Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-24/2020 05.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri R.Rza küçəsi 32 a saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 04 radələrində Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında dayanan sonuncuya məxsus 5500 (beş min beş yüz) manat dəyərində VAZ-21070 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının kilidinə açar salaraq qapını açmaq istədikdə açar sınaraq kilidin içərisində qaldıqdan sonra həmin qapının kilidinə zor göstərib açmaqla sükan arxasına oturub mühərrikin kilidinin korpusunu yerindən qopararaq naqilləri yerindən çıxarmaqla avtomobilin mühərrikini işə salmadan zərərçəkmiş şəxsə məxsus avtomobili əllə itələyərək talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmış, 10-12 metr məsafədən sonra avtomobil dərəyə düşüb ərazidən keçən qaz turbasına ilişərək dayanmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, əvvəllər iki dəfə məhkum olunmasına baxmayaraq sonuncu dəfə xx.xx.2017-ci ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə 03 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2020-ci ilin mart ayının 21-də həbsdən azad olunmuşdur. Şahid2 və Zərərçəkmiş şəxs bir qonşu kimi tanıyır, hazırda ailə üzvüləri ilə birlikdə Binəqədi rayonu Binəqədi kəndində yaşayır. Həbsdən azad olduğu üçün qeydiyyata düşmək nəqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhərindən Şamaxı şəhərinə tanışı X3 qonaq gəlmişdir. Ramingildə olarkən birlikdə şam yeməyi yeyərkən ikisinə 750 qram araq içmişlər. Söhbət zamanı Ramindən köhnə qonşusu Zərərçəkmiş şəxs telefon nömrəsini alaraq ona zəng edib görüşmək istədiyini demişdir. xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində Raminin və özünün istifadə etdiyi telefonla Elvinə bir neçə dəfə zəng etməsinə baxmayaraq Elvin telefonu açmamışdır. Elvinin bu hərəkətlərindən əsəbləşib onun yaşadığı evin qarşısına gəlib yenidən bir neçə dəfə Elvinin telefonuna zəng etmiş, lakin yenə də Elvin telefonu açmamışdır. Həmin vaxt o, əsəbindən səhvən qonşu Ruslanın Vaz-21011 markalı avtomobilinin banına yumruqla vurmaq istədikdə Ramil həmin maşının Elvinin yox Ruslanın olduğunu ona demiş və onu sakitləşdirərək oradan evlərinə aparmışdır. Sonra o, özü tək geri qayıdıb Elvinin bu hərəkətlərindən əsəbləşdiyi üçün Elvinin evinin qarşısında saxladığı Vaz-2107 markalı avtomobilinin yanına gəlmiş və maşının sol qabaq qapısının əlcəyini dartıb açmış, ötürücünü neytrala qoyub maşını irəli itələyərək dərəyə tərəf aparıb oradan təxminən 7 metr dərinliyində olan dərəyə tullamışdır. Daha sonra oradan Ramilgilə gəlib onlarda yatıb qalmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan tarixdə Elvinin öskürək səsini eşitmədiyini, onun telefonunu Elvin götürmədiyi üçün onun maşınını dərəyə buraxdığını, qeyd olunan tarixdə sərxoş olduğuna görə Zərərçəkmiş şəxs məxsus Vaz- 21070 markalı 10VB163 dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının zamokuna açar salmağı və sol qabaq qapısının rezinini çıxarmağı, mühərriki işə salan zamoku dartılaraq yerindən qoparmasını xatırlamadığını, eləcə də Ramilin Elvin və Ruslanın maşınına qarşı hər hansı bir hərəkətlər etməsini xatırlamadığını da qeyd etmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, onun özünə məxsus Vaz-21070 markalı 10VB163 dövlət qeydiyyat nişanlı avtomobili olmaqla həmin avtomobili taksi kimi istifadə edib ailəsini dolandırır. Avtomobilini hər axşam yaşadığı evin qarşısında saxlayıb qapılarını da bağlayıb evə gedir. Müəyyən vaxtlarda gecələr yuxudan ayılanda pəncərədən avtomobilinə baxıb yoxlayır. 3 gündür ki, avtomobili işləmədiyinə görə evin qarşısında saxlayıb qapılarını bağlamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 03:44-də onun istifadə etdiyi ***-***-**-** telefon nömrəsinə ***-***-**-** telefon nömrəsindən iki dəfə zəng gəlmiş, həmin vaxt o, yatdığı üçün telefonuaçmamışdır. Bundan sonra telefonuna 03:46-da ***-***-**-** telefon nömrəsindən 6 dəfə zəng gəlmiş, o, həmin nömrəni də açmamışdır. Təxminən saat 04 radələrində yuxudan oyanıb həyətə düşmək istədikdə qapını açarkən görmüşdür ki, keçmiş qonşusu Azər qonşusu Şahid2 maşınının banını yumruqla vurmaq istəyir, lakin həmin vaxt Ramin Azəri sakitləşdirməyə çalışaraq bu maşının Ruslanın olduğunu ona demişdir. Ondan sonra o, Azərgilin sərxoş olduğunu görüb öskürmüş və Azərgil onun səsini eşidib çıxıb getmişlər. Sonra küçəyə çıxıb evin qarşısında siqaret çəkmiş və evə keçmişdir. Səhər saat 08 radələrində anası Şirinxanım onu yuxudan oyadıb dedimişdir ki, maşın evin qarşısında yoxdur. O, paltarlarını geyinib həyətə düşmüş, görmüşdür ki, maşını evin qarşısında yoxdur. Sonra küçəni gəzib maşınını tapmadıqda bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra evlərindən 15 metr aralı məsafədə olan dərəyə baxarkən görmüşdür ki, maşını dərə ilə aşağı düşmüş, qaz borusunun arasında dayanıb. Maşınının qaçırılmasında qonşu Azərdən şübhələndiyini, avtomobilnin zamoq yerindən sökülməsi, qabaq sağ və sol qanadının, qabaq buferinin və banın əzilməsi nəticəsində ona 1000 manatdan çox ziyan dəydiyini qeyd etmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənildiyindən, onunla barışmış, ona qarşı heç bir şikayət, iddia və tələbi olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində məhkəmədə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, özünə məxsus Vaz-21011 markalı 99 UX250 dövlət qeydiyyat nişanlı avtomobili olmaqla həmin avtomobili taksi kimi istifadə edib ailələsini dolandırır. Avtomobilini hər axşam yaşadığı evin qarşısında saxlayır. xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində evə gəlib maşınını evin qarşısında saxlayıb evinə keçmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 08 radələrində anası Zəminə Həsənova qonşu Elvinin maşınının həyətdən qaçırılmasını ona demiş və o,evdən həyətə çıxdıqda görmüşdür ki, Elvinin maşını yaxınlıqdakı dərəyə aşmışdır. Sonra o, bu işlə maraqlandıqda ona məlum olmuşdur ki, keçmiş qonşusu Azər Elvinə zəng vurarkən Elvin onun zənginə cavab vermədiyindən əsəbləşərək onların evlərinin qarşısına gəlib əvvəlcə səhfən onun maşınını yumruqla vurmaq istəmiş, lakin Ramil onu sakitləşdirib həmin maşının Elvinin olmadığını deyərək Azəri sakitləşdirib oradan aparmışdır. Lakin sonradan Azər tək həmin yerə gəlib Elvinin hərəkətinə əsəbləşdiyi üçün onun maşınını yaxınlıqdakı dərəyə aşırmışdır. Məhkəmədə şahid qismində dindirilmişŞahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər qonşu olmuşlar və bir neçə ildir ki, Azərgil evlərini satıb Bakı şəhərində yaşayırlar. xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Azər ona zəng vurub Şamaxı şəhərinə gələcəyini demiş, həmin günü saat 21 radələrində Azər onlara gəlmiş və onlar birlikdə evdə 750 qramlıq araq içmişlər. Söhbət zamanı Azər ona demişdir ki, Elvinlə danışıb, onunla da görüşmək istəyir. X7 zəng vurmuş və onlar birlikdə Elvingilin yaşadığı evin qarşısına gəlmişlər. Azər Elvinə bir neçə dəfə zəng vursa da Elvin telefonu açmamışdır. Azər bundan əsəbləşib evin qarşısında dayanan Vaz-21011 markalı avtomobilin banına əlini qoyub silkələmiş və yumruqla maşının banına vurmaq istədikdə o, Azərə demişdir ki, bu avtomobil Ruslanındır. Sonra o, Azəri sakitləşdirib oradan evlərinə gətirmiş, evdə olarkən təxminən 20 dəqiqə sonra Azərin telefonuna zəng gəlmiş və o, telefonla danışıb tez qayıdacağını deyərək evdən çıxmışdır. Təxminən 20 dəqiqə sonra Azər evə qayıtdıqda o, Azərdən haraya getdiyini soruşmuş, cavabında Azər demişdir ki, “Elvinin dalını dağıtdım”. O, Azərdən nə iş görməsini soruşduqda o, zarafat etdiyini demişdir. Gecəni Azər onlarda qalmışdır. Səhər eşitmişdir ki, Azər Elvinin maşınını dərəyə aşırib. Həmçinin Şahid3 ifadəsində qeyd olunan tarixdə özünün və Azərin sərxoş olduqlarını, Azər Elvingilin qapısına gələrkən orada olan Ruslanın Vaz-21011 markalı maşınına tərəf gedərək əlini banına qoyub silkələdiyini, həmin vaxtı o, Azəri sakitləşdirib evlərinə gətirdiyini, Azərin Zərərçəkmiş şəxs məxsus Vaz-21070 markalı 10VB163 dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının zamokuna açar salınmasından, sol qabaq qapısının rezininin çıxarılmasından, mühərriki işə alan zamokun dartılaraq yerindən qoparılmasından və avtomobilin dərəyə düşməsindən xəbəri olmadığını, eləcə də həmin vaxt hadisə yerondə olmadığını qeyd etmişdir. İş materiallarında olan ƏN-Vİİ 207556 saylı xx xxxx 2021-ci il tarixədək qüvvədə olan etibarnamədən görünür k, X1 VAZ 21070 minik markalı 10 VB163 dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi Zərərçəkmiş şəxs səlahiyyət vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus VAZ-21070 markalı AZ 10 163 dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxx 2020-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində Vaz-21070 markalı **-VB-*** dövlət qeydiyyat işanlı avtomobilin hazırki bazar qiyməti 5500 manat civarında qiymətləndirilmişdir. İş materiallarında olan Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində Vaz-21070 markalı **-VB-*** dövlət qeydiyyat ıişanlı avtomobilin hissələrinin əzilməsi və sıradan çıxması nəticəsində vurulmuş maddi ziyanın məbləği 1095 (min doxsan beş) manat qiymətləndirilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumatlar daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli 1562 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X2 ilə Şamaxı şəhəri R.Rza küçəsi 32 a saylı evdə yaşayır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ibtidai iaraşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.1, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına Azərbaycan Respublikası CM-nin 73-1.1ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(074)-24/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-24/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver