə gəlmişdir, saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən Bakı Baş Polis İdarəsinin inzibati binasının yaxınlığındakı “Azəriqaz” İB-nin binasının qarşısında Elçinlə görüşüb 1700 ABŞ dolları məbləğində pulu və oğlu Vüsaləyə məxsus şəxsiyyət vəsiqəsini Elçinə vermişdir, Elçin də pulu və sənədi ondan qəbul etdikdən sonra yaxın günlərdə məsələnin tam həll olunacağına vəd verib çıxıb getmişdir. Həmin vaxtdan Elçin hər dəfə müxtəlif yalançı bəhanələr gətirməklə vaxt uzatmağa başlamışdır, sonradan isə ümumiyyətlə ondan qaçıb gizlənmişdir, telefon zənglərinə cavab verməmişdir. O, da məcbur olub polisə şikayət vermişdir. Məlum olmuşdur ki, barəsində başqa dələduzluqlarına görə Nərimanov RPİ-də artıq cinayət işi açılıb, ona görə də onun da ərizəsi əsasında Xətai RPİ-də toplanmış material həmin cinayət işinə birləşdirilməsi üçün Nərimanov RPİ-nə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, aldığı puldan Elçin ona cəmi, elə pulunu aldığı gün üzərində pulunun qalmadığını bilib 50 manat məbləği də rayona geri qayıtmaq üçün yanacaq pulu vermişdir. Pulunun qalan 2840 manatını isə Elçin hələ bu günədək də ona qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı nəticəsində ona ümumilikdə 2840 manat məbləğində maddi ziyan dəymişdir. Göstərdiyi xüsusatları bu söhbətlərinin canlı iştirakçıları olmuş ailə üzvlərinin hamısı və onları Elçinlə tanış etmiş qudası Zamir təsdiq edə bilərlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs20 göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi ev 11 mənzil 289da qeydiyyatdadır, Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti ev 58 mənzil 12-də oğlu Kevin-Kamran ilə birlikdə yaşayır. Lakin oğlu Kamran Ukrayna Respublikasında təhsil aldığı üçün hazırda tək yaşayır. Özü "BTİM" təhsil müəssisəsində ingilis dili müəlliməsi vəzifəsində işləyir. Hazırda heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Bildirmişdir ki, onun oğlu Kevin-Kamran 2019-cu ildə orta məktəbi bitirmişdir. 2019-cu ildə Azərbaycan X51 və İdman Akademiyasına imtahan vermişdir, lakin qəbul ola bilməmişdir. Elə buna görə də o, oğlu Kevin-Kamranı 2020-ci ildə X51 və İdman Akademiyasına qəbul etdirmək istəyirmiş. Bu məqsədlə yaxınlarına və tanışlarına bu barədə demişdir. Elə buna görə də bu barədə onunla birlikdə 21 əsr "BTİM" təhsil müəssisəsində ibtidai sinif rəhbəri işləyən Şahid10 demişdir. Lalə isə ona demişdir ki, onun Anar adlı tanışı var, onun əli hər yerə çatır, o, sənə köməklik edə bilər. Lalə onun nömrəsini Anara vermişdir. Sonra isə Anar özü ona zəng eləmişdir. Təxminən 2020-ci ilinin iyul ayında Anarla görüşmək qərarına gəlmişlər. Belə ki, o, Şahid10, yaxın rəfiqəsi Turan xanım, sonradan şəxsiyyətləri ona məlum olan Anar Həsənov, Elşən və Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onların görüşləri Novxanı qəsəbəsində baş tutmuşdur. Orada Lalə ona demişdir ki, Elçin Anarın dostudur, həmin vaxt Elçin özü ona demişdir ki, o,Təhsil Nazirliyinin əməkdaşıdır. Belə ki, Şahid10 Təqsirləndirilən şəxs ona öz uzaq qohumu kimi təqdim etmiş və hazırda onun Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifəli şəxs olduğunu bildirmişdir. Bundan sonra Şahid10 ona təklif və təşəbbüs edərək bildirmişdir ki, «istəyirsənsə müəyyən pulun müqabilində Təqsirləndirilən şəxs sənin oğlu Kevin-Kamranı 2020-ci il üçün nəzərdə tutulan Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirsin. Həmin vaxtı onlar bir daha bu barədə ümumilikdə söhbət etmişlər. Anar Həsənov ona bildirmişdir ki, 3000 manat pulun müqabilində onun oğlu Kevin-Kamranı 2020-ci il üçün nəzərdə tutulan Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcək. Beləliklə də o, xx.xx.2020-ci il tarixdə Anar Həsənova məxsus mənzilində ona oğlu X21 Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı 3000 manat pul vermişdir. Belə ki, təxminən 18 iyul 2020-ci il tarixdə Anar onu öz yaşadığı evə dəvət etmişdir. O, isə yaxın rəfiqəsi olan Turanla birlikdə Binəqədi rayonu ərazisində, yəni “Mediluks” xəstəxanasının yanında yerləşən evinə getmişlər. Onun evinə gedəndə görmüşdür ki, iş yoldaşı Lalə, Anar, Elçin, Anarın yaxın qohumu olan Elşən oradadır. Turanı və onu həmin evə Anarın göndərdiyi Elşən adlı sürücü gəlib onları yaşadıqları evdən götürüb ora aparmışdır. Orada olan zaman Anar süfrə açmış, onlar orada yeyib spirtli içki qəbul etmişlər. 3000 manatı o, Anara verəndə hamı görmüşdür. Belə ki, hamı süfrə arxasında oturmuşdu. Bundan sonra onlar orada yeyib içmişlər, sonra Anar Həsənov onunla bir otağa keçmiş, rəfiqəsi Turan Elçinlə başqa otağa, Lalə isə Elçinlə bir otağa keçmişlər. O, orada Anarla öz razılığı ilə, yəni oğlu Kamranın işini düzəlməsi üçün Anarın təklifi ilə onunla cinsi əlaqədə olmuşdur. X27 aldığı 3000 manat pulun müqabilində oğlu Kevin-Kamranın işini düzəldə bilməmişdir. Daha sonra Anar Həsənov xx.xx.2020-ci il tarixdə oğlu Kevin-Kamranın işi ilə bağlı aldığı 3000 manat pulu ona qaytarmışdır. Elçin ona demişdir ki, Anar sənin oğlunun işini düzəldə bilməyəcək, sən Anardan pulunu istə, o, özü onun oğlunun işini düzəldəcək. O, Anardan pulu istədikdə Anar pulu ona qaytarmışdır. Anar pulu ona qaytaran günü Anarın evində olmuş, həmin vaxt Elçin də orada olmuşdur. O, Anarla cinsi əlaqədə olduqdan sonra pulu götürüb oradan çıxan zaman Elçin də onunla çıxmışdır. Onlar liftə olan zaman Elçin ona demişdir ki, «əgər sən mənimlə də cinsi əlaqədə olmasan, mən sənin oğlunun işini görməyəcəm». Elə buna görə də o, liftdə demişdir ki, «gəl mənimlə nə istəyirsən elə». Belə ki, o, oğlunun işinin düzəlməsi üçün nə lazımdırsa etmək qərarında olmuşdur. Çünki, həmin ərəfədə Lalə ona demişdir ki, onun qonşusu hərbiçidir, o, ona demişdir ki, tezliklə müharibə başlayacaq, əgər oğlun ali məktəbə qəbul olmasa onu da əsgərliyə aparacaqlar. O, isə bundan qorxduğundan və elə buna görə də Elçin ona nə demişsə onu da etmişdir. Liftdə o, Elçinə razılığını bildirən zaman Elçin onu Anarın yaşadığı evin damına qaldırmış, orada onunla Elçin cinsi əlaqədə olmuş. Anar pulu ona qaytarılmasını görə Elçin ona öz köməkliyini edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun ilə telefon əlaqəsi saxlayıb şəxsi və vəzifə imkanlarından istifadə edib oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəyi ilə bağlı ona vəd vermişdir. O, da Təqsirləndirilən şəxs Təhsil Nazirliyinin rəsmi əməkdaşı olmasına, yəni Elçin özü onlara internetdə öz məqaləsini göstərdiyi üçün ona inanaraq və ona etibar edərək həmçinin iş yoldaşı Şahid10 uzaq qohumu olmasına inanaraq xx.xx.2020-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi "Dəniz Qırağı" ünvanında adını xatırlamadığı restoranda Elçinlə görüşmüşlər. Belə ki, həmin gün o, işdə olan zaman Elçin ona zəng eləmiş və demişdir ki, oğlunun işi düzəlir, təcili gəl 12000 manatı gətir. O, isə ona demişdir ki, «mən işdəyəm, çıxa bilmirəm», lakin Elçinin təkidi ilə o, məcbur olub işdən icazə alıb taksı ilə Elçinlə görüşmək üçün Mərdəkan qəsəbəsinə getmişdir. Mərdəkan qəsəbəsində isə Elçinin sürücüsü olan Elşən onu götürmüş və həmin adını xatırlamadığı restorana getmişlər. Restoranda Elçin onu kamera olmayan yerə, yəni tualetin qarşısına aparmış və orada Elçin ondan 12000 manatı almışdır. Sonra isə onlar oturduqları masaya qayıtmışlar. Həmin vaxt isə sürücü Elşən yemək yeyirmiş. Bundan sonra onlar oradan durmuşlar və Elçin demişdir ki, oğlunun işi ilə əlaqədar kiməsə pul verməlidir. O, yolda avtomobili saxlatdırmış düşüb getmiş, aradan təxminən 30 dəqiqə sonra geri qayıtmış, sonra isə o, Elçinlə birlikdə Nərmanov rayonu ərazisində yerləşən “Lara” otelinə getmişlər. Orada Elçinlə cinsi əlaqədə olmuşlar. Həmin pulun davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində 3000 manat pulu əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Beləliklə də o, oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı ümumilikdə 15000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 15000 manat pulun verilməsi ilə bağlı nə onun nədə ki, Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «sənin oğlun Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə qəbulu kimi düzəlməsi maksimum 10 gün müddətində başa gələcəkdir». Bundan sonra o, Təqsirləndirilən şəxs ona dediyi 10 gün müddətini gözləmiş, lakin həmin müddət gəlib çatsa da Təqsirləndirilən şəxs ondan aldığı 15000 manat pulun müqabilində onun oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirməmişdir. O, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlasa da o, bu gün sabah düzələcəyini bildirib onu aldatmağa başlamışdır. Artıq o, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşmüş və bu barədə ona bildirdikdə ona qəti olaraq demişdir ki, «sən mənə heç bir məbləğdə pul verməmisən». Hazırda xahiş edir ki, Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin rəsmi əməkdaşı kimi ona təqdim etməklə oğlu Kevin-Kamranı Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə qəbulu kimi düzəlməsi adı ilə aldadıb aldığı 15000 manat pul ilə bağlı məsuliyyətə cəlb edəsin, həmçinin onu aldadıb aldığı 15000 manat pulun ona qaytarılsın. Təqsirləndirilən şəxs ondan ümumilikdə 15000 manat pul almışdır və həmin pulun alınması onun oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə qəbulu kimi düzəldəcəyi adı ilə olmuşdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs22 göstərmişdir ki, Qəbələ şəhəri 28 may küçəsi ev 13-də yaşayır. Şahid5 tanıyır, dostudur. Belə ki, onun həyat yoldaşı X4 rayon İmanlı kəndində məktəbdə müəllimə işləyir və o, həyat yoldaşını Qəbələ şəhərinin özündə hər hansı bir məktəbə müəllim kimi qanuni yolla düzəlməsini istəyirmiş. Bir dəfə o, tanışı Şahid5la söhbət edərkən sözgəlişi ona bu barədə demişdir, Samir də əgər Təhsil Nazirliyində hər hansı bir tanışı olarsa bunun qanuni yolunu öyrənib ona bildirəcəyini demişdir. 2021-ci ilin avqust ayı olardı, Samir onunla əlaqə saxlayıb ona bildirmişdir ki, Şamaxı rayonu Çuxuryurd kəndində oteldə bir nəfər şəxslə tanış olub, həmin şəxs ona deyib ki, Təhsil Nazirliyinin işçisidir, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə bilər və onun da həyat yoldaşının Qəbələ rayon İmanlı kəndindəki məktəbdən Qəbələ şəhərindəki hər hansı bir məktəbə müəllim kimi yerini dəyişmək niyyətləri barədə həmin şəxsə bildirib, həmin şəxs də bu işi düzəldə biləcəyini deyib və işin düzəlməsi üçün Təqsirləndirilən şəxs adlı həmin şəxs Samirə bu işi minimum 6500 manata düzəldə biləcəyini qeyd etmişdir. Samir həm də demişdir ki, Təqsirləndirilən şəxs adlı həmin şəxs bu işi qanuni formada həll edəcəyini deyib. O, da razılaşıb 2021-ci ilin sentyabr ayında Samirə 6500 manat pul göndərmişdir. Sonradan, Samir ona demişdir ki, o, Təqsirləndirilən şəxs hansısa bank kartı vasitəsi ilə həmin puldan 4000 manat pulu xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində göndərmiş, Təqsirləndirilən şəxs da ona, 21 sentyabr 2021-ci il tarixdə arvadı X14 Qəbələ şəhərində məktəbə müəllim düzəlməsi üçün əmr verilməli olduğunu demiş, lakin Təqsirləndirilən şəxs təkrarən puldan bir hissəsini də göndərməsini dediyi üçün xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində həmin puldan 1000 manat pulu da həmin kart vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş, razılaşmaya əsasən qalan 1500 manat pulu isə iş düzələndən sonra Samir Təqsirləndirilən şəxs verməli imiş, Təqsirləndirilən şəxs da əmrin 27 sentyabr 2021-ci il tarixədək veriləcəyini bildirmişdir. Lakin, həmin vaxtda da Təqsirləndirilən şəxs onları aldatdığını bilmişlər. Çünki, Samir sonra ona demişdir ki, Təqsirləndirilən şəxs təkcə onu deyil, qardaşı Sübhanı və digər başqa bir nəfər şəxsi də aldatmışdır. Buna görə də, Samir oktyabr ayında Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. O, Samirlə Elçinin danışıqları zamanı onların yanında birlikdə heç vaxtı olmamışdır. O, heç vaxtı Təqsirləndirilən şəxs tanımamış, onu görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid11 Həsən qızı bildirmişdir ki, o, Müdafiə Nazirliyinin hərbi hissəsində operator vəzifəsində işləyir. Etibarnamə əsasında bankın girovluğunda olan ** RO *** dövlət qeydiyyat nişanlı, “Hyundai İX35” markalı avtomobil almışdır. O, ilkin olaraq 10000 manat ödəmiş, avtomobilin banka texminən 15000 manat borcu qalmışdır. O, həmin pulu kredit cədvəlinə uyğun olaraq banka ödəməli idi. O, hər ay ödəməli olduğu pulun bir hissəsini banka ödədiyi üçün, onun banka gecikmələri olmuş, ona görə də əsas borcun üzərinə faiz gəlmişdir. O, ödənişləri edə bilmədiyi üçün, həmçinin anası Məhəbbət Yusifiovanın xəstəliyi ilə əlaqədar, həmin avtomobili satmaq istəmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobilin ilkin sahibi X32 adına olan etibarnaməni ləğv etdirərək, avtomobilə həbs qoydurmuşdur. Bundan başqa, o, bir-iki dəfə yol hərəkəti qaydalarını pozduğu üçün, ona cərimə yazılmışdır. 2019cu ilin iyun ayında idarə etdiyi “Hyundai İX35” markalı avtomobillə hərəkət edərkən, DYP əməkdaşı onun avtomobilini saxlamış və avtomobilin həbsi olduğu üçün avtomobili cərimə meydançasına aparmışdırlar. O, avtomobilinin cərimə meydançasından çıxarılması üçün tanışı Tofiq adlı şəxsə zəng etmiş və ona cərimə meydançasında olduğunu demiş və ondan köməklik etməsini istəmişdir. Təxminən yarım saat sonra Tofiq taksi ilə cərimə meydançasına gəlmişdir. Həmin vaxt adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs da Tofiqlə birlikdə gəlmişdir. Tofiq həmin şəxsi tanıdığını, Universitetdə dekan olduğunu demiş və onları tanış etmişdir. Sonra Təqsirləndirilən şəxs kiminləsə telefonla danışıb, ona mexsus avtomobili cərimə meydançasından çıxartmışdır. Sonra onlar üçü birlikdə gedib Nərimanov rayonu ərazisində kafedə oturub çay içmişlər. Söhbət vaxtı Təqsirləndirilən şəxs onun ali təhsilinin yarımçıq qalmasını bilmiş və ona kömək edəcəyini demiş və ondan mobil telefon nömrəmi istəmişdir. O, telefon nömrəsini ona vermiş və onun nömrəsini götürmüşdür. Sonralar onun Təqsirləndirilən şəxsla şəxsi münasibətləri yaranmışdır. İdarə etdiyi avtomobilin həbsi olduğu üçün, avtomobili tez-tez DYP əməkdaşları tərəfindən cərimə meydançasına salınırdı. Təqsirləndirilən şəxs hər dəfə avtomobili cərimə meydançasından çıxarırdı. Beləliklə də, onun Təqsirləndirilən şəxs inamı yaranmışdır. Təqsirləndirilən şəxs ona müəyyən pul müqabilində avtomobilinin bank məsələsini, həmçinin həbsinin götürülməsini söz vermişdir. Elçin 12000 manat müqabilində həmin avtomobilin cərimə və bank məsələsini həll edə biləcəyini, həmçinin avtomobili adına sənədləşdirə biləcəyini ona söz vermiş və ondan əvvəlcə 10000 manat, adına sənədləşən zaman isə 2000 manat pul istəmişdir. O, anası Zərərçəkmiş şəxs18 ilə məsləhətləşmiş və 10000 manat lombarddan götürüb, Elçinə vermələrinə razılaşmışlar. Həmin gün o, işdə olduğu üçün lombarda gedib pul götürə bilməmişdir. Anası Zərərçəkmiş şəxs18 ona məxsus qızıl-zinyət əşyalarını Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən lombarda qoyub, oradan 11000 manat pul götürmüşdür. Onlar əvvəlcədən Elçinlə lombarddan pul götürməkləri barədə danışmışlar. Sonra o, Elçinə zəng edib, pulu götürübgötürə bilmədiyini soruşmuşdur. Elçin ona anasının onun avtomobilində olduğunu və pulu götürdüyünü demişdir. Sonra anası Məhəbbət ona zəng edib, 10000 manat pulu Elçinə verdiyini demişdir. Həmin hadisədən təxminən bir aya yaxın vaxt keçsə də, Elçin onun avtomobilinin problemini həll etməmişdir. O, və anası Məhəbbət dəfələrlə Elçinə zəng edib, ondan aldığı 10000 manatın qarşılığında vəd etdiyi kimi avtomobilin bank və cərimə məsələsini həll etməsini tələb etsələr də, Elçin müxtəlif bəhanələr gətirərək, problemi həll etməmiş və ya onlardan aldığı 10000 manat pulu geri qaytarmamışdır. Bundan başqa, anası Elçinə pul verməmişdən təxminən iki gün əvvəl Elçin avtomobilin bank və cərimə məsələsini həll etmək üçün ondan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini almışdır və sonuncu həmin sənədləri də geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid8 göstərmişdir ki, Zərərçəkmiş şəxs19 onun qohumudur. O, əvvəllər onun yanında sürücü kimi işləmişdir. Familin oğlu İlham Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində təhsil almışdır. 2019-cu ilinin yay aylarında Bakı şəhərində yerləşən restoranda o, və Zərərçəkmiş şəxs19 oturub yemək yeyən zaman, bir nəfər şəxsin yan masada tək oturduğunu və telefonla danışdığını görmüşlər. Həmin şəxs telefonda müəllimlərdən, valideynlərdən və şagirdlərdən danışırdı. O, telefonla danışdıqdan sonra, onu Zərərçəkmiş şəxs19 onlar oturduqları masaya dəvət etmişdir. Həmin vaxt o, bildirmişdir ki, onun adı Elçindir, İnşaat Universitetində rektor müavinidir. Onlar söhbət etdikdən sonra, Famil ona demişdir ki, oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində təhsil alır, onun imtahanlarında kəsiri var. Elçin adlı şəxs isə, bildirmişdir ki, “problem deyil, təhsil sistemində onun görə bilmədiyi iş yoxdur”. Famil və o, Elçinin həqiqətən də təhsil sistemindən başı çıxdığını, çox adamları tanıdığını görüb, ona inanmışlar. Elçin onların yanında telefonla zəng edərək, adı yadında qalmayan Azərbaycan Dövlət İqtisad Universitetinin rektor müavini ilə telefonla danışmışdır. Familin oğlu İlhamın imtahan kəsrini həll edib-edə bilməyəcəyini soruşmuş, sonra isə Familə demişdir ki, «rektor müavini ilə danışdım, oğlun İlhamın imtahan kəsrlərini həll edəcəm, sabah gedib onunla görüşmək lazımdır». Famil onunla razılaşmışdır ki, oğlu İlhamın imtahan kəsirlərini həll etməsi üçün 2000 manat pul versin. Bundan sonra, X23rşısında Elçinlə görüşmüşlər və 2000 manat pulu Famil onun yanında Elçinə vermişdir. Bundan təxminən bir ay sonra, Famil işlə əlaqədar Quba rayonunda olan zaman, Elçin Familə zəng eləmiş və demişdir ki, oğlu İlhamın imtahan kəsirlərinin həll edilməsi üçün əlavə olaraq 10000 manat lazımdır, nəsə işin həll edilməsində çətinlik var. Famil onunla razılaşmış və ona 2019-cu ilin avqust ayında 10000 manat pulu göndərmişdir ki, aparsın Elçinə versin. O, elə həmin gün Elçinlə Bakıda “Şəki” restoranının yaxınlığında görüşüb, 10000 manat pulu sonuncuya vermişdir. Beləliklə, Elçin Famildən Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi fakültəsində təhsil alan oğlu İlhamın imtahan kəsirlərini həll etmək adı ilə, vəd verib ondan 12000 manat pul almış, lakin verdiyi vədə əməl etməyib, onu aldadaraq, pulunu ələ keçirmişdir. Bundan sonra, o və Famil dəflərlə Elçinlə danışmışlar və sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Sonra isə o ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Ağsu rayon sakini Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından tanıyır. Onunla Şamaxı rayonu ərazisində tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə Şamaxı rayonu Çuxuryurd kəndində söhbət etdiyikləri vaxt, sonuncu ona demişdir ki, Təhsil Nazirliyinin işçisidir, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə bilər. Dostu Zərərçəkmiş şəxs22 ona demişdir ki, həyat yoldaşı X4 şəhər İmanlı kəndində məktəbdə müəllim işləyir və həyat yoldaşını Qəbələ şəhərinin özündə hər hansı bir məktəbə müəllim düzəlməsi üçün çalışır. O, Təqsirləndirilən şəxs bu barədə danışmışdır. Təqsirləndirilən şəxs da ona demişdir ki, bu işi düzəltmək onun üçün asandır, 7000 manat pula bu işi düzəldə bilər. O, da Təqsirləndirilən şəxs ilə danışıb bir qədər aşağı qiymətə bu işi həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da bu işi minimum 6500 manata düzəldə biləcəyini qeyd etmişdir. Buna görə də o, bu barədə dostu Zərərçəkmiş şəxs22 danışmış, sonuncu da razılaşıb, 2021-ci ilin sentyabr ayında ona 6500 manat pul göndərmişdir. O, da Təqsirləndirilən şəxs ilə danışıb ona pulu necə çatdıra biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona "xxxx" ASC-yə aid olan kartını onun telefonuna göndərmişdir. O, əvvvəlcə 4000 manat pulu Şamaxı şəhərində olan ödəniş terminalı vasitəsi ilə Elçinin kartına göndərmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, X14 Qəbələ şəhərində məktəbə müəllim düzəlməsi üçün əmr verilməlidir. Lakin, onun dediyi vaxtı əmr verilmədi. Təqsirləndirilən şəxsla əlaqə saxlayanda, əlavə 1000 manat da göndərməyini demişdir. O, da Vasifin ona göndərdiyi puldan 1000 manat pulu da həmin karta göndərmişdir. Razılaşmalarına əsasən, qalan 1500 manat pulu isə iş düzələndən sonra, verməli idi. Lakin, bir müddət gözləsə də, Təqsirləndirilən şəxs pulu qaytarmadığını və onu də aldatdığını başa düşmüşdür. Bundan sonra Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə digər şahidlər Şahid1, Şahid2, Şahid6, Şahid10, Şahid9, Şahid7, Şahid12, Şahid13, Şahid4 və Şahid3 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğludur. 1993-jü ildən doğma Füzuli rayonundan məjburi köçkün düşərək, ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. Əhmədalının 2000-ji il təvəllüdlü qızı Leyli Əhmədalıyeva 2017-ji ildə Sumqayıt şəhəri 20 saylı orta məktəbi bitirdikdən sonra, ali məktəbə qəbul olmaq üçün dövlət imtahanlarında iştirak etsə də həmin il qəbul oluna bilməmişdir. Ona görə də həmin ildən başlayaraq, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Odlar Yurdu” Universitetində təşkil olunmuş hazırlıq kurslarına gəlməyə başlamışdır. Həmin ərəfədə Əhmədalı qızını kurslara aparıb-gətirdikdə “Odlar Yurdu” Universitetinin hazırlıq fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, aralarında münasibət yaranmışdır. Hazırlıq kurslarından sonra 2018-ji ildə qızı bir daha qəbul imtahanlarında iştirak etsə də yenə də 10 keçid balı çatmadığından ali məktəbə qəbul ola bilməmişdir. Bunu bilən Təqsirləndirilən şəxs Əhmədalıya təklif etmişdir ki, özünün X66 Komissiyasında işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə onun qızının çatışmayan keçid balını düzəltdirib asanlıqla özünün işlədiyi “Odlar Yurdu” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirə bilər. Əhmədalı Elçinin həmin Universitetdə yüksək vəzifə tutmasına, orada yüksək nüfuza malik olduğuna aldanaraq inanmış və təklifi ilə razılaşmışdır. Elçin bu iş üçün Əhmədalıdan əvvəl 10000 manat məbləğində pul istəmiş, Əhmədalı məjburi köçkün olduğunu xatırladaraq bu məbləğdə pulunun olmadığını bildirdikdə isə guya ona hörmət edərək qızının problemini 8000 manata həll etməyə razılaşmışdır. Bu minvalla Əhmədalı xx.xx.2018-ji il tarixdə günorta saatlarında onun yanında Təqsirləndirilən şəxs zəng vuraraq pulu hazırladığını bildirmiş. Elçin onları ünvan 18 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yanına görüşə çağırmışdır. Saat təxminən 17 radələrində onlar birlikdə onun idarə etdiyi “Toyota Prado” markalı AZ ** ET *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə həmin ünvana gələrək orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin görüşdə Təqsirləndirilən şəxs onları bir daha əmin etmişdir ki, guya Leylinin ali məktəbə qəbul olunması məsələsini artıq özünün TQDK-də olan yüksək vəzifəli tanışları ilə danışaraq müsbət həll edib, pullarını vermək lazımdır, pul verildikdən sonra sentyabr ayında başlayajaq növbəti dərs ilindən Leyli artıq “Odlar Yurdu” Universitetinin tələbəsi kimi dərsə gedəjək. Həmin görüşlərinin bir hissəsini o, hətta öz mobil telefonu vasitəsi ilə videoya da çəkmişdir, lazım gələrsə həmin videogörüntünü təqdim də edə bilər. Əhmədalı Elçinə inanaraq həmin gün üzərində olan 5000 manat məbləğində pulu onun yanında, onun avtomobilinin salonunda sayıb Elçinə təhvil vermiş, razılaşmışlar ki, pulun qalan 3000 manat məbləğində hissəsini də Əhmədalı səhərisi gün düzəldib Elçinə çatdırajaq. Sonradan da Əhmədalıdan eşitmişdir ki, həmin görüşlərinin səhərisi gün, yəni xx.xx.2018-ji il tarixdə Elçin Əhmədalıya zəng vurub pulun qalan hissəsini istədikdə Əhmədalı Sumqayıt şəhərində olduğunu demiş, Elçin özü günorta saatlarında Sumqayıt şəhərinə gələrək 2-ji mikrorayon ərazisində yerləşən “Cavid” Tijarət Mərkəzinin qarşısında Əhmədalı ilə görüşərək ondan pulun qalan 3000 manat məbləğində hissəsini də almış və yenə də vəd vermişdir ki, yeni dərs ilindən qızı artıq ali məktəbə dərsə gedəjək. Bundan təxminən bir neçə gün sonra Elçin Əhmədalıya zəng vuraraq, qızına aid sənədlərin surətlərini və fotoşəkillərini istəmiş, Əhmədalı da qızının şəxsiyyət vəsiqəsinin surətini və dörd ədəd 3x4 sm ölçüdə fotoşəkillərini Bakı şəhərinə gətirərək «Odlar Yurdu» Universitetinin yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Elçinin vəd verdiyi vaxt tamam olduqda ondan bir xəbər çıxmadığını görüb Əhmədalı onunla əlaqə saxlamağa başlamış, Elçin onu yenə də aldatmışdır ki, guya qızı kimi onların Universitetinə qəbul olmaq istəyən abituriyentlərin sayı çoxdur, guya TQDK-da onların hamısının sənədlərini toplayıb hamının əmri birlikdə verilməlidir, ona görə də Leylinin məsələsi bir qədər ləngiyir. Əhmədalı yenə də ona inanaraq gözləməyə başlamış, 2018-ji ilin sentyabr ayının təxminən 18-də Elçin ona zəng vuraraq bildirmişdir ki, məsələ artıq həll olunub, qızının sənədlərini TQDK-dan götürmək üçün ora gedir, Əhmədalıdan da xahiş etmişdir ki, təjili surətdə ora gələrək, ona 1100 manat məbləğində pul gətirsin, həmin pulun guya 1000 manatını qızının təhsil haqqı kimi Universitetin hesabına köçürəjək, 100 manatını da orada sənədləri hazırlayan qızlara şirinlik verəjək. Əhmədalı da ona inanıb sevinjək şəkildə tez-tələsik Sumqayıtdan Bakı şəhərinə Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən TQDK-nın inzibati binasının qarşısına gələrək orada günorta saatlarında Elçinlə görüşmüş, həmin vaxt Elçinin ora gəldiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Mersedes Benz” markalı “Vito” modelli avtomobilin salonunda 1100 manat məbləğində pulu Elçinə vermiş, Elçin pulu sayıb təhvil aldıqdan sonra onu təbrik edərək bildirmişdir ki, guya artıq müvafiq əmr verilib və həmin əmrə əsasən qızı Leyli artıq “Odlar Yurdu” Universitetinin birinji kurs tələbəsidir. Sağollaşanda isə Əhmədalıya tapşırmışdır ki, xx.xx.2018-ji il tarixdə səhər tezdən qızını da götürüb Universitetə gəlsin, qızının tələbə biletini təqdim edərək dərsə buraxdırajaq. Əhmədalı da ona inanıb sevinjək halda evə qayıdaraq qızını təbrik etmiş, uşaq da səbirsizliklə ayın 20ni gözləməyə başlamışdır ki, dərsə gedəjək. xx.xx.2018-ji il tarixdə səhər saatlarında Əhmədalı qızını da götürüb «Odlar Yurdu» Universitetinin qarşısına gəlmiş, orada Elçinə zəng vuraraq məlumat vermiş, Elçin narahat olmamağını bildirərək gözləməyini tapşırmış, hər dəfə müxtəlif yalançı və məntiqsiz səbəblərlə saat 17:00-dək vaxtı uzatmış və yekunda telefonunu bağlayaraq Əhmədalıdan qaçmağa başlamışdır. Bir neçə gün ərzində Elçinlə əlaqə saxlaya bilməyib iş yerinə getdikdə isə məlum olmuşdur ki, Elçin Əhmədalı kimi digər bir neçə nəfəri də aldadaraq pullarını ələ keçirdiyinə görə onu işdən qovublar. Bundan sonra artıq Əhmədalı Elçindən şikayət etməyə başlamış, şikayəti əsasında Bakı şəhər BPİ-nin İTİ-də araşdırmaya başlanmış, Elçin təhqiqat orqanına dəvət olunmuş, Əhmədalıdan pul almasını etiraf edərək qısa müddətə aldığı pulları geri qaytarajağına vəd versə də, yenə də aldatmış, pullarını qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qonşusudur, əvvəllər Elmlər Akademiyasında işlədiyi üçün 2017-ci ilin yaz aylarında onunla növbəti söhbətlərindən birində o, Elbarizə bacısı oğlu Zərərçəkmiş şəxs15 Dillər Universitetində tələbə olmasını, lakin oxuduğu müddətdə ətrafdan pis uşaqlara qoşulduğundan səhlənkarlıq edərək oxumamasını, nəticədə təhsil aldığı müddətdə 18 imtahan kəsirlərinin yığıldığından diplomunu ala bilmədiyini bildirmişdir. Elbariz demişdir ki, onun bir nəfər Təqsirləndirilən şəxs adlı təhsil sistemində geniş əlaqələrə malik tanışı var, həmin şəxslə bacısı oğlunun məsələsini müzakirə edib çalışasaq ki, ona köməklik etsin. Bir neçə gündən sonra Elbariz bildirmişdir ki, bacısı oğlunun məsələsini Təqsirləndirilən şəxsla danışıb razılığını alıb, Elçin vəd verib ki, 11000 manat məbləğində pulun əvəzində Hüseynin problemini müsbət həll edəcək. O, Hüseynin valideynlərini evinə dəvət edib Elbarizlə görüşdürmüşdür ki, özləri söhbət etsinlər, razılaşmışlar ki, pulun bütün məbləğini birdən verə bilməyəcək, ilk olaraq 5000 manatını, bir müddət sonra isə qalan hissəsini verəcəklər, Elbariz bu barədə Elçinlə danışıb razılığını almışdır. Bir neçə gün sonra o, Hüseyngilin ona verdikləri 5000 manat məbləğində pulu məhəllədə Elbarizə vermişdir ki, aparıb Elçinə çatdırsın, Elbariz də həmin pulu və imtahan kəsirləri olan Zərərçəkmiş şəxs15 adı, təhsil aldığı 2011-2015-ci təhsil illəri və “Regionşünaslıq və Beynəlxalq münasibətlər” fakültəsi qeyd olunan kağız parçasını Elçinə aparıb təhvil vermişdir. Təxminən 15 gün sonra o, bacısı oğlunun işinə görə Elbarizə əlavə 4000 manat da pul vermişdir, Elbariz həmin pulu da aparıb Elçinə çatdırmışdır. Lakin Elçinin vəd verdiyi müddət, yəni xx.xx.2017-ci il tarix tamam olduqda Elbariz vasitəsi ilə bildirmişdir ki, guya Təhsil Nazirliyində və Xarici Dillər Universitetində baş vermiş hansısa struktur dəyişikləri ilə əlaqədar məsələnin həlli sentyar-oktyabr aylarınadək uzanır, lakin buna baxmayaraq pulun qalan hissəsini o vaxtadək çatdırmalıdırlar ki, vaxt tamam olduqda artıq başqa problemlər otaya çıxmasın. Onlar yenə də, inanaraq gözləməyə başlamışlar. Bu müddət ərzində 2017-ci ilin təxminən iyul ayının sonları, avqust ayının əvvəllərində o, Elbarizə pulun qalıq qalan 2000 manat məbləğində hissəsini də, ödəyib qurtarmışdır. Elçin həmin pulu da Elbarizdən təhvil alıb yenə də arxayın etmişdir ki, uzağı oktyabr ayına məsələni müsbət həll edəcək və uşağın diplomunu verdirəcək. Sonradan Elbariz zəng vurub ona bildirmişdir ki, Elçin işin həlli üçün əlavə 1000 manat məbləğində də pul tələb edir, o, Elbarizə bildirmişdir ki, iş tam həll olunmamış o, bacısıgilən yenidən pul istəyə bilməz, onlar artıq bu işin həll olunacağına inamırlar, ona görə də nə ki, əlavə pul verməzlər, hələ verdikləri pulu geri tələb edirlər, Elbarizlə məsələhət etmişlər ki, Elçinin əlavə tələb etdiyi 1000 manat pulu Elbariz özündən versin, iş müsbət həll olunduqdan sonra o, bacısıgildən həmin pulu alıb Elbarizə verər. Lakin Elçinin vəd verdiyi müddətlərin hamısının tamam olmasına baxmayaraq vəd verdiyi işi həll etmədi, hər dəfə müxtəlif yalançı bəhanələr gətirərək işi həll edəcəyinə inandırmağa çalışırmış. Sonradan məlum olmuşdur ki, Elçin Elbarizdən onların pulundan əlavə başqa bir tələbəyə kömək etmək vədi ilə əlavə pul alaraq aldadıb. Elbariz aldadıldığını hiss edib pullarını Elçindən geri qaytarmasını tələb etdikdə Elçin pulları bu gün-sabah qaytaracağını vəd verməklə, yenə də vaxt uzatmağa başlamış və hələ bu günədək də onların pullarını qaytarmamışdır. Ona görə də, Elbariz ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona 7000 manat borcu qaldığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 göstərmişdir ki, Sabirabad rayonu M.H.Şəhriyar küçəsi döngə 1, ev 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozunda yaşayır. İşin mahiyyəti faktla bağlı üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs21 əmisi nəvəsi İlqar Qarayevin vasitəsi ilə uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. İlqar və Vüqar əvvəllər birlikdə taekvondo idman növü ilə məşğul olmuşlar, bu günədək çox yaxşı münasibətləri olmuşdur. Vüqar öz oğlu Allahverdi Şirinovun təhsil aldığı X3mış kəsr imtahanlarının həll edilərək diplom alması üçün İlqarla məsləhətləşmiş, sonuncu da bu məsələ ilə bağlı tanıdığı Elçin adlı şəxsə müraciət etmişdir. Təqsirləndirilən şəxs özünün Təhsil Nazirliyində çalışdığını deyərək vəzifəli şəxslərlə əlaqələrinin hesabına bir çox məsələləri həll edə bildiyinə onları inandırmışdır. 2021-ci ilin may ayında Vüqar İlqarın vasitəsi ilə Elçinlə danışmış, sonuncu Vüqarın oğlu Allahverdi X1mış kəsr imtahanlarının həll edilərək diplom alması məsələsinin həll edilməsi müqabilində ondan 4000 manat pul tələb etmişdir. Vüqar həmin vaxt Saatlı rayonunda olduğundan, İlqarın məsləhəti ilə ona müraciət edərək bildirmişdir ki, Elçinə verməli olduğu 4000 manat pulu ona rayondan taksi sürücüsü vasitəsi ilə göndərir. 2021-ci il may ayının əvvəlində o, xatırlamadığı “Mercedes” markalı taksi sürücüsü ilə Bakı şəhəri “Koroğlu” metrostansiyası yaxınlığında “ASAN” xidmətin qarşısında görüşərək, ondan 4000 manat pulu götürmüşdür. Həmin gün, Vüqardan Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini alaraq, Elçinə zəng edib əlaqə saxlamış, Təqsirləndirilən şəxsla Nəsimi rayonunda yerləşən “Koala park”ın yanında görüşərək küçədə pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs 4000 manat pulu sayıb götürərək tezliklə Allahverdi Şirinovun məsələsini həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs telefonla Zərərçəkmiş şəxs21la zəng edərək pulu aldığını bildirmişdir. O, özü də Elçindən ayrılandan sonra Vüqara zəng edib pulu ona verdiyini demişdir. Lakin, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və Vüqarın pulunu dələduzluqla ələ keçirmişdir. İlqar, Vüqar və o, da dəfələrlə Təqsirləndirilən şəxsla danışaraq işin nə yerdə olduğunu, Allahverdinin kəsrlərinin qaldığını, hərbi xidmətə gedəcəyini desələr də, xeyri olmamışdır və Elçin pulu qaytarmamışdır. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs digər şəxslərə qarşı da dələduzluq etdiyinə görə məhkumluğu olmuşdur. Təqsirləndirilən şəxs 4000 manat pulu verərkən həmin vaxtı yanlarında heç kim olmamışdır. Elçin tək halda gəlmişdir, o,da tək halda olmuşdur. O, Təqsirləndirilən şəxsla 2021-ci il tarixdə may ayının əvvəllərində özünün həmin vaxtı ***-***-**-** və ***-***-**-** saylı nömrələrindən biri ilə əlaqə saxlamışdır. ***-***-**-** saylı nömrəni istifadə etmədiyinə görə bağlanmışdır. O, Elçinin ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid10 göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 7 mkr S.S.Axundov küçəsi İB ev 1-də qeydiyyatdadır, Abşeron rayonu Masazır qəsəbəsi Qurutuluş 93 Yaşayış Kompleksi ev 10B mənzil 13-də 14 yaşlı oğlu X10, 19 yaşlı qızı X37 və 21 yaşlı qızı X38 ilə birlikdə yaşayır. Özü 21-ci Əsr BTİM təhsil müəssəsində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Bildirmişdir ki, 2016-cı il tarixdən ünvan 20 ünvanında yerləşən 21 əsr BTİM təhsil müəssisəsində ibtidai sinif rəhbəri vəzifəsində işləyir. İşlədiyi müddətdə ingilis dili müəlliməsi işləyən Zərərçəkmiş şəxs20 ilə tanış olmuşdur. Həmin müddətdən Səbinə xanım ilə yaxın rəfiqəlik münasibətləri yaranmışdır. Bununla yanaşı olaraq bildirmişdir ki, o, Anar Həsənovu 2016-cı il tarixdən tanıyır. Belə ki, o, həmin vaxtlarda Bakı şəhər Baş Polis İdarəsində polis zabiti olaraq fəaliyyət göstərirdi. Həmin ərəfələrdə onun “NBC” bankda problemli pul kredit məsələsi olmuşdur. Anar Həsənov da ona problemli pul kredit məsələsinin düzəlməyində öz köməkliyini göstərmişdir. Bundan sonra onun Anar Həsənov ilə münasibətləri yaranmağa başlamışdır. 2020-ci il tarixdə Anar Həsənov ona sosial şəbəkədə yazaraq, kef-əhvalını soruşmuş və onun hazırda nə işlə məşğul olduğunu soruşmuşdur. O, isə ona bildirmişdir ki, hazırda Yasamal rayonu, N.ünvan 21 ünvanında yerləşən 21 əsr "BTİM" təhsil müəssisəsində ibtidai sinif rəhbəri vəzifəsində işləyir. Anar Həsənov ona bildirmişdir ki, ona uşağının ingilis dilindən hazırılığı üçün yaxşı ingilis dili müəlliməsi lazımdır. O, da Anar Həsənova iş yoldaşı Zərərçəkmiş şəxs20 məsləhət görmüşdür. Bundan sonra Anar Həsənov ilə Zərərçəkmiş şəxs20 görüşməsi üçün birbirlərinin telefon nömrələrini qarşılıqlı onlara vermişdir. Daha sonra onlar ətraflı şöhbət etmək üçün Novxanıda olan “Maybiç” restoranında görüşmüşlər. Həmin vaxtı restorana getmək üçün Anar Həsənov ilə Zərərçəkmiş şəxs20 onu yaşadığı ünvan 22 ünvanından götürdülər. Həmin vaxt nəqliyyat vasitəsini idarə edən sürücü Elşən Hümbətov olmuşdur. Bundan sonra onlar üçü birlikdə “Maybiç” restorana gəlmişlər. Həmin restorana sonradan şəxsiyyətləri ona məlum olan Təqsirləndirilən şəxs, Anar Həsənovun qohumu olan, Elşən, Səbinənin yaxın rəfiqəsi Turana xanım da gəlmişdir. Beləliklə də onlar birlikdə yeyib-içib əylənməyə başlamışlar. Söhbət əsnasında Zərərçəkmiş şəxs20 bildirmişdir ki, onun oğlu Quluzadə Kevin-Kamranın yaxın günlərdə 18 yaşı tamam olub. Hazırda yaxın günlərdə oğlu Kevin-Kamranı həqiqi hərbi xidmətə aparacaqlar. Bu minvalla da müəyyən pulun müqabilində oğlu Quluzadə Kevin-Kamranın Azərbaycan Respublikasında istənilən ali məktəblərə qəbul edilməsində köməklik edilsin. Bundan sonra Anar Həsənov və Təqsirləndirilən şəxs bir ağıza bildirmişər ki, Quluzadə Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirəcəklərində öz köməkliklərini edəcəklər. Bundan sonra Anar Həsənov, sürücü Elşən ilə birlikdə Turana və Səbinə xanımı yaşadığı mənzilə aparmışdır. Daha sonra isə sürücü Elşən ilə qayıdaraq onu, qohumu Elşəni və Təqsirləndirilən şəxs götürüb yaşadıqları mənzilə aparmışdır.xx.xx.2020-ci il tarixdə sürücü Elşən Hümbətov yaşadığı mənzildən onu götürüb birlikdə gedib, Zərərçəkmiş şəxs20 və onun yaxın rəfiqəsi Turanə xanımı yaşadığı mənzildən götürüb Anar Həsənovun yaşadığı, yəni Gənclik metrosu yaxınlığında olan mənzilə getmişlər. Həmin mənzilə getməkdə məqsədləri Zərərçəkmiş şəxs20 oğlu Kevin- Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirilməsi ilə bağlı 3000 manat pulun Anar Həsənova verilməsi ilə bağlı olmuşdur. Həmin mənzildə Təqsirləndirilən şəxs, Anar Həsənov, qohumu Elşən olmuşdur. Beləliklə də onlar mənzilə daxil odluqda görmüşlər ki, stol açılıb araq, çaxır, pivə və sair içkilər var. Bundan sonra onlar birlikdə yeyib içməyə başlamışlar. Həmin ərəfədə Zərərçəkmiş şəxs20 oğlunun tələbə olaraq qəbul edilməsi ilə bağlı Anar Həsənovaya 3000 manat pul vermişdir. Beləliklə də onlar hamısı yeyib içmişlər. Həmin vaxtı Elşən ona əl qol atmağa başlamış və onunla cinsi münasibətdə olmaq istəmişdir, lakin o, öz etirazını bildirmişdir. Lakin o, da kefli olduğundan Səbinə və Turanənin kimin ilə cinsi münasibətdə olduğunu bilməmişdir. Bir neçə saatdan sonra sürücü Elşən onu, Səbinəni və Turanəni yaşadıqları mənzilə aparmışdır.xx.xx.2020-ci il tarixdə Anar Həsənovun qohumu Elşən ona telefon zəngi edib bildirmişdir ki, Anar Həsənov bu işi 3000 manat pula düzəldə bilmiyəcək, həmin işlə bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir ki, ona köməklik etsin. Bu minvalla da ona bildirmişdir ki, Zərərçəkmiş şəxs20 təcili olaraq 3000 manat pulunu Anar Həsənovdan geri götürsün. Bundan sonra xx.xx.2020-ci il tarixdə sürücü Elşən onu, Səbinəni və Turanə xanımı Anar Həsənovun yaşadığı mənzilə aparmışdır, həmin vaxtı, Təqsirləndirilən şəxs onları qarşılayaraq mənzilə qaldırmışdır. Bir neçə saatdan sonra Anar Həsənov da qohumu Elşən ilə mənzilə gəlmişdir. Beləliklə də onlar birlikdə Anar Həsənova bildirmişlər ki, Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul edilməsini öz öhdəsinə götürsün. Anar Həsənov bir daha bildirmişdir ki, Kevin- Kamranın tələbə olaraq işini düzəldəcək. Bundan sonra Anar Həsənov ilə Zərərçəkmiş şəxs20 mənzildə olan otaqların birinə keçərək səf etmirsə cinsi münasibətdə olmuşlar. Bundan sonra o, onlar ilə birlikdə yaşadığı mənzilə getmişdir. Daha sonra o, xx.xx.2020-ci il tarixdə o, ailə üzvləri ilə birlikdə Şəki şəhərinə getmiş və xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Zərərçəkmiş şəxs20 ona bildirmişdir ki, Anar Həsənov onun oğlu Qulizadə X21 Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunmasını həll edə bilməyib. Sonda Zərərçəkmiş şəxs20 xx.xx.2020-ci il tarixdə Anar Həsənova verdiyi 3000 manat pulu geri almasını ona bildirmişdir. Bununla yanaşı olaraq ona bildirmişdir ki, Anar Həsənovdan 3000 manat pulu aldıqdan sonra Təqsirləndirilən şəxs oğlu Qulizadə X21 Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Dəniz Qırağı ünvanında 12000 manat və həmin pulun davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin qarşısında 3000 manat pulu əl-bə-əl Təqsirləndirilən şəxs vermişdir. Beləliklə də Zərərçəkmiş şəxs20 oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı ümumilikdə 15000 manat pulu Təqsirləndirilən şəxs vermiş olmuşdur. Təqsirləndirilən şəxs o, Zərərçəkmiş şəxs20 Təhsil Nazirliyində yüksək vəzifədə olduğunu bildirməmiş, lakin Anar Həsənov və Təqsirləndirilən şəxs özləri ona bildirmişlər ki, Kevin-Kamranın ali məktəblərə daxil olmağında köməklik edəcəyini bildirmişlər. Lakin buna baxmayaraq o, Zərərçəkmiş şəxs20 pul almamış və bu işdə onun heç bir marağı olmamışdır. Anar Həsənov, qohumu Elşən, Təqsirləndirilən şəxs, Elşən Hümbətov ilə onun cinsi münasibətləri olmamışdır, lakin Anarın qohumu Elşən ona əl qol ataraq zor gücü ilə cinsi əlaqədə olmaq istəmişdir, lakin o, ona imkan verməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid9 göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Qəsr küçəsi ev 19-da qeydiyyatdadır, Yasamal rayonu Mətbuat prospekti ev 58 mənzil 34-də 17 yaşlı oğlu Adil İsmayılov və 10 yaşlı qızı Aylin İsmayılova ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs20 tanıyır, onun rəfiqəsidir. Zərərçəkmiş şəxs20 2016-cı il tarixdən tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs20 ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 58 saylı evin 34 saylı mənzilində yaşamaqla onun qonşudur. O, həmin evin 3-cü blokunda Zərərçəkmiş şəxs20 isə 1-ci blokunda yaşayır. Onun hazırki, vaxta qədər Zərərçəkmiş şəxs20 ilə yaxın rəfiqəlik münasibətləri var. Bununla yanaşı olaraq bildirmişdir ki, rəfiqəsi Zərərçəkmiş şəxs20 onunla telefon əlaqəsi saxlayaraq onu Novxanı qəsəbəsində yerləşən "Maybiç" restoranına dəvət etmiş və o, da onun dəvətini qəbul edib həmin restorana taksi nəqliyyat vasitəsi ilə getmişdir. Həmin restoranda Şahid10, Elşən Həsənovu, Təqsirləndirilən şəxs, sürücü Elşən Hümbətovu və Anarın qohumu Elşəni və Anarın özünü tanımışdır. Beləliklə də onlar birlikdə Novxanı qəsəbəsində olan "Maybiç" restoranında yeyib-içib əylənməyə başlamışlar. Söhbət əsnasında Zərərçəkmiş şəxs20 bildirmişdir ki, onun oğlu Quluzadə Kevin-Kamranın yaxın günlərdə 18 yaşı tamam olur. Hazırda yaxın günlərdə oğlu Kevin- Kamranı həqiqi hərbi xidmətə aparacaqlar. Bu minvallada müəyyən pulun müqabilində oğlu Quluzadə Kevin-Kamranın Azərbaycan Respublikasında istənilən ali məktəblərə qəbul edilməsində köməklik edən insan axtarır. Bundan sonra Anar Həsənov və Təqsirləndirilən şəxs bir ağıza ona bildirmişlər ki, Quluzadə Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirmək üçün əllərindən gələn köməkliyi edəcəklər. Bundan sonra Anar Həsənov, sürücü Elşən ilə birlikdə onu və Zərərçəkmiş şəxs20 yaşadıqları mənzilə gətirmişlər. Daha sonra onun bildiyinə görə sürücü Elşən ilə Anar Həsənov yenidən "Maybiç" qayıdaraq Şahid10, qohumu Elşəni və Təqsirləndirilən şəxs götürüb yaşadıqları mənzilə aparmışdır. xx.xx.2020-ci il tarixdə sürücü Elşən Hümbətov yaşadığı mənzildən onu, Zərərçəkmiş şəxs20 və Şahid10 götürüb Anar Həsənovun yaşadığı Gənclik metrosu yaxınlığında olan mənzilinə aparmışdır. Həmin mənzilə getməkdə məqsədləri rəfiqəsi Zərərçəkmiş şəxs20 oğlu Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul etdirilməsi ilə bağlı 3000 manat pulun Anar Həsənova verilməsi idi. Həmin mənzildə Təqsirləndirilən şəxs, Anar Həsənov, qohumu Elşənin olduğunu görmüşdür. Beləliklə də onlar mənzilə daxil odluqda görmüşlər ki, stol açılıb araq, çaxır, pivə və sair içkilər var. Bundan sonra onlar birlikdə yeyib içməyə başlamışlar. Həmin ərəfədə Zərərçəkmiş şəxs20 oğlu Kevin- Kamranın tələbə olaraq Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul edilməsi ilə bağlı Anar Həsənova onların yanlarında 3000 manat pul vermişdir. Beləliklə də onlar hamısı yeyib içmişlər. Həmin vaxtı Anar Həsənovun qohumu Elşən Şahid10 ilə birlikdə olmuş və onun bildiyinə görə onlar bir yerdə həmin mənzildə cinsi əlaqədə olmuşlar. Bununla yanaşı Zərərçəkmiş şəxs20 Anar Həsənov ilə birlikdə əylənirdilər. O, isə Təqsirləndirilən şəxs ilə birlikdə olduğundan onunla yüngül vari əylənirdi. Lakin o, həmin vaxt Təqsirləndirilən şəxs ilə cinsi münasibətdə olmamışdır. Təxminən bir neçə saatdan sonra sürücü Elşən onu, Səbinəni və Laləni yaşadıqları mənzilə aparmışdır.xx.xx.2020-ci il tarixdə onun bildiyinə görə Anar Həsənovun qohumu Elşən Şahid10 telefon zəngi edib bildirmişdir ki, Anar Həsənov bu işi 3000 manat pula düzəldə bilmiyəcək. Həmin işlə bağlı Anar Həsənov, Təqsirləndirilən şəxs müraciət etmişdir ki, ona köməklik etsin. Bu minvallada Şahid10 bildirmişdir ki, Zərərçəkmiş şəxs20 təcili olaraq 3000 manat pulunu Anar Həsənovdan alsın. Bundan sonra xx.xx.2020-ci il tarixdə sürücü Elşən onu, Səbinəni və Şahid10 Anar Həsənovun yaşadığı mənzilə aparmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs onları qarşılayaraq mənzilə qaldırmışdır. Bir neçə saatdan sonra Anar Həsənov, qohumu Elşən ilə mənzilə gəlmişdir. Beləliklə də onlar birlikdə Anar Həsənova bildirmişlər ki, Kevin-Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul edilməsini öz öhdənizə götürün. Anar Həsənov bir daha bildirmişdir ki, Kevin-Kamranın tələbə olaraq işini düzəldəcək. Bundan sonra Anar Həsənov ilə Zərərçəkmiş şəxs20 mənzildə olan otaqların birinə keçərək səf etmirsə cinsi münasibətdə olmuşlar. Bundan sonra o, yaşadığı mənzilə gəlmiş, lakin, Şahid10 ilə, Zərərçəkmiş şəxs20 həmin məznildə qalmışlar. Daha sonra rəfiqəsi Zərərçəkmiş şəxs20 ona bildirmişdir ki, Anar Həsənov onun oğlu Quluzadə X21 Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunmasını həll edə bilməmişdir. Sonda Zərərçəkmiş şəxs20 xx.xx.2020-ci il tarixdə Anar Həsənova verdiyi 3000 manat pulu geri almasını ona bildirmişdir. Bununla yanaşı olaraq ona Səbinə bildirmişdir ki, Anar Həsənovdan 3000 manat pulu aldıqdan sonra Elçinə oğlu X21 Tərbiyəsi və idman Akademiyasının 1- ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Mərdəkan qəsəbəsi, Dəniz Qırağı ünvanında 12000 manat və həmin pulun davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin qarşısında 3000 manat pulu əl-bə-əl Təqsirləndirilən şəxs vermişdir. Beləliklə də Zərərçəkmiş şəxs20 oğlu Kevin- Kamranın Azərbaycan X51 və İdman Akademiyasının 1-ci kursuna tələbə olaraq qəbul olunması ilə bağlı ümumilikdə 15000 manat pulu Təqsirləndirilən şəxs vermiş olmuşdur. Elçin isə onu aldatmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massiv ünvanında qeydiyyatda olmaqla ünvan 26nvanında yaşayır. 2006-cı ildə Zərərçəkmiş şəxs17 ilə ailə həyatı qurmuş, birgə həyatlarından iki övladları dünyaya gəlmişdir. 2011-ci ildən Şəhər Kliniki Mərkəzində müxtəlif texniki vəzifələrdə çalışır, lakin ixtisası ibtidai təhsil müəllimi olduğundan KTM-də tibb sahəsində olan vəzifələrdə işləyə bilmir, ona görə də qərara gəlmişdir ki, imtahanlara hazırlaşıb Tibb Kollecinə qəbul olunsun. Bu minvalla, 2019-cu ilin aprel ayında qəbul imtahanlarında iştirak etmiş, lakin təxminən 30 keçid balı çatmadığından Kollecə qəbul ola bilməmişdir. Bu barədə bilən müdiri Adil Salahov təklif etmişdir ki, onun bir nəfər təhsil sistemində işləyən Təqsirləndirilən şəxs adlı xəstəsi olub, bacarıqlı adamdır, istəyiriks onunla bir söhbət edib məsləhətləşsin. Onlar razılıq verdikdən sonra Adil doktor onlara həmin Təqsirləndirilən şəxs adlı şəxsin telefonlarını vermişdir. Biz 2019-cu ilin iyun ayının təxminən 20-də zəngləşib özləri Təqsirləndirilən şəxsla Bakı şəhəri Nərimanov rayonu ərazisindəki «Gənclik Mall» Ticarət Mərkəzində görüşmüşlər, söhbət əsnasında Elçin özünü onlara Respublikanın ən gənc alimi və dekanı kimi təqdim etmiş, hətta mobil telefonunda üzərində şəkili olan özü barədə internet səhifəsində dərc olunmuş məqaləni də göstərmiş, Adil doktora böyük hörməti olduğunu, özünün hazırda «Odlar Yurdu» Universitetinin dekanı və tələbə qəbulu komissiyasının sədri, bununla əlaqədar Təhsil Nazirliyi və Tələbə Qəbulu sistemində geniş əlaqələrə malik olmasını bildimiş, müxtəlif yüksək rütbəli və vəzifəli şəxslərin, deputatların, Universitet rektorlarının, Nazir və Nazir müavinlərinin adlarını çəkməklə, savadlı elmi cümlələrlə onları sanki ovsunlamışdır. Onlar da ona inanaraq onun şərtləri ilə razılaşmışlar, Elçin bildirmişdir ki, guya onun Tibb Kollecinə qəbul olunmağı üçün müəyyən şəxslərə 10000 manat məbləğində pul verilməlidir, lakin arada guya Adil doktor olduğundan ona hörmət əlaməti olaraq bu işi çalışıb aşağı qiymətə, 8000 manata həll edəcək, onlar bu qədər pula imkanlarınınz çatmadığını bildirərək əvvəl razılaşmamışlar, lakin Elçin onlardan əl çəkməmiş, elə oradaca onlardan vaxt istəyib guya kiminləsə məsləhət etmək üçün telefonunu əlinə götürüb bir qədər kənara çəkilmiş, lakin telefonla qəsdən elə danışmışdır ki, onlar onun danışdıqlarını eşitsinlər. Elçin guya kiminləsə danışaraq onlara görə danışdığı şəxsə yalvar-yaxar edərək qiyməti aşağa salmağa başlamış və yekunda telefonla danışıb qurtardıqdan sonra bildirmişdir ki, məsələni 5000 manata razılaşdırıb, amma şərt qoymuşdur ki, razılığı alan vaxtı isti-isti pulu tez hazırlayıb ona çatdırsınlar ki, məsələni tez şəkildə həll edə bilsin. Onlar da ona inanaraq razılaşmışlar, pulu toplamaq üçün ondan vaxt istəmişlər, lakin Elçin elə səhərisi gündən onları tələsdirməyə başlamışdır ki, işin vaxtı keçir, pulu qısa müddətdə ona çatdırmasalar işləri alınmayacaq. Onlar da məcbur olub bir hissəsini özlərindən qoymaqla, bir hissəsini qohum əqrəbadan, dost-tanışdan borc almaqla, bir hissəsini o, işdə iş yoldaşları ilə lotoreya oynamaqla iki-üç gün ərzində ümumilikdə 5000 manat pul torlayıb Elçinlə telefon əlaqəsi saxlamışlar. xx.xx.2019-cu il tarixdə ilk olaraq topladıqları 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsində yerləşən “Emiland” dükanın qarşısında əri Feyruzun iş yerinin yaxınlığında həmin vaxt idarə etdiyi «Porche» markalı qara rəngli ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib götürmüş və pulun qalan hissəsini istəmişdir, Feyruz qalan hissəsi üçün də ondan bir neçə gün vaxt istəmişdir. xx.xx.2019-cu il tarixdə Elçin eyni qaydada, eyni yerdə Feyruzdan gəlib 1000 manat məbləğində də pul almış və onları əmin etmişdir ki, artıq guya məsələləri tam həll olunub, pulun qalan hissəsini də çatdırıb onun qəbul olunmağına dair müvafiq əmri verdirib surətini onlara çatdıracaq və o, artıq 2 saylı Tibb Kollecinə dərsə gedəcək. Lakin pulu aldıqdan xeyli müddət keçməsinə baxmayaraq Elçin onlara heç bir əmrin surətini gətirməmişdir. Yalandan hər dəfə yalançı bəhanələr və səbəblər göstərməklə gah vaxt uzatmağa başlamış, gah da ki, telefonlara cavab verməyərək onlarla ünsiyyətdən yayınmağa çalışmışdır. xx.xx.2019-cu il tarixdə Elçin onlara zəng vuraraq artıq işin müsbət həll olunduğunu bildirmiş, lakin əmrin verilməsi üçün əlavə 1000 manat məbləğində də pul istəmişdir. Onlar artıq pul verə bilməyəcəklərini dedikdə isə yenə onları tovlayaraq heç olmazsa 500 manat pul verməklərini xahiş etmiş, hətta Feyruzu inandırmaq üçün aldatmıışdır ki, guya özü uzaq rayonlardan birindədir, şəhərdə olsaydı həmin pulu özündən verərdi ki, işləri yarımçıq qalmasın. Onlar yenə də aldanaraq razılaşmışlar, həmin gün cəmi 300 manat məbləğində pul tapa bilmişlər, Elçin həmin pulun arxasınca bir nəfər boz rəngli universal tipli 543 dövlət qeydiyyat nişanlı taksi avtomobilini idarə edən şəxsi (tel:***-***-**-**) yaşadıqları ünvanın qarşısına göndərmişdir, Feyruz da həmin 300 manat məbləğində pulu və ona məxsus orta təhsil haqqında diplomunun əslini Elçinə çatdırması üçün həmin şəxsə vermişdir. O, hətta həmin ani uzaqdan öz mobil telefonunun kamerası vasitəsi ilə çəkmişdir, həmin videoçəkiliş onda qalmışdır, lazım gəlsə istintaq orqanına təqdim edə bilər. Səhərisi gün Elçin həmin sürücünü yenə də onların ünvanlarına göndərək kəsir qalmış 200 manat məbləğində pulu da onlardan almış və zəng vurub onları təbrik etmişdir ki, guya artıq əmr verilmiş, o, xx.xx.2019-cu il tarixdə günün ikinci yarısı 2 saylı Tibb Kollecinin direktoru Dilarə xanımın yanına getsin, guya Dilarə xanım onu sinifə yerləşdirəcək. Onlar da ona inanaraq xx.xx.2019-cu il tarixdə günün ikinci yarısı 2 saylı Tibb Kollecinin direktoru Dilarə xanımın yanına getmişlər, lakin orada məlum olmuşdur ki, Elçin onları aldadıb, heç bir əmr yoxdur, Dilarə xanımın özü də onları ayıltmışdır ki, onları aldadıblar, məsləhət görmüşdür ki, polisə müraciət etsinlər. Lakin onlar yenə də bu cür sadəlövliklə aldanılmaqlarına inana bilməmişlər, yenidən Elçinlə əlaqə saxlamağa başlamışlar, məsələyə artıq Adil müəllimin özü də qarışmışdır, Elçini yanına çağıtdıraraq məsələyə aydınlıq gətirməsini tələb etmiş, Elçin yenə də müxtəlif yalançı bəhanələr gətirməklə hansısa anlaşmazlığın baş verməsinə onları inandırmağa çalışmıışdır. Məsələni qısa müddətdə müsbət həll edəcəyini yenə də vəd vermiş, lakin onları yenə də aldatmışdır. Onlar hətta onu yoxlamaq üçün işləməsini bildirdiyi «Odlar Yurdu» Universitetinə getmişlər, orada məlum olmuşdur ki, Elçin bu cür dələduzluqlarına görə, barəsində çoxsaylı şikayətlər olduğuna görə artıq uzun müddətdir ki, işdən qovulub, barəsində də Nərimanov rayon Polis İdarəsində cinayət işi var. Bunu bildikdən sonra onlar artıq Elçin tərəfindən aladadılmaqlarına tam əmin olmuşlar və barəsində şikayət etmək qərarına gəlmişlər. Əlavə olaraq onu da bildirmək istəyir ki, Elçinin onları aldatmasına dair onlarda onun xeyli sayda səsyazmaları və telefon danışıqları var, lazım gələrsə həmin səsləri və videoları istintaq orqanına təqdim edə bilər. Elçin tərəfindən aldadılmaları nəticəsində onlara ümumilikdə 5500 manat məbləğində maddi ziyan dəymişdir, hələ həmin məsələnin mənəvi tərəfini demir. Qeyd etdiyi bu xususatların hamısını baş vermiş hadisənin canlı şahidi olmuş əri Feyruz təsdiq edə bilərlər. Bundan başqa, onda, Elçin ilə aralarında aparılmış telefon danışıqlarının səsyazmaları var, hansılarda ki, Elçinin özü də onun 2 saylı Tibb Kollecinə qəbul etdirmək vədi ilə onlardan 5500 manat məbləğində pul almasını təsdiq edir, lazım gələrsə o, həmin səsyazmaları da istintaq orqanına təqdim edə bilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid12 göstərmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Nizami küçəsi 1A-da yaşayır. O, Abşeron rayon İcra Hakimiyyətində Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, təxminən üç il bundan əvvəl Elçin qohumuna məxsus Abşeron rayonunda yerləşən torpaq sahəsindən ötrü onun yanına gəlmiş, sonra isə onların münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ona Odlar Yurdu Universitetində dekan vəzifəsində işlədiyini demişdi. O, Şahid11 da tanıyır. Belə ki, o, onunla təsadüfən 2019-cu ilin təxminən yanvar ayında tanış olmuşdur. Onların telefon nömrələri bir-birində olmuşdur. Təxminən 2019-cu ilin iyun ayında Aytən axşam saatlarında ona zəng edib idarə etdiyi avtomobilin yol polisi tərəfindən cərimə meydançasına qoyulmasını ona bildirmiş və ondan kömək etməyini istəmişdir. O, ona yol polisində tanışı olmadığını və bu səbəbdən də ona köməklik edə bilməyəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanında olmuşdur. O, onunla Bakı şəhərində yerləşən Koroğlu parkında çay içirdilər. Təqsirləndirilən şəxs onun telefon danışığını eşidib ona yol polisində tanışı olduğunu və həmin xanımın avtomobilinin cərimə meydançasından çıxarılmasına köməklik edə biləcəyini bildirmişdir. Sonra o, Elçinlə birlikdə Tbilisi prospektində yerləşən cərimə meydançasına getmişlər. Həmin vaxt Aytən də orada olmuşdur. Sonra Elçin cərimə meydançasında kiminləsə telefonla danışmış və Şahid11 məxsus markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli avtomobilini cərimə meydançasından çıxartmışdır. Sonra o, onlarla sağollaşıb getmişdir. Elçin və Aytən isə Elçinə məxsus avtomobillə birlikdə getmişər. Həmin vaxtdan sonra o, bir neçə dəfə görsə də, Aytəni görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Sonralar o, Təqsirləndirilən şəxsla görüşsə də, o, onunla Aytən barəsində ümumiyyətlə söhbət etməmiş, onun Aytənlə münasibətlərinin davam edib etməməsini bilməmişdir. Təqsirləndirilən şəxs Şahid11 qarşı dələduzluq etməsi, onun on min manat pulunu ələ keçirməsi barədə onun heç bir məlumatı yoxdur, bu barədə heç bir şey bilmir. Bildirmişdir ki, onun bu hadisə barədə heç bir məlumatı yoxdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs və Şahid11 bu barədə ona heç bir söz deməmişlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid13 göstərmişdir ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 7-də yaşayır. Faktla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs7 onun atasıdır. Atası onun Bakı şəhərində yerləşən Kooperasiya Kollecinə tələbə kimi düzəlməyini istəyirmiş. Onu da qeyd etmişdir ki, Ağsu rayon sakini olan Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından tanıyır, o, Şamaxı rayonu Çuxuryurd kəndindəki Star Otelə atasınının yanına gedərkən orada Təqsirləndirilən şəxs görmüşdür. Belə ki, o, orada olarkən Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs7la söhbətindən eşitmişdir ki, Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin işçisi, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə biləcək bir şəxs kimi təqdim etmişdir. Həmin vaxtı, atası Zərərçəkmiş şəxs7la Təqsirləndirilən şəxs Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində söhbət etdiyi vaxtı Təqsirləndirilən şəxs onu Kooperasiya Kollecinə tələbə kimi düzəldə biləcəyini vəd verib bu işi qanuni şəkildə edəcəyini və buna görə də 5000 manat pul lazım olacağını demişdir. Atası da Təqsirləndirilən şəxs ilə danışıb bir qədər aşağı qiymətə bu işi həll etməsini bildirmiş, Təqsirləndirilən şəxs da bu işi minimum 3000 manata düzəldə biləcəyini qeyd etmişdir. Buna görə də atası onunla məsləhətləşib bu barədə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs istədiyi pulu, yəni 3000 manat pulu ona versin ki, Elçin də onu Kollecə tələbə düzəltsin. Atası Sübhan bu barədə Təqsirləndirilən şəxs ilə danışıb ona pulu necə çatdıra biləcəyini demiş, Təqsirləndirilən şəxs da atası Sübhana "xxxx" ASC-yə aid olan “Umico birkart” kəşbək kartını özünün ***- ***-**-** saylı nömrəsindən “Whatsapp” sosial mesajlaşma proqramı vasitəsi ilə atası Sübhanın ***-***-**-** saylı nömrəsinə göndərmişdir. Belə ki, atası Sübhan əvvvəlcə 2021ci ilin sentyabr ayının əvvəllərində Çuxuryurd kəndində “Eldorado market” mağazasında ödəniş terminalı vasitəsi ilə “Umico birkart” kəşbək kartına 1200 manat pulu göndərmişdir. Təqsirləndirilən şəxs atası Sübhana demişdir ki, 29 sentyabr 2021-ci il tarixdə onun Kooperasiya Kollecinə tələbə kimi düzəlməyi üçün əmr verilməli idi. Bundan sonra xx.xx.2021-ci il tarixdə atası Sübhan 1800 manat pulu da Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşüb pulu ona əlbəəl vermişdi. Lakin, həmin vaxtda, yəni 29 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onları aldatdığını bilmişlər. Lakin, bir müddət gözləsələr də, Təqsirləndirilən şəxs pulu qaytarmadığını və onları da aldatdığını bilmişlər, eyni zamanda əmisi Samir Təhsil Nazirliyinin qaynar xətti ilə də əlaqə saxlayanda Təqsirləndirilən şəxs adlı şəxsin həmin Nazirlikdə işləmədiyini bilib Təqsirləndirilən şəxs dələduz olması qənaətinə gəlib, atası xx.xx.2021-ci il tarixdə Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 göstərmişdir ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 31-də yaşayır. Faktla bağlı bildirir ki, Zərərçəkmiş şəxs8 onun atasıdır. Ağsu rayon sakini olan Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından tanıyır, Təqsirləndirilən şəxs o, atası ilə tanış etmişdir. Belə ki, o, Şamaxı rayonu Çuxuryurd kəndindəki Star Oteldə olarkən Təqsirləndirilən şəxs ora gəlmiş və orada Təqsirləndirilən şəxsla tanış olmuşdur, həmin vaxtı Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin işçisi, təhsil ilə bağlı hər hansı bir iş olarsa düzəldə biləcək bir şəxs kimi tanış etmişdi. Bundan sonra, 2021-ci ilin avqust ayı olardı, o, bir dəfə Təqsirləndirilən şəxsla birlikdə söhbət edərkən ona Şamaxı rayonundakı Kollecdə oxumaq niyyətini bildirmişdir. Onun bu sözlərini eşidən Təqsirləndirilən şəxs ona demişdir ki, “səni Bakı şəhərindəki Kooperasiya Texnikumuna tələbə kimi qəbul etdirib, birinci semestrdən sonra sənin Şamaxıdakı Kollecə göndərişlə göndərilməyini təşkil edə bilərəm”. O, Təqsirləndirilən şəxs bunun necə baş verəcəyini soruşanda, Təqsirləndirilən şəxs ona demişdir ki, o, Təhsil Nazirliyində işlədiyi üçün bütün qayda-qanunları olduğu kimi bilir və onu da tam qanuni şəkildə əvvəlcə Kooperasiya Texnikumuna, sonra da göndərişlə Şamaxıdakı Kollecə tələbə kimi düzəldəcək, bu işləri qanuni gördüyü üçün o, heç bir əziyyət çəkməyəcək, bunun müqabilində də ona müəyyən miqdarda pul verilməlidir. O, Təqsirləndirilən şəxs demişdir ki, bu barədə valideyninə bildirər, atası onlarla əlaqə saxlayıb bu məsələ barədə ətraflı danışar. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, çoxlu şəxsləri tələbə kimi düzəltdirib və heç bir problem olmayıb, bununla da Təqsirləndirilən şəxs vəd verib işi düzəldəcəyi barədə onu inandırmışdır. O, Təqsirləndirilən şəxs ***-***-**- **, ***-***-**-** saylı mobil telefonlarını qeyd etmişdir ki, atasına bildirər ki, onunla əlaqə saxlasın. Bundan sonra, o, atası Zərərçəkmiş şəxs8 bu barədə bildirəndən sonra, atası bu məsələnin necə baş verəcəyini aydınlaşdırmaq üçün özü Təqsirləndirilən şəxsla görüşmək qərarına gəlmişdir. Bundan sonra, atası Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxsla görüşmüş və onun tələbə kimi düzəlməyinə görə Təqsirləndirilən şəxs atasından bu iş üçün 4000 manat pul istəmişdir. Bundan sonra, atası Zərərçəkmiş şəxs8 topladığı 3700 manat pulu götürüb Bakı şəhərində Təqsirləndirilən şəxsla Respublika Xəstəxanasının yaxınlığında 20 yanvar metrosundan bir qədər yuxarı tərəfdə görüşüb həmin pulu Elçinə vermişdir. Daha sonra, 2021-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs özü atası Zərərçəkmiş şəxs8la telefon əlaqəsi saxlayıb qalan 300 manat hissəsini də istəmiş, atası da həmin pulu ona Şamaxıda vermişdir. Bundan bir neçə gün sonra, Texnikuma qəbul olan şəxslərin siyahısı çıxanda onun adı siyahıda olmadığına görə atası Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxsla əlaqə saxlayıb nə səbəbə onun Texnikuma qəbul olmadığını soruşmuş, atası Zərərçəkmiş şəxs8 da atasına demişdir ki, “narahat olma, 1-2 gün gözlə, sənin oğlunun Texnikuma qəbul olması əmrlə olacaq”. Onlar da Elçinə inanıb bir neçə gün də gözləmişlər, eyni zamanda özləri də də soraqlaşanda müəyyən etmişlər ki, texnikuma əmrlə qəbul olma deyilən bir hal yoxdur. Tam əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onları aldadır. Buna görə də atası Zərərçəkmiş şəxs8 Şamaxı RPŞ-nə şikayət etmişdir. Atası Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs pulları verərkən özü onların yanında olmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğludur, 1993-cü ildən doğma Füzuli rayonundan məcburi köçkün düşərək ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. Əhmədalının 2000-ci il təvəllüdlü qızı Leyli Əhmədalıyeva 2017-ci ildə Sumqayıt şəhəri 20 saylı orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün dövlət imtahanlarında iştirak etsə də həmin il qəbul oluna bilməmişdir. Ona görə də həmin ildən başlayaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Odlar Yurdu” Universitetində təşkil olunmuş hazırlıq kurslarına gəlməyə başlamışdır. Həmin ərəfədə Əhmədalı qızını kurslara aparıb-gətirdikdə “Odlar Yurdu” Universitetinin hazırlıq fakültəsinin dekanı vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, aralarında münasibət yaranmışdır. Hazırlıq kurslarından sonra 2018-ci ildə qızı bir daha qəbul imtahanlarında iştirak etsə də yenə də 10 keçid balı çatmadığından ali məktəbə qəbul ola bilməmişdir. Bunu bilən Təqsirləndirilən şəxs Əhmədalıya təklif etmişdir ki, özünün X66 Komissiyasında işləyən yüksək vəzifƏli tanışları vasitəsi ilə onun qızının çatışmayan keçid balını düzəltdirib asanlıqla özünün işlədiyi “Odlar Yurdu” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirə bilər. Əhmədalı Elçinin həmin Universitetdə yüksək vəzifə tutmasına, orada yüksək nüfuza malik olduğuna aldanaraq inanmış və təklifi ilə razılaşmışdır. Elçin bu iş üçün Əhmədalıdan əvvəl 10000 manat məbləğində pul istəmiş, Əhmədalı məcburi köçkün olduğunu xatırladaraq bu məbləğdə pulunun olmadığını bildirdikdə isə guya ona hörmət edərək qızının problemini 8000 manata həll etməyə razılaşmışdır. Bu minvalla Əhmədalı xx.xx.2018-ci il tarixdə günorta saatlarında onun yanında Təqsirləndirilən şəxs zəng vuraraq pulu hazırladığını bildirmiş. Elçin onları ünvan 18 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yanına görüşə çağırmışdır. Saat təxminən 17 radələrində onlar birlikdə onun idarə etdiyi “Toyota Prado” markalı AZ ** ET *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə həmin ünvana gələrək orada Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin görüşdə Təqsirləndirilən şəxs onları bir daha əmin etmişdir ki, guya Leylinin ali məktəbə qəbul olunması məsələsini artıq özünün TQDK-də olan yüksək vəzifƏli tanışları ilə danışaraq müsbət həll edib, pullarını vermək lazımdır, pul verildikdən sonra sentyabr ayında başlayacaq növbəti dərs ilindən Leyli artıq “Odlar Yurdu” Universitetinin tələbəsi kimi dərsə gedəcək. Həmin görüşlərinin bir hissəsini o, hətta öz mobil telefonu vasitəsi ilə videoya da çəkmişdir, lazım gələrsə həmin videogörüntünü təqdim də edə bilər. Əhmədalı Elçinə inanaraq həmin gün üzərində olan 5000 manat məbləğində pulu onun yanında, onun avtomobilinin salonunda sayıb Elçinə təhvil vermiş, razılaşmışlar ki, pulun qalan 3000 manat məbləğində hissəsini də Əhmədalı səhərisi gün düzəldib Elçinə çatdıracaq. Sonradan da Əhmədalıdan eşitmişdir ki, həmin görüşlərinin səhərisi gün, yəni xx.xx.2018-ci il tarixdə Elçin Əhmədalıya zəng vurub pulun qalan hissəsini istədikdə Əhmədalı Sumqayıt şəhərində olduğunu demiş, Elçin özü günorta saatlarında Sumqayıt şəhərinə gələrək 2-ci mikrorayon ərazisində yerləşən “Javid” Ticarət Mərkəzinin qarşısında Əhmədalı ilə görüşərək ondan pulun qalan 3000 (üç min) manat məbləğində hissəsini də almış və yenə də vəd vermişdir ki, yeni dərs ilindən qızı artıq ali məktəbə dərsə gedəcək. Bundan təxminən bir neçə gün sonra Elçin Əhmədalıya zəng vuraraq qızına aid sənədlərin surətlərini və fotoşəkillərini istəmiş, Əhmədalı da qızının şəxsiyyət vəsiqəsinin surətini və dörd ədəd 3X4 sm ölçüdə fotoşəkillərini Bakı şəhərinə gətirərək «Odlar Yurdu» Universitetinin yaxınlığında Təqsirləndirilən şəxs vermişdir. Elçinin vəd verdiyi vaxt tamam olduqda ondan bir xəbər çıxmadığını görüb Əhmədalı onunla əlaqə saxlamağa başlamış, Elçin onu yenə də aldatmışdır ki, guya qızı kimi onların Universitetinə qəbul olmaq istəyən abituriyentlərin sayı çoxdur, guya TQDK-da onların hamısının sənədlərini toplayıb hamının əmri birlikdə verilməlidir, ona görə də Leylinin məsələsi bir qədər ləngiyir. Əhmədalı yenə də ona inanaraq gözləməyə başlamış, 2018-ci ilin sentyabr ayının təxminən 18-də Elçin ona zəng vuraraq bildirmişdir ki, məsələ artıq həll olunub, qızının sənədlərini TQDK-dan götürmək üçün ora gedir, Əhmədalıdan da xahiş etmişdir ki, təcili surətdə ora gələrək, ona 1100 manat məbləğində pul gətirsin, həmin pulun guya 1000 manatını qızının təhsil haqqı kimi Universitetin hesabına köçürəcək, 100 manatını da orada sənədləri hazırlayan qızlara şirinlik verəcək. Əhmədalı da ona inanıb sevincək şəkildə tez-tələsik Sumqayıtdan Bakı şəhərinə Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən TQDK-nın inzibati binasının qarşısına gələrək orada günorta saatlarında Elçinlə görüşmüş, həmin vaxt Elçinin ora gəldiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “Mersedes Benz” markalı “Vito” modelli avtomobilin salonunda 1100 manat məbləğində pulu Elçinə vermiş, Elçin pulu sayıb təhvil aldıqdan sonra onu təbrik edərək bildirmişdir ki, guya artıq müvafiq əmr verilib və həmin əmrə əsasən qızı Leyli artıq “Odlar Yurdu” Universitetinin birinci kurs tələbəsidir. Sağollaşanda isə Əhmədalıya tapşırmışdır ki, xx.xx.2018-ci il tarixdə səhər tezdən qızını da götürüb Universitetə gəlsin, qızının tələbə biletini təqdim edərək dərsə buraxdıracaq. Əhmədalı da ona inanıb sevincək halda evə qayıdaraq qızını təbrik etmiş, uşaq da səbirsizliklə ayın 20-ni gözləməyə başlamışdır ki, dərsə gedəcək. xx.xx.2018-ci il tarixdə səhər saatlarında Əhmədalı qızını da götürüb «Odlar Yurdu» Universitetinin qarşısına gəlmiş, orada Elçinə zəng vuraraq məlumat vermiş, Elçin narahat olmamağını bildirərək gözləməyini tapşırmış, hər dəfə müxtəlif yalançı və məntiqsiz səbəblərlə saat 17:00-dək vaxtı uzatmış və yekunda telefonunu bağlayaraq Əhmədalıdan qaçmağa başlamışdır. Bir neçə gün ərzində Elçinlə əlaqə saxlaya bilməyib iş yerinə getdikdə isə məlum olmuşdur ki, Elçin Əhmədalı kimi digər bir neçə nəfəri də aldadaraq pullarını ələ keçirdiyinə görə onu işdən qovublar. Bundan sonra artıq Əhmədalı Elçindən şikayət etməyə başlamış, şikayəti əsasında Bakı şəhər BPİ-nin İTİ-də araşdırmaya başlanmış, Elçin təhqiqat orqanına dəvət olunmuş, Əhmədalıdan pul almasını etiraf edərək qısa müddətə aldığı pulları geri qaytaracağına vəd versə də, yenə də aldatmış, pullarını qaytarmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs21 tərəfindən istintaqa təqdim edilmiş səs yazılarını əks etdirən elektron məlumat daşıyıcısına - 01 ədəd diskə baxış keçirilmişdir. Həmin səs yazılarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə səs yazıları yazılmışdır. Səs yazılarında Təqsirləndirilən şəxs danışaraq, Zərərçəkmiş şəxs21 oğlunun imtahan kəsirlərini həll edəcəyi barədə vədlər verir. İş üzrə Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxsla ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamasını bildirməsi ilə bağlı həmin xüsusatın yoxlanılması məqsədilə, ********* nömrəli cinayət işinin materiallarında olan "xxxx" MMC-dən Şamaxı rayon polis şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş 1 ədəd kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı əldə edilmiş telefon danışıqları ilə bağlı siyahıdan müəyyən edilmişdir ki, Şahid6 adına olmaqla, istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsi ilə xx.xx.2021-ci il tarixdə telefon əlaqələri saxlanılmışdır. İş üzrə Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs nömrəsi ilə əlaqə saxlamasını bildirməsi ilə bağlı həmin xüsusatın yoxlanılması məqsədilə, ********* nömrəli cinayət işinin materiallarında olan "xxxx" MMCdən Şamaxı rayon polis şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş 1 ədəd kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı əldə edilmiş telefon danışıqları ilə bağlı siyahıdan müəyyən edilmişdir ki, Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə telefon əlaqələri saxlanılması, Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə telefon əlaqələri saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı, kiçik ədliyyə müşaviri X20 vətəndaş Zərərçəkmiş şəxs21 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciətinin araşdırılması ilə əlaqədar X24 ölkə hüdudlarından kənarda olmasına görə sonuncunun "WhatsApp" proqramı vasitəsi ile videozənglə izahatı alınmış, X72 Şirinovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə etdiyi müraciəti və verdiyi izahatında göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs21 oğlu Allahverdi Şirinov X8 təhsil almış və 1 il əvvəl təhsilini bitirmişdir. A.Şirinovun imtahanlardan kəsrləri olduğuna görə ali təhsil haqqında diplomu almamışdir. Bununla əlaqədar, 2021-ci ilin aprel ayının sonlarında Vüqar onunla söhbət zamanı oğlunun kəsrləri olduğuna görə X7 ali təhsil haqqinda diplom ala bilmədiyini demiş, o bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı bir tanışı var, Təhsil Nazirliyində çalışır, bu işdə kömək edə bilər. Elçin Vüqarın oğlunun kəsrlərinin həll edilməsi ve diploumunu alması işini həll etmək üçün sonuncudan 4000 manat pul istəmişdir. Bildiyinə görə Vüqar "xxxx" ASC-dən 2500 manat kredit götürmüş, bundan əlavə bacısının qızıllarını qoyaraq lombarddan 2000 manat pul götürmüşdür. Həmin vaxt o, artıq Rusiya Federasiyasına getmişdir. Vüqar onunla telefonla danışaraq pulu düzəltdiyini dedikdə o, əmisi Şahid6 Bakıda olduğunu, pulu əmisi Şahid6 vasitəsi ilə Elçinə çatdırmağını bildirmişdir. 2021-ci ilin may ayının əvvəlində o, pulu Alim adlı Sabirabad sakini olan taksi sürücüsü vasitəsi ilə yaşadığı Saatlı rayonundan Bakı şəhərinə Aydına göndərmişdir. Aydın pulu Bakıda götürüb həmin gün Təqsirləndirilən şəxs çatdırmışdır. Lakin Elçin pulu almasına baxmayaraq, heç bir iş görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan X51 və İdman Akademiyasının xx.xx.2022-ci il tarixli 173/R-02 nömrəli məktubunda göstərilmişdir ki, «Azərbaycan X51 və Akademiyasına daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla bağlı bildirilir ki, X15 2017/2018-ci tədris ilində Azərbaycan X51 və İdman Akademiyasına əyani təhsilalma formasında "Məşqçi (idman növü üzrə)" ixtisası üzrə İ tədris ilinə qəbul olmuşdur. 2020/2021-ci tədris ilində normativ təhsil müddətini başa vurmuş, lakin yeddi fənn üzrə 31 kredit və X52 Attestasiyası-9 kredit daxil olmaqla, cəmi 40 kredit akademik borcu olduğu üçün, məzun olmamış və V tədris ilinə keçirilmişdir. Akademiyaya tələbənin valideyni tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 975 nömrəli arayışa əsasən, A.Zərərçəkmiş şəxs21 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən 26 iyul 2021-ci il tarixdən həqiqi hərbi xidmətə göndərilmişdir. Arayışa əsasən tələbəyə xx.xx.2021-ci il tarixindən həqiqi hərbi xidmətə çağırıldiğı üçün hərbi xidmət müddətində akademik məzuniyyət verilmişdir. Tələbə hal-hazırda akademik məzuniyyətdədir». İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən 01 ədəd CD-yə köçürülərək, istintaq orqanına təqdim edilmiş, istifadəsində olan mobil telefon cihazının səsyazma qurğusu vasitəsi ilə qeydə aldığı, Təqsirləndirilən şəxs atası X45 ilə aralarında baş tutmuş söhbətinin 01 ədəd səsyazmasını dinlənildikdə müəyyən olmuşdur ki, səsyazmalarda qeyd olunmadığı üçün tarixi dəqiq bilinməyən görüş zamanı Zərərçəkmiş şəxs3 Rəhbər Əhmədova sonuncunun oğlu Elçinin ona qarşı etdiyi dələduzluq hərəkətlərindən və hadisənin təfərruatlarından danışır, Rəhbər Əhmədov da ona vəd verir ki, yaxın müddətdə ya özünə məxsus mətbəə avadanlığını satıb ona dəymiş maddi ziyanı ödəyəcək, ya da ki, öz qohumluq əlaqələri vasitəsi ilə, öz pulu hesabına oğlu Elçinin üzərinə götürdüyü, Xarici Dillər Universitetinin tələbəsinin imtahan kəsirlərini yazdırtdıraraq, Zərərçəkmiş şəxs3lə aralarında yaranmış narazılığı aradan qaldıracaq. İş materiallarında olan “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti”nin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, «ünvan 27 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs15 2011-2012-ci tədris ilində Azərbaycan Dillər Universitetinə Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində Regionşünaslıq (Böyük Britaniya üzrə) ixtisasına daxil olmuşdur. Oxuduğu müddətdə akademik göstəriciləri çox zəif olmuşdur. Bakalavr proqramını tamamlamaq üçün müəyyən olunmuş 240 kreditdən bu günə qədər ancaq 83 kredit toplaya bilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydalarının 4.3. bəndi ("Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.") əldə rəhbər tutularaq, Zərərçəkmiş şəxs15 akademik borcları qalmasına baxmayaraq, universitetdən xaric olunmamışdır. Rektorun 31 oktyabr 2014-cü il 4/27 saylı əmri ilə Zərərçəkmiş şəxs15 Universitet daxili intizam qaydalarını pozduğu üçün, töhmət elan edilmişdir (əlavə edilir). Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin verdiyi arayışda qeyd olunur ki, Zərərçəkmiş şəxs15 2016-2017-ci tədris ilinin İİ semestrində bir fəndən qeydiyyatdan keçmiş, lakin müəyyən olunmuş qayıb limitini buraxdığına görə imtahana buraxılmamışdır». İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən 01 CD-yə köçürülərək istintaq orqanına təqdim edilmiş, istifadəsində olan mobil telefon cihazının səsyazma qurğusu vasitəsi ilə qeydə aldığı Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin səsyazmaları dinlənilərkən müəyyən olunmuşdur ki, CD-yə köçürülmüş, bəziləri bir neçə dəfə təkrarlanan, ümumilikdə 32 ədəd səsyazmalardan aydın olunur ki, səsyazmalarda qeyd olunmadığı üçün tarixi dəqiq bilinməyən ayrı-ayrı telefon danışıqlarında və görüşlərdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qızının işi ilə maraqlanır, Təqsirləndirilən şəxs ilkin səsyazmalarda ona Təhsil Nazirliyinin, müxtəlif təhsil müəssisələrinin və müxtəlif «müəllimlərin» adlarını çəkməklə işin həll olunması ilə məşğul olduğunu, sonradan səbəblər və bəhanələr deyərək işin həll olunmasının uzandığını bildirir, lakin mütləq həll olunacağına vəd verir, daha sonra müxtəlif günlər və saatlar təyin edərək vaxt uzadır, daha sonra Zərərçəkmiş şəxs2 onu aldatmasını başa düşdüyünü bildirərək, Elçindən pullarını geri tələb etməyə başladıqda, sonuncu onu acılayaraq və ona qarşı söyüşlər işlədərək hədələyir, daha sonra naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs2 qızının şəxsiyyət vəsiqəsini göndərir, üzbə-üz görüşdükləri zaman isə aldığı pulların qaytarılması üçün ondan möhlət istəyir. İş üzrə zərərçəkimş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş, hadisənin şahidi olmuş qohumu Şahid1 tərəfindən istifadəsində olan mobil telefon cihazının videokamerası vasitəsi ilə qeydə alınaraq 01 ədəd CD-yə köçürülmüş Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətin səsli videogörüntüsünə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-yə köçürülmüş «VİD-20181217-WA000 mp4» adlı fraqmentə yazılmış, iş üzrə Şahid1 tərəfindən öz mobil telefon cihazının videokamerası tərəfindən qeydə alınmış 01 dəqiqə 09 saniyyəlik videogörüntüdə iş üzrə Zərərçəkmiş şəxs1 qohumu Şahid1 məxsus ağ rəngli avtomobilin salonunda qabaq sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə arxa oturacaqda əyləşməsi, onların mehribancasına söhbət edərək zərərçəkmiş şəxsin qızı Leylinin ali məktəbə qəbul olunması mövzusunda söhbət etmələri, Zərərçəkmiş şəxs1 qızının işi ilə bağlı Təqsirləndirilən şəxs suallar verməsi, sonuncunun onu işin həll olunmasına dair arxayın edərək, guya əmrdən gələn hansısa siyahının olması, abituriyentlərin topladığı balların miqdarından asılı olmayaraq, hamısının bir siyahıya daxil olması, həmin siyahının sonradan bazaya köçürülərək, Təhsil Nazirliyinin sisteminə göndərilməsi, əsas həmin sistemin olduğunu, hazırda birinci mərhələnin qeydiyyatının keçirilməsi, ayın 5-də Leylinin adının rəsmi olaraq sistemdə göstəriləcəyini, onun ali məktəbə qəbul olunması haqqında əmrin artıq verilməsini, Leylinin adını həmin sistemə artıq vurdurduğunu bildirməsi açıq aydın əks olunur. İş üzrə şahid X30 tərəfindən 01 CD-yə köçürülərək, istintaq orqanına təqdim edilmiş, istifadəsində olan mobil telefon cihazının səsyazma qurğusu vasitəsi ilə qeydə aldığı, Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş söhbətlərin səsyazmalarını dinləmə zamanı müəyyən olunmuşdur ki, CD-yə köçürülmüş 04 ədəd səsyazmalardan aydın olunur ki, səsyazmalarda qeyd olunmadığı üçün tarixi dəqiq bilinməyən ayrı-ayrı telefon danışıqlarında X5 Əhmədovdan qonşularının ona həvalə etdikləri işlərinin nəticəsi ilə maraqlanır, Təqsirləndirilən şəxs işlərin həll olunması ilə məşğul olduğunu, sonradan işin həll olunmasının uzandığını bildirir, lakin mütləq həll olunacağına vəd verir, daha sonra müxtəlif günlər və saatlar təyin edərək vaxt uzadır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs20 tərəfindən istintaqa təqdim edilmiş elektron məlumat daşıyıcısına - 01 ədəd diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı diskdəki telefon mesajlarının fotogörüntülərindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs20 özünün 15000 manat pulunu Təqsirləndirilən şəxs tələb etdiyini yazır, eyni zamanda, diskdəki videoformatında telefon danışı ilə bağlı səs yazısından müəyyən edilir ki, Zərərçəkmiş şəxs20 Təqsirləndirilən şəxs pulun geri qaytarılması bildirir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs19 tərəfindən təqdim edilmiş “WhatsApp” sosial mesajlaşma proqramı vasitəsi ilə olan yazışmalar və səs yazılarını əks etdirən elektron məlumat daşıyıcısını - 01 ədəd CD diskə və 05 vərəqədə mesajlaşma görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD formatlı diskdəki 05 ədəd səs yazılarından müəyyən edilmişir ki, Şahid8 Təqsirləndirilən şəxs pulun geri qaytarılması bildirir. Təqdim edilmiş 05 vərəqədə mesajlaşma görüntülərindən müəyyən edilmişdir ki, işin görülməməsinə görə Şahid8 Təqsirləndirilən şəxs pulun geri qaytarılması bildirir. İş materiallarından görünür ki, Şahid8 pulun qalan hissəsinin Təqsirləndirilən şəxs verilməsi ilə bağlı ifadələrində bildirdiyi xüsusatlarla əlaqədar, X41 yanında foto və videoçəkilişdən istifadə edilməklə, Şahid8 ifadələrinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı, Şahid8 ifadələrində bildirdiyi xüsusatları hadisə yerində olduğu kimi təsdiq edərək göstərmişdir. İş materillarından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən, «Hyundai» markalı 90RO114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 99ZT543 dövlət qeydiyyat nişanları təhkim olunmaqla, Bakı şəhər sakini vət. X16 adına rəsmiləşdirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində həmin avtomobilin saxlanılması ilə əlaqədar məhkəmə və ya digər səlahiyyətli orqanlar tərəfindən məlumat mövcud deyildir. Həmçinin, «Hyundai» markalı 99ZT543 dövlət qeydiyyat nişanlı avtomobilə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* və xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarlar icra edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fonoskopik ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 30683 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid11 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramın qeydə alındığı şərait qapalı otaq şəraiti üçün xarakterikdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqlarda bir nəfər kişi və bir nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/264 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan, üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, Təqsirləndirilən şəxs məxsusdur. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən istintaqa təqdim edilmiş telefon səs yazılarını əks etdirən elektron məlumat daşıyıcısına - 01 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdəki fayllar açıldıqda, diskdəki səs yazılarından müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 telefonla Təqsirləndirilən şəxsla danışaraq, ondan 16000 manat pulun geri qaytarılması bildirirlər, Təqsirləndirilən şəxs da pulu qaytaracağını bildirir. İş materiallarından görünür ki, istintaqa təqdim edilmiş məlumatları özündə əks etdirən disklər, fotoşəkillər və videogörüntülər iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Odlar Yurdu Universitetinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixdək Odlar Yurdu Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə Abituriyent hazırlıq fakultəsinin dekanı vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68 ci maddəsinin 2-ci hissəsinin "A" bəndinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə cinayət əməlinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarından görünür ki, hazırki cinayət işinin materiallarından X17 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarından görünür ki, istintaqdan gizləndiyindən, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtariş tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, istintaqdan gizləndiyindən, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtariş tədbirləri nəticəsində, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanı ödəməsini və həmin şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona əlavə cəza kimi dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - istintaqa təqdim edilmiş məlumatları özündə əks etdirən disklər, fotoşəkillər və videogörüntülər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 550 (beş yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, Təqsirləndirilən şəxs 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət 3 (üç) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, Təqsirləndirilən şəxs əsas cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cəzanın icrasına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - istintaqa təqdim edilmiş məlumatları özündə əks etdirən disklər, fotoşəkillər və videogörüntülər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 550 (beş yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 55 (əlli beş) saat hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-2/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-2/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver