Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-21/2022 06.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 25 iyul 2016-cı il tarixdən hesablanmaqla 26 dekabr 2004-cü il təvəllüdlü X5 və 31 dekabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Kərimova) Elnarə Feyruz qızına verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 3(074)-359/2020 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 23 noyabr 2020-ci il, 19 yanvar 2021-ci il və 23 mart 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 avqust 2021-ci il tarixinə kimi cəmi 9760,00 manat məbləğində borcunu ödəməyərək zərərçəkmiş şəxs Hüseynova (Kərimova) Elnarə Feyruz qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Xaçmaz şəhərində ailəsi ilə bilrikdə yaşayır. 2017-ci il tarixdə yenidən qeyri-rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən Fikrət adlı oğlu dünyaya gəlmişdir. Əvvələr polis orqanlarında işləmiş, ailə vəziyyəti ilə bağlı olaraq 2004-2005-ci illərdə öz ərizəsi ilə işdən azad olunmuşdur. 2021-ci ilin yanvar ayından Şabran şəhərində yerləşən “X16 və Ticarət A.Ş” şirkətində rəsmi şəkildə işə düzəlmiş, aylıq əmək haqqısı 350,00 manat və əlavələrdən ibarətdir. Rəsmi qaydada işə düzəlməmişdən əvvəl Xaçmaz rayonunda bazarda fəhləlik etmiş, Xudat şəhərində ferma tikintisidə işləmiş və gündəlik 10-15 manat gəliri olmuşdur. Bundan əlavə uzun müddət Xaçmaz rayon Qaz istismarı idarəsində müqaviləsiz fəhlə kimi işləyərək 250 manat qazanc əldə etmişdir. Hüseynova (Kərimova) Elnarə Feyruz qızı ilə Bakı şəhərində tanış olmuş və münasibətləri yaranmışdır. Təxminən 2003-cü ildə Zərərçəkmiş şəxs (Kərimova) ilə el adəti ilə ailə qurmuş və 2006-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Evliliklərindən 26 dekabr 2004-cü il təvəllüdlü X8 və 31 dekabr 2007-ci il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs (Kərimova) ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs (Kərimova) ilə yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs (Kərimova) himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 25 iyul 2016-cı il tarixdən hesablanmaqla 26 dekabr 2004-cü il təvəllüdlü X5 və 31 dekabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq Hüseynova (Kərimova) Elnarə Feyruz verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin, səhlənkarlıq etdiyindən aliment barədə maraqlanmamış, yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, sonuncu dəfə Şamaxı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş və təqdimat verilən günə, yəni 11 avqust 2021-ci il tarixə kimi Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnamə üzrə Hüseynova (Kərimova) Elnarə Feyruz qızı qızına ödənməmiş aliment borcu 9760,00 manat təşkil etmiş, təqdimat verilən gündən sonra aliment borcundan ümumilikdə 3130 manat ödəniş etmişdir. Eyni zamanda icra vərəqəsi icra olunması üçün onun iş yerinə göndərilmişdir. Hazırda əmək haqqının 70%-i məbləğində aliment borcu tutulur. Əməlindən peşmandır. Qısa müddətdə qalan məbləği də ödəyəcəyini bildirdi. Buna görə də barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Hüseynova (Kərimova) Elnarə Feyruz qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində tanış olmuş və münasibətləri yaranmışdır. 2004-cü ildə ailə hayatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 dekabr 2004-cü il təvəllüdlü X8 və 31 dekabr 2007-ci il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Əvvələr Kərim ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı üçün ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2016-cı il tarixdən hesablanmaqla 26 dekabr 2004-cü il təvəllüdlü X5 və 31 dekabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq ona veriməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 11 avqust 2021-ci il tarixə kimi 9760,00 manat aliment borcunu ödəməmişdir. Təqdimat verilən gündə sonra Təqsirləndirilən şəxs aliment borcundan 1190,00 manat ödəniş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxs Hüseynova (Kərimova) Elnarə Feyruz qızı növbəti məhkəmə iclasına gəlməmiş və teleqramla məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs həbs olunmasını istəmədiyini, lakin qalıq aliment borcunun ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 ifadəsində göstərdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-1960/2016 saylı 06.12.2016-cı il tarixli qətnaməsinin əsasında verilmiş icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 25 iyul 2016-ci il tarixdən başlayaraq 26 dekabr 2004-cü il təvəllüdlü X5 və 31.12.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində aliment alınıb tələbkar Hüseynova (Kərimova) Elnarə Feyruz qızına verilməlidir. Göstərilən icra vərəqəsi 23.02.2017-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Borcla bağlı Şamaxı rayon məhkəməsinin 06.07.2020-ci il tarixli, 8(074)- 41/2020 saylı qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclunun yaşayış yeri məlum olmadığından onun barəsində, müvafiq qərar əsasında Şamaxı rayon polis şöbəsində axtarış işi açılmışdır. Borclu Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şöbədə onunla söhbətlər aparılmış, izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 28 oktyabr 2020-ci il tarixdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixə tələbkara olan aliment borcu 9760 manat təşkil etmişdir. Bundan başqa tələbkar Hüseynova (Kərimova) Elnarə Feyruz qızı icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunduğundan, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün təqdimatla İstintaq İdarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində şahid Pərvin Meharalıyevin göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs (Kərimova) onun doğma bacısıdır. 2004-cü ildə bacısı Zərərçəkmiş şəxs (Kərimova) Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Evliliklərindən 26 dekabr 2004-cü il təvəllüdlü X8 və 31 dekabr 2007-ci il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Bacısı Zərərçəkmiş şəxs (Kərimova) himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2016-cı il tarixdən hesablanmaqla 26 dekabr 2004-cü il təvəllüdlü X5 və 31 dekabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq bacısı Hüseynova (Kərimova) Elnarə Feyruz qızına verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, Şamaxı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqsirləndirilən şəxs bacısı ilə evli olduğu vaxtlarda həmişə müxtəlif işlərdə işləmiş və kifayət qədər qazanc əldə etmişdir. Hazırda rəsmi qaydada işləyir və yetərli qazancı vardır. Kərim bacısından ayrıldıqdan sonra öz uşaqları ilə ilə maraqlanmamış, bir ata kimi nə mənəvi, nə maddi köməkliyi olmamışdır. Təqsirləndirilən şəxs bu günə qədər bacısına olan aliment borcunu qərəzli şəkildə ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli 2(074)-1960/2016 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 26 dekabr 2004-cü ildə doğulmuş X8 və 31 dekabr 2007-ci ildə doğulmuş X12 anası X2 yanında qalması, cavabdeh Təqsirləndirilən şəxs 25 iyul 2016-cı il tarixdən başlayaraq 26 dekabr 2004-cü ildə doğulmuş X8 və 31 dekabr 2007-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 23 fevral 2017-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 23 fevral 2017-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 2(074)-1960/2016 saylı, 06 dekabr 2016-cı il tarixli icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 8(074)-1/2019 saylı qərardadı ilə borclu xx xxxx 1983-cü il təvəllüdlü Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şamaxı rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 3(074)-359/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on beş gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Kərimova (Hüseynova) Elnarə Feyruz qızına 27 sentyabr 2021-ci il tarixdə 490 manat, 24 noyabr 2021-ci il tarixdə 700 manat, 14 mart 2022-ci il tarixdə 990 manat ödəniş etmişdir. X18 Sanaji və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 15 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əmək haqqından 2(074)-1960/2016 saylı 06 dekabr 2016-cı il tarixli icra sənədinə əsasən 70 faiz tutulma aparılır və 2022-ci ilin yanvar ayında 315 manat, 2022-ci ilin fevral ayında 320,25 manat və 2022-ci ilin mart ayında 315 manat pul tutulmuşdur. Xaçmaz şəhəri İnzibati ərqazi dairəsi üzrə nümayəndəliyinin 21 sentyabr 2022-ci il tarixli 367 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 21 aprel 197-ci il təvəllüdlü X1 və oğlu 22 dekabr 2017-ci il təvəllüdlü X9 ilə Xaçmaz şəhəri Şollar küçəsi 21 saylı ünvanda yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, borcundan cəmi 3130 manat pul ödənişin həyata keçirilməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, öhdəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirlən şəxs aliment borcundan qismən ödənişlər etmişdir. Zərərçəkmiş şəxs Hüseynova (Kərimova) Elnarə Feyruz qızının məhkəməyə göndərdiyi teleqramdan aydın olur ki, o, təqsirləndirilən şəxsin həbs olunmasında maraqlı deyil, ödənilməmiş aliment borcunu tələb edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xaçmaz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Xaçmaz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-21/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-21/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver