Məhkəmə qərarları › İş №1(074)-21/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-21/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-21/2023 29.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X19 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və X7, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə, xx.xx.1970-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan və X4 müştərək qaydada 16350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-184/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-207/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, məsuliyyəti elan olunmaqla, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2021-ci il tarixinə kimi 15180 manat məbləğində borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan və Təqsirləndirilən şəxs1 müştərək qaydada 16350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-184/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-43/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2021-ci il tarixinə kimi 15180 manat məbləğində borcunu ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Məlcək kəndində yaşayır. Rəsmi olaraq iş yeri olmasa da, müxtəlif yerlərdə daş-hörgü ustası kimi fəaliyyət göstərir. Təxminən 2008-2009-cu illərdə Zərərçəkmiş şəxs Məlcək kəndində meyvə-tərəvəz satarkən tanımış və münasibətləri yaranmışdır. Sonradan münasibətləri yaxın dostluğa çevrilmişdir. 2013-cü ildə ailədə xərcləri çox olmuş və kiçik qızı üçün aldığı cehiz əşyalarına görə borcları yaranmışdır. Pula ehtiyacı olduğundan, həmin ərəfədə Zərərçəkmiş şəxs zəng edib, görüşmək istədiyini bildirdimiş və onlar Ağsu şəhərində yerləşən çayxanada görüşmüşlər. O, Zərərçəkmiş şəxs ona maddi köməklik etməsini xahiş edərək, 5000 manat borc pul istəmişdir. Bir gün sonra Talehlə görüşərək, 4350 manat pulu hissə-hissə ödəmək şərti ilə sonuncudan almışdır. Bir neçə ay keçdikdən sonra, Taleh pulu qaytarmağı tələb etmiş, o isə, imkanının yaxşı olmadığını bildirmişdir. Həmçinin, qardaşı X11 borcunun olmasından xəbərdar olmuş, lakin borcunun nə qədər təşkil etdiyini bilməmişdir. O və qardaşı Sədaqət borclarını qaytara bilmədiklərindən, Taleh pul tələbi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin qətnaməsinə əsasən, ondan və qardaşı Sədaqətdən müştərək qaydada 16350 manat borcun və 30 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Daha sonra, qətnamə icra edilməsi üçün yaşadıqları yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, həmin dövrdə özünün və ailə üzvlərinin səhhətində problemlər yaranmış və qazancının çoxunu müalicələrə xərcləmişdir. Bu səbəbdən də, borcunu ödəyə bilməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, borcunu ödəmək niyyətində olduğunu, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini və sonuncuya qulluq etdiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, fərdi qaydada daş ustası işləyir və işi ilə bağlı Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Hazırda isə ailəsi ilə birlikdə Şamaxı rayonu, Məlcək kəndində yaşayır. Təxminən 2005-ci ildə Zərərçəkmiş şəxs adlı şəxsi Məlcək kəndində meyvə-tərəvəz satarkən tanımış və münasibətləri yaranmışdır. X18-Mirikənd yolunda kafeni icarəyə götürmüş və o, tez-tez kafeyə getdiyindən, münasibətləri yaxın dostluğa çevrilmişdir. Müxtəlif vaxtlarda Talehdən borc pul götürüb qaytarmışdır. 2010-2011ci illərdə idarə etdiyi usta briqadası ilə birlikdə tikinti işləri ilə məşğul olmuş və sifariş götürdüyü şirkət tikintiyə görə çatacaq pulu vermədiyindən, ustaların əmək haqqlarını ödəyə bilməmişdir. Bu səbəbdən, Talehdən müxtəlif tarixlərdə borc pul götürmüşdür. Sonuncu dəfə 3000 manat borc pul aldığını xatırlayır. 2014-cü ildə Taleh ona verdiyi pulları faiz ilə hesablayaraq, 12000 manat borcu qaytarmağı tələb etmişdir. Lakin, həmin vaxtlar işsiz olduğundan, borcunu ödəyə bilməmişdir. Bundan əlavə, qardaşı Gülalının da Talehə borcu yaranmışdır. O və qardaşı Gülalı borclarını qaytara bilmədiklərindən, Taleh pul tələbi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi ilə ondan və qardaşı Gülalıdan müştərək qaydada 16350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, həmin vaxtlar imkanının kifayət qədər olmamasından və borcu faizlə hesablandığından, ödəməmişdir. Borcunu uzun müddət keçməsinə baxmayaraq, tam şəkildə ödəmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Qətnamə üzrə borclarından əvvəl 1200 manat, daha sonra isə o, 1000 manat pul ödəmişdir. Ödənilmiş puldan cəmi 100 manatını qardaşı Gülalı ödəmişdir. Hazırda işlədiyini, borcunu hissə-hissə ödəmək istədiyini, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2-ci qrup əlil olduğundan, təqaüddədir. 2008-2009-cu illərdə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Həmin vaxtlar Şamaxı rayonu, Məlcək kənd sakini Sədaqət Gülalıyev ilə tanış olmuşdur. Sədaqət Gülalıyevlə uzun müddət əlaqəli şəkildə alver etmiş və münasibətləri ailəvi dostluğa çevrilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 Sədaqətin qardaşı kimi tanımış və münasibətləri yaranmışdır. 2013cü ilin sentyabr ayında Sədaqət Gülalıyev və qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Şamaxı rayonunda görüşmüşlər. Sədaqət ondan 5000-6000 manat borc pul istəmişdir. Onun Sədaqətlə yaxın münasibəti olduğundan və inandığından, 6000 manat pulu Sədaqətə vermişdir. Bundan sonra, daha iki dəfə Sədaqətə borc pul vermiş və ümumilikdə ona olan borcu 12000 manat təşkil etmişdir. Bir neçə ay keçdikdən sonra, Gülalı ona zəng edərək, görüşmək istədiyini bildirmişdir. Onlar Ağsu şəhərində yerləşən çayxanada görüşmüşlər. Gülalı təcili pula ehtiyacı olduğunu bildirərək, ondan borc pul istəmişdir. O, Gülalıya 4350 manat borc pul vermişdir. Uzun müddət keçdikdən sonra, verdiyi borcları tələb etmişdir. Lakin, dəfələrlə onlara zəng etsə də, evlərinə getsə də, bir nəticə verməmişdir. Daha sonra, borc pul almaqlarını yazılı şəkildə rəsmiləşdirmişlər. Bundan sonra, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin əlyazmaları və qəbzləri məhkəməyə təqdim etmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs1 və X4 müştərək qaydada 16350 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icra olunması üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sonradan borcdan ümumilikdə 2200 manat pul ödənilmiş və hazırda qalıq borcun məbləği 14180 manat təşkil edir. O, qalan borcun ödənilməsini tələb edir, əks halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-184/2015 saylı icra vərəqəsinə əsasən, iş üzrə borclular Təqsirləndirilən şəxs1 və X4 müştərək qaydada 16350 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra vərəqəsi xx.xx.2015-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Lakin, borclular tələbi icra etməmiş və borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Daha sonra, məhkəmə qərardadları ilə borcluların ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. X14 icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat inzibati qaydada cərimə edilmişdir. Cərimə tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Eyni zamanda, borclu Təqsirləndirilən şəxs1 icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 gün müddətində inzibati həbs növündə tənbeh edilmişdir. Həbs tənbehindən sonra, tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatla müraciət olunan xx.xx.2021-ci il tarixə borclular Təqsirləndirilən şəxs1 və X5 icra sənədi üzrə borcu 15180 manat təşkil etmişdir. Beləliklə, borclular Təqsirləndirilən şəxs1 və X7, Şamaxı Rayon Məhkəməsinin icra sənədini icra etməməkdə davam etməklə, həm də, onlara təklif edilmiş faktiki imkanlardan istifadə etməməklə, əməllərində qərəzlilik əlamətləri müşahidə olunmuşdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Sədaqət Gülalıyev onun doğma qardaşlarıdır. Gülalı və Sədaqətin Bakı şəhərində usta kimi fəaliyyət göstərmələrini bilmişdir. Yaşadıqları Şamaxı rayonunun Məlcək kəndinə tez-tez gəlmədiklərindən, onlarla görüşə bilmir və onlardan vaxtında xəbər almamışdır. Ağsu rayon sakini Zərərçəkmiş şəxs adlı şəxslə məhkəmə mübahisəsinin olduğundan və qardaşlarının həmin şəxsə borclarının olmasından xəbərdardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, X7 onun qardaşının qaynıdır və yaxın münasibətləri vardır. Sədaqət uzun müddət Bakı şəhərində ustalıq fəaliyyəti ilə məşğul olmuşdur. Onlar birlikdə dəfələrlə fərqli ünvanlarda usta kimi işləmişlər və hazırda Sədaqət ilə birlikdə sifariş olduqda, təmir-tikinti işləri görürlər. Sədaqət Gülalıyevin məhkəmə mübahisəsindən və Taleh adlı şəxsə borcunun olmasından xəbərdardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğuldur. Özünə məxsus ustalardan ibarət briqadası vardır. Təqsirləndirilən şəxs1 və X7 onun doğma qardaşlarıdır. Sədaqət uzun müddət Bakı şəhərində ağ daş ustası və bənna kimi fəaliyyət göstərmişdir. Sədaqət fərqli ünvanlarda ustalıq edir və sifarişlər aldıqda, təmir-tikinti işləri üçün dəvət alır. Sədaqətin məhkəmə mübahisəsindən və Taleh adlı şəxsə borcunun olmasından xəbərdardır. Təqsirləndirilən şəxs1 isə vaxtilə Bakı şəhərində bənna kimi fəaliyyət göstərdiyini, lakin Gülalı ilə uzun müddətdir münasibətinin olmadığını qeyd etmişdir. İş üzrə şahidlər Şahid8 və Şahid9 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirib, ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini göstərmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə ona məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi zamanı tanış olmuşdur. Təqsirləndirilən şəxs1 evinin tikintisi ilə məşğul olmuş, sonradan həmin evdə nəzarətçi kimi qalmış və yaşamışdır. Evdə yaşamasının qarşılığında Gülalıdan pul almırdır. Ara-bir evə baş çəkməyə gedərkən, Təqsirləndirilən şəxs1 100-150 manat pul verirdir. Bundan əlavə, Gülalı Novxanı qəsəbəsində ustalıq fəaliyyəti ilə məşğul olub, qazanc əldə edirdir. Təqsirləndirilən şəxs1 məhkəmə mübahisəsindən xəbəri olmamışdır. Gülalının intizamlı, sakit insan kimi tanımış və bu səbəbdən evində yaşaması üçün şərait yaratmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yay aylarından tanımışdır. Ona məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar massivində yerləşən həyət evinin tikintisi ilə məşğul olmuşdur. Qonşuları Musa adlı şəxs ilə bərabər Təqsirləndirilən şəxs1 tərəfindən çəkilən divarın hörgüsünə təxminən 400-500 manat məbləğində ödəniş etmişdir. Sonradan ona məxsus evdə gördüyü işlərə görə, Təqsirləndirilən şəxs1 hissə-hissə olmaqla, təxminən 2000 manat əmək haqqı vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə mübahisəsindən xəbəri olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 184/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs1 və X6 qarşı pul tələbinə dair iddiası təmin edilərək, cavabdehlərdən müştərək qaydada 16350 manat borc pulun və 30 manat dövlət rüsumunun alınıb, iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-184/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclular Təqsirləndirilən şəxs1 və X6 icra sənədində göstərilən tələbi qanunla müəyyən olunmuş müddətdə könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-43/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X2 Rayon Məhkəməsinin 2(074)-184/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)- 207/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 2(074)-184/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs1 və X6 ünvanlanmış xəbərdarlıqdan görünür ki, həmin şəxslərə icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 (on) gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzlərsə, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdurlar. İş materiallarından görünür ki, çağırışlara üzrlü səbəb olmadan gəlmədiklərindən və istintaqdan gizləndiklərindən, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və X5 barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 xx.xx.2022-ci il tarixdə tutularaq, istintaqa təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutularaq, istintaqa təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X7 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarından görünür ki, icra sənədi üzrə ödənilməli olan 16380 manat borcdan Təqsirləndirilən şəxs1 və X4 müştərək qaydada 1200 manat və 1000 manat X4 zərərçəkmiş şəxsə ödənişlər olmuşdur. İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X7 yaşayış yeri üzrə Şamaxı rayon İHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunurlar. İş materiallarında olan Xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X3 vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkir. Beləliklə, Təqsirləndirilən şəxs1 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və X5 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində olan şəxsdə ağır xəstəliyin olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X6 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və X5 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti, X5 isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 və X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 məhkəmə istintaqı zamanı göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 102 (bir yüz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, onun 4 (dörd) ay 19 (on doqquz) gün həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət 9 (doqquz) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, X5 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli X5 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. X5 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 məhkəmə istintaqı zamanı göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 102 (bir yüz iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar