Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-22/2022 09.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, işsiz, məhkumluğu olmayan, Şamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi, 22 saylı evdə qeydiyyatda olmaqla, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, yeni yaşayış massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 oktyabr 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında həmin evdə yaşayan tanışı Şahid3 qanunsuz olaraq 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 13 oktyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Şamaxı şəhərinin girişində “Avtovağzal” adlanan ərazinin yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 03:00-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 7,812 (yeddi tam səkkiz yüz on iki) qram olan açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməmiş, son zamanlar narkotik vasitə olan marixuanadan bəzi vaxtlarda istifadə etmişdir. Şahid3 ilə 11 oktyabr 2021-ci il tarixdə görüşüb söhbət edən zaman belə bir qərara gəlmişlər ki, narkotik vasitə olan marixuana alıb bəzi vaxtlar istifadə etsinlər. O, Şahid3 əlaqələrinin geniş olduğu üçün razılaşmışlar ki, hərəsi bir qədər pul qoyub özləri üçün narkotik vasitə olan marixuana alıb istifadə etsinlər. Veyis də onunla razılaşmış və o, özündə olan 50 manat pulu Veyisə vermişdir, Veyis özü də pulun üstünü düzəltmək üçün 70 manat pulu həmin 50 manatın üstünə qoymuşdur. Həmin günün səhəri, yəni 12 oktyabr 2021-ci il tarixdə onun özü və Şahid3 onun yaşadığı Şamaxı şəhəri, Rəsul Rza küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüş, həmin vaxt Veyis Bakı şəhərində onun tanımadığı yerdən aldığı narkotik vasitə olan marixuananın təxminən 7 qramını kibrit qutusunda ona vermiş, çox hissəsini isə özü götürmüşdür. Veyisdən aldığı həmin kibrit qutusunda olan marixuananı şalvarının sağ yan cibinə qoymuşdur. 13 oktyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan yerdə olarkən həmin içərisində narkotik vasitə marixuana olan kibrit qutusu üstündə olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Həmin vaxt polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qarı rəngli şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunu açdıqda, içərisindən tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmin vaxt o fikirləşmişdir ki, dostu Şahid3 onu polisə satıb, bu səbəbdən də narkotik vasitə olan marixuananı haradan əldə etməyi ondan soruşulduqda bildirmişdir ki, həmin narkotik vasitəni Şamaxı şəhər sakini Veyis adlı şəxsdən 50 manata almışdır. Ancaq əslində onun özü və dostu Şahid3 birlikdə pul qoyub həmin narkotik vasitə olan marixuananı almış, Şahid3 ona narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı bəzi vaxtlar yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi, himayəsində 1 azyaşlı uşağının olmasını və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, dostu Təqsirləndirilən şəxs ilə 11 oktyabr 2021-ci il tarixdə görüşüb söhbət edən zaman belə qərara gəlmişlər ki, narkotik vasitə olan marixuana alıb bəzi vaxtlar istifadə etsinlər. Namiq həmişə Şamaxı rayonunda olmuş, Bakı şəhərinə isə az-az getmişdir. O, özü isə tez-tez Bakı şəhərinə gedib özü istifadə etmək üçün Bakı şəhərindən tanımadığı şəxslərdən narkotik vasitə almışdır. Bu səbəbdən də onun əlaqələri geniş olduğu üçün onlar razılaşmışlar ki, hərəsi bir qədər pul qoyub özləri üçün narkotik vasitə olan marixuana alıb istifadə etsinlər. Həmin vaxt dostu Namiq özündə olan 50 manat pulu ona vermiş, özü isə həmin pulun üstünü düzəltmək üçün 70 manat pulu həmin 50 manatın üstünə qoymuşdur. Həmin günü o, Bakı şəhərinə getmiş və tanımadığı şəxsdən 120 manat pulun müqabilində narkotik vasitə olan marixuana almışdır. Həmin günün səhəri, yəni 12 oktyabr 2021-ci il tarixdə özü və Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüşlər. Həmin vaxt o, Bakı şəhərində tanımadığı şəxsdən aldığı narkotik vasitə olan marixuananın təxminən 7 qramını kibrit qutusunda Namiqə vermiş, qalan hissəsini isə özü istifadə etmək üçün kibrit qutusunda özündə saxlamışdır. 13 oktyabr 2021-ci il tarixdə, saat 03:30 radələrində Şamaxı rayon ərazisində yerləşən “Avtovağzal” adlanan yerdə olmuş, içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusu əynindəki gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi 01 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunu açdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərindən tanımadığı şəxsdən almış və narkotik vasitənin alınmasında Namiq də pul qoyduğundan əvvəlcədən razılaşdıqları kimi yarısını istifadə etmək üçün dostu Namiqə vermiş, lakin ona satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 13 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 22-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 13 oktyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şamaxı şəhərinin girişində “Avtovağzal” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirib, onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və inzibati binada mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi kibrit qutusu aşkar olunmuşdur. Aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxılarkən, qutunun içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu baxışda iştirak edənlərin iştirakları ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində kibrit qutusu aşkar olunmuşdur. Həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, kibrit qutusunun içərisindən yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusundakı kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və ona məxsusdur. Baxış keçirmə prosesi videogörüntü çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 7/1047 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,812 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7,812 qram, tədqiqata sərf olundu 0,1 qram və qalıq 7,712 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,82 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 4(074)-90/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 noyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Bundan başqa Ənsari X2 rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 600 manat cərimə cəzasına məhkum edilmişdir. 02 mart 2018ci il tarixli Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində təyin edilmiş cərimə cəzası ləğv edilmiş və əsas cəza dəyişdirilməmişdir. 07 avqust 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 dekabr 2021-ci il tarixli 3947 saylı arayışından görünür ki, Ənsari X2 şəhəri, Ü.Hacıbəyov küçəsi, 22 saylı evdə qeydiyyatda olmaqla, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, yeni yaşayış massivində ailə üzvləri ilə yaşayır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 dekabr 2021-ci il tarixli 1215 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, yeni yaşayış massivində yaşayan Ənsari X2 RMX-nin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02.12.2021-ci il tarixli, 4835 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirlən şəxsə yenidən ittiham elan etmək haqqında” 12 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilməklə ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs üstündən götürülmüş və tədqiqata təqdim edilmiş, tədqiqatdan sonra qalıq çəkisi - 7,712 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 13 oktyabr 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 26 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 7 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir, ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 7,712 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 26 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 7 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 10(on) ay 8(səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 7,712 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-22/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-22/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver