Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-23/2023 25.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs – “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Şamaxı rayonu Məlcək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şamaxı Rayonu Məlcək kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1977-ci ildə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, “X4” MMC-də çilingər işləyən, məhkum olunmamış, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 sentyabr 2022-ci il tarixində saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə çilingər kimi işlədiyi ünvan 1 ünvanında yerləşən və Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati ərazisində azad girib-çıxa biləcəyi avtomobillərin toplandığı hissəyə gəlib orada saxlanılan “**-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-21” markalı mikroavtobus, **-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-37” markalı avtobus və **-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-37” markalı avtobusa aid ehtiyyat hissələrindən hər bir ədədinin qiyməti 300 (üç yüz) manat olan 03 (üç) ədəd işlənmiş tam yararlı sürətlər qutusunu, qiyməti 140 (yüz qırx) manat olan 01 (bir) dəst işlənmiş kardanı, hər bir ədədinin qiyməti 200 (iki yüz) manat olan 02 (iki) ədəd işlənmiş tam yararlı radiatoru, qiyməti 280 (iki yüz səksən) manat olan 01 (bir) dəst işlənmiş reduktoru, qiyməti 200 (iki yüz) manat olan 01 (bir) ədəd işlənmiş maxoviki, hər bir ədədinin qiyməti 140 (yüz qırx) manat olan 02 (iki) ədəd işlənmiş su nasosunu (pompa), hər bir ədədinin qiyməti 350 (üç yüz əlli) manat olan 02 (iki) ədəd işlənmiş kolenvalı, hər bir ədədinin qiyməti 320 (üç yüz iyirmi) manat olan 02 (iki) ədəd işlənmiş starteri, hər bir ədədinin qiyməti 110 (yüz on) manat olan 02 (iki) ədəd işlənmiş akumlyatoru, qiyməti 100 (yüz) manat olan 01 (bir) ədəd işlənmiş stupçiya-baraban dəstini, hər bir ədədinin qiyməti 40 (qırx) manat olan 08 (səkkiz) ədəd işlənmiş porşeni, hər bir ədədinin qiyməti 30 (otuz) manat olan 08 (səkkiz) ədəd işlənmiş şatunu gizli olaraq oğurlayıb aparmaqla, zərərçəkmiş şəxsə məxsus cəmi 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 sentyabr 2022-ci il tarixində saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə çilingər kimi işlədiyi ünvan 1 ünvanında yerləşən və Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin inzibati ərazisində azad girib-çıxa biləcəyi avtomobillərin toplandığı hissəyə gəlib orada saxlanılan **-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-21” markalı mikroavtobus, **-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-37” markalı avtobus və **-AC-*** qeydiyyat nişanlı, “İSUZU SAZ NP-37” markalı avtobusa aid ehtiyyat hissələrindən hər bir ədədinin qiyməti 300 (üç yüz) manat olan 03 (üç) ədəd işlənmiş tam yararlı sürətlər qutusunu, qiyməti 140 (yüz qırx) manat olan 01 (bir) dəst işlənmiş kardanı, hər bir ədədinin qiyməti 200 (iki yüz) manat olan 02 (iki) ədəd işlənmiş tam yararlı radiatoru, qiyməti 280 (iki yüz səksən) manat olan 01 (bir) dəst işlənmiş reduktoru, qiyməti 200 (iki yüz) manat olan 01 (bir) ədəd işlənmiş maxoviki, hər bir ədədinin qiyməti 140 (yüz qırx) manat olan 02 (iki) ədəd işlənmiş su nasosunu (pompa), hər bir ədədinin qiyməti 350 (üç yüz əlli) manat olan 02 (iki) ədəd işlənmiş kolenvalı, hər bir ədədinin qiyməti 320 (üç yüz iyirmi) manat olan 02 (iki) ədəd işlənmiş starteri, hər bir ədədinin qiyməti 110 (yüz on) manat olan 02 (iki) ədəd işlənmiş akumlyatoru, qiyməti 100 (yüz) manat olan 01 (bir) ədəd işlənmiş stupçiya-baraban dəstini, hər bir ədədinin qiyməti 40 (qırx) manat olan 08 (səkkiz) ədəd işlənmiş porşeni, hər bir ədədinin qiyməti 30 (otuz) manat olan 08 (səkkiz) ədəd işlənmiş şatunu gizli olaraq oğurlayıb aparmaqla, zərərçəkmiş şəxsə məxsus cəmi 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı şəhərində yerləşən "xxxx" MMC-də (köhnə adı ilə Avtobaza) çilingər (slesar) işləyir, eləcə də Valeh də həmin MMC-də çilingər işləyir. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında iş yoldaşı Valeh adlı şəxslə birlikdə söhbət edə-edə “X4” MMC-də "xxxx" markalı avtobusların təmir etmək üçün sökdükləri ehtiyyat hissələrini, yəni 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu təmir etdikləri avtobuslara yerləşdirən zaman həmin ehtiyyat hissələri oğurlayıb satmaq qərarına gəlmişlər. Yuxarıda göstərdiyi ehtiyyat hissələrini bir yerə yığmış və həmin tarixdə təxminən saat 20 radələrində işdən çıxdıqdan sonra görüşüb həmin ehtiyyat hissələrini kimə satacaqları barədə düşünmüşlər, həmin vaxt Valeh Bakı şəhərində avtobus təmiri ilə məşğul olan Emin adlı şəxsi tanıdığını, oğurlayacaqları ehtiyyat hissələrini həmin şəxsə sata biləcəklərini deyib, Emin adlı şəxsə zəng edərək 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatun olmasını, həmin ehtiyyat hissələrini satmaq istədiyini demiş və bir qədər danışdıqdan sonra telefon əlaqəsini kəsib, ona, Emin adlı şəxslə ehtiyyat hissələrini satmağa razılaşdıqlarını, lakin ehtiyyat hissələrinə baxdıqdan sonra qiymət barədə danışıq olacağını demiş və bundan sonra gecə yarısını gözləmişlər. 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində Valehlə birlikdə işlədikləri “X4” MMC-yə gedib, 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu bazanın giriş qapısının yaxınlığına yığmışlar. Valeh ona demişdir ki, işi var, özü bir maşın çağırsın, aparıb Bənövşə restoranının yaxınlığındakı yiyəsiz tikilidə saxlasın. Valeh getdikdən sonra o da, həmin vaxt tanışı Rəfael adlı taksi sürücüsünə zəng vurmuş və “X4” MMC-nin həyətinə gəlməsini demişdir. Rəfael bir neçə dəqiqə keçdikdən sonra “X4” MMC-nin həyətinə gəlmiş və həmin ehtiyyat hissələrini idarə etdiyi VAZ-21011 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yüklədikdən sonra Şamaxı rayonu ərazisində yerləşən Bənövşə restoranının yaxınlığındakı yiyəsiz tikilinin qarşısına getmişlər. Orada oğurladıqları ehtiyyat hissələrini yerə boşaltmış və Rəfaelə onu apardığı üçün 10 manat pul verdikdən sonra həmin şəxs oradan çıxıb getmişdir. Bundan sonra həmin ehtiyyat hissələrini tikilinin otaqlarından birinə yığmışdır. Həmin vaxt Valehə zəng vurub ehtiyyat hissələrin otaqda olmasını demişdir. Valeh ona Emin adlı şəxsin Bakı şəhərindən çıxıb yolda olmasını demişdir. Həmin tarixdə, saat 04 radələrində Toyota Prado markalı, dövlət qeydiyyat nişanının sonu 191 olan avtomobil gəlmiş və Emin adlı şəxs avtomobildən düşdükdən sonra birlikdə 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatuna baxmış, Emin ehtiyyat hissələrinə baxdıqdan sonra həmin ehtiyyat hissələrindən 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunu alacağını, qalan 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və barabanın isə lazım olmadığı üçün istəmədiyini demişdir. Bundan sonra Eminlə almaq istədiyi ehtiyyat hissələrinin qarşılığında 500 manata razılaşıb, sonuncunun avtomobilinin yük yerinə yükləmiş, Emin adlı şəxs 500 manat pulu vermiş və oradan çıxıb getmişdir. Bundan sonra yaşadığı evinə getmişdir. Səhər saat 07 radələrində Valeh ilə görüşüb geridə qalan ehtiyyat hissələri olan yerə getmişlər, orada olarkən yoldan keçən tanımadıqları dəmir satışı ilə məşğul olan bir nəfər şəxslə qarşılaşmış və sata bilmədikləri 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və barabanı 100 manata satıb “X4” MMC-yə getmişlər. Orada Valeh ilə onu Şamaxı rayon polis şöbəsinə həmin hadisə ilə bağlı gətirmişlər. Bundan başqa heç bir oğurluq etməmişdir. Rəfael adlı taksi sürücüsünün həmin 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunun oğurluq olmasından heç bir məlumatı olmamışdır. Emin adlı şəxsin aldığı 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunu oğurluq olmasından heç bir məlumatı olmamışdır. Valeh və o, Emin adlı şəxsə oğurladıqları ehtiyyat hissələrinin oğurluq olması barədə heçnə deməmişdirlər. Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan “X4” MMCnin avtomobil qarajında 03 sentyabr 2022-ci il tarixdə aylıq 300 manat maaş qarşılığında işləmişdir, lakin ilk bir ay işlədiyi müddət sınaq müddəti olduğundan həmin MMC ilə müqavilə bağlamamışdır. Sınaq müddətini uğurla başa vuracağı təqdirdə müqavilə bağlamış olacaqdı, lakin oğurluq etdiyi üçün işdən çıxarılmışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı şəhərində yerləşən "xxxx" MMC-də (köhnə adı ilə Avtobaza) çilingər (slesar) işləyir, əmək müqaviləsi bağlamış, eləcə də Ağalar da həmin MMC-də çilingər işləyir. Belə ki, 26 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında iş yoldaşı Ağalarla birlikdə söhbət edə-edə "xxxx" markalı avtobazada avtobusların təmir etmək üçün sökdükləri ehtiyyat hissələrini, yəni 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu təmir etdikləri avtobuslara yerləşdirən zaman həmin ehtiyyat hissələri oğurlayıb satmaq qərarına gəlmişdirlər. Yuxarıda göstərdiyi ehtiyyat hissələrini bir yerə yığmış və həmin tarixdə təxminən saat 20 radələrində işdən çıxdıqdan sonra görüşüb gecə yarısının olmasını gözləmiş və həmin ehtiyyat hissələrini kimə satacaqları barədə düşünmüşlər, həmin vaxt Bakı şəhərində avtobus təmiri ilə məşğul olan Emin adlı şəxsin tanışının oğurlayacaqları ehtiyyat hissələrini ala biləcəyini düşünmüş və bu barədə Ağalara deyib, Emin adlı şəxsə zəng etmişdir, telefonla danışarkən Eminə onda 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatun olmasını, həmin ehtiyyat hissələrini satmaq istədiyini demiş, Emin həmin ehtiyyat hissələrinin sazlığın soruşduqda sonuncuya ehtiyyat hissələrinin hər birinin işlək vəziyyətdə olduğunu demişdir, bundan sonra Emin həmin ehtiyyat hissələrinə baxdıqdan sonra məbləğ diyəcəyini dedikdən sonra razılaşıb, vaxt edib Şamaxı rayonuna gəlməsini istəmişdir. Telefon danışığını sonlandırdıqdan sonra Ağalara Emin adlı şəxsə ehtiyyat hissələrini satmaqda razılaşdıqları demiş və bundan sonra gecə yarısını gözləmişlər, 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində Ağalarla birlikdə işlədikləri Avtobazaya gedib, 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu bazanın giriş qapısının yaxınlığına yığmışdırlar. Həmin vaxt işi olduğu üçün Ağalara işi olduğu üçün getməli olduğunu, sonuncunun özünün bir maşın çağırtdırıb Bənövşə restoranın yaxınlığındakı yiyəsiz tikintiyə aparmasını demişdir. Ağalarla razılaşdıqdan sonra oradan uzaqlaşmışdır. Oradan uzaqlaşan zaman Eminə zəng edib gəlib-gəlməyəcəyini soruşmuş, Emin birazdan Şamaxı rayonuna doğru gələcəyini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Ağalar ona zəng vurub ehtiyyat hissələrini Bənövşə restoranın yaxınlığındakı yiyəsiz tikiliyə gətirib bir otağa yığdığını demişdir. Ağalara Emin adlı şəxslə danışdığını Bakı şəhərindən çıxıb yolda olduğunu deyib telefonu söndürüb yatmışdır. Səhər saat 07 radələrində Ağalar ilə görüşmüş, Ağalar Eminin 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunu 500 manata aldığını, geridə qalan 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və barabanı isə almadığını demiş, buna görə də geridə qalan ehtiyyat hissələri olan yerə getmişlər. Orada olarkən yoldan keçən tanımadıqları dəmir satışı ilə məşğul olan bir nəfər şəxslə qarşılaşmış və sata bilmədikləri 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və barabanı həmin şəxsə 100 manata satıb avtobazaya getmişlər, orada Ağalar ilə onu Şamaxı rayon polis şöbəsinə həmin hadisə ilə bağlı gətirmişdirlər. Bundan başqa heç bir oğurluq etməmişdir. Emin adlı şəxsin aldığı 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunun oğurluq olmasından heç bir məlumatı olmamışdır. Adını bilmədiyi, özünü dəmir alışı və satışı ilə məşğul olduğunu deyən şəxsin onlardan aldığı 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və barabanın oğurluq olmasından heç bir məlumatı olmamışdır. Həmin şəxsə bu barədə heç bir söz deməmişdirlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 08:30 radələrində işlədiyi “X4” MMC-yə gedən zaman həmin servisdə mühafizəçi işləyən Şahid1 ona bildirmişdir ki, işə gələn zaman giriş qapısının açıq olduğunu aşkar etməsini və qonşuluqda Torpaq Şöbəsində mühafizəçi işləyən Hidayətdən qapının kim tərəfindən açılmasını görüb-görməməsini soruşan zaman Hidayət cavab olaraq həmin tarixdə, gecə saat 01 radələrində ərazidə gəzişən zaman həmin Sərnişin Servis MMC-də işləyən iki nəfər işçinin servisin həyətində tanımadığı şəxsin “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilinin arxa yük yerinin içərisinə nəsə yüklədiklərini və yük yeri açıq formada oradan uzaqlaşmalarını gördüyünü bildirdiyini bildirmişdir. Həmin vaxt onlar İsusu markalı avtobuslara gedib baxdıqda avtobuslardan 3-də sürətlər qutusunun olmadığını, həmçinin 01 ədəd kardanın və avtobus detalı olan rıçaqın qoruyucusunun yerində olmadığını aşkar etmişdirlər. Bundan sonra həmin hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə müraciət etmişdir. Müraciətdən sonra avtobazanın həyətindəki "xxxx" markalı avtobusların ehtiyyat hissələrinin X4 MMC-də çilingər işləyənlər Ağalar ilə Valeh adlı şəxslərin dəqiq olaraq 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu hadisə baş verən tarixdə oğurlamaları hadisə yerindəki avtobusların yenidən yoxlanılması və Ağalar ilə Valehin verdikləri ifadələr zamanı məlum olmuşdur. Ağalar ilə Valeh adlı şəxsin oğurladıqları 03 ədəd sürətlər qutusunu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunun təxmini qiyməti 16000 (on altı min) manat civarındadır, lakin dəqiq qiymət təyin edilmiş ekspertizanın verdiyi cavab zamanı bilinəcəkdir. Bundan əvvəl həmin ərazidən heç bir oğurluq olmamışdır. “X4” MMC-nin təsisçisi Şamaxı rayon İcra Hakimiyyətidir. Buna görə də, oğurlanmış ehtiyyat hissələri Şamaxı rayon İcra Hakimiyyətinə məxsusdur. Son olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, MMC-yə dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını və onların cəzalandılmasında maraqlı olmadıqlarını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 15 ildir ki, “X4” MMC-də mühafizəçi işləyir. Belə ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində işlədiyi həmin “X4” MMC-yə gedən zaman dəmirdən olan giriş darvazasının açıq olduğunu aşkar görmüş, bu zaman qonşuluqda Torpaq Şöbəsində mühafizəçi işləyən Hidayətdən qapının kim tərəfindən açılmasını görüb-görməməsini soruşan zaman Hidayət ona bildirmişdir ki, həmin tarixdə, gecə saat 01 radələrində ərazidə gəzişən zaman “X4” MMC-də işləyən Ağalar adlı slesar ilə qaranlıq olduğu üçün üzünü görmədiyi, lakin həmin MMC-də slesar işləyən Valeh adlı şəxsə oxşatdığı bir nəfər şəxsin servisin həyətində olduqlarını, daha sonra isə “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilinin arxa yük yeri açıq halda oradan uzaqaşdığını, lakin həmin vaxt avtomobildə kimlərin olmasını və yük yerinə nə yığıldığını görmədiyini demişdir. Hidayət onu da qeyd etmişdir ki, Ağalar həmin servisdə işlədiyi üçün ona heç bir söz deməmişdir. Həmin vaxt gedib İsusu markalı avtobuslara baxdıqda avtobusun sürətlər qutusunun, kardanın və hansısa detalın olmadığına tam əmin olub, əlavə ehtiyyat hissələrinin olub-olmadığına baxmayıb bundan sonra Valeh və Ağaların işə gəlməklərini gözləmiş, sonuncular işə gəldikdən sonra həmin şəxslərdən bu məsələ ilə bağlı soruşmuş, Valeh və Ağalar özlərini söyərək həmin avtomobil detallarını oğurlamadıqlarını və görmədiklərini bildirmişdirlər. Bundan sonra həmin hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə Şamaxı rayon polis şöbəsinin əməkdaşları gəlib, hadisə yerini müayinə edib hadisə yerinin fotoşəkillərini çəkmişdirlər. Həmin hadisə ilə bağlı rəsmi ərizə yazmışdır. Müraciətdən sonra avtobazanın həyətindəki "xxxx" markalı avtobusların ehtiyyat hissələrinin “X4” MMC-də çilingər işləyənlər Ağalar ilə Valeh adlı şəxslərin dəqiq olaraq 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu hadisə baş verən tarixdə oğurlamaları hadisə yerindəki avtobusların yenidən yoxlanılması və Ağalar ilə Valehin verdikləri ifadələr zamanı məlum olmuşdur. 15 ildir ki, həmin servisdə mühafizəçi işləyir, hər gün axşam saat 8-dən səhər saat 8-ə kimi işdə olmalıdır. Həmin gecə də işdə olmuşdur, sadəcə olaraq servizin giriş qapısı onun istirahət otağından təxminən 100 metr məsafədədir, ola bilsin ki, həmin vaxt avtomobilin səsini eşitməmişdir. Həmin əmlakın dəyəri nə qədər olmasından məlumatı yoxdur. Bundan əvvəl həmin ərazidən heç bir oğurluq olmamışdır. Məhkəmə iclasında şahid qismində tanınıb dindirilmiş Şahid2 Leytinant oğlu ifadə verib göstərdi ki, 08 ildir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsində mühafizəçi işləyir. Belə ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində ətrafa nəzarət etmək üçün mühafizəçisi olduğu şöbədən küçəyə çıxıb ətrafa baxmış, həmin vaxt Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan “X4” MMC-də çilingər kimi işləyən Ağalar adlı şəxslə qaranlıq və uzaq olduğu üçün üzünü görmədiyi, lakin uzaqdan Valeh adlı şəxsə oşxatdığı bir nəfər şəxsin MMC-nin həyətinə girdiklərini görmüş, lakin Ağalar ilə Valehə oxşatdığı şəxs MMC-nin işçiləri olduğu üçün düşünmüşdür ki, yəqin Valeh və Ağalar adlı şəxslər nasaz vəziyyətə düşmüş avtobusları təmir etmək üçün gəliblər, çünki “X4” MMC-nin inzibati ərazisində gecə saat 02-03 radələrinə kimi ustalar işləyib avtomobilləri və avtobusları təmir etmələrini görmüşdür. Buna görə də həmin şəxslərin qaraja girmələrindən şübhələnməyib, yenidən mühafizəçisi işlədiyi şöbədə yerləşən mühafizəçi otağına daxil olmuşdur. Bir neçə dəqiqə keçdikdə dövlət qeydiyyat nişanını görmədiyi “VAZ21011” markalı avtomobilin baqajı açıq halda qarajın qapısının qarşısında işə düşərək oradan uzaqlaşdığını görmüşdür. Həmin tarixdə təxminən səhər saatlarında “X4” MMC-nin mühafizəçisi işləyən Mikayıl adlı şəxs ona yaxınlaşaraq MMC-nin Şamaxı şəhəri, Hacı Məmməd küçəsi istiqamətindəki küçə qapısının açıq olduğunu, həmin qapının kim tərəfindən açılmasını görüb-görmədiyini soruşmuş, Mikayıla gecə saat 01 radələrində MMC-nin işçiləri Ağalar adlı şəxslə qaranlıq və uzaq olduğu üçün bir nəfər üzünü görmədiyi, lakin Valehə oxşatdığı şəxsin MMC-nin inzibati ərazisinə girdiklərini, daha sonra isə açıq olan küçə qapısının qarşısında dövlət qeydiyyat nişanını görmədiyi “VAZ21011” markalı avtomobilin baqajı açıq formada oradan uzaqlaşdığını gördüyünü demişdir. Daha sonra onu da qeyd etmişdir ki, slesorlar həmin servisdə işlədiklərindən həmin şəxslərə heç bir söz deməmişdir. Mikayıl ona təşəkkür edib uzaqlaşaraq qarajın həyətinə daxil olmuşdur. Həmin gün Valeh və Ağalar adlı şəxslərin MMC-nin inzibati ərazisində saxlanılan avtobusların ehtiyyat hissələrini oğurlamalarını eşitmişdir. 08 ildir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsində mühafizəçi işləyir, hər gün axşam saat 6-dan səhər saat 9-a kimi işdə olur. Bundan əvvəl həmin ərazidən heç bir oğurluq olmamışdır. Hadisə baş verən tarixdə Ağalar ilə birgə qaraja girən şəxsi uzaqdan gördüyü üçün kim olduğunu bilməmiş, həmin iki nəfərdən başqa şəxsi görməmişdir, üzünü görmədiyi şəxsin isə Valeh adlı şəxs olmasını sonradan bilmiş, lakin həmin şəxsi ilk görüşdə Valehə oxşatmışdır. Həmçinin avtomobilin sürücüsünü və həmin avtomobildə kimlərin olduqlarını görməmişdir. Həmçinin bildirmişdir ki, əgər Valeh və Ağalar adlı şəxslərin “X4” MMC-nin inzibati ərazisinə oğurluq məqsədi ilə daxil olduqlarını bilsəydi, dərhal hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə məlumat vermiş olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 10 gün əvvəl taksi fəaliyyəti ilə Şamaxı rayonu ərazisində məşğul olan zaman tanımadığı bir nəfər şəxs idarə etdiyi VAZ- 21011 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və ona bildirmişdir ki, Şamaxı rayonu ərazisində yerləşən “Planet” marketin qarşısına düşürtsün. Həmin vaxt aralarında olan söhbət əsnasında ona adının Ağalar olduğunu və Şamaxı rayonu ərazisində yerləşən “X4”-də slesar işlədiyini demişdir. Həmin şəxsi “Planet” marketin qarşısında avtomobildən düşürdən zaman sonuncu ondan tez-tez söküb təmir etdiyi avtomobil detallarını istər təmir sexlərinə daşımaq üçün istərsə də avtoyuma mənqəqəsində çirkli detalları yumaq üçün aparamağa taksi lazım olduğu zaman ona zəng vurması üçün mobil nömrəsini götürmüşdür. Həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini taksi lazım olanda onunla əlaqə saxlaması üçün vermişdir. Belə ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində həmişə taksi kimi dayandığı Şamaxı şəhəri ərazisində mərkəzi Bazara gedən yolda olmuşdur. Həmin vaxt Ağalar adlı şəxs ona zəng vurmuş və Şamaxı şəhəri ərazisində yerləşən “X4” MMC-nin həyətinə gəlməsini, bir-iki avtomobil detalları var onları təmir etmək üçün sökməsini deyərək, həmin detalları Şamaxı rayonu ərazisində yerləşən “Bənövşə” restoranına aparmaq lazım olduğunu bildirmişdir. Ağalar adlı şəxslə razılaşmış və təxminən 10-15 dəqiqədən sonra “X4” MMC-nin giriş qapısından keçib dayandım. Həmin vaxt Ağalar adlı şəxs təxmini avtobuslara aid 03 ədəd sürətlər qutusu və digər ehtiyyat hissələrini idarə etdiyi VAZ-21011 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləməyə başlamış, həmin vaxt orada olan ehtiyyat hissələrindən 3 ədəd sürətlər qutusu ağır olduğundan onları avtomobilə yükləməkdə həmin şəxsə kömək etmiş və biz birlikdə həmin yerdən Şamaxı rayonu ərazisində yerləşən “Bənövşə” restoranın yaxınlığındakı işləməyən köhnə restoranın qarşısına getmişdirlər. Həmin yiyəsiz tikiliyə çatdıqdan sonra Ağalar adlı şəxs dəmir parçalarını işləməyən köhnə tikilinin həyətinə boşaltmış və yol haqqı olan 10 manat pulunu vermiş, daha sonra oradan evinə getmişdir. Həmin tarixdə, saat 11 radələrində onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, polis şöbəsinə gəldikdən sonra həmin usta dəmir parçalarını icazəsiz aparması, dəvət olunma səbəbinin həmin dəmir parçaların onun idarə etdiyim “VAZ-21011” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparılması olması məlum olmuşdur. Həmin dəmir parçaların Ağalar adlı usta tərəfindən icazəsiz və ya oğurluq niyyəti ilə aparılmasından heç bir məlumatı olmamışdır, əgər olsaydı bu barədə hüquq mühafizə orqanlarına məlumat verərdi. Həmin şəxs ona avtobazada slesar işlədiyini dediyi üçün düşünmüşdür ki, həmin şəxsin bazanın həyətindən ehtiyyat hissələrinin çıxarılmasında rəhbərliyinin məlumatı vardır. Bundan əvvəl Ağalar adlı şəxs onu “X4” MMC-nin həyətinə və ya başqa bir yerə hər hansısa bir dəmir parçasının daşınmasını həyata keçirmək üçün dəvət etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, avtobus avtomobillərinin təmiri ilə məşğul olur. Barəsində soruşulan Təqsirləndirilən şəxs2 artıq 4-5 ildir ki, Şamaxı rayonu ərazisində yerləşən Avtobazada avtobus ustası kimi tanıyır, sonuncu ilə əvvəllər Bakı şəhərində birlikdə işləmişlər, münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilik yoxdur. 26 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində avtomobil təmiri seximdə iş görən zaman Valeh onunla əlaqə saxlamış və bildirmişdir ki, avtobus üçün ehtiyyat hissələri var, Valehdən hansı ehtiyyat hissələrinin olduğunu soruşan zaman Valeh bildirmişdir ki, 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatun var, satırlar. Valehdən ehtiyyat hisslərinin vəziyyətini soruşmuş, Valeh həmin ehtiyyat hissələrinin hər birinin işlək vəziyyətdə olduğunu demiş, bundan sonra sonuncuya ehtiyyat hissələrinə baxmadan qiymət deməyəcəyini bildirmiş, Valeh razılaşdıqdan sonra işlərini bitirib, 27 sentyabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində Şamaxı rayonu ərazisində yerləşən Bənövşə restoranının yaxınlığında köhnə tikilinin yanına gəlmiş, həmin vaxt sonradan tanıdığı Ağalar adlı şəxs tək onu orada gözləmiş, Ağalarda olan 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatuna baxmış və həmin ehtiyyat hissələrindən 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunu seçib, həmin zapçatlara 500 manat pul təklif edib, qalan 01 ədəd reduktoru, 02 ədəd starteri, 02 ədəd akumliyatoru, 01 stupçiya və barabanın isə ona lazım olmadığını demiş, Ağalar təkliflə razılaşdıqdan sonra ehtiyyat hissələrini avtomobilin yük yerinə yığdıqdan sonra 500 manatı Ağalar adlı şəxsə verib geri, Bakı şəhərinə qayıtmışdır. Daha sonra isə Ağalar ilə Valeh adlı şəxslərin ona satdıqları ehtiyyat hissələrinin oğurluq olmasından məlumatı olmuş, aldığı ehtiyyat hissələrini Şamaxı rayonuna geri gətirmiş, həmin əşyaları könüllü istintaqa təqdim etmişdir. Valeh və Ağalardan 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatundan başqa heçnə almamışdır. Sonuncular ona həmin detalların oğurluq olduğunu deməmişdilər, əgər bilsəydi polisə məlumat verərdi. Avtomobil təmiri seximdə işləri çoxdur, şəhər daxili işlərini görmək üçün bir neçə dəqiqəlik sexdən çıxa bilir, lakin Valeh və Ağalar adlı şəxslər yuxarıda göstərdiyi ehtiyyat hissələrinin Şamaxı rayonunda olduğunu dedikləri üçün həmin ehtiyyat hissələrini yalnız işini bitirdikdən sonra vaxt edib almaq üçün Şamaxı rayonuna gələ bilmişdir. Həmin tarixdə də işi həddindən artıq çox olduğu üçün yalnız 27 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində işini yekunlaşdıra bilmişdir. Səhəri gün də, işlərinin çoxluğunu nəzərə alıb, ehtiyyat hissələrini almaq üçün yuxarıda göstərdiyi saatda Şamaxı rayonuna gedib ehtiyyat hissələrini alaraq Bakı şəhərinə qayıtmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadsə elan olunmuş və o ifadəsində göstərmişdir ki, “X4” MMC-nin direktoru vəzifəsində işləyir. 27 sentyabr 2022-ci il tarixdə, saat 08:30 radələrində servisin təmir üzrə mexaniki işləyən Zərərçəkmiş şəxs ona zəng edərək “X4” MMC-nin həyətində yerləşən “İsuzu” markalı avtobuslrın ehtiyyat hissələrinin oğurlanması barədə məlumat vermiş, İsmayıldan oğurluq barədə daha dəqiq məlumat toplamasını tapşırıb, özü də, avtoservisin həyətinə getmişdir. Orada olan zaman İsmayıl ilə mühafizəçi Şahid1 ona yaxınlaşıb avtoservistən 3 ədəd sürətlər qutusunun, 1 ədəd kardan valı və 1 ədəd surətlər qutusunun rçaqının oğurlanmasını bildirmişlər, Mikayıla hadisə barədə polisə məlumat verməsini tapşırmışdır, bundan sonra Mikayıl hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər, mexanik Zərərçəkmiş şəxs hadisə baş vermiş yeri polis əməkdaşlarına göstərib, hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra özü də, direktor olduğu üçün hadisə barədə Şamaxı rayon polis şöbəsinə hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətdən sonra avtobazanın həyətindəki "xxxx" markalı avtobusların ehtiyyat hissələrinin “X4” MMC-də çilingər işləyənlər Ağalar ilə Valeh adlı şəxslərin dəqiq olaraq 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd reduktoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 02 ədəd starteri, 02 ədəd akkumliyatoru, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunu hadisə baş verən tarixdə oğurlamaları hadisə yerindəki avtobusların yenidən yoxlanılması və Ağalar ilə Valehin verdikləri ifadələr zamanı məlum olmuşdur. Ağalar ilə Valeh adlı şəxsin oğurladıqları 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd reduktor, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 02 ədəd starter, 02 ədəd akkumliyator, 01 stupçiya və baraban, 08 ədəd porşen və 08 ədəd şatunun təxmini qiyməti 16000 (on altı min) manat civarındadır, lakin dəqiq qiymət təyin edilmiş ekspertizanın verdiyi cavab zamanı bilinəcəkdir. Bundan əvvəl həmin ərazidən heç bir oğurluq olmamışdır. “X4” MMC-nin təsisçisi Şamaxı rayon İcra Hakimiyyətidir. Buna görə də, oğurlanmış ehtiyyat hissələri Şamaxı rayon İcra Hakimiyyətinə məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraat qəbul edilmişdir. “Baxış keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı şəhəri, Şirvanşah İbrahim küçəsi, 32-də yerləşən Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan “X4” MMC-nin avtomobil qarajında Zərərçəkmiş şəxs İbrahimxəlil oğlunun iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçrilən ərazini arxa, sağ tərəfdən Şamaxı şəhər sakinlərinin fərdi yaşayış evi, qarşı tərəfdən avtomobillərin hərəkət yolu, sol tərəfdən isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin inzibati binası əhatə edir. “X4” MMC-nin inzibati ərazisində müxtəlif markalı avtobuslar, yük avtomobilləri, kran və digər texnikalar vardır. Baxış Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yer olaraq 3 ədəd təkərləri sökülmüş və daşın üzərinə qoyulmuş vəziyyətdə olan "xxxx" markalı **-AC-***, **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtobus olan ərazini göstərərək həmin üç avtobusun ehtiyyat hissələrinin oğurlandığını, əlavə olaraq hansı avtomobildən ehtiyyat hissəsinin oğurlandığını hal-hazırda müəyyən edilmədiyini, göstərdiyi 3 ədəd "xxxx" markalı avtobusun “X4” MMC-yə məxsus olduğunu şifahi olaraq bildirmişdir. Baxış yerində iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Aparılmış istintaq zamanı, Şahid5 istintaqa Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və ona satılmış 03 ədəd sürətlər qutusunu, 01 dəst kardanı, 02 ədəd radiatoru, 01 ədəd maxoviki, 02 ədəd pompanı, 02 ədəd kolenvalı, 08 ədəd porşen və 08 ədəd şatunu təqdim etmişdir. Şahid5 tərəfindən istintaqa təqdim edilmiş həmin 03 ədəd sürətlər qutusu, 01 dəst kardan, 02 ədəd radiator, 01 ədəd maxovik, 02 ədəd pompa, 02 ədəd kolenval, 08 ədəd porşen və 08 ədəd şatun iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 sentyabr 2022-ci il tarxli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MYS-dən azad edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 sentyabr 2022-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MYS-dən azad edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 03 ədəd işlənmiş tam yararlı sürətlər qutusu, 01 ədəd işlənmiş dəst kardan, 02 ədəd işlənmiş tam yararlı radiator, 01 ədəd işlənmiş maxovik, 02 ədəd işlənmiş pompa (su nasosu), 02 ədəd işlənmiş kolenval, 08 ədəd işlənmiş porşen və 08 ədəd işlənmiş şatun cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 07 dekabr 2022-ci il tarixli, 9/8204 saylı ekspert rəyində göstərilmişdir ki, “Analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən "xxxx" markalı avtobusa məxsus ehtiyyat hissələrinin xüsusatları nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4420,00 (dörd min dörd yüz iyirmi) manat müəyyən olunur.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 22 noyabr 2022-ci il tarixli cavabından görünür ki Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 22 noyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şamaxı RİHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2022-ci il tarilxi 448 saylı arayşından görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı rayonu Qaravəlli kəndində yaşayır. Şamaxı RİHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı kənddə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Doğum haqqında şəhdətnmələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 22 may 2006 və 18 noyabr 2008-ci il təvəllüdlü övladları vardır. Şamaxı RİHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2022-ci il tarilxi 463 saylı arayşından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu Məlcək kəndində yaşayır. Şamaxı RİHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı kənddə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. “X4” MMC tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, şamaxı-Sərnişin Servis MMC-də çilingər işləyir, çalışdığı müddət ərzində özünü laqyiqli aparmış , işində heç bir nöqsana yol verməmişdir, özünü nizam intizamlı aparmış, kollektivin arasında hörmət qazanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş hüquqi şəxsin nümayənədsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, öhdəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 03 ədəd işlənmiş tam yararlı sürətlər qutusunun, 01 ədəd işlənmiş dəst kardanın, 02 ədəd işlənmiş tam yararlı radiatorun, 01 ədəd işlənmiş maxovikin, 02 ədəd işlənmiş pompanın (su nasosu), 02 ədəd işlənmiş kolenvalın, 08 ədəd işlənmiş porşenin və 08 ədəd işlənmiş şatunun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 3(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 3(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 ədəd işlənmiş tam yararlı sürətlər qutusunun, 01 ədəd işlənmiş dəst kardanın, 02 ədəd işlənmiş tam yararlı radiatorun, 01 ədəd işlənmiş maxovikin, 02 ədəd işlənmiş pompanın (su nasosu), 02 ədəd işlənmiş kolenvalın, 08 ədəd işlənmiş porşenin və 08 ədəd işlənmiş şatunun zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-23/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-23/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver