Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-23/2022 26.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, çəhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Şamaxı şəhəri ərazisində daşımış, 23 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri Avtovağzal dairəsi yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:05 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 15,587 (on beş tam mində beş yüz səksən yeddi) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Sabirabad rayonu, Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən iki-üç gün öncə yaşadığı Nərimankənd kəndində şum işi gördüyü torpaq sahəsindən çıxıb yol kənarı ilə yaşadığı evə gedərkən avtomobil yolunun kənarında ağ şəffaf rəngli sellofanın olduğunu görmüş və marağına səbəb olduğuna görə həmin sellofanı götürüb açıb baxdıqda, içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşdür. Sonra qurudulmuş marixuananı istifadə etmək üçün sellofanı götürüb əynində olan tünd göy rəngli idman şalvarının cibinə qoymuşdur. Həmin bükümü həmin vaxtdan üzərində gəzdirmişdir. 23 oktyabr 2021-ci il tarixdə o, şəxsi işi ilə ǝlaqədar olaraq Şamaxı şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində Şamaxı şəhəri ərazisində olan avtovağzalın yaxınlığında ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında əvvəlcə onun şübhəli şəxs qismində tutulmasını bildirilməklə onun seçdiyi vəkilin iştirakı ilə mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə və əlindəki sellofanın içərisinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən açıq şəfaf rəngli sellofan aşkar olunmuş, sellofan açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edilib götürülmüş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan sellofanı polis əməkdaşları kağız zərfə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, üzərindən aşkar edilmiş qurudulmuş marixuananı yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Eləcə də, üzərindən aşkar edilmiş narkotik vasitəni kiməsə satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitəni özü çəkmək üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 23 oktyabr 2021-ci il tarixdə Sabirabad rayon sakini olan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü axşam saat 20 radələrindən başlayaraq o, rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri ərazisində avtovağzalın yaxınlığında əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxt Təqsirləndirilən şəxs avtovağzalın yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb xüsusi parollardan istifadə edib ona yaxınlaşmışlar, əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o da heç bir müqavimət göstərməmiş və getməyə etiraz da etməmişdir, onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, daha sonra dəvət edilmiş müdafiəçi Tofiq Seyidov, o və PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən açıq şəffaf rəngli sellofan aşkar olunmuşdur, sellofan açıldıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdirmişdir ki, həmin narkotik vasitə bükümü ona məxsusdur, tapmışdır və həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlayıb. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərində və geyimlərində qanunla qadağan edilmiş başqa əşya, predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bükümü bir ədəd zərfə qoyularaq qablaşdırılmışıdır. Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə bükümünü tapmışdır, şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X7 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan və diskdən görünür ki, 23 oktyabr 2021-ci il tarixdə saat 22:05-dən başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən açıq şəfaf rəngli bir ədəd sellofana bükülmüş vəziyyətdə saxladığı narkotik vasitə qurudulmuş marixuana olan büküm aşkar edilmiş, həmin bükümdə olan kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Mülkəlu oğlu bildirmişdir ki, aşkar olunmuş sellofanın içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 24 oktyabr 2021-ci il tarixli 1/1111 nömrəli rəydən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində "Şəmmədov Fərman Mülkəli oğlunun üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 15.587 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Marixuanın təmiz çəkisi 15,587 qram, tədqiqata sərf edilən miqdarı 0,05 qram, qalıq 15,537 qramdır. Aparılmış tədqiqatın dəyəri 88,70 manatdır. İş materiallarında olan 23 oktybar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 25 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabirabad rayonu İHB-nın Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 noyabr 2021-ci il tarixli 569 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1991-ci il təvəllüdlü X4, qızı 2014-cü il təvəllüdlü X3 ilə Sabirabad rayonu, Nərimankənd kəndində yaşayır. İş materiallarında olan Sabirabad rayonu İHB-nın Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 noyabr 2021-ci il tarixli 570 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Sabirabad rayonu Nərimankənd kəndində yaşayır. İş materiallarında olan Sabirabad rayonu İHB-nın Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı kənd ərazisində özünü nizam-intizamlı aparmışdır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 03.03.2021-ci il tarixli 1(020)- 20/2021 saylı hökmünün surətindən görünür ki, ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin hər bir günü 2 gün müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına hesablanmaqla üzərində 2 il 11 ay 26 gün azadlığın məhsuslaşdırılması cəzası saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının müddəti bitməmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçmədiyindən və cəzasının müddəti bitmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Sabirabad İcra və Probasiya şöbəsinin 26 yanvar 2022-ci il tarixli 107106/2021 saylı məktubundan görünür ki, Şabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırlıması cəzasına məhkum edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşmüş və cəzasından 01 il müddət azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs 26.01.2022-ci il tarixədək cəzasının 01 il 08 ay 16 gününü çəkmiş və üzərində 01 il 03 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 7(056)-4/2022 saylı qərarın surətindən görünür ki, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 Noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(020)-20/2021 saylı hökmü əsasında çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il müddətinə azaldılmışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli 4785 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 04 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Şəmmədov X2 rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin hər bir günü 2 gün müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına hesablanmaqla, üzərində 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və öhdəsində bir nəfər azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Beyləqan rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(020)-20/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 3 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası toplanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 15,537 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Beyləqan rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(020)-20/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 3 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 23 oktyabr 2021-ci il tarixdən 25 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 88,70 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 15,537 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-23/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-23/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver