Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-23/2025 25.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şamaxı rayonu, Adnalı kənd tam orta məktəbdə müəllim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinin (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) Şamaxı rayon təhsil şöbəsi üzrə 12 sentyabr 2017-ci il tarixli əmrlə Şamaxı rayonu Adnalı kənd tam orta məktəbinin direktoru səlahiyyətlərinin icrası ona həvalə edilməklə həmin mərkəzi icra hakimiyyəti orqanının 19 aprel 2022-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad olunduğu dövrədək həmin vəzifədə işləyərkən, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli 1532-VQ nömrəli Qanununun 20.3-cü maddəsinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 833-İİİQ nömrəli Qanununun 30-cu maddəsinə əsasən Adnalı kənd tam orta məktəbinə həmin təhsil müəssisəsinin nizamnaməsinə uyğun rəhbərlik etmək, dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış təhsil proqramının həyata keçirilməsini, təhsilverənlərin təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq kimi hüquqlarını və təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl edilməsini təmin etmək və təhsilverənlərin əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmələrinə nəzarət etmək, habelə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 103 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrləri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”na və “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”na əsasən dərsdənkənar məşğələlər hesab olunan fakültativ və dərnək məşğələlərini könüllülük prinsipi əsasında şagirdlərin ərizələrinə müvafiq olaraq təşkil etmək, bununla bağlı əmrlər vermək, fakültativ və dərnək məşğələ qruplarının komplektləşdirilməsini, məşğələlərin proqramının, cədvəllərinin təsdiq olunmasını təmin etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən ümumtəhsil məktəbini idarə etmək və ona rəhbərlik etmək, konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, il ərzində görüləcək işləri planlaşdırmaq və onların həyata keçirilməsinə nəzarət etmək, dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil etmək, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə etmək, Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil etmək, dərsdənkənar məşğələlərin keçirilməsini təşkil etmək, bununla bağlı tərtib olunmuş müvafiq cədvəlləri təsdiq etmək, məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən dövlət müəssisəsinin rəhbəri qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə, Təhsil Nazirliyinin müvafiq əmrləri ilə tədrisin təsdiq edilmiş ümumtəhsil məktəblərinin tədris planının tələblərinə uyğun olaraq dərsdənkənar məşğələ qruplarının 8 şagirddən az olmayaraq komplektləşdirilməsinə uyğun olaraq şagirdlərin istəyi (ərizələri nəzərə alınmaqla) ilə təşkil olunmalı olmasına baxmayaraq, 2020/2021 və 2021/2022-ci tədris illərində məktəbdə “Fakültativ” və “Dərnək” məşğələlərinə cəlb olunmuş şagirdlərdən ərizələrin alınmasını təmin etməməsi, “Fakültativ” və “Dərnək” məşğələlərinin keçirilməsi məqsədi ilə tərtib edilmiş sinif jurnallarında tədrisin keçirilməsinə dair qeydiyyatın aparılmadığı, yəni fakültativ və dərnək məşğələlərinin keçirilmədiyi halda rəsmi sənəd hesab olunan Adnalı kənd tam orta məktəbinin müəllimlərinin əmək haqqı cədvəllərinə bəzi müəllimlər və özü tərəfindən fakültativ və dərnək məşğələlərinin keçirilməklə əlavə iş saatları üzrə əmək funksiyalarını icra etmələri barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib imzalayıb möhürləyərək icraya yönəltməklə 2020/2021-ci tədris ilində fizika fənni üzrə müəllim Şahid6 Yafəz oğlunun əmək haqqı plastik bank kartına 1 dərs saatına görə 396,67 manat, texnologiya fənni üzrə müəllim Şahid13 əmək haqqı plastik bank kartına 3 dərs saatına görə 846,0 manat, ibtidai sinif müəllimi X4 əmək haqqı plastik bank kartına 3 dərs saatına görə 780,0 manat və coğrafiya-biologiya fənni üzrə müəllim olan özünün əmək haqqı plastik bank kartına 3 dərs saatına görə 846,0 manat olmaqla ümumilikdə 10 dərs saatına görə 2868,67 manat, 2021/2022-ci tədris ilində isə azərbaycan dili-ədəbiyyatı fənni üzrə müəllim X10 əmək haqqı plastik bank kartına 1 dərs saatına görə 302,57 manat, texnologiya fənni üzrə müəllim Şahid13 əmək haqqı plastik bank kartına 3 dərs saatına görə 832,56 manat, fizika fənni üzrə müəllimlər Şahid6 Yafəz oğlunun əmək haqqı plastik bank kartına 4 dərs saatına görə 1231,82 manat, Şahid4 əmək haqqı plastik bank kartına 4 dərs saatına görə 1223,94 manat, coğrafiya-biologiya fənni üzrə müəllim olan özünün əmək haqqı plastik bank kartına 2 dərs saatına görə 905,72 manat olmaqla ümumilikdə 14 dərs saatına görə 4496,61 manat məbləğində vəsaitin köçürülməsinə səbəb olmaqla dövlət büdcəsindən ayrılmış xeyli miqdar təşkil edən ümumilikdə 7365,28 manat məbləğində olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus əmək haqqı vəsaitlərini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə dövlətin - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə əhatə olunan qəsdə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, həmin niyyətlə rəsmi sənəd hesab olunan Adnalı kənd tam orta məktəbinin yuxarıda adları qeyd olunmuş müəllimlərinin və özünün əmək haqqı cədvəllərinə həmin müəllimlər və özü tərəfindən fakültativ və dərnək məşğələlərinin keçirilməklə əlavə iş saatları üzrə əmək funksiyalarını icra etmələri barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərmişdir ki, 1997-ci ildən 2017-ci ilədək Şamaxı rayonu Adnalı kənd tam orta məktəbdə coğrafiya və biologiya ixtisasları üzrə müəllim, 2017-ci ildən 2022-ci ilədək Adnalı kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmiş, əmək haqqısı coğrafiya və biologiya ixtisasları üzrə müəllim vəzifəsinə görə verilmişdir. 2022-ci ilin aprel ayından hazırkı vaxtadək coğrafiya fənni üzrə müəllim vəzifəsində işləyir. 2022-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək məktəbin tədris işləri üzrə direktor müavini Sübhi Mirzəyev, 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayınadək Şahid1 direktor vəzifəsini müvəqqəti icra etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Şahid3 Adnalı kənd tam orta məktəbin direktoru vəzifəsində təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-529 nömrəli əmri ilə təsdiq edilmiş. “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili” Qaydasına əsasən Ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddinin 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn, V-Vİ, V-Vİ-Vİİ, Vİ-Vİİ, Vİ-Vİİ-Vİİİ və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur. Lakin tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etməsinə təsir göstərmir. Dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır. Dərsdənkənar məşğələyə ayrılan saatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən müəyyən edilir və şagirdlərin dərs yükünə daxildir. Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz. Bu qaydaya da riayət edilmişdir. Ümumi təhsil müəssisəsi tərəfindən müəyyən edilən dərsdənkənar məşğələlərin proqramı isə məktəbin aidiyyəti təhsilverənləri tərəfindən hazırlanır, metodiki şurada müzakirə olunur və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir. O, da dərsdənkənar məşğələlər üçün müəllimlərin proqramını metodşurada müzakirəyə çıxarmış və təsdiq etmişdir. Belə ki, Dərsdənkənar məşğələlərin proqramı ən azı 34 saat (həftədə 1 saat olmaqla) nəzərdə tutulur. Məşğələlər məktəbin pedaqoji şurasının qərarına əsasən, ümumi dərs cədvəlinə uyğunlaşdırılaraq onun təsdiq etdiyi cədvəl üzrə aparılmışdır. Dərsdənkənar məşğələ onun əmri ilə məktəbin müvafiq müəllimləri tərəfindən aparılmışdır. Məşğələlərin mövzusu və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilmişdir. Dərsdənkənar məşğələlərin işinə ümumi rəhbərlik və nəzarət məktəbdə müvafiq əmrlə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininə və ya müavinlərdən birinə həvalə olunur. Dərsdənkənar məşğələni aparan müəllim: -dərsdənkənar məşğələ proqramını həyata keçirir; dərsdənkənar məşğələlərdə şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır, onların potensial imkanlarından səmərəli istifadə etməklə inkişaflarını düzgün istiqamətləndirir; şagirdlərin dərsdənkənar məşğələdə iştirak etdiyi müddətdə onların davamiyyətinə, sağlamlığına və s.məsuliyyət daşıyır; dərsdənkənar məşğələnin jurnalını və digər nəzərdə tutulmuş sənədləşmələri aparır. Məktəbdənkənar məşğələlər üçün məktəb müəllimlərinin jurnalları olmuş və orada qeydlər də aparılmışdır. Məktəbdə təsviri incəsənət, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq və s. dərnəklər fəaliyyət göstərmişdir. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul üçün şagirdlər birbaşa müraciət edərək müvafiq dərnəklərə qoşulmuşlar. Qaydalara əsasən hər şagird bir neçə dərnəkdə məşğul olmaq, il ərzindəsə onları dəyişmək hüququna malikdir. Fakt odur ki, məktəbdənkənar “Fakultativ” və “Dərnək” məşğələləri 2020/2021-ci və 2021/2022-ci tədris illərində məktəbin müəllimləri tərəfindən məktəbdə aparılmışdır. Onlara əmək haqqı da qanunvericiliyə uyğun olaraq hesablanmış və ödənilmişdir. Burada heç bir cinayət xarakterli əmələ yol verilməmişdir. Bunu həm şagirdlər, həm də məşğələləri aparan müəllimlər də təsdiq edə bilərlər. Məktəbin direktoru kimi müəllimlərin məşğələlərinə nəzarəti imkan qədər həyata keçirmişdir. Həm onların məşğələlərini yoxlamış, həm də müəllimlərdən kənar məşğələyə adları yazılmış şagirdlər, onların valideynləri ilə sorğu aparmaqla məşğələlərin keçirilib-keçirilmədiyini yoxlamışdır. Jurnalllarda hansısa nöqsan, səhv vardırsa, bu ancaq intizam məsuliyyətinə səbəb ola bilər. Məktəbdənkənar məşğələlərə qəbul üçün Qaydaya əsasən şagirdin və ya valideynin (onu əvəz edən şəxsin) ərizəsinin alınması zəruridir. Məktəbdənkənar “Fakultativ” və “Dərnək” məşğələlərinə qəbul zamanı şagirdlərin o cümlədən məktəbin X sinif şagirdi Fərzəliyeva Aygülün, X sinif şagirdi Şahid8, Xİ sinif şagirdi Cahangirov Seyfəlinin, onun valideyni Cahandirova Bəstinin, V sinif şagirdi Məmmədli Səbinənin, onun atası Məmmədov Sərxanın, Xİ sinif şagirdi Musəvi Nəbiyevin, V sinif şagirdi Əhmədli Şəhlanın ərizələri məhz həmin dövrdə alınmışdır və həmin ərizələr istintaqa təqdim edilmişdir. Məktəbdə jurnalların, şagird və valideynlərin ərizələrinin vaxtında yoxlamaya təqdim edilməməsinin səbəbi o, direktor vəzifəsindən çıxandan sonra təhvil verdiyi tədrislə bağlı sənədlərin məktəbdə seyfdə diqqətsiz saxlanması, qarışdırılması, itirilməsi və s. olmuşdur. Yoxlamadan sonra onlar axtarıb çox çətinliklə jurnalları, ərizələri tapa bilmişlər. Onların bir qismini istintaq orqanına təqdim etmiş, bir qismi isə özündə qalmışdır. Onda qalan sənədləri də qəbul edib istintaqda onlara hüquqi qiymət verilməsini xahiş etmişdir. 2020-ci ilin sentyabr ayının 27-də İİ Qarabağ müharibəsinin başlanması və ölkədə COVİD-18 pandemiyası ilə əlaqədar təhsil prosesi dayandırılmışdır. Bu 2020-ci ilin dekabr ayına kimi davam etmişdir. Müharibə şəraiti ilə əlaqədar “Online təhsil” prosesi “Teledərs”lə əvəzlənmişdir. Yəni şagird və müəllimlərin fiziki təmasına artıq məhdudiyyət tətbiq edilmişdir. Həmin dövrlə bağlı yoxlama aktında qeyd edilən qanunsuzluq hallarının heç bir sübut əhəmiyyəti yoxdur. 2022-ci ilin yanvar ayının 12-dən həmin ilin fevral ayının 1-nə kimi seçici siyahılarının dəqiqləşdirilməsi işinə cəlb edilmişdir. 2022-ci ilin aprel ayının 18-də isə rəsmən direktor vəzifəsindən azad edilmişdir. Yəni həmin zaman intervallarında məktəbdə dərs prosesində əgər hansısa bir qanunsuzluq halı hətta baş vermiş olsaydısa belə, bunun ona heç bir aidiyyəti yoxdur. O, direktor vəzifəsini ictimai əsaslarla idarə etdiyi dövrdə direktorun əmək haqqını yox, özünün faktiki tədris etdiyi dərsə görə ona hesablanmış əmək haqqını almışdır. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli Qərarı ilə qeyd etdiyi məhdudlaşmalar tətbiq edilmişdir. 2020/2021-ci və 2021/2022-ci tədris illərində ümumilikdə 24 dərs saatına görə 7929,48 manat məbləğində əmək haqqı “Fakultativ” və “Dərnək” məşğələləri aparmış müəllimlərə onların apardıqları işə görə ödənilmişdir və burada heç bir qanunsuzluq yoxdur. “Fakultativ” və “Dərnək” məşğələlərinin və digər bütün dərslərin cədvəli hər il tədris ilinin əvvəlində cədvəl şəkilində hazırlanaraq Təhsil şöbələrinə göndərilir. Tədris ili ərzində dərs prosesi dayandırılsa da müəllim həmin dərs saatına görə və “Fakultativ” və “Dərnək” məşğələlərinə görə əməkhaqqı alır. “Online təhsil” prosesi və ya “Teledərs”lər zamanı müəllimə əmək haqqının verilməməsi ilə bağlı ona heç bir göstəriş də verilməmişdir. Adnalı kənd tam orta məktəbində məktəbdənkənar məşğələlərə cəlb edilmiş bütün şagirdlərin ərizəsi alınmışdır, həmin ərizələrdən tapılanlarını istintaqa təqdim etmiş, digər şagirdlərin ərizələri alınsa da həmin ərizələr yoxlama zamanı aşkarlanmamışdır və harada olması barədə məlumatı da yoxdur. 2020-ci ilin sentyabr ayının 27-də İİ Qarabağ müharibəsinin başlanması və ölkədə COVİD-18 pandemiyası ilə əlaqədar təhsil prosesi dayandırılan zaman Adnalı kənd tam orta məktəbində “Fakultativ” və “Dərnək” məşğələləri keçirilmişdir və həmin məşğələləri tədris edən müəllimlər də bunu təsdiq edə bilərlər. Adnalı kənd tam orta məktəbində Şahid6 vəŞahid4 fizika fənni üzrə“Fakultativ” və “Dərnək” məşğələləri, Şahid13 Əliheydər oğlu tərəfindən əl işləri ilə bağlı dərnək” məşğələləri və onun tərəfindən “Bacarıqlı əllər” “Dərnək” məşğələləri keçirilmişdir. X33 və X20 onun direktor vəzifəsini icra etdiyi dövrdə məktəbə qəbul edilmişlər, digər şagirdlər o direktor vəzifəsini icra etdiyi müddətdə məktəbə qəbul edilməmişlər, həmin şagirdlər dərslərdə iştirak etmişdir. X15 və X25 dərslərdə iştirak etmişdir. Lakin Şahid3 təkidi və hədə-qorxusu ilə həmin şagirdlərin dərsə gəlmədiyi barədə izahatlar verilmişdir. Şagirdlərdən və ailə üzvlərindən izahatlar alınacağı təqdirdə həmin şəxslərin dərslərdə iştirak etməsi öz təsdiqini tapacaqdır. Bundan əlavə 25 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edib, cinayət işi üzrə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri üzrə vurulmuş 7365,28 manat maddi ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bildiyini qeyd edib, həmin əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq cinayət işi üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməsini, təqsirləndirildiyi digər maddə ilə isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Lakin məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dövlətə vurulmuş 7365,28 manat manat ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Buna görə də vurulmuş ziyan tam ödənildiyindən təqsirləndirlən şəxslə barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, xx.xx.2017-xx.xx.2022-ci tarixlərdə Şamaxı rayonu Çöl Göylər kənd tam orta məktəbində biologiya müəlliməsi kimi işləmiş, direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək 2023-cü ilin yanvar ayının 5-dən Şamaxı rayonu, Adnalı kənd tam orta məkbətinin direktoru vəzifəsində çalışır. İşlədiyi bu müddət ərzində Adnalı kənd tam orta məktəbində aşkar etdiyi nöqsanların aradan qaldırılması üçün çalışmışdır. Belə ki, o, yeni təyin olunduğu zaman məktəbdə 70 nəfərdən çox şagird yeri olsa da, həmin vaxt məktəbdən təhsil alan 59 nəfər şagirdin müəyyən hissəsi faktiki olaraq dərslərdən yayınmış, dərslərdə iştirakları hər gün təmin olunmamış, bəzi günlər dərsə gəlməmişlər. O, bu faktı aşkar etdikdən dərhal sonra həmin şagirdləri məktəbdən kənarlaşdırmışdır. Hazırda məktəbdə 46 şagird təhsil alır və hər biri məktəbə gəlirlər. Həmçinin məktəbin müəllimlər otağını öz vəsaiti hesabına təmir etdirmiş, məktəbdə yüksək əhval-ruhiyyə yaranmış, şagirdlər məktəbə gəlməyə həvəslənmişlər, həm şagirdlər həm də müəllimlər məktəbdən razıdırlar. Direktor təyin olunduqdan sonra məktəbin şagirdlərindən X26, X27, X33, X20, Şahid7 demək olar ki dərslərdə iştirak etməmiş, ona görə də, həmin şagirdlər digər məktəblərə yerdəyişmə etmə yolu ilə Adnalı kənd tam orta məktəbindən çıxardılmışdır. Məktəbin müəllimlərinin demələrinə görə əvvəlki illərdə də, həmin şagirdlərin dərslərə davamiyyətində ciddi nöqsanlar olmuşdur. Məktəbin Xİ sinfində iki şagird təhsil alırdı ki, onlardan Aygül Fərzəliyeva mütəmadi olaraq hər gün məktəbə gəlib dərslərdə iştirak etmiş, Süsən Mahmudlunun isə ailəvi problemlərlə bağlı dərslərdə iştirakında nöqsanlar olmuşdur. O, Süsən Mahmudlunun dərsə davamiyyətinin təmin olunmasına nail olmuş, həm Aygül, həmdə Süsən tam orta təhsilini bitirmişdir. Məktəb müəllimlərinin demələrinə görə Süsən Mahmudlunun qardaşı həbs olunduğu üçün ailəsi Bakı şəhərinə getmiş, özü isə dərslərə davam edə bilməsi üçün Adnalı kəndində dayısının evində yaşamışdır. Əvvəlki illərdə də, Süsən Mahmudlunun dərsə davamiyyətində ciddi nöqsanlar olmuşdur. O, Adnalı kənd tam orta məktəbində direktor vəzifəsinə təyin olunduqda məktəbdəki seyfdə fakültativ və dərnək məşğələləri jurnalları olmamışdır. Məktəbdə aparılmış təmir zamanı fakültativ və dərnək məşğələləri jurnalları, eləcə də, hər hansı bir sənəd itirilməmiş, məktəbdə 2020/2021-ci və 2021/2022-ci tədris illərinə dair tərtib olunmuş fakültativ və dərnək məşğələləri jurnalları istintaqa təqdim olunmuşdur. Məktəbdə fakültativ və dərnək məşğələləri jurnalıların bir hissəsinin mövcud olmaması, mövcud olanların isə düzgün tərtib olunmaması halları X40 Təhsil idarəsi tərəfindən məktəbdə aparılmış yoxlama zamanıda aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadə verib göstərdi ki, 2018-ci ildə X39 imtahanında maksimum 60 baldan 52 bal toplayaraq 2019-cu ildən hazırkı vaxta qədər Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində tarix müəllimi işləyir. X29 məkətbin Xİ sinifində təhsil aldığı müddətdə ailəsi Bakı şəhərinə köçmüş, buna görə də, Süsən bəzi vaxtlar dərslərə gəlməmiş, summativ qiymətləndirmələr aparılan zaman dərslərdə iştirak etmiş və qiymətləri yazılmışdır. X17 isə Adnalı kəndində yaşamışdır və demək olar ki, mütəmadi olaraq dərslərə gəlmiş, o da summativ qiymətləndirmələr aparılan zaman dərslərdə iştirak etmiş və qiymətləri yazılmışdır. Tədris illərində məktəbdə şagird kimi qeydiyyata alınmış X30, X31, X36, X23, Şahid7 bəzi vaxtlar dərslərdə iştirak etməmişlər. Həmin şagirdlərin dərslərdə nə üçün iştirak etməməsi barədə məlumatı yoxdur. Məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs həmin şagirdlərə sinif jurnallarında bu halların qeydə alınmaması, nəticədə tədris ilinin sonunda qiymətləndirmə aparılması barədə ona qarşı təzyiq göstərməmiş, lakin Təqsirləndirilən şəxs xahişi ilə həmin şagirdlərin dərsdə iştirak etməməsi barədə jurnalda bir neçə dəfə qeydlər aparmamış, yəni onlara bir neçə dəfə qayıb yazmamışdır. Lakin Aygül və Süsənin hər ikisinin eyni vaxtda dərsdə iştirak etməməsi halı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verib göstərdi ki, 2019-cu ildə X39 imahanından 44 bal toplayaraq təyinat əsasında Şamaxı rayonu Adnalı tam orta məktəbində təsviri-incəsənət müəllimi kimi işləməyə başlamışdır. X17 və X18 X və Xİ siniflərdə dərs keçməmişdir. O, Aygül və Süsənə onlar 9-cu sinifdə təhsil aldığı vaxt dərs keçmiş və həmin vaxt pandemiya ilə əlaqədar dərslər distant, yəni onlayn formatda keçirilmişdir. Süsən bəzi vaxtlar onlayn dərslərdə iştirak etməmişdir. X26, X27, X33, X20 və Şahid7 o, dərs keçdiyi şagirdlərdəndir. Həmin şagirdlərin hərəsi bir sinifdə təhsil almışdır. Onun adlarını qeyd etdiyi şagirdlərin təhsil aldıqları siniflərdə həftədə bir saat dərsi olmuşdur. Həmin şagirdlərin dərslərdə iştirakları mütəmadi olmamış, bəzi vaxtlar dərsdə iştirak etmiş, bəzi vaxtlar isə iştirak etməmişdir. Həmin şagirdlər dərsində iştirak etmədikləri vaxt bəzən onlara qayıbda yazmamışdır. Onlara qayıb yazılmaması ilə bağlı məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən ona heç bir təzyiq göstərilməmiş, lakin həmin şagirdlərin ara-sıra dərslərə gəlmələrinin nəzərə alınması deyilmişdir. Buna görə də həmin şagirdlərin dərslərdə iştirak etməmələri bəzi vaxtlarda üzürlü səbəb kimi nəzərə alınaraq qayıb yazılmamışdır. Lakin həmin şagirdlərin hamısı summativ qiymətləndirmələrdə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mütəllimova (İslamova) Nərmin Əflan qızı ifadə verib göstərdi ki, 2021-ci ildə X39 imtahanından maksimum 60 badan 53 bal toplayaraq Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində azərbaycan dili-ədəbiyyat müəllimi işləməyə başlamışdır. X15 və X25 məktəbə gələrək dərslərdə iştirak etmişdir. Süsən Mahmudlu dərslərə mütəmadi olaraq gəlməsə də, dərsdə iştirak etdiyi müddətdə ona dərslər tərəfindən tədris edilmişdir. Süsən Mahmudlu dərslərdə iştirak etmədiyi vaxtda jurnalda bu barədə qeydlər aparmışdır. X15 isə Adnalı kəndində yaşamışdır və demək olar ki, mütəmadi olaraq dərslərə gəlmiş, o da summativ qiymətləndirmələr aparılan zaman dərslərdə iştirak etmiş və qiymətləri yazılmışdır. Aygül və Süsənin hər ikisinin eyni vaxtda dərsdə iştirak etməməsi halı olmamışdır. Tədris illərində məktəbdə şagird kimi qeydiyyata alınmış X26, X27, X16 oxuduqları siniflərdə dərs tədris etmişdir. Onlar bəzi vaxtlar onun dərslərində iştirak etməmişlər. Lakin dərslərə mütəmadi gəlməmə halları olmamışdır. Adnalı kənd tam orta məktəbində 2021/2022-ci tədris ilində azərbaycan dili-dəbiyyatı fənnindən 10-11-ci sinif şagirdlərindən ibarət qrupa həftədə 1 saat fakultativ məşğələ keçmiş, buna görə əmək haqqı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayonu təhsil sektorunun aparıcı məsləhətçi Şahid18 ifadə verib göstərdi ki, X40 Təhsil idarəsi tərəfindən Adnalı kənd tam orta məktəbində aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, Adnalı kənd tam orta məktəbinin 2020/2021-ci tədris ilində xx.xx.2020-ci il tarixdən tədris ilinin sonuna qədər əmək haqqı cədvəllərində Şahid13 3 saat, Cahangirova Fatmaya 3 saat, Təqsirləndirilən şəxs 3 saat dərnək məşğələsinə görə əmək haqqı, habelə xx.xx.2021-ci il tarixdən Şahid6 1 saat dərsdən kənar məşğələyə (fakültativ) görə əmək haqqı ödənilmişdir. Lakin F.Cahangirovanın, Təqsirləndirilən şəxs və Şahid6 dərnək jurnalları yoxlama zamanı təqdim olunmamışdır. Həmçinin Şahid13 tərəfindən tərtib olunmuş 2020/2021-ci tədris ili üzrə dərnək jurnalının arxasında “Məktəb rəhbərinin qeyd və təklifləri” və tədrisin “Yerinə yetirilməsi haqqında qeyd” bölməsində məktəb rəhbərliyi tərəfindən heç bir qeyd aparılmamışdır. Bundan başqa 2021/2022 tədris ilində dərnək və dərsdənkənar məşğələlərin pulu əmək haqqı cədvəlləri üzrə xx.xx.2021-ci il tarixdən tədris ilinin sonuna kimi ödənilmişdir. Dərnək məşğələ jurnalında tədrisin keçirilməsi 2021-ci ilin oktyabr ayından başlamasına baxmayaraq 2021-ci ilin sentyabr ayında A.Aliyevə, Şahid6 və Şahid4 əmək haqqı ödənilmişdir. Dərsdənkənar məşğələ jurnallarında qeydlər aparmadığı halda 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs və 2022-ci ilin iyun ayında Şahid4 əmək haqqı ödənilmişdir. 2021/2022 tədris ili üzrə dərnək və dərsdənkənar məşğələlər jurnallarının heç birinin arxasında “Məktəb rəhbərinin qeyd və təklifləri” və tədrisin “Yerinə yetirilməsi haqqında qeyd” bölməsində məktəb rəhbərliyi tərəfindən heç bir qeydlər aparılmamışdır. Həmçinin təqdim olunmuş jurnallarda dərnək və fakültativlərin yaradılması üçün tələb olunan 8 şagird sayının düzəldilməsi üçün bir sıra şagirdlərin adlarının sonradan fərqli qələmlə, fərqli xətlə yazılması halları aşkar olunmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü Şahid7 göstərdi ki, 2022-ci ildə atası və anası boşanmış, o, anasının himayəsində qalmışdır. Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, 2023-cü ilin oktyabr ayına qədər Şamaxı rayonu Adnalı kəndində ailə üzvləri ilə yaşamış və Adnalı kənd tam orta məktəbində 7-ci sinifə qədər təhsilini davam etdirmişdir. 2023-cü ilin oktyabr ayından etibarən isə Abşeron rayonu Müşfiq qəsəbəsinə yerləşən 274 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Onun ağ ciyərlərində problemlər olduğundan səhhəti ilə bağlı dərslərdə ara-sıra iştirak etmiş, Şamaxı rayonunda və Bakı şəhərində müalicədə olmuş, dərslərdə iştirak etmədiyi müddətlərdə məktəbin direktoruna bu barədə valideynləri tərəfindən məlumat verilmişdir. O, Adnalı kənd tam orta məktəbində təhsil aldığı müddət ərzində Şamaxı rayonu Adnalı kəndində yerləşən özlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Adnalı kənd tam orta məktəbində təhsil aldığı müddətlərdə ibtidai sinif müəllimləri Fatma və Aysel adlı müəllimlər olmuş, beşinci sinifdən yeddinci sinifə qədər təhsil adlığı müddətlərdə ingilis dilindən Ağasəlim müəllimdən dərs almışdır. Digər müəllimlərin isə adlarını bilməmişdir. O, Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində təhsil aldığı müddətlərdə tarix, azərbaycan dili, ədəbiyyat, fiziki tərbiyə, riyaziyyat, incəsənt, eləcə də tədris olunan digər bütün fənləri kimin tədris etməsi barədə məlumatı yoxdur. O, xəstəliyi ilə bağlı dərslərdə az iştirak etdiyi üçün müəllimlərin kim olması barədə məlumatı yoxdur, həmin fənləri tədris etmiş müəllimləri tanımır. O, dərslərdə iştirak etmədiyi vaxtlarda ona tədris edilən fəndən qiymət yazılması halı olmuşdur, lakin dərslərdə iştirak etmədiyi halda ona hansı fəndən və kim tərəfindən qiymət yazılması barədə məlumatı yoxdur. O, 6-cı sinifdə təhsil aldığı müddətdə ilin sonunda summativ qiymətləndirmədə iştirak etmiş, digər vaxtlarda summativ qiymətləndirmədə iştirak etməmişdir. Tədris ili ərzində qış aylarında məktəb soyuq olduğu üçün, o isə xəstə olduğu üçün dərslərdə iştirak etməmiş, digər aylarda isə dərslərdə xəstə olmadığı vaxtlarda ara-sıra iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verib göstərdi ki, 2005-ci ildən hazırkı vaxta qədər Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində gənclərin çağırışa qədərki hazırlıq müəllimi işləyir. X17 və X18 dərs keçmişdir. X17 mütəmadi olaraq dərslərdə iştirak etmişdir. X29 gec-gec dərslərə gəlmiş, buna görə tərəfindən qayıb yazılmışdır. Süsən Mahmudlu dərslərdə iştirak etmədiyi halda dərs jurnalında sonuncunun dərsdə iştirak etməsinin qeyd edilməsi barədə ona heç kim tərəfindən heç vaxt göstəriş verilməmişdir. X37 summativ qiymətləndirmələrdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadə verib göstərdi ki, 1993-cü ildən hazırkı vaxta qədər Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində azərbaycan diliədəbiyyat müəllimi kimi işləyir. X15 və X25 məktəbə gələrək dərslərdə iştirak etmişdir. Süsən Mahmudlu dərslərə mütəmadi olaraq gəlməsə də, dərsdə iştirak etdiyi müddətdə sonuncuya dərslər onun tərəfindən tədris edilmişdir. Süsən Mahmudlu dərslərdə iştirak etmədiyi vaxtda təhsilinin yarımçıq qalmaması üçün və ailəsində problemlər olduğundan dərslərə gəlməkdə çətinlik çəkdiyindən, Elm və Təhsil Nazirliyinin şagirdlərin dərsdən yayındırılmaması barədə göstərişlər olduğundan jurnalda qeyd edilən hallar nəzərə alınaraq bəzi hallarda dərsdə iştirak etməməsi barədə qeyd aparılmamışdır. X25 məktəbin Xİ sinifində təhsil aldığı müddətdə ailə vəziyyəti ilə bağlı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, dərslərə mütəmadi olaraq gəlməmiş, summativ qiymətləndirmələr aparılan zaman dərslərdə iştirak etmiş və qiymətləri yazılmışdır. X15 Adnalı kəndində yaşamış dərslərdə iştirak etmiş, o da summativ qiymətləndirmələr aparılan zaman dərslərdə iştirak etmiş və qiymətləri yazılmışdır. Tədris illərində məktəbdə şagird kimi qeydiyyata alınmış X26, X27, X33, X20, Şahid7 az hallarda dərslərdə iştirak etmişdir. Həmin şagirdlərin dərslərdə nə üçün iştirak etməməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 1985-ci ildən hazırkı vaxta qədər Adnalı kənd tam orta məktəbində fizika müəllimi kimi pedeqoji fəaliyyətlə məşğul olur. Məktəbin şagirdlərindən X11, X12 təhsil aldıqları sinifin sinif rəhbəri olmuş, onlar əvvəllər dərslərə mütəmadi olaraq gəlsələr də, sonradan ataları vəfat etdiyi üçün Bakı şəhərinə köçmüş və dərslərə maddi imkanları olmadığı üçün mütəmadi olaraq gəlməmişlər. Leyla Ələsgərli və İmran Ələsgərli məktəbə gəlmədikləri vaxtda bu barədə jurnallarda qeydiyyat aparılmış, həmin şagirdlər summativ qiymətləndirmələrdə iştirak etmişlər. Adnalı kənd tam orta məktəbində 2021/2022-ci tədris ilində onun tərəfindən fizika fənni üzrə dərnək məşğələləri keçirilmiş, dərnək məşğələlərinə cəlb olunmuş şağirdlərdən ərizələr alınmış, həmin vaxt məktəbin direktoru işləmiş şəxsə təhvil verilmişdir. Tərəfindən fizika fənni üzrə dərnək məşğələlər tədris edilmiş, buna görə əmək haqqı almış, verilmiş əmək haqqını özü almışdır. Həmçinin dərnək məşğələlərinin jurnalıda tərəfindən mütəmadi olaraq yazılmışdır. 2021/2022-ci tədris ilində o, yalnız bir qrupa fizika fənnindən dərnək məşğələsi keçmişdir. Həmin şagirdlər, 8 nəfərdən ibarət say tərkibi düzəlməsi üçün müxtəlif siniflərdən yığılmış şagirlər olmuşdur. Hər iki jurnalla tanış olmuşdur, hər iki jurnaldakı onun tədris etdiyi dərnəklərə aid hissədə mövzular və şagirdlərin adları onun tərəfindən yazılmışdır. 2021-2022ci tədris ilinə aid üzərində “ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnalda Səlma Qəribli adlı şagirdin adının niyə fərqli qələmlə yazılmasını bilmir. Həmçinin 2021-2022-ci tədris ilində onun tədris etdiyi dərnək məşğələlərinə görə niyə iki jurnalın tərtib olunmasını, həmin jurnallarda dərnəklərin keçirilmə tarixlərinin və mövzuların niyə üst-üstə düşməməsini, bir-birindən tam fərqli olmasını izah edə bilmir. X35 kənd tam orta məktəbində təhsil aldığı müddətdə Adnalı kəndində anası ilə birlikdə yaşamışdır. Aygülün atası vəfat etmişdir. Aygül evin yeganə övladıdır. Aygül mütəmadi olaraq Adnalı kənd tam orta məktəbinə gəlib dərslərdə iştirak etmişdir. X37 da Adnalı kənd orta məktəbində təhsil aldığı müddətdə dərslərdə iştirak etmişdir. X24rdaşı həbs olunduğundan anası Bakı şəhərinə köçdüyü üçün bəzi vaxtlar dərslərdə iştirak etməsə də, Aygül Mahmudlu mütəmadi olaraq dərslərdə iştirak etmişdir. Aygül Mahmudlunun atası, qardaş bacısı olmadığından, bir tək anası olduğundan gedəsi başqa yeri, Şamaxıdan kənarda yaşayan qohumuda yoxdur ki, təhsil aldığı müddətdə Şamaxıda yaşamasın və buna görə də, dərslərə gəlməsin. Süsən dərslərdə iştirak etmədikdə əksər vaxtlar ona qayıb yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, 2008-ci ildən hazırkı vaxta qədər Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi işləyir, təxminən 2014-cü ildən hazırkı vaxta qədər Adnalı kənd tam orta məktəbinin direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavinidir. X17 və X18 dərs keçmişdir. X17 mütəmadi olaraq dərslərdə iştirak etmişdir. X29 mütəmadi olmasa da dərslərə gəlmişdir. X37 ailə vəziyyəti ilə bağlı Bakı şəhərinə köçdüyü müddətdə onun təhsilini bitirə bilməsi üçün bəzi vaxtlarda dərsdə iştirak etməməsi tərəfimdən üzürlü səbəb kimi nəzərə alınmışdır. X51 dərslərdə iştirak etmədiyi halda dərs jurnalında onun dərsdə iştirak etməsinin qeyd edilməsi barədə ona heç kim tərəfindən heç vaxt göstəriş verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, 1986-ci ildən hazırkı vaxta qədər Adnalı kənd tam orta məktəbində fizika müəllimi kimi pedeqoji fəaliyyətlə məşğul olur. Adnalı kənd tam orta məktəbində 2020/2021 və 2021/2022-ci tədris illərində tərəfindən fizika fənni üzrə “Fakultativ” məşğələlər keçirilmiş, “Fakultativ” məşğələlərə cəlb olunmuş şağirdlərdən ərizələr alınmış, həmin vaxt məktəbin direktoru işləmiş şəxsə təhvil verilmişdir. Tərəfindən fizika fənni üzrə “Fakultativ” məşğələlər tədris edilmiş, buna görə verilmiş əməkhaqqını özü almışdır. Lakin “Fakultativ” məşğələlərlə bağlı şagirdlərdən alınmış ərizələrin harada olmasını bilmir. Həmçinin “Fakultativ” məşğələlərin jurnalları da tərəfindən mütəmadi olaraq yazılmışdır. Jurnal ona təqdim olunmuşdur. Həmin jurnal fakultativ və dərnək məşğələləri jurnalıdır. Həmin jurnalda o, tədris etdiyi fakultativ məşələləri yazmışdır. Jurnaldakı qeydlər yazılar onun tərəfindən yazılmışdır, lakin Əfəndiyev İsaq adlı şagirdin adını jurnala kimin yazmasını bilmir. İsaq Əfəndiyev, Aygül Fərzəliyeva və Süsən Mahmudlu mütəmadi olaraq onun keçdiyi fakultativ məşğələlərdə iştirak etmişdir. Adnalı kənd tam orta məktəbində 2021-2022-ci tədris ilinə aid 10 və 11-ci sinifləri əhatə edən “dərsdən kənar məşğələ jurnalı” yazılmış jurnal ona tədim olunmuşdur. Həmin jurnal onun tərəfindən tədris olunmuş fakultativ məşğlələrin jurnalıdır. Jurnaldakı yazılar və qeydlər onun tərəfindən yazılmış, həmçinin jurnalda adları qeyd olunan şagirdlər tərəfindən keçirilmiş fakultativ məşğələlərdə mütəmadi olaraq iştirak etmişdir. Lakin 2021-2022-ci tədris ilində keçdiyi fakultativ məşğələləri nə üçün iki jurnala qeyd etdiyini hazırda xatırlamır. Pandemiya və müharibə ilə əlaqədar əyani təhsil dayandırıldığı dövrdə tərəfindən fakultativ məşğələlər distant formada keçirilmişdir. Aygül Fərzəliyeva və X47 kənd tam orta məktəbində təhsil aldıqları müddətdə Adnalı kəndində yaşamış, dərslərdə mütəmadi olaraq iştirak etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Əliheydər oğlu ifadə verib göstərdi ki, 1984-cü ildən hazırkı vaxta qədər Adnalı kənd tam orta məktəbində texnologiya müəllimi kimi pedeqoji fəaliyyətlə məşğul olur. Adnalı kənd tam orta məktəbində 2020/2021 və 2021/2022-ci tədris illərində onun tərəfindən texnologiya fənni üzrə “Dərnək” məşğələləri keçirilmiş, Dərnək məşğələlərinə cəlb olunmuş şağirdlərdən ərizələr alınmış, həmin vaxt məktəbin direktoru işləmiş şəxsə təhvil verilmişdir. Tərəfindən texnologiya fənni üzrə “Dərnək” məşğələsi tədris edilmiş, buna görə verilmiş əmək haqqını özü almışdır. Məşğələlər zamanı onunla uşaqların birgə hazırladıqları əşyalar, maketlər hazırda da məktəbdə mövcuddur. Lakin şagirdlərdən alınmış ərizələrin harada olmasını bilmir. Həmçinin Dərnək məşğələlərinin jurnallarıda tərəfindən mütəmadi olaraq yazılmışdır. Qeyd olunan tədris illərində onun tərəfindən fakultativ məşğələlər tədris edilməmiş, ümumiyyətlər fakultativ məşğələlərin tərəfindən tədrisi nəzərdə tutulmamış, buna görə əmək haqqı almamışdır. Yalnız dərnək məşğələlərini tədris etmişdir. Tərəfindən tədris olunmuş dərnəklərdə ev maketi, təyyarə maketi, körpü maketi düzəldilmiş, məktəbdə olan bir sıra inventarlarının təmiri həyata keçirilmişdir. Adnalı kənd tam orta məktəbində 2021-2022-ci tədris ilinə aid üzərində “ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnal ona təqdim olunmuş, jurnalla tanış olmuş, həmin jurnalda o, tədris etdiyi fakultativ məşğələləri yazmışdır. Jurnaldakı şagirdlərin adları və tədris olunmuş mövzular onun tərəfindən öz xətti ilə yazılmışdır. X42 adlı şagirdin adının jurnala niyə fərqli qələmlə yazılmasını bilmir. Mövzular tərəfindən tərtib edilmiş proqram əsasında dərnək məşğələlərində keçirilmişdir. Aygül Fərzəliyeva onun bacısı qızıdır. Aygül Adnalı kənd tam orta məktəbində təhsil aldığı müddətdə Adnalı kəndində anası ilə birlikdə yaşamışdır. Aygülün evi onun yaşadığı evlə yanaşı yerləşir. Aygülün atası təxminən 15 il əvvəl vəfat etmişdir. Aygül evin yeganə övladıdır, hazırda ailə qurmuşdur. Aygül mütəmadi olaraq Adnalı kənd tam orta məktəbinə gəlib dərslərdə iştirak etmişdir. X37 da Adnalı kənd orta məktəbində təhsil aldığı müddətdə dərslərdə mütəmadi olaraq iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2010-cu ildən Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində sinifdənxaric məktbədən kənar işlər üzrə təşkilatçı müavin vəzifəsində işləyir. Hazırda da həmin vəzifədədir. 15 sentyabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək X40 Təhsil idarəsinin razılığı ilə Şamaxı rayonu Adnalı kənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra etmişdir. X29 və X17 faktiki olaraq təhsil aldıqları müddətdə Şamaxı rayonu Adlanlı kəndində yaşamışlar. X9 dərsə davamiyyəti yaxşı olmuşdur. X13 ailəsində problemlər olduğundan sonuncunun dərsə davamiyyətində də problemlər yaranmış, mütəmadi olmasa da dərslərə arabir gəlmişdir. X30, X31 məktəbdə təhsil aldıqları müddət ərzində ara-sıra dərsə gəlmişlər, həmin şagirdlər təhsil aldıqları müddətdə Adnalı kəndi ərazisində yaşamışlar. X36, X23 təhsil aldıqları müddətdə Adnalı kəndi ərazisində yaşamamışlar, dərsə ara-sıra gəlmişlər. Şahid7 onun qohumudur, Adnalı kəndi ərazisində yaşamış, 6-cı sinifə qədər dərsə davamiyyəti yaxşı olmuşdur, lakin 7-ci sinifdə oxuduğu müddətdə ailəsində problem olduğu üçün dərsə mütəmadi olaraq gəlməmişdir, sonradan başqa məktəbdə təhsil almağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadə verib göstərdi ki, 2017-ci ildə X39 imtahanında maksimum 60 baldan 46 bal toplayaraq 2017-ci ildən hazırkı vaxta qədər Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. X30, X32, X36, X23, Şahid7, X29 və X9 heç biri məktəbin digər şagirdləri kimi dərslərdə mütəmadi olaraq iştirak etməmiş, ara-sıra dərslərdə iştirak etmişlər. X51 və Aygül Fərzəliyevaya aşağı siniflərdə o, dərs dediyi vaxtlarda həmin şagirdlər gündəlik dərslərdə iştirak etmişlər, həmin şagirdlərə İX, X-cu siniflərdə təhsil aldıqları vaxtlarda onun tərəfindən dərs tədris edilməmişdir. Süsən Mahmudlunun ailəsində problemlər olmuş, buna görə Bakı şəhərində yaşamağa başlamışdır. O, Süsən Mahmudlunun Xİ sinifdə təhsil aldığı sinifə dərs keçmiş, həmin vaxtlarda Süsən Mahmudlu dərslərdə mütəmadi olaraq iştirak etməmişdir. X30, X31, X36, X23, Şahid7, X29 və X1 qiymətləndirmələrdə iştirak etmişlər, qiymətlər yazılmışdır. Təqsirləndirilən şəxs həmin şagirdlərin sinif jurnallarında bu halların qeydə alınmaması, nəticədə tədris ilinin sonunda qiymətləndirmə aparılması barədə ona təzyiq göstərməmişdir, lakin həmin şagirdlərin summativ qiymətləndirilməsi aparılmalı olan zaman bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu şagirdin summativ qiymətləndirmədə iştirak etməsini təmin etmişdir. 2020/2021-ci tədris ili üzrə həmin sinifə Reyhan Eynalova riyaziyyat fənnini tədris etmişdir, o, həmin tədris ilində Süsən Mahmudluya və Aygül Fərzəliyevaya dərs tədris etməmişdir. 2022/2023-cü tədris ili üzrə qeyd edilən dərs saatları onun tərəfindən tədris edilmiş, buna görə də əməkhaqqı almışdır. Süsən Mahmudlu və Aygül Fərzəliyevanın hər ikisi dərsdə iştirak etmədiyi hallar bir neçə dəfə olmuşdur. Digər adı çəkilən şagirdlər dərsdə iştirak etmədikləri halda isə onların sinif yoldaşları dərsdə iştirak etmiş və dərs tədris edilmişdir. Lakin həmin şagirdlər dərsdə iştirak etmədikləri halda bəzi hallarda bu barədə jurnalda qeydiyyat aparılmamışdır ki, şagird sinifdə qalmasın və sinifdən sinifə keçə bilsin. Təqsirləndirilən şəxs uşaqlar təhsildən yayınmasın deyə uşaqların dərsdə iştirak etmədiyi halda jurnalda qeydiyyat aparılmaması barədə ona şifahi göstəriş vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şahid8, X17, Şahid17 və Şahid9 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid8 ifadəsində göstərmişdir ki, atası orqanizm funksiyaları 81-100 % pozulmuş şəxsdir, birinci qrup gözdən əlildir. Böyük qardaşı Ülvi Mahmudov isə 2022-ci ildə qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuşdur. 2012-ci ildə Şamaxı rayonu Adnalı kənd tam orta məktəbinin birinci sinifində təhsil almağa başlamışdır. Həmin məktəbi 2023-cü ildə bitirmişdir. Məktəbdə təhsil aldığı dövrdə, 9-cu sinifə qədər dərslərdə mütəmadi iştirak etmiş, dərslərinə daim yüksək səviyyədə hazırlaşmasa da, dərsə davamiyyəti yaxşı səviyyədə olmuşdur. 9-cu sinifə qədər hər gün dərslərlə iştirak etmişdir. Qardaşı Ülvi həbs olunduqdan sonra ailəsinin maddi vəziyyəti pisləşdiyi üçün anası və digər qardaşı Mehrac iş tapmaq məqsədi ilə atası ilə birlikdə Bakı şəhərinə köçüb orada kirayədə yaşamağa başlamışlar. O, isə məktəbi bitirmədiyi üçün dayısı X43 rayonu Adnalı kəndindəki evində yaşamağa başlamışdır. O, 9-11-ci siniflərdə təhsil aldığı müddətlərdə Şamaxı rayonu Adnalı kəndində yaşasa da, dərsə mütəmadi olaraq getməməyə başlamışdır. Çünki sinifdə onunla birgə cəmi iki şagird olmuş, həmdə ailə vəziyyəti ilə bağlı ali təhsil almaq şansı da olmamışdır. Dayısı Nazimin evində yaşadığı müddətdə bayram günlərində və ya tətil günlərində, habelə dərslərdə iştirak etmədiyi günlərdə Bakı şəhərində yaşayan ailəsinin yanına gedib, onlarla qalmışdır. 9-11-ci siniflərdə təhsil aldığı zaman Kiçik Summativ qiymətləndirmə və Böyük summativ qiymətləndirmə imtahanlarında iştirak etmiş, qiymət almışdır. Dərsə gəlmədiyi müddətlərdə isə ona qiymət yazılıb-yazılmaması barədə məlumatı yoxdur. Həmçinin dəqiq olaraq hansı tarixlərdə dərsdə iştirak etmədiyini xatırlamamışdır. Tədris ili ərzində bəzən həftələrlə, bəzən aylarla məktəbə getməmiş, dərslərdə üzrsüz səbəbdən iştirak etməmişdir. Dərslərdə iştirak etmədiyi vaxtlar Bakı şəhərində ailə üzvlərinin yanında olmuş, onlarla birlikdə qalmışdır Şahid X17 ifadəsində göstərmişdir ki, 2012-2023-cü illərdə Şamaxı rayon Adnalı kənd tam orta məktəbində tam orta təhsil almışdır. 2020/2021-ci tədris ilində İX, 2021/2022-ci tədris ilində X, 2022/2023-cü tədris ilində isə Xİ sinifdə təhsil almışdır. 2023-cü ildə Adnalı kənd tam orta məktəbindən məzun olmuşdur. Təhsil aldığı müddətdə onunla eyni sinifdə cəmi bir nəfər şagird- Şahid8 olmuşdur. Onun yaşadığı ünvan Adnalı kənd tam orta məktəbinin yaxınlığında yerləşmiş, təhsil aldığı bütün müddət ərzində Şamaxı rayonu Adnalı kəndində yaşamış, mütəmadi olaraq dərslərdə iştirak etmiş və dərsdən nadir hallarda üzürsüz səbəblərdən yayınmışdır. Pandemiya dövründə isə dərslərdə onlayn qaydada iştirak etmişdir. Təhsil aldığı müddət ərzində sinif yoldaşı Şahid8 dərsə gəlmədiyi vaxtlarda da, o, dərslərdə iştirak etmişdir. 10-cu və 11-ci siniflərdə təhsil aldığı zaman Azərbaycan dili-ədəbiyyat fənlərindən Qiyas müəllim, biologiya fənnindən isə Dəyanət müəllim tərəfindən təşkil edilmiş “Fakültativ” və “Dərnək” məşğələlərində iştirak etmişdir. Həmin məşğələlərdə iştirak etmək üçün ərizə ilə müraciət edib-etmədiyini xatırlamır. Məktəbin digər hər hansı bir başqa müəllimi tərəfindən ona “Fakültativ” və “Dərnək” məşğələləri tədris edilməmişdir. Başqa “Fakültativ” və “Dərnək” məşğələlərinə cəlb olunmamışdır. Həmçinin 9-cu sinifdə təhsil aldığı müddətdə də, “Fakültativ” və “Dərnək” məşğələlərinə cəlb olunmamışdır. Şahid6 tanıyır, lakin sonuncunun Adnalı kənd tam orta məktəbində hansı fənni tədris etməsini xatırlamır. 2021-2022-ci tədris ilində Şahid6 tərəfindən məktəbdə “Fakültativ” və ya “Dərnək” məşğələlərinin keçirilib-keçirilməməsini bilmir. O, Şahid6 tərəfindən təşkil edilmiş “Fakültativ” və ya “Dərnək” məşğələlərində heç vaxt iştirak etməmişdir. Əyani təhsilin dayandırıldığı, tədrisin distant formada aparıldığı müddətdə “Fakültativ” və ya “Dərnək” məşğələləri distant formada keçirilməmişdir. O, Adnalı kənd tam orta məktəbində təhsil aldığı müddətdə “Fakültativ” və ya “Dərnək” məşğələlərində distant formada heç vaxt iştirak etməmişdir. Distant formada yalnız dərslərdə iştirak etmişdir. Şahid17 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında keçirilmiş X44 imtahnından 58.5 bal toplayaraq təyinat üzrə Şamaxı rayonu Adnalı Kənd tam orta məktəbində biologiya müəllimi kimi işləməyə başlamışdır. X17 və X29 mütəmadi olmasa da dərslərdə iştirak etmişdir. Onlara dərslər tədris edilmişdir. Şagird Şahid7 dərs demiş, Şahid7 dərslərdə çox az iştirak etmişdir. Şahid9 ifadəsində göstərmişdir ki, əri Vüqar Mahmudov orqanizm funksiyaları 81-100 % pozulmuş şəxsdir, gözdən əlildir, Şahid8 onun qızıdır, oğlu məhkum olunmuşdur. Şahid8 2012ci ildə Şamaxı rayonu Adnalı kənd tam orta məktəbinin birinci sinifində təhsil almağa başlamış, həmin məktəbi 2023-cü ildə bitirmişdir. Qızı Süsən məktəbdə təhsil aldığı dövrdə, ku sinifə qədər dərslərdə mütəmadi iştirak etmiş, dərslərinə daim yüksək səviyyədə hazırlaşmasa da, dərsə davamiyyəti yaxşı səviyyədə olmuşdur. 9-cu sinifə qədər hər gün dərslərlə iştirak etmişdir. Oğlu Ülvi həbs olunduqdan sonra ailəsinin maddi vəziyyəti pisləşdiyi üçün o və oğlu Mehrac iş tapmaq məqsədi ilə əri ilə birlikdə Bakı şəhərinə köçüb orada kirayədə yaşamağa başlamışlar. Süsən isə məktəbi bitirmədiyi üçün qardaşı X43 rayonu Adnalı kəndindəki evində yaşamağa başlamışdır. Süsən 9-11-ci siniflərdə təhsil aldığı müddətlərdə Şamaxı rayonu Adnalı kəndində yaşasa da, dərsə mütəmadi olaraq getməməyə başlamışdır. Çünki sinifdə onunla birgə cəmi iki şagird olmuş, həm də ailə vəziyyəti ilə bağlı ali təhsil almaq şansı da olmamışdır. Həmin şagird Fərzəliyeva Aygül olmuşdur. Süsən onun qardaşı Nazimin evində yaşadığı müddətdə bayram günlərində və ya tətil günlərində, habelə dərslərdə iştirak etmədiyi günlərdə Bakı şəhərində yaşayan ailəsinin yanına gedib, orada qalmışdır. Şahid8 9-11-ci siniflərdə təhsil aldığı zaman Kiçik summativ qiymətləndirmə və Böyük summativ qiymətləndirmə imtahanlarında iştirak etmiş, qiymət almışdır. Şahid8 dərsə gəlmədiyi müddətlərdə isə ona qiymət yazılmaması barədə məlumatı yoxdur. Həmçinin dəqiq olaraq hansı tarixlərdə dərsdə iştirak etmədiyini hazırda xatırlamır. Süsən dərslərdə iştirak etmədiyi halda ona tədris edilən fənlərdən sinif jurnalında qiymət yazılıb-yazılmaması barədə məlumatı yoxdur. O, bildiyi qədəri ilə Süsən dərslərdə iştirak etmədiyi vaxtlarda sonuncuya qayıb yazılmışdır. Şahid8 tədris ili ərzində bəzən həftələrlə, bəzən aylarla məktəbə getməmiş, dərslərdə üzrsüz səbəbdən iştirak etməmişdir. Dərslərdə iştirak etmədiyi vaxtlar Bakı şəhərində ailə üzvlərinin yanında olmuşdur, onlarla birlikdə yaşamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqqında“ 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və ibtidai araşdırma aparılması üçün istintaq qrupunun yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə verilmiş xx.xx.2022-ci il tarixli 29 nömrəli əmrdən görünür ki, təlim tərbiyə prosesində yol verdiyi nöqsanlara görə Şamaxı rayonu, Adnalı kənd tam orta məktəbin direktor səlahiyyətlərini ictimai əsaslarla icra edən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən direktor səlahiyyətlərinin icrasından azad edilmiş, direktor səlahiyyətlərinin icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 həvalə edilmişdir. Araşdırma müddətində Şamaxı rayonu Adnalı kənd tam orta məktəbin maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlanılmışdır. Şamaxı rayonu Adnalı kənd tam orta məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair 30 mart 2024-cü il tarixli aktdan və həmin akta əlavə olunmuş sənədlərdən görünür ki, Şamaxı rayonu Adnalı kənd tam orta məktəbində yoxlama ilə əhatə olunan dövrdə direktor vəzifəsində 15 sentyabr 2020-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək Təqsirləndirilən şəxs, 20 aprel 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək X5, 15 sentyabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək Şahid1, 05 yanvar 2023-cü il tarixdən hal-hazıradək Şahid3, tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsində X5 və təşkilati işlər üzrə direktor müavini Şahid1 işləmişlər. Şamaxı rayonu Adnalı kənd tam orta məktəbinin şəbəkəsi 2020/2021-ci tədris ili üzrə 11 sinif, 9 sinif komplekti (58 nəfər şagird), 1 məktəbə hazırlıq qrupu (7 şagird), 1 sinif evdə təhsil (1 nəfər şagird), 2021/2022-cı tədris ili üzrə 11 sinif, 9 sinif komplekti (62 nəfər şagird), 1 sinif evdə təhsil (1 nəfər şagird), 1 məktəbə hazırlıq qrupu (4 uşaq), 2022/2023-cü tədris ili üzrə 11 sinif, 9 sinif komplekti (56 nəfər şagird), 1 sinif evdə təhsil (1 nəfər şagird) və 2023/2024-cü tədris ili üzrə 11 sinif, 9 sinif komplekti (45 nəfər şagird), 1 sinif evdə təhsil (1 nəfər şagird) təsdiq edilmişdir. Qeyd edək ki, 2020/2021, 2021/2022, 2022/2023 və 2023/2024-cü tədris illərində bir və üçüncü siniflər, ikinci və dördüncü siniflər müvafiq qanunvericiliyə əsasən birləşdirilmişdir. Adnalı kənd tam orta məktəbinin 2020/2021 və 2021/2022 tədris illərə dair jurnallarına 12 iyun 2024-cü il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur: 1) 2020/2021-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnal. Jurnalın 4-11-ci səhifələrində diyircəkli qələmlə dərnəyin adı “Gənc texniklər” və məktəbin texnologiya müəllimi Şahid13 adı yazılmışdır. Jurnalın 8-10cu səhifələrində həmçinin 8 şagirdin – Ağabala Təhməzov, İmran Ələsgərov, Elcan Babayev, Renat Cahangirov, Ramin Kərimov, Ərəstun Əsgərov, Elcan Allahyarov və Cəsur Hacıyevin adları, gün və aylar (sentyabr, oktyabr, dekabr-may) olmaqla tarixlər, 5-11-ci səhifələrində isə mövzuların adları yazılmışdır. Jurnalın 3-cü səhifəsində qeyd olunan “dərsdən kənar məşğələ jurnalının aparılmasına dair” təlimatda qeyd olunmuşdur ki, məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adlarının qarşısına “q” hərfi (qayıb) yazılır. Jurnalda hər hansı bir şagirdin adının qarşısına “q” hərfi (qayıb) yazılması halı yoxdur. Jurnaldan görünən odur ki, bütün şagirdlər məşğələlərdə mütəmadi olaraq iştirak etmiş, iştirak etməmə halları olmamışdır. 2) 2021/2022-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnal. Jurnalın 4-13-cü səhifələrində diyircəkli qələmlə dərnəyin adı “Bacarıqlı əllər” və məktəbin texnologiya müəllimi Şahid13 adı yazılmışdır. Jurnalın 4-12-ci səhifələrində həmçinin 8 şagirdin - Elcan Allahyarov, Natiq Məmmədli, Ərəstun Əsgərov, Elcan Babayev, Ramin Kərimov, Ağabala Təhməzov, Rəsul Səfərov və Nuraləm Mahmudlunun adları, gün və aylar (oktyabr-iyun) olmaqla tarixlər, 5-13-cü səhifələrində isə mövzuların adları yazılmışdır. Jurnalın 4-12-ci səhifələrində adları yazılmış 8 şagirdin 7-nin adı eyni bir qələmlə və xətlə, sonuncu şagird Nuraləm Mahmudlunun adı isə fərqli xətlə və qələmlə yazılmışdır. 2020/2021-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnala və 2021/2022-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış jurnala baxış zamanı müəyyən olunmuşdur ki, hər iki dərnək jurnalında adları yazılmış şagirdlərin əksəriyyəti eyni şagirdlərdir, dərnək adları fərqli olsa da, hər iki dərnək üzrə mövzuların əksər hissəsi eni adlı mövzulardır. Hətta hər iki tədris ili üzrə mövzuların keçirilmə ardıcıllığı belə eynilik təşkil edir. Bundan başqa jurnalın 24-33-cü səhifələrində diyircəkli qələmlə dərnəyin adı “Gənc texniklər” və məktəbin fizika müəllimi Şahid4 adı yazılmışdır. Jurnalın 24, 26, 28, 30 və 32-ci səhifələrində həmçinin qələmlə 8 şagirdin adı, gün və aylar olmaqla tarixlər, 25, 27, 29, 31 və 33-cü səhifələrində mövzuların adları qeyd edilmişdir. Jurnalın 24, 26, 28, 30 və 32-ci səhifələrində adları yazılmış 8 şagirdin 7-nin adı eyni bir qələmlə və xətlə, sonuncu şagird Səlma Qəriblinin adı isə fərqli xətlə və qələmlə yazılmışdır. Bundan əlavə jurnalın 48, 50, 52, 54, 56, 58-ci səhifələrində dərnəyin adı “Fiziklər”, yalnız günlər olmaqla tarixlər, 49, 51, 53-cü səhifələrində məktəbin fizika müəllimi Şahid6 adı yazılmışdır. 55, 57 və 59-cu səhifələrində isə müəllimin adı yazılmamışdır. 49, 51, 53, 55, 57 və 59-cu səhifələrdə həmçinin mövzuların adları yazılmışdır. 48-ci səhifədə eyni xətlə və qələmlə 7 şagirdin adı, 50-ci səhifədə 7-i eyni xətlə və qələmlə olmaqla, 1-i isə (İsaq Əfəndiyev adlı şagirdin adı) fərqli xətlə və qələmlə yazılmaqla 8 şagirdin adı 52-ci səhifədə 7-i eyni xətlə və qələmlə olmaqla, 1-i isə (İsaq Əfəndiyev adlı şagirdin adı) fərqli xətlə və qələmlə yazılmaqla 8 şagirdin adı 54-cü səhifədə 7-i eyni xətlə və qələmlə olmaqla, 1-i isə (İsaq Əfəndiyev adlı şagirdin adı) fərqli xətlə və qələmlə yazılmaqla 8 şagirdin adı 56-cı səhifədə 7-i eyni xətlə və qələmlə olmaqla, 1-i isə (İsaq Əfəndiyev adlı şagirdin adı) fərqli xətlə və qələmlə yazılmaqla 8 şagirdin adı 58-ci səhifədə 6-ı eyni xətlə və qələmlə olmaqla, 1-i isə (İsaq Əfəndiyev adlı şagirdin adı) fərqli xətlə və qələmlə yazılmaqla 7 şagirdin adı yazılmışdır. Jurnalın 3-cü səhifəsində qeyd olunan “dərsdən kənar məşğələ jurnalının aparılmasına dair” təlimatda qeyd olunmuşdur ki, məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adlarının qarşısına “ q ” hərfi (qayıb) yazılır. Jurnalda hər hansı bir şagirdin adının qarşısına “ q ” hərfi (qayıb) yazılması halı yoxdur. Jurnaldan görünən odur ki, bütün şagirdlər məşğələlərdə mütəmadi olaraq iştirak etmiş, iştirak etmə halları olmamışdır. 3) 2021-2022-ci tədris ilinə aid V siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış jurnal. Jurnalın 4 və 6-cı səhifələrində diyircəkli qələmlə məktəbin coğrafiya müəllimi Təqsirləndirilən şəxs adı, günlər və aylar (oktyabr-iyun ayları) olmaqla tarixlər, 10 şagirdin – Əsra Əsgərli, Gülay Əsgərli, Şəhla Əhmədli, Hicran Xankişili, Ömər Qəribli, Nuraləm Mahmudlu, Zəhra Mahmudlu, Şahid7, Natiq Məmmədli, Səbinə Məmmədlinin adları, 5 və 7-ci səhifələrində isə mövzuların adları qeyd olunmuşdur. Jurnaldan görünən odur ki Təqsirləndirilən şəxs tərəfindən 1 saat (həftə ərzində) dərsdən kənar məşğələ tədris olunmuşdur. Jurnalın 3-cü səhifəsində qeyd olunan “dərsdən kənar məşğələ jurnalının aparılmasına dair” təlimatda qeyd olunmuşdur ki, məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adlarının qarşısına “q” hərfi (qayıb) yazılır. Jurnalda hər hansı bir şagirdin adının qarşısına “q” hərfi (qayıb) yazılması halı yoxdur. Jurnaldan görünən odur ki, bütün şagirdlər məşğələlərdə mütəmadi olaraq iştirak etmiş, iştirak etməmə halları olmamışdır. 4) 2021-2022-ci tədris ilinə aid X-Xİ siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış jurnal. Jurnalın 4 və 6-cı səhifələrində diyircəkli qələmlə məktəbin fizika müəllimi Şahid6 adı, günlər və aylar (sentyabr-iyun ayları) olmaqla tarixlər, 8 şagirdin – Aygül Fərzəliyeva, Süsən Mahmudlu, Seyfalı Cahangirov, İsak Əfəndiyev, Rahil Mahmudov, Musafi Nəbiyev, Kamran Zülfüqarov, Tərlan Zülfüqarovun adları, 5 və 7-ci səhifələrində isə mövzuların adları qeyd olunmuşdur. Jurnalın 3-cü səhifəsində qeyd olunan “dərsdən kənar məşğələ jurnalının aparılmasına dair” təlimatda qeyd olunmuşdur ki, məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adlarının qarşısına “q” hərfi (qayıb) yazılır. Jurnalda yalnız 21 oktyabr tarixdə Tərlan Zülfüqarovun, 04 noyabr tarixdə Süsən Mahmudlunun və 18 noyabr tarixdə Kamran Zülfüqarovun adları qarşında “q” hərfi (qayıb) yazılmışdır. Jurnaldan görünən odur ki, digər tarixlərdə bütün şagirdlər məşğələlərdə tam şəkildə iştirak etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yayında ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsindən daxil olmuş 22 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Şamaxı rayonu, Adnalı kəndində 1,0489 hektar, 0,4897 hektar ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN 105A nömrəli şəhadətnaməyə əsasən 0,08 hektar ümumbirgə həyətyani torpaq sahəsi və Şamaxı şəhəri, Vidadi Rəhimov küçəsində 0,0486 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsindən daxil olmuş 16 avqust 2024-cü il tarixli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. X40 Təhsil idarəsinin 09 sentyabr 2024-cü il tarixli, 3-29-37/2-1308/2024 saylı məktubdan görünür ki, Covid 19 pandemiyası ilə əlaqədar 2019-2020-ci dərs ilində 02 mart 2020-ci il tarixdə bütün ölkədə tədris prosesi dayandırılmış və dərs ilinin sonunadək bərpa edilməmiş, 2020-2021-ci dərs ilində tədris 15 sentyabrda l-İV siniflərdə hibrid (əyani və distant), V-Xİ siniflərdə distant olmaqla başlanılmış, Hibrid təhsil zamanı şagird sıxlığı az olan məktəblərdə, o cümlədən Adnalı kənd tam orta məktəbində dərslər həftənin müəyyən günlərində əyani, müəyyən günlərində isə distant olmaqla tam həcmdə tədris olunmuş, 27 sentyabrda Vətən müharibəsinin başlanılması ilə əlaqədar ölkədə internetə giriş məhdudlaşdırılmış və bu səbəbdən də bütün siniflər üzrə distant təhsil dayandırılmış, əyani tədris (l-İV siniflər) əvvəlki qaydada davam etdirilmiş, 01 oktyabrda V-İX siniflərdə əyani tədris qismən bərpa olunmuş, 17 oktyabrda tədris ümumiyyətlə bütün siniflərdə tam şəkildə dayandırılmış, 02 noyabrda tədris distant qaydada bütün siniflərdə bərpa olunmuş, 01 fevral 2021 -ci ildə l-İV siniflər üzrə hibrid təhsil bərpa olundmuş, 08 fevralda V-İX siniflərdə hibrid təhsil bərpa olunmuş, 14 iyun 2021-ci ildə dərs ili başa çatmışdır. Tədris distant yaxud əyani aparılmasından asılı olmayaraq jurnalda qeyd edilməlidir. X40 Təhsil İdarəsinin aktından görünür ki, Adnalı kənd tam orta məktəbinin 2020/2021 tədris ilində xx.xx.2020-ci il tarixdən tədris ilinin sonuna qədər əmək haqqı cədvəllərində Şahid13-3 saat-679.87 manat, Cahangirova Fatmaya-3 saat-589.97 manat, Təqsirləndirilən şəxs-3 saat-679.87 manat dərnək pulu və xx.xx.2021-ci il tarixdən Şahid6-1 saat-165.25 manat dərsdənkənar məşğələ pulu ödənilmişdir. Buna baxmayaraq F.Cahangirovanın, Təqsirləndirilən şəxs və Şahid6 dərnək və dərsdənkənar məşğələ jurnalları yoxlamaya təqdim olunmadı. 2020/2021 tədris ili üzrə dərnək və dərsdənkənar məşğələlər jurnallarının heç birinin arxasında “Məktəb rəhbərinin qeyd və təklifləri” və tədrisin “Yerinə yetirilməsi haqqında qeyd” bölməsində məktəb rəhbərliyi tərəfindən heç bir qeydlər aparılmamışdır. 2021/2022 tədris ilində dərnək və dərsdənkənar məşğələlərin pulu əmək haqqı cədvəlləri üzrə xx.xx.2021-ci il tarixdən tədris ilinin sonuna kimi ödənilmişdir. Dərnək məşğələ jurnalında tədrisin keçirilməsi 2021-ci ilin oktyabr ayından başlamasına baxmayaraq 2021-ci ilin sentyabr ayında A.Aliyevə- 71.91 manat, Şahid6-33.87 manat və Şahid4-35.95 manat əmək haqqı ödənilmişdir. Dərsdənkənar məşğələ jurnallarında qeydlər aparmadıqları halda 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs 33.05 manat və 2022-ci ilin iyun ayında Şahid4 39.67 manat əmək haqqı ödənilmişdir. 2021/2022 tədris ili üzrə dərnək və dərsdənkənar məşğələlər jurnallarının heç birinin arxasında “Məktəb rəhbərinin qeyd və təklifləri” və tədrisin “Yerinə yetirilməsi haqqında qeyd” bölməsində məktəb rəhbərliyi tərəfindən heç bir qeydlər aparılmamışdır. “Zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. “Əməlin tövsif edilməsi haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 04 noyabr 2024-cü il tarixli, 9/7686 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə tədrisin təsdiq edilmiş ümumtəhsil məktəblərinin tədris planının tələblərinə uyğun olaraq tədrisdənkənar məşğələ qruplarının 8 şagirddən az olmayaraq komplektləşdirilməsinə uyğun olaraq şagirdlərin istəyi (ərizələri nəzərə alınmaqla) ilə təşkil olunmasına baxmayaraq, 2020/2021 və 2021/2022-ci tədris illərində məktəbdə tədris olunan “Fakültativ” və “Dərnək” məşğələlərinə cəlb olunmuş şagirdlərdən ərizələrin alınmadığı, məşğələlərin keçirilməsi məktəbin sabiq durektoru Təqsirləndirilən şəxs tərəfindən əmrlə rəsmiləşdirilmədiyi və 2020/2021-ci tədris ilində məktəbdə “Fakültativ” və “Dəmək” məşğələlərinin keçirilməsi məqsədi ilə tərtib edilmiş sinif jurnallarında tədrisin keçirilməsinə dair qeydiyyatın aparılmadığı halda 2020/2021 və 2021/2022-ci tədris illərində ümumilikdə 24 dərs saatına görə 7929,48 manat məbləğində əsassız olaraq əmək haqqı hesablanaraq ödənilməsi müəyyən olunur, o cümlədən, 2020/2021-ci tədris ilində (fizika fənni üzrə müəllimi Şahid6 Yafəz oğluna 1 dərs saatına görə 396,67 manat, texnologiya fənni üzrə müəllimi Şahid13 3 dərs saatına görə 846,0 manat, ibtidai sinif müəllimi X7 3 dərs saatına görə 780,0 manat və coğrafiya-biologiya fənni üzrə müəllimi Təqsirləndirilən şəxs 3 dərs saatına görə 846,0 manat) 10 dərs saatına görə 2868,67 manat və 2021/2022-ci tədris ilində (azərbaycan dili-ədəbiyyatı fənni üzrə müəllimi X14 1 dərs saatına görə 350,11 manat, coğrafiya- biologiya fənni üzrə müəllimi Təqsirləndirilən şəxs 2 dərs saatına görə 905,72 manat, texnologiya fənni üzrə müəllimi Şahid13 3 dərs saatına görə 966,42 manat, fizika fənni üzrə müəllimlərə X19 4 dərs saatına görə 1419.28 manat və Şahid4 4 dərs saatına görə 1419,28 manat) 14 dərs saatına görə 5060,81 manat. Əmələ gələn çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. “Zərərçəkmiş hüquqi şəxs nümayəndəsinin tanınması haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2 saylı Regional maliyyə müfəttişliyinin aparıcı məsləhətçi-nəzrətçi müfəttişi Nümayəndə Əiağa oğlu zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona CM-nin həmin maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 noyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. "xxxx" ASC-nin Şamaxı filialının 17 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 9217,0 manat məbləğində ödəniş edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsn tərəfindən dəymiş zərər 7365,28 manat və həmin məbləğin 25 faizi tam ödənilmiş, onunla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, vurulmuş 7365,28 manat ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, eləcə də zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbi olmadığından və təqsirləndirldiyi CM-nin 313-cü maddəsi ilə özünü təqsirli bildiyindən, lakin həmin əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində olan cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 308.1-ci maddələri tövsif edilməsinə dair hissədə onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan ona həmin Məcəllənin 308.1-ci maddəsi ilə əlavə ittihamın elan olunmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Qeyd edilən Qərarın 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyindən ona həmin madə ilə elan edilmiş ittihamın rəqəm ifadəsini əks etdirən hissəsi ittihamdan xaric edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və bununla bağlı müdafiə tərəfinin razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərəvə ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; 75.5-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin əməlin törədildiyi (2020/2021 və 2021/2022-ci tədris illəri, xx.xx.2022-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir) tarixlərdən CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddətlər keçdiyindən, ibtidai araşdırma dövründə cinayət işi üzrə icraatın xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək, 06.08.24-cü il tarixdən-29.08.24-cü il tarixədək, 29.08.24-cü il tarixdən-03.09.24-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək müddətində dayandırılması səbəbləri CMnin 75.3-cü maddəsi ilə müəyyən olunmuş cəlb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək hallarla əlaqəli olmadığından, habelə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş həmin cinayət CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərə aid edilmədiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və bununla bağlı müdafiə tərəfinin razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsi ilə bağlı qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətmiş olduğu cinayət əməli üzrə zərərçəkmiş şəxs ilə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni ümumilikdə 9207,0 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə törətmiş olduğu cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və bununla bağlı müdafiə tərəfinin razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutlar-Adnalı kənd tam orta məktəbinə aid 2020/2021- ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış, 2021/2022-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış, 2021-2022-ci tədris ilinə aid V siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış, 2021-2022-ci tədris ilinə aid X-Xİ siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış jurnallar, habelə xx.xx.2017-xx.xx.2022-ci illəri əhatə edən əmr kitabları surətləri cinayət işinə əlavə edildikdən sonra Adnalı kənd tam orta məktəbinə qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X8 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə onun barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar-Adnalı kənd tam orta məktəbinə aid 2020/2021- ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış, 2021/2022-ci tədris ilinə dair üzərində “Ümumtəhsil məktəbləri üçün dərnək məşğələləri jurnalı” yazılmış, 2021-2022-ci tədris ilinə aid V siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış, 2021-2022-ci tədris ilinə aid X-Xİ siniflər üzrə üzərində “dərsdən kənar məşğələ jurnalı” yazılmış jurnallar, habelə xx.xx.2017-xx.xx.2022-ci illəri əhatə edən əmr kitabları surətləri cinayət işinə əlavə edildikdən sonra Adnalı kənd tam orta məktəbinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X8 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-23/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-23/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver