Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-22/2024 03.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Qayalı” marketdə nəzarətçi işləyən, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində ictimai yer hesab olunan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəmİnində, ətrafında insanların olmasına biganə yanaşıb sonuncunu yumruqla göz nahiyəsindən vuraraq ona sol göz hematoması, gözün ağlı qişasına qansızma ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, boynun sol və sağ yan səthlərinin, sol qoltuqaltı, sağ bazu, sağ bud, sağ baldır nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisində yerləşən "Qayalı" marketdə nəzarətçi işləyir. Onun hərkəslə münasibəti yaxşı olmaqla, heç kimlə dava-dalaş və ədavəti olmamışdır. 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində "Qayalı" marketdə işdə olan zaman, adı ona sonradan məlum olan Şamaxı rayonunun Həmyə kənd sakini Zərərçəkmiş şəxs marketin içərisinə daxil olub onun yanına gəlmiş və əsəbi halda «get mənə siqaret al» sözlərini demişdir. Həmin vaxt o, onun hərəkətlərindən və danışıq tərzindən sərxoş vəziyyətdə olduğunu hiss edib və görüb, Şərəfxana cavab olaraq «siqareti özün al» sözlərini deyib iş fəaliyyətini pozamamasını xahiş etmişdir. Bu zaman Zərərçəkmiş şəxs yenidən onunla kobud formada danışaraq «sən kimsən ki, mənə gedib siqaret almırsan» sözlərini demişdir. Həmin vaxt Şərəfxan həmin marketdə nəzarətçi işləyən Sadiq adlı şəxsə yaxınlaşaraq bir qədər söhbət edib, yenidən ona yaxınlaşaraq, ünvanına nalayiq ifadələr işlədərək, «gəl çıxaq müşahidə kamerası olmayan yerdə söhbət edək» sözlərini ona demişdir. O, Zərərçəkmiş şəxs sprtli içki qəbul etdiyini, söhbət etmək istəmədiyini, evlərinə getməsini, sabah söhbət edə bilərik sözlərini demişdir. Lakin sonuncu marketin içərisində uca səslə onun ünvanına nalayiq ifadələr işlədib, mağazadan kənarda söhbət etməklərini israrla bildirmişdir. Marketin içərisində müştərilər olduğundan o, Zərərçəkmiş şəxs söyüş söyməməsi üçün qolundan tutaraq "Qayalı" marketin qarşısına çıxarmış və yenidən evlərinə getməsini, ətrafda olan insanları narahat etməməsini demişdir. Bu zaman Zərərçəkmiş şəxs üzərinə gələrək onu sinəsindən geriyə itələmiş və təkrar ünvanına uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra onun bu hərəkətlərindən bərk əsəbləşərək onun üz nahiyyəsindən bir yumruq vurmuş və geri qayıdaraq marketə daxil olmuşdur. Dava-dalaş zamanı ətrafda olan insanlar Zərərçəkmiş şəxs ətrafına toplaşmışlar. Bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs yenidən marketin içərisinə daxil olaraq ünvanına söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən də yanında olan tanımadığı şəxslər Zərərçəkmiş şəxs mağazadan uzaqlaşdıraraq, evlərinə getməsini xahiş etmişlər. Buna baxmayaraq Zərərçəkmiş şəxs öz qanunsuz hərəkətlərini davam etdirib, uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Şamaxı rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs və onu rayon polis şöbəsinə dəvət etmişlər. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs yalnız üz nahiyyəsindən bir yumruq vurmuş, başqa heç bir qanunsuz hərəkətlər etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində o, Zərərçəkmiş şəxs və marketdə olan tanımadığı müştərilər olmuşdur. Baş verən hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. O, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan sərxoş vəziyyətdə onu işlədiyi “Qayalı” marketə gələrək ona siqaret almadığı üçün dəfələrlə söyüb təhqir etdiyi üçün bir dəfə yumruqla sifət nahiyyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs bədənində aşkar olunan digər xəsarətlər barəsində heç bir məlumatı yoxdur. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gələrək güclə Şərəfxanı sakitləşdirərək oradan aparmışlar. İşlədiyi “Qayalı” marketdə və ya kənarda Şərəfxanın hər hansısa bir şəxs tərəfindən döyülməsini görməmişdir. Zərərçəkmiş şəxs onun özü sadəcə olaraq onu söyüb təhqir etdiyi üçün yumruqla vurmuş, Bəhruz və Elçin Şərəfxanı döyməmiş, ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişdirlər. Onlar orada olan adlarını bilmədiyi digər şəxslər kimi Şərəfxanı sakitləşdirməyə çalışmışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Əməlindən peşmandır. Zərərəçəkmiş şəxslə barışıq əldə etmək üçün onunla danışmağa cəhd etmiş, lakin o, nalayiq ifadələr işlətdiyi üçün onunla danışıq alınmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən iki il bundan əvvəl Bakı- Şamaxı-Yevlax avtomobil yolunun üstündə Həmyə kəndinin yaxınlığında "Qayalı" market istifadəyə verilmişdir. Market Hamyəli kəndinə yaxın olduğundan həmin marketdən bazarlıq edirlər. O, “Qayalı” marketin Şamaxı üzrə müdiri Bəhruz adlı şəxsi tanıyır, əvvəllər həmin Bəhruzla münasibəti normal olub, aralarında ədavət, dava-dalaş və mübahisə olmamışdır. 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində o, özünə məxsus VAZ 2107 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomabili ilə siqaret almaq üçün “Qayalı” marketə getmişdir. Həmin vaxt yanında olan qonşusu Şahid6 avtomobili Qayalı marketin qarşısında saxlayan zaman Qayalı marketin mühafizəçisi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtomobili orada saxladığına irad bildirib yumruq ilə sifət nahiyəsinə vurmuşdur. Bu vaxt Bəhruz onların yanlarına yaxınlaşıb Təqsirləndirilən şəxs müdafiə edərək onun sifət, kürək və qıç nahiyəsinə təpiklə vurmuşdur. Həmin vaxt “Qayalı” marketin digər işçisi Elçin adlı şəxs də onun boğazından yapışıb boğmuşdur. Mübahisə və dava-dalaş zamanı “Qayalı” marketdən Azərbayacan Respublikası DİN-in 102 xidmətinə məlumat verildikdən sonra polis əməkdaşları “Qayalı” marketə gəlmişlər. Sonra isə polis əməkdaşları onları Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı o, yaşadığı evdə spirtli içki qəbul edib gəlmişdir. O, həmin şəxslərə qarşı nalayiq ifadələr işlətsə də onları vurmamışdır. Polis şöbəsinə o, döyülməyi barədə müraciət etmişdir. İlk əvvəl onu Təqsirləndirilən şəxs sifət nahiyəsinə yumruq ilə vurub, sonra isə “Qayalı” marketin müdiri Bəhruz və onun muavini Elçin adlı şəxslər onu döyərək müxtəlif nahiyələrindən vurmuşlar. Hadisə zamanı o, yaşadığı evdə spirtli içki qəbul edib gəlmişdir, ancaq o, öz hərəkətlərinə riayət edib, artıq hərəkətlər etməmişdir. İfadəsində və ərizəsində Bəhruz, Elçin və Kamil adlı şəxslərin onu döydüklərini göstərdiyini, həmin şəxslərlə üzləşmək istəmədiyini, üzləşmədən imtina etdiyini bildirmişdir. Həmin vaxt onunla “Qayalı” marketə qonşusu Gülağa ilə gəlmişdir. Həmin hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onunla “Qayalı” marketin əməkdaşları arasında baş vermiş dava-dalaş “Qayalı” marketin qarşısında baş vermişdir. O, həmin vaxt sərxoş olmuş və söyüş təhqir ifadələri işlətmişdir, lakin başqa heç bir hərəkət etməmişdir. Onun göz nahiyyəsinə “Qayalı” marketin işçisi olan Təqsirləndirilən şəxs yumruqla vuraraq xəsarət yetirmiş, rəydə göstərilən bədənindəki digər xəsarətləri isə ona Bəhruz və Elçin adlı şəxslər yetirmişdirlər. Təqsirləndirilən şəxslə barışmamış və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisində yerləşən "Qayalı" marketdə müdir müavini işləyir. Müdir müavini kimi demək olar ki, hər gün işdə olur. Çox vaxtlarda işdən çıxdıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gedir. İşləri çox olanda isə işlədiyi “Qayalı” marketin yaxınlığında evdə qalır. 18 iyul 2023-cü il tarixdə, səhər saat 08 radələrində iş yerinə gəlmişdir, həmin tarixdə, saat 20 radələrində o, işdən çıxaraq “Qayalı” marketin yaxınlığındakı evə getmişdir. Bir qədər istirahət etdikdən sonra, həmin tarixdə, saat 22:10 radələrində o, iş yeri olan “Qayalı” marketə qayıtmış və həmin vaxt marketin yaxınlığında səs-küy eşitmişdir. O, səs-küy olan tərəfə getmiş və ona məlum olmuşdur ki, üzdən tanıdığı Şərəfxan adlı şəxs marketə gələrək heç bir səbəb olmadan mübahisə edib. Həmin vaxt, yəni o, ora gələn vaxtı görmüşdür ki, oradan olan bir nəfər onun yaxını və müdüri olan X5 da həmin Şərəfxan adlı şəxsi sakitləşdirərək özünün VAZ-2107 markalı avtomobilinə otuzdurmaq istəyir, lakin onu sakitləşdirə bilmirlər. Həmin vaxtdan təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib Şərəfxanı oradan güclə aparmışlar. Zərərçəkmiş şəxs yalan danışır, nə o, nədə ki, müdiri Bəhruz onu döyməmişlər. Kamilin isə onu döyməyi barədə heç bir söz deyə bilməz, çünki həmin hadisə zamanı o, orada olmamış, sonradan gəlmişdir. O, ora gələndə Şərəfxan sərxoş vəziyyətdə olmuş və özünü idarə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib göstərdi ki, Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisində yerləşən "Qayalı" marketdə müdir vəzifəsində işləyir. O, hər gün işdə olur və rəhbərlik etdiyi marketə nəzarət edir. 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində rəhbərlik etdiyi Qayalı marketə bir nəfər sərxoş vəziyyətdə cavan oğlan, sonradan adını bildiyi Şərəfxan adlı şəxs gələrək heç bir səbəb olmadan işçilərlə mübahisə etməyə başlamışdır. Həmin vaxt o, həmin Şərəfxan adlı şəxsi sakitləşdirərək öz avtomobilinə otuzdurmuş o, oradan çıxıb getmiş, qısa bir vaxtdan sonra geri qayıdaraq avtomobili oradan olan müştərilərin üzərinə sürməyə başlamışdır. Həmin vaxt o, onu bir daha sakitləşdirmək istəsə də Şərəfxan sakitləşməmiş öz hərəkətlərinə davam edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Həmin vaxtdan təxminən 15-20 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib Şərəfxanı oradan güclə aparmışlar. Zərərçəkmiş şəxs yalan danışır, nə o, nədə ki, Elçin onu döyməmişlər. Kamera görüntüsünə baxan zaman Kamil və Şərəfxanın söhbət edən zaman Şərəfxan Kamili qolundan tutaraq gölə çağırsa da Kamil ilk olaraq getməsə də sonradan, yəni Şərəfxan Kamili söyüb təhqir etdikdən sonra çölə çıxıb söhbət edən zaman Şərəfxan Kamilin yaxasından tutduğu zaman Kamil onu bir dəfə vurduğunu və oradan uzaqlaşdığını görmüşdür. Şərəfxan Kamili dəfələrlə nalayiq ifadələrlərlə söyüb təhqir etmişdir. Şərəfxan sərxoş vəziyyətdə olmuş, özünü idarə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmyerlisi olmaqla bərabər, həmçinin onunla qonşuluqda yaşayır. Onunla və ailə üzvləri ilə onun və ailə üzvlərinin münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində qonşuları Şərəfxan onu evlərindən çağıraraq ondan xahiş etmişdir ki, onunla birlikdə ona məxsus VAZ 2107 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə siqaret almaq üçün Bakı- Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketə getsin, çünki həmin vaxt Şərəfxan içkili olmuş və o, onun avtomobilini idarə edərək “Qayalı” marketə getmişlər. O, avtomobili “Qayalı” marketin qarşısında saxlamış, Şərəfxan avtomobildən düşərək içəri daxil olmuşdur. Dəqiq yadında deyil, bir qədər keçdikdən sonra “Qayalı” marketin qarşısında səs küy eşitmiş və həmin səs küy olan tərəfə getmişdir. Ora çatdıqdan sonra o, Şərəfxanın sifət nahiyyəsində qanın olduğunu görmüşdür. Şərəfxan qışqıraraq onu vurduqlarını demiş və ətrafda həmin şəxsləri axtarırdı. Orada olanlar birtəhər Şərəfxanı avtomobilə otuzdurmaq istəmiş, lakin Şərəfxan əsəbi olduğu üçün özünə məxsus avtomobilin şüşələrini ayağı ilə vurmuşdur. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və Şərəfxanı polis şöbəsinə aparmışlar ki, orada ərizə yazsın. Şərəfxanın kim və ya kimlər tərəfindən döyülməsini görməmiş və bunun şahidi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin vaxtı qonşu və yerlisi olan Zərərçəkmiş şəxs həmin “Qayalı” marketdə nəzarətçi işləyən Təqsirləndirilən şəxs sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt orada “Qayalı” marketin müdiri olan Bəhruz, orada işləyən Elçin, həmkəndliləri Surət və digər şəxslər olmuş, onlar Şərəfxanı sakitləşdirərək avtomobilə otuzdurmaq istəmişlər. Məhkəmə iclasında şahid qismində dindiirlmiş Şahid5 ifadə verib göstərdi ki, Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisində yerləşən "Qayalı" marketdə nəzarətçi işləyir. Onun hərkəslə münasibəti yaxşı olmaqla, heç kimlə dava-dalaş və ədavəti olmamışdır. 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində "Qayalı" marketdə işdə olan zaman, adı ona sonradan məlum olan Şamaxı rayonunun Həmyə kənd sakini Zərərçəkmiş şəxs marketin içərisinə daxil olub, qısa bir vaxtdan sonra marketin qarşısına çıxmış və ona yaxınlaşmışdır. Həmin vaxt Şərəfxan sərxoş vəziyyətdə olmuş və ona demişdir ki, «Kamilə de mənə siqaret alsın». Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. O, da həmin vaxt Şərəfxanın içkili olduğunu görüb ona bildirmişdir ki, «mən özüm sənə siqaret alıb verirəm». Lakin Şərəfxan səs küy salaraq «Kamil mənə siqaret alacaq» sözlərini deyib söyüş təhqirlə yenidən marketə daxil olmuşdur. O,da həmin vaxt market müdiri olan Bəhruzu çağırmağa getmişdir ki, gəlsin bu səs küy salan Şərəfxan barəsində hüquq mühafizə orqanına məlumat versin. O, gedib Bəhruzu axtaran zaman məlum olmuşdur ki, Bəhruz artıq oraya, yəni Şərəfxanın yanına gedib. O, da onların yanına gəldikdə Şərəfxan yenə də səs küy salaraq uca səslə nalayiq ifadələr işlətmiş, orada olan, lakin adlarını bilmədiyi şəxslər onu sakitləşdirməyə çalışsalar da Şərəfxan sakitləşməmişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gələrək Şərəfxanı aparmışlar. Bundan sonra kamera görüntülərindən məlum olmuşdur ki, iş yoldaşı Təqsirləndirilən şəxs Şərəfxanın onu söyüb təhqir etməyinə dözməyib onu bir dəfə yumruqla vuriuşdur. Başqa kimlərinsə, həmçinin Bəhruz və Elçinin Zərərçəkmiş şəxs vurmaqlarını görməmişdir, əgər vursaydılar yəqin ki, görərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstəddi ki, Zərərçəkmiş şəxs tanıyır, onun doğma bibisi oğludur, onunla və ailəsi ilə münasibəti həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. O, 2022-ci ilin sentyabr ayının 17-dən 2023-cü ilin sentyabr ayının 28-nə qədər olan müddət ərzində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketdə mühafizə rəisi vəzifəsində işləmişdir. Daha sonra onun həmin Şamaxı rayonunda yerləşən “Qayalı” marketin müdiri olan X3 ilə aralarında anlaşılmazlıq yarandığından onu işdən uzaqlaşdırmışdır. O, orada işlədiyi müddət ərzində Bəhruz onunla normal rəftar etmişdir, bunu hiss etdirməsə də o, bunu onun ona qarşı olan davranışlarından bilmişdir. Belə ki, 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində o, yaşadığı Şamaxı rayonu Həmyəli kəndində olan zaman Bakı-Şamaxı- Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketin ilk olaraq anbardar müdüri olan X1, daha sonra isə Qayalı marketin müdiri olan Bəhruz Heydərli onunla telefon əlaqəsi saxlamışlar və ona bildirmişlər ki, qohumu Zərərçəkmiş şəxs sərxoş vəziyəttədə “Qayalı” marketin qarşısında problem yaradır. O, da həmin vaxt həm Bəhruza həm də ki, Qurbana bildirmişdir ki, əgər problem yaradırsa Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub bu barədə məlumat versinlər. Bundan sonra o, öz işi ilə məşğul olmağa davam etmişdir. Lakin bu müddət ərzində ona dəfələrlə zəng vurub demişlər ki, Zərərçəkmiş şəxs heç kimin sözünə baxmır, sadəcə onu dinləyər. O, da işimi yarımçıq qoyub “Qayalı” marketin qarşısına getmişdir. Ora getdikdən sonra qohumu Şərəfxanın sifət nahiyyəsinin qan içərisində olduğunu görmüşdür. O, Şərəfxanın özünün ona Qayalı marketin müdiri Bəhruz, müdir müavini Elçin və mühafizəçisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü göstərmişdir. O, ora çatdıqdan qısa bir zaman sonra oraya polis əməkdaşları gəlmişlər. O, özü də Bəhruz və Elçinin Şərəfxanı vurduqlarını görmüşdür. Lakin polis şöbəsində ondan bu barədə soruşmadıqlarından bu barədə heçnə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınan Şahid3 ifadə verib göstərdi ki, Bakı- Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marektdə anbardar işləyir. Barəsində soruşulan Zərərçəkmiş şəxs tanıyır, həmin şəxs bir neçə dəfə “Qayalı” marketə gələrək alış-veriş etmişdir. Həmin şəxslə aralarında ədavət və düşmənçilikləri olmamışdır. O, 2023-cü ilin yanvar ayından hal-hazıra kimi həmin marketdə anbardar işləyir. Belə ki, 18 iyul 2023-cü il tarixdə, 21:50 radələrində o, “Qayalı” marketin yeməkxanasında yemək yeyən zaman Zərərçəkmiş şəxs ona yaxınlaşıb ona marketin video kamerasını açmağını israrla bildirmişdir. O, da ona heç bir söz deməmiş və onlar onunla birlikdə kamera otağına getmişlər. Təhlükəsizlik kameraları otağına çatdıqdan sonra Şərəfxan ona bildirmişdir ki, «çıx otaqdan bayıra». Bunu ona dedikdə o, onu da özü ilə birlikdə otaqdan çıxarmışdır. Zərərçəkmiş şəxs sərxoş olduğu üçün o, onun qohumu Surətə zəng vurmuş və Şərəfxanı gəlib oradan aparmağını demişdir. Bu zaman Surət ona bildirmişdir ki, «özünüz DİN-nin 102 xidmətinə zəng vurun və bu barədə məlumat verin». Sonra onun telefonunu tanımadığı bir şəxs alaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gələrək Şərəfxanı polis şöbəsinə aparmışlar. Sonradan video kameraya baxan zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan öncə mühafizəçi Təqsirləndirilən şəxs ilə mübahisə və dava-dalaş etmişdir. Lakin o, həmin hərəkətlərə video kamera vastəsi ilə baxmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Onun mübahisəsi və dava-dalaşı “Qayalı” marketdə mühafizəçi Təqsirləndirilən şəxs ilə olmuşdur. Zərərçəkmiş şəxs ilə “Qayalı” marketdə mühafizəçi Təqsirləndirilən şəxs arasında baş verən dava-dalaş zamanı marketdə kimin olmasını bilmir. Həmin vaxt o, yeməkxanada olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 24 iyul 2023-cü il tarixli, 222 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol göz orbitası hematoması, gözün ağlı qişasına qansızma, boynun sol və sağ yan səthlərinin, sol qoltuqaltı, sağ bazu, sağ bud, sağ baldır nahiyyələrinin qançırları küt əşya təsirindən törənməklə xx.xx.2023-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yetirilməyə uyğundurlar. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. “Baxış keçirilməsi haqqında” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marektin qarşısında hadisə yerini göstərib 18 iyul 2023-cü il tarixdə saat 21 radələrində təqdim etdiyi hadisə yerində baş vermiş dava-dalaş zamanı döyülməsini qeyd etmişdir. Hadisə yeri vətəndaşların mütəmadi olaraq intensiv hərəkət etdiyi ictimai yerdir. Hadisə yerinin ətrafına baxış keçirərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet, eləcə də iz nümunələri aşkar edilmədi. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərək 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində o, özünə məxsus VAZ 2107 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomabili ilə siqaret almaq üçün “Qayalı” marketə getdiyini, həmin vaxt yanında olan qonşusu Şahid6 avtomobili Qayalı marketin qarşısında saxlayan zaman Qayalı marketin mühafizəçisi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtomobili orada saxladığına irad bildirib yumruq ilə sifət nahiyəsinə vurduğunu və onun yerə yıxıldığını, daha sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyini və qısa bir vaxtdan sonra polis əməkdaşlarının “Qayalı” marketə gəldiklərini göstərmişdir. “Elektron məlumat daşıyıcısan baxış keçirilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarında olan və müşahidə kameralarının yaddaşından götürülmüş videogörüntü əks etdirən elektron məlumat daşıyıcısına baxış keçirilmiş, videogörüntü Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən “Qayalı” marketin ərazisində yerləşən, quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri əks etdirir. Görüntünün aşağı hissədə qeyd edilən məlumatlardan hadisələrin 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində qeydə alındığı müəyyən edilir. Hadisənin qaranlıq vaxtda baş verməsi görünsə də, süni işıqlandırmaya görə hava şəraitinin aydın olması, məhdudiyyətli görmə şəraiti olmadığı müəyyən edilir. Videoda görüntülərdə Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-2107» markalı **-BR-*** dövlət nömrə nişanlı minik avtomobili ilə marketin qarşısına gəlməsi, avtomobili saxlayıb marketin giriş qapısının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşması, aralarında hansısa söhbət aparılması və onların söhbət edə-edə marketin qapısından uzaqlaşaraq bir qədər marketdən yol istiqamətində götürdükdə sağa doğru hərəkət edib yenidən dayanıb söhbəti davam etdirmələri, Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs bir dəfə yumruqla vurması, sonuncunun zərbənin təsirindən yerə yıxılması, Təqsirləndirilən şəxs isə oradan uzaqlaşıb marketin giriş qapısına yaxınlaşıb içəri daxil olması müşahidə edilir. Videogörüntünün növbəti saniyələrində çoxlu sayda şəxslərin hadisənin baş verdiyi əraziyə gələrək toplaşması görünür. Eyni zamanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili müştərilərin üzərinə sürərək təhlükəli manevrlər etdiyi görünür. Diskdə olan digər videogörüntüdən ikinci hadisə yerində çoxlu sayda şəxslərin toplaşması yerində Zərərçəkmiş şəxs avtomobilin içərisində olması, qeyri-iradi hərəkətlərinin olması, hadisə yerində olan bir sıra şəxslərin onunla söhbət etməsi, həmin şəxslərdən birinin Zərərçəkmiş şəxs avtomobildən çıxarmağa cəhd etməsi, daha sonra Zərərçəkmiş şəxs avtomobildən çıxarılması, hadisə yerində olan şəxslərin Zərərçəkmiş şəxs sakitləşdirmək üçün hərəkətlərinin əhəmiyyətli dərəcədə çox olduğu müşahidə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 17 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şamaxı RİHB-nın Şəhriayr qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, Yolçiyev X4 qəsəbəsində özünü təbiətən sakit, tay-tuşları arasında hörmət qazanmış kimi göstərmişdir. Qəsəbə sakinləri tərəfindən hörmət qazanmış, keçirilən tədbirlərdə iştirak etmiş, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25.oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə aparılmış istintaq zamanı cinayət prosesinin iştirakçıları tərəfindən istintaqa təqdim edilən bütün video görüntülər müvafiq qaydada götürülməklə iş materiallarına əlavə edilmişdir, istintaqda bu barədə heç bir görüntü qalmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt ətrafda olan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərərçəkmiş şəxsin onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsindən əsəbiləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı rayonun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7(yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-22/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-22/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver