Məhkəmə qərarları › İş №1(074)-20/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-20/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-20/2020 04.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri Şəhriyar küçəsi 27 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 22:10 radələrində Şamaxı şəhəri Heydər Əliyev prospektində yerləşən eyni adlı parkın yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 22:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində, bir ədəd siqaret sellofanına bükülmüş, təmiz çəkisi 0,713 (sıfır tam mində yeddi yüz on üç) qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şamaxı şəhəri Şəhriyar küçəsi 27 nömrəli evdə ailəsi ilə birlikdə yaşayır, əvvəllər üzərində narkotik vasitəni saxlamağa və Rusiya Federasiyasında bıçaqlanma hadisəsinə görə məhkum olunmuşdur. O, xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Şamaxı şəhər Avtovağzalının yaxınlığından keçdiyi zaman küçədə yerdən siqaretin bir ədəd sellofanına bükülü vəziyyətdə bir ədəd büküm tapmışdır. Həmin bükümü yerdən götürdükdən sonra açıb içərisinə baxmış, həmin bükümün içərisində tünd boz rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlənin olmasını görmüş, həmin narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd bükümü özü istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin içərisində narkotikaya oxşar kütlə olan bükümü tapıb cibinə qoyduğu vaxtdan aşkarlanan vaxta kimi həmin bükümü üzərində gəzdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 22:10 radələrində o, Şamaxı rayonunun mərkəzi parkının yaxınlığında marketə siqaret almaq üçün gedərkən ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirmişlər, lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını polis əməkdaşlarına demişdir. Özlərinin polis əməkdaşları olduqlarını deyən həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə getməyə dəvət etmiş, o, da razı olub onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefon vasitəsilə videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaretin sellofanına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Şamaxı rayon polis şöbəsinin əməkdaşları aşkar olunmuş həmin bükümü açdıqda, içərisindən tünd boz rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütləni aşkar etmişlər. Onun hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikası Daxili İşlər Naxirliyinin 73 saylı möhürü ilə möhürləmiş, bununla əlaqədar Şamaxı rayon polis şöbəsinin əməkdaşı tərəfindən protokol tərtib edilmiş, içərisinə narkotik vasitə qoyulmuş zərfin üzərini, tərtib olunmuş protokolu o, müdafiəçisi və baxışda iştirak edən digər polis əməkdaşları imzalayıb doğru olmasını təsdiq etmişlər. O, narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, narkotik vasitələrin satışı ilə heç vaxtı məşğul olmamış, yalnız istifadə etmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin PPXTnin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid1 göstərdi ki, əldə olunan əməliyyat məlumatına görə xx xxxx 2020-ci il tarixdə saat 22:10 radələrində Şamaxı RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ilə birlikdə Şamaxı rayonunun mərkəzi parkının yaxınlığında Şamaxı şəhəri Şəhriyar küçəsi 27 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirsələr də, o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə dəvət edilmiş, Şamaxı rayon polis şöbəsinə gəldikdən sonra rayon polis şöbəsinin inzibati binasında mobil telefon vasitəsilə videogörüntüyə çəkilməklə Sadiqin üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaretin sellofanına bükülmüş bir ədəd büküm aşkar olunmuş, aşkar olunmuş həmin bükümü açdıqda içərisindən tünd boz rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Sadiqin üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm kağız zərfdə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Naxirliyinin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, içərisinə narkotik vasitə qoyulmuş zərfin üzəri və tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi, həmçinin baxışda iştirak edən digər polis əməkdaşları imzalayıb doğru olmasını təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərində gəzdirdiyini, narkotik vasitələrin satışı ilə heç vaxtı məşğul olmadığını, yalnız istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmədə dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli 112/261 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 20200-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli 202/200830022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən o, müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarını sağ yan cibindən bir ədəd siqaret selofanına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq işərisinə baxıldıqda, bükümün içərisindən tünd boz rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd büküm kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş» yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,713 qr olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təhqiqata sərf edildikdən sonra qalıq-0,663 qramdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 993 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şamaxı rayon İHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli 471 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri Şəhriyar küçəsi 27 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, fərdi əməklə məşğuldur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək şübhəli şəxs qismində 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə eksptertiza xərci 114,0 manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,663 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90(doxsan) manat və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30(otuz) manat cəmi 120(bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək şübhəli şəxs qismində 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın üzərində qəti olaraq 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə eksptertiza xərci 114,0 manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonrakı təmiz çəkisi 0,663 qram narkotik vasitə olan heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90(doxsan) manat və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30(otuz) manat cəmi 120(bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar