Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-20/2025 16.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində, boşanma ərəfəsində olduğu və aralarında münasibətləri normal olmayan arvadı Şahid2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olduğunu görüb sonuncunun ona xəyanət etdiyini düşünərək əvvəlcə qayınatası Şahid1 həmin yerə dəvət etmiş, qayınatası Şahid1 ora gəldikdən sonra o, Şahid2 ona xəyanət edib-etməməsini dəqiqləşdirmək və müsbət halda bunu qayınatası Şahid1 də bilməsi üçün, həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq mənzilin birinci mərtəbəsində, pilləkəndə dayanmış Zərərçəkmiş şəxs üz nahiyəsinə əli ilə zərbə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün sınığı ilə nəticələnən xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid2 ilə 2015-ci ildə evlənmiş, Şamaxı Rayon Məhkəməsi tərəfindən 2024-ci ildə bizim boşanmağı barədə qətnamə qəbul edilmiş, lakin hazırkı vaxta qədər ailə vəziyyəti barədə şəxsiyət məlumatlarına düzəliş edilməmişdir. Həmin nikahdan iki oğlu vardır. Şahid2 dırnaq ustası və vizajist kimi də fəaliyyət göstərmişdir. 2024-cü ilin sentyabr ayı ərəfələrində arvadı Şəhanə ilə münasibətləri pisləşmişdir. Onların münasibətləri pis olan vaxtlarda, hadisə baş verməmişdən 1-2 həftə əvvəl arvadı Şəhanənin həyatında başqa birinin olmasından, başqa oğlanla mobil telefon vasitəsi ilə əlaqə saxlamasından şübhələnmişdir. O, Şəhanənin mobil telefonda kiminləsə danışmasını görüb ondan mobil telefonu tələb edəndə Şəhanə ona mobil telefonunu verməmişdir. Bundan sonra o, Şəhanənin mobil telefonunda gördüyü mobil nömrəni “GetContact” proqramında axtarışa verdikdən sonra həmin nömrə sahibinin qeyd edilən proqramda “Anar Foto” kimi qeydiyyatdan keçməsini görmüş, həmin şəxsin əvvəlcədən Şamaxı şəhər sakini kimi tanıdığı, fotoqraf və operator kimi işləyən Zərərçəkmiş şəxs olmasını bilmişdir. O, bu barədə Şəhanənin ailə üzvlərinə bildirsə də onun Şəhanəyə şər atmağını deyərək sonuncunun ailə üzvləri onunla razılaşmamışlar. Bundan sonrakı ərəfələrdə Şəhanənin bir dəfə Şamaxı rayon mərkəzi kitabxanasının inzibati binasına daxil olmasını da görmüşdür. Zərərçəkmiş şəxs da Şamaxı Mədəniyyət evində operator işləməsini və iş yerinin Şamaxı rayon mərkəzi kitabxanası olmasını bildiyindən Şəhanənin Zərərçəkmiş şəxsla görüşməsini də bilmişdir. Zərərçəkmiş şəxs yaşadığı Şamaxı şəhəri Əliəşrəf Əlizadə küçəsində yerləşən su sayğaclarına baxaraq vətəndaşların borcları barədə bildirişlərin paylanılması onun vəzifəsidir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl o, Zərərçəkmiş şəxs yaşadığı evə su pulu barədə bildiriş vermək üçün qapını döyəndə həmin yerdə yaşayan qonşulardan tanımadığı şəxs ona Zərərçəkmiş şəxs atasının xəstə olduğu üçün ata və anasının müalicə məqsədi ilə Bakı şəhərində olmasını, Zərərçəkmiş şəxs işdə olmasını, evdə isə heç kimin olmadığını bildirmişdir. Buna görə həmin evdə Zərərçəkmiş şəxs başqa yaşayan şəxs olmadığını da bilmişdir. xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri Əliəşrəf Əlizadə küçəsində su pulu barədə bildirişləri paylayan zaman arvadı Şahid2 tək həmin küçədə hərəkət etməsini və Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olmasını görmüşdür. Bundan sonra Şahid2 ona xəyanət etməsini sonuncunun atasına sübut etmək üçün Şahid1lə telefon vasitəsi iə əlaqə saxlayıb qızının Zərərçəkmiş şəxs məxsus evə tək girməsini, hazırda həmin evdə olmasını deyib ünvan barədə məlumat vermiş və Şahid1 həmin yerə çağırmışdır. Şahid1 onunla danışdıqdan təxminən 5-10 dəqiqə sonra onun yanına özünə məxsus avtomobillə gəlmişdir. O, Şəhanənin olduğu evi Şahid1 göstərdikdən sonra Zərərçəkmiş şəxs məxsus evin həyətinə giriş qapısını açmaq istəmişlər. Şahid1 evin həyətinə giriş qapısını açıb həyətə daxil olmaq istədikdə qapının arxa tərəfdən bağlı olmasını görmüşdür. Bundan sonra Şahid1 mobil telefon vasitəsi ilə Şəhanəyə zəng vurmuşdur. Telefon danışığı zamanı Şahid1 Şəhanədən harada olmasını soruşduqda Şəhanə evlərin birində bir nəfər xanımı makiyaj etdiyini, bir qədər sonra evə gələcəyini demiş və telefon danışığını sonlandırmışdır. Telefon danışığı sonlandırıldıqdan sonra Şəhanə Zərərçəkmiş şəxs məxsus evin həyət qapısını arxadan açaraq küçəyə çıxanda onları görmüşdür. Onlar Şahid2 həmin evdə kimin yanına gəlməsini, kimi makiyaj etməsini soruşduqda Şahid2 cavab verməmişdir. Bundan sonra o və Şahid1 həyətə daxil olmuşlar. Həmin vaxt həyətdə heç kim olmamışdır. Şahid1 qızının qolundan tutub kimi makyaj etdiyini göstərməsini demişdir. Şahid2 isə heç bir cavab verməmişdir. Evin girş qapısı da açıq vəziyyətdə olmuş və girişdən baxdıqda evin birinci mərtəbəsində kiminsə olması görünməmişdir. Bundan sonra onlar evin giriş qapısın yaxınlaşmışlar. O, evə daxil olub dəhlizdə kiminsə olub-olmadığına baxanda pilləkəni bir qədər keçdiyi üçün ikinci mərtəbədən kiminsə düşüb-düşmədiyini görə bilməmiş və hirsli olmuşdur. Qayınatası Şahid1 isə onun arxasınca evə daxil olmaq istəyəndə pilləkəndə kimisə görüb həmin şəxsdən niyə belə etdiyini soruşmuşdur. Bundan sonra o, geri qayıdıb baxanda pilləkəndə Zərərçəkmiş şəxs görmüşdür. Şahid1 Zərərçəkmiş şəxs niyə belə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə “siz kimsiniz, nə istəyirsiniz?” demişdir. O, dəvətsiz evin içinə daxil olduqdan sonra pilləkəndə dayanmış Zərərçəkmiş şəxs görüb sağ əli ilə Zərərçəkmiş şəxs üzünə bir dəfə şillə ilə vurmuşdur. Bundan sonra Şahid1 Şəhanənin qolundan buraxıb onu tutmaq istəmiş, Zərərçəkmiş şəxs isə “gör mən sizə neynəyəcəm?” deyərək ikinci mərtəbəyə qalxmağa başlamışdır. Onun asanlıqla Şahid1 əlindən çıxıb Zərərçəkmiş şəxs arxasıyca getmək imkanı olsa da bunu etməmişdir. Zərərçəkmiş şəxs başqa heç bir xəsarət yetirməmiş, heç bir əşya və ya alətlə Zərərçəkmiş şəxs vurmamışdır. Həmin vaxt Şahid2 küçəyə doğru qaçmağa başlamışdır. O isə Şəhanənin intihar edəcəyini, bundan sonra günahkar kimi onun görünəcəyini düşünüb Şahid1lə birlikdə evi tərk etmiş, küçəyə çıxmış, Şahid2 Şahid1 avtomobilinə əyləşdirmişdir. Bundan sonra hər üçü Şahid1 evinə getmişlər. Şahid2 ona xəyanət etməsindən şübhələnib əvvəllər bu barədə atası Qurbətə desə də sonuncu onunla razılaşmamışdır. Həmçinin həmin vaxtlarda o və Şahid2 boşanma ərəfələrində olmuşdur. Boşandıqdan sonra uşaqlarının da məhkəmə qərarı ilə onunla qalmasını istəmişdir. Buna görə Şahid2 həqiqətən də ona xəyanət etməsini görməsi üçün Şahid1e zəng etmiş və həmin yerə dəvət etmişdir. Şahid1 həmin yerə gəldikdən sonra qızının Zərərçəkmiş şəxs məxsus evdən çıxmasnı görəcəyni və ona inanacağını düşünmüş, buna görə də Şahid1 həmin yerə gəlməsini gözləmiş və Zərərçəkmiş şəxs məxsus evə daxil olmamışdır. Şahid1 onun olduğu yerə gəldikdən sonra Şəhanə ilə telefonda danışanda sonuncu evlərin birində işi olduğunu, yəni kimisə makyaj etdiyini bildirdiyi üçün sonradan Şahid2 Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çıxdıqda Şahid1 Şəhanədən həmin evdə nə etməsini yenidən soruşmuş və Şahid2 cavab verməmişdir. O isə əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı evdə tək olmasını eşitmiş, lakin bu barədə dəqiq məlumatı olmamışdır. Buna görə Şahid2 yalan danışıb-danışmamasını dəqiqləşdirmək üçün həyətə daxil olub kiminsə olubolmamasını bilmək üçün “kim var burda?” demişdir. Şahid1 isə Şəhanədən kimi makyaj etdiyini soruşmuşdur. O, həyətə daxil olanda Zərərçəkmiş şəxs məxsus evin qapısı açıq olmuşdur. Həyətdə və ya evdə kiminsə olmasını səslədikdə ona cavab verən olmadığı üçün evdə kiminsə olub-olmadığını dəqiqləşdirmək, Şahid2 həmin evə həqiqətən də kimisə makyaj etmək üçün gəlib-gəlmədiyini bilmək, əks halda Şahid2 yalan danışmasını onun özünə və atasına sübut etmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə sonuncunun və ya digər şəxsin razılığı və xəbəri olmadan daxil olmuşdur. O, evə daxil olan zaman onun Zərərçəkmiş şəxs vurmaq, xəsarət yetirmək fikri olmamış və kim ilə qarşılaşacağını bilməmişdir. O, evə daxil olandan sonra Zərərçəkmiş şəxsla qarşılaşdıqda Şahid2 həqiqətən də ona xəyanət etməsini düşünüb hirslənmiş, özünü saxlaya bilməyib Zərərçəkmiş şəxs bir dəfə şillə ilə vurmuşdur. Hadisə vaxtı ondan başqa Zərərçəkmiş şəxs xəsarət yetirən şəxs olmamışdır. O, Zərərçəkmiş şəxs vuran zaman o və ya hadisə yerində olan digər şəxslər söyüş söyməmiş, digər şəxsi təhqir etməmişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirən zaman hadisə yerində o, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs olmuşdur. Küçədə 10-15 saniyə Şəhanə və Qurbətlə birlikdə dayandıqdan sonra həyətə daxil olmuş, təxminən sonrakı 2-3 dəqiqə ərzində o, Anarın aşağı düşməsini görüb evə daxil olmuş, sonuncuya xəsarət yetirib, evi tərk etmişdir. Zərərçəkmiş şəxs məxsus evin həyətinə o, su sayğacına baxmaq üçün bir neçə dəfə daxil olmuşdur. Bundan başqa heç vaxt o, Qurbət və ya Şəhanə Zərərçəkmiş şəxs məxsus evə getməmişlər. Onun, ailə üzvlərinin Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə tanışlığı, münasibəti olmamışdır. Zərərçəkmiş şəxs məxsus evə icazəsiz və xəbərsiz daxil olmuşlar. Hesab edir ki, onun vurduğu zərbədən Zərərçəkmiş şəxs burunu sına bilməzdi, çünki onun sifətinə bir dəfə şillə vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, operator və fotoqraf kimi Şamaxı rayonunda fəaliyyət göstərir. 2024-cü ilin yay aylarında “TikTok” sosial şəbəkəsi vasitəsi ilə sonradan Şahid2 kimi tanıdığı şəxs ona mesaj yazaraq onu və ailəsini tanıdığını bildirmişdir. Şahid2 ilə təxminən 1-2 gün “TikTok” sosial şəbəkəsi vasitəsi ilə mesajlaşdıqdan sonra Şahid2 ilə danışacağı halda problem olacağını düşünüb onunla münasibəti kəsmək qərarına gəlmişdir. Şahid2 onunla danışmaqda israr etsə də o, “Tiktok” sosial şəbəkəsində Şahid2 hesabını blok etmiş və sonuncu ilə bir daha danışmamışdır. Lakin aralarında olan söhbətlər zamanı Şahid2 onu operator kimi tanıdığını, onun evi ilə yaxın məsafədə yaşadığını, anasını da tanıdığını demişdir. Şahid2 evli olduğunu bilməmiş və sonradan əri olduğunu bildiyi Təqsirləndirilən şəxs "xxxx" ASC-nin işçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs, Şahid1lə aralarında heç bir münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin ikinci mərtəbəsində yatmışdır. O, evin həyətində kiminsə ev yiyəsini çağırdığını eşidərək yuxudan oyanmışdır. Yatağından qalxaraq pəncərəyə yaxınlaşdıqda isə həyətdə kiminsə olmadığını görmüşdür. O, pəncərəni bağladıqdan sonra paltarını geyinib kimin çağırmasını öyrənmək üçün həyətə düşmək qərarına gəlmışdır. Evin birinci mərtəbəsinə düşən zaman pilləkənin son pillələrində olanda tanımadığı, sonradan Şahid2 atası Şahid1 olduğunu bildiyi şəxsin evinə kiminsə arxasıyca daxil olmasını, giriş qapısının yanında olmasını görmüşdür. Şahid1 əvvəl evə daxil olan şəxs pilləkənin sağ tərəfinə keçdiyi üçün əvvəlcə sonuncunun kimliyini bilməmişdir. Şahid1 onu görən kimi “bala sən mənim evimi dağıdırsan” demişdir. Şahid1 səsindən sonra sonuncudan əvvəl evə daxil olmuş şəxs pilləkənin yanına yaxınlaşmışdır. O, evinə onun iradəsinin ziddinə daxil olan şəxsin Təqsirləndirilən şəxs olmasını görmüşdür. O, həmin vaxt evdə tək olduğundan Təqsirləndirilən şəxs və Şahid1 evə başqa heç kimin də icazəsi ilə daxil ola bilməzdilər. Təqsirləndirilən şəxs onun evinə icazəsi və dəvəti olmadan daxil olub onu gördükdən dərhal sonra ona yaxınlaşıb əli ilə onun sifətinə vurmuş və o, xəsarət almışdır. Təqsirləndirilən şəxs onu vuran zaman Şahid1 onları aralamağa çalışmışdır. Təqsirləndirilən şəxs onu vuran zaman, eləcə də sonra hadisə yerində Şahid2 görməmişdir. Təqsirləndirilən şəxs onu vuran zaman burnundan qan açılmış, Mehman onun burnundan qan açılmasını görüb onu vurmağı özü dayandırmış, Mehman və Qurbət hər ikisi tələsik evindən çıxmış, həyətə giriş qapısının yanında saxladıqları avtomobilə minərək çıxıb getmişlər. Bundan sonra o, baş vermiş hadisə barədə polis orqanlarına müraciət etmişdir. Hadisənin baş verdiyi ev atasına məxsus olsa da, həmin mənzil onun daimi yaşadığı yer olmuşdur. Hadisə baş verən zaman ona Təqsirləndirilən şəxs başqa xəsarət yetirən şəxs olmamışdır. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs onun sifətinə vurduğu zərbənin nəticəsində burun sümüyü sınmışdır. Başqa heç bir xəsarət almamışdır. Baş verən hadisə zamanı hadisə yerində o, Təqsirləndirilən şəxs və atası Şahid1 orada olmuş, Şahanə Qarayevanı evində-hadisə yerində görməmişdir. Onun Təqsirləndirilən şəxsla arsında olan dava təxminən 2-3 dəqiqə davam etmiş və sonra evinə onun iradəsinin ziddinə daxil olan şəxslər evindən çıxıb getmişlər. Ona məxsus evə əvvəllər Şahid2, Təqsirləndirilən şəxs və ya Şahid1 gəlməsini görməmiş, həmin şəxslərlə onun, ailə üzvlərinin tanışlığı, münasibəti olmamışdır. O, oyaq olduğu halda Təqsirləndirilən şəxs və ya Şahid1 onun evinə daxil olmalarını görsəydi, həmin şəxslərə mane olar, onlara evinə daxil olmağa icazə verməzdi. Təqsirləndirilən şəxsla barışmamışdır və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, X2 ilə 2015-ci ildə evlənmiş, Şamaxı Rayon Məhkəməsinin qərarına əsasən 2024-ci ildə boşanmışdır. Həmin nikahdan iki oğlu vardır. O, dırnaq ustası və vizajist kimi də işləyir, müxtəlif şəxslərin sifarişi əsasında şəxslərin evinə gedərək həmin xidmətləri göstərir. Zərərçəkmiş şəxs adlı şəxslə yaxından tanışlığı olmasa da sonuncunun fotoqraf kimi fəlaiyyət göstərməsini eşitmişdir. Həmçinin Zərərçəkmiş şəxs anasından övladının bağçada olan bayram tədbiri zamanı bəzək əşyalarını kirayə götürən zaman Zərərçəkmiş şəxs yaşadığı evin ünvanın da öyrənmişdir. X5 məktəbə getməsi münasibəti ilə video və foto çəkilişinin edilməsi üçün Zərərçəkmiş şəxs müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs çəklişin aparılacağı günü dəqiqləşdirmək üçün sonuncunun yaşadığı evə getmişdir. Həmin ev həyət evidir. Evin həyətinə açılan qapıdan həyətə daxil olub həyətdə dayanaraq ev yiyəsini səsləməyə başlamışdır. Lakin çağırışına cavab verən olmamışdır. Həmin vaxt həyətdə tək olmuşdur. Təxminən 2-3 dəqiqə Zərərçəkmiş şəxs yaşadığı evin həyətində ev yiyəsini səslədikdən sonra çağırışa cavab verə şəxs olmadığından evdə kiminsə olmadığını düşünmüş və həyətdən çıxıb işə getmək istəmişdir. Həmin vaxt atası Qurbət zəng edərək harada olmasını soruşduqda evlərin birində işi olduğunu, bir qədər sonra evə gələcəyini demiş və telefon danışığını sonlandırmışdır. Telefon danışığı sonlandırıldıqdan sonra Zərərçəkmiş şəxs məxsus evin həyət qapısını arxadan açaraq küçəyə çıxanda atası və Mehmanın qapının ağzında dayanmalarını görmüşdür. Atası Qurbət və Mehman ondan həmin evə kimin yanına gəlməyini, kimi makyaj etməsini soruşduqda heç bir cavab verməmişdir. Bundan sonra Mehman həyətə daxil olmuşdur. Atası Qurbət də onunla birlikdə Mehmanın arxasıyca həmin həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə heç kim olmamışdır. Mehman ucadan “kim var burda?” deyərək qışqırmağa başlamışdır. Atası ondan kimi makyaj etməyini göstərməyi istəsə də heç bir cavab verməmişdir. Evin girş qapısı da açıq vəziyyətdə olmuş və girişdən baxdıqda evin birinci mərtəbəsində kiminsə olması görünməmişdir. Bundan sonra evin giriş qapısın yaxınlaşmışlar. Təqsirləndirilən şəxs kiminsə dəvəti olmadan evdə kiminsə olub-olmadığına baxmaq məqsədi ilə evə daxil olmuşdur. Atası Qurbət də Təqsirləndirilən şəxs arxasıyca evə daxil olub giriş qapısının yanında olanda Zərərçəkmiş şəxs pilləkənlə düşməsini görüb niyə belə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə “siz kimsiniz, nə istəyirsiniz?” demişdir. Həmin vaxt Mehman pilləkəni keçib kolidorda kiminsə olub-olmadığına baxdığı üçün Zərərçəkmiş şəxs görməmişdir. Atası Qurbətin səsindən sonra Mehman da pilləkənin yanına gələrək Zərərçəkmiş şəxs görmüşdür. Mehman həmin vaxt hirsli görünmüşdür. Mehman cəld şəkildə pilləkəndə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşmış və sağ əli ilə Zərərçəkmiş şəxs üzünə bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxt onlar arasında nəsə danışıq olub-olmadığını həyəcanlı olduğundan eşitməmişdir. Hadisə zamanı atası Qurbət Mehmanı tutmaq istəsə də bunu bacarmamışdır. Mehman Zərərçəkmiş şəxs vurandan sonra sonuncu “gör mən sizə neynəyəcəm” deyərək ikinci mərtəbəyə qalxmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağı dayandırmış, Zərərçəkmiş şəxs başqa heç bir xəsarət yetirməmiş, heç bir əşya və ya alətlə Zərərçəkmiş şəxs vurmamışdır. O, qorxduğu üçün küçəyə doğru qaçmağa başlamışdır. O, küçəyə çıxandan sonra atası Qurbət və Mehman onun arxasıyca küçəyə çıxmış, atasına məxsus avtomobilə əyləşmişlər. Bundan sonra hər üçü atası Qurbətə məxsus evə getmişlər. Təxminən 1-2 saat sonra polis əmkdaşları tərəfindən Şamaxı rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən əli ilə bir zərbə vurmuş, Şahid1 Zərərçəkmiş şəxs vurmamışdır. Baş verən hadisə zamanı hadisə yerində o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və atası Qürbət Qarayev olmuş, başqa heç kim olmamışdır. Küçədə 10-15 saniyə atası və Mehmanla birlikdə dayandıqdan sonra həyətə daxil olmuş, təxminən sonrakı 2-3 dəqiqə ərzində Mehman evə daxil olmuş, Anarın aşağı düşməsini görüb, sonuncuya xəsarət yetirmiş və evi tərk etmişlər. Zərərçəkmiş şəxs məxsus evə bir dəfə Anarın anasından kirayə bəzək əşyaları götürmək üçün getmişdir. Bundan başqa heç vaxt o, Mehman və ya atası Qurbət Zərərçəkmiş şəxs məxsus evə getməmişlər. Onun, ailə üzvlərinin Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə tanışlığı, münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şahid2 onun qızıdır, qızı 2015-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, Şamaxı Rayon Məhkəməsinin qərarına əsasən 2024-cü ildə boşanmışdır. Həmin nikahdan iki oğlu vardır. Şəhanə dırnaq ustası və vizajist kimi də işləyir, müxtəlif şəxslərin sifarişi əsasında şəxslərin evinə gedərək həmin xidmətləri göstərir. Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər də arvadının kiminləsə telefonda danışdığını və sevgilisinin olduğunu ona demiş, o isə Mehmana inanmamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, Şamaxı şəhərində olan zaman keçmiş kürəkəni Təqsirləndirilən şəxs ona zəng edərək qızının Şamaxı şəhərində tanımadığı bir evin həyətinə daxil olmasını demiş və onu da həmin yerə dəvət etmişdir. Təqsirləndirilən şəxs zəngindən təxminən 5-10 dəqiqə sonra Şahid2 həqiqətən də həmin yerdə olacağı təqdirdə sonuncunu evinə gətirmək məqsədi ilə Mehmanın dediyi yerə çatmışdır. Təqsirləndirilən şəxs göstərdiyi və Şəhanənin daxil olmasını bildirdiyi evin həyətinə giriş qapısının açıq və ya bağlı olmasını yoxladıqda qapının arxa tərəfdən bağlı olmasını görmüşlər. Bundan sonra o, mobil telefon vasitəsi ilə Şəhanəyə zəng vurmuşdur. Telefon danışığı zamanı o, Şəhanədən harada olmasını soruşduqda Şəhanə evlərin birində işi olduğunu, bir qədər sonra evə gələcəyini demiş və telefon danışığını sonlandırmışdır. Telefon danışığı sonlandırıldıqdan sonra Şəhanə Zərərçəkmiş şəxs məxsus evin həyət qapısını arxadan açaraq küçəyə çıxanda onları görmüşdür. Onlar Şəhanədən həmin evdə kimin yanına gəlməsini, kimi makyaj etməsini soruşduqda Şəhanə cavab verməmişdir. Bundan sonra Şəhanə susduğu üçün dediklərinin düz olub-olmadığını yoxlamaq üçün Mehman həyətə daxil olmuşdur. O və Şəhanə də Mehmanın arxasınca həmin həyətə daxil olmuşlar. Həmin vaxt həyətdə heç kim olmamış, o, qızının qolundan tutub kimi makyaj etdiyini göstərməsini demişdir. Şəhanə isə heç bir cavab verməmişdir. Evin girş qapısı da açıq vəziyyətdə olmuş və girişdən baxdıqda evin birinci mərtəbəsində kiminsə olması görünməmişdir. Bundan sonra onlar evin giriş qapısın yaxınlaşmışlar. Təqsirləndirilən şəxs kiminsə dəvəti olmadan evdə kiminsə olub-olmadığına baxmaq məqsədi ilə evə daxil olmuşdur. O, həmin vaxt qızı Şəhanənin həqiqətən də başqa kişi ilə nikahdan kənar münasibəti olduğu üçün həmin evə gələcəyi təqdirdə evdə olan şəxslə Təqsirləndirilən şəxs arasında dava olacağını, məsələnin daha da çətinləşəcəyini düşünmüşdür. Buna görə Təqsirləndirilən şəxs sakitləşdirmək, sonuncunu və qızı Şəhanəni evinə aparıb məsələni aydınlaşdırmaq üçün Mehmanın arxasınca evə daxil olmuşdur. O, evə daxil olan zaman pilləkənlərdən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin düşməsini görüb niyə belə etdiyini soruşmuş, Zərərçəkmiş şəxs isə “siz kimsiniz, nə istəyirsiniz?” demişdir. Həmin vaxt Mehman pilləkəni keçib kolidorda kiminsə olub-olmadığına baxdığı üçün Zərərçəkmiş şəxs görməmişdir. Onun səsindən sonra Mehman da pilləkənin yanına gələrək Zərərçəkmiş şəxs görmüşdür. O, Mehmanın hirsli olmasını görüb Zərərçəkmiş şəxsla arasında dava olcağını düşünüb dərhal Şəhanənin əlini buraxıb Mehmanı tutmağa çalışmışdır. Onun Mehmanı tutmağa çalışmağına sonuncu məhəl qoymayıb pilləkəndə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşmış və sağ əli ilə Zərərçəkmiş şəxs üzünə bir dəfə şillə ilə vurmuşdur. O, Mehmanı tutmaq istəmiş, Zərərçəkmiş şəxs isə “gör mən sizə neynəyəcəm” deyərək ikinci mərtəbəyə qalxmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağı dayandırmış, Zərərçəkmiş şəxs başqa heç bir xəsarət yetirməmiş, heç bir əşya və ya alətlə Zərərçəkmiş şəxs vurmamışdır. Həmin vaxt Şahid2 küçəyə doğru qaçmağa başlamışdır. O və Mehman Şəhanənin intihar edəcəyini, özünə zərər vuracağını düşünüb birlikdə evi tərk etmiş, küçəyə çıxmış, Şahid2 öz avtomobilinə əyləşdirmiş, hər üçü onun evinə getmişlər. Təxminən 1-2 saat sonra polis əmkdaşları tərəfindən Şamaxı rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs xəsarət yetirən olmamışdır. Hadisə baş verən zaman o və ya hadisə yerində olan digər şəxslər söyüş söyməmiş, digər şəxsi təhqir etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman hadisə yerində o, Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs olmuşdur. Küçədə 10-15 saniyə Şəhanə və Mehmanla birlikdə dayandıqdan sonra həyətə daxil olmuşlar, təxminən sonrakı 2-3 dəqiqə ərzində Mehman evə daxil olmuş, Anarın aşağı düşməsini görüb, sonuncuya xəsarət yetirmiş və onlar evi tərk etmişlər. Zərərçəkmiş şəxs məxsus evə heç vaxt o, Mehman və ya Şəhanə getməmişlər. Onun, ailə üzvlərinin Zərərçəkmiş şəxs və ya sonuncunun ailə üzvləri ilə tanışlığı, münasibəti olmamışdır. Hadisə baş verən zaman onları Zərərçəkmiş şəxs məxsus evə dəvət edən şəxs olmamışdır. Zərərçəkmiş şəxs məxsus evə icazəsiz və xəbərsiz daxil olmuşlar. Zərərçəkmiş şəxs məxsus evə daxil olmaq da konkret məqsədi Təqsirləndirilən şəxs həmin evdə kimisə görüb mübahisə edəcəyi təqdirdə mübahisənin qarşısını almaq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. “Məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolun təsdiq edilməməsi, sübutların qiymətləndirlməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolun təsdiq edilməməsi, sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 27 sentyabr 2024cü il tarixli, 332 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətburun sümüyünün sınığının küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yetirilməsi mümkündür. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidddir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, 71 saylı evdə yaşayır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 5-72-12/2-1527/2024 saylı 08 oktaybr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində qonşuları tərəfindən RİH Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyiə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-1579/24 saylı 08 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, ev 71-də yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 oktyabr 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Dağıstan Respublikasının Küzyar şəhər məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsinin İ hissəsi və həmin Məcəllənin 188-ci maddəsinin İİ hissəsi ilə həbs edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. “Əməlin tövsif edilməsi və birgə istintaq qruounun yaradılması haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 157.1 və 128-ci maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər edilərək ona həmin Məcəllənin 128 və 157.1ci maddələri ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 157.1-ci maddələri elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona Cinayət Məcəlləsinin həmin maddələri ilə yenidən ittiham elan edilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2024-cü il tarixli 5-75-12/2-1886/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şahid2-xx.xx.1993-cü il–arvadı, X3-xx.xx.2016-cı il-oğlu və X1-xx.xx.2018-ci il– oğlundan ibarət ailə tərkibi var. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Suvarma sistemləri İdarəsində işləyir və 2-ci qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamalı və ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-20/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-20/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver