Məhkəmə qərarları › İş №1(074)-20/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-20/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-20/2023 11.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Şamaxı rayonu, Göylər kəndində yerləşən yaşadıqları evdə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət, baş və çənə nahiyəsinə bir neçə zərbə vuraraq ona başın sol təpə nahiyəsinin qançırı, sifətin sol yarısının və sol gözün üst qapağının sıyrıqları, alt çənə nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra 2020-ci ilin may ayında Sabirabad rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Yaşadığı müddət ərzində uşaqları olmamamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş və mübahisə, münaqişə belə olmamamış, mehriban yola getmişlər. Lakin son vaxtlar Zərərçəkmiş şəxs onun yeməyini hazır etmədiyi və ev işlərinə baxmadığı, geyim əşyalarını yumadığı üçün dəfələrlə ona öz iradını bildirsə də, o, öz hərəkətlərini davam etdirmiş və etdiyi hərəkətlərə haqq qazandırmışdır. Zərərçəkmiş şəxs son vaxtlar onu dindirməmiş, dindirəndə də cavab qaytarmış, bu zəmində aralarında mübahisə yaranmışdır. 23 noyabr 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus olan avtomobili idarə edib evin giriş darvazasına çataraq siqnal versə də, Zərərçəkmiş şəxs evin giriş darvazasını açmamış, bundan sonra evin giriş darvazasını açıb avtomobili həyətə salaraq, evə girib həyat yoldaşı Zərərçəkmiş şəxs öz iradını bildirmiş, bu zəmində Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əlinin arxası ilə bir neçə dəfə onun çənə və sifət nahiyəsinə zərblə yox, yüngülcə vurmuşdur. Zərərçəkmiş şəxs sonradan onun barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat veridiyini və rayon polis şöbəsinə müracət etdiyini bilmiş, təxminən iki saatdan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs qardaşı arvadı Şahid3 zəng edib hadisə barədə məlumat vermiş, sonra qaynı Teyyub və bacısı İlhamə, qardaşı arvadı Şahid3 Sabirabad rayonu, Şıxlar kəndindən onların yaşadıqları rayonun Göylər kəndinə gəlmiş, həyat yoldaşının qardaşı Şahid2 onun qollarından tutmuş və həyat yoldaşı Zərərçəkmiş şəxs onun boğaz nahiyəsini dırnaqları ilə cırmış, aralarında olan hadisə evdə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında Şamaxı rayonu, Göylər kənd sakini olan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, yaşadıqları müddət ərzində uşaqları olmamışdır. Əvvəllər həyat yoldaşı Təqsirləndirilən şəxs ilə münasibətləri normal olmuş, Təqsirləndirilən şəxs son vaxtlar spirtli içki qəbul edib onunla mübahisə etməsi müntəzəm hal almış, dəfələrlə Təqsirləndirilən şəxs spirtli içki qəbul etməməsini desə də, sonuncu yenə də öz hərəkətlərini davam etdirirək spirtli içki qəbul edib onunla mübahisə etmişdir. 23 noyabr 2022-ci il tarixdə saat 15 radələrində evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs evə girərək, onu nahar etdiyi vaxt evin giriş darvazasını açıb onu qarşılamadığına öz iradını bildirmiş, cavabında Təqsirləndirilən şəxs küçəyə çıxmasını və yanında adam olduğundan qayıdıb evə gəldiyini demiş, buna baxmayaraq Təqsirləndirilən şəxs onun saçından yapışaraq yerə yıxmış, sonra isə təpiklə onu vurmuş, təpiyin zərbələri onun boyun, sifət və çənə nahiyəsinə dəymişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə mübahisə evdə davam etmiş, özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs boyun nahiyəsini dırnaqları ilə cırmışdır. Sonra Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Şahid3 mobil nömrəsinə zəng edib Göylər kəndinə gəlib onu aparmalarını demiş, təxminən 2 saatdan sonra qardaşı Teyyub, bacısı İlhamə, digər qardaşının həyat yoldaşı onun yaşadığı rayonun Göylər kəndinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu döyməsi səbəbindən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş və rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, qardaşı Şahid2 və adı çəkilən qohumları gəldikdən sonra onların yanında ərizə ilə rayon polis şöbəsinə müracət edərək, Sabirabad rayonu, Şıxlar kəndinə getmişdir. Özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs boyun nahiyəsini dırnaqları ilə cırmış, Təqsirləndirilən şəxslə aralarında mübahisə və dava-dalaş evdə olmuş, təxminən 25-30 dəqiqə davam etmişdir. Qardaşı Şahid2 və onun yanında olan qohumları Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Zərərçəkmiş şəxs onun həyat yoldaşının bacısı olmasını, Zərərçəkmiş şəxs 2020ci ilin may ayında Şamaxı rayon Göylər kənd sakini olan Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ailə həyatı qurmasını, hal-hazırda onların uşaqlarının olmamasını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətlərinin normal olsada son vaxtlar Təqsirləndirilən şəxs spirtli içki qəbul edib mübahisə etməsi onlar arasında mübahisəyə səbəb olmasını, 23 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Sabirabad rayon Şıxlar kəndində evlərində olan zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub Zərərçəkmiş şəxs döyməsini və bununda səbəbi onun sözünə baxmadığını olmasını deməsini, sonra isə qaynı Şahid2 və baldızı Şahid1 ilə birlikdə Şamaxı rayon Göylər kəndinə Zərərçəkmiş şəxs yaşadığı ünavana gəlmələrini, sonra Əfqanın mobil telefonuna zəng etsədə sonuncu ona evdə olmadığını bildirməsini, Zərərçəkmiş şəxs evin giriş darvazasına onların yanına gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və sifətinin qan olmasını görmələrini, Zərərçəkmiş şəxs onların yanında bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsini, küçədə olan zaman Təqsirləndirilən şəxs avtomabili ilə gələrək öz həyətinə girdiyini, sonra isə Şamaxı rayon Göylər kəndindən Şamaxı rayon polis şöbəsinə ərizə və izahat verdikdən sonra Zərərçəkmiş şəxs ilə birlikdə Sabirabad rayon Şıxlar kəndinə getmələrini, qaynı Teyyub və onların Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etmədiyini, Təqsirləndirilən şəxs onlara şər və böhtan atdığını, Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında dava-dalaş zamanı orada olmadıqlarını göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Zərərçəkmiş şəxs onun doğma bacısının olmasını, bacısı Zərərçəkmiş şəxs 2020ci ilin may ayında Şamaxı rayon Göylər kənd sakini olan Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ailə həyatı qurmasını, hal- hazırda onların uşaqlarının olmamasını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətlərinin normal olsada son vaxtlar Təqsirləndirilən şəxs spirtli içki qəbul edib mübahisə etməsi onlar arasında mübahisəyə səbəb olmasını, 23 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Sabirabad rayon Şıxlar kəndində evlərində olan zaman Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Şahid3 mobil nömrəsinə zəng vurub Zərərçəkmiş şəxs döyməsini və bununda səbəbi onun sözünə baxmadığını olmasını deməsini, sonra isə bacısı Şahid1 qardaşının həyat yoldaşı Şahid3 ilə birlikdə Şamaxı rayon Göylər kəndinə Zərərçəkmiş şəxs yaşadığı ünavana gəlmələrini, sonra Əfqanın mobil telefonuna Şahid3 zəng etsədə sonuncu ona evdə olmadığını bildirməsini, Zərərçəkmiş şəxs evin giriş darvazasına onların yanına gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və sifətinin qan olmasını görmələrini, bacısı Zərərçəkmiş şəxs onların yanında bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsini, küçədə olan zaman Təqsirləndirilən şəxs avtomobili ilə gələrək öz həyətinə girdiyini, sonra isə Şamaxı rayon Göylər kəndindən Şamaxı rayon polis şöbəsinə ərizə və izahat verdikdən sonra bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Sabirabad rayon Şıxlar kəndinə getmələrini, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etmədiyini, Təqsirləndirilən şəxs onlara şər və böhtan atdığını, Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında dava-dalaş zamanı orada olmamasını, Təqsirləndirilən şəxs qollarından tutmadığını göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Zərərçəkmiş şəxs doğma bacısı olmasını, bacısı Zərərçəkmiş şəxs 2020-ci ilin may ayında Şamaxı rayon Göylər kənd sakini olan Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ailə həyatı qurmasını, hal-hazırda onların uşaqlarının olmamasını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətlərinin normal olsada son vaxtlar Təqsirləndirilən şəxs spirtli içki qəbul edib mübahisə etməsi onlar arasında mübahisəyə səbəb olmasını, 23 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Sabirabad rayon Şıxlar kəndində evlərində olan zaman Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Şahid3 mobil nömrəsinə zəng vurub Zərərçəkmiş şəxs döyməsini və bununda səbəbi onun sözünə baxmadığını olmasını deməsini, sonra isə qardaşı Şahid2 qardaşının həyat yoldaşı Şahid3 ilə birlikdə Şamaxı rayon Göylər kəndinə Zərərçəkmiş şəxs yaşadığı ünavana gəlmələrini, sonra Əfqanın mobil telefonuna Şahid3 zəng etsədə sonuncu ona evdə olmadığını bildirməsini, Zərərçəkmiş şəxs evin giriş darvazasına onların yanına gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və sifətinin qan olmasını görmələrini, bacısı Zərərçəkmiş şəxs onların yanında bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsini, küçədə olan zaman Təqsirləndirilən şəxs avtomobili ilə gələrək öz həyətinə girdiyini, sonra isə Şamaxı rayon Göylər kəndindən Şamaxı rayon polis şöbəsinə ərizə və izahat verdikdən sonra bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Sabirabad rayon Şıxlar kəndinə getmələrini, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlər etmədiyini, Təqsirləndirilən şəxs onlara şər və böhtan atdığını, Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında dava-dalaş zamanı orada olmamasını, qardaşı Şahid2, Təqsirləndirilən şəxs qollarından tutmadığını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 24 noyabr 2022-ci il tarixli, 541 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər başın sol təpə nahiyəsinin qançırı, sifətin sol yarısının və sol gözün üst qapağının sıyrıqları, alt çənə nahiyəsinin hematoması küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən başın sol təpə nahiyəsinin qançırı, sifətin sol yarısının və sol gözün üst qapağının sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, alt çənə nahiyəsinin hematoması isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, X2 qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar