Məhkəmə qərarları › İş №1(074)-22/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-22/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-22/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X2, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri - Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və Şamaxı şəhəri, 48 A məhəlləsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx xxxx 2009-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx xxxxxx 2008-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Riad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 avqust 2024-cü il tarixdə saat 03:00-da Şamaxı şəhəri 48A ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki daş hasardan aşmaqla həyətyanı sahəsinə, oradan isə fərdi yaşayış evinin həyətində yerləşən tövlənin arxa qapısını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, orada saxlanılan hər birinin dəyəri 200 (iki yüz) manat olan 03 (üç) baş və hər birinin dəyəri 280 (iki yüz səksən) manat olan 07 (yeddi) baş olmaqla, ümumilikdə 10 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli olaraq talayıb Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığına gətirdikdən sonra avtomobilə yükləyib aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2560 (iki min beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Riad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 avqust 2024-cü il tarixdə saat 03:00-da Şamaxı şəhəri 48A ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki daş hasardan aşmaqla həyətyanı sahəsinə, oradan isə fərdi yaşayış evinin həyətində yerləşən tövlənin arxa qapısını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, orada saxlanılan hər birinin dəyəri 200 (iki yüz) manat olan 03 (üç) baş və hər birinin dəyəri 280 (iki yüz səksən) manat olan 07 (yeddi) baş olmaqla, ümumilikdə 10 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli olaraq talayıb Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığına gətirdikdən sonra avtomobilə yükləyib aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2560 (iki min beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Riad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 avqust 2024-cü il tarixdə saat 03:00-da Şamaxı şəhəri 48A ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki daş hasardan aşmaqla həyətyanı sahəsinə, oradan isə fərdi yaşayış evinin həyətində yerləşən tövlənin arxa qapısını açaraq saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olmaqla, orada saxlanılan hər birinin dəyəri 200 (iki yüz) manat olan 03 (üç) baş və hər birinin dəyəri 280 (iki yüz səksən) manat olan 07 (yeddi) baş olmaqla, ümumilikdə 10 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli olaraq talayıb Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığına gətirdikdən sonra avtomobilə yükləyib aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2560 (iki min beş yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, əvvəllər Bakı- Şamaxı-Yevlax avtomobil yolunun üzərində yerləşən “Savalan” restoranında ofisiant işləsə də, daha sonra işdən çıxaraq heç bir yerdə işləməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, Şahid2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Riad adlı şəxslə Şamaxı şəhərində yerləşən “Bağ” adlanan kafedə oturub çay içən zaman aralarında razılaşmışlar ki, gedib Dürdanə Hacıyevanın evinin həyətində yerləşən tövlədən 10 baş xırdabuynuzlu heyvan oğurlasınlar. Həmin oğurluğu da təklif edən Amin olmuşdur. Çünki Amin, Nicat və Riad oradan bir dəfə oğurluq etmək istəmiş, lakin buna nail ola bilməmişdirlər. Eyni zamanda onlar kafedə söhbət edən zaman Riad da onlara söyləmişdir ki, ona təcili olaraq 500 manat pul lazımdır. Həmin vaxt onlar aralarında danışaraq razılaşmışlar ki, gecə saatlarında qeyd olunan əraziyə getsinlər. Amin isə bir qədər spirtli içki qəbul etdiyindən, o, Riad ilə söhbət etmişdir ki, həmin oğurluq olan əraziyə getməyəcəkdir və onlar oğurluq etdikdən sonra ona zəng etsinlər, o, heyvanları aparıb Ağsu bazarında satsın. Eyni zamanda həmin oğurlanmış puldan da o özü üçün götürsün. Onlar aralarında razılaşdıqdan sonra Şamaxı şəhəri 48A məhəlləsində yerləşən Dürdanə Hacıyevanın evinin yaxınlığına gedərək orada təxminən 3-4 saat gözləmişlər ki, hər kəs yatsın. Hava soyuq olduğundan o, evə gizlin şəkildə gələrək kurtkada götürmüş və geriyə qayıdan zaman Amin ona zəng edərək nə etdiyini, oğurlayıb-oğurlamadığını soruşduqda o, ona söyləmişdir ki, hələ evə gəlib kurtka aparır. Bundan sonra o, oraya gəlmiş və evin kənarında dayanmışdır. Eyni zamanda Şahid2 onlara söyləmişdir ki, siz həmin heyvanları oğurlayıb oradan götürün o, da avtomobil tapıb gətirəcək ki, heyvanları həmin avtomobilə yükləyib aparsınlar. Təxminən saat 03:00 radələrində onlar aralarında razılaşmışlar ki, bir hissəsi həyətə daxil olsun və heyvan götürsün. Bir nəfər evin arxasında dayansın heyvanları onlardan təhvil alsın bir nəfər isə ətrafı gözətləsin. Həmin saatda onlar oğurluq edəcəyi evin arxasında yerləşən yaşayış olmayan evin həyətinə daxil olmuş və həmin həyətdəndə evin arxasına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin arxasından keçərək tövləyə daxil olmuş, Riad adlı şəxs isə evin arxasında dayanıb gözləmişdir ki, onlar heyvanları götürüb verdikcə o, da heyvanları küçəyə çıxarsın. O, da küçədə dayanıb ətrafı müşahidə etmişdir. Daha sonra tövləyə daxil olaraq onlara köməklik etdikdən sonra yenidən tövlədən çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin 6 baş xırda buynuzlu heyvanları tövlədən oğurladıqdan sonra Riad həmin oğurladıqları heyvanların kifayət qədər olmasını bildirib onlara tövlədən çıxmasını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tövlədən çıxmış və onlar heyvanları dağlıq ərazi ilə Şamaxı rayon avtovağzal dairəsi istiqamətinə aparmışlar. Onlar yolda olan zaman qarşılarına bir ədəd qara rəngli qeydiyyat nişanını xatırlamadığı VAZ 2106 markalı taksi çıxmış və onlar əl edərək həmin taksini saxlatmışdır. Bundan sonra aralarında olan razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs1 ilə birlikdə qoyunları avtomobilə yükləmiş və Savalan restoranı istiqamətinə getmişlər, Riad ilə Təqsirləndirilən şəxs3 isə onlarla getməmişlər. Onlar Savalan restoranının qarşısına çatdıqdan sonra orada heyvanları avtomobildən endirmiş və bir ədəd Ağsu istiqamətinə gedən narıncı rəngli qeydiyyat nişanını xatırlamadığı VAZ 2104 markalı avtomobili saxlatdırmış və avtomobilin sürücüsünə onları Ağsu rayonunda heyvan bazarına aparıbapara bilməyəcəyini soruşmuş, o, da Ağsu rayonu istiqamətinə getdiyini və onlarıda apara biləcəyini söylədikdən sonra onlar heyvanları onun avtomobilinə yükləmiş və onunla birlikdə Ağsu rayonunda yerləşən Heyvan bazarına getmişlər. Həmin heyvan bazarına çatan zaman onlar taksiyə 20 manat pul vermiş və heyvanları avtomobildən endirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 heyvanları bazarda satmağa başlamışdır. O, həmin 6 baş xırda buynuzlu heyvanları 3-4 nəfər şəxsə satmışdır. Həmin vaxt o, kənarda dayanmış, əsas olaraq heyvanların satışını Nicat həyata keçirmişdir. O, bildiyi qədəri ilə heyvanların ikisini ümumi 300 manata, ikisini ümumi 250 manata, birini 150 manata, sonuncunu isə 190 manata satmışdır. Həmin pulları Nicat özündə saxlamış və orada heyvanları satdıqdan sonra ona həmin puldan 130 manat pul vermişdir. Bundan sonra onlar taksiyə əyləşərək Şamaxı rayonu istiqamətinə gəlmiş və həmin taksiyədə zənn edir ki, Nicat 20 manat pul vermişdir. Şahid2 əvvəllər bir iki dəfə Təqsirləndirilən şəxs3 və Riadla həmin evə gəlib orada tövlədən oğurluq etmək istəmiş, lakin orada olan it səs küy yaratdığından onlar tövləyə daxil ola bilməmişdir. Bundan sonra həmin şəxslər qeyd olunan evi bir neçə dəfə müşahidə etmiş və evin arxa hissəsində olan aralıq ərazidən tövləyə daxil olmağı planlaşdırmışdır. Bütün bu oğurluğun təşkilatçısı Amindir. Amin hər kəsi yönləndirmişdir ki, qeyd olunan ərazidən oğurluq etsinlər. Amin özüdə onlar oğurluq edən zaman gələcəkmiş, sadəcə olaraq içkili olduğu üçün o, yuxulamış və yatmışdır. Çünki o, onlara söz vermişdir ki, heyvanları oğurladıqdan sonra ona zəng etsinlər və o, avtovağzal dairəsi yaxınlığına avtomobil gətirəcək. Onlar ona zəng etsədə o, yuxulamış və oyanmamışdır. Onlar Ağsu rayonundan qayıtdıqdan sonra Amin ilə Şamaxı rayon mərkəzi bazarın yaxınlığında görüşmüş və Nicat ona əldə etdikləri pulun əsas hissəsini Aminə vermişdir. Amin, digər şəxslərədə çatası olan pulu özünə götürmüşdür ki, onlara verəcəkdir. Onlar ona pulu verdikdən sonra o, onların telefonlarını alıb yazışmalarını silərək onlara söyləmişdir ki, “kimsə soruşsa biz onu tanımırıq.” Onlar oğurluq etdikdən sonra Şamaxı şəhərində 260 pulu ona görə Aminə vermişlər ki, orada Şahid2da payı olmuşdur. Yəni o, 260 manat pulu aldıqdan sonra Nicat və Riad ilə birlikdə aralarında böləcəkdir. Şahid2 onlara hər cəhətdən oğurluğun yeri barədə söyləmiş, o, mütəmadi olaraq spirtli içki qəbul etdiyindən onlar oğurluq edən zaman o, həmin yerə gələ bilməmişdir. Çünki iyul ayının sonlarında Amin, Nicat və Riad adlı şəxslər spirtli içki qəbul edərək Dürdanə adlı şəxsin evinin həyətində olan tövləyə daxil olmaq istəmiş, həmin vaxtı Amin spirtli içkini çox qəbul etdiyi üçün daxil ola bilməmiş, Nicat və Riad adlı şəxslər isə tövləyə daxil olan zaman orada olan it səs küy saldığından onlar qaçıb uzaqlaşmış, lakin Amin həmin ərazinin yaxınlığında yatıb qalmışdır. O, əvvəllər Dürdanə Hacıyevanın evinin həyətində olan qoyunlardan oğurladığını tanışlarının yanında söyləsədə halbuki o, heç bir oğurluq etməmişdir. Sadəcə olaraq o, onları aldatmaq məqsədi ilə həmin yerdən oğurluq etdiyini bildirmişdir. Amin, Nicat və Riad qürurla hərdəfə söyləmişdir ki, Dürdanə Hacıyevanın evindən oğurluq edəcəklər. Lakin iyul ayının sonlarında onlar oğurluq edə bilməyib qaçdıqlarından o, da yalandan onlara söyləmişdir ki, “siz üç nəfər bir qoyun oğurlaya bilmədiz amma mən tək oradan oğurluq etmişəm.” Lakin o, bu sözləri onlara söyləsədə oradan hər hansısa bir oğurluq etməmişdir. Dürdanə Hacıyeva ifadəsində evinin həyətində 10 baş xırda buynuzlu heyvan oğurladığını bildirsədə onlar 18 avqust 2024-cü il tarixdə onun evinin həyətində olan tövlədən 6 baş xırda buynuzlu heyvan oğulamışlar. Onların məqsədi 10 baş heyvan oğurlamaq olsada həmin vaxtı heyvanları apara bilməyəcəklərini başa düşdükləri üçün heyvanlardan yalnız 6 başını oğurlamışlar. Çünki 10 baş heyvan avtomobilə sığmayacaqdı. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın özünə aid hissəsini tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməmiş və hazırdada heç bir yerdə işləmir. Riad adlı şəxsi, Şahid2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 o, bir müddətdir ki tanıyır. Həmin şəxslərlə onun münasibətləri normaldır. xx.xx.2024-cü il tarixində onlar, Riad adlı şəxslə, Şahid2la, Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs2lə Şamaxı şəhərində yerləşən “Bağ” adlanan kafedə oturub çay içən zaman Təqsirləndirilən şəxs2 onlara söyləmişdir ki, “Şamaxı şəhəri 48A məhəlləsində yerləşən evin tövləsində qoyunlar vardır və gedib həmin evin tövlədən qoyun oğurlayaq.” Onlarda onunla razılaşmış və həmin tarixdə təxminən saat 23:30 radələrində 48A məhəlləsinin yuxarı hissəsində oğurluq edəcəkləri evin yaxınlığında görüşmüş və təxminən xx.xx.2024-cü il tarixdə saat 02:30-dək orada gözləmişlər. Onların arasında olan razılaşma isə belə olmuşdur ki, həmin heyvanları oğurlasınlar, daha sonra Ağsu rayonunda yerləşən heyvan bazarına aparıb satsınlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 03:00 radələrində onlar oğurluq edəcəkləri evin arxa hissəsində yerləşən yarı tikilinin həyətinə daxil olmuş və həmin tövləyə daxil olmaq üçün qeyd olunan evin arxa hissəsindən keçərək tövlənin dəmirini dartıb qoparmışlar. İlk əvvəl tövləyə onunla Asif daxil olmuş, Riad ilə Nicat isə yuxarı hissədə dayanaraq gözləmişdilər. Daha sonra isə Riadda onlara kömək üçün tövləyə daxil olmuş və onlar quzuları götürüb verdikcə Nicatda həmin quzuları tövlənin yuxarı hissəsinə yığmışdır. Onlar həmin tövlədən 6 baş xırdabuynuzlu heyvan oğurladıqdan sonra tövlədən çıxmış və həmin oğurladıqları heyvanları dağlıq ərazi ilə avtovağzal dairəsi ərazisinə gətirmişlər. Onlar avtovağzal dairəsinə çatan zaman aralarında razılaşmışlar ki, Ağsu rayonuna dördüdə getməsin, iki nəfər gedib heyvanları satıb geri qayıtsın. Bundan sonra aralarında yaranmış razılığa əsasən onlar təxminən saat 05:00 radələrində yoldan keçən yaşıl rəng qeydiyyat nişanını xatırlamadığı VAZ 2106 markalı taksiyə əl edərək saxlatmış, onlar taksi sürücüsünə onları Ağsu rayonuna aparıb-apara bilməyəciyini soruşduqda o, yorğun olduğunu bildirib apara bilməyəciyini söylədiyi üçün onlar həmin taksi sürücüsünə onları Savalan restoranının qarşısına aparmasını söyləmişlər. Bundan sonra onlar oğurladığıqları heyvanları taksiyə qoymuş və həmin taksi ilə Savalan restoranının qarşısına gəlmiş və taksiyə 3 manat pul vermişdirlər. Onlar Savalan restoranının qarşısına çatdıqdan sonra həmin quzuları avtomobildən endirmiş və yoldan keçən qeydiyyat nişanını xatırlamadıqları qırmızı rəngli VAZ 2104 markalı avtomobili saxlatdırmışdırlar. O, avtomobilin sürücüsünə onları Ağsu rayonuna aparıb-apara bilməyəcəyimi soruşduqda o, Şərədil kəndində getdiyini, onları apara bilməyəcəyini söylədiyindən o, həmin şəxsə gedib gəlmək pulunu verəcəyini söyləmiş və bundan sonra həmin şəxs onlarla razılaşmış və onlar quzuları onun avtomobilinə yükləyərək onunla birlikdə Ağsu rayonuna getmişlər. Ağsu rayonunda yerləşən heyvan bazarına çatdıqdan sonra onlar heyvanları avtomobildən endirmiş və taksi sürücüsünə 20 manat pul vermişlər. O, bazarda olan zaman həmin heyvanları ümumi olaraq 690 manata başqa-başqa şəxslərə satmış və həmin puldan 90 manat ümumi yol xərclərini çıxdıqdan sonra 600 manatını aralarında bölmək qərarına gəlmişlər və Ağsu rayonunda həmin puldan 130 manat Asifə vermişdir. Daha sonra yoldan keçən qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli VAZ 2107 markalı avtomobilə əyləşmişlər və onları Şamaxı şəhərinə gətirməsini istəmişlər. Həmin taksi sürücüsüdə onları Şamaxı şəhərinə gətirmiş və onlar Şamaxı şəhərinə gəlib çatdıqdan sonra ona 20 manat pul vermişdir. Onlar Şamaxı şəhərinə gəlib çatdıqdan sonra işi olduğu üçün Amin ilə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsinin yaxınlığında görüşmüş və ona 260 manat pul vermişdir ki, həmin pulu aparıb Riad və Nicat adlı şəxslərə versin. O, da onlarla razılaşmış və həmin pulu götürmüşdür. Daha sonra isə o, ona söyləmişdir ki, həmin puldan 10 manat onlara qaytarsın və Amində onlara 10 manat qaytarmışdır. Bundan sonra o, əldə etdiyi puldan özü üçün paltar almışdır. Onlar xx.xx.2024-cü il tarixdə Dürdanə Hacıyevanın evinin həyətində yerləşən tövlədən cəmi 6 baş xırda buynuzlu heyvan oğurlamış və bundan başqada hər hansısa bir heyvan oğurlamamışdır. Dürdanə Hacıyevanın nə üçün 10 baş heyvanının oğurlanmasını söyləməsi ilə bağlı heç bir fikri yoxdur. Şahid2 onlara heyvanları haraya satacaqları barədə istiqamət vermişdir. Həmçinin onların razılaşması belə olmuşdur ki, həmin heyvanları o aparıb satacaqdır. Sadəcə Amin yatıb qaldığından onlar aparıb həmin heyvanları satmışdır. Onlar Amini oğurluq etməyə aparmamışdır ki, o, həmin vaxtı spirtli içki qəbul etmiş və ora gedəcəyi təqdirdə onlara maneçilik törədəcəkdir. Buna görə də onlar Aminə söyləmişdir ki, bir qədər dincəlsin ki özünə gəlsin və aparıb heyvanları satsın. Lakin o, mobil telefona cavab vermədiyindən və onlarında aralarında razılaşma olduğundan bu səbəbdəndə o, əldə etdiyi pulun bir hissəsini Şahid2 vermişdir ki, aparıb digərlərinə versin, eyni zamanda Nicat və Riadda həmin puldan ona bir qədər versin. Çünki onların arasında olan razılaşma belə olmuşdur ki, əldə etdikləri puldan onada verəcəklər. Lakin bildiyi qədəri ilə o, həmin pulu Nicat və Riada verə bilməmişdir. Nicat, Riad və Aminin 31 iyul 2024-cü il tarixdə Şamaxı şəhəri 48A məhəlləsində Dürdanə Hacıyevanın evinin həyətindən oğurluq etmək istəməsi ilə bağlı onun məlumatı vardır. Onlar həmin evdən qeyd olunan tarixdə oğurluq etmək istəsələrdə buna nail ola bilməmişlər və bildiyi qədəri ilə Amin spirtli içki qəbul etdiyindən və sərxoş olduğundan həmin vaxtı evə gedə bilməmiş və Dürdanə Hacıyevanın evinin yaxınlığında dağlıq ərazidə yatıb qalmışdır. O, 18 avqust 2024-cü il tarixdən əvvəl Dürdanə Hacıyevanın evinin həyətindən, eyni zamanda başqa hər hansısa bir yerdən oğurluq etməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın özünə aid hissəsini tam olaraq ödəmiş, lakin bununla bağlı zərərçəkmiş şəxsdən heç bir qəbz almamışdır. Bu halları nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Riad adlı şəxslər onun tanışlarıdır. Həmin şəxslərlə onlar tez tez görüşürlər. Təqsirləndirilən şəxs2 ilə təxminən bir ay bundan əvvəl onlar görüşən zaman o, mütəmadi olaraq onlara söyləmişdir ki, Şamaxı şəhəri 48A məhəlləsində yerləşən Dürdanə Hacıyevanin evinin həyətində yerləşən tövlədən iki dəfə xırda buynuzlu heyvanlar oğurlamışdır. Bundan sonra Riad və Təqsirləndirilən şəxs2 həmin yerə yenidən oğurluq etmək üçün getmiş, lakin bildiyi qədəri ilə həmin yerə daxil olsalarda oradan oğurluq edə bilməmişlər. Riad adlı şəxs qeyd olunan ərazini tanıdığı üçün onlar, yəni o, Riad və Şahid2 30 iyul 2024-cü il tarixində Şamaxı şəhəri ərazisində yerləşən Bağ adlanan kafedə oturub çay içən zaman aralarında razılaşmışlar ki, gedib Dürdanə Hacıyevanın evinin həyətində olan tövlədən oğurluq etsinlər. Bundan sonra axşam saat 23 radələrində onlar Dürdanə Hacıyevanın evinin yaxınlığına gedərək orada bir qədər gözləmiş və 31 iyul 2024-cü il tarixdə saat 02 radələrində gecə saatlarında hər kəsin yatmasından əmin olub Dürdanə Haciyevanın evinin arxasına yaxınlaşmışlar və evin yan tərəfindən həyətə daxil olmuşlar. Həmin vaxt onların niyyəti oradan təxminən 4 baş xırda buynuzlu heyvan oğurlamaq olmuşdur. Qeyd olunan tarixdə Amin spirtli içkidən çox istifadə etdiyi üçün sərxoş vəziyyətdə olduğundan həyətə daxil ola bilməmiş və evin arxa hissəsində dayanıb ətrafi müşahidə etmişdir. Onunla Riad isa evin yan tərəfindən həyətə daxil olmuş və oradanda tövləyə yaxınlaşan zaman tövlənin yanında olan it hürdüyündən və səs-küy yaratdığından kimsə oyanmış və işıği görüb onlar dərhal oradan qaçmışlar. Onlar oradan uzaqlaşan zaman Amin içkili olduğu üçün çox yeriyə bilməmiş və dağlıq ərazidə gecə yatmışdır. 17 avqust 2024-cü il tarixdə o, Şahid2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 va Riad adli şəxslər ilə birlikdə Şamaxı şəhərində yerləşən Bağ kimi tanınan kafeda oturub çay içən zaman Riad adlı şəxs söyləmişdir ki, onun borcu var və təcili olaraq 500 manat pul tapmalıdır. Bundan sonra orada onlar razılaşmışdır ki, gedib Dürdanə Hacıyevanın evinin həyətində olan tövlədən 10 baş xırda buynuzlu heyvanları oğurlasınlar. Yəni bu təklifi əsasən onlara Riad bildirmişdir. Sadəcə olaraq Asif həmin ərazini yaxşı tanıdığı üçün onlarda razılaşmışdır. Lakin Şahid2 oraya gedməyərək bütün köməkliyi onlara göstərəcəyini bildirmişdir. Onlar özləridə istəməmişlər ki, Amin onlarla oraya getsin çünki o, hər gün spirtli icki qəbul edir və onlara orada maneçilik törədəcəkdir. Onlar Aminə söyləmişdir ki, nəsə kömək lazım olsa ona deyəcəklər və o, təşkil etsin. Eyni zamanda onlar razılaşmışlar ki, həmin əldə edilmiş puldan onada versinlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Riad adlı şəxslər gecə saatlarında Dürdanə Hacıyevanın evinin yanına getmişdir. Onlar təxminən saat 23:30-da oraya çatmış və təxminən 3-4 saat gözlədikdən sonra xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində Dürdanə Hacıyevanın evinin arxasına yaxınlaşmış və Asif onlara söyləmişdir ki, evin arxasından tövləyə daxil olsunlar. Həmin vaxtı o, küçədə dayanıb ətrafı müşahidə etmişdir. Nicat Əlivev və Təqsirləndirilən şəxs2 tövləyə daxil olmuşdur. Onlar heyvanları evin arxasına gətirmişlər, Riad həmin heyvanı götürüb ona təhvil vermiş, o, da həmin heyvanı evin arxa hissəsinə dağlıq əraziyə aparmışdır. Onların niyyəti oradan 10 baş xırda buvnuzlu heyvan oğurlamaq olsada lakin 6 baş xırda buynuzlu heyvan oğurlamışlar ki, həmin heyvanlar avtomobilə yerləşsin. Onlar 6 baş xırda buynuzlu heyvanları oğurladıqdan sonra dağlıq əraziyə gələrək həmin heyvanları dağlıq ərazidən avtovağzal dairəsi yaxınlığına gətirmiş və təxminən saat 05:00 radələrində yoldan keçən VAZ 2106 markalı qeydiyyat nişanını xatırlamadığı taksini saxlatmışlar. Onlar aralarında razılaşmışdırlar ki, iki nəfər gedib Ağsuda heyvanları satıb gəlsin, iki nəfər isə burada qalsın. Daha sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 taksi ilə getmişdir. Həmin tarixdə təxminən saat 07 radələrində onlar Nicat və Asif ilə danışan zaman Asif və Nicat heyvanları satdığını onlara söyləmişdir. Onlar həmin vaxtı Aminla kafedə görüşmüş və onlarada söyləmişlər ki, kafeyə gəlsinlər. Lakin Nicat və Asif bazar istiqamətinə gələcəyini söylədikləri üçün onlar Aminə söyləmişlər ki, gedib pulu götürsün. Çünki həmin pulu onlar Aminlə aralarında böləcəkdilər. Daha sonra o, Bakı şəhərinə getmiş və Amini gözləməmişdir ki, gətirib pulu versin. Çünki ona demişdir ki, görüşəcəkləri təqdirdə pulu gətirib verər. Onlar 31 iyul 2024-cü il tarixində Dürdanə Hacıyevanın evinin həyətində yerləşən tövləyə daxil olaraq oradan xırda buynuzlu heyvanları oğurlamağa cəhd edən zaman hər hansısa bir heyvan oğurlaya bilməmişlər. Həmin vaxtdan sonra xx.xx.2024-cü il tarixədək onlar Dürdanə Hacıyevanın evinin həyətində yerləşən tövlədən hər hansısa bir xırda buynuzlu heyvan oğurlamamışlar. Onlar xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri ərazisində yerləşən “Bağ” adlanan kafedə oturub çay içən zaman aralarında razılaşmışlar ki, gedib Dürdanə Hacıyevanın evindən oğurluq etsinlər. Həmin vaxt Şahid2 onlarla getmək istəmişdir. Çünki onlar razılaşmışlar ki, birlikdə getsinlər. Sadəcə olaraq Şahid2 bir qədər spirtli içki qəbul etdiyi üçün onlar onu aparmamışdır ki, gedib orada onlara maneçilik törətməsin. Aminə söyləmişdilər ki, o, onları Şamaxı şəhərində gözləsin və heyvanları satmağa aparan zaman o, onlara köməklik etsin. Çünki onlara söyləmişdir ki, heyvanları oğurladıqdan sonra aparıb Ağsu bazarında o satacaqdır. Yəni heyvanları Ağsu bazarına aparmağı və orada satmağı Amin onlara söyləmişdir. 31 iyul 2024-cü il tarixdədə onlar heyvanları oğurlamağa cəhd edən zaman Şahid2 onlara söyləmişdir ki, heyvanları oğurladıqları təqdirdə aparıb həmin heyvanları Ağsu bazarında satacaqdır. 31 iyul 2024-cü il tarixdə Şahid2 onlarla birlikdə oğurluğa cəhd edən zamanda o, spirtli içki qəbul etdiyindən ayaq üstə dayanmağa çətinlik çəkmişdir. Bu səbəbdəndə onlar ona söyləmişdir ki, evin arxa hissəsində dayansın və həyətə daxil olmasın. Onun bildiyi qədəri ilə onlar həmin vaxtı oradan qaçan zaman Şahid2 içkili olduğundan və qaça bilmədiyindən gecəni həmin evin yuxarı hissəsində dağlıq ərazidə yatmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın özünə aid hissəsini ödəməklə bağlı zərərçəkmiş şəxslə aralarında razılıq olmuşdur. Bu halları nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadə verib göstərdi ki, onun həyat yoldaşı vəfat etdikdən sonra o, 3 övladı ilə birlikdə Şamaxı rayonu 48A məhəlləsində yaşamağa davam etmişdir. Onun atasıda onların evinin yaxınlığında yaşayır. O, özü heyvandarlıqla məşqul olur. Yəni yaşadığı evin həyətində tövləsi vardır və həmin tövlədə o, 17 baş xırda buynuzlu heyvan saxlayır. xx.xx.2024-cü il tarixdə hər zaman olduğu kimi heyvanlar otlaq sahəsindən qayıtdıqdan sonra o, heyvanları həyətində olan tövləyə salmışdır. Daha sonra isə gecə saatlarında o və uşaqları yatdıqdan sonra təxminən saat 04:00 radələrində tövlə tərəfdən səs gəldiyini eşitmiş və yuxudan oyanmışdır. Həmin vaxtı qızıda yuxudan oyanmış lakin onlar ehtimal etməmişdir ki, kimsə onların tövləsinə daxil olar. Onlar ilk əvvəl zənn etmişlər ki, kimlərsə içib küçədə səs küy salırlar. Bundan sonra onlar yenidən yatmış və saat 06:00 radələrində o, yuxudan oyanmış və tövləyə gedib heyvanları buraxmaq istəyən zaman heyvanlardan 10 baş xırda buynuzlu heyvanın olmamasını görmüşdür. O, tövləyə baxan zaman tövlənin içəri hissəsindən dəmirin qırılaraq kənar şəxslərin tövləyə daxil olduğunu müəyyən etmişdir. Bundan sonra dərhal atasına məlumat vermiş və atası gəldikdən sonra onlar evin arxa tərəfinə baxmışlar. Onların evinin arxasında yarı tikili vardır. Yəni həmin evdə yaşayış yoxdur və onların evinin arxasında yerləşən evin qapısı olmadığından rahat şəkildə həmin evin həyətinə daxil olmaq mümkündür. Həmin ev ilə onun evinin arxasındakı Ağamir adlı şəxsə məxsus evin həyəti arasında aralıq vardır. Tövlənin dəmiri söküldüyündən onlar hesab etmişdir ki, həmin yerdən daxil olublar və onların evinin arxasında yerləşən evin həyətindən onun evinin arxa hissəsinə baxış keçirdən zaman onlara aydın olmuşdur ki, naməlum şəxslər evinin arxa hissəsindən keçərək tövlənin dəmirini qırmış və həmin tövlədən xırda buynuzlu heyvanlarını oğurlamışdırlar. Onun ümumilikdə 17 baş xırda buynuzlu heyvanları vardır və həmin heyvanlardan sadəcə olaraq 7 başı qaldığı üçün o, bilmişdir ki, tövləyə daxil olmuş şəxslər ona məxsus 10 baş xırda buynuzlu heyvanlarını oğurlamışdırlar. Ona məxsus oğurlanmış quzuların 3 başının təmiz çəkisi təxminən 10 kiloqramdır, 7 baş quzunun isə təxminən təmiz ət çəkisi 14-15 kiloqramdır. Həmin oğurluq nəticəsində ona təxmini olaraq 2600 manat maddi ziyan dəymişdir. Yəni o, həmin ziyanı heyvanların təmiz ət çəkisinə görə hesablayıb söyləyir. Onun evinin həyətində yerləşən tövlədən əvvəllər kimsə oğurluq etməmiş, lakin kiminsə oğurluq edib-etməməyinə cəhd etməsi ilə bağlı hər hansısa bir fikir söyləyə bilmir. Həmin heyvanlarda 3 başı 3-4 aylıqdır və təmiz ət çəkiləri təxminən 10 kiloqramdır. 7 baş xırda buynuzlu heyvanlar isə 10 aylıqdır, onlarında hər birinin təxminən təmiz ət çəkisi 14-15 kiloqramdır. Onun elədə çox heyvanı olmadığından və yalnız maddi gəliri həmin heyvanlar olduğundan o, hər gün səhər tezdən oyanaraq heyvanları yemləməyə gedən zaman onları sayır və otlaq sahəsinə buraxır. Eyni zamanda axşamlarda həmin heyvanları tövləyə salan zaman yenədə onların sayına baxır. Həmin heyvanların sayı çox olmadığından və heyvanların hər birini tanıdığından onların bir başı olmadığı təqdirdə artıq o bunu bilir. xx.xx.2024-cü il tarixdə o, heyvanlarını tövləyə salan zaman onları saymışdır və 17 baş olduğunu görmüşdür. Onun həyətində heyvanların yanında özünə məxsus itlər vardır və həmin itlər kənar şəxs görən zaman səs salmağa başlayırlar. Lakin onun tövləsindən əvvəllər hər hansısa bir heyvan oğurlanmamış və kimsə cəhd etmişdirsə belə bunu o bilməmişdir. 30 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixə keçən gecə təxmini olaraq xatırladığı qədəri ilə gecə saatlarında həyətdə olan itlər səs küy saldığından o, səsə oyanmış və işıqları yandırıb pəncərədən baxan zaman nəsə görmədiyi üçün yenidən yatmışdır. Lakin səhər səhər oyanan zaman o, heyvanları tövlədən çıxardarkən şübhəli nəyəsə rast gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şahid2 və Şahid1 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayında marketdən oğurluq etdiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə Samaxı rayon məhkəməsi tərəfindən barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Riad adlı şəxslər onun tanışlarıdır. Həmin şəxslərlə onlar tez-tez görüşürlər. Təqsirləndirilən şəxs2 ilə təxminən bir ay bundan əvvəl o, görüşən zaman Təqsirləndirilən şəxs2 mütəmadi olaraq onlara söyləmişdir ki, Şamaxı şəhəri 48A məhəlləsində yerləşən Dürdanə Haciyevanın evinin həyətində yerləşən tövlədən iki dəfə xırda buynuzlu heyvanlar oğurlamışdır. Bundan sonra Riad və Təqsirləndirilən şəxs2 həmin yerə yenidən oğurluq etmək üçün getmiş, lakin bildiyi qədəri ilə həmin yerə daxil olsalarda oradan oğurluq edə bilməmişlər. Riad adlı şəxs qeyd olunan ərazini tanıdığı üçün onlar, yəni o, Riad və Təqsirləndirilən şəxs3 30 iyul 2024-cü il tarixində Şamaxı şəhəri ərazisində yerləşən Bağ adlanan kafedə oturub çay içən zaman aralarında razılaşmışlar ki, gedib Dürdanə Hacıyevanın evinin həyətində olan tövlədən 4 baş xırda buynuzlu heyvan oğurlasınlar. Bundan sonra axşam saat 23 radələrində onlar Dürdanə Hacıyevanın evinin yaxınlığına gedərək orada bir qədər gözləmiş və 31 iyul 2024-cü il tarixdə saat 02 radələrində gecə saatlarında hər kəsin yatmasından əmin olub Dürdanə Hacıyevanın evinin arxasına yaxınlaşmışlar. Riad adlı şəxs həmin yerə haradan və necə daxil olmaq lazım olduğunu bildiyi üçün onlar onun söylədiyi kimi hərəkət etmiş və Riad ilə Nicat evin arxasından tövləyə daxil olmuşdur. O, isə evin yuxarı hissəsində qalaraq onları gözləmişdir. Onlar tövləyə daxil olarkən həyətdə olan itlər ilk əvvəl səs salmağa başlamış, bu səbəbdəndə ev sahiblərinin oyanacağından və onları görəcəyindən ehtiyyat etdiyi üçün o, Riad və Nicata söyləmişdir ki, tez tövlədən çıxsınlar. Onlarda tövlədən çıxmış və onlar həmin vaxtı heç bir heyvan oğurlaya bilməmişdir. Daha sonra 17 avqust 2024-cü il tarixdə onlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Riad adlı şəxslər ilə birlikdə Şamaxı şəhərində yerləşən Bağ kimi tanınan kafedə oturub çay içən zaman Riad adlı şəxs söyləmişdir ki, onun borcu vardır və təcili olaraq 500 manat pul tapmalıdır. Bundan sonra orada onlar razılaşmışdırlar ki, gedib Dürdanə Hacıyevanın evinin həyətində olan tövlədən 10 baş xirda buynuzlu heyvanları oğurlasınlar. Yəni bu təklifi əsasən onlara Riad bildirmişdir. Sadəcə olaraq Asif həmin ərazini yaxşı tanıdığına görə onlar hər biri bununla razılaşmışdır. Riad onada təklif etmişdir ki, onlarla birlikdə gedib oradan oğurluq etsin, lakin o, onunla razılaşmayaraq oraya getmək istəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Riad adli şəxslər gecə saatlarında Dürdanə Hacıyevanın evinə getmiş, o isə evdə yatmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində Riad və Nicat adlı şəxslər ona vhatsapp vasitəsi ilə yazaraq harada olduğunu soruşmuşlar, o, isə onlara evdə olduğunu bildirmiş və bundan sonra onlar ona söyləmişlər ki, 6 baş xırda buynuzlu heyvan oğurlamışlar. Eyni zamanda Asif və Nicat adlı şəxslər Ağsu rayonuna getmişdir və demələrinə görə heyvanları satıb gələcəklər. Bundan sonra onlar Şamaxı şəhəri ərazisində yerləşən Bağ adlanan kafedə Riad və Nicat ilə görüşmüş və Riad telefonla Təqsirləndirilən şəxs1 zəng edərək harada olmalarını soruşduqda Nicat ona Muğanlı dairəsində olduğunu bildirmişdir. Riad isa ona Bağa gəlməyini söyləsədə o, Bağa gələ bilməyəcəyini, bazarın yaxınlığına gəlmələrini söyləmişdir. Lakin Riad ila Nicat həmin yerə gedməyərək ona söyləmişlər ki, gedib bazarın yanında onlarla görüşsün və həmin şəxslərdən pulu alıb gətirib onlara versin. O, da bazarın yaxınlığına gələrək aralıq küçədə "Kontakt Home" binasinın arxasında onlarla görüşmüş və Nicat ilə Asif ona 260 manat pul vermişdir. Daha sonra onlar ondan 10 manat istədiklərindən o, həmin puldan 10 manat onlara qaytarmış və 250 manatı özü ilə götürüb evə gəlmişdir. Daha sonra avtovağzal dairəsinə gələrək oradanda Bakı şəhərinə atasının yanına getmiş və həmin puldan 50 manat xərcləmişdir. Sonra isə Şamaxı RPŞnin əməkdaşları ona telefon vasitəsi ilə zəng edib çağırdıqları üçün o, yenidən Şamaxı şəhərinə qayıtmışdır. O, 31 iyul 2024-cü il tarixdə Dürdanə Hacıyevanın həyətində olan tövləyə daxil olaraq oğurluq etməyə cəhd etdikdən sonra hər hansısa bir oğurluq etməmişdir. Onlar 31 iyul 2024-cü il tarixdə Dürdanə Hacıyevanın həyətinə daxil olan zaman oradan 4 baş xırda buynuzlu heyvan oğurlamaq niyyətində olmuşlar. Sadəcə olaraq həmin vaxt itlər səs saldığından onlar niyyətini həyata keçirə bilməmiş və oradan qaçaraq uzaqlaşmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində həmin oğurluğun təşkilatçısının o, olmasını, onlara oğurluq etməyi söyləyib avtomobil gətirəcəyini və heyvanları aparacığını bildirməsi ilə bağlı xüsusatlar yalandır. Bütün bu oğurluğun təşkilatçısı Riaddır. O, onlara oğurluq etməyi təklif etməmiş və onlarada avtomobil gətirəcəyi ilə bağlı vəd verməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs1 təxminən saat 23:50 radələrində ona vhatsapp vasitəsi ilə yazaraq Asifə zəng etməyini istəmişdir. O, da bundan sonra Asifə zəng etmiş və nə olmasını soruşduqda Asif ona bildirmişdir ki, evdədir və soyuq olduğu üçün paltar aparmağa gəlmişdir. Daha sonra isə o, onlarla gecə telefonda əlaqə saxlamamışdır. O, həmin şəxslərin oğurluq etmələrini bilmişdir. Lakin onlarla əlbir olmamışdır. Riad və Nicat ona pulu götürməyi söylədikləri üçün o, gedib həmin pulu götürmüş və eyni zamandada Bakı şəhərinə getdiyi üçün həmin 50 manat pulu özü üçün yol pulu olaraq xərcləmişdir. 18 avqust 2024-cü il tarixdə onlar oğurluq etməmişdən əvvəl oturub söhbət edən zaman həmin şəxslər oğurluq edəcəyi ilə bağlı aralarında razılaşmışlar. Onunda həmin oğurluqdan məlumatı olduğu üçün səhər-səhər oğurluğu başa çatdırdıqdan sonra onlar ona zəng etmişdir. Çünki oradan etmiş olduqları oğurluğun pulu ilə onlar Bakı şəhərinə gedib əylənmək istəmişdir. Eyni zamanda o, bilirdi ki, həmin puldan onada azbir məbləğdə pul verəcəklər. Təqsirləndirilən şəxs2 onlara Dürdanə Hacıyevanın evinin həyətində olan tövlədən iki dəfə heyvan oğurladığını söylədikdən sonra həmin heyvanları aparıb Ağsu rayonunda yerləşən heyvan bazarında satdığını söyləmişdir. O, həmin pulu götürdükdən sonra Riad adlı şəxs ilə əlaqə saxlamamışdır. Sadəcə olaraq bilmişdir, Riad Bakı şəhərinə gedəcəkdir. Həmin oğurluq hadisəsindən sonra onun Riad adlı şəxs ilə heç bir əlaqəsi olmamışdır. Hazırda da onun harada olmasını bilmir. Şahid1 ifadəsində göstərmişdir ki, Dürdanə Hacıyeva onun qızıdır. Onun həyat yoldaşı vəfat etdikdən sonra o, övladları ilə birlikdə yaşamağa başlamışdır. O, heç bir yerdə işləmədiyindən heyvandarlıqla məşğul olur. Dürdanə onunla qonşuluqda yaşadığından və eyni zamanda o, özüdə heyvandarlıqla məşğul olduğundan Dürdanənin heyvanlarına o, da tez tez nəzarət edir. Qızının ümumilikdə 17 baş xırda buynuzlu heyvanı vardır. O, hər gün səhər və axşam heyvanları tövlədə yemləyən zaman, eyni zamanda heyvanlar otlaq sahəsindən axşamlar gəldikdən sonra heyvanları sayaraq tövləyə buraxır. Yəni demək olarki hər gün heyvanların sayını bilir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qızı ona zəng edərək evinə çağırmış və söyləmişdir ki, ona məxsus 17 baş xırda buynuzlu heyvandan 10 baş xırda buynuzlu heyvan yoxdur. Onlar ilk əvvəl tövləyə baxmış və görmüşlər ki, tövlənin yan tərəfində olan dəmir torlar qırılmış, kimlərsə evin arxa hissəsindən qızına məxsus evin tövləsinə daxil olaraq oradan heyvanları oğurlamışdır. Qızının evinin arxasında yerləşən ev tam təmirli olmadığından, eyni zamanda həmin evin həyətinin qapısı olmadığı üçün oraya rahat şəkildə girib çıxmaq mümkündür. O, bundan sonra evin arxa hissəsinə keçərək orayada baxış keçirən zaman bir daha müəyyən etmişdir ki, qızına məxsus evin arxa hissəsindən kimlərsə tövləyə daxil olaraq oğurluq etmişdir. Bundan sonra qızı Dürdanə Hacıyeva DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. X7 ümumilikdə 17 baş xırda buynuzlu heyvanı olmuşdur. O, mütəmadi olaraq heyvanlarına nəzarət etmiş və heyvanların sayını bilmişdir. Həmin heyvanlar oğurlanana qədər onun evinin həyətində yerləşən tövlədən hər hansısa bir xırda buynuzlu heyvan oğurlanmamışdır. Çünki əvvəllər oradan heyvan oğurlansaydı bundan qızının məlumatı olardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri - Şamaxı şəhəri 48A məhəlləsində X2 yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Dürdanə Hacıyevanın evinin həyətində olan pəyədəki (tövlədəki) 17 baş xırda buynuzlu heyvandan 10 başı oğurlanmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2024-cü il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 avqust 2024-cü il tarixdə saat 19:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında 18 avqust 2024-cü il tarilxi protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 18 avqust 2024-cü il tarixdə saat 21:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. 19 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 atası Akif Niftəliyev tərəfindən onun oğlunun üzərinə düşən ziyan, yəni 520 manat X3 Şamaxı RPŞ-nin istintaq bölməsində müstəntiq Elvin Nəbiyevin xidməti otağında ödənilmiş və X5 həmin pulu təhvil almışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSYdən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 09 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Maddi sübut kimi tanıma haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 evindən götürülmüş 200 manat pul maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, o, Şamaxı şəhəri, 48 A saylı məhəllədə yaşayır. Yaşadığı yer üzrə onun barəsində ailə üzvləri və qonşuları tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, ünvan 4 ünvanda yaşayır. Yaşadığı yer üzrə onun barəsində ailə üzvləri və qonşuları tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, ünvan 5 ünvanda yaşayır. Yaşadığı yer üzrə onun barəsində ailə üzvləri və qonşuları tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. X1 18 sentyabr 2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, təmiz ət çəkisi 10 kiloqram olan 3 aylıq xırda buynuzlu quzunun orta bazar qiymətləri ilə təqribi dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilir. Təmiz ət çəkisi 14 kiloqram olan 10 aylıq qoyunun orta bazar qiymətləri ilə təqribi dəyəri 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilir. 3 baş 3 aylıq xırda buynuzlu heyvanların orta bazar qiymətləri ilə təqribi dəyəri 600 (altı yüz) manat, 7 baş 10 aylıq xırda buynuzlu heyvanların dəyəri 1960 (min doqquz yüz altmış) manat olmaqla, həmin heyvanların ümumilikdə dəyəri 2560 (iki min beş yüz altmış) manat məbləğində müəyyən edilir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayətləri törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ona aid hissəsinin tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X4 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs2 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmaldıır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs3 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə maddi sübut 200 manat pulun Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs3 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 18 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut 200 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs3 dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar