Məhkəmə qərarları › İş №1(074)-23/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-23/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-23/2024 25.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1979-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, Xəqani küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu X5 etibarından sui-istifadə edərək, sonuncunun azyaşlı qızı Ayan Nağıyevanın uşaq xəstəliyi ilə bağlı ona pensiya düzəltdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin iyul ayının sonlarında Şamaxı rayon mərkəzi xəstəxanasında 1200 manat, 2023-cü ilin yanvar ayında Şamaxı rayon mərkəzi xəstəxanasında 50 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, zərərçəkmiş şəxs Sübhan Nağıyevə məxsus 1250 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun azyaşlı nəvəsi X8 ürək xəstəliyi, qardaşı oğlu Şahid4 pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi və özünün göz xəstəliyi ilə bağlı müalicə etdirib pensiya qeydiyyatına saldırmaqla, həmin məsələləri düzəltdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2021-ci ilin iyul ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında 3200 manat, 2021-ci ilin avqust ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında 2600 manat, 2022-ci ilin may-iyun ayları ərzində 4000 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs1 məxsus 9800 manat məbləğində özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, sonuncunun oğlu X11 qulaq xəstəliyi ilə bağlı ilə ona pensiya düzəltdirəcəyini yalandan vəd verib aldadaraq, 2021-ci ilin avqust ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında 950 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs6 məxsus 950 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, sonuncunun qızı Gövhər Səfərovanın göz xəstəliyi ilə bağlı ilə onun kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq, 2021-ci ilin avqust ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında 1000 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan suiistifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs7 məxsus 1000 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncunun bacısı X2 əmək pensiyasının, X1-əsəb xəstəliyi ilə bağlı pensiyasının, oğlu Şahid1 İİ qrup əlil kimi aldığı pensiyanın kəsilməsi ilə bağlı ilə həmin kəsilmiş pensiyaları bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin oktyabr ayında Şamaxı rayon mərkəzi xəstəxanasında 4000 manat, həmin hadisədən iki gün sonra Şamaxı rayon mərkəzi xəstəxanasında 3500 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs3 məxsus 7500 manat məbləğində özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, sonuncunun ürək xəstəliyi ilə bağlı ona pensiya düzəltdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 09 aprel 2022-ci il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında 700 manat, həmin hadisədən 5-6 gün sonra, Şamaxı rayon mərkəzi xəstəxanasında 700 manat, 2022-ci ilin avqust ayında Şamaxıda Diaqnostika mərkəzinin qarşısında 100 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs8 məxsus 1500 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, sonuncunun özünün xəstəliyi ilə bağlı, onun kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 29 iyul 2022-ci il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında 600 və 500 manat, 30 iyul 2022ci il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında 700 manat və 510 manat dəyərində 300 X10 dolları, həmin hadisədən bir ay sonra Şamaxı rayon mərkəzi xəstəxanasında 300 və 250 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs5 məxsus 2860 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, özünü tibb sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edərək, pensiya düzəldilməsi, kəsilmiş pensiyaların bərpa edilməsi kimi istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, işlədiyi rayon mərkəzi xəstəxanasında tanış olduğu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, sonuncunun özünün şəkər xəstəliyi ilə bağlı, onun kəsilmiş pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2022-ci ilin noyabr ayının sonlarında Şamaxı rayon mərkəzi xəstəxanasında 1000 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində Şamaxı şəhəri 9 nömrəli məktəbin yaxınlığında 1000 manat, 2022-ci ilin dekabr ayının sonlarında Şamaxı rayon mərkəzi xəstəxanasında 650 manat pulunu alıb vədinə əməl etməyək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs4 məxsus 2650 manat məbləğində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmiş, yəni dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Şamaxı rayon mərkəzi xəstəxanasında işlədiyi müddətdə, 2019-cu ildə Şamaxı rayonunun Muğanlı kəndində yaşayan X12 ilə tanış olmuşdur. Sübhan Nağıyev ona azyaşlı qızı Ayan Nağıyevanın uşaq xəstəliyi olduğunu, qızının həmin xəstəliyi ilə bağlı ona pensiya düzəltdirməyin mümkün olub-olmadığını soruşmuş, o da, Sübhan Nağıyevə bildirmişdir ki, qızına pensiya düzəlməsi işini təşkil edə bilər. Sübhan Nağıyev də ondan soruşmuşdur ki, bunu necə edə biləcək, o da, Sübhan Nağıyevə demişdir ki, “bunun üçün pul lazımdır, sən pulu təşkil elə, mən qalan bütün işləri özüm edəcəm”. Bu məqsədlə, 2019-cu ilin iyul ayının sonlarında X15 rayon mərkəzi xəstəxanasında görüşüb, ondan 1200 manat pul almış və həmin pulu borclarına xərcləmişdir. Bundan sonra, 2023-cü ilin yanvar ayında Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Sübhan Nağıyevlə əlaqə saxlayıb artıq sənədin hazır olmasını bildirib, ondan 50 manat pulu almış və həmin pulu da, öz borclarına xərcləmişdir. Bununla da, o, Sübhan Nağıyevdən 1250 manat məbləğində pul almışdır. Həmin pulu da, borclarına xərcləmişdir. Bundan başqa, o, yenə də, rayon mərkəzi xəstəxanasında işlədiyi müddətdə, 2021-ci ildə rayon sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, azyaşlı nəvəsi X8 ürək xəstəliyi, qardaşı oğlu Şahid4 pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi məsələləri ilə bağlı maraqlanır. O da, bununla bağlı Zərərçəkmiş şəxs1la söhbət edərkən, Zərərçəkmiş şəxs1 özünün də göz xəstəliyi ilə bağlı ilə müalicə almaq istədiyini demişdir, o da, Əliyara gözünün müalicə alması və pensiya düzəlməsinin mümkün olmasını bildirib, bütün bunların veriləcək pullar müqabilində düzələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da razılaşmışdır. Bundan sonra, 2021-ci ilin iyul ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs1 ilə görüşmüş və o, Zərərçəkmiş şəxs1 3200 manat pul alıb borclarını ödəmişdir. Daha sonra, 2021-ci ilin avqust ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs1 ilə görüşmüş və yenə də, ondan 2600 manat pul alıb, borclarını ödəmişdir. Bundan bir müddət sonra, 2022-ci ilin may-iyun ayları ərzində yenə də, xəstəxanada Zərərçəkmiş şəxs1la görüşüb, ondan 4000 manat pulunu almış və həmin pulu da, öz borclarını ödəmişdir. Bununla da o, Zərərçəkmiş şəxs1 ümumilikdə 9800 manat məbləğində pul almışdır. O, həmin pulun müqabilində Zərərçəkmiş şəxs1 vəd verdiyi işlərin heç birini etməmişdir. Bundan başqa, o, yenə də, rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, 2021ci ilin avqust ayında, rayonun Bağırlı kənd sakini Zərərçəkmiş şəxs6 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs6 ona bildirmişdir ki, oğlu X11 qulaq xəstəliyi ilə bağlı ona pensiya düzəltdirməyin mümkün olub-olmaması barədə maraqlanmışdır. O da, Zərərçəkmiş şəxs6 bunun mümkün olmasını və buna görə, müəyyən qədər pul lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs6 də, onunla razılaşmış və buna görə pul gətirəcəyini bildirmişdir. Belə ki, 2021-ci ilin avqust ayının ortalarında Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs6lə görüşmüş, Zərərçəkmiş şəxs6 vəd verdiyi işin düzəlməsi üçün o, Zərərçəkmiş şəxs6 950 manat pulunu alıb, həmin pulu öz borclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 də, hər dəfə ondan pensiya düzəlməsinin nə yerdə olmasını soruşanda, ona sənədləri düzəltməkdə olduğunu bildirsə də, o, Zərərçəkmiş şəxs6 aldığı pula görə vəd verdiyi işlə bağlı heç bir iş görməmişdir. Bundan başqa, o, yenə də, rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, 2021-ci ilin avqust ayında rayonun Bağırlı kənd sakini Zərərçəkmiş şəxs7 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs7 ona bildirmişdir ki, onun qızı Gövhər Səfərova albinos xəstəsi kimi göz xəstəliyi vardır, qızının həmin xəstəliyi ilə bağlı ilə onun kəsilmiş pensiyasını bərpa etdirmək istəyir, Zərərçəkmiş şəxs7 bunun qanuni yollarını ondan soruşanda, o, Zərərçəkmiş şəxs7 bildirmişdir ki, “bu pensiyanı mən bərpa etdirə bilərəm, bunun üçün müəyyən sənədlər toplanmalıdır”. Zərərçəkmiş şəxs7 da bunun necə mümkün olacağını soruşanda, o, Zərərçəkmiş şəxs7 1000 manat pul təşkil etməsini, onun bütün işləri özü edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7 da onunla razılaşmışdır. Bundan sonra, 2021-ci ilin avqust ayının ortalarında, o, Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs7 xəstəxanaya gəlmiş və o, Zərərçəkmiş şəxs7la görüşmüş, bir daha həmin pensiyanı bərpa etdirəcəyini Zərərçəkmiş şəxs7 deyib, ondan 1000 manat pulunu almışdır. Həmin pulu öz borclarına ödəmişdir. Bununla da o, Zərərçəkmiş şəxs7 1000 manat pulunu ələ keçirmişdir. Lakin, o, bununla bağlı Zərərçəkmiş şəxs7 söz verdiyi işlə bağlı heç nə etməmişdir. Bundan başqa, o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, təxminən 2021-ci ilin oktyabr ayı olardı, xəstəxanaya pensiya ilə bağlı müraciət edən rayonun Bağırlı kənd sakini Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs3 ona bacısı X2 əmək pensiyasının, X1-əsəb xəstəliyi ilə bağlı pensiyasının, oğlu Şahid1 İİ qrup əlil kimi aldıqları pensiyanın kəsilməsini bildirmiş, bunun nə səbəbə olmasını, həmin kəsilmiş pensiyaları necə qanuni formada bərpa etdirməyin mümkün olmasını soruşmuşdur. O da, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, “bunlar mümkündür, bunun üçün 7500 manat pul lazımdır”, Zərərçəkmiş şəxs3 da, onunla razılaşmış və həmin məbləqdə pulu ona verə biləcəyini bildirmiş, o da, Zərərçəkmiş şəxs3 demişdir ki, həmin şəxslərin pensiyalarının bərpa edilməsi üçün lazım olan bütün işləri, yəni sənədlərin toplanması, həkimlərə müraciət etməsi və bu kimi bütün işləri özü edəcək, onlar heç yerə getməyəcək. Zərərçəkmiş şəxs3 da, onunla razılaşıb pulu verəcəyini bildirmişdir. Bundan sonra, 2021-ci ilin oktyabr ayında Şamaxı rayon mərkəzi xəstəxanasında olan vaxt, Zərərçəkmiş şəxs3 xəstəxanaya gəlmiş və o, bir daha Zərərçəkmiş şəxs3 həmin pensiyaları bərpa etdirəcəyini söz vermişdir. Buna görə, əvvəlcə Zərərçəkmiş şəxs3 həmin vaxt 4000 manat pul almışdır. Bundan sonra, o, yenə də, Zərərçəkmiş şəxs3la həmin hadisədən iki gün sonra Şamaxı rayon mərkəzi xəstəxanasında görüşmüş və işin həlli üçün pul lazım olduğunu bildirib, ondan qalan 3500 manat pulu da almışdır. Bununla da o, Zərərçəkmiş şəxs3 7500 manat məbləğində pulunu almışdır. Lakin, o, həmin pulun müqabilində Zərərçəkmiş şəxs3 vəd verdiyi pensiyaların bərpa edilməsi ilə bağlı heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs3 aldığı pulu öz borclarına ödəmişdir. Bundan başqa, o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, yəni 2022-ci ilin aprel ayında xəstəxanada Ağsu rayon sakini olan Zərərçəkmiş şəxs8 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs8 ona özü üçün xəstəliyi ilə bağlı pensiya düzəldilməsinin qanuni yolları ilə bağlı maraqlanmış, o, Zərərçəkmiş şəxs8 bildirmişdir ki, xəstəxanada bu işlərlə o, məşğul olur. Zərərçəkmiş şəxs8 da, ona inanandan sonra, bu işlərin necə baş verəcəyini ondan soruşmuş, o da, Zərərçəkmiş şəxs8 bildirmişdir ki, bu işləri o, özü edəcək, bunun üçün 1500 manat pul lazımdır. Zərərçəkmiş şəxs8 da, həmin pulu tapa biləcəyini bildirmişdir. O da, Zərərçəkmiş şəxs8 söz vermişdir ki, onun pensiyasının düzəlməsi üçün bütün işləri özü edəcəkdir. Bundan sonra, 09 aprel 2022-ci il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında o, Zərərçəkmiş şəxs8la bir daha görüşüb, ondan həmin pensiyanın düzəlməsi adı ilə, 700 manat pul almışdır. Həmin pulu şəxsi borclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, orada Zərərçəkmiş şəxs8la görüşmüş, həmin pensiyanın düzəlməsi üçün pul lazım olduğunu bildirib, əvvəlcədən dediyi puldan 700 manat pulu Zərərçəkmiş şəxs8 almışdır. Bundan sonra, 2022-ci ilin avqust ayında, Şamaxıda Diaqnostika mərkəzinin qarşısında Zərərçəkmiş şəxs8la görüşmüş, ona sənədlərin hazır olmasını bildirib, ondan qalan 100 manat pulu almışdır. O, Zərərçəkmiş şəxs8 aldığı bütün pulları öz borclarına xərcləmişdir. Bununla da o, Zərərçəkmiş şəxs8 məxsus 1500 manat pulu almışdır. Lakin, o, Zərərçəkmiş şəxs8 vəd verdiyi işdən heç nə etməmişdir. Bundan başqa, o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, 2022-ci ilin iyul ayında orada Ağsu rayon sakini olan Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 xəstəxanaya özü üçün xəstəliyi ilə bağlı aldığı kəsilmiş pensiyasını bərpa etdirməsi ilə bağlı gəlmişdir. O da, Zərərçəkmiş şəxs5 demişdir ki, xəstəxanada bu işlərlə o, məşğul olur. Bunun üçün Zərərçəkmiş şəxs5 ona kəsilmiş pensiyasının necə bərpa edilməsini soruşanda o, Zərərçəkmiş şəxs5 2860 manat pul lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs5 da, onunla razılaşmışdır. O, Zərərçəkmiş şəxs5 demişdir ki, bütün işləri özü edəcəkdir. Belə ki, 29 iyul 2022-ci il tarixdə Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs5 xəstəxanaya gəlmiş, orada o, Zərərçəkmiş şəxs5 həmin pensiyanın düzəlməsini bildirib, ondan əvvəlcə 600 və 500 manat pul almışdır. Bundan sonra, 30 iyul 2022-ci il tarixdə o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs5 xəstəxanaya gəlmiş və o, pensiya işi ilə bağlı yenə də, Zərərçəkmiş şəxs5 700 manat və 300 X10 dolları pul almışdır. Bundan sonra, həmin hadisədən təxminən bir ay keçmişdir. Şamaxı rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs5 ilə görüşmüş, ona sənədlərin hazır olmasını bildirib, 300 və 250 manat pulunu almışdır. Bununla da, o, Zərərçəkmiş şəxs5 məxsus 2860 manat pulunu almışdır. Lakin, o, Zərərçəkmiş şəxs5 aldığı həmin pulu ona vəd verdiyi kəsilmiş pensiyanın bərpa edilməsi ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa, o, yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt, təxminən 2022-ci ilin noyabr ayında, rayonun Məlikçobanlı kənd sakini Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Həmin vaxt, Zərərçəkmiş şəxs4 ona özünün şəkər xəstəliyi ilə bağlı onun əvvəllər pensiya almasını, hazırda pensiyasının kəsilməsini və kəsilmiş pensiyasını bərpa etdirmək istəməsini bildirib, bunun qanuni yollarını ondan soruşmuşdur. O da, Zərərçəkmiş şəxs4 demişdir ki, bu işlərlə o, məşğul olur, Zərərçəkmiş şəxs4 da ondan bunun necə baş verəcəyini soruşanda, o, Zərərçəkmiş şəxs4 2650 manat pul lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs4 da razılaşmışdır. Bundan sonra, 2022-ci ilin noyabr ayının sonlarında Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs4 xəstəxanaya gəlmiş, o, həmin şəxslə görüşmüş və bir daha Zərərçəkmiş şəxs4 pensiya ilə bağlı vəd verdiyi işi görəcəyini bildirib, ondan 1000 manat pul almışdır. Həmin pulu öz şəxsi borclarına ödəmişdir. Bundan sonra, 2022-ci ilin dekabr ayının əvvəllərində Şamaxı şəhəri 9 nömrəli məktəbin yaxınlığında Zərərçəkmiş şəxs4la görüşmüş, onun həyat yoldaşı da, yanında olmuş, o, orada Zərərçəkmiş şəxs4 1000 manat da pul almışdır. Həmin pulu da, öz şəxsi borclarına ödəmişdir. Bundan sonra, 2022-ci ilin dekabr ayının sonlarında, Şamaxı rayon mərkəzi xəstəxanasında olarkən, Zərərçəkmiş şəxs4 xəstəxanaya gəlmiş, o, orada Zərərçəkmiş şəxs4 650 manat pul almış və pensiya işinin sənədlərinin toplanmasının yekunlaşdığını bildirmişdir. Bununla da, o, Zərərçəkmiş şəxs4 məxsus 2650 manat məbləğində pulu almış, lakin, o, Zərərçəkmiş şəxs4 vəd verdiyi işlə bağlı heç nə etməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslərlə razılaşdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, qızı Gövhər Səfərovanın albinos xəstəsi kimi gözdən əlilliyi xəstəliyi ilə bağlı, ona pensiya təyin edilmiş və pensiya almışdır. 2021-ci ilin yay aylarında, qızının pensiyası kəsilmiş və onun pensiyasının bərpa edilməsinin mümkünlüyü ilə bağlı maraqlanmaq üçün, Şamaxı Rayon Mərkəzi xəstəxanasına getmək istəmişdir. Həmin vaxt qohumu Zərərçəkmiş şəxs6 ona bildirmişdir ki, o, öz oğlunun pensiyası işinin düzəlməsi üçün xəstəxanada işləyən Aygün adlı qadın həkimə müraciət etmiş, Aygün ondan pul alıb və vəd vermişdir ki, qısa müddətdə düzəldəcəkdir. O da, fikirləşmişdir ki, qızının pensiyasının kəsilməsi işi ilə bağlı Aygünə müraciət etsin. Bu məqsədlə, xəstəxanaya gedib, Aygünlə görüşmüş və qızının xəstə olmasını, əvvəllər pensiya almasını, pensiyasının kəsilməsini, hazırda da pensiyanın bərpa olunmasının mümkün olubolmaması barədə maraqlanmışdır. Aygün də ona bildirmişdir ki, bu mümkündür və qızının pensiyasını bərpa etdirə bilər. O, Aygündən bunun necə mümkün olmasını soruşanda, Aygün ona bildirmişdir ki, 1000 manat pul lazımdır. O da fikirləşmişdir ki, yəqin qızının pensiyasının bərpası üçün dövlət rüsümudur, buna görə də, Aygünlə razılaşmışdır. Bu məqsədlə o, həmin vaxt “Rabitəbank”dan kredit götürüb, həmin puldan 1000 manatını ayırmışdır. 2021-ci ilin avqust ayının ortalarında Şamaxı Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində Aygünün iş otağına gedib, cəmi 1000 manat pulu Aygünə vermişdir. Həmin vaxtı pulu Aygünə verəndə, otaqda ikisindən başqa heç kim olmamışdır. Aygün ondan pulu alıb, qızının kəsilmiş pensiyasını bərpa etdirəcəyini, bunun üçün onun heç yerə getməyəcəyini bildirmişdir. O, hər dəfə Aygünlə istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Aygün ona narahat olmamağını, özünün hər bir şeyi həll edəcəyini, qısa müddətdə məsələni həll edəcəyini bildirmişdir. Həmin vaxtdan uzun müddət keçdikdən sonra, Aygünlə maraqlandıqda, Aygün ona hər dəfə bir neçə günə həll olunacağını bildirmişdir. Lakin, uzun müddət keçdikdən sonra o, Aygünün pensiyanın bərpa edilməsi işini həll etmədiyini görüb, Aygündən verdiyi pulu tələb etməyə başlamışdır. Lakin, Aygün pulu qaytarmaqdan imtina etdiyinə görə, polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan başqa, həmkəndliləri və qohumları olan Zərərçəkmiş şəxs6, Sovqat Mərdanov, Fərzalı Mərdanov, Fərman Veysəlov, Qabil Quliyev, Seymur Quliyev və digərilərini aldatmaqla, onun pulu ilə birlikdə 32000 manat pul almış və həmin puldan bir hissəsini Təqsirləndirilən şəxs geri qaytarmış və onun pulu ilə birlikdə 17200 manat pul qaytarılmamışdır. Hazırda ona dəymiş zərər ödənilmiş və bu səbəbdən də, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, onun azyaşlı nəvəsi X8 ürəyində xəstəliyi olduğundan, onun xəstəliyi ilə bağlı pensiya düzəlməsi üçün, müraciət etmək istəyirmişdir, eləcə də, qardaşı oğlu Şahid4 isə gözündə xəstəliyi ilə bağlı İİİ qrup kimi pensiya alsa da, xəstəliyi artdığından, onun İİ qrup xəstə kimi pensiya almasının təşkil edilməsi üçün müraciət etmək istəmişdir. Bu işlərin, yəni nəvəsi X8 pensiyasının düzəlməsi və qardaşı oğlu Şahid4 isə pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi məsələsinin qanuni yollarını öyrənmək üçün, 2021-ci ilin may ayından başlayaraq, Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir, orada soraqlaşanda, əvvəllər xəstəxanada gördüyü Təqsirləndirilən şəxs adlı xəstəxana işçisi ona yaxınlaşıb pensiya və pensiya qrupunun düzəldilməsi işində ona köməklik edəcəyini bildirmiş, o da Aygünə inanmışdır. Təqsirləndirilən şəxs ilə söhbət zamanı, o, Təqsirləndirilən şəxs pensiya düzəldilməsi və pensiya qrupunun dəyişdirilməsi ilə bağlı qanuni yolların necə olmasını soruşanda, Aygün ona bildirmişdir ki, nəvəsi X8 pensiyasının düzəlməsi üçün 3200 manat pul lazımdır və qardaşı oğlu Şahid4 isə pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi məsələsinin həlli üçün isə, 2600 manat pul lazımdır. O da fikirləşmişdir ki, yəqin Təqsirləndirilən şəxs bildirdiyi bu pullar sənədlərin hazırlanması üçün dövlətə ödənilməli olan rüsumdur. Buna görə də, Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Eyni zamanda, həmin vaxtlarda onun özünün sağ gözü ağrımaqla, qara su gəldiyindən və görməsində çətinlik yarandığından, müalicə etdirmək istədiyini də, Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, “istəyirsən, sənin gözünü həm müalicə etdirək, həm də, gözünə görə sənə pensiya düzəltdirim”. Təqsirləndirilən şəxs bu təklifinin necə baş verəcəyini soruşanda, Aygün ona bildirmişdir ki, “gözün əgər görmürsə, bununla bağlı müalicə etdirəcəyik, müalicədən sonra gözünün görmək qabiliyyətinin itirilməsi ilə bağlı pensiya işin də düzələcəm”. Həmin vaxt gözü həqiqətən də, görmək qabiliyyətini demək olar ki, itirməsinə görə Təqsirləndirilən şəxs dediklərinin, yəni müalicə və pensiya işinin düzələcəyinə inanıb, həmin işin də necə mümkün olmasını Aygündən soruşmuş, Təqsirləndirilən şəxs da bunun üçün 4000 manat pul lazım olduğunu, bununla da, cəmi Aygün ondan 9800 manat pul istədiyini demişdir, o da fikirləşmişdir ki, yəqin müalicə xərcləri və pensiyanın düzəlməsi üçün sənədlərin hazırlanmasına görə dövlətə ödəniləcək pullardır, buna görə də, Təqsirləndirilən şəxs ilə razılaşmış və onun qeyd etdiyi pulları bir dəfəyə verə bilməyəcəyini bildirib, hissə-hissə verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs da, onunla razılaşmışdır. Bundan sonra, o, özünün həmin vaxt məşğul olduğu dülgər işi ilə bağlı bir qədər pul toplamış və təxminən 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs zəng edib, birinci pulu düzəltdiyini və harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs da xəstəxanada olmasını bildirmiş, o da həmin vaxt Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Aygün onu xəstəxananın birinci mərtəbəsində bir otağa aparmış, orada otaqda, o və Təqsirləndirilən şəxs başqa kimsə olmamış, o da, üzərində olan 3200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Aygün də ona bildirmişdir ki, nəvəsi X8 pensiyasının düzəlməsi işini təşkil edəcək, o da, Aygünə inanmış və pulu verəndən sonra, oranı tərk edib çıxıb getmişdir. Bundan bir müddət sonra, təxminən 2021-ci ilin avqust ayının ortalarında, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qardaşı oğlu Şahid4 pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi məsələsinin həll edilməsi üçün lazım olan 2600 manat pulu götürməlidir. Həmin vaxt qardaşı Fərmanın pulu olmadığına görə o, qardaşına bildirmişdir ki, “həyat yoldaşımın pensiyasına görə bir qədər pul yığıb, həmin puldan Eldənizin pensiya qrupunun düzəlməsi üçün 2600 manat pul verim, pensiya düzələndən sonra, sən mənə həmin pulu qaytararsan”. Qardaşı da onunla razılaşmışdır. Buna görə də, evində topladığı 2600 manat pulu götürüb, 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs zəng edib, həmin pulu düzəltdiyini və harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs da, xəstəxanada olmasını bildirmiş, o da həmin vaxt Şamaxı rayon mərkəzi xəstəxanasına getmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Aygün onu xəstəxananın birinci mərtəbəsində əvvəlcə pul verdiyi otağa aparmış, orada otaqda o və Təqsirləndirilən şəxs başqa kimsə olmamış, o da üzərində olan 2600 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Aygün də ona bildirmişdir ki, qardaşı oğlu Şahid4 isə pensiya kimi İİİ qrupunun İİ qrupa düzəlməsi işini təşkil edəcək, o da, Aygünə inanmış və pulu verəndən sonra, oranı tərk edib çıxıb getmişdir. Bundan bir müddət keçdikdən sonra, o, işləyib pul toplamağa başlamışdır, çünki Təqsirləndirilən şəxs onun üçün də pensiya düzəlməsi işini təşkil edəcəyini bildirdiyinə görə, 4000 manat pul lazım olacaqmış. Eyni zamanda, o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb pul aldığı işlərin nə yerdə olması ilə bağlı maraqlanmışdır. Təqsirləndirilən şəxs da hər dəfə demişdir ki, “sənədlər hazırlanır, səbirli ol, düzələcək”. Təxminən 2022-ci ilin may ayında, Təqsirləndirilən şəxs ona zəng edərək, onun gözü ilə bağlı müalicə və pensiya işinin də düzəlməsi üçün pulun lazım olduğunu bildirmişdir. Həmin vaxt pulu az olduğundan o, Abşeron rayonu Xırdalan şəhərinə gedib, orada “Accessbank”dan 6000 manat kreditə pul götürmüş və həmin puldan 4000 manat hissəsini Təqsirləndirilən şəxs vermək üçün ayırmışdır. 2022-ci ilin may ayının sonları və ya iyun ayının əvvəllərində, Təqsirləndirilən şəxs zəng edib, həmin pulu düzəltdiyini və harada olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs da xəstəxanada olmasını bildirmiş, o da, həmin vaxt Şamaxı rayon mərkəzi xəstəxanasına getmiş, orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Aygün onu xəstəxananın birinci mərtəbəsində əvvəlcə pul verdiyi otağa aparmış, orada otaqda, o və Təqsirləndirilən şəxs başqa kimsə olmamışdır. O da, üzərində olan 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Aygün də, ona bildirmişdir ki, onun gözü ilə bağlı əvvəlcə müalicə işini, daha sonra pensiya düzəlməsi işini təşkil edəcək, o da, Aygünə inanmış və pulu verəndən sonra, oranı tərk edib, çıxıb getmişdir. Bundan sonra, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə ya mobil telefonla əlaqə saxlayıb, ya da, əsasən həmin vaxt məşğul olduğu taksi fəaliyəti ilə bağlı xəstəxananın qabağında dayandığından, tez-tez xəstəxanaya gedərək, onunla görüşüb, 9800 manat pul almaqla, vəd verdiyi işlərin nə yerdə olması, sənədlərin hazır olub-olmaması işləri ilə maraqlamışdır. Aygün də, ona işlərin yolunda getdiyini, pensiyaların, müalicənin və vəd verdiyi bütün işlərin düzəlməsi üçün sənədlərin hazırlandığını və onun bir qədər gözləməyini bildirmişdir. O da, Aygünə inanıb, hər dəfə gözləmişdir. Lakin, hər dəfə Təqsirləndirilən şəxs onu aldadıb, gözləməyini bildirəndə, o, başqa tanış və bu işlərdən anlayışı olan şəxslərlə maraqlananda ona bildirmişlər ki, bu işlər bu qədər vaxta uzanmamalıdır. Buna görə də, təxminən 2022-ci ilin sonlarından o, anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldatmış və Aygün ona yalan vədlər verib pulunu almışdır. Həm də eşitmişdir ki, kimlərsə Təqsirləndirilən şəxs barədə eynilə pensiya düzəlməsi ilə bağlı yalandan aldadıb, pulunu ələ keçirməsi barədə Təqsirləndirilən şəxs şikayətlər ediblər və Aygünü də buna görə, işdən çıxarıblar. Buna görə də, o dəfələrlə Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etsə də, Aygün hər dəfə onu aldadıb, pulunu geri qaytarmamış və vədinə də əməl etməyib, pulunu ələ keçirmişdir. Hazırda ona dəymiş zərər ödənilmiş və bu səbəbdən də iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, oğlu X11 qulağında xəstəliyi ilə bağlı, ona pensiya düzəlməsinin mümkünlüyü ilə bağlı maraqlanmaq üçün, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada ona bildirmişlər ki, bunun üçün oğlu xəstəxanada müalicə olunmalı və xəstəxanadan əldə edilmiş sənədlər həkim komissiyasına təqdim edilməlidir. Həmin vaxt xəstəxanada olarkən, orada Aygün adında bir nəfər qadın ona yaxınlaşaraq, xəstəxanada işlədiyini və ona oğluna pensiya təyin etdirilməsində köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Aygün ağ xalat geyinmiş və əlində sənədlərlə bir neçə dəfə komissiya keçirilən otağa girib-çıxdığı üçün, o, Aygünə inanmışdır. Maraqlandıqda, Aygünün həqiqətən xəstəxanada işlədiyini ona bildirmişlər. Aygün ona oğluna görə lazım olan tibbi sənədləri toplayacağını və ona pensiya təyin elətdirəcəyini, oğlunun heç yerə getməyəcəyini, hər bir şeyi özünün etdirəcəyini, bunun müqabilində ondan 950 manat pul alacağını bildirmişdir. O da, Aygünlə razılaşmış və 2021-ci ilin avqust ayının ortalarında Şamaxı Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində, Aygünün iş otağında, cəmi 950 manat pulu Aygünə vermişdir. Həmin vaxt pulu Aygünə verəndə, otaqda ikisindən başqa heç kim olmamışdır. O, hər dəfə Aygünlə istifadəsində olan mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamışdır. Aygün ona narahat olmamağını, özünün hər bir şeyi həll edəcəyini, qısa müddətdə məsələni həll edəcəyini bildirmişdir. Bundan xeyli vaxt keçdikdən sonra, maraqlandıqda, Aygün ona hər dəfə bir neçə günə həll olunacağını bildirmişdir. Lakin, uzun müddət keçdikdən sonra o, Aygünün işi həll etmədiyini başa düşüb, ondan verdiyi pulu tələb etməyə başlamışdır. Lakin, Aygün pulu qaytarmaqdan imtina etdiyinə görə, polisə şikayət etmişdir. Hazırda ona dəymiş zərər ödənilmiş və bu səbəbdən də, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, bacıları X4 və X6 İİ qrup, oğlu Şahid1 isə İİİ qrup əlil kimi, 2016-cı ildən pensiya almışdırlar. 2021-ci ilin oktyabr ayında onların pensiyası dayandırılmışdır. O, bununla maraqlanmaq üçün, Şamaxı Rayon Mərkəzi xəstəxanasına getmişdir. Orada ona bildirmişlər ki, bacıları və oğlu xəstəlikləri ilə bağlı xəstəxanada müalicə olunmalı və xəstəxanadan əldə etdiyi sənədləri həkim komissiyasına təqdim etməlidir. Həmin vaxt Aygün adında bir nəfər ona yaxınlaşaraq, xəstəxanada işlədiyini və ona sənədlərin düzəldilməsində köməklik edə biləcəyini bildirmişdir. Aygün adında qadın ona iki bacısına və oğluna görə lazım olan tibbi sənədləri toplayacağını və onlara əlil kimi pensiyanı təyin, yəni bərpa elətdirəcəyini, bacılarının və oğlunun heç yerə getməyəcəyini, hər bir şeyi özünün etdirəcəyini, bunun müqabilində ondan 7500 manat pul alacağını bildirmişdir. O da, Aygünlə razılaşmış və pulu verəcəyini bildirmişdir. Bundan sonra o, Şamaxı Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində, Aygünün iş otağında onunla görüşmüş, Aygün bir daha pensiyaları bərpa etdirəcəyini bildirmiş, o da həmin yerdə Aygünə 4000 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə, yenə də, həmin iş otağında Aygünlə görüşmüş, Aygün yenə də, işin qalan pulunu istəyib, sənədlərin hazırlanmasına lazım olduğunu demişdir. O da, 3500 manat pulu Aygünə həmin yerdə vermişdir. Hər dəfə pulu Aygünə verəndə, otaqda ikisindən başqa heç kim olmamışdır. Pulu Aygünə verəndən bir neçə ay keçdikdən sonra, pensiyaların bərpa edilməsinin nə yerdə olması ilə bağlı maraqlandıqda, Aygün ona hər dəfə bir neçə günə həll olunacağını bildirmişdir. Lakin, hadisədən 01 il keçdikdən sonra, o, Aygünün işi həll etmədiyini görüb, ondan verdiyi pulu tələb etməyə başlamışdır. Aygün də, onun ona vermiş olduğu puldan 1500 manatını qaytarmış, yerdə qalan məbləği də, 1 ay ərzində qaytaracağını bildirmişdir. Lakin, şikayət etdiyi vaxta kimi, Aygün pulun qalan hissəsini qaytarmaqdan imtina etmişdir. Bacılarına və oğluna əlillik dərəcəsi təyin etdirməyi müqabilində, Aygün ondan cəmi 7500 manat pul alması barədə ailə üzvlərinin məlumatı olmuşdur. Hazırda ona dəymiş zərər ödənilmiş və bu səbəbdən də, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, qızı Ayan Nağıyeva 2018-ci ilin mart ayında doğulmuşdur. Qızında uşaq xəstəliyi olduğundan, müxtəlif xəstəxanalara aparsa da, sağalmadığına görə, 2019-cü ilin əvvəllərində qərara gəlmişdir ki, qızı Ayana pensiya düzəldilməsi üçün müraciət etsin. Bu məqsədlə, 2019-cü ilin iyul ayının əvvəllərində həyat yoldaşı ilə birlikdə Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada pensiya düzəldilməsi ilə bağlı soraqlaşanda, bir qadın ona yaxınlaşmışdır. Həmin qadının əynində xəstəxana geyimi olduğundan, bilmişdir ki, həmin şəxs xəstəxananın işçisidir, eyni zamanda, həmin qadını əvvəllər də, xəstəxanaya gələndə işçi kimi görmüşdür. Həmin Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşıb, pensiya düzəldilməsi işində onlara köməklik edəcəyini bildirmişdir. O da, Aygünə inanmış və söhbət zamanı, Aygün ona bildirmişdir ki, 1250 manata qızına pensiya düzəldilməsini təşkil edə biləcəkdir. Həmin pulun 1200 manat hissəsini əvvəlcədən, qalan 50 manatı isə sənədi götürəndə verməli olduğunu bildirmişdir. Onlar da razılaşmış və bununla bağlı Aygünə həmin pulu verəcəyini bildirmişdir. Bu məqsədlə, 2019-cu ilin iyul ayının sonlarında o, həyat yoldaşı ilə birlkdə Şamaxı rayon mərkəzi xəstəxanasına gedib, orada Aygünlə görüşüb, 1200 manat pulu ona vermişdir. Aygün də, pulu götürüb özünün tanış həkimləri vasitəsi ilə qızına pensiya düzəldəcəyini vəd vermişdir. Lakin, həmin vaxtdan uzun müddət keçsə də, Aygün hər dəfə onları aldadıb, pensiyanın düzələcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayında Aygün onun həyat yoldaşına zəng edərək, artıq pensiyanın düzəldiyini bildirib, sənədin götürülməsi üçün qalan 50 manat pulun lazım olduğunu bildirmiş, o da, həmin vaxt həyat yoldaşı ilə birlkdə Şamaxı rayon mərkəzi xəstəxanasına gedib, orada Aygünlə görüşərək, 50 manat pulu ona vermişdir. Aygün də onları inandırmışdır ki, artıq sənəd hazırdır. Lakin, sonradan məlum olmuşdur ki, Aygün onu aldatmış, qızına pensiya düzəldilməsinə heç bir köməklik etməmiş və onun 1250 manat pulunu ələ keçirmişdir. Hazırda isə, ona dəymiş zərər ödənilmiş və bu səbəbdən də, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, özünün şəkər xəstəliyilə bağlı əvvəllər pensiya almış, lakin 2022-ci ilin yanvar ayında onun pensiyası kəsilmiş və o, yenidən pensiyasının bərpa olunması üçün xəstəxanaya müraciət etmək qərarına gəlmişdir. Bu məqsədlə, xəstəxanaya gedəndə, orada əvvəllər dəfələrlə gördüyü Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs onun nə səbəbə xəstəxanaya gəlməyini soruşmuş, o da hadisəni olduğu kimi, yəni əvvəllər pensiya alması və pensiyasının kəsilməsi barədə Aygünə danışmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, xəstəxanada pensiya düzəlməsi işinə o özü nəzarət edir, buna görə də, ona köməklik edəcəkdir. O da, Təqsirləndirilən şəxs bunun necə baş verəcəyini soruşanda, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bunun üçün 2650 manat pul lazımdır, həmin pulun müqabilində onu komissiyadan keçirib, onun pensiyasını bərpa etdirəcəkdir. O, Təqsirləndirilən şəxs bunu necə düzəldəcəyini soruşanda, Aygün ona demişdir ki, “əvvəllər də, bir neçə şəxsin pensiyasını düzəltmişəm, xəstəxanada işləyirəm, bu işlərə mən baxıram”. O da, Təqsirləndirilən şəxs xəstəxanada işləməsinə görə, dediklərini edə biləcəyini, yəni onun da, pensiyasını bərpa etdirəcəyini düşünüb, Aygünə inanmış və bu məqsədlə Təqsirləndirilən şəxs demişdir ki, o, pulu verməyə razıdır, lakin o qədər pulu olmadığına görə, həmin pulu hissə-hissə verəcəkdir. Təqsirləndirilən şəxs da razılaşmış və o, Aygünə pulu verəcəyini bildirmişdir. Bundan sonra, 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək, işin düzəlməsi üçün pulun ilk hissəsini verməli olduğunu bildirmiş, o da, evdə topladığı 1000 manat pulu götürüb, Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşüb, Təqsirləndirilən şəxs həmin 1000 manat pulu vermişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin dekabr ayının əvvəllərində, Təqsirləndirilən şəxs yenə ona zəng edərək, pensiyasının düzəlməsi üçün növbəti sənədlərin hazırlanmasına görə, qalan puldan 1000 manat da, pul gətirməyini və onunla 9 nömrəli məktəbin yanında görüşməyini bildirmişdir. O da, evində topladığı 1000 manat pulu götürüb, Təqsirləndirilən şəxs ilə görüşəcəyi yerə həyat yoldaşı ilə birlikdə getmişdir. Şamaxı şəhəri 9 nömrəli məktəbin yanına gəlmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs onu inandırmışdır ki, onun pensiyasını qısa müddətdə komissiyadan keçirib düzəldəcək, bunun üçün 2650 manat pul lazımdır, qalan 650 manat pul da, verilməlidir. Onlar da, orada Təqsirləndirilən şəxs ilə danışıb razılaşandan sonra, Aygünə həmin 1000 manat pulu verib, oradan ayrılmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs yenə də, ona zəng edərək, artıq pensiya üçün sənədlərin hazır olmasını, onun pensiyasının ömürlük olaraq hazırlayacağını və qalan 650 manat pulu da, gətirməyini bildirmiş, o da, razılaşıb 2022-ci ilin dekabr ayının axırında evində topladığı 650 manat pulu götürüb, Təqsirləndirilən şəxs ilə görüşmək üçün xəstəxanaya getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşüb, orada Aygünə 650 manat pulu vermişdir. Aygün pulu alıb, onu pensiya komissiyasından keçirib, ömürlük pensiya düzəldəcəyini və bunu qısa müddətdə həyata keçirəcəyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs inanmışdır. Lakin, sonradan məlum olmuşdur ki, Aygün onu aldatmış, ona pensiya düzəldilməsinə heç bir köməklik etməmiş və onun 2650 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, onun ürək xəstəliyi olduğuna görə, dəfələrlə Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicə olunmuş, Bakı şəhərində getdiyi xəstəxanalarda bir neçə həkimlər ona bildirmişlər ki, bu xəstəliyinə görə ona pensiya düşür. Buna görə də, o, xəstəliyi və müalicəsilə bağlı sənədlərini götürüb Şamaxı rayon mərkəzi xəstəxanasına getmək qərarına gəlmişdir. Bu məqsədlə, 2022-ci ilin əvvəllərindən başlayaraq, ilk əvvəl Ağsu rayon mərkəzi xəstəxanasına getmiş, oradan bildirmişlər ki, pensiya düzəldilməsi ilə bağlı regional mərkəz Şamaxı rayon mərkəzi xəstəxanasında olduğuna görə, ora müraciət etməlidir. Buna görə də, o, bir neçə dəfə Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ora getdiyi hər zaman, xəstəxanada bir qadın görmüşdür, həmin qadın xəstəxana geyimində olmuş, buna görə də bilmişdir ki, həmin qadın xəstəxanada işləyir, adı da Təqsirləndirilən şəxsdır. 08 aprel 2022-ci il tarixdə səhər vaxtı yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir ki, pensiya düzəldilməsi ilə bağlı müraciət etsin. Həmin vaxt Aygün onu xəstəxananın həyətində görüb, yanına çağırmış və pensiya düzəldilməsi ilə bağlı gəldiyini bilib ona bildirmişdir ki, bu xəstəxanada pensiya düzəldilməsi ilə işlərə özü köməklik edir, o, da sevinmişdir ki, yaxşıki, ona bu işdə köməklik edəcək, eləcə də, dəfələrlə həmin xəstəxanaya gələndə Aygünü xəstəxana işçisi kimi bildiyi üçün, fikirləşmişdir ki, Aygün ona köməklik edər, düzgün yolu göstərər, buna görə də, ona inanmışdır. Aygün onu xəstəxananın içərisinə salıb ona bildirmişdir ki, ona pensiya düzəlməsi üçün 1500 manat pul lazımdır. O da, fikirləşmişdir ki, yəqin pensiya düzəlməsi üçün dövlət rüsumudur, buna görə də, razılaşmışdır. Aygün ona bildirmişdir ki, əvvəlcə 700 manat pul verməlidir, müəyyən müddət sonra yenə 700 manat, sənəd hazır olanda da, 100 manat pul verməlidir. Aygünün bu sözlərinə inanıb fikirləşmişdir ki, o, düzgün deyər, yəqin ki, onun dediyi qanuni yoldur, buna görə də, ona inanıb dediyi kimi pulları verəcəyini bildirmiş, həmin vaxt Aygün onun xəstəliyilə bağlı bütün sənədlərini götürmüşdür. Bundan sonra, o, evinə qayıtmış və səhəri günü, 09 aprel 2022-ci il tarixdə səhər vaxtı yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada Aygünlə görüşmüş, yanında kimsə olmamışdır. O, 700 manat pulu əlbə-əl Aygünə vermiş, Aygün də ona bildirmişdir ki, o, tanışları vasitəsi ilə ona pensiya düzəldilməsini təşkil etməyə başlayacaqdır. Bundan sonra, o, çıxıb evinə qayıtmışdır. Bundan 5-6 gün sonra, Aygün yenə də, ona zəng edib, qalan 700 manat pulu da, verməyini bildirmiş, o da, 700 manat pulu götürüb yenə də, Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada Aygünlə görüşmüş, yanlarında kimsə olmamışdır. O, 700 manat pulu əlbə-əl Aygünə vermişdir. Aygün demişdir ki, “əmim oğlu vasitəsi ilə bu işi düzəldəcəm, bərpada işləyir”. O da, Aygünə inanmışdır. Bundan sonra, 2022-ci ilin yay aylarında Aygün ona zəng edib bildirmişdir ki, “artıq sənəd hazırdır, Şamaxıda Diaqnostika mərkəzinin qarşısına gəl, qalan 100 manat pulu da gətir”. O da, buna görə, dərhal 100 manat pul götürüb, Diaqnostika mərkəzinin qarşısına getmişdir. Orada Aygünlə görüşmüş və Aygün ona demişdir ki, “sənəd hazırdır, Bakıdadır, gedib gətirməliyəm”. Buna görə də, o, 100 manat pulu Aygünə vermiş, Aygün də demişdir ki, “gedirəm Bakıya sənədi gətirim, gətirəndə sənə xəbər edəcəm, gəlib götürərsən”. O da, razılaşmış və evinə qayıtmışdır. Bundan bir neçə gün keçsə də, Aygündən bir xəbər olmadığı üçün ona zəng etmişdir. Aygün demişdir ki, “sənəd bərpadadır, götürüb, verəcəm”. Bundan sonra, hər dəfə Aygün onu müxtəlif bəhanələrlə aldadıb sənədin hazır olacağını bildirib, onu aldatmağa başlamışdır. O da, bir müddət keçdikdən sonra, görmüşdür ki, Aygün onu aldadır, buna görə də, ona zəng edərək, bildirmişdir ki, “artıq ona pensiya lazım deyil, sənədlərimi və pullarımı qaytar”. Aygün də, hər dəfə onun gözləməyini bildirmiş, o da, hər dəfə gözləsə də, Aygün onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. O, görmüşdür ki, artıq Aygündən nə pullarını, nə də ki, sənədlərini ala bilməyəcək, buna görə də, polisə müraciət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, 2015-ci ildən dövlət tərəfindən təyin olunan 156 manat təqaüd almış, lakin 2020-ci ilin aprel ayından etibarən təqaüd kəsilmiş və o, bir neçə dəfə müvafiq qurumlara müraciət etsə də, təqaüdü bərpa olunmamış və ona bildirmişlər ki, yenidən sağlamlıqla əlaqədar təyin olunmuş komissiyadan keçməlidir və o, bir neçə dəfə Şamaxı rayon Mərkəzi xəstəxanasına gedərək, orada komissiyadan keçmiş və 2022-ci ilin iyul ayında yenidən komissiyadan keçmək üçün, Şamaxı rayon Mərkəzi xəstəxanasına getmişdir. Orada komissiyadan keçən şəxslər üçün nəzərdə tutulan yerdə öz növbəsini gözləyən zaman, ilk əvvəl adını bilmədiyi və tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs onu Şamaxı rayon Mərkəzi xəstəxanasında öz yanına çağırıb, bir otağa salaraq ona bildirmişdir ki, “mənimlə görüşməyini heç kimə demə, mən sənə təqaüdünün bərpa olunmasında kömək edəcəm”. Bundan sonra, Təqsirləndirilən şəxs ondan ilkin olaraq 600 manat pul istəmiş və o, həmin məbləğdə pulu Aygünə vermişdir. Daha sonra, Aygün öz mobil telefon nömrəsini ona verib sonradan əlaqə saxlayacağını bildirmişdir. O, isə öz mobil telefon nömrəsini Aygünə verib, otaqdan çıxaraq, xəstəxananı tərk etmişdir. Təxminən bir neçə dəqiqə keçdikdən sonra, o, Şamaxı rayonu ərazisində olarkən, Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb, qısa vaxtda həmin otağa gəlməyini bildirmiş və o, yenidən daha öncə Təqsirləndirilən şəxs pul verdiyi otağa getmişdir. Otaqda Aygün ona bildirmişdir ki, “o, təqaüd düzəldən şəxslə danışmış, demişlər ki, əlavə 500 manatda pul verilməlidir”. O, Aygünə üzərində olan pulun borc pul olmasını bildirsə də, Aygün işin düzələcəyini, yəni yenidən təqaüd alacağını bildirərək, ondan 500 manat pul almışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb, Şamaxıya gəlməyini, gələrkən özü ilə pul gətirməyini, yuxarıda oturan 5 nəfər şəxslərin hər birinə 300 manatdan pul verilməli olduğunu, bununla da, onun işinin düzəldiyini bildirmişdir. Buna görə o, 1500 manat pul borc edərək, Şamaxı rayonu istiqamətində yola çıxmış və Aygünə zəng edərək, hara gəlməyini soruşduqda, Aygün ona Şamaxı Asan Xidmət mərkəzinin yanında onu gözlədiyini bildirmişdir. O, Şamaxı Asan Xidmət mərkəzinin binasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və pulu ona vermək istəyən zaman, Aygün ona bildirmişdir ki, “pulu kağıza bük ver” və o, bu məqsədlə Şamaxı Asan Xidmət mərkəzinə daxil olaraq, orada olan tanımadığı işçilərin birindən bir ədəd kağız alaraq, 700 manat və 300 ABŞ dolları olmaqla, ümümilikdə 1210 manat pulu Şamaxı Asan Xidmət mərkəzinin binasının qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, kağıza bükülü olan 1210 manat pulu Təqsirləndirilən şəxs götürərək, Şamaxı Asan Xidmət mərkəzinə daxil olmuş və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs Şamaxı Asan Xidmət mərkəzindən çıxaraq, yanına gəlmiş və bildirmişdir ki, uzağı 7 gün müddətinə onun işini düzələcək və o, Aygünlə razılaşdıqdan sonra, oranı tərk etmişdir. Təqsirləndirilən şəxs dediyi müddət bitdikdən sonra o, Aygünə məxsus mobil telefon nömrəsinə bir neçə dəfə zəng etsə də, Aygün müxtəlif bəhanələr edərək, gah xəstə olmasını, gah da, yas yerində olmasını bildirmiş, təxminən bundan bir ay sonra Təqsirləndirilən şəxs ona zəng edərək, Şamaxı rayonuna gəlməyini, işinin düzəlməsini və “qırmızı kitab” deyilən yerə qol çəkməli olduğunu bildirmişdir. O, yenidən Şamaxı rayon Mərkəzi xəstəxanasına daha öncə Aygünə pul verdiyi otağa getmiş və orada Aygün sənəd dolabından bir ədəd qırmızı üzlü kitab götürərək, ona imza atdırmış və 300 manat da, pul alıb, çöldə gözləməyini bildirmişdir. O, bir neçə dəqiqə çöldə gözlədikdən sonra, Aygün otaqdan çıxaraq, köhnə təqaüd kartını ondan alaraq “gedək bunu dəyişim” deyib xəstəxanadan çıxaraq, tanımadığı taksiyə əyləşmişlər və tanımadığı bir yerə getmişdirlər. Orada o, avtomobildə gözləmiş, Aygün isə düşərək, bir neçə dəqiqə sonra yenidən qayıdıb ona məxsus olmayan bank kartını onun başına sürtərək, kartının hazır olmasını, axşam pulları köçürdükdən sonra, verəcəklərini bildirib ondan bunun qarşılığında 750 manat pul istəmiş, o, isə Aygünə o qədər pulunun olmadığını bildirərək, üzərində cəmi 250 manat pulunun olmasını demişdir. Aygün həmin 250 manat pulu tanımadığı taksi sürücüsünün avtomobilində almış və onu Şamaxı rayon avtovağzalından Bakı şəhərinə yola salmışdır. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmağa çalışsa da, Aygün onun zənglərinə cavab verməmiş, lakin 2022-ci ilin dekabr ayının sonlarında Aygün ondan aldığı 2860 manat puldan 1460 manat hissəsini geri qaytarmışdır. Təqsirləndirilən şəxs 2860 manat pulu ondan ləğv edilmiş pensiyasının bərpa edilməsini bildirib, onu aldadıb həmin pulu ondan almışdır. İş üzrə şahidlər Şahid3, Şahid4, Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 zərərçəkmiş şəxs X12 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas, Təqsirləndirilən şəxs Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə, Ağsu rayonu Dədəli kəndində yaşayan Zərərçəkmiş şəxs8 xx.xx.2023-cü il tarixdə, Şamaxı rayonu Dağ Bağırlı kəndində yaşayan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə və ünvan 1 ünvanda qeydiyyatda olan və Suraxanı rayonu, Zığ Bağları qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-yə ərizə ilə müraciət etməli olmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdəki fayllar açıldıqda müəyyən olunmuşdur ki, 01 ədəd CD diskin yaddaşında – 06 (altı) ədəd şəkil və 08 (səkkiz) ədəd səs yazısı vardır. Həmin 06 (altı) ədəd şəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəkillər sensor tipli mobil telefonun ekranında “WhatsApp” sosial mesajlaşma proqramının işlək vəziyyətdə olduğu zamanı mesajlaşma aparılarkən çəkilmiş ekran görüntüləridir və «WhatsApp İmage 2023- 09-26 at 13.01.27», «WhatsApp İmage 2023-09-26 at 13.01.27», «WhatsApp İmage 2023-09-26 at 13.01.28», «WhatsApp İmage 2023-09-26 at 13.01.28», «WhatsApp İmage 2023-09-26 at 13.01.28», «WhatsApp İmage 2023-09-26 at 13.01.29» yazıları ilə adlandırılmışdır. Baxış zamanı, əvvəlcə X12 bildirdi ki, həmin ekran görüntülərində olan mesajlaşmalar onun həyat yoldaşı Şahid3 ilə ona qarşı dələduzluq edən Təqsirləndirilən şəxs arasında olan yazılardır. Həmin görüntülərə baxış keçirilərkən görünür ki, “Aygun” adı ilə qeyd edilmiş nömrə ilə yazılı danışıqlarda aşağıdakılar yazılmışdır:-«28 aprel 2023- “Aygun”:Bacı and olsun Allaha xestexanadayam danışa bilmirəm özüm zəng vuracam yada vacapdan yiqacam ses atacam bacı mənzər. 6 may 2023 -“Aygun”:Menzer bacı qiraqdayam özüm zəng edecem,“Aygun”:Essek deyiləm görürem ki zəng edirsen bacı qiraqdayam zəng edecfm. 7 iyun 2023-“Aygun”:Bacı, “Aygun”:Bacı menzer yalvarıram sene and verirəm bir tek Allahın adına bu gün Bakıda men zulume düşdüm ay bacı and gəlib dilime pulu hamisin 3 adamın pulun götürüb elime özümde day bezdim ne qədər yalvaracam. 12 iyun 2023-“Mənzər”:Sən öləsən minisnən gələcəm insane bu qəbər şəxsyətsiz olmaz. 17 iyun 2023-“Mənzər”:Gəlirəm mənə cavab ver yoxsa glib biyabir edəcəm gəlirəm, “Aygun”:Bacı sabah gəlirəm mən olmuş gelersen, “Mənzər”:Sabah səhər sizdəyəm mini aldapma. 18 iyun 2023-“Aygun”:Sabahin xeyir bacı şəhərin xeyirli acilsin baci, “Aygun”:Neler geldi bàsima neler basiva dolanım mənzər seni niye aldadıram yazmısan olum altında bu günü gozle bacim canim sene qurban olsun məndə bilirəm neler kecirdirsen bacım sende mənə görə danlanirsan, “Aygun”:Sende zəng vuranda mən olmuş götürüb danışa bilmirəm bacım, “Aygun”:Basiva dolanaram bacım o bir balon qadasin alaram bu günü gozle sabah mənə zəng vurarsan götürməsem telefonu bacı vacàpdan yazarsan bacim, “Aygun”:Söz verirəm bacı sabah özüm zəng vuracam, “Aygun”:And olsun Allaha sen zəng vuranda danışa bilmirəm bacim, “Aygun”:Bir bu günü gozle bacım özüm seher söz zəng vuracam. 19 iyun 2023-“Mənzər”:Noldu bu gün aldatdın data dömürəm g. 24 iyun 2023-“Mənzər”:Nə oldu yenədə aldatdın səhər gələcəm sǝn ujey ağ elǝdün. 29 iyul 2023-“Aygun”:qurban olsun size. 9 avqust 2023- “Aygun”:Sabahin xeyir bacı mene zəng ele. 9 avqust 2023-“Aygun”:Sabahin xeyir bacı mene zang ele. 31 avqust 2023-“Aygun”:İsdeyem miras bir telefonum elimden dusdu sindi helelik birin isciler verdi ki nomreni qoy isded, “Aygun”:Yaz oxuyaram indi aca bilmirem goture bilmirem, “Mənzər”:Bəs pızın ayın axırına demişdi nə oldu bəs o poza görə gözlədim, “Mənzər”:Sənin xəbər çıxmasa verəcəklər polisə gələrsən orda deyərsən». Eyni zamanda, CD diskin yaddaşında olan 08 (səkkiz) ədəd səs yazısından müəyyən edilir ki, səs yazıları mobil telefonda “WhatsApp” sosial mesajlaşma proqramı vasitəsi ilə göndərilmiş səs yazılarıdır və «WhatsApp Audio 2023-09-26 at 12.58.21», «WhatsApp Audio 2023-09-26 at 12.58.21», «WhatsApp Audio 2023-09-26 at 12.58.21», «WhatsApp Audio 2023-09-26 at 12.58.22», «WhatsApp Audio 2023-09-26 at 12.58.22», «WhatsApp Audio 2023-09-26 at 12.58.22», «WhatsApp Audio 2023-09-26 at 12.58.23», «WhatsApp Audio 2023-09-26 at 12.58.23» yazıları ilə adlandırılmışdır. Baxış zamanı, əvvəlcə X12 bildirmişdir ki, həmin səs yazıları onun həyat yoldaşı Şahid3 ilə ona qarşı dələduzluq edən Təqsirləndirilən şəxs arasında olan danışıqla bağlı səs yazılardır. Həmin səs yazılarına baxış keçirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs pulu almasını, işi görə bilməməsini, pulu qaytaracağını bildirir, yenidən pulu qaytarmadığına görə qısa müddətdə pulu qaytaracağını bildirir, Şahid3 da, Təqsirləndirilən şəxs onu aldatdığını bildirir, bu mövzuda təkrar danışıqlar davam edir. İş materiallarında olan elektron məlumat daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2022-ci il tarixdə, növbəti olaraq xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə telefon əlaqələri olmuş, onlardan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə olan əlaqələr eyni ünvanda olmuşdur, onlar arasında həmin ilin dekabr ayının sonuna kimi, eləcə də ondan sonra mütəmadi telefon əlaqələri davam etmişdir. Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2022-ci il tarixdə SMS yazısı ilə başlamış, hər gün olmaqla zəng və SMS olmaqla əlaqə olmuşdur, həmin əlaqələr zamanı Zərərçəkmiş şəxs8 istifadəsində olan nömrəsi əsasən Ağsu rayonu ərazisində, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəsi isə Şamaxı rayonu ərazisində istifadə edilmiş, onlardan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə olan əlaqələr eyni ünvanda olmuşdur. Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2022-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il və növbəti tarixlərdə zəng və SMS olmaqla telefon əlaqəsi davam etmişdir. Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2022-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il və növbəti tarixlərdə zəng və SMS olmaqla telefon əlaqəsi davam etmişdir, onlardan xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə olan əlaqələr eyni ünvanda olmuşdur. X5 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2022-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə zəng və SMS olmaqla əlaqə olmuşdur. Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2021-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il və növbəti tarixlərdə zəng və SMS olmaqla telefon əlaqəsi davam etmişdir, onlardan xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə olan əlaqələr eyni ünvanda olmuşdur. Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2021-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2021, xx.xx.2022-ci il və növbəti tarixlərdə zəng və SMS olmaqla telefon əlaqəsi davam etmişdir, onlardan xx.xx.2021-ci il tarixdə olan əlaqələr eyni ünvanda olmuşdur. Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında ilk əlaqə xx.xx.2025-ci il tarixdə zəng əlaqəsi ilə başlamış, xx.xx.2022, xx.xx.2022-ci il və növbəti tarixlərdə zəng və SMS olmaqla telefon əlaqəsi davam etmişdir, onlardan xx.xx.2021-ci il tarixdə olan əlaqələr eyni ünvanda olmuşdur. Telefon zənglərində olan məlumatların ölçüsü, yəni vərəq sayı həddindən artıq çox olduğundan və həmin həmin zəng əlaqələrinin çap edilməsi iş materiallarının lüzumsuz artıq görünməsinə səbəb olacağından həmin məlumatlar çap edilmədi. Eləcə də, diskdəki olan SMS məlumatları yoxlanıldı, həmin məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-**, X5 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**- **, ***-***-**-**, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** saylı nömrələri arasında SMS yazışmaları müəyyən edildi, həmin yazışmalarda qeyd edilən şəxslərin əvvəlcə Təqsirləndirilən şəxs pul vermələri ilə bağlı yazışmalar olduğu, daha sonra həmin şəxslərin mütəmadi olaraq Təqsirləndirilən şəxs verilmiş pulu geri tələb etmələri, sonuncunun isə hər dəfə müxtəlif sözlərlə onların gözləməsini bildirməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş X12 tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD diskdə olan məlumatlar cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğundan, həmin 1 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə X20 Regional Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X12 və Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər alt sisteminə, pensiya alt sisteminə əsasən filialdan heç bir növ sosial müavinat, təqaüd və pensiya almırlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 isə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin pensiya alt siteminə əsasən, filialdan yaşa görə əmək pensiyası alırlar. İş materiallarında olan ərizələrdən görünür ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, həmin şəxslərin iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 4(074)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 4(074)- 71/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(074)-70/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti X9 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “CD” daşıyıcısı cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, onun 357 (üç yüz əlli yeddi) gün həbsdə və ev dustaqlığında olduğu müddət 714 (yeddi yüz on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) ay 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şamaxı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “CD” daşıyıcısı cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi, eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar