Məhkəmə qərarları › İş №1(074)-20/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-20/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-20/2022 02.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1946-cı ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayından etibarən Şamaxı rayonu Mirikənd kəndində yerləşən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin-torpaq sahəsinin 8,5 (səkkiz tam onda beş) sotunu qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub 2021-ci ilin avqust ayında xüsusi texnikalardan istifadə etməklə şumlayaraq 2021-ci ilin sentyabr ayının sonlarında taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu Mirikənd kəndində evinin qarşısında yolun digər tərəfində zibillikdən ibarət boş torpaq sahəsi vardır. 2020-ci ilin əvvələrində evi ilə üz-üzə zibil tullantıları olan yerin zibillərini, kollarını təmizləyərək həmin torpaq sahəsinə bir neçə ədəd ağac əkmiş və həmin vaxtlarda sözügedən torpaq sahəsinin hər hansı bir sahibinin olması barədə heç bir məlumatı olmamışdır. 2020-ci ilin sentyabr ayında balaca oğlu Mikayıl onlara gələrək Şahid4 polisə ondan şikayət etməsini bildirmişdir. Daha sonra o, Mikayıldan Şahid4 şikayət etməsinin səbəbini soruşmuş, Mikayıl ona bildirmişdir ki, guya o və ailə üzvləri Şahid4 7-8 sot torpaq sahəsini zəbt etmişdir, o isə Mikayılın bu sözlərindən sonra ona bildirmişdir ki, o, həmin yeri zəbt etməmiş, sadəcə olaraq zibbilik və kolluq yeri təmizləyərək oraya bir neçə ağac əkmiş, əgər bu zəbt etməkdirsə, qoy onu dövlət cəzalandırsın demişdir. Bundan sonra, yəni 2021-ci ilin müvafiq ayında dəqiq tarixi yadında deyil, o, həmin ərazinin 7 sot hissəsini traktor vasitəsilə şumladaraq oraya taxıl əkmişdir. O, Şahid4 torpaq almamış, əkdiyi torpaq sahəsinin ilk əvvəl Şahid4 məxsus olmasını da bilməmiş, lakin sonradan bilmişdir ki, həmin torpaq sahəsi Şahid4 oğlu Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs məxsus 0.34 ha torpaq sahəsinin təxminən 7 sot hissəsinə taxıl əkmişdir. Qeyd etdiyi kimi əgər ona zəbt demək olarsa, həmin 7 sot torpaq sahəsini o zəbt etmiş, həmin əraziylə bağlı ailə üzvlərinin heç bir əlaqəsi olmamışdır. Həmin ərazini o zəbt edib əkmişdir, hətta həmin taxıl sahəsi əkilən yerin traktor vasitəsilə şumladılması və əkilməsi xərcini belə özü çəkmiş, o ki qaldi əkilmiş taxıl sahəsi arasında hiss olunan bölünməyə, özü o formada əkmişdir ki, gələcəyinə həmin taxılı biçən zaman bir hissəsini oğlu Pərvizə, bir hissəsini isə oğlu Mikayıla versin. Həmin sözügedən torpaq sahəsində şum çıxaran traktor sürücüsü Akif adlı şəxs olmuş, həmin torpaq sahəsini əkən traktor sürücüsü isə Variz adlı şəxs olmuşdur. Hazırda zəbt etdiyi torpaq sahəsini sahibinə qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Şamaxı rayonu Mirikənd kəndi ərazisində 34 sot kənd təsərrüfatı təyinatlı pay torpağı olmaqla, həmin torpaq sahəsini 2020-ci ilə qədər özü istifadə etmişdir. 2020-ci ilin təxminən iyul ayında həmkəndliləri Təqsirləndirilən şəxs və oğlu Şahid3 ona məxsus 34 sot torpaq sahəsinin təxminən 0,17 hektar hissəsini zəbt edərək taxıl əkmişlər. Atası Şahid4 Təqsirləndirilən şəxs və oğlu Şahid3 dəfələrlə zəbt olunmuş ərazini tərk etmələrini bildirsə də, ərazini tərk etməmişlər və atası Rövşən də bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus torpaq sahəsinin zəbt olunmasını bildirmişdir. Təqsirləndirilən şəxs və oğlu Şahid3 qeyd olunan torpaq sahəsinin kənarlarını hər hansı bir formada çəpərləməmişlər. Həmin zəbt olunmuş qeyd etdiyi torpaq sahəsi ümumilikdə təxminən 0,17 hektar olmaqla həmin ərazi hər hansı bir formada çəpərlənməmişdir. Onun 0,17 hektar torpaq sahəsini Təqsirləndirilən şəxs və oğlu Şahid3 zəbt etmişlər. Təqsirləndirilən şəxs və oğlu Şahid3 onlara dəfələrlə zəng edərək həmin torpaq sahəsini zəbt etmələrini bldirmiş, eyni zamanda həmin zəbt olunaraq iki hissəyə bölünüb taxıl əkilməsindən də hiss olunur ki, həmin sahəni Qibləli və oğlu Mikayıl zəbt etmişlər. Atası Şahid4 ilkin olaraq DİN-nin 102 xidmətinə zəng edərək Şamaxı rayonu Mirikənd kəndində ona məxsus torpaq sahəsinin Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən zəbt edilməsini və həmin zəbt olunmuş torpaq sahəsinin 7-8 sot olmasını bildirsə də, həmin sözügedən torpaq sahəsi ona məxsus olmaqla 0,34 hektar olmuş və həmin torpaq sahəsinin 0,17 hektar hissəsini Təqsirləndirilən şəxs və oğlu Şahid3 zəbt edərək orada taxıl əkmişlər, çünki o, həmin taxıl əkilən yeri ölçmüş, həmin zəbt olunan sahənin uzunluğu 100 metr, eni isə 17 metrdir. Torpaq sahəsi ona qaytarıldığından Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, onun oğlu Zərərçəkmiş şəxs 2011-ci ilin sentyabr ayında Şamaxı rayon məhkəməsinin qətnaməsi ilə, Şamaxı rayonu Mirikənd kəndi ərazisində 34 sot kənd təsərüfatı təyinatlı pay torpağı verilmişdir. Həmin vaxtdan indiyə kimi həmin torpaqdan onlar özləri istifadə edirlər. Təxminən 2020-ci ilin iyul ayında o, kəndə gedən zaman oğluna məxsus 34 sot torpaq sahəmin təxminin 7-8 sotuna həmkəndlisi Qibləli adlı şəxsin beton dirək basdırdığını görmüşdür. O, Qibləliyə zəng vuraraq həmin yerin oğluna məxsus olduğunu deyərək, dirəklərin oradan çıxarmasını bildirmişdir. Qibləli isə ona bildirmişdir ki, “mən həmin yeri səndən almışam”. Bundan sonra o, onlara heç bir söz demədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq məlumat vermişdir. Onu da qeyd etmişdir ki, həmin torpaq sahəsinin bir tərəfini onların torpaq sahələri ilə qonşu olan şəxs çəpərləmiş, bir tərəfi isə yoldur. Həmin topaq sahəsi ilə bağlı Qibləli ilə onun arasında hər hansı bir alış-veriş və ya sövdələşmə olmamışdır. Həmin zəbt olunmuş qeyd etdiyi torpaq sahəsi ümumilikdə təxminən 7-8 sot olmaqla həmin əraziyə beton dirəklər basdırılmış, lakin hər hansı bir formada çəpərlənməmişdir. Həmin ərazi heç vaxt kol-kos olmamış, həmin ərazini Qibləli təmizlətməmiş, torpaq sahəsi zəbt olunan günə kimi istifadələrində olmaqla həmin ərazidən ot biçmişlər. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin oğlu Şəhriyara məxsus olmasını əvvəlcədən bilirmişdir. Həmin torpaq sahəsini Qibləli zəbt etmiş, onun ailə üzvlərinin bu sahədə əməyinin olması barədə heç bir məlumatı olmamışdır, lakin o, kəndə gedən zaman Qibləliylə birlikdə həmin torpaq sahəsinin bir hissəsini də oğlu Mikayılın tutduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Şamaxı rayonu Mirikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Şahid4 tanıyır. Onunla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş ədavət olmamışdır. Şamaxı rayonu Mirikənd kəndində onların evlərinin qarşısında yolun digər tərəfində boş torpaq sahəsi olmuşdur. 2020-ci ilin əvvələrində atası Qibləli evləri ilə üz-üzə zibil tullantıları olan yerin zibillərini təmizləyərək həmin torpaq sahəsinə bir neçə ədəd ağac əkmiş və həmin vaxtlarda atası həmin ərazinin hər hansı bir sahibinin olması barədə heç bir məlumatı olmamışdır. Bundan sonra təxminən 2020-ci ilin sentyabr ayında Şamaxı RPŞ-dən ona zəng gələrək, torpaq Şahid4 ondan və atası Qibləlidən şikayət etməsini bildirərək, RPŞ-nə TQ-na gələrək izahat verməli olduğu bildirilmiş və o, RPŞ-nə TQ-na gələrək orada izahat vermişdir. Bundan sonra yaşadığı kəndə gedərək atası Qibləliyə olanları danışmış, həmin vaxt atası Qibləli ona bildirmişdir ki, “mən o yeri zəbt etməmişim, sadəcə sahibsiz yer olduğu üçün yerin zibillərini təmizlədib orada ağac əkmişəm, həmin yeri hasara almamışam, cəpərləməmişəm”. Daha sonra 2021-ci ilin müvafiq dövründə atası Qibləli həmin torpaq sahəsini traktor vasitəsilə şumlayaraq oraya taxıl əkmişdir. Şahid4 əsassız olaraq ondan yalan və bohtan xarakterli şikayət etdiyi üçün o da ona 5000 manat borc olaraq verdiyi pulu torpağı almaq üçün verdiyini demişdir. Şahid4 5000 manat pulu borc olaraq Amilin, qazel sürücüsü Familin və qardaşı Pərvizin yanında vermiş, lakin TQ-da izahatında həmin pulu torpağın müqabilində verdiyini demişdir. O, daha əvvəl TQ-da izahat verərkən istəməmişdir ki, atasının adı hallansın, düşünmüşdür ki, adı bir məsələdir, atası yaşlı insandır, hər dəfə polisə gəlib getməsin. O səbəbə görə də həmin əkin sahəsinə ağacları və beton dirəkləri özünün əkdiyini bildirmiş, lakin həmin əkin sahəsinə ağacları atası Qibləli əkmiş, eyni zamanda həmin ərazinin təxminən 7 sot hissəinə taxıl əkmişdir. Qeyd etdiyi kimi əgər ona zəbt demək olarsa həmin 7 sot torpaq sahəsini atası Təqsirləndirilən şəxs zəbt etmiş, həmin əraziylə bağlı Təqsirləndirilən şəxs ailə üzvlərinin heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hüseyn oğlu göstərdi ki, Şamaxı rayonu Meysəri kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayır. Barəsində soruşulan Təqsirləndirilən şəxs tanısa da, Şahid3 tanımır. Təxminən 2021-ci ilin avqust ayında o, Mirikənd kəndinin yaxınlığında istifadəsində olan yer şumlayan traktoru ilə müştəri gözləyən zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Mirikənd kəndi ərazisində evi ilə üz-üzə olan sahədə şum çıxarmaq lazım olduğunu demiş və o, həmin yerə gedərək Təqsirləndirilən şəxs dediyi yerdə şum çıxarmış, işini bitirdikdən sonra Təqsirləndirilən şəxs onu evinə dəvət etsə də, o, onun evinə getməmiş və Təqsirləndirilən şəxs ona bildirmişdir ki, şumladığın yer 6 sotdu və həmin 6 sotun pulunu desin ona və o da hesablayaraq Təqsirləndirilən şəxs 4 manat borcunun olduğunu demiş və Təqsirləndirilən şəxs ona 4 manat pulu verdikdən sonra o, oradan çıxaraq daha əvvəl dayandığı Mirikənd kəndinin girişində dayanmışdır. Demək olar ki, Təqsirləndirilən şəxs əkin sahələrinə şumu o çıxarmışdır. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs evi ilə üz-üzə ərazini şumlayan zaman orada yer sahibindən, yəni Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Əlavə onu da qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs heç bur övladını tanımır. O, Qibləli İmsayılovun evi ilə üz-üzə olan torpaq sahəsini şumlayan zaman həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Şamaxı rayonu Mirikənd kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs və oğlu Şahid3 kənd caamatı kimi tanıyır, münasibəti yaxşı olub, aralarında ədavət və düşmənçlikləri olmamışdır. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında o, Mirikənd kəndindən çıxaraq rayonun Muğanlı kəndinə əkin əkmək üçün gedən zaman elə yolun üstündə Təqsirləndirilən şəxs qarşına çıxaraq “mənim burada 6 sot torpağım var, onu əkə bilərsənmi” demiş və o, Təqsirləndirilən şəxs əkə biləcəyini deyərək, istifadəsində olan taxıl əkən traktoru orada saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yarım kisə həyətindən arpa gətirərək traktorun selkasına boşaltmış və o, həmin ərazini əkmiş və Təqsirləndirilən şəxs ondan nə qədər borcunun olmasını soruşmuş və o, 6 sot əkdiyi yerin müqabilində ondan 5 manat pul almış və daha sonra yoluna davam edərək rayonun Muğanlı kəndinə getmişdir. Demək olar ki, Təqsirləndirilən şəxs əkin sahələrində bütün əkin işlərini o etmişdir. Qeyd etmişdir ki, o, Qibləli İmsayılovun evi ilə üz-üzə olan torpağa taxıl əkən zaman orada yer sahibindən, yəni Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. O, Qibləli İmsayılovun evi ilə üz-üzə olan torpaq sahəsinə taxıl əkən zaman həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. O, ümumiyyətlə Mirikənd kəndinin giriş hissəsində, eyni zamanda istər Təqsirləndirilən şəxs, istərsə də Şahid3 evi ilə üz-üzə olan ərazilərdə Şahid3 üçün hər hansı bir əkin əkməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Mirikənd kəndi ərazisində yerləşən 8,5 sot kənd təsərrüfatı təyinatlı əkin sahəsini özbaşına tutaraq qanunsuz zəbt etmiş və şumlatdırmaqla əkib becərmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinin daşınmaz əmlakın kadastrı texniki invertarlaşdırma və ünvan şöbəsinin müdiri X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı rayon ərazi şöbəsinin məsləhətçi müfəttişi X3 iştirakları ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Mirikənd kəndi ərazisində yerləşən torpaq sahəsinə 18 noyabr 2021-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 8,5 sot Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin sahəsini özbaşına tutaraq qanunsuz şumladığı müəyyən olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı ərazi idarəsinin 01.12.2021-ci il tarixli **********48 nömrəli məktubunda göstərilmişir ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi Şahid4 deyil, həmin torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Şamaxı rayonu Mirikənd kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs mülkiyyətində olan 0,34 ha torpaq sahəsinə yerli baxış keçirilmiş və torpaq sahəsinin planı və ölçüsündə göstərilən ölçülərlə faktiki vəziyyət müqayisə edilərək tərəflərə izah edilmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Mirikənd kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Mirikənd kəndi ərazisində yerləşən 8,5 sot torpaq sahəsini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, X4 Şamaxı rayonu Mirikənd kəndində xüsusi mülkiyyətində 0,34 ha kənd təsərrüfat təyinatlı əkin sahəsi vardır. Bu barədə 07 avqust 2013-cü il tarixdə ********** nömrə ilə, Daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd kəndi ərazi dairəsi üzrə nümayəndəliyinin 01 dekabr 2021-ci il tarixli 586 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1954-cü il təvəllüdlü X11, oğlu 1985-ci il təvəllüdlü X6, gəlini 1994-cü il təvəllüdlü X7, nəvələri 2018-ci il təvəllüldü X8 və 2019-cu il təvəllüdlü X12 ilə Şamaxı rayonu Mirikənd kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd kəndi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənd sakinləri arasında müsbət xarakterizə olunur, onların xeyir və şər işlərində yaxından iştirak edərək öz köməkliyini əsirgəmir. Kənd əhalisi arasında qabiliyyətinə görə xüsusi hörmətə malikdir. İş materiallarında olan Şamaxı rayon X15 Hüquqi Şəxsin 02 fevral 2022-ci il tarixli 201 saylı arayışından görünür ki, o, 2008-ci il tarixdən Şamaxı RMX-nın poliklinika şöbəsinin Endokrinoloji kabinetində şəkərli diabet orta ağır forma İİ tip, Hipertoniya xəstəliyi 3-cü mərhələ dioqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 08.11.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 150.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.05.2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Şamaxı rayonu Mirikənd kəndi ərazisində yerləşən torpaq sahəsinin sahibsiz olmasını düşünməsi, bu səbəbdən təklikdə həmin sahəni zəbt etməsi, oğlu Şahid3 həmin ərazidə torpaq sahəsi zəbt etməməsi barədə göstərdikləri özünü və oğlu Şahid3 müdafiə etmə xarakteri daşıdığından vəsatət kimi qəbul olunmaqla rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, 75 yaşında olmasını, şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışmasını, yaşını və müsbət davranışını müstəsna hallar kimi nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmasının aşağı həddindən az azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X14 oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli X14 oğlunun Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X14 oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar