Məhkəmə qərarları › İş №1(074)-20/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-20/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-20/2024 30.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1959-cu ildə Şamaxı rayonu, Çağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin sonlarınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla əri X2 məxsus olan Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs tanışları fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin mənzildə kişi müştəriləri Şahid2, Şahid1, Şahid9, Şahid8, Şahid7 və Şahid6 fahişəliklə məşğul olan qadınların intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 25-40 manat məbləğində pul almaqla, ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında tanışı olan kişi müştərilərlə 30-50 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə, həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15-25 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının əvvəllərindən 2022-ci ilin sonlarınadək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 yaşadığı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında tanışı olan kişi müştərilərlə 30-40 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə, həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15-20 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarında tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında tanışı olan kişi müştərilərlə 40-50 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə, həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 20-30 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə cinayət işi məhkəmə baxışındadır. Yaşadığı evin bir otağını tək qalan qadınlara bir neçə günlük kirayə vermiş, otağı kirayə verdiyi şəxslər əsasən əxlaqsızlıqla məşğul olan qadınlar olmuşdur. Onlar Şamaxı rayonun ərazisində fahişəliklə məşğul olmuşlar. Şamaxı rayonunda yaşayan bəzi kişilər ondan həmin qadınların mobil telefon nömrələrini istəmişlər. Həmin qadınlar Şamaxı rayonunda müxtəlif restoranlarda işləmiş, gecə isə onun evində qalmışlar. Həmin qadınlar onun evində qalmağın qarşılığında ona günlük 10 manat pul vermişlər. Onun evində fahişəliklə məşğul olan qadınlar qalsa da o, həmin qadınlara bildirmişdir ki, onun evindən kənar necə istəyirlərsə elə də müştəri tapsınlar. Onun evində yetkinlik yaşına çatmayan fahişəliklə məşğul olan qadın qalmamışdır. Onun evində qalan qadınlar əsasən 45-50 yaşlı qadınlar olmuşdur. Onun evində qalan fahişəliklə məşğul olan qadınlardan Zəminə, Könül və Aygülü xatırlayır. Həmin qadınlara görə ona müraciət edən kişilərin anket məlumatlarını və ünvanlarını xatırlamır. Onun özü isə fahişəliklə məşğul olmamış, onun evində qalan qadınlardan biri də Zərərçəkmiş şəxs2 olmuşdur. Aygül onun evində cəmi iki gün qalmış, Zərərçəkmiş şəxs2 bir nəfər oğlanla onun evinə gəlmiş, oğlan ona bildirmişdir ki, bir neçə gün onun evində qalsın, daha sonra gəlib aparacaqdır. Oğlan özü isə başqa yerdə qalmışdır. Aygül ona bildirmişdir ki, bakirədir və nişanlıdır. Təxminən 2 gün onun evində qaldıqdan sonra həmin oğlanla birlikdə getmişdir. Aygül onun evinə ikinci dəfə gəlməmiş, Aygül onun evində heç kimlə görüşüb cinsi əlaqədə olmamışdır. Aygül ona bakirə olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 onun evində yaşamamış, Sabirə onunla qonşuluqda qalmışdır. Sabirə qonşu kimi onun evinə gəlib getmişdir. O, Sabirəni fahişəliyə cəlb etməmiş və heç kimlə görüşdürməmişdir. Sabirə özü fahişəliklə məşğul olmuşdur. O, adlarını qeyd etdiyi qadınların heç birini fahişəliyə cəlb etməmiş, həmin qadınların nə üçün onun barəsində belə bir ifadə verdiklərini bilmir. O, Zərərçəkmiş şəxs1 tanımamış və həmin qadınla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, o, Şamaxı şəhərində olan zaman Məfkurə ilə tanış olmuş, Məfkurə onunla qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. Təxminən 2020-ci ilin əvvəllərində Şamaxı şəhərində olan zaman Məfkurə ilə rastlaşmış və bir qədər söhbət etmişlər. Daha sonra bir-birilərinin mobil nömrələrini götürmüşlər. Həmin vaxtdan əlaqə saxlamağa başlamışlar. O, həmin zamanlar Şamaxı şəhərində hazırda ünvanını xatırlamadığı fərdi yaşayış evində kirayədə yaşamışdır. Məfkurə təxminən 2020-ci ilin aprel ayının əvvəllərində onunla əlaqə saxlamış və ona bidlirmişdir ki, çox sayda kişi tanışları var. Əgər onlarla görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana bilər. O, Şamaxı şəhərində bunun necə olacağını soruşduqda Məfkurə bildirmişdir ki, müştəri olduqda evinə gəlib orada görüşüb cinsi əlaqədə olacaqdır. Daha sonra alınan pulun yarısını ona verəcəkdir. O, da maddi ehtiyaclarını ödəmək üçün Məfkurə ilə razılaşmış, bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərindən etibarən müştəri olduqca Məfkurə onunla əlaqə saxlamış, o Məfkurənin evinə gedib orada müştəri ilə cinsi əlaqədə olduqdan sonra Məfkurə ona 15-20 manat pul vermişdir. Bu qaydada Məfkurə mütəmadi olaraq 2022-ci ilin sonlarınadək olan müddət ərzində onu öz evində tanışı olan kişi müştərilərlə cinsi əlaqədə olmağına şərait yaratmışdır. Bir neçə dəfə Məfkurənin müştəridən çox miqdarda pul almasını, daha sonra isə ona 15-20 manat verməsini öyrəndiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra da Məfkurə ilə əlaqəsini kəsmişdir. 2022-ci ilin sonlarından sonra Məfkurə ilə əlaqəsi olmamışdır. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, kişi müştərilərinin adlarını xatırlamır. Kişilərlə hər məsələni Məfkurə danışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sonlarından tanıyır. Belə ki, 2021-ci ilin sonlarında Bakı şəhərində paltar mağazasında satıcı işləmiş, həmin vaxt mağazaya müştəri kimi bir neçə dəfə gəlib gedən hazırda adını xatırlamadığı qadınla aralarında yaxın münasibət yaranmış, bir gün həmin qadın mağazaya gəldikdə ona bildirmişdir ki, istirahət məqsədilə Şamaxı şəhərinə gedəcəkdir. Həmin qadın ona Şamaxı şəhərinə birlikdə getməyi təklif etmiş, o həmin qadınla razılaşmış və bundan sonra onlar birlikdə Şamaxı şəhərində getmişdir. Şamaxı şəhərində qalmağa günlük ev verən yerlər axtardıqları zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Məfkurəni həmin qadına kimsə təklif etmişdir. Onlar Məfkurənin yanına gedib söhbət etmişlər. Məfkurə onlara bir günlük evi 10 manata verə biləcəyini bildirmiş, onlar Məfkurə ilə razılaşmış və Məfkurənin evini bir günlük 10 manat qarşılığında kirayə götürmüşlər. Həmin vaxt Məfkurə onları çox yaxşı qarşılayıb onlarla çox gözəl rəftar etmişdir. Hiss olunmuşdur ki, Məfkurə onlarla yaxın münasibət yaratmaq istəyir. Məfkurənin onlarla münasibətini o da bəyəndiyi üçün o vaxtlar istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsini Məfkurəyə vermiş, onlar bir gün orda qalıb istirahət etdikdən sonra Bakı şəhərinə qayıtmışlar. O, Bakı şəhərinə gəldikdən sonra Məfkurə arasıra onunla əlaqə saxlamışdır. Məfkurə bir gün onu öz yanına qonaq dəvət etmiş, o Məfkurə ilə razılaşıb Şamaxı şəhərinə getmişdir. Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmişdir. Evin dəqiq ünvanını isə xatırlamır. Məfkurənin evi fərdi yaşayış evi olmuşdur. Orada Məfkurə ilə arasında olan söhbət zamanı Məfkurə ilə dərdləşmiş, Məfkurəyə maddi sıxıntıları olduğunu, qızının maddi ehtiyaclarını qarşılaya bilmədiyini bildirmiş, bu zaman Məfkurə ona bildirmişdir ki, ətrafında çoxlu kişi tanışları var əgər istəsə pul qarşılığında onlarla görüşüb cinsi əlaqədə olub, yaxşı qazanc əldə edəcəyini demişdir. Belə olan halda o maddi vəziyyətinin düzəlməsi üçün Məfkurə ilə razılaşmaq məcburiyyətində qalmış, bundan sonra Məfkurə bir gün müddətində onu öz müştərilərinə təqdim etmiş, Məfkurə onu ümumulikdə iki müştəriyə təqdim etmişdir. O, müştərilər ilə Məfkurənin evində yataq dəsti ilə təchiz edilmiş yataq otağında cinsi əlaqədə olmuşdur. Müştərilərin hər ikisi Məfkurəyə pul versə də o pulun miqdarını bilməmişdir. Məfkurə isə ona həmin puldan bir dəfə 20 manat, bir dəfə isə 30 manat pul vermişdir. Məfkurə isə özünə həmin puldan nə qədər götürdüyünü o bilməmişdir. Müştərilərlə cinsi əlaqədə olmağı ona çox pis təsir etmiş, bu işin ona yaraşmadığını hiss etmiş və Məfkurə ilə mübahisə edib evindən çıxıb getmişdir. Bakı şəhərinə gəldikdən sonra isə dərhal mobil nömrəsini dəyişdirib bir daha Məfkurə ilə əlaqə saxlamamışdır. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, hər iki müştəri ilə də Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuş, müştərilərlə Məfkurənin özü danışmış və pulu da özü almışdır. Məfkurə ona müştərilərlə əlaqə saxlamağa icazə verməmiş, Məfkurənin onu fahişəliyə cəlb etdiyi tarixi dəqiq olaraq xatırlamır. Həmin hadisə 2021-ci ilin sonlarına təsadüf etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin qış aylarında tanımışdır. Məfkurə ilə Leyla adlı rəfiqəsi vasitəsilə tanış olmuş, həmin vaxtlarda ona pul lazım olmuş, buna görə də Leyla onu Məfkurə ilə tanış etmiş, Leyla ona bildirmişdir ki, pul qazanmağı üçün Məfkurə ona iş təşkil edə bilər. Bundan sonra o Məfkurə ilə mobil telefon əlaqəsi saxlayıb yanına Şamaxı rayonuna getmiş, hazırda həmin vaxt istifadə etdiyi mobil telefon nömrəsini, nə də Məfkurənin mobil telefon nömrəsini xatırlamır. Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmiş, evin dəqiq ünvanını xatırlamır. Məfkurənin evi fərdi yaşayış evi olmuş, onlar qabaqcadan razılaşmışdırlar ki, Məfkurə evində ona bir otaqda qalmağı üçün şərait yaradacaqdır. O, Şamaxı rayonuna getdikdən sonra bilmişdir ki, Məfkurə tanışı olan qadınları pul qarşılığında müştərilərlə görüşdürərək, qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olur. Məfkurə ona da təklif etmişdir ki, onu da müştəriləri ilə pul qarşılığında görüşdürüb onun yüksək gəlir əldə etməyinə şərait yarada bilər. Belə olan halda o maddi vəziyyətinin düzəlməsi üçün Məfkurə ilə razılaşmış, bundan sonra Məfkurə iki gün müddətində onu öz müştərilərinə təqdim etməyə başlamış, o Məfkurənin müştəriləri ilə Məfkurənin evində yataq dəsti ilə təchiz edilmiş yataq otaqında cinsi əlaqədə olmuşdur. Məfkurə gün ərzində onu 4-5 nəfər müştərisinə təqdim etmişdir. Müştərilər ona görə Məfkurəyə 30-50 manat pul vermiş, Məfkurə həmin puldan yarısını özünə götürüb, qalan yarısını isə ona vermişdir. O, bu qaydada iki gün müddətində Məfkurənin müştəriləri ilə görüşdükdən sonra Bakı şəhərinə qayıtmış, bir müddət Bakıda qaldıqdan sonra yenə maddi sıxıntıları yarandığından geri Məfkurənin yanına getmiş, bu dəfə isə Məfkurə onu əvvəlki qaydada 10 gün müddətində öz müştəriləri ilə görüşdürmüşdür. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmişə müştərilərlə Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuş, müştərilərlə həmişə Məfkurənin özü danışmış və pulu da həmişə Məfkurənin özü almışdır. Məfkurə ona müştərilərlə əlaqə saxlamağa icazə verməmişdir. Məfkurənin onu fahişəliyə cəlb etdiyi tarixləri dəqiq olaraq xatırlamır, təxminən 2020-ci ilin yanvar-fevral ayları olmuşdur. İkinci dəfə 10 gün müddətində Məfkurə onu fahişəliyə cəlb etdikdən sonra o, Bakı şəhərinə qayıtmış, bundan sonra Məfkurə ona zəng edib geri çağırsa da, o, ehtiyacları olmadığı üçün Məfkurənin yanına getməmişdir. Təxminən bir il sonra isə mobil telefon nömrəsini dəyişdirmiş və Məfkurə ilə bir daha əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 1 ildir ki, tanıyır. Belə ki, o tanışlarından Məfkurənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu eşitmiş, o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***- **-** və ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlayaraq Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu evinə dəvət etmişdir. Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmiş, o Məfkurənin evinin dəqiq ünvanı bilməmişdir. Məfkurənin evi fərdi yaşayış evi olmuşdur. O, həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə bir nəfər də qadın olmuş, Məfkurə ondan həmin qadınla evində cinsi əlaqədə olmaq üçün 40 manat ödəməli olduğunu bildirmiş, o da Məfkurəyə 40 manat pul vermiş, bundan sonra evin yataq otağına daxil olub həmin qadınla cinsi əlaqədə olmuş və daha sonra oranı tərk etmişdir. Bundan sonra Məfkurə ilə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlasa da sonradan cinsi əlaqədə olmaq üçün Məfkurənin evinə getməmişdir. Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olduğu qadının anket məlumatlarını xatırlamır. Uzun müddət keçdiyi üçün həmin qadının üz görünüşünü belə xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını tanımır. Bu işlə bağlı onun telefon nömrəsi həmin xanımın telefonunda çıxmışdır. Onun danışdığı xanımın adı Gülü olmuşdur. Həmin xanım ona demiş ki, evlənəcəksən gəl qızla görüş. Getmiş amma qadının üzü yadında deyil, belə ki 4-5 il əvvəl olmuşdur. O, pulu həmin görüşdüyü qadına vermiş, görüşdüyü qızın adını bilmir. O, Şamaxıdan olmadığına görə, ünvanı yadında deyil, amma onu qeyd edə bilər ki, Ağsu rayonu tərəfindən gələndə svetofordan yuxarı istiqamətinə çıxmış, dörd yoldan sola dönmüş, biraz getmiş, 9 nömrəli məktəbin yolunda dönmüş, dönəndə mağaza olmuş, maşını saxlayıb həmin evə getmişdir. Evin ünvanını həmin telefonla danışdığı qadın izah etmişdir. O, həmin evə 3 dəfə gətmiş, hər dəfədə ***-***-**-** nömrə ilə danışıb gəlmiş və hər dəfə eyni qadınla görüşmüşdür. O, evə gələndə evdə ayrı-ayrı cavan və yaşlıda qadınlar olmuş, onu qızlar qarşılamışdır. Pulu görüşdüyü qıza vermiş, verdiyi məbləğ isə 20-30 manat olmuşdur. Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2021-ci ilin sonlarından tanımış, belə ki, o tanışlarından Məfkurənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu eşitmiş, o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***- **-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu evinə dəvət etmiş, Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmiş, Məfkurənin evi fərdi yaşayış evi olmuş, o həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə iki nəfər qadın da olmuş, Məfkurə ondan qadınlardan birini seçməyini istəmiş, o da həmin qadınlardan birini seçib həmin qadınla Məfkurənin evində cinsi əlaqədə olmuşdur. Bunun müqabilində Məfkurəyə 25-30 manat pul vermiş, belə ki, bundan sonra 3-4 dəfə də eyni qaydada Məfkurənin evinə gedib orada təqdim etdiyi qadınlarla görüşüb cinsi əlaqədə olmuşdur. Onu hər dəfəsində Məfkurə qarşılayıb pulu almış, o Məfkurəyə bəzi hallarda 25, bəzən isə 30 manat pul vermiş, Məfkurəyə pulu verdikdən sonra seçdiyi qadınla Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuşdur. O, getdiyi bütün hallarda Məfkurənin evində 2 nəfər qadın olmuş, bir neçə dəfə Məfkurənin evinə getsə də təqdim etdiyi qadınları bəyənmədiyi üçün həmin qadınlarla görüşüb cinsi əlaqədə olmamışdır. Sonuncu dəfə təxminən 2022-ci ilin yay aylarında Məfkurənin evində gedib orada təqdim etdiyi qadınla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olduğu qadınların anket məlumatlarını xatırlamamış, o, həmin qadınlarla Məfkurə vasitəsilə görüşüb cinsi əlaqədə olduğu üçün daha sonra həmin qadınlarla görüşməmiş, lakin həmin qadınlar təxminən 25- 30 yaş arası qadınlar olmuşdur. Cinsi əlaqədə olduğu qadınlardan pul barədə hər dəfə soruşduqda həmin qadınlar hamısı bildirmişidr ki, onun verdiyi puldan 10 manatını Məfkurəyə vermişlər. Qalan hissəsini isə özlərinə götürmüşdürlər. Bəzi qadınlar 15 manata, bəziləri isə 20 manata onunla cinsi əlaqədə olmuşdurlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını tanımır. Qadınla görüşdüyü ev həyət evi idi, 3 dəfə qadınla görüşmiş, 2 dəfə eyni qadın, 1 dəfə isə başqa qadın olmuş, hər dəfə qadınla görüşmək üçün həmin evə getmişdir. Onu həmin görüşdüyü qadın qarşılamış, qarşılayan qadının üz quruluşu yadında deyil. 20-30 manat pulu görüşdüyü qadına vermişdir. Həmin vaxt, həmin evdə görüşdüyü qadınla o, olmuş, başqa heç kim olmamışdır. Onu da qeyd edir ki, ***-***- **-** telefon nömrə ilə əlaqə saxlamış, telefonla danışanda kimlə danışandığını bilməmiş, həmin telefon nömrəsini dost-tanış vermişdir ki, qızla görüşdürür. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2021-ci ilin sonlarından tanımış, belə ki, o, tanışlarından Məfkurənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu eşitmiş, daha sonra həmin tanışlarından Məfkurənin mobil telefon nömrəsini götürmüş, o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***- **-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu evinə dəvət etmiş, Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmişdir. Məfkurənin evi fərdi yaşayış evi olmuş, o həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə Məfkurədən başqa bir nəfər qadın da olmuşdur. O, həmin qadınla Məfkurənin evində cinsi əlaqədə olmuş, bunun müqabilində Məfkurəyə 30 manat pul vermiş, belə ki, bundan sonra 3-4 dəfə də eyni qaydada Məfkurənin evinə gedib orada təqdim etdiyi qadınlarla görüşüb cinsi əlaqədə olmuşdur. Onu hər dəfəsində Məfkurə qarşılayıb pulu da Məfkurə almışıdr. Hər dəfəsində də o Məfkurəyə 30 manat pul vermiş, Məfkurəyə pulu verdikdən sonra evdə olan qadınla Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuş, o getdiyi bütün hallarda Məfkurənin evində özündən başqa bir nəfər qadın da olmuşdur. Sonuncu dəfə təxminən 2022-ci ilin payız aylarında Məfkurənin evində gedib orada təqdim etdiyi qadınla cinsi əlaqədə olmuşdur. Məfkurənin evində cinsi əlaqədə olduğu qadınların anket məlumatlarını xatırlamamış, o həmin qadınlarla Məfkurə vasitəsilə görüşüb cinsi əlaqədə olduğu üçün daha sonra onlarla görüşməmişdir. Lakin həmin qadınlar təxminən 30-35 yaş arası qadınlar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını tanıyır. O, Rusiyada yaşamış, bura gələndən sonra ticarətlə məşğul olmuş, Təqsirləndirilən şəxs onun müştərisi olub, həyat yoldaşı Telman adlı şəxslə yanına gəlib-getmiş, başqa əlaqəsi olmamışdır. ***-***-**-** ona məxsus nömrədir, bu nömrə onda olmuş, özü istifadə etmişdir. Təqsirləndirilən şəxs onun müştərisi olduğu üçün, onun telefon nömrəsində həyat yoldaşının adını Telman kimi yazdırmışdır. Onunla mal gələndə 2022-ci ildə danışmışdır. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2022-ci ildən tanıyır. Şamaxı kiçik şəhər olduğu üçün demək olar ki, hamı bir birini tanımış, Məfkurə barəsində hazırda adını xatırlamadığı tanışından eşitmiş, həmin tanışından Məfkurənin qadınları fahişəliyə cəlb etdiyini və öz evində görüşüb cinsi əlaqədə olmağa şərait yaratdığını öyrənmiş, belə ki, o da həmin zamanlar istifadəsində olan ***-***- **-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu evinə dəvət etmiş və öz evində 40 manat pul müqabilində qadınla cinsi əlaqədə ola biləcəyini qeyd etmişdir. Lakin o Məfkurə ilə razılaşmamış və Məfkurəyə lazım olacağı təqdirdə əlaqə saxlayacağını demişdir. Məfkurənin evinin harada olması barədə onun məlumatı olmamış, həmin vaxtdan etibarən artıq Məfkurə ilə əlaqəsi qalmamışdır. Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olmaq üçün təklif etdiyi qadınların anket məlumatlarını o bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını tanıyır, 10 ildir ki, qonşusudur. X6 qonşu kimi münasibətləri olmuş, hərdən hal-əhval tututmaq üçün ona zəng edirmiş, Məfkurənin evinə qadın kişi gəlibgetdiyini eşitməmiş, evində kirayə adam saxladığını bilməmiş, bu barədə məlumatı yoxdur. Axırıncı dəfə 2020-ci ildə hal-əhvalını soruşmuşdur. Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki,Məfkurə adlı qadını təxminən 2016-cı ildən tanıyır. Şamaxı kiçik şəhər olduğu üçün demək olar ki, hamı bir birini tanımış, lakin son zamanlarda Məfkurənin qadınları fahişəliyə cəlb etdiyini və öz evində qadınlarla görüşüb cinsi əlaqədə olmağa şərait yaratdığını öyrənmiş, o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu öz evinə dəvət etmiş, Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmiş, Məfkurənin evi fərdi yaşayış evi olmuş, o həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə başqa bir nəfər qadın da olmuşdur. O, evə daxil olduqdan sonra cinsi əlaqədə olduğu qadına 30 manat pul ödəmişdir. Bundan sonra həmin qadınla Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuş, bundan sonra 4-5 dəfə Məfkurə ilə əlaqə saxlayıb evinə getmiş, hər dəfə cinsi əlaqədə olduğu qadına 30 manat pul verib Məfkurənin təqdim etdiyi qadınla Məfkurənin evində görüşüb cinsi əlaqədə olmuşdur. Təxminən 2021-ci ilin dekabr ayından etibarən artıq Məfkurə ilə əlaqəsi qalmamışdır. Daha sonra Şahid8 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olduğundan, eləcə də Məfkurə ona qarşı belə ifadə verməsini xahiş etdiyindən, məhkəmə iclası zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə vermişdir. Məhkəmə iclasında yenidən ifadə verməyini xahiş etmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onu dəmir alan zaman öz qapısında görmüşdür. O, dəmir almaq üçün Təqsirləndirilən şəxs həyat yoldaşı ilə ***-***-**-** nömrə ilə əlaqə saxlamış və başqa məqsədlə Təqsirləndirilən şəxs evində olmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində o, göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2022-ci ilin fevral ayından tanıyır. Belə ki, o dəmir alqı-satqısı ilə bağlı biriki dəfə Məfkurənin evinə getmiş, Məfkurə də, həmin vaxtlarda ona qadınları fahişəliyə cəlb etdiyini demişdir. O da həmin zamanlar istifadəsində olan mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** və ***-***-**-** rəqəmli mobil nömrələri ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. Məfkurə də ona evinə gəlməyini və yalnız orada görüşüb cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Məfkurə evinə gəlib orada cinsi əlaqədə olmaq üçün ümumilikdə 30 manat pul verməli olduğunu bildirmiş, o da Məfkurə ilə razılaşmış, o, Məfkurənin tərif etdiyi fərdi yaşayış evinə getmiş, orada Məfkurə onu qarşılamış və ondan 30 manat pul almışdır. Bundan sonra o, Məfkurənin evinin yataq otağına keçib orada təxminən 30-35 yaşlı qadınla görüşüb cinsi əlaqədə olmuş və oranı tərk etmişdir. Bundan sonra Məfkurə ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olduğu qadının anket məlumatlarını xatırlamamış, həmin qadın ona adını deməmiş, lakin həmin qadının təxminən 30-35 yaşı olmuşdur. Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlardan yalnız biri ilə cinsi əlaqədə olduğu üçün digərlərini də tanımamış, lakin eşitdiyinə görə Məfkurənin fahişəliyə cəlb etdiyi qadınların sayı çox olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını tanıyır. O, heç vaxt həmin qadınla telefonla danışmamış, amma ola bilsin ki, onun dostları toy məclisindən çıxan zaman içkili olmuşlar və onun telefonundan Məfkurə ilə danışmışlar. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində o, göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2021-ci ildən tanıyır. Şamaxı kiçik şəhər olduğu üçün demək olar ki, orada hamı bir birini tanımış, hazırda xatırlamadığı tanışlarından Məfkurənin qadınları fahişəliyə cəlb etdiyini və qadınlarla öz evində görüşüb cinsi əlaqədə olmağa şərait yaratdığını öyrənmişdir. Belə ki, o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu öz evinə dəvət etmiş və öz evində hazırda miqdarını xatırlamadığı pul müqabilində qadınla cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Lakin o, vaxtı olmadığı üçün həmin vaxt Məfkurə ilə razılaşmamış və Məfkurəyə lazım olacağı təqdirdə əlaqə saxlayacağını demişdir. Məfkurənin evinin harada olması barədə onun məlumatı yoxdur. Təxminən 2022-ci ilin ortalarından etibarən artıq Məfkurə ilə əlaqəsi qalmamışdır. Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olmaq üçün təqdim etdiyi qadınların anket məlumatlarını o bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2022-ci ilin payız aylarından tanıyır. 2022-ci ilin payız aylarında xatırlamadığı tanışları ilə restoranda oturub yeyib içmiş, yeyib-içdikdən sonra o sərxoş olmuş, spirtli içkinin təsiri altında mobil telefon vasitəsilə tanışına zəng etmək istədikdə mobil nömrəni səhv yığmış, həmin vaxt mobil telefona Məfkurə adlı qadın cavab vermiş, onlar bir qədər danışdıqdan sonra tanış olmuşlar. Həmin vaxt Məfkurə ona bildirmişdir ki, pul qarşılığında qadınların kişilərlə cinsi əlaqədə olmasını təşkil edir. İstəsə ona da həmin şəraiti yarada bilər. Bu zaman o Məfkurə ilə sağollaşıb yenidən əlaqə saxlayacağını bildirmişdir. Sonra Məfkurənin ***-***-**-** rəqəmli mobil nömrəsini telefonuna qeyd etmiş, bir müddət sonra Məfkurə ilə əlaqə saxlayıb cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Məfkurə də onu evinə dəvət etmişdir. Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmiş, lakin evin dəqiq ünvanını xatırlamır. Məfkurənin evi fərdi yaşayış evi olmuş, o həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə Məfkurədən başqa bir nəfər qadın da olmuş, lakin mən həmin qadının yaşı çox olduğu üçün həmin qadını bəyənməmiş və həmin qadınla cinsi əlaqədə olmayıb geri qayıtmışdır. Bundan sonra da Məfkurə ilə bir neçə dəfə də mobil telefon əlaqəsi saxlasa da, heç vaxt Məfkurənin evinə gedib təşkil etdi qadınlarla cinsi əlaqədə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Məfkurəni təxminən 2021-ci ilin sonlarından tanımışdır. O, tanışlarından Məfkurənin qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu eşitmiş, qadınla cinsi əlaqədə olmaq istədikdə əlaqə saxlamağı üçün xatırlamadığı tanışından Məfkurənin istifadəsində olan mobil telefon nömrəsini götürmüş, bundan sonra o da həmin zamanlar istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. Məfkurə də onu öz evinə dəvət etmiş, Məfkurənin evi Şamaxı şəhərində Meşə İdarəsinin arxa hissəsində yerləşmişdir. Evin dəqiq ünvanını xatırlamır, lakin fərdi yaşayış evi olmuşdur. O, həmin evə getdikdə Məfkurə onu qarşılamış, həmin zaman evdə Məfkurədən başqa bir nəfər qadın da olmuşdur. O, Məfkurənin evində həmin qadınla cinsi əlaqədə olmuş, bunun müqabilində Məfkurəyə 25-30 manat pul vermiş, Məfkurənin həmin qadına pul verib verməməsindən onun məlumatı olmamış, o, Məfkurəyə evində cinsi əlaqədə olmağına görə də əlavə pul ödəməmişdir. Bundan sonra da bir neçə dəfə Məfkurənin evinə getsə də, təqdim etdiyi qadınları bəyənmədiyi üçün həmin qadınlarla görüşüb cinsi əlaqədə olmamışdır. Həmin qadınların yaşı çox olduğu üçün o həmin qadınları bəyənməmişdir. Sonuncu dəfə təxminən 2023-cü ilin əvvəllərində Məfkurənin evinə getmiş, lakin həmin vaxt da o, Məfkurənin təqdim etdiyi qadını bəyənmədiyi üçün qadınla cinsi əlaqədə olmamış, ondan sonra daha Məfkurə ilə əlaqə saxlamamış və Məfkurənin evinə heç vaxt getməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid6 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Məfkurə adlı qadını təxminən 2022-ci ilin oktyabr-noyabr aylarından tanımışdır. Belə ki, o, tanışlarından həmin qadının qadınları fahişəliyə cəlb etməsi ilə məşğul olması barədə eşitmiş, o da həmin zamanlar istifadəsində olan mobil nömrə ilə Məfkurənin istifadəsində olan ***-***-**-** və ***-***-**-** rəqəmli mobil nömrəsi ilə əlaqə saxlamış, Məfkurədən cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. Məfkurə də onu özü evinə dəvət etmiş və yalnız orada görüşüb cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Məfkurə evinə gəlib orada cinsi əlaqədə olmaq üçün ümumilikdə 30 manat pul verməli olduğunu demiş, o da Məfkurə ilə razılaşmış və Məfkurə onu evinə dəvət etmişdir. Evinin konkret olaraq Şamaxı şəhərinin hansı küçəsində yerləşməsini xatırlamasa da, Meşə İdarəsinin yaxınlığında olduğunu xatırlayır. O, Məfkurənin tərif etdiyi fərdi yaşayış evinə getmiş, orada Məfkurə onu qarşılamış və ondan 30 manat pul almışdır. Bundan sonra o Məfkurənin evinin yataq otağına keçib orada təxminən 30-35 yaşlı qadnla görüşüb cinsi əlaqədə olmuş və oranı tərk etmişdir. Bundan sonra Məfkurə ilə əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 iyun 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınları Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında müştərilərə təqdim etmişdir. Evin həyətinə girişdə yaşıl dəmir darvaza yerləşir. Darvazadan evin həyətinə daxil olarkən sağ tərəfdə hamam otağı və sanitar qovşağı, sol tərəfdə həmin ev, darvaza ilə üz-bə-üz isə yarım tikili yerləşir. Hamam və sanitar qovşağına bitişik sol tərəfdə əl üz yumaq üçün nəzərdə tutulmuş yer var. Hamam otağı, vanna, əl-üz yuyan və su qızdırıcısı ilə təchiz edilmişdir. Ev isə hamam və sanitar qovşağı ilə üz-bə-üz yerləşir. Evin pilləkanları ilə yuxarı qalxdıqda üz-bə üzdə mətbəx, sol tərəfdə isə evin giriş qapısı yerləşir. Mətbəx soyuducusu, 1 stol, 4 stul mətbəx mebeli, yataq dəsti ilə təhciz edilmiş çarpayı və döşəməyə sərilmiş xalça ilə təhciz olunmuşdur. Ümumi baxış zamanı evin 3 otaqdan ibarət olduğu müəyyən edildi. Evin giriş qapısından içəri daxil olduqda qonaq otağı yerləşir. Qonaq otağı döşəməyə sərilmiş xalça, 1ədəd stol, 5 ədəd stul, 1 ədəd stol üstü kompütür, 1 ədəd akvarium, 1 ədəd ütü stolu, qab-qacaq mebeli, 1 ədəd divan, 2 ədəd kresloo və 1 ədəd televizor ilə təchiz edilmişdir. Həmçinin qonaq otağında divarlara bir neçə şəkillər, saat və güzgü asılmışdır. Qonaq otağına daxil olduqda üz-bə-üzdə bir yataq otağı, ondan sağda isə digər yataq otağı yerləşir. Hər iki yataq otağı yataq dəsti ilə təhciz olunmuş çarpayıdan, döşəməyə sərilmiş xalçadan, balaca dolablardan və divara asılmış müxtəlif şəkillərdən ibarətdir. Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. İİ-JQ № 477869 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Təqsirləndirilən şəxs nikahı xx.xx.1982-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 190 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Mustafayeva” soyadı verilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsindən həmin Məcəllənin 243.1 və 244.1-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı Şamaxı şəhərində yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1599/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(007)-50/2024 saylı hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 nömrəli, 14 oktyabr 2024cü məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 saylı 05 iyun 2024-cü il tarixli hökmü Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 1(103)1599/2024 saylı qərarına əsasən 22 avqust 2024-cü il tarixdə qanuni qüvvəsini almamışdır. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 23 oktyabr 2024-cü il tarixli 271/5 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 saylı 05 iyun 2024-cü il tarixli hökmü şöbənin icraatına daxil olmamış və icraatda yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır: - Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. - Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. - Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməsi, saxlaması və gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etməsi sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və evini qadınlara yalnız günlük kirayə verməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri digərini tamalayan və üst-üstə düşən sübutlar vasitəsi ilə tam təsdiq olunur. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3, Şahid1, Şahid8, Şahid10, Şahid2, Şahid7 qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin şəxslərin Təqsirləndirilən şəxs uzun müddətdir tanımalarını və təqsirləndirlən şəxsin onlara təsir etməsini nəzərə alaraq, həmin ifadələri də təqsirləndirilən şəxsin xeyrinə verilmiş və onu məsuliyyətdən yayındırmağa hesablanmış ifadələr kimi yanaşır. Məhkəmə hesab edir ki, bu hal onların Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Lakin məhkəmə həmin şahidlərin məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı və obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbu edir. Belə ki, həmin şahidlər ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan hərtərəfli və əhatəli ifadə vermiş, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasında birbaşa iştirak etmişdir. Odur ki, həmin ifadələr cinayət işinin materiallarında yer alan digər sübutlarla üst-üstə düşdüyündən və biri-digərini tamamladığından, həmin ifadələr obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edilir. Həmçinin iş materiallarından da görünür ki, Şahid9 şahid qismində məhkəmədə ifadə verdikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun iş yerinə getdiyini və onu nüfuzdan salmasını bildirmişdir. Həmçinin digər Şahid8 da ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olduğundan, eləcə də Məfkurə ona qarşı belə ifadə verməsini xahiş etdiyindən, məhkəmə iclası zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə vermişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs digər şahidlərə də təsir etməsini sübut edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Bununla belə, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməli, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı tarixdən hesablanmalı, cəzaları CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6500 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 1(003)-50/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə, üzərində qəti olaraq 6500 (altı min beş yüz) manat cərimə və 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar müstəqil icra edilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar